Qacar və Pəhləvi dövrü - elmi gerilik dövrü
Biz elmdə geri qalmışıq; təkcə əlliillik mənfur Pəhləvi dövründə yox - əlbəttə, bu dövrdə elmi dərinlik baxımından məmləkətin evini yıxdılar - hətta ondan öncədən. Qacarlar və Pəhləvilər dövrü bu elmi geriliyin tərənnümləridir. Biz indi çalışıb bu dərin məsafəni yaxınlaşdırmaq istəyirik.417
İstedadlar üçün imkan yaradılmamasının sonucu
Elmin güclü inkişaf dövrü olan bu 150-200 ildə ölkəmizə edilən ən böyük xəyanət bu idi ki, öz keçmişində Əbu Əli Farabi və Razi kimi şəxsiyyətləri olan bu istedadlı xalqı bugünkü elm dünyasında öz yerini tutmasına qoymadılar, ya da buna şərait yaratmadılar. Siz "qoymadılar" da deyə bilərsiniz - bu, bədbin baxışdır; "şərait yaratmadılar" da deyə bilərsiniz - bu, nikbin baxışdır. Hər halda, bundan az deyil. Qacar və Pəhləvi dövrlərində buna şərait yaratmamaqdan ibarət olan böyük günah onların üzərinə düşür.
Şərait yaranmadıqda bu xalqda və gənclərdə mövcud olan istedad iki-üç yoldan birini keçər. Biri budur ki, ümumiyyətlə, aşkara çıxmaz; sizin nə qədər fiziki gücünüz və fiziki inkişaf potensialınız olsa da, əvvəldən idman edib əzələlərinizi tərpətməsiniz, inkişaf etməzsiniz və bu istedad tələf olub batar. (İkincisi budur ki,) istedadı olan, amma bu istedadı çiçəkləndirmək üçün yolun olmadığını görən insan xarici ölkələrə gedər. Uzun illər boyu baş verən beyinlərin qaçışı məsələsi bizim tariximizin böyük bəlasıdır. İstedadlı və bacarıqlı insanlar dünyanın bir tərəfinə gedib işləmişlər. (Üçüncüsü budur ki,) bu istedad yanlış və səhv yollarda işlədilər. Çünki istedadlar üçün şərait yaradılmamışdır.418
Dostları ilə paylaş: |