BİSMİllahir-rəhmanir-rəHİM



Yüklə 2,71 Mb.
səhifə40/66
tarix21.04.2017
ölçüsü2,71 Mb.
#15068
1   ...   36   37   38   39   40   41   42   43   ...   66

ŞÜBHƏLI XƏSTƏLIK


Əbu Bəkrin xəstəliyinin necəliyi barədə belə yazılır: “O, soyuq bir gündə qusl etdi, nəticədə xəstələndi və iki həftədən sonra dünyadan getdi. Amma güclü ehtimala görə, zəhərlənmə nəticəsində vəfat etmişdir.

Əbu Bəkr qabaqcadan uzaqgörənliyi nəticəsində Iran padşahının həkimi və zəhəri ayırd etməkdə mahir, təcrübəli olan Haris ibn Kəldəni Mədinədə öz yanında saxladı. Bir gün onların hər ikisi üçün zəhərli yemək göndərmişdilər. Onlar bilmədən yeməyə başladıqda, Haris yeməyin zəhərli olduğunu bilib, əlini yeməkdən çəkdi və Əbu Bəkrə dedi: “Hər ikimiz zəhərli yemək yedik, bir ildən sonra öləcəyik!”

Beləliklə, bir ildən sonra onların hər ikisi bir gündə vəfat etdilər.1 Elə həmin gün Məkkədə xəlifənin valisi Üttab ibn Üseyd2 də namə`lum şəkildə öldü.3

AMMA BIR SUAL


Müasir dövrdə dünyanın hər bir nöqtəsində bir şəxs öldürüldükdə, onun qatilini tapmaq üçün iki yoldan istifadə edirlər:

1. Öldürülən şəxslə aşkar, yaxud gizli ədavət və düşmənçiliyi olan şəxsi axtarıb tapmaq;

2. Öldürülən şəxsin ölümdən mənfəət görən bir şəxsi axtarıb tapmaq.

Biz bu məsələ haqda bəhs etmədən, hər iki sualın cavabını oxuculara tapşırırıq.



SƏKKİZİNCİ FƏSİL

İkinci xəlifə Ömər İbn Xəttabın həyat və şəxsi xüsusiyyətləri.


Əbu Həfs Ömər ibni Xəttab bin Nufeyl bin Əbdül-Üzza bin Riyah bin Abdullah bin Birət bin Zərah bin Udəy bin Kəb bin Lüvəy bin Ğalib Qurəşi Üdvidir.

Onun nəsəbi Kəb ibn Lüveydə Peyğəmbərlə bir-birinə çatır. Anası Haşim ibn Muğəyrət bin Abdullah bin Ömər bin Məxzuminin qızı Həntəmədir.

O Amulfil ilindən on üç il sonra dünyaya gəlib.Rəsulullahın vəfatı zamanı əlli yaşı var idi və əlli iki yaşında xilafətə çatdı. O on il altı ay xilafət etdi.1 Ölən zaman altımış iki yaşı var idi (26 Zil Hiccə, Hicrinin 23 çi ili). O uca boylu, qara üzlü, six saqqallı, qırmızı gözlü, icəri batmış yanaqlı,qalın bıqlı bir şəxs olub.2 O uzun müddət qoyun otarmaqla məşğul olub3 və heyvan alveri ilə məşğul olurdu.4 İbni Hişam yazır: O,müsəlman olmamışdan qabaq müsəlmanlarla amansızcasına rəftar edən zümrələrdən idi.5 İzzətdin əbu Hamid Mədaini yazır: O, heybətli, tələbkar və heç kimdən qorxmurdu. Hətta şərafətli insanlarla əsir nəsəbsiz insanlar arasında fərq qoymurdu. O müxtəlif məsələlərdə fətva və hökm verir, sonrada onu rədd edib onun əksinə fətva verirdi.6 Bir gün Ömər bir qadına xəbər göndərdi ki, məhkəməyə gəlsin. Qadın məhkəməyə getdikdə Ömərin qorxusundan uşağını saldı. Əshabdan bəziləri dedilər: Çünki sənin məqsədin o qadını tərbiyələndirməkdir, ona görə uşağın düşməsi üçün sənə diyə vacib deyil. Əli ibni əbi Talib (ə) ki, məclisdə iştirak edirdi buyurdu: Əgər bu adamlar öz rəylərinə müvafiq olaraq ictihad etsələr səhv edirlər və əgər sənin rəhbərliyinə görə belə rəy verirlərsə sənə xəyanət edirlər. Sən gərək bu uşağın diyəsini ödəyəsən. Çünki sən bu qadını qorxudmusan və səndən qorxduğuna görə uşağı düşmüşdür.7

İbni Müteybə yazır: Əbu Bəkr, Öməri öz yerinə canişin qoymaq qərarına gələn zaman səhabələrdən bir dəstəsi (Səd ibn Əbi Vəqqas, Zübeyr, Təlhə) Əbu Bəkrin yanına getdilər və dedilər: Sən Allaha nə cavab verəcəksən, belə kobud və sərt adamı bizə rəhbər etdi.! O, sənə tabe olan zaman biz onun öhdəsindən gələ bilmirdik əgər özü rəhbər olsa onda ne olar? 1 İbni Səd, Ət- Təbaqat kitabında yazır: O, Bədr, Ühüd, Xəndəq və Peyğəmbərin zamanında bütün müharibələrdə iştirak etmişdir və bəzilərində sərkərdə olmuşdur.2 Ühüd müharibəsində müsəlmanlar qacan zaman o da qacmışdır.3 Onun islamı neçə qəbul etməsini bilmək çox maraqlıdır. Tarixçilər yazırlar: Müsəlmanlar Həbəşəyə mühacirət edən zaman Ömər Peyğəmbəri öldürmək qərarına gəldi. Yolda Nəim ibn Abdullaya rast gəldi. Nəim dedi: Hara gedirsən? Ömər dedi: Gedirəm Mühəmmədi öldürəm. Nəim dedi: Əgər düz deyirsənsə Mühəmmədə iman gətirən bacının qabağını al. Ömər təşvişlə bacısının evinə getdi. Orada Xəbab ibn Ərs kağız üzündən Ömərin bacısı və bacısının əri üçün Taha surəsini oxuyurdu. Ömər evə daxil olan zaman Quran səsi qulağına dəydi. Elə bu zaman Xəbab gizləndi. Ömər bacısının əri olan Səhid ibn Zeydin yaxasını tutdu. Ömərin bacısı onu müdafiə edən zaman Ömər ona bir sillə vurdu. Onlar işin cıxılmaz vəziyyətdə qaldığını görüb qəhrəmancasına dedilər: Bəli biz müsəlman olmuşuq. Ömər yazını bacısından aldı. Ayələri oxuduqdan sora dedi: Nə gözəl kəlamlardır! Sonra Peyğəmbərin yanına gedib ona iman gətirdi.4 Bu hadisə besətin altıncı ili (Ömərin iyirmi altı yaşı olan zaman) baş vermişdir. Şiə məzhəbindən olmayan bir yazıçı Ömər ibni Xəttabın qəzəbli rəftarlarını pisixolagiya nöqteyi nəzərindən təhlil edərək yazır: Ömərin atası Xəttab öz oğlunun işlərində balaca səhlənkarlıq görən kimi onu incidirdi. Ömər uşaqlığ zamanından bu cür cətinlik və məşəqqətlərnən üzbəüz olduğuna görə kobud xasiyyət ilə formalaşmışdır və başqaları ilə də sərt davranırdı.5


Ömər ibn Xəttabın ailəsi


Ömər ibn Xəttabın səkkiz arvadı var idi. O, müsəlman olmamışdan qabaq üç dəfə evlənmişdir. Onun arvadları bunlardır:

1.Zeynəb Məzun ibn Həbib ibn Bəhəb ibn Hüzafe ibn Cəmin qızı.

2.Müləykə Cəzul Xəzainin qızı.

3.Qurəybə Əbu Üməyyə Məxsuminin qızı.

4.Ümmü Həkim Harisas bin Haşim Məxzuminin qızı.

5.Cəmilə Asim bin Sabit bin Əbül Əfləh Osinin qızı.

6.Ləhiyyə Yəmən əhli.

7.Fukeyhə, kənizi.

8.Atikə Zeyd bin Mufeyrin6 qızı.

O bu arvadlardan bəzilərnə təlaq vermişdir. Ömərin bu arvadlardan on övladı olmuşdur. Abdulla Əbdulrəhman və Həfsə Zeynəbin uşaqlarıdır. Übeydullah Muleykənin oğlu, Fatimə Ummu Həkimin qızı, Asim Cəmilənin oğlu, Əbdülrəhman Övsət ya Əsğər Lühəyyənin oğlu və Zeynəb Fükeyyənin qızıdı. Əbdülrəhman Əkbərin ömrünün əvvəlləri Rəsuli Əkrəmin zamanına təsadüf edir. Əbdülrəhman övsəti şərab içdiyinə görə Əmir ibn As onu Misirdə şallaqlayıb Mədinəyə göndərdi. Ömərdə onun pis əməlinə görə qəzəblənib onu ikinşi dəfə şallaqladı. O, bir müddət xəstə oldu və bir aydan sora öldü. Ubeydulla da Peyğəmbərin zamanında dünyaya gəldi və şərab icdiyinə görə ona da hədd vurdular. O, atası Ömər vurulduğdan sonra Əbu Lölöün kicik yaşında olan qızını, Hərməzanı və Cüfeynə adında olan xac pərəsti Əbu Lölölü bu qətlə sövq etdiklərinə görə öldürdü.7



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin