BİSMİllahir-rəhmanir-rəHİM



Yüklə 2,71 Mb.
səhifə30/66
tarix21.04.2017
ölçüsü2,71 Mb.
#15068
1   ...   26   27   28   29   30   31   32   33   ...   66

5. SƏHABƏLƏRİN AZLIĞI


Əbdül-Həmid Mədaini yazır: Əgər doğrudan da, Əli, Peyğəmbəri-Əkrəm (s)-in həqiqi canişini olduğuna inanırdısa, dərhal öz haqqını müxaliflərdən alar, heç olmazsa, camaatı oyadar, agah edər və onlara deyərdi: “Ey camaat! Hələ Peyğəmbər (s)-in vəsiyyətindən çox keçməyib, o, sizə mənə itaət etməyi göstəriş verib, özündən sonra məni sizə xəlifə seçib, bu vəsiyyətin əksini göstərən bir söz də deməyib. Belə isə nə üçün məni tərk edirsiniz?!”

Əgər bir imamiyyə şiəsi “Əli qətlə yetirilməkdən qorxmasaydı, Peyğəmbərin vəsiyyətinə əsaslanardı!” – deyərsə, biz belə cavab verərik: “Bəs, nə üçün bey`ətdən imtina etdikdə, qətlə yetirilməkdən qorxmadı?! Halbuki, onu zorla bey`ət etməyə çəkib apardılar! O, bə`zən Peyğəmbəri-Əkrəm (s)-in, bə`zən əmisi Həmzənin, bə`zən qardaşı Cə`fərin qəbrinə sığınır, bə`zən də ənsar qruplarından kömək diləyirdi!”2

Bu alim bir neçə nöqtəyə diqqət yetirməmişdir. O cümlədən:

a) Əli ibn Əbi Talib (ə)-ın öz haqqı ilə bağlı heç bir söz deməməsi tarixi həqiqətin tam əksini göstərir.3

b) Əgər hiylə, təxribat və zəhərli tədbirlərin ardınca bir fərdin hakimiyyəti üçün ictimai şərait hazırlanmayıbsa, camaata öyüd-nəsihətin nə faydası vardır?!

v) Əli (ə)-ı sükut və səbrə vadar edən ölümdən qorxmaq deyildi; əksinə o, İslama heç bir nəticə bağışlamayan ölümdən qorxurdu.

Həqiqətdə, bə`zi yaşlı və təcrübəli səhabələrin Peyğəmbər (s)-in canişinliyini öhdələrinə götürməsi üçün sərtlikləri ilə yanaşı sə`y edib və çalışmaları Peyğəmbər Əhli-beytinin hökumətdən kənarlaşdırılmasına dair möhkəm qərarın şahididir. Peyğəmbər (s)-in kürəkəni Əli ibn Əbi Talib (ə) bu həqiqətdən çox gözəl agah idi. Bəlkə də bu məsələ onu öz haqqını ciddi şəkildə müdafiə etməkdən saxlayırdı. Hətta öz evinin yandırılmasına belə səbir edib dözdü, çünki müxaliflərinin vəzifə və məqam düşkünlüyünü yaxından görürdü. Əgər haqqını azacıq belə, müdafiə etsəydi, onların daha sərt, daha təhlükəli rəftarları ilə üzləşəcəkdi.

Peyğəmbər (s)-in vəfatı zamanı müxaliflər o həzrəti siyasi vəsiyyət yazmağa imkan vermədilər, hətta az qalırdı ki, o həzrətin risalətinədə irad tutsunlar. Buna əsasən, hər zaman Əli ibn Əbi Talib (ə) öz haqqını tələb etsəydi, sözsüz, dağıdıcı, viranedici müharibə baş verərdi ki, nəticədə nə Əli (ə)-ın, nə də müxaliflərin ordusundan bir kəs qalardı. Bu vaxt isə, artıq Peyğəmbərin hökuməti müşriklərin və mürtədlərin əlinə keçəcəkdi. Halbuki, Əli (ə) hökuməti ələ keçirməyə rəğbət bəsləmirdi. Əlbəttə, onun sayəsində haqq-ədalətin bərpa edilməsi və zülmün qarşısının alınması fikrindən yayınmasa da, o zaman bu məqsədin gerçəkləşməsi uğrunda bir çoxları iddia edirdilər. Belə bir mövqedə Əli (ə) silahlı qiyam və güc tətbiq etməklə haqqını tələb etsəydi, aşağıdakı nəticələr baş verə bilərdi:

1. O, bu meydanda onun imamət və rəhbərliyinə canla-başla inanan, onu himayə edən əziz dost və səhabələrini əldən verəcəkdi.1 Əlbəttə, onların şəhadəti ilə haqq öz yerini tapsa da, onların əsas məqsəd uğrundakı fədakarlıqları elə də təəssüflü olmazdı. Lakin gələcək bəhslərdə qeyd edəcəyik ki, onların qətlə yetirilməsi ilə haqq sahibinə qayıtmırdı.

2. Onlar qətlə yetirildikdən sonra Əli (ə)-ın xilafətə çatmasına razı olmayan bir çox səhabələr öldürüləcək, nəticədə müsəlmanların mərkəzdəki qüdrəti zəifləyəcəkdi. Bu qrup səhabələr rəhbərlik məsələsi ilə bağlı Əli (ə)-ın müqabilində mövqe seçsələr də, başqa işlərdə o həzrətlə heç bir ixtilaf etmir, şirk, bütpərəstlik, məsihi və yəhudilik qarşısında böyük qüdrət sayılırdılar. Bu zaman müsəlmanların zəifliyi nəticəsində İslamın qayda-qanunlarının hələ də kamil şəkildə nüfuz etmədiyi uzaq məntəqələrdəki qəbilələr mürtəd olub və İslam müxaliflərinə qoşulacaqdılar. Çox ehtimal verilirdi ki, müxaliflərin qüdrəti və mərkəzdə həqiqi rəhbərin olmamağı nəticəsində tövhid çırağı həmişəlik sönsün.2

Bu məsələlər səbəb olurdu ki, Əli ibn Əbi Talib (ə) hər dəfə söhbətə şərait yarandıqda, yalnız özünün zülmə məruz qalmasını izhar etməklə kifayətlənsin, inqilab edəcəyinə qarşı hakim dairələri ondan artıq qorxu və həyəcan içərisində qərar verməsin. O, yaxşı bilirdi ki, bey`ət etməməsi inqilab və hərəkatla nəticələnmədiyi təqdirdə, hakim dairələr tərəfindən onu və tərəfdarlarını ciddi təhlükə təhdid etməyəcəkdir.

Əli ibn Əbi Talib (ə) üç mərhələdən ibarət olan hərəkatdan (1-inqilab; 2-inqilab və yürüşə səbəb olan söhbət və çıxışlar; 3- ümumxalqın təfəkkürünü oyadaraq haqqı açıqlamaq və haqqının tapdalanmasını bildirmək) yalnız üçüncü mərhələni məsləhət gördü. Çünki ilk iki mərhələ üçün şərait mövcud olmadığından əlavə, məsləhət də onu nəticəsiz göstərirdi.

İzzuddin Əbu Hamid Mö`təzili bu məsələ haqda yazır:

“Əli (ə) öz ürəyində xilafətlə bağlı bir sıra əzabverici və dərdli məsələlər saxlayırdı ki, Ömərin qüdrəti və sərtliyi üzündən onu (Əbu Bəkr və Ömərin xilafəti dövründə) xalqa çatdıra bilmirdi. Ömərin ölümü, şuranın təşkil edilməsi, eləcə də Əbdür-Rəhman ibn Ovfun Əlidən üz döndərib, Osmana səs verməsindən sonra həmin dərdli məsələləri açıb bəyan etdi.”3

Görəsən, Əbdür-Rəhman Mədainin dediyi kimi, Əli (ə) ikinci mərhələ və üsluba (yürüşə səbəb olan söhbətlərə) əl ataraq hökumət rəhbərliyi ilə danışığa başlamalıydımı?! Görəsən, bu zaman Əli (ə) dövrün hakim dairələrinin əleyhinə yürüşə səbəb olacaq söhbətlər etdikdə, onlar sakit qalacaqdımı?! Bu vaxt Əli (ə) hansı hədəfinə çatacaqdı?!

Əli ibn Əbi Talib (ə) bilirdi ki, ilk iki üslub İslamın aradan getməsindən başqa bir nəticə verməyəcəkdir. Qabaqcadan Allahın Rəsulu (ə) ona buyurmuşdu ki, məndən sonra ümmət sənə xəyanət edəcək. Əgər səhabələrin olsa, qiyam et, əks təqdirdə sükut et!...

O həzrət bir gün öz səhabələrindən istədi ki, sabah sübh tezdən hamılıqla, başları qırxılmış halda, onun yanına gəlsinlər. Ertəsi gün yalnız bir neçə nəfər gəlmişdi.4 Buradan mə`lum olur ki, Həzrətin tərəfdarları içərisində hamı şəhadət həddinə qədər onu himayə etmir.

Bunlardan əlavə, görəsən, o dövrün camaatı Peyğəmbəri-Əkrəm (s)-in öz əmisi oğlu Əli (ə) haqda bütün buyruqlarını tam unutmuşdularmı ki, həzrət Əli (ə) mütləq öz haqqını bəyan edərək camaatı bir-bir oyatsın?! Onların Əli ibn Əbi Talib (ə)-dan kənarlaşması o həzrətin yüksək mə`nəvi məqam və dərəcəsinə tam mə`lumatsızlıqları ucbatından deyildi ki, Həzrət söhbət etmək və öz haqqının tapdalanmağını açıqlamaqla onları ayıltsın və onlar da o həzrətdən tərəfdarlıq edərək qiyama əl atsınlar. Onun vəzifəsi Peyğəmbəri-Əkrəm (s)-in be`sətinin ilk günlərindəki vəzifəsi kimi deyildi ki, çarəsizlikdən be`sətə şərait hazırlamaq və İslamı yaymaq məqsədilə özü üçün dost və hami axtarıb tapsın. Peyğəmbər (s)-dən sonra Əli ibn Əbi Talib (ə)-ı özünə rəhbər bilmək istəyənlər onu yaxşı tanıyır və başqasına tabe olanlar da, sözsüz, o həzrətin öyüd-nəsihəti nəticəsində birdən onu himayə etməyə qalxmayacaq və müxalifət düşüncələrini azaltmayacaqdılar.

Şübhəsiz, əgər o həzrət camaatı hər şeydən əvvəl, onu müdafiə etməyə çağırırdı, lakin müxalifləri onun və Əhli-beytin haqqını tapdalamaqda çox çalışırdılar. Çünki camaatın onun zülmə məruz qalması üçün etdiyi fəryadlara müsbət cavab vermədiklərinə diqqət yetirməklə yanaşı, dövrün hakim dairəsi o həzrətin xalq tərəfindən himayə olunmadığını yaxşı bilirdi. Əgər o həzrət bə`zən öz haqqından və xalqın əyri yolda olduğundan söz açırdısa, səbəbi bu idi ki, höccət onlara tamamlansın, hakim dairələr, bəlkə də bütün camaat bilsinlər ki, onun sükutu, səbir və dözümünün səbəbi ölümdən qorxmaq, eləcə də hökumətin qanunauyğun olduğunu təsdiqləmək deyildir. Məhz bu səbəbdən də həyat yoldaşı və iki oğlu ilə birlikdə ənsar qrupunun evlərinə gedir, onları yaramaz işlərinə görə danlayır və Rəsuli-Əkrəm (s)-in Əhli-beytini himayə etməyə də`vət edirdi.1 Bu, onların yatmış ruhunu oyatmasa da, ən azı Əlinin (ə) müxaliflərilə İslam Peyğəmbərinin (s) Əhli-beytinə rəva görülən zülmə şərik olmamalarına və bunu tərk etmlərinə səbəb olurdu.

Bir dəfə bir nəfər Fatimeyi-Zəhra (ə.s)-dan “Əlinin imaməti üçün İslam Peyğəmbərinin söhbətlərindən bir dəlilin varmı?” – deyə soruşduqda, xanım buyurdu: “Təəccüb edirəm! Yoxsa əzəmətli “Qədir-Xum” hadisəsini unudubsunuz?! İslam Peyğəmbərinin (s) belə buyurduğunu eşitdim: “Sizin içərinizdə özümə canişin tə`yin etdiyim Əli ən yaxşı insandır. Əli məndən sonra imam və xəlifədir. İki oğlum Həsən və Hüseyn, (eləcə də) Hüseynin övladlarından doqquz nəfər pak və yaxşı imam, rəhbərlərdir. Əgər onlara itaət etsəniz, sizi hidayət edər, əgər onlara qarşı çıxsanız, sizin aranızda ixtilaf və təfriqə qiyamət gününə qədər davam edəcəkdir.”

Həmin şəxs soruşdu: “Bəs, nə üçün Əli sükut edib, öz haqqını tələb etmədi?”

Xanım cavab verib buyurdu: “Atam Rəsuli-Əkrəm (s) belə buyurmuşdu: “İmamın məsəli Kə`bə kimidir. (Belə ki,) Kə`bə camaatın ətrafına yox, camaat onun ətrafına dolanmalı, təvaf etməlidir.”2

Əli ibn Əbi Talibin (ə) siyasətinin çətinliyi bu idi ki, bir tərəfdən müharibə odunu qızışdıran müxaliflərlə üzləşərək müsəlmanların birliyinin dağılmaması uğrunda çalışmalı, digər tərəfdən isə sükutu, səbir edib dözməsi ilə hakim dairənin təsdiqinə səbəb olmamalı, Peyğəmbər (s) canişininin rəy sorğusu, ümumxalqın vasitəsilə tə`yin edilməsinin bid`ət olduğunu hamıya çatdırmalı idi. Əgər bu gün dövrün hakim dairələri və onların üsullarına e`tiraz edilməsə, gələcək nəsil də elə güman edəcək ki, Rəsuli-Əkrəm (s)-dən sonra hakimlərin icra etdikləri hər bir şey səliqələri nəzərə almaqla o həzrətin məqsədlərinin icrası deməkdir, nəticədə onların hökmü Peyğəmbər (s)-in sünnəsi kimi möhtərəmdir və bütün insanlar onun əsasında əməl etməlidirlər.”

Əlinin (ə) xəliflərin dövründəki sönük fəryadları gələcək nəsilə öz tə`sirini bağışladı: onlar başa düşdülər ki, keçmiş xilafət zülm, ədalətsizlik üzərində qurulmuş və xəlifələrin səliqə adlandırdıqları ixtilaf həqiqətdə Peyğəmbər (s) sünnəsini dəyişdirmək, ona əks çıxmaq deməkdir. İmam Əli (ə) “Şiqşiqiyyə” xütbəsində əvvəlki xəlifələrin xilafətini aydın şəkildə qəsbi adlandırmış və bir yerdə buyurmuşdur:

...Dinin başçıları olan imamlar Haşimdən yaranmış qüreyşlərdir. İmamlıq xəlifəlik onlardan qeyrisinə layiq deyil, onlardan başqa xəlifələrin vilayət (rəhbərlik) məqamına səlahiyyətləri yoxdur!”1

O həzrət dəfələrlə buyurdu:

İlahi! Qüreyş onlara kömək edənlərə qarşı Səndən kömək istəyirəm! Çünki onlar mənim qohumluq əlaqələrimi kəsdilər, mənim məqam dərəcəmin böyüklüyünü kiçik saydılar mənə məxsus xilafət məsələsində mənimlə düşmənçilik etmək üçün əlbir oldular.”2

Həmçinin “Cəməl” müharibəsindən öncə belə buyurmuşdur:

Allaha and olsun! Mən Peəmbər vəfat edəndən bu qədər həmişə öz haqqımdan məhrum edilmiş, işimdə tək-tənha qalmışam!”3



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin