BİSMİllahir-rəhmanir-rəHİM


DOQQUZUNCU FƏSİL ÜÇÜNCÜ XƏLIFƏ OSMAN IBN ƏFFAN



Yüklə 2,71 Mb.
səhifə52/66
tarix21.04.2017
ölçüsü2,71 Mb.
#15068
1   ...   48   49   50   51   52   53   54   55   ...   66

DOQQUZUNCU FƏSİL

ÜÇÜNCÜ XƏLIFƏ OSMAN IBN ƏFFAN


Osman ibn Əffan ibn Əbil-As ibn Uməyyə ibn Əbdüşşəms ibn Əbdü Mənaf 1 amul-fil ilinin 6-cı ilində dünyaya gəlmişdir. Anasi Ərva, Kəriz ibn Rəbiə ibn Həbib ibn Əbdüşşəms ibn Əbdü Mənafın qızıdır. Peyğəmbər (s) vəfat edəndə Osmanın 57 yaşı var idi. Peyğəmbərdən (s) sonra 25 il ömr sürdü. Elə buna görə də öləndə 83 yaşı vardı. O, enlikürək və üzüdolu tüklü bir adam idi. Uzun zaman Məkkədə parça satmaqla məşğul olub. Əhli sünnə ona “Zunnureyn”* ləqəbini vermişdilər. Çünki Peyğəmbərin Rüqəyyə və Ümmükülsüm adlarında olan iki qızı onun arvadları olub, amma onların heç biri Osmanla çox yaşamamışdır.2 Rəsullulah Osmanı Rüqəyyənin dəfn mərasimində dəfndə iştirak etməkdən məhrum etdi.3 Peyğəmbərin bu əməli Osmanın rəftarından narazılıq əlaməti idi.4 Osman ibni Əffanın səkkiz arvadı var idi. Rüqəyyə, Ummü Külsüm, Faxitə, Ümmü Əmr, Fatimə, Ümmül-Bənin, Rəmlə və Nailə. Rüqəyyənin ondan Abdullah adlı oğlu var idi ki, elə uşaq ikən ölmüşdür. Bu uşağın altı yaşı olanda xoruz onun gözünü dimdiklədiyinə görə dünyadan getmişdir.5 Ondan sonra Əmr adında oğlu dünyaya gəldi, elə ona görə də Osmana “Əbu Əmr” künyəsi verdilər.

Faxitə (Qəzvanın qızı); oğlunun adı Əsğərdir.

Ümmü Əmr (Cundəb Dusinin qızı), övladları Əmr, Xalid, Əban, Əmr və Məryəm.

Fatimə (Vəlid ibn Muğəyrə Məx`uminin qızı), övladları Vəlid, Səid və Ümmü Səid.

Ümmül-Bənin (Əynətubni Həsin Fəzarinin qızı) Əbdulməlik adlı bir övladı var idi ki, uşaq ikən öldü.

Rəmlə (Şeybət ibn Rəbiənin qızı): övladları Ümmü Əmr, Ayişə və Ümmü Əbandır.

Nailə (Fərafəsə Kəlbinin qızı): övladları Məryəm, Ənbə, Ümmül-Bənin ya Ümmül-möminin, (Abdullah ibni Yəzid ibni Əbu Süfyanın arvadı).6

BIR SIRA HADISƏLƏR


Üçüncü xəlifə Osmanın zamanında bir çox hadisələr baş verdi. O hadisələrin hamısı bu kitaba sığmadığina görə onlardan ən mühümlərini yazmaqla kifayətlənirik:

24-cü qəməri ili: Bu ildə burundan qan açılma xəstəliyi bir çoxlarını öldürdü. Xəlifə özü də o xəstəliyə düçar oldu və sonradan sağaldı. Elə bu ildə, xəlifə Müğəyrət ibni Şöbəni Kufənin valiliyindən kənarlaşdırdı və Səd ibn Əbi Vəqqası onun yerinə təyin etdi. Səd bir ildən çox Kufənin valisi oldu.

25-ci ildə Səd ibn Əbi Vəqqası Kufənin valiliyindən kənarlaşdırdı və onun yerinə Vəlid ibn Uqbə (Osmanin ana tərəfdən olan qardaşı) vali təyin olundu.1 Xəlifə bu ildə həccə getdi.

26-cı qəməri ili. Bu ildə xəlifə Məscidül-Həramın ətrafında olan evləri məscidin genişləndirilməsi məqsədi ilə uçurtdu. O elə həmin ildə Əmr ibn Ası Misirin valiliyindən kənarlaşdırdı və onun yerinə Abdullah ibn Əbi Sərhi vali təyin etdi.

27-ci qəməri ili: bu ildə musəlmanlar Abdullah ibn Nafein başçılığı ilə Avropanı ələ keçirdilər.

28-ci qəməri ili: Osmanın xaçpərəst Fərafəsənin qızı Nailə ilə evlənməsi. Yazırlar ki, o, zifaf gecəsindən öncə musəlman olmuşdur.

29-cu qəmərinin ili: Əbu Musa Əşərinin Bəsrənin, Osman ibn Ası Əmman və Bəhreynin valiliyndən kənarlaşdırılması. Abdullah ibn Amiri (xəlifənin dayısı oğlu) Bəsrə, Əmman və Bəhreynə hakim təyin etməsi. Xəlifə Ümeyr ibn Osmanı Xorasana hakim təyin etdi. O öz hakimiyyəti dövründə bir çox məntəqələri öz tabeçiliyinə keçirdi. Abdullah ibn Umeyr Leysi də Sistana vali təyin olundu. O da öz hakimiyyəti dövründə Kabilə qədər bütün məntəqələri öz tabeçiliyinə keçirtdi.2 Bu ildə xəlifə Peyğəmbər məscidini genişləndirdi. Məscidin altı qapısı öncəki xəlifənin zamanında olduğu kimi qaldı. Amma məscidin təmir və memarlıq işlərində naxışlı daşlardan istifadə edildi.3

OSMANIN XILAFƏTI ZAMANINDA OLAN FƏTHLƏR


Osmanın xilafəti zamanında müsəlmanların İranı, Ermənistanı, Asiyanı və Afrikanı fəth etməsi mühüm hadisələrdən sayılırdı. Müsəlmanlar hicrətin 27-ci ilində Avropaya daxil olmaqdan əlavə, Müaviyə ibn Əbi Süfyan 28-ci hicri ilində dəniz yolu ilə Kipr adasına qoşun yeritdi. Abdullah ibn Səd ibn Əbi Sərh Afrikanın şimalına hücum etdi və 32-ci ildə Konstantinopol boğazına qədər irəliləyib yunanlılarla müharibə etdi. 25-ci qəməri ilində Abdullah ibn Səd ibn Əbi Sərh Afrikanın şimalına, Əmr ibn As Makedoniyaya və Həbib ibn Müslimə Ermənistana hücum etdi. 30-cu qəməri ilində Səd ibn As Qorqan və Mazandarana müharibəyə getdi və Abdullah ibn Amir Mərvə qaçan İran şahını təqib edirdi. O Kerman və Xorasanı fəth edib Kabilə qədər irəlilədi.

Təbəri yazır: Afrikanın fəthi o zaman başlandı ki, xəlifənin müxalifləri artmişdı. Xəlifə bu barədə Mərvan ibn Həkəm və Müaviyə ibn Əbi Süfyan ilə məşvərət etdi. O iki nəfər təklif etdilər ki, müsəlmanların başını müharibəyə qatmaq ücün Afrikaya qoşun yollasın və daha heç kimin öz atlarının bit-birəsini öldürməkdən savayı başqa işlərlə məşğul olmağa vaxtı çatmasın.1



QUR`ANIN YENIDƏN YAZILIŞI


Osmanın xilafəti dövründə baş verən hadisələrdən biri də Qur`anlarin cəm olunub məhv edilməsi və yenidən yazılışı idi. Sünnü və bəzi şiə mənbələrinə görə Qur`an Osmanın zamanında yazılmışdır. Amma şiə tərəfindən və bəzi sünnülər tərəfindən qəbul olunan budur ki, Quranın yeni yazlışı Osmanın zamanında olub. Biz bu barədə əvvəl əhli-sünnənin qəbul etdiyi nəzəriyyəni nəzərdən keçirib sonra şiənin nəzərini deyəcəyik. Əhli sünnənin mənbələrinə əsasən, Quran Osmanın xilafətinə qədər yazılmayıb. Osmanın zamanında bir neçə hadisə səbəb oldu ki, Quran yazılsın. O zamanlardakı fəthlər qonşu ölkələrdən istər ərəb, istərsə də əcəm, dəstə-dəstə İslamı qəbul edirdilər və yeni müsəlmanların Qur`anı öyrənməyə ehtiycları var idi. Ərəblər qonşu ölkələrə gedib onların adət-ən`ənələri və əcəm xalqının dilləri ilə tanış olurdular. Nəticədə onlarin ləhcələri dəyişirdi. Digər tərəfdən Quran ayələrinin tələffüz edilməsi qeyri-ərəb müsəlmanlar üçün çox çətin idi. Ərəb və əcəmlərin müxtəlif ləhcələrlə bir-birləri ilə ünsiyyət yaramaları səbəb oldu ki, Quranı müxtəlif ləhcələrlə oxusunlar. Xüsusi ilə də o zaman Quranı nöqtəsiz yazırdılar. Ləhcələrin ixtilafı səbəb oldu ki, Quran müxtəlif ixtilaflarla qiraət olunsun. Bu da səhabələr arasında ixtilaf və narazılığa səbəb oldu. Bu xəbəri Osmana çatanda, o, çox fikirləşdi ki, buna bir çarə tapsın. Sonra bir heyət təşkil etdi ki, Peyğəmbərin (s) vaxtında yazılmış Qur`anları, həm də Əbubəkrin zamanında toplanmış nüsxələri (bunlar Ömərin qızı Həfsədə idi) başqa müshəflərlə tutuşdursunlar və onların arasından bir nüsxə yazıb başqa şəhərlərə göndərsinlər ki, müsəlmanlar yalnız o nüsxədən oxusunlar. Sonra əmr verdi ki, sümük, dəri, nazik daşlar üzərində yazılmış Qur`anları yandırsınlar, ya da cırıb atsınlar və ya yusunlar.2 Bu işlə əlaqədar Osmanı “Hərraqul-məsahif yaxud “Xərraqul-məsahif” (Quranı yandıran ya cıran) adlandırdı.3

Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin