BİSMİllahir-rəhmanir-rəHİM



Yüklə 2,71 Mb.
səhifə47/66
tarix21.04.2017
ölçüsü2,71 Mb.
#15068
1   ...   43   44   45   46   47   48   49   50   ...   66

İranın fəth olunması


Əbu Bəkrin vəfatı ilə onun tərəfindən İraqda sasanilər dövlətinin ərazisinə (İrana) hücum çəkmək istəyən Müsənna ibn Harisə Şeybani ikinci xəlifə Ömərin rəhbərliyi ilə öz işini davam etdi.

İrana hücum Əbu Übeydə Səqəfinin (Muxtarın atası) sərkərdəli və Müsənnanın canişinliyi ilə 13-cü hicri qəməri ilində baş verdi. Həmin vaxtlarda İranın padşahı üçüncü Yəzdəgird adlı cavan bir oğlan idi. Əbu Übeydə və onun ordusu indiki Kufənin yaxınlığında Fərat körpüsündən keçərək, Bəhmən Caduyənin sərkərdəlik etdiyi İran ordusu ilə üzləşdi. Müsəlmanların sərkərdəsi və ordusu rəşadət və şücaətli olsa da, iranlıların ordusundakı çoxlu fillərin olması Əbu Übeydənin qoşununun atlarını ram etdi və onun qoşunu məğlub oldu. Qoxu hissi keçirməyən fillərə hücum edən Əbu Übeydə fillərin əl-ayaqları altında qalıb öldü.

Bu arada müsəlmanların başqa bir problemi Fərata doğru qayıdış yolunun bağlı olması idi. Çünki müsəlmanlardan biri qoşunların müqavimət, dilavərlik və şücaət hissini təhrik etmək üçün körpünü Fəratın üzünə bağlamış və onu qırmışdı. Nəhayət, onlar Müsənnanın çalışması ilə başqa bir körpü düzəltdilər və qoşunun qalan hissəsi bu tərəfə qayıdaraq, ölüm və ordunun pərakəndəliyindən xilas oldular

“Cəsr” (körpü) müharibəsindəki məğlubiyyəti müsəlmanlara ağır gəlsə də, sonrakı ilin qələbəliyi o ağrını kəsdi. Əvvəlcə Müsənna ibn Harisə Buvəybdə1, ondan sonra isə Sə`d ibn Əbi Vəqqas Qadisiyyədə2 qalib gəldilər. Bu mühiribədə iranlıların sərkərdəsi Rüstəm Fərruxzadə idi və ordusunun sayı müsəlmanların ordusu və müharibə təchizatından beş dəfə çox idi. O, müsəlmanlarla müharibə etməkdən qorxu hissi keçirsə də, Yəzdəgirdin təzyiqi nəticəsində məcburiyyət üzündən Tisfundan3 Qadisiyyə qədər qoşun yürütdü.

İki qoşun arasında dörd gün qızğın döyüş davam etdi. Rüstəm Fərruxzadə öldürüldü, onun qoşunu məğlub oldu və Dərviş Kaviyan müsəlmanların əlinə düşdü. Bu qələbə müsəlmanların əhval-ruhiyyəsinə elə tə`sir bağışladı ki, onlar dərhal sasanilər dövlətinin paytaxtına tərəfə hərəkət edərək, Mədayini mühasirəyə aldılar. Bu mühasirə təqribən, iki il çəkdi, lakin sübh çağı azan səsi ucaldıqda, mə`lum oldu ki, zülm və haqsızlığa mə`ruz qalmış İran xalqı artıq şahlıq dövlətinin zülmünə dözmək istəmirdi.

Yenidən bu günkü Xanqeynin yaxınlığında müsəlmanlarla sasanilər qoşunları arasında müharibə başladı ki, bu müharibə “Cəlula” adı ilə məşhurdur. Bu müharibə də keçmişdəki kimi sasanilərin məğlubiyyəti ilə nəticələndi. Hökumətin tam süqutu ilə nəticələnən müharibənin son (və dördüncü) mərhələsi Nəhavəndə baş verdi. Bu müharibə üç gündən çox çəkməsə də, çoxlu tələfata səbəb oldu. Çünki Yəzdəgird özü öz ordusuna sərkərdəlik edirdi. O, Tisfun müharibəsindən qaçdığı üçün öz ordusunu İranın qərb dağlarına çəkmək qərarına gəlmişdi. Elə həmin müddət ərzində müsəlmanlar Xuzistanı fəth etdilər, digər tərəfdən də Yəzdəgird bütün sərkərdələrə xəbər göndərərək bir yerə topladı və yüz əlli mindən artıq bir ordu təşkil etdi. Amma bu dəfə də məğlubiyyətə uğradı.

