Beynəlxalq magistratura və doktorantura məRKƏZİ


Cədvəl 3.4   Qubada turizm



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə6/8
tarix11.02.2020
ölçüsü1,65 Mb.
#30429
1   2   3   4   5   6   7   8
mag disser destinasiya


 

      Cədvəl 3.4  

Qubada turizm 

  

 

2013 

2015 


2016 

Mehmanxana və mehmanxana tipli 

müəssisələrin sayı, vahid 

27 


27 

27 


Nömrələrin sayı, vahid 

478 


674 

633 


Birdəfəlik tutum, yer 

1194 


1645 

1581 


Yerləşdirilmiş şəxslərin sayı, nəfər 

10453 


23761 

31332 


Gecələmələrin sayı, adam-gecə 

22198 


31785 

37079 


 

Qeyd:  Cədvəl  “Azərbaycan  Respublikasının  Dövlət  Statistika  Komitəsi”nin  məlumatlarına  əsasən 

müəllif tərəfindən hazırlanmışdır. 


61 

 

3.1.5 Qusar turistik destinasiya kimi 

 

 



Şimaldan Rusiya, cənubdan isə Quba rayonu ilə həmsərhəd olan Qusar rayonu 

Qusar rayonu yalnız Azərbaycanın deyil, eləcə də bütün Qafqaz regionunun ən səfalı 

guşələrindən biridir. Rayonun gözoxşayan təbiəti, büllur kimi saf havası, sıx meşələri 

və  gur  şəlalələri  hər  zaman  turistlərin  marağına  səbəb  olmuşdur.  Rayonda  turizm 

potensialının gücləndirilməsinə dövlət tərəfindən də böyük qayğı və diqqət göstərilir 

[34]. 


 

Yayda  rayondakı  Şahnabat,  Ləzə,  Qurqur  çaylarının  üzərindəki  şəlalələr  bura 

gələnləri  valeh  edir.  Qışda  isə  bu  şəlalələr  donur  və  onlar,  buzlu  dağlara  qalxmağı 

sevən alpinistlərin yarış məkanına çevrilir. Qusarın Əniğ kəndi yaxınlığında yerləşən 

“Suvar”  dağ-turizm  istirahət  mərkəzi  də  hər  zaman  qonaqlara  yüksək  keyfiyyətli 

xidmət  göstərməyə  hazırdır. Ləzə kəndi  isə  demək  olar ki, Quba  rayonunun  məşhur 

Xınalıq  kəndinin  bir  addımlığındadır.  Piyada  gəzməyi  xoşlayan  turistlər  adətən  bu 

yola üstünlük verirlər. Həmçinin Qusarda “Qusar bulaq”, “Qarabulaq”, “Qayibulaq”, 

“Şahbulaq”, “Star Qusar”, “Alpine” və digər istirahət mərkəzləri də fəaliyyət göstərir. 

2008-ci  ildə  istifadəyə  verilən  Qusar  Olimpiya-İdman  Kompleksi  də  ölkə  və 

beynəlxalq səviyyəli yarışların keçirilməsi üçün əlverişli məkandır [35]. 

 

Bundan  əlavə  qış  turizmi  üçün  möhtəşəm  bir  şərait  yaradılmış  və  şəhərdən  30 



kilometr  şimalda  inşa  edilən  “Şahdağ”  Qış-Yay  Turizm  Kompleksi  buranı  qışda 

istirahət üçün ideal bir məkana çevirmişdir. Onu da qeyd etmək lazımdır ki, “Şahdağ” 

Qış-Yay  Turizm  Kompleksi  respublikamızda  ən  böyük  sərmayələrin  qoyulduğu 

turizm  sahəsidir.  Tam  şəkildə  dünya  standartlarına  cavab  verən  bu  kompleks 

Azərbaycanda  ilk  dağ-xizək  kurortudur.  Kompleksə  “Şahdağ”  və  “Pik  Palace”, 

“Zirvə”  kimi  otellər  daxildir.  Bura  hər  il  Azərbaycanın  müxtəlif  bölgələrindən,  o 

cümlədən xarici ölkələrdən minlərlə turist axın edir və qış istirahətlərini ən maraqlı 

şəkildə keçirirlər [34]. 

 

 

 


62 

      Cədvəl 3.5  

Qusarda turizm 

 

 

2013 

2015 


2016 

Mehmanxana və mehmanxana tipli 

müəssisələrin sayı, vahid 

14 


17 

16 


Nömrələrin sayı, vahid 

434 


770 

910 


Birdəfəlik tutum, yer 

961 


1625 

1721 


Yerləşdirilmiş şəxslərin sayı, nəfər 

2928 


11345 

34700 


Gecələmələrin sayı, adam-gecə 

10272 


37625 

70495 


 

Qeyd:  Cədvəl  “Azərbaycan  Respublikasının  Dövlət  Statistika  Komitəsi”nin  məlumatlarına  əsasən 

müəllif tərəfindən hazırlanmışdır.

 

 



 

3.1.6 Gəncə turistik destinasiya kimi 

 

 



Azərbaycanın  ən  görməli  bölgələrindən  biri  olan  əzəmətli  Gəncə  Kiçik  Qafqaz 

dağlarının  ətəklərində  yerləşir.  O,  öz  ərazisinə  görə  Azərbaycanın  ikinci,  əhalisinə 

görə  isə  üçüncü  şəhəridir.  Gəncə  rayonu  Böyük  İpək  yolu  üzərində  yerləşdiyindən 

çox  əlverişli  coğrafi  mövqeyə  malikdir.  Təxminən  2,5  minillik  tarixə  malik  olan 

Gəncə hər zaman turistlərdə böyük maraq oyatmışdır.  Buranın çoxlu meşələri, üzüm 

bağları,  göl,  çay  və  dağları  var.  Rayonda  saysız-hesabsız  səfalı  mineral  bulaqlar, 

çoxlu meşələr, üzüm bağları və ən əsası unikal müalicəvi neft – naftalan vardır. Bu 

təbii  müalicəvi  neft  dermatoloji,  revmatik  və  nevroloji  xəstəliklərin  müalicəsində 

geniş  istifadə  olunur.  Regionda  Azərbaycanın  ilk  qoruğu  məşhur  Göygöl  yerləşir. 

Göygöl  baş  verən  zəlzələ  nəticəsində  Kəpəz  dağını  uçub  Ağsu  çayının  qarşısını 

alması ilə yaranan təbiət möcüzəsidir. Gəncənin ikinci ən məşhur gölü 45 km aralıqda 

yerləşən Maralgöldür [36]. 

 

Gəncədə Heydər Əliyev parkı, Hacıkənd - Göygöl milli parkı, Xəmsə parkı, Xan 



bağı parkı, Avropa-2016 Gənclər Paytaxtı parkı, İstiqlal parkı kimi park istirahət və 

63 

əyləncə  parkları  vardır.  Dünyanın  ən  böyük  beş  parkı  arasında  adı  olan  Heydər 

Əliyev parkı isitrahət üçün bütün imkanlara malikdir. Özünəməxsus üslubu ilə seçilən 

bu parkın girişində Zəfər tağı ucaldılmışdır [37]. 

  

İlk  dəfə  1936-cı  ildə  Gəncədə  Göy  göl  turist  düşərgəsi  və  Hacıkənd  turist  evi 



yaradılmışdır.  Onlar  ilk  vaxtlar  yerli  əhalinin  turistik  ehtiyaclarını  qarşılayırdı  və 

Azərbaycanda  belə  turistik  bazaların  fəaliyyət  göstərməsi  burada  kurort  işinin  təşkil 

olunmasında  çox  böyük  rol  oynadı.  Bu  ərazilər  gözəl  landşaftı,  səfalı  iqlimi  və  sıx 

meşəliyi ilə turistlərin diqqətini özünə cəlb etdi. Beləliklə də Gəncədə turizm inkişafı 

sürətlənməyə və turistlərin sayı artmağa başladı [3, səh. 33]. 

 Gəncə  ərazisində  Nizami  rayonunda  yerləşən  Cümə  məscidi,  Zərrabi  məscidi, 

Uğurlu xan karvansarayı, Şah Abbas karvansarayı, Çökək hamam, Albanlar məbədi 

və  s.  kimi  ölkə  və  yerli  əhəmiyyətli  tarix  və  memarlıq  abidələri,  o  cümlədən, 

Şahsevənlər  məscidi,  Hüseyniyyə  məscidi,  Qızlar  gimnaziyası,  Tarix  diyarşünaslıq 

muzeyi,  Avropa  tipli  hamam,  yeddi  sütunlu  Alban  məbədi,  Ozan  məscidi,  Qazaxlar 

məscidi, Xəlfəli məscidi, Yelizavetpol mətbəə binası, Aleksandr Nevski kilsəsi, Bala 

Bağban məscidi, Şərəfxanlı qadın mədrəsəsi, Milli Bankın binası, və s. kimi tarix və 

mədəniyyət abidələri vardır [2, səh. 75]. 

 

Cədvəl 3.6  



Gəncədə turizm 

 

 

2013 


2015 

2016 


Mehmanxana və mehmanxana tipli 

müəssisələrin sayı, vahid 





Nömrələrin sayı, vahid 

650 


636 

636 


Birdəfəlik tutum, yer 

1247 


1267 

1267 


Yerləşdirilmiş şəxslərin sayı, nəfər 

11968 


17114 

11245 


Gecələmələrin sayı, adam-gecə 

12428 


22200 

21556 


 

64 

Qeyd:  Cədvəl  “Azərbaycan  Respublikasının  Dövlət  Statistika  Komitəsi”nin  məlumatlarına  əsasən 

müəllif tərəfindən hazırlanmışdır. 

 

 



3.1.7 Naxçıvan turistik destinasiya kimi 

 

 



Azərbaycan Respublikasının tərkibində muxtar respublika olan Naxçıvan Kiçik 

Qafqazın  cənub-qərbində  yerləşir.  Burada  Möminə  xatun,  Qarabağlar,  Yusif  ibn 

Küseyir,  Gülüstan  türbələri,  Kilit  mağarası,  yaşı  800  ildən  çox  olan  Şərq  çinarı, 

qədim  insanların  ilk  məskəni  olan  Gəmiqaya,  məğlubedilməz  müdafiə  qalası  olan 

Əlincə  Qalası,  İlandağ,  Babək  qalası  və  digər  tarix  və  memarlıq  abidələri  vardır.  

Naxçıvan həm də özünəməxsus təbii iqlimi, flora və faunası ilə seçilir və o, çox güclü 

turizm infrastrukturuna malikdir. Burada bir deyil,  bir neçə turizm növü mövcuddur 

[38]. 


 

Dünyanın ən qədim mədəniyyət mərkəzlərindən biri olan Naxçıvanda ilk turizm 

təşkilatı 1978-ci ildə yaradılmışdı və o, 1970-1987-ci illərdə sosial turizmin davamlı 

inkişafı ilə xarakterizə olunurdu [1, səh. 8]. 

 

Naxçıvan  respublikasında  dini  turizm  çox  yüksək  inkişaf  etmişdir.  Burada  bir 



sıra  ziyarətgahlar,  pirlər  və  imamzadələr  vardır.  Tursitlərin  marağına  ən  çox  səbəb 

olan  isə  barəsində  müqəddəs  Qurani  Kərimin  “Əl-Kəhf”  surəsində  bəhs  edilən 

Əshabi-Kəhf  ziyarətgahıdır.  Həmçinin  Nuh  peyğəmbərin  Naxçıvan  şəhərindəki 

məzarüstü  türbəsi  də  turistlər  tərəfindən  sıx-sıx  ziyarət  edilən  ziyarətgahlardandır 

[38]. 

 

Dini turizmdən əlavə Naxçıvanda müalicə turizmi də geniş yayılmışdır. Burada 



ünyada bənzəri Duzdağ və Badamlı fizioterapiya xəstəxanaları və Darıdağ arsenli su 

müalicəxanası vardır. 2008-ci ildə Naxçıvanda İslam Konfransı Təşkilatının ölkələrin 

nümayəndələrinin iştirakı ilə baş tutan “Dini və sağlamlıq turizmi: mənəvi və fiziki 

istirahətin təşkili” mövzusunda beynəlxalq konfrans da buradakı turizm imkanlarının 

daha da genişləndirilməsinə yol açmışdır [39]. 

 

Azərbaycandakı mineral su ehtiyatlarının altmış faizi Naxçıvanın payına düşür. 



Bu  mineral  suların  da  bir  çoxu  müalicə  əhəmiyyətlidir.  Məsələn,  Badamlı,  Sirab, 

65 

Darıdağ və başqaları. Naxçıvanın Şahbuz rayonu ərazisindəki “Böyrək suyu”  bulağı 

böyrək daşlarının müalicəsində böyük əhəmiyyətə malikdir. Bu suyun 4 cür böyrək 

daşını  salması  faktı  öz  elmi  təsdiqini  tapmışdır.  Həmçinin  Naxçıvanda  müalicə 

əhəmiyyətli  sulardan  kükürdlü,  dəmirli,  karbonlu  və  radonlu  su  da  vardır.  Bu 

sulardan mədə, qaraciyər, bağırsaq xəstəliklərinin müalicəsində və iltihaba səbəb olan 

amillərin aradan qaldırılmasında geniş istifadə olunur [40]. 

 

Naxçıvanda həm də kənd-yaşıl turizmi də inkişaf etmişdir. Xüsusilə də Şahbuz 



rayonundakı “Batabat” restoranı ərazisində yaradılmış kateclər və Ağbulaq İstirahət 

Mərkəzi turistlər üçün lazım olan şəraitlə təchiz olunmuşdur. Turistlər burda ekoliji 

təmiz  qida  məshulları  ilə  təmin  edilirlər.  Həmçinin  yüksək  xidmət  keyfiyyəti  və 

münasib qiymətlər. Turistlərin Naxçıvanın kəndlərinə rahat şəkildə gələ bilməsi üçün 

hətta ən ucqar ərazilərə belə yollar çəkilmişdir. Hətta bir neçə kəndə dəmiryolu ilə də 

getmək olur [40]. 

 

Naxçıvana turistlər ilin bütün fəsillərində üz tuturlar. Çünki Naxçıvan ilin bütün 



fəsillərində gözəl və füsnkardır. Yayda buranın təbiəti, bolsulu çayları, şırıltılı şəlaləri 

gələnləri valeh edir. Özəlliklə də Gilançay, Parağaçay, Vayxır gölü, Batabat yaylağı, 

Pəzməri şəlaləsi və s. Naxçıvan turistlərin qışda da üz tutduqları bir məkandır. Qışda 

Naxçıvan  sanki  nağıllar  aləmini  xatırladır.  Qışda  turistlər  üçün  müxtəlif  gəzintilər 

nəzərdə  tutulur.  Turistlər  xüsusilə  dağ  yürüşləri  etməyi  və  vəhşi  heyvan  və  quşları 

seyr etməyi sevirlər [38]. 

 

      Cədvəl 3.7  



Naxçıvanda turizm 

 

 

2013 


2015 

2016 


Mehmanxana və mehmanxana tipli 

müəssisələrin sayı, vahid 

21 

21 


21 

Nömrələrin sayı, vahid 

623 

623 


623 

Birdəfəlik tutum, yer 

1448 

1448 


1448 

Yerləşdirilmiş şəxslərin sayı, nəfər 

59875 

60275 


60468 

66 

                                                                                                          Cədvəl 3.7-nin ardı                                                            

Gecələmələrin sayı, adam-gecə 

85897 


86381 

87333 


 

Qeyd:  Cədvəl  “Azərbaycan  Respublikasının  Dövlət  Statistika  Komitəsi”nin  məlumatlarına  əsasən 

müəllif tərəfindən hazırlanmışdır.

 

 



 

3.2 Tədqiqat metodu 

Tədqiqat  metodu  olaraq  anket  araşdırması  həyata  keçirilmişdir  və  araşdırma 

2018-ci ilin aprel ayında Azərbaycanın paytaxtı Bakı şəhərində həyata keçirilmişdir. 

Anket  sorğusu  təxminən  biraylıq  zaman  ərzində  edilmişdir.  Sorğuda  yaşı  18-dən 

yuxarı, Azərbaycan daxilində ən azı bir dəfə səyahət etmiş şəxslər iştirak etmişdir. 

 

 



3.2.1 Tədqiqatda istifadə olunan ölçülər 

 

Azərbaycanlı  turistlərin  düşüncələri  ilə  bağlı  aparılan  anket  sorğu  ümumilikdə 



on  üç  sualdan  ibarətdir.  İlk  beş  sual  sorğuda  iştirak  edənlərin  demoqrafik 

xüsusiyyətlərini  (cinsiyyət,  yaş,  mədəni  vəziyyət,  təhsil  səviyyəsi  və  aylıq  gəlir) 

müəyyənləşdirmək  məqsədilə verilmişdir. Növbəti beş sual sorğuda iştirak edənlərin 

ölkə daxilində etdikləri səyahətlərin sayı, onların kiminlə edildiyi, səyahət seçiminə 

təsir  göstərən  faktorlar, Azərbaycan  daxilində  istirahət  deyəndə  onların  ağlına gələn 

ilk  üç  rayon  və  ən  son  istirahət  etdikləri  üç  rayon  barədə  ümumi  məlumatları  əldə 

etmək  məqsədilə  verilən  suallardır.  Son  üç  sual  isə  birbaşa  tədqiqatda  araşdırılan 

yeddi  destinasiyanın  müəyyən  kriteriyalar  üzrə  dəyərləndirilməsindən  ibarətdir. 

Anketdə  yalnız  bir  variant  seçmə,  bir  neçə  variant  seçmə,  açıq  tipli  və 

qiymətləndirmə  tələb  edən  suallardan  istifadə  olunmuşdur.  Verilənlər  dissertant 

tərəfindən toplanmışdır. 

 

 

        3.2.2 Verilənlərin analizi və nəticələrin düşüncə xəritələri vasitəsilə təsviri 

 


67 

 

Aparılan  sorğuda  iştirak  edənlərin  demoqrafik  xüsusiyyətləri,  yəni  cinsiyyət, 



yaş, mədəni vəziyyət, təhsil səviyyəsi və aylıq gəlirləri ilə bağlı məlumatlar aşağıdakı 

cədvəllərdə ümumiləşdirilmişdir. 

                                                                                                                          Cədvəl 3.8 

Sorğuda iştirak edənlərin cinsiyyətə görə bölgüsü 

 

 

Tezlik__%__18-25'>Tezlik 

Qadın 


113 

56.5 % 


Kişi 

87 


43.5 % 

Ümumi 


200 

100 % 


 

Cədvəldə  göstərildiyi  kimi,  sorğuda  ümumilikdə  200  nəfər  iştirak  etmiş  və 

onların  56.5  %-ini  qadınlar,  43.5  %-ini  isə  kişilər  təşkil  etmişdir.  Cinsiyyət 

baxımından iştirak edənlərin sayı arasında elə də böyük bir fərq olmadığı aşkardır. 



                                                                                                                       

                                                                                                                        Cədvəl 3.9 

Sorğuda iştirak edənlərin yaş aralıqlarına görə bölgüsü 

 

 

Tezlik 





18-25 

54 


27 % 

26-35 

63 


31.5 % 

36-45 

40 


20 % 

46-55 

32 


16 % 

56 + 

11 


5.5 % 

Ümumi 

200 


100 % 

 

 

Cədvəldən də göründüyü kimi sorğu iştirakçılarının 54 %-i 18-25, 63 %-i 26-35, 



40 %-i 36-45, 32 %-i 46-55 və 11 %-i isə 56+ yaş qruplarına daxildir. 

 

                                                                                                                      Cədvəl 3.10 



68 

Sorğuda iştirak edənlərin mədəni vəziyyətə görə bölgüsü 

 

 

Tezlik 



Subay 

105 


52.5 % 

Evli   

67 


33.5 % 

Digər 

28 


14 % 

Ümumi 

200 


100 % 

 

 



Sorğuda iştirakçılarının 52.5 %-i subay, 33.5 %-i evli, 14 %-i isə digər mədəni 

vəziyyət qrupuna daxildir. 



      

                                                                                                                      Cədvəl 3.11 

Sorğuda iştirak edənlərin təhsil səviyyəsinə görə bölgüsü 

 

 



Tezlik 

% 

İbtidai təhsil 

0 % 



Orta təhsil 

13 


6.5 % 

Peşə təhsili 

27 


13.5 % 

Natamam ali təhsil 

102 


51 % 

Tam ali təhsil 

58 


29 % 

Ümumi 

200 


100 % 

 

 

Cədvəldən də məlumdur ki, 200 sorğu iştirakçısından yalnız ibtidai təhsil alan 



yoxdur, 6.5 %-i sorğu iştirakçısı orta təhsil, 13.5 % peşə təhsili, 51 % natamam ali 

təhsil, 29 % isə tam ali təhsil almışdır. 



 

                                                                                                                      Cədvəl 3.12 

Sorğuda iştirak edənlərin aylıq gəlirə görə bölgüsü 

 


69 

 

Tezlik 





0-500 AZN 

59 


29.5 % 

501-1000 AZN 

75 


37.5 % 

1001- 1500 AZN  

38 


19 % 

1501-2000 AZN 

21 


10.5 % 

2001 + AZN 

3.5 % 



Ümumi 

200 


100 % 

 

 

Sorğuda iştirak edənlərin 29.5 %-inin aylıq olaraq 0-500 AZN, 37.5 %-inin 501-



1000 AZN, 19 %-inin 1001-1500 AZN, 10.5 %-inin 1501-2000 AZN, 3.5 %-i nin isə 

2001+ AZN gəlir əldə etdiyi cədvəldə götərilmişdir. 



 

                                                                                                                      Cədvəl 3.13 

Sorğuda iştirak edənlərin Azərbaycan daxilindəki səyahətləri ilə bağlı məlumatlar 

 

 



 

Tezlik 



1. Azərbaycan  

daxilində neçə dəfə  

səyahət etmisiniz? 



1.5 % 



3.5 % 

13 



6.5 % 

20 



10 % 

5+ 


157 

78.5 % 


2. Azərbaycan  

daxilindəki  səyahətlərinizi 

kiminlə etmisiniz? 

Ailəmlə 


173 

86.5 % 


Dostlarımla 

156 


78 % 

Sevgilimlə 

0 % 


Nişanlımla 

0 % 



Yalnız 

4.5 % 



Digər 

0 % 



3. Destinasiya seçiminizə 

təsir göstərən faktorlar 

Xidmət keyfiyyəti 

123 

61.5 % 


Qiymət 

176 


88 % 

Əyləncə 


məkanlarının çeşidliliyi 

111 


55.5 % 

70 

                                                                                                         Cədvəl 3.13-ün ardı 



 

Brend 


 

119 


59.5 % 

İmic 


113 

56.5 % 


Dost və ya  

qohum tövsiyəsi 

162 

81 % 


Reklamlar 

31 


15.5 % 

Yerli  


əhalinin  

qonaqpərvərliyi 

31 

15.5 % 


Mətbəxin zənginliyi 

47 


23.5 % 

Digər 


20 

10 % 


Ümumi 

 

200 



100 % 

 

 



Sorğuda  iştirak  edənlərin  cavablarına  əsasən  məlum  olur  ki,  onların  1.5  %-i 

Azərbaycan  daxilində  1  dəfə,  3.5  %-i  2  dəfə,  6.5  %-i  3  dəfə,  10  %-i  4  dəfə  və  ən 

böyük göstərici olan və digər göstəricilərdən əhəmiyyətli dərəcə fərqlənən 78.5 %-i 

isə 5  dəfədən  çox səyahətdə olmuşdur. Sorğuda  iştirak  edənlərin 86.5  %-i  ailəsi ilə, 

78  %-i  dostları  ilə,  4.5  %-i  isə  yalnız  səyahət  etməyi  üstün  tutur.  Nişanlısı  və  ya 

sevgilisi  ilə  səyahət  edən  yoxdur,  digər  variantına  cavab  verilməmişdir.  Onların 

destinasiya  seçiminə  xidmət  keyfiyyəti  amili  61.5  %,  qiymət  88  %,  əyləncə 

məkanlarının  çeşidliliyi  55.5  %,  bu  destinasiyanın  brend  olması  59.5  %,  bu  brendə 

inam  56.5  %,  dost  və  ya  qohum  tövsiyəsi  81  %,  reklamlar  15.5  %,  yerli  əhalinin 

qonaqpərvərliyi 15.5 %, mətbəxin zənginliyi isə 23.5 % təsir göstərir. Digər amillər 

isə 10% təsir göstərir və onlar təbiət və məsafə şəklində qeyd olunmuşdur. 

 

                                                                                                                      Cədvəl 3.14 

Sorğuda iştirak edənlərin Azərbaycanın rayonları ilə bağlı dəyərləndirmələri 

 

Azərbaycanda  istirahət  deyəndə 

ağlınıza gələn ilk üç rayon 

Tezlik 




71 

                                                                                                                                        

Cədvəl 3.14-ün ardı 

 

Qəbələ 

132 

66 % 


Quba 

117 


58.5 % 

Şəki 

85 


42.5 % 

İsmayıllı 

67 


33.5 % 

Qusar 

32 


16 % 

Qax 

26 


13 % 

Şamaxı 

24 


12 % 

Gəncə 

24 


12 % 

Masallı 

16 


8 % 

Oğuz 

12 


6 % 

Naxçıvan 

11 


5.5 % 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin