BiRİNCİ HİSSƏ


Ə L A V Ə RESPODENTLƏRİN MƏDƏNİ FƏALLIĞININ



Yüklə 454,05 Kb.
səhifə48/49
tarix16.05.2023
ölçüsü454,05 Kb.
#114538
1   ...   41   42   43   44   45   46   47   48   49
referat 905

Ə L A V Ə
RESPODENTLƏRİN MƏDƏNİ FƏALLIĞININ
GÖSTƏRİCİLƏRİ HAQQINDA
Müasir döyrdə cəmiyyətin cocial strukturu və h\əyat tərzinin transformasiyası əhalinin mədəni fəallıq səviyyəsinin göstəricilərindən biri olan asudə vaxtın həcmində və məzmununda xeyli dərəcədə dəyişikliklərə gətirib çıxarmışdır. Bunu hazırki tədqiqatın gedişində alınmış nəticələr də sübut edir.
Asudə vaxtın keçirilməsinin ən kütləvi növləri kimi respondentlər musiqiyə, mahnı ifaçılığına və xoreoqrafiyaya olan marağı 286 n. və ya 57,2%, qiraəti 281 n. və ya 56,2% qeyd ediblər. Respodentlərin sonrakı cavabları aşağıdakı kimi paylanmışdır: bədən tərbiyəsi və idmanla məşğuliyyət – 127 n. və ya 25,4%, dillərin öyrənilməsi 79 n. və ya 15,8%, kompüter və İnternetdən istifadə 69 n. və ya 13,8%, tədris və maarif işi 58 n. və ya 11,6%, təsviri incəsənət - 39 n. və ya 7,8%, elmi iş - 31 n. və ya 6,2 %. Bundan başqa digər maraqlar içərisində qeyd edilmişdir: televerilişlərə baxış - 24 n. və ya 4,8 %, tətbiqi incəsənət - 14 n. və ya 2,4 %, ailəvi gəzinti - 9 n. və ya 1,8 %, evdarlıq - 6 n. və ya 1,2 %, radioelektronika - 6 n. və ya 1,2 %, təbiətdə istirahət 5 n. və ya 1 % və s. Beləliklə, aparılan tədqiqatın nəticələri respondentlərin asudə vaxtmın əsas məzmunu və tərkibini təşkil edən maraqların geniş spektrini aşkar etmişdir. Göstərilən statistik rəqəmlər sübut etdiyi kimi bir çox respondentlərin həyatında bədən tərbiyəsi və idman az əhəmiyyətli deyildir, eləcə də müasir mərhələdə Azərbaycan cəmiyyətində daha çox tələbat olan dillərin öyrənilməsi, kompüter və İnternetə maraq da əhəmiyyət kəsb edir. Sorğunun nəticələrinə görə respondentlərin əksəriyyəti üçün (464 n. və ya 96,7%) asudə vaxtın əsasən ev şəraitində keçirilməsi xarakferikdir. (bax, cədvəl 5.1). CƏDVƏL 5.1.

Maraqların həyata keçirilməsi yerləri haqqında göstəricilər

Evdə

464 n.

96,7 %

Kitabxanalarda

70 n.

14,5 %

İşdə

50 n.

10 %.

İdman müəssisələrində

32 n..

6,4 %

Kompüter mərkəzləri və internet - klublarda

31 n.

6,2 %

Mədəniyyət sarayları və mədəniyyət evlərində

15 n.

3 %

Təbiətin qoynunda

12 n.

2,4 %

Muzeylərdə

10 n.

2 %

Digər yerlərdə

41 n.

8,5 %

Cədvəldan göründüyü kirni, soruşulanların ancaq az hiSsəsi maraqlarını kitabxanada - 70 n. və ya 14,5%, işdə 50 n. və ya 10%, idman müəssisələrində 32 n. və ya 6,4%, kompüter mərkəzləriııdə ve ıütemet-klublarda 31n. və ya 6,2%, mədə-niyyət sarayları və mədəniyyət evlərində 15 n. və ya 3%, təbiət qoynunda 12 n. və ya 2,4%, muzeylərdə 10 n. və ya 2% və s. keçirir. Təhlil göstərir ki, ümumiyyətlə ohalinin maddi rifahının, mənəvi tələbatlarınm, mədəni səviyyəsinin artması və ya azalması insanların asudə vaxtınm məzmununa və təşkilinə bilavasitə təsir edir.
İctimai şüura və varlığa təsir edən ən vacib mədəniyyət institutu və aləti kütləvi informasiya vasitələridir. Bundan irəli gələrək tərəfimizdən respublikada dərc olunan kütləvi informasiya mətbuat vasitələrindən respondentlərin istifadəetmə dərəcəsi öyrənilmişdir (bax, cədvəl 5.2.).
Cədvəldə respondentlərin 10 dəfədən çox adını çəkdikləri dövri nəşrlərin siyahısı göstərilmişdir (soraşulanların sayı: 339 n. və ya 67,8%).
CƏDVƏL 5.2.

Qəzetlər

Oxucuların sayı

Yeni Müsavat

157 n.

46,3%

Krossvord

61 n.

18%

Oxu məni

60 n.

17,7%

Зеркало

55 n.

16,2%

Şərq

39 n.

11,5%

Azadlıq

30 n.

8,8%

Azərbaycan

25 n.

7,4%

Xalq qəzeti

25 n.

7,4%

Эхо

24 n.

7,1%.

Неделя

21 n.

6,2%

Супермаркет

21 n.

6,2%

Azərbaycan müəllimi

13 n.

3,8%

Ayna

13n.

3,8%

Birja

18 n.

3,8%

Наш век

12 n.

3,5%

Respublika

11 n.

3,2%



Aparılmış sorğu respondentlərin üstünlük verdiyi həm ictimai-siyasi, həm də məlumat-əyləncə xarakterli ölkə dövri nəşrlərinin geniş spektrini aşkar etmişdir. Bu halda sorğu nəticələrinə görə respondentlərdə ən yüksək dərəcədə rəğbət qazanan (soruşulanların ümumi sayından 157 n. və ya 46,3%) "Yeni Müsavat" qəzetidir. Digər ictimai-şiyasi nəşrlərin sırasmda respondentlər tərəfindən bu qəzetlərin adları çəkilmişdir: "Zerkalo"- 55 n. və ya 16,2%, "Şərq"- 39 n: və ya 11,5%, "Azadlıq"-30 n. və ya 8,84% və s. Soruşulanların əksər hissəsi "Krossvord" və "Oxu məni" əyləncə qəzetlərinə üstünlük verir (müvafıq olaraq 61n. və ya 18%, 60 n. və ya 17,7%). Ümumiyyətlə, tədqiqatda təqdim olımmuş ictimai-siyasi qəzetlərin geniş spektri ölkədə baş verən hadisə və proseslərə marağın yüksək olduğunu sübut edir. Azerbaycan cəmiyyətinin mədəni həyatımn digər sahələ-rindəki hadisələrə gəldikdə isə, statistika sübut etdiyi kimi onlar hələ də əhalinin xeyli hissəsində lazırni maraq oyatmır. Belə ki, ölkədə fəaliyyət göstərən, respublikanın mədəni həyatını işıqlandıran - "Mədəniyyət", "Ədəbiyyat və incəsənet", "Qobustan" və s. ixtisaslaşmış dövri nəşrlər praktik olaraq əhalidə rəğbət qazanmamışdır. Bununla belə, o fakt həyəcan doğurar ki, respublikanm 3 şəhərində soruşulanların təxminən 1/3 hissəsi (161 n. və ya 32,2%), o cümlədən onlarm ailə üzvləri dövri mətbuat nəşrinə nə abunə yazılır nə də satışdan alırlar. Bu halda 57 n. və ya 60,25% mövcud vəziyyətin əsas səbəbi kimi maddi çətinlikləri göstərmişlər. Yuxanda göstərilən səbəbdən başqa soruşulanların 50 n. və ya 31,06 % hemin mətbuat məhsullana qarşı marağın olmadığını qeyd etmişlər.
Əhalinin mədəni fəallığının enməsinin subütlarından biri ölkənin mədəni-maarif müəssisələrinə davamiyyət göstəriciləridir. Belə ki, respondentlərin ümumi sayından yarıdan az hissəsi respublikanın müxtəlif mədəni-maarif müəssisələrinə gedir (219 n. və ya 43.8%). Bu göstəricilər üzrə 3 şəhərin respondentlərinin cavablarmm müqayisəli təhlilinin cədvəldəki nəticələrinə baxaq:

CƏDVƏL 5.3.



Üç şəhər respondentlərinin mədəni-maarif ıniiəssisələri və tədbirlərdə davamiyyət göstəricilərinin müqayisəli analizi




Bakı

Şəki

Neftçala

Gedirlər

179 n. və ya 44,75%

28 n. və ya 56%

12 n. və ya 24%

Getmirlər

221 n. və ya 55,25%

22 n. və ya 44%

38 n. və ya 76% ]

Cəmi

400 n.

50 n.

50 n.

Cədvəldən göründüyü kimi, mədəni-maarif müəssisələri və tədbirlərinin davamiyyətinin ən yüksək göstəricisi Bakı və Şəki şəhərinin respondentlərində qeyd olunmuşdur - müvafıq olaraq 44,75% və 56%. Qeyd etmək lazımdır ki, Şəkidə mədəni-maarif müəssisələrinə və tədbirlərə gedənlərin 56% (28 n.) təşkil etməsi, fikrimizcə mənəvi irsi zəngin olan bu qədim şəhər əhalisinin (Bakı ve Neftçala əhalisilə müqayisədə) mədəni fəallıq dərəcəsinin kifayət qədər yüksək olmasmı sübut edir. Eyni zamanda Neftçala şəhərində asüdə vaxtm belə keçirilmə formasından 12 n, və ya şoruşulanların 24%-i istifadə edir.


Nəticələr göstərir ki, mədəniyyət müəssisələrinin təklif etdiyi xidmətler çeşidinin genişlənməsinə baxmayaraq respublikada onların auditoriyasının nəzərə çarpan artımı müşahidə olunmıır. Respondentlərin çox hissəsi sorğunun verilənlərinə uyğun olaraq - 281 n. və ya 56,2%-i ümumiyyətlə ölkənin mədəni-maarif müəssisələrinə getmirlər. Bu halda mövcud vəziyyətin əsas səbəbləri qismində bunlar qeyd olunmuşdur: maddi çətinliklər - 174 n. və ya 62%, vaxtın olma-ması 73 n. və ya 26%, bu müəssisələrə marağın olmaması -51 n. və ya 18,1%. Bundan əlavə 9 n. və ya 3,2% mədəni müəssisələrə iradlarını ifadə etmişlər ki, onlardan: təklif edilən xidmətlər arasında əhalidə maraq oyadan xidmətlərin olmaması, keçirilən tədbirlərin səviyyəsinin aşağı olması, mədəniyyət müəssisələrinin respondentlərin yaşayış yerinden uzaq olması və s. qeyd olunub. Ümumiyyətlə, keçirilmiş sorğınun nəticələri bir daha təsdiq etmişdir ki, vətəndaşların maddi rifahının aşağı səviyyəsi son illərdə onların mədəni fəallığının xeyli dərəcədə azalmasına səbəb ohnuşdur. Bununla əlaqədar aşağıda verümiş tədqiqat nəticələrinə baxaq: (Sual: Siz aşağıda göstərilən mədəni-maarif müəssisə və tədbirlərinə il ərzində nə dərəcədə tez-tez gedirsiniz?)

CƏDVƏL 5.4.




Yüklə 454,05 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin