BİSMİllahir-rəhmanir-rəHİM


FƏDƏKI SAHIBINDƏN ALMAQDA HƏDƏF



Yüklə 2,71 Mb.
səhifə37/66
tarix21.04.2017
ölçüsü2,71 Mb.
#15068
1   ...   33   34   35   36   37   38   39   40   ...   66

FƏDƏKI SAHIBINDƏN ALMAQDA HƏDƏF


Bu məsələ ilə bağlı təvəqqe etmək olmaz ki, tarixi xəbərlər Fədəki sahibindən almağın məqsədini aydın şəkildə açıqlasın. Fədəkin çoxlu məhsul və gəlirinə, eləcə də xəlifənin onu sahibindən almaqda tələsməsinə diqqət yetirdikdə, mə`lum olur ki, Əbu Bəkrin hökuməti yenicə fəaliyyətə başlayarkən, şübhəsiz, böyük gəlirə ehtiyac duyurdu. Qəbilələrin mürtəd olma xəbəri və Mədinəyə hücum ehtimalı xəlifənin ordusunu və onun məxaricini sahmana salmaq fikrində olmasına səbəb oldu. Burada Fədək bağı ən yaxşı və ən böyük gəlir mənbəyi hesab edilirdi.3 Elə bu günlərdə həzrət Fatimə (ə.s) Əbu Bəkrin yanına müxtəlif şahidlər apardıqda və Əbu Bəkr Fatimənin Fədəkə sahib olması ilə bağlı bir sənəd yazdıqda, Ömər həmin sənədi cırıb4 Əbu Bəkrə dedi: “Ərəblər dörd tərəfdən sənə hücum etdiyi halda, Fədəki Fatiməyə qaytarsan, müsəlmanların məxaricini haradan tə`min edəcəksən?!”5 Fədəkin müsadirə edilməsi ilə haşimilər və Əli ibn Əbi Talib (ə) ən böyük iqtisadi imkanlarını itirdilər. Hökumət arxayın oldu ki, bundan sonra artıq Əli ibn Əbi Talib (ə)-ın Əbu Bəkrin hökumətinin əleyhinə ordu yığması təqribən qeyri-mümkündür.

Digər tərəfdən də onun Fədəki almağa tələsməsi Əlidən (ə) bey`ət almaq və xanım Fatimənin (ə.s) evinə hücum etmək məqsədlərini güdürdü.

Mö`təbər sünnü mənbələrinə əsasən, Fatimeyi-Zəhra (ə.s) şübhəsiz, “Təthir” ayəsinin xarici nümunəsi olub, hər günah və xətadan uzaqdır, onun şahidliyi mə`sum olmayan digər şəxslərdən üstündür. Allahın Rəsulu bir hadisədə Hüzeyfə ibn Yəmaninin şəhadətini iki ədalətli şəxsin şəhadəti kimi hesab etdi. Halbuki Hüzeyfə nə mə`sum, nə də mə`sum övladı idi. Bundan əlavə, Islamdan neçə illər öncə müşriklərdən idi.

Fədəki almaq hadisəsi Peyğəmbərin Əhli-beytinin (ə) iqtisadi vəziyyəti pisləşdiyi və silah alma imkanları olmadığından əlavə, Rəsuli-Əkrəmin (s) xanədanından qalan ən hörmətli şəxsin, yə`ni Fatimənin (ə.s) mə`nəvi və ictimai məqamı o günün adi bir insanın məqamı kimi, üstəlik ondan da aşağı olacaq və bununla da onun şəhadəti adi bir müsəlmanın, ədalətli bir qadının şəhadətindən də dəyərsiz qələmə veriləcək, hətta onun şəhadəti ilə yanaşı başqalarınını şəhədəti də öz dəyərəni itirəcəkdir. Buna əsasən, ondan sonra – Fatimənin (ə.s) maddi məsələlər üzrə iddası qəbul edilmədiyi təqdirdə – hakimiyyət, nəzər vermək və Əli ibn Əbi Talibin (ə) haqqını müdafiə etmək kimi siyasi məsələlərdə heç bir e`tirabı olmayacaqdır. Belə də oldu.



XALQIN SÜKUTU


Mədinə əhalisinin həzrət Fatimənin (ə.s) sözlərini eşitdikdən sonra o həzərti himayə etməməsi həqiqət və doğru deyil. Izzuddin Əbu Hamid Mö`təzilinin yazdığı kimi, Fədəklə bağlı məclisdə az qalırdı ki, inqilab yaransın. Amma imam Əlinin (ə) işarəsi ilə ənsar qrupu sükut etdi. Çünki Əli (ə) bu məsələnin müsəlmanlar arasında təfriqə ilə nəticələnməsini istəmirdi.1

Camaatın xəlifəyə e`tiraz etmədiyini fərz etdiyimiz təqdirdə, heç bir tarixçi də yazmamışdır ki, camaat Peyğəmbərin qızına – onun iddiasının əsassız olduğunu bəhanə edərək – e`tiraz etsinlər. Buna əsasən, camaatın e`tiraz etməməsi xəlifənin sözlərini qəbul etmək demək deyildir. Həmçinin camaat o günlər böyük bir faciənin baş verdiyi üçün sükut etmişdilər. Onlardan bundan artıq bir şeyi gözləmək olmaz, xüsusilə, Peyğəmbərin Əhli-beyti (ə) və onların azlıqda olan tərəfdarlarının müqavimət göstərməyə qüdrətləri yox idi. O hökumət və qüdrət sahibləri müqabilində sükut etmək razılıq nişanəsi deyildi.

Cahiz camaatın sükutunun səbəbi barədə yazır:

“Onlar Fatimə ilə mübahisə zamanı (zahirdə) Qur`anı və Peyğəmbəri-Əkrəm (s)-in göstərişlərini inkar etmirdilər. Əlbəttə, “miras”la bağlı hökmü iqrar etdikdən sonra Peyğəmbərdən bir hədisin eşitdiklərini iddia etdilər ki, əməldə və camaatın nəzərində qeyri-mümkün deyildir.

Başqa tə`sirli amil isə Əbu Bəkr və Ömərin beytül-mal və ümumi əmlakdan elə də istifadə etməmələri idi. Buna görə də camaat elə güman edirdilər ki, əgər xəlifə kiminsə mal-dövlətini almağa israr edirsə, onun məqsədi öz şəxsi əmlakını artırmaq deyildir. Digər tərəfdən də camaat istəyir ki, hakimləri öz mal-dövlətinin çoxalmasında güzəranı onlara çətinləşdirməsin, əgər onlardan vergi tələb edirsə, ondan şəxsi istifadə etməsin. Bunu nəzərə alaraq, camaat Osmanın əleyhinə qalxdılar, halbuki əvvəlki iki xəlifə, Osmanın yaramaz işləri ilə müqayisədə iki qat çirkin işlərə əl atsaydılar da, (özlərinə mal-dövlət yığmaq fikrində olmadıqları üçün) camaat onlara qarşı heç bir əksül-əməl göstərmirdilər.”2

ƏLI IBN ƏBI TALIB (Ə) VƏ FƏDƏK


Imam Əli (ə) Fədəkin o qədər mənfəət və gəliri ilə belə, öz xilafəti dövründə onu öz övladlarının ixtiyarına keçirmədi. Bu siyasət o həzrətin dünya malına qarşı e`tinasızlığından doğsa da, onun başqa bir səbəbi də var idi. O da budur ki, o həzrət hakim vəziyyətin sabit davam etməsi üçün təqiyyə edirdi. O həzrətin öz xilafəti dövründə bir çox siyasi tərəfdarları var idi ki, onlar o həzrətə itaət etdikləri halda, iki ilkin xəlifənin səlahiyyətli olduğuna da e`tiqad bəsləyirdilər. Bu isə o həzrəti keçmiş xəlifələrin rəftarını məzəmmət və onların üslublarının əksinə əməl etməkdə çətinliklərlə üzləşdirirdi.

“Peyğəmbər (s)-in sünnəsi ilə xəlifələrin rə`y və nəzərinin bir səviyyədə olması” o həzrətin vəfatından on üç il keçsə də, (Osmanın xilafətinin əvvəllərinə qədər) ümumxalqın qəbul etdiyi şübhəsiz məsələlərdən və hakimiyyətin şərtlərindən sayılırdı. Əbdür-Rəhman ibn Ovf hakimiyyət şərtini Allahın kitabı, Peyğəmbərin sünnəsi və iki ilkin xəlifənin üslubuna əməl etmək üçün razılıq verən və əhd-peyman bağlayan şəxsə tapşırdıqda,1 camaat ona e`tiraz etmədi!

Bu on iki ildən sonra, on üç il davam edən Osmanın hakimiyyət dövrü də ona əlavə olundu. Imam Əli (ə) əvvəlki xəlifələrin başqa çöhrəyə düşən iyirmi beş illik siyasətini dəyişməyə çalışmalı idi. Bu dəyişiklikdə o həzrətin bayrağı altında elə kəslər var idi ki, əvvəlki xəlifəyə, yə`ni Əbu Bəkr və Ömərin sirə və rəftarına əməl etmədiyi üçün Osmana irad tuturdular.

Izzuddin Əbu Hamid Mö`təzili bu məsələ ilə bağlı daha geniş mövqedən çıxış edərək yazır:

“Camaatın Ömər ibn Xəttabın adət-ən`ənəsinə adət etməsi səhabələrin Əli ibn Əbi Taliblə müxalifət etməsinin əsas səbəbi idi. Bu e`tirazlar bə`zən həddi aşır, Əlinin qəzəbinə səbəb olur və nəticədə deyirdi: “Peyğəmbərin sünnəsinə itaət etmək layiqdir, yoxsa Ömərin sünnəsinə?!2 ...(Bid`ətlər o qədər çoxalmışdı ki,) əgər hökmü olduğu kimi bəyan edib təhrifləri aradan qaldırsaydım, sözsüz, (müsəlmanlar) mənim ətrafımdan dağılacaqdı. Allaha and olsun, camaata Ramazan ayında yalnız vacibi namaz qılmaqlarını dedim və e`lan etdim ki, müstəhəb namazları camaatla qılmaq bid`ətdir. Qoşunun bə`zisi mənimlə birgə döyüşərkən, fəryad edərək deyirdilər: “Ey Islam əhli! Ömərin sünnəsi dəyişilmişdir! Əli bizi Ramazan ayında müstəhəb namazlardan çəkindirir!” Doğrudan da, qorxdum ki, qoşun arasında ixtilaf yaransın.”3

Ibn Əbil-Hədidin yazdığı kimi, bu məsələlər Əlini Fədəki tələb etməkdən çəkindirirdi. Çünki o istəmirdi ki, camaat desin: “Əli, Əbu Bəkr və Ömərin əksinə rəftar edir.”4




Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin