BİSMİllahir-rəhmanir-rəHİM


HƏSƏD, ƏDAVƏT VƏ KİN-KÜDURƏTDƏN AMANDA QALMAQ



Yüklə 2,71 Mb.
səhifə29/66
tarix21.04.2017
ölçüsü2,71 Mb.
#15068
1   ...   25   26   27   28   29   30   31   32   ...   66

2. HƏSƏD, ƏDAVƏT VƏ KİN-KÜDURƏTDƏN AMANDA QALMAQ


Bu amil Əlinin (ə) tək-tənha qalmasında o qədər tə`sirli idi ki, əhli-sünnə alimlərindən biri bu məsələ ilə bağlı belə yazır:

“Mən ustadımdan soruşdum: “Əlinin tərcümeyi-halına çox təəccüb edirəm: bu müddət ərzində Peyğəmbəri-Əkrəm (s)-in vəfatından sonra, Qüreyşin ona bu qədər ədavət və kin-küdurətbəsləməsi ilə belə necə sağ qaldı?”

Ustadım dedi: “Əgər o, özünü o qədər kiçiltməsəydi və sükut etməsəydi, şübhəsiz, öldürülərdi. Bu isə onu yadlardan çıxarıb, ibadət, namaz və Qur`an oxumağa məşğul etdi, öz ilkin məramından ayrıldı, qılıncını unutdu və rahib kimi dağlarda dolandı. O, dövrün hakim dairəsinə qarşı çıxmadığı, onların müqabilində sükut etdiyi üçün onu azad buraxdılar. Əgər belə etməsəydi, onu qətlə yetirərdilər. Necə ki, Xalid ibn Vəlidin vasitəsilə onu öldürmək istəyirdilər.”1

Bu əhli-sünnə tədqiqatçısı başqa bir yerdə isə belə yazır:

“Əli ibn Əbi Talib xilafət kürsüsündə əyləşdiyi gün İslam Peyğəmbərinin (s) vəfatından iyirmi beş il keçirdi. Bu müddət ərzində ədavət və kin-küdurətlərin yaddaşlardan silindiyi təsəvvür olunurdu. Lakin bu təsəvvürün əksinə olaraq Əlinin müxaliflərinin ruhiyyəsi dəyişilməmişdi, ona qarşı Peyğəmbərin həyatı və ondan sonrakı dövründən qalan ədavət və kin-küdurətlər azalmamışdı. Hətta İslam meydanında qanlı hadisələri, Əlinin “Bədr”, “Ühüd” və sair müharibələrdəki qəhrəmanlıqlarını müşahidə etməyən Qüreyş cavanları və yeniyetmələri belə, öz ata-babaları ürəklərində qarşı qatı kin və kimi ona ədavət bəsləyirdilər”2

3. CAHİLİYYƏT DÜŞÜNCƏLƏRİ


Əli ibn Əbi Talib (ə) İslamı əbədi və dünyamiqyaslı bir din bilirdi və ərəblərin onu irqi bir ayin və ərəb hökumətinin vəsiləsi hesab edəcəyindən həmişə nigaran idi. Bəlkə də fikirləşirdi ki, şəraitin mövcud olmadığını və müxaliflərin əks-təbliğatlarını nəzərə almaqla oğlu olmayan İslam Peyğəmbərinin canişinliyi ilə onun qiyamı tədriclə ata-babalarının dinini tərk və İslamı qəbul etmək istəyən qövmün gözündə “irsi səltənət” və “irqi hökumət” kimi tə`bir edərək, İslamın dünya miqyasında yayılmasına mane olacaqdır.

Məhz bu düşüncəyə görə, Peyğəmbər (s) “Qədir-Xum”da risaləti tamlamaqla bağlı ayə nazil olduqdan sonra, ilk öncə əmisi oğlu Əlinin (ə) canişinlik məsələsini e`lan etdi. O həzrət bilirdi ki, bə`ziləri həsəd və paxıllıq, bə`ziləri nadanlıq, bə`ziləri isə rəyasət və məqam arzusu ilə bu məsələni asanlıqla qəbul etməyəcəklər. Bu təhlükə o yerə gəlib çatmışdı ki, əgər Peybəməbəri-Əkrəm (s) Allah tərəfindən himayə olunmasaydı, “Qədir” hadisəsindən sonra bə`ziləri ona sui qəsd edəcək, ona və İslam ümmətinə çətinliklər törədiləcəkdi.

Bu təsəvvür Həzrətin vəfatından sonra özünü göstərdi. İkinci xəlifə, İbn Abbasla danışıqlarında məhz bu məsələyə toxunaraq dedi: “Camaat Allahın Rəsulunun vəfatından sonra xilafəti siz Əhli-beytdən kənarlaşdırdı. Çünki onlar nübüvvətlə xilafət məqamını yalnız bir xanədana nəsib olduğunu istəmirdilər.”

Bu amildən doğan digər çətin və əzabverici məsələ Əlini (ə) vəzifəpərəstliklə ittihamlandırmaq idi. Hərçənd, hökumət başındakılar çox gözəl bilirdilər ki, Əli ibn Əbi Talib (ə) fikirləşmədən və xilafət məqamını bu sadəliklə əldə etmək ardınca düşməyəcək. Dəfələrlə onu tə`nə ilə incidərək, xilafətə həris olduğunu deyirdilər!1 Elə “səqifə” yığıncağı günlərində də Əbu Übeydə Cərrah o həzrətə “Ey Əbu Talibin oğlu! Sən xilafətə nə qədər hərissən!” – dedikdə, Həzrət cavabında buyurmuşdu: “Allaha and olsun ki, siz daha hərissiniz, halbuki bu mövqedən uzaqsınız. Mən isə ona daha layiq və yaxınam. Mən öz haqqımı tələb edirəm, lakin siz (mənimlə onun) mənimlə onun arasında maneçilik yaradırsınız. Nə vaxt onu almaq istəyirəmsə, mənə mane olursunuz!”2

Bu dövr ötüb-keçdikdən sonra o həzrət özünü siyasi böhranlardan kənarlaşdırsa da, Müaviyə tərəfindən xəlifələrə qarşı həsəd, ədavət və düşmənçiliklərə məruz qaısada, habelə xəlifə Osmanın öldürülməsinə mane olsa da, bu işdə əlbir olması ilə ittihamlandı.

4. DÖZÜLMƏZ XÜSUSİYYƏTLƏR


Təbiidir ki, hələ də canlarında nadanlıq qanı qalan və camatı çürümüş nadanlıq təfəkkürləri ilə qruplaşdıran Əlinin (ə) müasirləri üçün o həzrət kimi fərdi hökuməti qəbul etmək asan deyil, başqasını hökumətə seçməyi – bütün xüsusiyyətələrə malik olsa da belə – sevmirdilər. O həzrətin həyat yoldaşı Fatimeyi-Zəhra (ə.s) bu məsələ barədə buyurmuşdur:

“Əbul-Həsənin (Əli (ə)) nə eybi vardı?! Nə üçün ona irad tutdular?! Allaha and olsun! Onun iradı (müşriklərin bədəninə endirdiyi) iti qılıncı, (düşmənlərə qarşı) yenilməz zərbələri və Allah yolunda şiddətli qəzəbi idi.”3

İmam Əli (ə) heç bir kəsə və heç bir şeyə görə haqqı unutmadı. Camaat onun ədalətindən və zülmkarlara qarşı qəzəbindən o qədər qorxurdular ki, Peyğəmbəri-Əkrəm (s)-ə qarşı belə deyildilər. Şübhəsiz, Əli (ə) bütün bu dərsləri Peyğəmbər (s)-dən öyrənmişdi. Lakin Peyğəmbər (s)-lə müasir olan camaatın əksəriyyətinin təsəvvürü bu idi ki, o həzrət dinini yaymaq və müxalifləri cəlb etmək üçün qisas almaq, və sərtliklə müqayisədə mülayimliyə daha çox üstünlük verirdi.

Bundan əlavə, Rəsuli-Əkrəm (s) özü qanun verirdi və əgər bir hökmü ləğv etsəydi, yaxud qərar çıxarsaydı və ya bir şeyi əmr, yaxud onu qadağan etsəydi, bütünlükdə Allah tərəfindən tam ixtiyara malik idi. Halbuki onun vəsi və canişinini vilayəti çərçivəsində özünü Peyğəmbər (s) kimi qanunverən yox, əksinə o həzrətin qanunlarının icraçısı bilirdi.

Bu məsələləri nəzərdə saxlamaqla məlum olur ki, Əli ibn Əbi Talib (ə)-ın hakimiyyətinə mövcud şərait olmaması o həzrəti səbir və dözümə vadar edirdi. Onun müasirlərinin keçmiş hadisələr və zülmlərlə bağlı acı xatirələri olsa da, incəliklərdə belə diqqətli olan ədalətli bir fərdin hökumət başında əyləşməsinə elə də rəğbət göstərmirdilər. Tarix göstərdi ki, onlar Əli (ə)-ın ədalətini qəbul etmək üçün, gərək çox illər zülmün tə`mini dadaydılar. Həzrət 25- ildən sonra xilafətə çatdıqda, elə bu dəstədən olan bir neçə nəfərin hiylələri, vəzifə və məqam düşkünlüyu və dünyapərəstliyi Əli ibn Əbi Talib (ə)-ın hakimiyyətinin bərqərar edilməsi ilə bağlı Peyğəmbər (s)-in arzusunun gerçəkləşməsini çoxlu problemlərlə üzləşdirdi.

Birinci və ikinci xəlifənin hakimiyyət dövrü qurtardıqdan sonra da müəyyən səbəblər üzündən Əli ibn Əbi Talib (ə)-ın xilafəti üçün şərait hələ də mövcud deyildi. O həzrətin bu zaman 46 yaşı vardı. Bu dəfə isə artıq onun cavanlığının bəhanə gətirilməsinə yer qalmamışdı. Ona qarşı irqi təəssüb və qəbilələr ədavəti müəyyən qədər azalmış, şəxsiyyəti daha yaxşı tanınmışdı.1 Əlidən (s) himayə və tərəfdarlıq ehtimalı keçmişlə müqayisədə güclü idi. Bununla belə, ikinci xəlifənin xilafəti şuraya tapşırmaqla əlaqədar siyasəti o həzrətin qalma-qalsız qəti, hakimiyyəti üçün bütün yolları bağladı: Osman ümumxalqın azacıq belə, müqaviməti olmadan xilafət kürsüsündə əyləşdi!

Bunun səbəbi camaatı şuranın hökmünü qəbul etməyə məcbur edən ikinci xəlifənin öz yerinə canişin tə`yin etməkdəki üslubundan əlavə, Əli (ə) ilə Osmanın ruhiyyələrinin müqayisəsi idi. Osman yaşının çoxluğundan (68 yaş) əlavə, İlahi hökümlərdə laqeydlik, iradəsində süst və zəif, rahatlıq və qohumpərəstlik, tərəfdarlarına qarşı səxavətlilik kimi xüsusiyyətlərlə tanınırdı. O zaman müsəlmanlar ikinci xəlifənin sərtlik və ciddi qanunçuluğundan artıq təngə gəlmiş, yeni açılmış iqlimlərin sərvətindən və bol təravətli ne`mətlərindən bəhrələnmək arzusunda idilər. Əgər bir tərəfdən Əli ibn Əbi Talibin (ə) bə`zi tərəfdarları ona hücum edirdilərsə, digər tərəfdən Bəni-Üməyyə tayfası xilafət libasını özlərindən olan bir nəfərə geyindirmək üçün çalışırdılar. Həmin şəxs isə xilafət şurasının üzvü və Əlinin (ə) rəqibi Osmandan başqası deyildi.

Əgər müsəlmanların üçüncü xəlifəsi də həyatını təbii ölümlə dəyişsəydi və Mədinənin siyasi durumu adi vəziyyətdə olsaydı, dövrün hakim dairəsində nüfuzu olan mal-dövlət, vəzifə və məqam düşkünləri hələ də Əli ibn Əbi Talib (ə)-ın hakimiyyətinə razılıq verməzdilər. Əgər başqa bir şura təşkil olunsaydı belə, yenə həzrətin xilafətinin əleyhinə əlbir olacaqdılar. Bəlkə də iş şuraya çəkilməyəcək, Bəni-Üməyyənin nüfuzlu şəxsiyyətləri Osmanı öz bəyəndikləri şəxsi seçməyə məcbur edəcəkdilər. Necə ki, birinci xəlifə, Ömər ibn Xəttabı öz yerinə tə`yin etdi və xilafəti şuraya tapşırmadı.

Osmandan sonrakı zamanlara gəldikdə isə, əgər xalq hərəkatı və insani qüvvələr olmasaydı, (Əli (ə)-ın özünü xilafətə əsla namizəd etmədiyinə diqqət yetirməklə yanaşı) Təlhə, Zübeyr, Əmr ibn As və Müaviyə kimilər Əli (ə)-ın ədalətindən, habelə Osmanın vaxtında müsəlmanların beytül-malından özlərinə götürdükləri mal-dövlət və əmlakın geri qaytaracağından qorxduqları üçün o həzrətin xilafətə çatmasına mane olacaqdılar.

Bunlardan əlavə, hökumət işçiləri arasında böyük nüfuza malik olan imam Əli (ə)-ın ağır düşməni və Əbu Bəkrin qızı Ayişə ölməyə o həzrətin dövründə yaşamağa üstünlük verirdi. Bu vəziyyətlə Əli ibn Əbi Talibin (ə) xilafət və hakimiyyəti üçün heç bir zəmin yox idi.1




Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin