BİSMİllahir-rəhmanir-rəHİM



Yüklə 2,71 Mb.
səhifə39/66
tarix21.04.2017
ölçüsü2,71 Mb.
#15068
1   ...   35   36   37   38   39   40   41   42   ...   66

XƏLIFƏNIN BAŞI ÜSTƏ


Əbu Bəkrin xəstəliyi müddətində baş verən qəribə hadisələrdən biri də camaatla əlaqəsini kəsməkdir. Həqiqətdə onun beş günlük xəstəliyi vaxtda kimlərlə əlaqə saxladığı mə`lum deyil! Tarixçilər bu barədə belə yazırlar: “O, bu iki həftədə xilafət haqda (Ömərin tərəfdarlarından olan) yalnız iki nəfərlə – biri Osman ibn Əffan, digəri isə Əbdür-Rəhman ibn Ovfla söhbət etmişdir. Ömərin canişinlik xəbəri eşidildikdə isə, Əbbdür-Rəhman ibn Əbu Bəkr, eləcə də Təlhə ibn Abdullah xəlifəyə e`tiraz etdilər ki, nə üçün bu kobudxasiyyətli və qəzəbli şəxsi – Öməri camaata hakim tə`yin etmisən?!

Onların arasında baş verən söhbətlər içrə təəccüb doğuran məsələlərdən biri Əbu Bəkrin Ömər barəsində açıqladığı cavabıdır. Belə ki, Təlhə, Əbu Bəkrə e`tiraz edərək deyir: “Sən Ömər ibn Xəttabı xəlifə etdin, halbuki gördün ki, onunla birlikdə olduğun müddətdə, camaatla necə rəftar edirdi?! Hakimiyyətə çatandan sonra isə rəftarı daha da pis olacaqdır! Bil və agah ol ki, Rəbbinlə görüşəcəksən və O, səni rəiyyət haqda sorğu-suala tutacaqdır.”

Bu zaman Əbu Bəkr qaş-qabaqlı halda, Təlhəyə deyir: “Məni Allahdan qorxudursanmı? Rəbbimlə görüşdüyüm zaman O, məndən bu barədə sorğu-sual etsə, belə cavab verəcəyəm: “Sənin ən yaxşı bəndəni onlara canişin seçdim!”

Əbu Bəkrin bu ifadəsi iki yöndən araşdırılmalıdır: Birincisi budur ki, Əbu Bəkr o sözü deyərkən, bə`zən e`tiraf etdiyi Əli ibn Əbi Talibin (ə) ləyaqət və fəzilətini yaddan çıxararaq, Öməri ondan üstün bilmiş və nəticədə onu xəlifə tə`yin etmişdir. Ikincisi isə budur ki, onun dediyi bu söz – doğru olduğu təqdirdə, cavabdan əlavə, Öməri tə`rifləmək deməkdir. Əlbəttə, diqqət yetirmək lazımdır ki, bu rəvayəti nəql edən Ömər ibn Xəttabın tərəfindən olmayan Təlhədir. Belə isə, onun səhih olduğu halda, belə görünür ki, xəlifə Əbu Bəkr tərəfindən Ömərin xilafətə seçilməsini təsdiq edən şəxs yalnız Osman deyil, Təlhə də xəlifənin Ömərə qarşı lütf və mərhəmətini açıqlamışdır! Buna əsasən, Osmanın vəsiyyəti yazmaqda hiylə etməsi ehtimalı azalır.

Tarixi mənbələrdə Təlhənin xəlifə Əbu Bəkrlə söhbəti nə vaxt yayılması dəqiq göstərilməsə də, güclü ehtimala görə, onun birinci hissəsi (yə`ni Təlhənin xəlifəyə e`tirazı) həqiqət və doğrudur. Burada yalnız söhbətin ikinci hissəsində (xəlifənin cavabında) şübhə qalır. Çünki Təlhə, Ömərin xilafəti ilə müxalif olmasına diqqət yetirməklə yanaşı, öz zərərinə tamamlanan bu sözləri açıqlamasının səbəbi bəlli deyildir. Əbu Bəkrin Ömər barəsində dediklərinin doğru olduğu təqdirdə, ağllı iş bu idi ki, Təlhə xəlifənin tə`rifini camaat arasında yaymasın, halbuki onu nəql edən və camaata yayan Təlhə olmuşdur!!!

Başqa bir sual: “Nə üçün Əbu Bəkr mühacir və ənsar qrupları içərisində özündən sonrakı xəlifə və canişin barəsində yalnız Osman və Əbdür-Rəhmanla söhbət etmişdir? Onun onlarla məsləhtəşməkdə məqsədi nə idi?

Bu məsələ doğru olduğu təqdirdə, iki nöqtənin araşdırılması daha əhəmiyyətli görünür:

1. Guya Əbdür-Rəhman və Osmanın xəlifə ilə Ömərin arasındakı ixtilafdan xəbərdar imişlər. Çünki onların hər ikisi Ömərdən tərəfdarlıq edərək Əbu Bəkrə deyirlər: “O, sənin fikrləşdiyindən qat-qat yaxşıdır!”

2. Osman xəlifə ilə söhbətini belə bəyan edir: “Əbu Bəkr mənə dedi: “Əgər Öməri canişin seçmək fikrindən dönsəm, səni seçməkdə əsla şəkk etmərəm!”

Doğrusu, görəsən, Əbu Bəkr, Osmana belə söz deyibmi?! Görəsən, Osman bu cümləni deməklə özünün xilafətə çatması üçün zəmin hazırlayırdımı?

Bir sıra mənbələrə əsasən, Əbu Bəkr ömrünün son anlarında Osman ibn Əffanı yanına çağırıb dedi: “Dediklərimi yaz: “Bağışlayan və mehriban Allahın adı ilə! Bu, Əbu Bəkr ibn Əbi Qühafənin müsəlmanlar üzərində əhdidir...” Əbu Bəkr bu zaman huşdan getdi və Osman özündən belə yazdı: “Mən, Ömər ibn Xəttabı sizə xəlifə seçirəm və məqsədim məhz xeyirdir.” Əbu Bəkr huşa gəldikdən sonra Osmana dedi: “Oxu, görüm nə yazıbsan!” Osman yazdığını oxuduqda, Əbu Bəkr təkbir deyərək əlavə etdi: “Elə bil, qorxdun ki, mən öləm və müsəlmanların arasında ixtilaf yaransın?” Osman dedi: “Bəli!” Əbu Bəkr dedi: “Allaha sənə Islam və müsəlmanlar tərəfindən savab versin!”1

Əbu Bəkr məktubu Şədid adlı azad etdiyi qulamına verdi ki, Ömərin canişinliyini camaata çatdırsın. Şədid məktubu oxumaq istəyərkən, Ömər camaata deyirdi: “Ay camaat! Qulaq asın, Peyğəmbərin xəlifəsinin əmrinə itaət edin, o, sizə yaxşılıq etməkdə səhlənkarlığa yol verməmişdir.” Bu zaman bir nəfər Ömərdən soruşdu: “Ey Həfsin atası! Məktubda nə yazılıbdır?” Ömər dedi: “Bilmirəm, lakin mən eşidib itaət edəcək birinci şəxs olacağam!” Həmin şəxs dedi: “Amma, Allaha and olsun ki, mən onu bilirəm! Keçmişdə sən onu hakimiyyətə çatdırdın, indi isə onun növbəsidir ki, hakimiyyəti sənə tapşırsın.”2

Əlbəttə, bunu unutmaq olmaz ki, nə üçün Əbu Bəkr can verən halda, yalnız Osman onun başı üstə olmuşdur?3 Görəsən bunun səbəbi onun katib olduğu idimi? Görəsən, onun katib olmasını Əbu Bəkr özü istəmişdi, yoxsa Ömər?!

Ümumiyyətlə, Osman, Ömər ibn Xəttabın Peyğəmbərin (s) vəsiyyətində iştirak edən dostu, tərəfdarı idi. Dostunun Peyğəmbərə qarşı hörmətsizliyini və yaramaz sözünü təsdiqləyən,4 eləcə də Peyğəmbərin (s) dəfnində iştirak etməyən o idi.5 Maraqlıdır ki, (Ömərin xilafətə çatması Əbu Bəkrin vəsiyyəti və razılığı ilə olduğunu göstərən) məşhur nəzərin əksinə olaraq, heç bir tarixi xəbərlərdə Ömər ibn Xəttabın “Əbu Bəkr öz razılığı ilə xilafəti mənə həvalə etdi!” – deməsi qeydə alınmamış, əksinə o belə demişdir: “O, ölən vaxta qədər canişinlik barəsində mənimlə bir söz belə danışmadı!”6



TƏƏSSÜFLƏR OLSUN KI...!


Əbu Bəkr ömrünün son anlarında doqquz şeyə təəssüflənirdi ki, kaş, yerinə yetirdiyim üç şeyi yerinə yetirməyəydim; yerinə yetirmədiyim üç şeyi yerinə yetirəydim və Peyğəmbərdən soruşmadığım üç şeyi o həzrətdən soruşaydım:

1. Kaş, xilafət məs`uliyyətini qəbul etməyib, onu Ömər ibn Xəttaba tapşıraydım, özüm isə onun vəziri olaydım!1

2. Kaş, Peyğəmbərin qızı Fatimənin evini zorla açmayaydım və yad adamları onun evinə hücum etmək üçün göndərməyəydim, hərçənd, onu mənimlə müharibə etmək məqsədilə bağlamış olsaydı belə!2

3. Kaş, Əyas ibn Abdullahı (Fücaə Səlmanı) yandırmayaydım!

4. Kaş, Əbu Übeydəni qərb, Öməri isə şərq ölkələrinə göndərəydim və bununla hər iki əlimi Allah yolunda uzadaydım!

5. Kaş, Əş`əs ibn Qeysi əsir tutub mənim yanıma gətirəndə, onun boynunu vurmayaydım. Çünki güman edirəm ki, o, şər işləri özü törətmir və dostu tərəfindən himayə olunurdu!3

6. Kaş, Xalidi (müxalifləri mübarizə etmək üçün) Bəzaxəyə göndərməyəydim, yoxud da özüm onunla birgə gedəydim!

7. Kaş, Peyğmbərdən soruşaydım ki, xilafəti kimin haqqıdır və nəticədə onunla ixtilaf etməyəydim!

8. Kaş, Peyğəmbərdən soruşaydım ki, ənsar qrupunun xilafətdə haqqı var, ya yox?!

9. Kaş, Peyğəmbərdən irs məsələsi haqda soruşaydım!4




Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin