BİSMİllahir-rəhmanir-rəHİM


QANUNSUZLUQLARIN GENIŞLƏNMƏSI



Yüklə 2,71 Mb.
səhifə55/66
tarix21.04.2017
ölçüsü2,71 Mb.
#15068
1   ...   51   52   53   54   55   56   57   58   ...   66

2. QANUNSUZLUQLARIN GENIŞLƏNMƏSI


Osmanın xilafətinin ikinci mərhələsində qanunsuzluğun baş alıb getməsidir. O, əvvəldən də islam qanunlarına elə də əhəmiyyət vermirdi. Onun nalayiq işlərindən biri də Ömərin oğlu Ubeydullahı amanda saxlamağı idi. Ömər ibn Xəttab yaralanandan sonra oğlu Ubeydullah atasının qətlində iştirakına görə Hurmuzan, Cüfeynə və Əbu Lo`lonu qətlə yetirdi.10 sonra Mədinənin bütün qullarını öldürmək istəyirdi. Ancaq müsəlmanlar onu bu işdən çəkindirdilər.1 O deyirdi: “Atam öldürülməmişdən qabaq bu üç nəfəri evdə görüb”. Halbuki Ömər öz vəsiyyətində demişdi: “Əgər Ubeydullah Hurmuzanın mənim qətlimdə iştirakına görə iki şahid gətirə bilməsə ondan Hurmuzanı öldürdüyünə görə qisas alsınlar.”2 Xalq əmin idi ki, Osman Ubeydullahdan qisas alacaqdır. Bundan əlavə səhabələrin çoxu Osmanla məşvərətdə onun qisasına müsbət nəzər verdilər.3 Xalq da xəlifədən Ömərin Ubeydullah haqda olan vəsiyyətinə əməl etməsini istədilər.4 Amma Osman Əmr ibn Asın rəyinə əsasən dedi: “Heç insaf deyil ki, atası öldürülmüş bir insanın özündən də qisas alaq və bir ailədən iki nəfər ölsün. Bundan əlavə bu cinayət onun xilafətində baş verməyib, odur ki, mən onu cəzalandıra bilmərəm.”5 Çox təəccublüdür ki, Ömər öldürüldükdən sonra ilk üç gündə Əbdur-Rəhman müsəlmanları altı nəfər şuranın üzvləri ilə əlaqədər məscidə toplayıb nəzər alanda Osman həmişə Ubeydullahı o üç nəfəri öldürdüyünə görə danlayırdı. Amma elə ki, şurada xilafətə seçildi, ondan qisas almadı, üstəlik, heç vəziyyətin sakit olmasından ötrü onu Kufəyə göndərdi. Orada ona ev və geniş torpaq sahəsi verdi. Həmin yerə xalq Kuveyfə (yəni Kufə şəhərciyi) deyirdilər. 6

İmam Əli (ə) xəlifəni Ubeydullahdan qisas almağa israrla tələsdirirdi. İmam Əli (ə) onun özünə (Ubeydullaha) dedi: “ Əgər bir gun sənə üstün gəlsəm, qisas alacağam.”7 Həzrət Əli (ə) buna görə and icdi.8


3. BİD`ƏTLƏR


Öncə deyildiyi kimi, Səqifədən sonra hər xəlifənin üslubu Peyğəmbərin (s) sünnəsi kimi qiymətləndirilirdi. Bu bizim hazırkı əqidəmizə uyğun deyil. Çünki biz yalnız Rəsulullahı (s) sünnənin təməlini qoyan şəxs kimi tanıyırıq. Öncəkilər belə əqidənin sahibi deyildilər. Hərdənd, açıq surətdə deyirdilər ki, filan iş Peyğəmbərin (s) zamanında belə idi, indi də gərək belə olsun. Elə buna görə də onlar heç vaxt fikirləşmirdilər ki öz əməlləri ilə bidətə yol verirlər. Belə ki, Osman səfərdə qılınan qəsr namazlarını tamam qılırdı; dəlili də bu idi ki, namazı səfərdə tamam surətdə qılmağın özü müəyyən edib.9 Onun Kufəyə təyin etdiyi vali şərab içirdi və məst halında pişnamazlıq edəndə məscidin mehrabına qusdu.10 Heç kəs ona şallaq vurmadı. Xəlifə elə adam deyildi ki, Qurandan xəbəri olmasın və bilməsin ki, Quran11 Bəni-Üməyyəni necə lənətləyir.12 Belə olan halda o, bütün islam ölkələrində Üməyyə və Əbu Sufyanın törəmələrini müsəlmanların canına, malına və namusuna hakim etdi. Beytül-malı da onların tam ixtiyarına verdi. Xalqın etirazlarına belə cavab verirdi: “Əgər cənnətin açarları mənim əlimdə olsaydı, onu o vaxta qədər Bəni-Üməyəyə verərdim ki, onların axırıncı nəfərinə qədər cənnətə daxil ola.”1

4. SEÇILMIŞ SƏHABƏLƏRLƏ PIS RƏFTARI


Xəlifənin Əbuzər, Əmmar Yasir, Abdullah ibn Məsud və Malik Əştər kimi seçilmiş səhabələrlə insafsız, qəddar rəftarı o həddə çatmışdı ki, sünnü tarixçilərinin çoxu onu müəyyən qədər öz tarixlərində gətiriblər. Tarixçilər yazırlar: Osmanın Əbuzər kimi bəzi fəzilətli səhabələrə qarşı elə rəftar etdi ki, qələm onları yazmaqdan həya edir! Misal üçün, Osman Əbuzəri ailəsi ilə birgə quraqlıq yer olan Rəbəzəyə sürgün etdi və onun həyat yoldaşı elə orada vəfat etdi.2Xəlifənin göstərişi ilə heç kimin Əbuzəri yola salmağa haqqı yox idi. Amma imam Əli (ə) və onun övladları Həsən (ə) və Hüseyn (ə) onu Mədinənin darvazasına qədər yola saldılar. Mərvan həzrət Əli (ə)-ı bu işdən çəkindirmək istəyəndə onların arasında mübahisə düşdü. Belə ki, Mərvanın atına qamçı vuruldu. Osman həzrət Əliyə (ə) xəbərdarlıq etdi ki, gərək səndən qisas alınsın. Onların arasında mübahisə ciddiləşəndə, Osman həzrət Əliyə (ə) dedi: “Allaha and olsun sən mənim yanımda Mərvandan üstün deyilsən.” Həzrət Əli (ə) ona cavabında butyurdu: “Mənim kimi şəxsə belə bir sözü deyirsən?! Məni Mərvanla bir tutursan?! Allaha and olsun, mən səndən daha üstünəm, atam sənin atandan və anam sənin anandan daha üstündür.” Osman bu sözlərə cavab tapmayıb oranı tərk etdi.3

Əbuzər Rəbəzədə vəfat etdi və elə orada da dəfn olundu. Səhabələrdən bir dəstəsi onun cənazəsinə namaz qıldılar və Abdullah ibn Məsud onu dəfn etdi. Amma Osmanın göstərişi ilə ibn Məsuda xəlifənin sürgün etdiyi şəxsi dəfn etdiyinə görə qırx şallaq zərbəsi vurdular.4

Vəlid ibn Uqbə Kufədə vali olan zamanlarda Osman tərəfindən ona 100 min misqal gümüş hədiyyə verildi. Abdullah ibn Məsud xəlifəyə və onun nümayəndəsi Vəlidə etiraz etdi. Vəlid İbn Məsudun etirazını Osmana çatdırdı. Xəlifə dərhal əmr etdi ki, onu Mədinəyə göndərsin. İbn Məsud Mədinəyə çatanda gördü ki, Osman mənbərdə xütbə oxuyur. Osman ibn Məsudu görən kimi onu təhqirlə söyməyə başladı və göstəriş verdi ki, onu vursunlar. Osmanın təyin etdiyi adamlar Abdullah ibn Məsudu elə vurdular ki, onun dişləri sındı.5 Osmanın xidmətçisi Abdullah ibn Məsudu qaldırıb yerə elə çırpdı ki, Abdullah iki il evdə xəstə yatdıqdan sonra vəfat etdi. Bu müddətdə xəlifə onun beytül-maldan olan payını kəsdi.6 Osman bir müddətdən sonra Səid ibn Ası Kufənin valisi təyin etdi. O məktubda xəlifəyə yazdı: ”Mən Malik Əştərin və onun axlaq dostlarının varlığı ilə (həmin dostlar “Qurraul-Quran”* adı ilə məşhur idilər) Kufəyə hökmranlıq edə bilmirəm”. Osman Səid ibn Asa məktub yazdı: “Malik və onun dostlarını Şama sürgün et!” Səid ibn As da Malik və onun doqquz nəfər dostlarını (onların arasında Kumeyl ibn Ziyad da var idi) şama sürgün etdi.1 Başqa səhafələrdən olan Əmmar Yasəridə xəlifəyə olan etirazlarına görə işkəncə etdilər. O Osmana etiraz edib deyirdi: “Nəyə görə beytül-malın cəvahirlərini öz ailənin arasında bölüşdürürsən”? Bu etitazların ardınca Osmanın göstərişi ilə Əmmarı o qədər vurdular ki, özundən getdi və ömrünün axırına qədər fətq (qrija) xəstəliyindən əziyyət çəkirdi.2 Bu xoşagəlməz rəftarları elə bir şəxsə qarşı etmişdilər ki, onun tə`rifində Qur`an ayəsi nazil olmuş3 və müsəlmanlar da bu məsələdən tam agah idilər.4


Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin