İfadəli oxu şagirdlərin əmək tərbiyəsinin mühüm vasitə-
sidir.
İfadəli oxu bacarıqlarına yiyələnmək asan məsələ deyil,
“zəhmət və yaradıcılıq” prosesidir. İfadəli oxu təsvir olunanları,
müəllif niyyətini səslənən sözlə uğurlu ifadə ermək üçün şagirddə
səy göstərmək, gərgin axtarış aparmaq tələbatı, çətinliyi dəf etmək
arzusu doğurur.
İfadəli oxu zamanı yalnız bu sahədə xüsusi qabiliyyəti olanlar
deyil, hər bir şagird öz imkanları daxilində fəaliyyət göstərir,
yaradıcı əməyin sevincini də, “yaradıcılıq əzablarını” da hiss edir.
Nəticə etibarilə bu da öz əksini onun ədəbiyyat dərslərindəki dolğun
cavablarında, bədii əsərlərin mütaliəsinə həvəsinin artmasında,
ifadəli oxu bacarıqlarına yiyələnməsində tapır.
İfadəli oxu üzrə təmrinlər müəllim-şagird, şagird-şagird
əməkdaşlığına, ünsiyyətinə müsbət təsir göstərir.
Müəllimin nü-
35
munəvi ifadəli oxusu şagirdlərdə güclü təəssürat yaradır. İfadəli
oxunu heyranlıqla, diqqətlə dinləyən şagirdlərdə öz ifalarında müəl-
limə bənzəmək, onun kimi mahir ifaçı olmaq arzusu oyadır. İfadəli
oxu üzrə çalışmaları cütlük, kiçik qrup şəklində icra edən şagirdlər
dialoqa girir, söylənilən fikirləri diqqətlə dinləyir, təlimi problemi
həll etmək üçün birgə səmərəli fəaliyyət göstərirlər.
36
OXU SƏNƏTİNİN TARİXİNDƏN
Ədəbi-bədii nümunələrin səslənən sözlə çatdırılması tarixi qə-
dimdir. Pedaqogika tarixində elə bir məktəb olmayıb ki, orada şa-
girdlərə ədəbi mətnləri oxumağı, bədii qiraət vərdişlərini öyrət-
məsinlər. Bu mənada oxu sənətinin yaranma tarixi məktəbin tarixin-
dən başlanır. İfadəli oxunun tarixi Şərqdə oxu sənətinin tarixi, şifahi
xalq ədəbiyyatı ilə sıx əlaqəlidir.
Hələ qədim zamanlardan başlayaraq bu günə kim bədii sözün
sehrli gücünə dərin inam bəsləyən müdrik babalar, ağbirçək nənələr
uşaqlara milli mənəvi-dəyərləri aşılamaq məqsədilə xüsusi ahənglə,
ifadəli şəkildə bayatılar, nəğmələr, nağıllar, dastanlar söyləmiş, xal-
qımıza xas olan əxlaqi-mənəvi keyfiyyətlər, nəcib hislər aşılamışlar.
Uşaq göz dünyaya açan gündən xalqın bədii söz xəzinəsi olan
folklor nümunələrini eşidir, ana laylasının həzin sədaları atında yu-
xulayır, ayılanda oxşamaların sədası altında atılıb-tutulur, əzizlənir.
Şifahi xalq ədəbiyyatının inciləri – nağıllar, atalar sözləri və
məsəllər, nəğmələr, təmsillər, tapmacalar, yanıltmaclar, düzgülər,
acıtmalarda dilimizin zənginliyi öz əksini tapmış, hər biri özəl ifadə,
deyim tərzinə malik olan bu əsərlər uşaqda kiçik yaşlarından bədii
duyumu, ana dilinə məhəbbəti inkişaf etdirmişdir. Uşaqların nitq
qüsurlarını islah etmək, onlara deyilişi çətin sözləri tələffüz etməyi
öyrətmək, diqqətini, danışıq qabiliyyətini inkişaf etdirmək məqsə-
dilə xüsusi folklor janrının - yanıltmacların yaradılması qədim dövr-
lərdə bu janrın da təlim-tərbiyə əhəmiyyətinin düzgün dəyərlən-
dirildiyini göstərir.
İfadəli oxunun kökləri ibtidai insanların əmək nəğmələrinə
gedib çıxır. “Hələ ən qədim, ibtidai icma dövründə əmək mərasim-
ləri, görülən işlərin ahəngi, bu işləri yerinə yetirənlərin əhvali-
ruhiyyələri, ovqatları, onların özlərinin melodik səsləri, zümzümə-
ləri, nəhayət sözləri ilə müşayiət olunmuşdur. Bu zümzümələr,
melodik səslər, sözlər zaman-zaman biçimlənərək poetik məna kəsb
etməyə başlamış və ilkin nəğmələrə çevrilmişdir.
Əmək nəğmələrinin ən qədim örnəkləri ovçuluq nəğmələridir.
Ovçu nəğmələrində sözün melodik-magik gücünün ovu ram et-
məyə, ələ keçirməyə qadur olduğuna inanılmışdır.
37
Əmək nəğmələrinin ən bitkin və geniş yayılmış nümunələri
əkinçiliklə bağlı cüt (cütçü) nəğmələri-holavarlardır. Bu nəğmələri
yer sürüldükcə əkin zamanı hodaqçılar – cütçülər xüsusi avazla,
uca, melodik səslə oxumuşlar. Holavarların məzmunu əməyin,
görülən işin, fərdi və ictimai ovqatın necəliyi, hodaqçının əhval-
ruhiyyəsi ilə şərtlənmiş, onun musiqisi, avazı, cütə qoşulmuş
heyvanların hərəkət ritminə uyğun olmuşdur.
Əvvəllər holavar nəğmələri azmisralı, azhecalı mətnlər olmuş
və ahəngə, səsə, avaza uyğunlaşdırılmışdır. Zaman keçdikcə hola-
varlar öz ilkin, qədim şəklini tədricən dəişmiş və bayatı biçiminə
düşmüşdür. Cütcü bu nəğmələrdə həm öz həyatını, dolanacağını
nəql eləyir, həm də öküzləri tərifləyir, nəvazişli sözlərlə onları tor-
pağı tez şumlamağa həvəsləndirir. Bütün folklor nəğmələrində oldu-
ğu kimi, burada da sözün-nəğmənin sehrli gücünə, xeyir-bərəkət,
uğur, bolluq gətirə bilmək qabiliyyətinə inam vardır
1
.
Şifahi xalq ədəbiyyatımızda sözün məna yükü, dəyəri, təsiri,
kəsərliliyi haqqında “”Sözü ağzında bişir, sonra çıxar”, “Sözün
zahiri zərif, batini lətif olmalıdır”, “Qılınc yarası sağalar, söz yarası
sağalmaz”, “Dili ilə ilanı yuvasından çıxarar” kimi atalar sözləri və
məsəllər yaranmışdır.
Şərqdə ilk peşəkar bədii söz ustaları nağılçılar, ozanlar olmuş-
dur. Qədim dövrlərdə küçə və bazarlarda, meydanlarda, çayxana-
larda səyyar nağılçılar gəzib nağıl danışır, ozanlar el şənliklərində
dastan söyləyir, xalqın arzu və istəklərindən, tarixi hadisələrdən söz
açırdılar. Bu zaman ifaçının bədii sözü ifadəli çatdırmaq bacarığı
dinləyicilər tərəfindən yüksək qiymətləndirilir, alqışlanırdı. Ozan-
ların ifası sazla, musiqi ilə müşayiət olunurdı.
Qədim Azərbaycanda yaşayan xalqların dini-fəlsəfi, mənəvi-
əxlaqi, ictimai-siyasi görüşlərini əks etdirən “Avesta”da sözün gü-
cünə böyük dəyər verilir, vəhdətdə götürülən xeyir söz, xeyir əməl,
xeyir düşüncə insan xoşbəxtliyinin mühüm amili kimi irəli sürü-
lürdü. Əvvəlcə fikir yaranır, sözlə ifadə olunur və əməllə həyata
keçirilir:
1
Azərbaycan ədəbiyyatı tarixi. 6 cilddə. I c.Bakı: Elm, 2004, s. 156-157.
38
Müqəddəs fikirlə haqq din önündə,
Xeyir söz, xeyir iş, xeyir düşüncə
Sayəsində verər Ahurə bizə
Xiştranın əlilə əbədi həyat.
1
“Kitabi-Dədə Qorqud” dastanında Dədə Qorqud xeyirdə-şərdə
xalqa üz tutub qafiyəli nəsrlə, ifadəli bədii sözlə boy boylayır, soy
soylayırdı. Qopuz musiqisinin müşayiəti ilə, igid döyüşçülərin
başına gələnlərin xatırladılması, məclisdəkilərə xeyir-dua verilməsi
dinləyiciləri təsirləndirir, emosional ovqat yaradırdı:
Hanı dediyim bəy ərənlər?
Dünya mənim deyənlər?
Əcəl aldı, yer gizlədi,
Fani dünya kimə qaldı?
Gəlimli-gedimli dünya,
Son ucu ölümlü dünya!
Müsəlmanların müqəddəs kitabı olan “Qurani Kərim” də ifadəli
oxunun geniş yayılmasında mühüm rol oynamışdır. “Quran” ərəbcə
iqra
sözündən olub mənası “oxumaq”, “tələffüz etmək”, daha
doğrusu Allahdan Məhəmməd əleyhissəlama nazil olan kəlamların
oxunması, tələffüz edilməsi deməkdir. “Peyğəmbərimiz (ə) öz
əshabələrinə müraciətlə belə deyirdi:”Quranı öz (gözəl) səsinizlə
rövnəqləndirin”
2
.
Məlumdur ki, “Qurani-Kərim”in nazil olduğu dövrdə - VII
əsrdə ərəb xilafətində şeir, natiqlik sənəti inkişaf etmiş, fəsahət və
bəlağət özünün ən yüksək zirvəsinə çatmışdı. Ərəb qəbilələrinin
əksəriyyətinin axışıb gəldiyi bazarlarda təkcə alver getmir, ticarət
sazişləri bağlanmır, eyni zamanda qədim Afinada olduğu kimi, şair
və natiqlərin müsabiqələri də keçirilirdi.
Müsabiqə zamanı oxunan şeirlərin, söylənən xütbələrin münsif-
lər tərəfindən qiymətləndirilməsi o dövrdə yazılı surətdə olmasa da,
şifahi şəkildə bütün Ərəbistan yarımadasında intişar tapmış ümumi
estetik tələblər, müəyyən stilistik normalar əsasında həyata keçiri-
1
Hikmət xəzinəsi. Bakı: Maarif, 1992, s.31.
2
Qaradağlı V. Qurani-Kərimin qiraəti və onun linqvistik əsasları. Fil. elm. nam.
diss. avtoreferatı. Bakı, 2005, s.4.
39
lirdi. Az sözlə çox şey deməyə, bütöv bir fikri qüsursuz ifadə et-
məyə xüsusi əhəmiyyət verilirdi. Şeirin, natiqliyin, üslubiyyatın
yüksək inkişaf etdiyi belə bir dövrdə nazil olmuş “Qurani-kərim”
ərəblərin şöhrəti dillər əzbəri olan bütün möhtəşəm sənət əsərlərini
öz poetik siqləti, təkraredilməz gözəlliyi ilə kölgədə qoymuş,
onların bədii təsir qüvvəsini heçə endirmişdi.
“Qurani-Kərim”i düz oxuyan özünə savab, səhv oxuyan isə gü-
nah qazanmış olur. M.Füzuli bu cəhəti nəzərə alaraq yazırdı:
Ey xəta ləfzilə Qur’anın şükuhin sındıran,
Mö’cüzi-ayati-Qur’andan həzər qılmazmısan?
Hər əlif bir xəncəri-xunrizi-bürrandır sənə,
Xəncəri-xunrizi-bürrandan həzər qılmazmısan?
Bir həkimi-kamilin darüş-şəfayi-hikmətin
Etmək istərsən xərab, ondan həzər qılmazmısan?!
1
“Əvvəllər klassik ərəb dilinin bədii nümunəsi olan “Quran”
bəlağət və fəsahət baxımından öyrənilmiş, sonralar isə söz sənətinin
ayrı-ayrı cəhətlərini araşdırmaq diqqət mərkəzində olmuşdur. Elə
buna görə də bəlağət, yəni nitq gözəlliyi məsələsi ilk dəfə olaraq
“Quran” la bağlı şəkildə öyrənilməyə başlanılmışdır.Çünki Tanrı
tərəfindən göndərilmiş hesab edilən müqəddəs kitab bəlağətli nitqin
ən kamil nümunəsi kimi tanınırdı.”Quran” kəlamlarının təkraredil-
məzliyini və gözəlliyini aşkara çıxarmaq üçün ayrı-ayrı müəlliflər
bu mövzuda tədqiqatlar aparırdı. Təsadüfi deyildir ki, bəlağət haq-
qında yazılan ilk kitablar “Quran”ın bəlağətinə həsr edilmişdi.”
2
Qaynaqlarda nitqin aydınlığı, anlaşıqlı olması, yığcamlığı, nit-
qin tərkib hissələrinin dəqiq düzümü və sözlərin düzgün seçilməsi,
söz sənətinin gözəlləşdirilməsi bəlağətin mühüm cəhətləri kimi
qeyd olunur.
Qədim yunan musiqi məktəbində Homerin, digər şairlərin əsər-
ləri oxudular, tələffüzün düzgünlüyünə, ahəngdarlığa və ritmə xü-
susi diqqət yetirilərdı. Mətni əvvəlcə müəllim, sonra şagirdlər
əzbərdən ifadəli söyləyərdi.
Yusif Xas Hacib Balasaqunlu “Qutadqu bilik” (Xoşbəxtliyə
1
Qurani-Kərim. Ön söz V.M.Məmmədəliyev. Bakı: Azərnəşr, 1991, s.9, 19.
2
Quliyeva M. Klassik Şərq poetikası. Bakı: Yazıçı, 1991, s. 7.
40
aparan elm) əsərində insan həyatında gözəl nitqin əhəmiyyətini,
dəyərli sözün faydalarını şərh edərək yazırdı:
Gərəkli sözü uludan dinləməli,
Əməl etsinlər deyə kiçiklərə söyləməli.
Sözü yaxşı, gözəl düşünüb söylə,
Ancaq soruşulanda de və qısa elə.
Çox söz eşit, özün çox danışma,
Sözü ağılla söylə, biliklə bəzə.
1
Bütün dövrlərdə söz insanın ən iti silahı, onun iç dünyasını,
mənəvi aləmini tanıdan başlıca vasitə olmuşdur. Həzrət Əlinin söy-
lədiyi kimi, hər kəs öz dilinin altında gizlənib. Danışmayınca kim-
liyi, necəliyi bilinməz. “Qabusnamə” deyilir: “Sözü ən gözəl tərzdə
söyləmək lazımdır ki, həm söz anlayan olasan, həm də söz anla-
dasan”.
XII əsr böyük Azərbaycan şairi N.Gəncəvi “Xəmsə”yə daxil
olan poemalarında sözün qüdrətindən bəhs etmiş, onu ilahi baş-
lanğıcla əlaqələndirərək mədh etmişdir. O, sözə geniş mənada yana-
şır, dilin, bədii sözün, nitqin, yazının bəşəriyyətin inkişaf tarixindəki
misilsiz rolundan, onun müasir həyatda əhəmiyyətindən danışır, sö-
zü insanın canı və özü hesab edirdi. Nizami öz əsərlərində, ümu-
miyyətlə, sözdən danışdıqdan sonra şeir haqqında söhbət açır, ərşin
ötən bülbülü saydığı şairin zəhmətinə yüksək qiymət verir, onu
peyğəmbərlərə yaxın tutur. Şair və şeir qarşısında ciddi ictimai
vəzifələr qoyan Nizaminin fikrincə, şeir, bədii söz insanları tərbiyə
etmək vasitəsidir:
Kim ki sözə verdi sığal, sahmanı,
Sözlə bişirdi çiy olan insanı.
2
Sənətkarın fikrincə, varlıq mövcud olandan bəri sözdən gözəl
övlad yaranmamışdır, söz var-dövlətdən, cəvahiratdan da qiymət-
lidir, dünyanın naxşıdır:
1
Balasaqunlu Y. Qutaqqu bilik. Bakı: Azərnəşr, 1994, s.90-91.
2
Yusifli X. Nizami Gəncəvi və onun “Sirlər Xəzinəsi” poeması. Nizami Gəncəvi
“Sirlər xəzinəsi”. Bakı: Lider, 2004, s.10-11.
41
Sordu köhnə qızılmı, təzə sözmü yaxşıdır?
Söz sərrafı söylədi söz dünyanın naxşıdır.
Şair sözün lətafətindən, fikri az sözlə ifadə etməyin daha xoş
olmasından danışır, incitək sözlərlə dünyanı bəzəməyi məsləhət
görürdü:
Sözün də su kimi lətafəti var,
Hər sözü az demək daha xoş olar.
…İncitək sözlər seç, az danış, az din,
Qoy az sözlərinlə dünya bəzənsin.
“İsgəndərnamə” poemasında kəskin sözü ilə seçilən, dinləyən-
ləri sözün cazibəsinə salan məşhur natiq Tutiyanuş obrazı diqqəti
cəlb edir:
Bir rumlu natiq var idi olduqca insane,
Natiqdi bir neçə dildə fanışan.
Söhbəti tutini kəməndə salmış,
Özü Tutiyanuş adını almış.
O qədər kəskindi sözü, hünəri,
Özünə çəkərdi dinləyənləri.
Şair həyatda sözdən istifadə ilə bağlı incəlikləri nəzərə almağı,
fikrin, mənanın ifadəsində söz seçiminə diqqətli olmağı vacib sayır,
əks-təqdirdə belə nitqin dinləyiciyə təsir etməyəciyini söyləyirdi:
Elə söz vardır ki, yaramaz demək,
Başqa bir dil ilə söyləmək gərək.
…Boş, mənasız sözlər kimə gərəkdir?
Kim belə sözləri dinləyəcəkdir?
Xacə Nəsirəddin Tusi “Əxlaqi-Nasiri” əsərində uşağın söz
demək qaydalarına yiyələnməsindən danışarkən yazır: “Böyüklərlə
danışarkən kinayə işlətməməli, nə bərkdən, nə yavaşdan, mülayim
səslə sözünü deməlidir. Danışdığı məsələ qəlizdirsə, aydın misal-
larla izah etməyə çalışmalıdır, başqa hallarda qısa və yığcam danış-
malıdır. Yabançı kəlmələr işlətməməli, qondarma ifadələr düzəlt-
məməli, ona deyilənlərə axıra qədər qulaq asmamış cavab vermə-
məli, deyəcəyi fikri beynində bişirməmiş dilinə gətirməməli, ehtiyac
olmadan sözü təkrar etməməlidir, ehtiyac üzündən təkrar lazım
olduqda tərəddüd göstərməməlidir.
Nalayiq sözlər işlətməməli, ... zərurət üzündən ayıb kəlməyə
42
ehtiyac yarandıqda onu obrazlı, məcazi ibarələrlə anlatmalı, şux və
zərif ifadələrdən qaçmamalı, hər məclisə münasib danışmağı ba-
carmalıdır. Söz vaxtı əl-qolunu işə salmamalı, qaş-gözünü oynatma-
malıdır. Belə hərəkətləri yalnız danışılan əhvalat tələb etdikdə nəza-
kətli və gözəl tərzdə göstərmək olar.
Alimin fikrincə, uşaq “hansı fənni öyrənmək, o sahədə ixtisas
sahibi olmaq istəyirsə, o fənlə əlaqəsi olan bütün elmlərlə tanış
olmağa həvəs göstərməlidir, məsələn, yazı-pozu sahəsində mütə-
xəssis olmaq istəyən xəttatlığı, natiqliyi... və bu kimi şeyləri bilmə-
lidir, gözəl şeirlər oxumağı, şirin nağıllar, məzəli rəvayətlər, duzlu
hekayələr, gülməli lətifələr danışmağı bacarmalı, ədəbi fənlərdən
başı çıxmalı, imkan olduqda yerdə qalanları öyrənməkdən də imtina
etməməlidir”
1
.
Hürufi ideyalarının təbliğində İ.Nəsimi və tərəfdarları natiqlik
sənətinin, hürufi şeirlərin ifadəli oxusunun imkanlarından istifa-
dəyə xüsusi diqqət yetirirdi. Hürufilər xalq içərisinə yayılaraq möh-
kəm və aydın məntiqlə alovlu nitqlər söyləyir, öz ideyalarını bədii
sözün qüdrəti-ifadəli oxu ilə şüurlara yeritməyə çalışırdılar. Rəva-
yətə görə, bir gənc hürufi tərəfdarları Hələbdə Nəsiminin hürufiliyi
təbliğ edən şeirini şəhər meydanında əzbərdən, ifadəli söyləyirmiş:
Həqbin nəzəri bayəd, ta ruye- məra binəd,
Çeşmi ke, bovəd xudbin, key ruye-xoda binəd.
(Tərcüməsi: Üzümü görməkdən ötrü həqiqəti görən göz (dərk edən baxış)
lazımdır. Göz xudbin olduqda Allahın sifətini necə görə bilər?)
Şeirin müəllifinin özü olduğunu söyləyən gənci dar ağacından
asmaq üçün aparanda İ.Nəsimi haqqında çıxarılmış ölüm fitvasına
baxmayaraq, onu xilas etmək üçün özünü ələ vermişdir.
XV-XVI əsrlərdə ozan-aşıq, qopuz-saz əvəzlənməsi bu sənət-
dəki sinkretik ünsürlərin əsas təbəqələrinə - musiqi, rəqs və söz üç-
lüyünə yeni bir ab-hava, bədii-estetik iqlim gətirmişdir. Etnoqrafik
mərasimlərin ənənə ölçülərinə uyğun olaraq, toy-düyün məclislə-
rində təbiət gözəllikləri, sevgi duyğuları və güzəran qayğıları ilə
bağlı xəlqi çal-çağırlara, elt oxuma və söyləmələrinə, şeir, rəvayət,
1
Xacə Nəsirəddin Tusi. Əxlaqi-Nasiri. Bakı: Elm, 1989, s.161,163.
43
hekayət, məzəli əhvalat, dastan kimi folklor örnəklərinə geniş yer
verilmişdir
1
.
Bu dövrdə
M.Füzuli sözə yüksək qiymət vermiş, az söz danış-
mağın gözəlliyini insanın izzəti-nəfsini, şərəf və layaqətini qoru-
mağı ilə bağlamışdır. O, düz, inandırıcı sözün məqamını, kəlam
sahibini yüksək qiymətləndirirdi:
Hər şeydən yüksəkdir sözün məqamı,
Hər yerdə sevərlər sahib-kəlamı.
Sözün vəsfi mənim hünərim deyil,
Sözün qiymətinə söz yox, yəqin bil.
Gözəl yaranmışdır söz əzəl başdan,
Düzlükdür ondakı hüsnü artıran.
Düzlüklə artmışdır sözün qiyməti,
Düzlükdür hər şeyin ilk məziyyəti.
Şair sözə –
nitqə tərif verərək yazırdı ki, aləm sədəfində insan-
dan qiymətli bir gövhər görmədim və insan gövhərində isə sözdən
şərəfli cövhər tapmadım. Sözün dərəcəsi və rütbəsi ucadır. Söz bilən
adam hər yerdə olsa, hörmətli olar. Sözü tərif etmək mənim həddim
deyil… Yaxşı söz kamalı doğruluqdan alar. Doğruluq sözün qiymə-
tini artırar, doğru zinət daha yaxşı görünər.
“Füzuli sözü Tanrının insana bəxş etdiyi vəhy nemət kimi qiy-
mətləndirir, nitqi-sözü, insanın mahiyyəti, məzmunu, məğzi hesab
edir. Şairin fikrincə, əsərdə söz materialı nə qədər uğurlu olsa da, bu
material mənanın xidmətində deyilsə, yaxud məzmunun düzgün
şərhinə xələl gətirirsə, onun faydası, səmərəsi olmaz.
”Rind və Zahid” əsərində şair yazırdı: “Gərək qarışıq sözləri
kənara qoyasan. Ləfzi mənaya pərdə etməyəsən, Məzmunu başa
düşmək istəyənlərin ürəyini qan etməyəsən. Əsl mənadır, kəlməni
zinətləndirmək deyil”. Lakin şair anlaşıqlı məzmun və zəngin mə-
nanın bədii siqlətdə, yüksək bəlağət və lətafətdə təqdimini də sənət
üçün labüd şərt sayır, onları vəhdətdə, üzvi əlaqədə götürüb obrazlı
şəkildə “can və cisim kimi söz və məna da bir-birindən asılıdır
deyirdi.
2
1
Azərbaycan ədəbiyyatı tarixi. 6 cilddə. I c. Bakı: Elm, 2004, s. 474, 477.
2
Azərbaycan ədəbiyyatı tarixi. 6 cilddə. III cild. Bakı: Elm, 2009, s.434, 439.
44
Farsca “Divan”ın dibaçəsində M.Füzuli sözün məzmun və
forma vəhdətindən bəhs edirdi: “...Kəlam (söz) necə bir nazik sapdır
ki, o xəzinənin dürləri dənə-dənə bu sapa elə bir nizamla düzül-
müşdür ki, heç bir məna onsuz surət ala bilmir:
Söz mənadan asılıdır, məna sözdən hər zaman,
Bir-birindən asılıdır necə ki, cism ilə can.
Uca Tanrı! Ürək necə bir idrak sahibidir ki, həmişə o xəzinədən
maarif cəvahirləri çıxarıb ibarə sapına düzür, dil necə bir məşşatədir
ki, o sapa düzülmüş cəvahirləri zəmanə gözəlinin boynuna həmayil
edir, həm cəvahirlərə qiymət verir, həm də gözəli zinətləndirir:
Sözə xor baxmaq olmaz; hər bir söz
Ərşdəndir gəlib hədiyyə bizə.
Qəlbimiz meyil edir həmişə ona,
Çünki söz nazil oldu qəlbimizə.
Doğrudan da, natiqə tutisinin zövq və şövq şəkəristanında daha
rəğbətlə danışmağa başladığı ən gözəl söz mütəkəllimin zikrini
zümzümə eylər ki, o qüdrətli nazim mülk aləminin surətləri ibarə-
silə mələkut aləminin mənalarının məzmununu bir araya gətirib ya-
radılış zəncirini elə bir gözəllik və zərifliklə tənzim etmişdir ki,
surət aləminin aşiqləri onun ibarəsinin gözəlliyini mütaliə edərək
heyrət dənizinə qərq olmuşlar və məna xəlvətsərasının zövq sahib-
ləri onun məzmununun dəqiqliyini gördükdə sükuta dalmışlar:
Çox gözəl bir nəzmdir kim, vermiş ustadın əli,
Hüsni-məzmunu ibarətlə bu cür zinət ona.
Hüsn zəncirinə hər kəs bağlanıb olmuş əsir,
Çoxları şəklinə heyrandır, çoxu məzmununa.
Binəsib olsun nə’imi-xüldən ol zişt kim,
Namülayim ləhcəsi mövzuni namövzun edər.
Tişeyi-ləfzi binayi-nəzmi viran eyləyib,
Süst göftari fəsahət əhlini məğbun edər.
(İzahı: O dil kəsilsin ki, onun ucbatından söz fəzasında fikir sarayları uçulur.
Onun pis ləhcəsinin dəyişik və çevrilmiş olduğundan ibarə gözəlliyinin varlığı
məhv olub gedir.)
Şair şeir dilinin xəlqiliyini, asanlığını mühüm tələb kimi irəli
sürür, istər oxumaq, istərsə də yazmaq üçün asan olmasını mühüm
45
şərt hesab edirdi:
Qəzəl de ki, məşhuri-dövran ola,
Oxumaq da, yazmaq da asan ola.
“Rind və Zahid” əsərində bir daha bu fikrin üstünə qayıdan şair
“Əsl söz odur ki, onu avam da başa düşsün. Qəbul əhlinin nəsihətini
eşit” deyir.
Mollaxana və mədrəsələrdə, fərdi məktəblərdə mütərəqqi müəl-
limlər şagirdlərin nitqini inkişaf etdirmək üçün müxtəlif üsullardan
istifadə etmişlər. Məktəb və mədrəsələrin özünəməxsus tədris proq-
ramları və təlim üsulları var idi. Orada əvvəlcə ərəb əlifbası öyrə-
dilir, sonra 3-4 il ərzində «Quran» tədris edilir, daha sonra farsca
S.Şirazinin “Gülüstan”ı keçilirdi. Axırda isə məzmununu atanın
oğluna nəsihətləri təşkil edən “Nanü halva” (“Çörək və halva”)
öyrədilir, “Leyli və Məcnun” tədris olunurdu.
1
Mədrəsələrdə bədii
mətnlərin əlyazmalarının üzünü köçürən müdərrislər həmin əsərləri
əzbərlədir, təhlil edir, nəzm əsərlərini bəzən ədəbiyyat nəzəriyyəsi
baxımından şərh edirdilər.
A.Abdullayev yazır ki, mütərəqqi müəllimlər (müdərrislər) şa-
girdlərin nitqini inkişaf etdirmək üçün bir sıra üsullar tətbiq etmiş-
lər. Uşaqlarda gözəl, ifadəli nitq vərdişi yaratmaq vacib bir məsələ
kimi həmişə onların qarşısında durmuşdur. Mollaxana və mədrəsə-
lərdə uşaqların nitqini zənginləşdirmək, onları bədii söz ustası kimi
yetişdirmək üçün onlar müəyyən üsullardan istifadə edirdilər.
Məsələn, elə müdərrislər vardı ki, onlar həftənin altıncı günü
aparılacaq dərsdə əsas yeri şagirdlərin şeirləşməsinə verirdi. Bu isə
təxminən aşağıdakı qaydada aparılırdı: şagirdər iki dəstəyə bölünür-
dülər. Birinci dəstənin nümayəndəsi əzbərdən bir şeir parçası oxu-
yur, qalanlar isə diqqətlə qulaq asırdılar. Şeir bitdikdən sonra ikinci
dəstənin nümayəndəsi birincinin oxuduğu şeirin son sözünün axırın-
cı səsi ilə başlanan başqa bir şeiri söyləməli idi. Məsələn, birinci
M.Füzulinin “Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım”
misrası ilə başlanan qəzəlindən bir-iki beyt əzbər söyləyirdi; burada
1
Nağıyev C. Azərbaycanda ən çox yayılmış əlyazmaları. Respublika əlyazmaları
fondunun əsərləri, II c. Bakı: 1963, s.120.
46
son sözün axırıncı səsi
m
olduğundan, ikinci dəstənin nümayəndəsi
təxminən aşağıdakına bənzər başqa bir şeir oxumalı idi: “Məndə
Məcnundan füzun aşiqlik istedadı var...” və s.
Bu qayda ilə yarış davam etdirilir və hansı tərəf bağlansa, yəni
yuxarıdakı şərtlə əzbərdən şeir söyləyə bilməsə, yarışı uduzmuş
hesab olunurdu. Bu cür məşğələlər uşaqları şairlərin əsərlərindən
parçalar əzbərləməyə, bədii söz ustası olmağa, kütlə qarşısında çıxış
etməyə həvəsləndirir və onları gözəl nitqə verilən tələblərlə tanış
edirdi. Adətən valideynlər bu cəhəti nəzərə alaraq uşaqlarını belə
müdərrislərin yanında oxutmağa çalışırdılar.
1
Mollaxana və mədrəsələrdə bədii ədəbiyyatın oxusu, əzbərlən-
məsi ilə bağlı faktları F.Köçərli də qeyd edir: “…Bu axır vaxtlara
kimi onun (M.Füzulinin – B.H., N.A.) divani-qəzəliyyatı və “Leyli
və Məcnun” hekayəsi məktəblərdə təlim kitabı olub uşaqlara ondan
dərs verilirdi. İndi də köhnə məktəblərdə təhsil almış adamlardan
hər birisini dindirsən “Leyli və Məcnun” hekayəsinin ibtidasını…
başlayıb əzbərdən oxuyacaqdır”.
2
Ümumiyyətlə, ədəbiyyatdan xüsusi dərslik olmadığı bir vəziy-
yətdə məktəb və mədrəsələrdə Azərbaycan söz sənəti nümunələ-
rindən, Nizaminin “Xəmsə”si, M.Füzulinin “Leyli və Məcnun”
poeması, M.F.Axundzadənin “Təmsilat”ı, M.Ə.Sabirin “Hophop-
namə”sindən təlim materialı kimi istifadə edilməsi, həmin əsərlərin
mütaliəsi, təhlilinin aparılması müsbət metodik ənənə kimi xüsusi
qeyd olunmalıdır.
Tədqiqatlar göstərir ki, nəqşibəndi təriqətinin səma mərasim-
lərində də ilahi eşqi tərənnüm edən şeirlərin musiqinin müşayiəti ilə
ifadəli oxusu mühüm yer tutmuşdur. Təriqət məclislərində də XIX
əsr böyük sufi şairi və mütəfəkkiri Mir Həmzə Seyid Nigarinin ilahi
eşqi tərənnüm edən, vətənə, xüsusən Qarabağ torpağına sonsuz
məhəbbəti, mənəvi saflıq, bəşəri hisləri, həmçinin mənsub olduğu
nəqşibəndi təriqətinin başlıca ideyalarını yüksək sənətkarlıqla əks
etdirən şeirləri təriqət üzvlərinin səma məclislərində ifadəli oxunun
tələbləri gözlənilməklə ifa edilmişdir: “Mövləvilik kimi, nəqşibən-
1
Abdullayev A. Müəllimin nitq mədəniyyəti haqqında. Bakı: Maarif, 1966, s.4-5.
2
Köçərli F. Azərbaycan ədəbiyyatı, I cild. Bakı: 1978, səh.90.
47
dilikdə də səma rəqslərinə böyük önəm verilir, səma mərasimlərinə
salikin haqqa qovuşmasına kömək edən bir ayin kimi baxılırdı.
Səma məclislərinə hər adam buraxılmaz, müridin səma məclis-lə-
rində iştirak etməsi üçün müəyyən mərhələlərdən keçməsi və piri-
nin xüsusi icazəsi olmalı idi. Əks halda musiqinin təsiri altında
müridin ruhu müxtəlif dolanbaclarda aza da bilərdi. Səma ayini icra
olunacaq yer qabaqcadan seçilir, icrasına başlanardı. Nigarinin bir
çox şeirlərindəki oynaqlıq, bədii təkrarlar onların xüsusi olaraq
səma məclislərində oxunduğunu, çox güman ki, elə bu məqsədlə də
yazıldığını göstərir:
Vaiz, uğraram, uğraram meyxanəyə, meyxanəyə,
Söylərəm səni peymanəyə, peymanəyə.
Söyləmin bana, söyləmin, zira bilirsiz, bilirsiz,
Qələm yoxdur, qələm yoxdur divanəyə, divanəyə.
Könül məcnundur, məcnun, ey nazənin, ey nazənin,
Düşürüb, çeşmin düşürüb viranəyə, viranəyə.
Yandı canım, yandı canım, görün bir dəm, görün bir dəm,
Kərəm eylə, kərəm eylə suzanəyə, suzanəyə.
Dönər könlüm, dönər könlüm səri-kuyində, səri-kuyində
Nəzər eylə, nəzər eylə pərvanəyə, pərvanəyə.
Səbr eyə canım, səbr eylə, bir gün olur, bir gün olur,
Göndərərəm, göndərərəm cananayə, cananəyə.
Nigariyü, nigariyü, əgər, ey yaran, ey yaran,
Ararsız, ararsız varın meyxanəyə, meyxanəyə.
Nigaridən sonra onun davamçılarının da səma məclisləri qura-
raq orada Mövlanə Cəlaləddin Ruminin və Nigarinin şeirlərini ifa-
dəli oxuduqları, bu ayinin hətta günümüzə qədər gəlib çatdığı
barədə məlumatlar vardır.
1
XIX əsrin ikinci yarısında Azərbaycan ədəbiyyatında klassik
şeir ənənələri davam və inkişaf etdirilmiş, ölkənin müxtəlif şəhərlə-
rində – Bakı, Şamaxı, Şuşa, Qazax, Şəki, Naxçıvan, Ordubad, Lən-
kəranda təşkil olunmuş “Məclisi-üns”, “Məclisi–fəramuşan”,
1
Mir Həmzə Seyid Nigari. Divan. Bakı: Elm və Təhsil, 2010, s.22-23.
48
“Beytüs–səfa”, “Məcməüş–şüəra”, “Əncüməni–şüəra” və “Fövcül–
füsəha” ədəbi məclislərində, Şəki, Qazax, Ağdaş və Dərbənddə
fəaliyyət göstərən dərnəklərdə şeir mübadiləsi və yarışlara geniş
yer verilmiş, Firdovsi, Xaqani, Nizami, Sədi, Hafiz, Rumi, Füzuli
və başqa Şərq ədəbiyyatı klassiklərinin və məclis üzvlərinin əsər-
lərinin mütaliəsi, müzakirəsi zamanı bədii oxu bacarıqlarına xüsusi
diqqət yetirilmişdir.
“Çox zaman məclis üzvləri arasında şeirləşmələr olur, poetika,
şeir qanun-qaydaları, fəlsəfi-estetik məsələlər ətrafında qızğın mü-
bahisələr gedirdi. Bəzən oxunan şeirlər musiqi ilə müşayiət olunur,
hətta Qarabağ məclislərində çox vaxt şairlərlə yanaşı, xanəndə və
musiqiçilər də iştirak edirdi”.
1
F.Bodenştedt “Mirzə Şəfi haqqında xatirələr” kitabında öz
müəlliminin məşğələlərini yüksək qiymətləndirərək yazır ki,
Azərbaycan və fars dillərini bilən tələbələr Mirzə Şəfinin yanına
gələrdi. Mirzə Şəfinin rəhbərliyi ilə “Divani-Hikmət” məclisi
başlayardı. Məclisdə əvvəlcə ustad özü şeirlərini oxuyar, sonra
həmin şeirlərin qafiyəsi və məzmunu barədə danışıb bizi başa
salardı. O, tələffüz üzərində də ciddi dayanırdı”.
2
S.Ə.Şirvani Şamaxıda açdığı “Üsuli-cədid” məktəbində müəl-
limlik edərkən şagirdlərə Şərq ədəbiyyatından nümunələr öyrətmiş,
Sədinin “Gülüstan,” “Bustan” əsərlərinin oxusunu təkil etmişdir.
“Təlimü tədris üçün və ətfalın təhzibü-əxlaqına səbəb olan kitablar
türk lisanında bilmərə yox idi. Bu qüsuru rəf etmək üçün mərhum
Seyid nəzmən və nəsrən türkcə xoşməzmun və ibrətamiz nəqlü
hekayələr ana dilində tərtib edib öz şagirdlərinə oxudardı”
3
.
S.M.Qənizadənin xatirələrindən aydın olur ki, Seyid Əzim öz
şagirdi M.Ə.Sabirin ilk qələm təcrübələrini sinifdə oxuyub müza-
kirə edər, ifadəli oxu nümunələri göstərərdi. Sabirin aşağıdakı mis-
ralarını oxuyan müəllim onun özünü firəng kimi qələmə verməsinin
səbəbini soruşur:
1
Azərbaycan ədəbiyyatı tarixi. 6 cilddə, IV cild. Bakı: Elm, 2011, s.19-20.
2
Bodenştedt F. Mirzə Şəfi haqqında xatirələr. Bakı: Yazıçı, 1987, s.30.
3
Köçərli F. Azərbaycan ədəbiyyatı, II cild. Bakı:1981, s.33.
49
Babam sünni, nənəm şiə... dürəngəm.
Nə farsam mən, nə hindəm mən...firəngəm?
Sabirin həmin misrada sual verərək dinləyicidən türk olması
cavabını almaq istədiyini söyləyir. Yoldaşları bu cavabla razılaş-
mayanda Seyid Əzim onların diqqətini misradakı sual intonasi-
yasına cəlb edərək deyir: hər bir sualın cavabı həmin sualın ləhcə-
sinə (intonasiyasına – B.H., N.A.) baxaraq, müsbət və ya mənfi ola
bilər. Bu sözün isbatına möhtərəm müəllim Baba Tahirdən, Cami-
dən və sair şairlərdən bir neçə beyt oxuyub Tahirovu (M.Ə.Sabiri-
B.H., N.A.) doğruldur, bununla belə misranın məntiqi cəhətdən
künd olduğunu nəzərə alıb islahı üçün rübaini sahibinə qaytarır.
“...Möhtərəm Seyyid ürəfadan bir neçəsinin şeirlərindən bizim üçün
beytlər oxuyub, axırda Ömər Xəyyamın bir rübaisini dördüncü qrup
şagirdlərinə yazdırıb əzbərlənməsini tapşırdı.
1
F.Köçərli məktəbdə folklor nümunələrinin, klassik əsərlərin
oxusunu, “məna cəhətcə balaların ruhuna gözəl təsirini” son dərəcə
vacub sayırdı.
2
Azərbaycanın qırmızı ordu tərəfindən işğalı, sovet hakimiyyə-
tinin bütün sahələrdə olduğu kimi, məktəbdə də ədəbiyyat tədrisinin
məzmun və istiqamətinə də öz təsirini göstərdi. Keçən əsrin 20-ci
illərindən etibarən təlim prosesində ideoloji ehkamların hökm sür-
məsinə baxmayaraq, ədəbiyyat proqramlarında şagirdlərin nitq inki-
şafının, ifadəli oxunun zəruriliyi ilə bağlı göstərişlər verilirdi. 1930-
cu ildə çap olunmuş kəndli-gənclər məktəbi üçün dil-ədəbiyyat
proqramında qeyd edilirdi ki, bədii nəsr və şeir parçaları üzərində
aparılan ritmika, intonasiya işləri şagirdləri deklamasiya yapmağa
hazırlayır.
3
B.Çobanzadə həmin dövrdə çap olunmuş “Türk dili və ədəbiy-
yatının tədris üsulu” kitabında diqqəti nitq inkişafı, orfoepiya məsə-
lələrinə cəlb edərək yazırdı ki, doğru söyləmə (orfoepiya) işi
bilxassə bizim məktəblərdə türk dili tədrisi zamanında mühüm və
1
S.M.Qənizadə. Sabir haqqında kiçik bir xatirə. “Sabir xatirələrdə” kitabında.
Bakı: Gənclik, 1982, s.26-38.
2
Köçərli F. Balalara hədiyyə. Bakı: Gənclik, 1987, s.3.
3
Dil və ədəbiyyat proqramı (kəndli gənclər məktəbinə məxsus). Bakı: 1930, s.10.
50
müşkül bir məsələ olur... burada doğru söyləməni yalnız sövti, fo-
netik mənada anlamamalıdır. Doğru söyləmədə məqsəd, ümumiy-
yətlə, ədəbi üslub, məntiqi surətdə fikir və duyğuları söyləməsini,
yazmasını bəlləməkdir. Bunun da çarəsi tələbələrə, çocuqlara bol-
bol nümunələr və mümarisələr verməkdir.
Doğru söyləmənin meydana gəlməsinə ən ziyadə xidmət edən
başlıca amil – milli teatro bizdə hənuz doğmamışdır. Buna qədər
doğru yazmanı olduğu kibi, doğru söyləməni də məktəblərimizdə
öyrətmək lazım gələcəkdir. Bunun da əsası ədəbi üslubu, heç ol-
mazsa, çocuqların öz şivələrində mövcud ədəbiyyata və ədəbi söy-
ləməyə dayanaraq bəllətmək və elmi-fənni fikirləri ifadəyə doğru
düzgün, açıq ifadəyə alışdırmaqdır ki, bu işin irəlilədilməsi, dərin-
ləşdirilməsi artıq bizdə ikinci dərəcəlli məktəblərin işidir.
... Doğru söyləmə və ədəbi üslub ilə yavaş-yavaş, dərəcə-dərəcə
tanış edilməlidir. Bu xüsusda ədəbi parçaların oxunması pək böyük
yardım edər”
1
.
Ə.Qarabağlı diqqəti ifadəli oxunun xüsusiyyətlərinə cəlb edərək
yazırdı: “Bədii əsər dinləyiciyə o zaman yaxşı təsir bağışlayır ki,
onun fikir və xəyalını, duyğularını oxşaya bilsin. Bunun üçün isə
əsəri oxuyan şəxs həmin əsərdə təsvir edilən hadisənin daxili məna-
sını, oradakı duyğuları, əhvali-ruhiyyəni, ehtirası səslə, tələffüzlə,
məntiqi vurğu ilə ifadə etməyi bacarmalıdır. O elə oxumalıdır ki,
dinləyici təsvir olunan yerləri, şəxsləri, əşyanı görən kimi olsun və
hadisəni daxilən yaşaya bilsin. Məsələn, lacivərd səma, mavi bulud-
lar, geniş, güllü, çiçəkli çəmənlər, çağlayan şəlalələr, durnagözlü
bulaqlar, yaşıl yamaclar haqqındakı parçalar elə oxunmalıdır ki,
həm oxucu, həm də dinləyicilər təsvir olunan gözəllikləri xəyalən
gözlərinin qabağına gətirsinlər, onu həqiqətən görür kimi olsunlar
və ondan həzz alsınlar. Əsərdə ifadə edilən narazılıq, cəhalət, əzab,
nifrət, kin və s. gərək dinləyicilərdə də eyni təsiri doğursun.
2
B.Əhmədov ifadəli oxunun əsərlə ilk tanışlıq oxusundan
1
Çobanzadə B. Türk dili və ədəbiyyatının tədris üsulu. Seçilmiş əsərləri. Beş
cilddə, III cild. Bakı: Şərq-Qərb, 2007, s.162, 164.
2
Qarabağlı Ə. Azərbaycan ədəbiyyatının tədrisi metodikası. Bakı: Maarif, 1968,
s. 71-72.
51
fərqləndirilməsini zəruri sayırdı:”Belə bir metodik fikir mövcuddur:
guya şagird əsəri ona görə ifadəli şəkildə oxuyur ki, onun ideya və
məzmununu dərk etsin. Halbuki hələ K.D.Uşinski “Uşaq aləmi”
dərsliyiniun birinci nəşrinə yazdığı müqəddimədə belə oxunu, yəni
uşağın əsəri öyrənmək üçün oxumasını
Dostları ilə paylaş: |