“Fəthül-fütuh” (fəthlər fəthi) adı ilə məşhurlaşan bu qələbə (21-ci hicri qəməri ili) İran şəhərləri ardıcıl olaraq elə də müqavimət göstərilmədən İslam ərazisinə daxil oldu.

Beytül-Müqəddəsin fəth olunması


Dəməşqin fəthindən sonra Əbu Übeydə ibn Cərrah Beytül-Müqəddəsə tərəf hərəkət etdi. O, dörd ay müddətində İlya şəhərini mühasirə etsə də, oranın əhalisi təslim olmadı. Axırda Əbu Übeydənin ordusu çətinliyə və soyuğa düşdülər. Digər tərəfdən də şəhər əhalisi də müsəlmanların xəlifəsinin özü onların şəhərinə qədəm qoyduğu təqdirdə, cizyə verməyi qəbul etməklə təsilm olacaqlarını e`lan etdilər.

Əbu Übeydənin qasidi bu xəbəri xəlifəyə çatdırdı. Xəlifə ətrafındakılardan nəzər istədi. Bu arada yalnız imam Əli (ə) belə çıxış etdi: “Xəlifənin Beytül-Müqəddəsə getməsi müsəlmanların məsləhətinə və onların qələbə çalmasına səbəbdir.” Bu səbəbdən xəlifə Beytül-Müqəddəsə getdi və imam Əli (ə)-ın uzaqgörənliyi həyatda gerçəkləşdi.4


FƏTHLƏRİN HAŞİYƏSİNDƏ


Xəlifələrin dövründəki fəth və uğurların araşdırılmasında bir neçə məsələni bəyan etmək zəruridir. O cümlədən, ərazi genişliyində məqsəd nə idi? İştirak edənlərin məqsədi nə idi? Nə üçün Əli ibn Əbi Talib (ə) – Peyğəmbəri-Əkrəm (s)-in kürəkəni həmin müharibələrdə iştirak etmədi? Yeni məntəqələrin fəthindən sonra həmin məntəqələrdə hansı dəyişikliklər yarandı və hansı dini-mədəni fəaliyyətlər baş verdi? Görəsən, hücumdan qabaq, əvvəlcə İslam və onun tə`limləri həmin şəhərlərin sakinlərinə söylənilirdi, yoxsa İslama də`vət olunmadan elə bir dəfəlik hücum çəkilirdi?

Bu sualların cavabının aydınlaşması məqsədilə bir neçə incə-nöqtələri qeyd etmək yerinə düşərdi.

1. Şübhəsiz, Əli ibn Əbi Talib (ə) və onun övladları ərazi genişliklərin heç birində iştiraf etməmişdir. Camaat da bilirdi ki, o həzrətin keçmiş şücaət və qəhrəmanlğına diqqət yetirməklə bu siyasətdən məqsəd, nə o həzrətin bir guşəyə çəkilib, bu məsələyə e`tinasız yanaşması, nə də ölümdən qorxmasıdır. Bunun səbəbi yalnız bu idi ki, o həzrət özünü onun haqqını qəsb edənlərin ixtiyarın qoymaq və onlara xidmət etmək istəmirdi. Bu həmkarlıq o həzrətin məqamından uzaq və xəlifənin siyasətini təsdiqləmək sayılır, bu müharibələrdə xəlifə və qoşunların rəftarını e`tibar və qanunluq bağışlayırdı.

Bunlardan başqa o həzrətin həmin ərazi genişliyindəki məqsəddən mə`lumatı onun müharibələrdə iştirakına mane olurdu. İmam Əli (ə)-a layiq məsələ isə o həzrətin şiə və tərəfdarlarını həmin müharibələrdə iştirak etməkdən çəkindirməməsi idi. Onların müharibələrdə iştirakı əsgərlərin təskinliyindən əlavə, əsgərlərin bir çox qeyri-islami davranışlarının qarşısının alınması idi.

Tarixçilər ikinci xəlifənin hakimiyyəti dövründə imam Əli (ə)-ın icazəsi ilə Mədayinin valiliyinə öhdəsinə götürən Salman Farsidən başqa, aşağıda adı çəkilənlər müharibələrdə xəlifələrin döyüşçüləri sırasında qeyd etmişlər:

Əmmar Yasir: Misirin və Bəkr məntəqəsinin fəthində süvarilərin sərkərdəsi olmuş1 və az bir müddət ərzində ikinci xəlifə tərəfindən Kufənin valiliyini öhdəsinə götürmüş, altı min nəfərlə birlikdə Əbu Musa Əş`ərinin köməyi ilə Şuştəri fəth etmək üçün ora getmiş və süvarilər dəstəsinə sərkərdəlik etmişdir.2 Cəlula müharibəsində on iki mindən ibarət qoşunla Yəzdəgirdin ordusu ilə döyüşmüşdür.3

Miqdad ibn Əsvəd: Əmmar Yasirin həmkarlığı ilə Misir və Bəkr məntəqəsinin fəthində iştiraf etmişdir.4

Hüzeyfə ibn Yəman: Ərdəbil, Nəhavənd və Şüştər şəhərlərinin fəthində iştirak etmişdir.5

Malik Əştər: Şam məntəqələrində romalılarla müharibədə iştirak etmişdir.6

Haşim ibn Ütbə (Mirqal): Beytül-Müqəddəs7 və Azərbaycanın8 fəthində beş min nəfərdən ibarət qoşunun sərkərdəsi olmuşdur.

Bərra ibn Azib: Qəzvin və Şuştər şəhərlərində iştirak etmişdir.

Hicr ibn Ədiyy: Qadisiyyə və Cəlula müharibələrində iştirak etmişdir.

2. Bizim bu günləri xəlifələrin fəthləri kimi tanıdıqlarımız sosioloji baxımdan – hər bir təəssübkeşlikdən uzaq – sərtlik və yürüş vasitəsilə siyasi-coğrafi dairənin genişliyindən başqa bir şey deyildir. Bu isə Peyğəmbəri-Əkrəm (s)-in baxış və üslubu ilə əsla uyuşmur və heç bir zərurət də o tələskən rəftarı yozmur.

Qur`ani-Kərim peyğəmbərlərin gəlişindəki məqsəd və amalı ədalətin yayılması və insan tərbiyəsi bilir. Xəlifələrin dövründə baş verənlər isə imperatorluq tə`sis etmək, qənimət və qullar yığmaqdan başqa bir şey deyildir. Qonşu ölkələrin daravazalarını açmağa o zaman üz tutuldu ki, müsəlmanlar hələ İslamın əlifbasını bilmirdilər. Nadanlıq dəyərləri onların həyat tərzindən silinməmiş, e`tiqadi dəyərlər isə varlıqlarının dərinliyinə nüfuz etməmişdi. Keçmiş döyüşçü qrupları şücaət, qorxmazlıq və qəhrəmanlıqlara malik olsalar da, dini bilik və tərbiyədən uzaq idilər. Onlar o zaman müharibələr girdabına düçar oldular ki, bə`ziləri hələ Qur`andan bir neçə ayədən başqa, dindən bir şey öyrənməmişdilər. Bu dərin zəiflik geniş maddi qələbəliklə qarışıb, qənimət və ləzzəti onlara dadızdırdığı bir vaxtda qazandıqları az mə`nəviyyatı itirərək, xoşgüzəranlığa adət etdilər, Peyğəmbəri-Əkrəm (s)-in məqsəd və amalı uğrunda əzab-əziyyətlərə mə`ruz qaldığı yolunu davam etməyi unutdular, müsəlmanlar elə ünsürlər düzəldildi ki, dünyalarını qorumaqla hər bir xəlifəyə tabe olurdular.

3. Doğrusu, İslamı təzə qəbul edən və qonşu ölkələri fəth etməyə can atan döyüşçülər həmin ölkələrin əhalisi üçün nə kimi tədbirlər fikirləşirdilər? Görəsən, müsəlmanlardan yaxşı yaşayan həmin əhaliyə maddi imkanlar bağışlamaq istəyirdilərmi?

Heç bir tarixçi İslam darvazalarının camaatın üzünə açıldıqdan sonra İslam mədəniyyəti və Qur`an qanunlarının onlara tə`lim olunmasını qeyd etməmişdir. Kaş, elə bununla kifayətlənəydilər. Bu ölkələrin fəthindən sonra İslam Peyğəmbərinin hədislərini camaatın Qur`anla məşğul olması bəhanəsi ilə yazıb-bəyan etmək qadağan olundu. Bu tədbirdən isə Qur`andan himayə məqsədini açıqladılar. Lakin daxildə Peyğəmbər (s)-in sünnəsini zirəkliklə kənara qoymaqdan başqa bir şey güdülmürdü. Bu bəyannamənin e`lanından sonra heç bir səhabə Peyğəmbər (s)-dən hədis, hətta Qur`an ayələrinin birini təfsir və izah edən hədisləri belə nəql etməyə haqqı yox idi. Bu iş yalnız adi camaata deyil, həm də Qur`ani-kərimin həqiqi təfsirçisi olan o həzrətin Əhli-beytinə də qadağan olundu.

Bu tədbirlə sünnətlə bid`ət bir-birinə qarışdı, onların bir-birindən ayırd edilməsi çətinləşdi. Şübhələr, xurafatlar və uydurmalar hədisdən çox rövnəqləşdi. İctimanı sonradan həqiqi İslama qaytarmaq məqsədilə yerinə yetiriləcək mədəni fəaliyyətlər çətinləşərək, qeyri-mümkün həddinə çatdı. Belə bir vaxtda xəlifələr və onların canişinləri üçün camaatı hökumət məqsədlərini qəbul etdirmək üçün xam etmək asanlaşdı. Haqq və batil, düzgün və yanlış me`yarlar bir-birinə qarışdığı üçün heç kim müxalifət səsini ucalda bilmirdi. Bu arada səsini ucaltmaq istəyənin əleyhinə ümumi yürüş edilərək, onu aradan götürürdülər.

4. İslam dininin yaxın və uzaq ölkələrə heybətli nüfuzu ilə zərdüşt, xaçpərəst, yəhudi və s. dinlər geri çəkilib, özlərini onun müqabilində aciz gördülər. Lakin bu heybət xəlifələr tərəfindən elmi-mədəni sahələrdə himayə olunmadığından, onun ağır kölgəsi tez aradan getdi və artıq digər dinlərin tərəfdarları yeni can aldılar. Ondan sonra isə xəlifələr tərəfindən uzun illər dini tanıtdırmaq üçün mədəni təbliğat və fəaliyyətlər əsla baş vermədi.

5. Öncə qeyd edilənlərə əsasən, e`tiraf etmək lazımdır ki, müsəlmanların sonsuz uğurları hərbi-nizami qüvvələrin və İslamın düzgün təbliğatının nəticəsi deyildi. Onları irəli aparan və uğur qazandıran Peyğəmbəri-Əkrəm (s)-in tə`limlərinə əsaslanan iman, qələbə və ya şücaətə e`tiqad idi. Təəssüflər olsun ki, elə bu iki amil xəlifələr tərəfindən sui-istifadə vasitəsinə çevrildi.

Bundan əlavə, müsəlmanların qələbə, müvəffəqiyyət və uğurları ilə bağlı bir neçə amil də qeyd etmək olar:

a) Camaatdan qənimət yığmaq, qadın-kişilərə sahib olmaq məqsədini icad etmək.

b) Müsəlman əsgərlərin müqabil qüvvələrin əzəməti ilə müqayisədə sadəlikləri.

v) O məntəqələrin əhalisinin hökumətdən narazlıqları.

q) Bu fəthlər çoxlu mal-dövlət və sərvəti İslam dünyasına bəxş etdi... və ümumxalqın ixtiyarına verilmək və ədalətlə bölünmək əvəzində adətən, fərd və şəxsiyyətlər arasında bölündü və az bir qismin ixtiyanı verildi. Xüsusilə Osmanın xilafəti dövründə bu hərəkət həddini aşdı.1

6. Xəlifələrin məqsədi və fəthlərin genişlənməsi ilə əlaqədar iki mühüm incə nöqtəyə işarə etməklə kifayətlənirik:

a) Allah yolunda cihad adı ilə döyüş cəbhələrini yaratmaq daxili ixtilaflar və əsaslı müxalifətlərin qarşısını almaq üçün ən yaxşı vasitə idi. Bu zaman əgər bir kəs şərafətli və hörmətli şəxs olsa belə, özünün tapdalanmış haqqını almaq istəsəydi, o, dünya və vəzifə düşkünü kimi tanınırdı. Buna əsasən, o dövr hökumət dairələri üçün siyasi məqsədlərə nail olmaq və mövcud mövqeyi qoruyub saxlamaq üçün ən yaxşı zaman hesab edilirdi.

b) Yeni ölkələrin fəthindən sonra dini mədəniyyətin və Peyğəmbər (s)-in hədislərinin yayılması üçün azacıq belə sə`y və zəhmət çəkilmədiyinə diqqət yetirməklə, şübhəsiz, ərazi genişinliyində məqsəd o həzrətin dinini təbliğ etmək deyildi. Hökumətin həmin hücum və yürüşlərdən ən yaxşı bəhrəsi mərkəzi dövlətin qüdrətini və əhatəsini genişləndirmək, eləcə də onun siyasi-dini təfəkkürü idi. Məhz bu səbəbdən də imam Riza (ə)-ın dövrünə qədər İranın hər bir yerində xəlifələr tərəfindən, yalnız onların bəyəndikləri ayindən başqa bir şey təbliğ olunmadı.


Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin