ÜMUMI SEÇIM, YAXUD ƏKSƏRIYYƏTIN RƏYI
Hələ çoxdan bu fikirdə olanlar Peyğəmbərin (s)”لا تجتمع امّتى على الخطا “ (Ümmətim səhv işdə bir nəzərə gəlməzlər) sözünü özləri üçün dəlil gətirmişlər. Bu rəvayətin sənədinin düz olub-olmamasını araşdırmazdan öncə bu cümlənin mənası bu deyildir ki, heç bir müsəlman icması səhvə yol verə bilməz. Rəvayətin sənədinin düz olması təqdirində mənası “Ümmətim heç zaman səhv yolda bir yerə yığışmaz!” – deməkdir.
Rəhbərin təyin olunmasında yekdil nəzərə gəlmək mümkün olmayan bir işdir. Əhli sünnət ardıcılları da xəlifələrin xilafətə yekdil nəzərlə yetişməsini iddia etmirlər. Bundan da yuxarı sözü qazı İzuddin İci yazır:
“Rəhbərin seçilməsi və onunla beyət olunmada heç də icmaya ehtiyac yoxdur. Bir-iki nəfər qəbilə başçısının beyəti kafidir...Necə ki, Peyğəmbərin səhabələri Ömərin Əbu Bəkrlə və Əbdür-Rəhmanın Osmanla bağladığı beyətə kifayət edərək, onların xilafətini qəbul etmiş və Mədinə camaatının icmasını və bir nəzərə gəlməsini şərt bilməmişlər. Beləliklə (Mədinə əhlinin icmasını belə şərt bilmədikləri halda) ümmətin icmasının bir şərt olmasına nə lüzum vardır?!”1
Belə olduqda Peyğəmbər, öz ümmətinə mümkün olmayan bir iş tapşırmışdırmı? Yoxsa bilərəkdən öz ardıcıllarının bir-birinin axırına çıxaraq zəifləmələrinə və dinin süstləşməsinə görə daimi çəkişmələrə atmışdı? (Nübüvvət məqamından uzaq!)
Əksəriyyətin nəzəri siyasi, ictimai və hərbi işlərdə müəyyən qədər qəbul olunsa da, e`tiqadi və əhkam məsələlərində azacıq belə,`tibara malik deyildir. Bu gün prezident və millət vəkillərinin əksəriyyəti səs toplamaqla seçilirlərsə, bunun səbəbi onlarla müxtəlif nəzəriyyə və səliqəyə malik olan camaatın yekdil nəzərini yığmağın mümkün olmamasına görədir.
“Əksəriyyətin nəzəri” əksəriyyət səhv etmir demək deyildir. Bəzi vaxtlar cəmiyyətin öz aralarında ən səhv olan fikri qəbul etməsini müşahidə etmək olar. Bəli əksəriyyət, düzgün səsi ələ gətirmək yox təkcə ixtilaf və çəkişmələrin aradan aparılmasına görədir.2
RƏHBƏRIN XALQIN NÜMAYƏNDƏLƏRI TƏRƏFINDƏN SEÇILMƏSI
Əhli-sünnənin e`tiqadına görə islamın böyük Peyğəmbərinin (s) Əli ibn Əbi Talibə (ə) olan bütün məhəbbətinə, həmçinin onun məqamını “Qədir” günündə açıqlamasına baxmayaraq, imamın seçilməsini azad seçim əsasında ümmətin nümayəndələrinin ixtiyarına qoymuşdur. Camaat da çarəsiz olaraq nümayəndələrin seçdiyini qəbul etməlidir.
Bu nəzər barədə mülahizələr:
1. İmamın təyin olunması camaatın ixtiyarında olmamasından əlavə, belə bir seçim, qabaqda qeyd olunmuş seçim kimi heç də xalqı ixtilafdan qoruya bilmir. Səqifə hadisəsini yaradanlar təcili iclas qurmalarının düz addım olmasına səbəb kimi, ümmətin arasında baş verə biləcək ixtilafın qarşısını almaq olmasını qeyd edirlər. Halbuki (təcrübənin göstərdiyi kimi) “Ümmətin nümayəndələri rəhbəri seçməlidir” olan seçim daha artıq ixtilaf meydana gətirir. Səbəbi də ümmətin nümayəndələrinin bəzi vaxtlar ümmətin özündən daha artıq səliqə və nəzər ixtilafına malik olmalarıdır. Onların düşüncə, meyl və bəzi vaxtlar dərin təəssübləri daha şiddətli olur.
2. Bundan əlavə (ümmət tərəfindən rəhbəri seçmək üçün) nümayəndələr hansı yolla təyin olunurlar?! Görəsən Səqifədə belə bir şura yaranmışdımı? Orada iştirak edənlər kimlər tərəfindən nümayəndə seçilmişdi? Abbas, Əli ibn Əbi Talib (ə), Abdullah ibn Abbas, Qəsəm ibn Abbas, Fəzl ibn Abbas, Əbu Əyyub ənsari, Salman Farsi, Əbuzər Qifari, Miqdad, Zubeyr, Əmmar Yasir, Abdullah ibn Məs`ud, Burra ibn Azib, Xalid ibn Səid, Bureydə Əsləmi, eləcə də Bədr və Ühüd müharibələri iştirakçıları orada iştirak etmişdirmi?
3. Əgər ümumun qəbul etməsi meyarı əksər nümayəndələrin nəzəridirsə və belə bir əksəriyyət təşkil tapmışdısa, onda nə üçün Əli ibn Əbi Talib, Abbas (Peyğəmbərin əmisi) və seçilmiş səhabələr, eləcə də Sə`d ibn Ubadə ölənə qədər fərz olunan əksəriyyətin rəyinə razı olmadı?! Bundan əlavə, nə üçün müxaliflərdən zor gücünə beyət aldılar və Sə`d kimi adam öldürüldü, Peyğəmbərin əziz qızının evi yandırıldı?!1
4. Əgər xəlifənin etibarı və qəbul olunması camaatın seçdiyi nümayəndələrin rəyi əsasındadırsa, onda ikinci və üçüncüi xəlifənin seçilməsi hara və necə yozulmalıdır? Çarə təkcə Əbu Bəkrin belə bir seçimi (nümayəndələrin və şuranın rəyini) qəbul etməməsini qəbul etməkdədir. Çünki belə olan təqdirdə, (yəni belə bir seçimi qəbul etdikdə) o özü belə seçimin əksinə olaraq təkcə öz rəyi əsasında rəhbər təyin etməzdi.
O deyir: “Kaş ki, Peyğəmbərdən “xilafət kimin olacaqdır” – deyə soruşaydım ki, camaat onun haqqında ixtilaf etməsinlər.” Deməli, Allahın Rəsulu (s) bu iki yoldan (əksəriyyətin rəyi və qəbilə başçılarının) heç biri haqqında nəzər verməmişdir.
Yuxarıda qeyd olunan iki fərz əsas tutulduqda, ilk üç xəlifədən heç biri ümumi camaatın nəzəri əsasında seçilməmiş , xalq öz rəhbərininin seçimi, siyasi və dini həyatlarında heç bir rola malik olmamışdılar.
MÜƏYYƏN BIR KƏSƏ ITAƏT ETMƏYƏ DAİR TÖVSİYƏ
Yuxarıda qeyd olunan iki ehtimal qəbul olunmadıqda, e`tiraf etməliyik ki, Allahın Rəsulu (s) camaatı üçüncü ehtimala – müəyyən şəxsə itaət etməyə əmr vermişdir. Amma o, kimdir?
Şübhə yoxdur ki, həzrət Mühəmməd ibn Abdullah (s) digər insanlar kimi ömrünün son anlarında ailəsinə vəsiyyət etmişdir. Bu vəsiyyətin bəzisi mal və dünyaya aid olan işlər haqqında, əksər hissəsi isə dini və e`tiqadi işlər barəsində olmuşdur. Hər bir ictimai şəxsiyyətin fəaliyyətdə olduğu hər bir maddi və mənəvi məsələlər haqqında vəsiyyəti vardır. Ticarətlə məşğul olan hər kəs malının, alim və rəhbərlər öz əsərlərinin fikrindədir.
Bu məsələ Allahın Rəsulunun (s) haqqında da rəva olan bir məsələdir. O həzrətin həm əmlakıına,2 həm də mənəvi məsələlərə aid vəsiyyəti olmuşdur. Təkcə bu fərlə ki, həzrətin maddi məsələlərdə etdiyi vəsiyyət haqqında heç bir ixtilaf olmadığı halda mənəvi məsələlərdə etdiyi vəsiyyət başdan başa ixtilaflıdır. Səhabələr ikinci qisimdən olan vəsiyyətdən fərqli olaraq, birinci qisimdən olan vəsiyyət barəsində heç bir əks mövqe tutmamışlar.
İbn Cərir öz kitabında Allahın Rəsulunun (s) nökərlər, yük, minik və süd verən dəvələr, qılınclar və qalxan barəsində olan vəsiyyətinə ayrıca yer vermişdir.1
Dini və etiqadi məsələlər haqqında vəsiyyətin olmasını heç kəs inkar etməmişdir. Keçən bəhslərdə də işarə olundu ki, İbn Əbil-Hədid, Əbu Cəfər Nəqiblə olan söhbətində Allahın Rəsulunun (s) müəyyən bir nəfəri canişin təyin etməsinə və camaatı ona itaət etməyə çağırmasına işarə edərək on açıqlama vermişdi.
Amma səhabələrin belə mövzularda ona itaət etməyin özlərinə hüccət saymamış və itaət etməmişdilər.2
Dostları ilə paylaş: |