BİSMİllahir-rəhmanir-rəHİM


ŞURA ÜZVLƏRININ DANIŞIQLARI



Yüklə 2,71 Mb.
səhifə50/66
tarix21.04.2017
ölçüsü2,71 Mb.
#15068
1   ...   46   47   48   49   50   51   52   53   ...   66

ŞURA ÜZVLƏRININ DANIŞIQLARI.


Ömərin vəfatından sonra Əbdülrəhman bin Ouf üç gün müddətində şuranın üzvləri ilə həm xüsusi həmdə ümumi söhbətlər apardı.Sonra müsəlmanları məscidə tapladı ki,həm mühacirlərin həm də Ənsarın qarşısında danışıqların nətcəsi olaraq onlara öz rəyini desin1.Əvvəl şuranın üzvlərnə dedi:üsəlmanlar arasında ixtilafın olmaması üçün biz altı nəfərin hər birirnin razılığı ilə bir nəfər aranızdan xəlifə secək.Hər kəs öz rəyini başqasına versə ixtilafın zəmini bir o qədər az olar.Təlhə öz haqqını Osmana verdi.Zübeyrdə öz rəyini Həzrət Əli(ə)-a verdi və Səddə öz rəyini Əbdülrəhmana verdi və bu minimalla altı nəfərlik şura üç nəfərlik oldu və bunlarında hər biri iki rəy sahisi oldular.Əbdülrəhman dedi:ən öz namizədliyimi geri götürürəm.Bu iş onu dörd rəyə sahib cıxmağına səbəb oldu.Çünki iki nəfərlik iki dəstə onun müqabilində idi və o hər kəsə qoşulsaydı onlar dörd nəfər olurdular.Elə bu zaman Əbdülrəhman kinayə ilə şuranı iclasın nəticəsi ilə müxalifət etməməyə cağırdı və zahirdə özünü belə gösdərdi ki,öz xəlifəliyi uğrunda hec bir səy etmir.Osman Həzrət Əli(ə)-a dedi: Yaxşısı budur ki, biz Əbdülrəhmana öz tərəfimizdən vəkil edək və hər nə məsləhət olsa etsin.Əbdülrəhman bu təşəbbüsü çox düzgün saydı və and icdi ki, mənim xilafətdə gözün yoxdur və xilafəti Həzrət Əli(ə) və Osmandan başqasına tapşırmasın.İmam Əli(ə) buyurdu:Müsəlmanların qarşısında söz verki haqqı secəcəksən və öz nəfsinə itaət etməyəcəksən,hec kəsi qohumluğa görə üstün tutmayacaqsan,müsəlmanların məsləhətini nəzərə alasan və ümmətə xeyirxahlığını əsirgəməyəsən2. Sonra üzünü Osmana tutdu və buyurdu:Mənim ücün aydındır ki, Əbdülrəhman sənin tərfini tutacaq haqqın və məsləhətin ziddinə danışacaq ancaq carə yoxdur.Məndə bu şərtlə ki,əgər səninlə qohumluğu nəzərə almaya Allahın razılığını və müsəlmanların məsləhətini nəzərdə tutsa onu hikəmiyyətəqəbul edirəm.Əbdülrəhman and icdiki Həzrət Əli(ə) neceki dedi əməl edəcək.Sonra Həzət Əli(ə)-a dedi:Mən məsləhət görürəm ki,bütün müsəlmanlar sənə beyət etsinlər amma bu şərtlə ki,səndə Allahın dediyi kimi və Rəsurulullahın(s) sünnəsinə uyğun və Əbu Bəkrin və Ömərin üslubu ilə rəhbər edəsən və mən özümdə səninlə bu şərtlə beyət edirəm ki,Bəni Haşim tayfasından heç kəsi müsəlmanlara hakim etməyəsən.Həzrət Əli(ə) eşitdikdə buyurdu:Bir halda ki, xilafəti mənə tapşırısan haqqın yoxdur bundan artıq dəxalət edəsən.Mən gərək ümmət ücün səy edəm.Hər yerdə və hər kəsi ki,istər Bəni Haşim olsun ya da başqaları istedadlı, əmanətdar və düzgün görsən ondan islamın xeyrinə kömək istiyəcəyəm.Əbdülrəhman dedi:Allaha and olsun bu şərti qəbul etməsən sənin beyət etməyəcəyəm.Həzrət Əli(ə) buyurdu:Allaha and olsun bu şərti qəbul etməyəcəm3.Mən sizin aranızda ancaq Allahın kitabı və Peyğəmbərin yolu ilə gedə bilərəm.Sonra Əbdülrəhman həmin şərtləri Osman ilə ortaya qoydu və o da hamsını qəbul etdi.Bu şərtlər üç dəfə tkrar oldu.Hər dəfə təkrar olanda Həzrət Əli(ə) bu şərtləri qəbul etmədi.Ancaq Osman qəbul etdi.Bu şərtlər axırınci dəfə təkrar olanda Həzrət Əli (ə) Əbdülrəhmana buyurdu:Bir haldaki Allahın kitabı və Peyğəmbərin sünnəsi var,hec kimin yolu ilə getməyə ehtiyac yoxdur.Sən bu şərtlərlə istəyirsən xilafəti məndən uzaqlaşdırasan4.Nəhayət Əbdülrəhman osmanın yanına getdi və onun əlini beyət olaraq sıxdı5.Həzrət Əli(ə)-dan başqa o kəslər ki,Əbdülrəhman ilə birlikdə idilər hamısı Osman ilə beyət etdilər.Əbdülrəhman dedi:Özünü xətərə salma6.Əgər beyət etməsən səni Ömərin vəsiyyətinə əsasən öldürəcəyəm.Orada Əbdülrəhmandan başqa hec kimdə qılınc yox idi.Peyğəmbərin kürəkəni qəzəblə bayıra cıxdı və Zübeyrdən başqa bütün şuranın üzvləri onun ardınca getdilər ə dedilər:Əgər beyət etməsən səninlə vuruşacayıq.Həzrət Əli(ə) məsələni belə gördikdə əlacsız qalıb beyət etdi1.Hec kəs ücün müxalifətcilik etməyin zəmini yox idi.üsəlmanların bir dəsdəsi qabaqa cixdilar və Osmana beyət etdilər və bir dəsdəsidə Əbdülrəhmanı danladılar və Həzrət Əli(ə)–ın fəzilətlərindən danışdılar.Sonra Həzrət Əli(ə) özü danışdı.Şuranın üzvlərini vəoradaki müsəlmanları Allaha and verdi və buyurdu.Sizin aranızda məndən başqa bir adam varmı ki,Peyğəmər onun haqqında buyursun:"Mən hər kəsin ağasıyam,Əli onun ağasıdır"? Orda olan müsəlmanlar dedilər:Yox.Sonra Həzrət Əli(ə) buyurdu: "Sizin aranızda məndən başqa bir adam var ki Peyğəmbər(s) onunla qardaşlıq əqdi oxusun"? Hamsı dedilər:Yox.Bu minvalla onlar Həzrət Əli(ə)-ın qırx fəzilətinə etiraf etdilər2.Buna baxmayaraq ki,bu fəzilətlərin hamsına etiraf edirdilər ancaq Həzrət Əli(ə) beyət etməyə qətiyyət gösdərmirdilər və isdər istəməz Osmanın xəlifəliyini qəbul edirdilər.Həzrət Əli(ə) işi belə gördikdə onlara buyurdu:Siz hamınız bilirsiniz ki, mən xilafət ücün layiqliyəm.Allaha and olsun o vaxta qədər ki,müsəlmanların işi qaydasındadır və xilafətə görə məndən başqa bir kəsə zülm olmaya xilafəti tərk edəcəyəm3.Hec kəs haqqın dəvətində,qohumlarla əlaqədə və əli acıqlıqda mənim kimi tanınmamışdır.Bu sözlərimi eşidib və yadınızda saxlayın.Bu yıqıncaqdan sonra tezliklə görəcəksiniz ki,xilafətə görə qılınclar cəkilir və əhdlər sınır,iş o yerə catacaq ki,sizlərdən bəziləriniz yolundan azmız insanların rəhbəri və bəziləriniz nadanlara itaət edəcəksiniz4.Bizim haqqımız var ki əgər onu versələr alaq,əgər verməsələr dəvələrin üstündə oturaq. Bu gecə uzun sürsə belə.Əgər Peyğəmbər(s) öz haqqını tələb etməkdə bizimlə əhd baqlasaydı onun əhdini yerinə yetirərdik və axır nəfəsə qədər onun uğrunda mübarizə aparardıq5.

Ədalətsiz qərar.


Əbdülrəhmanın cıxardığı hökmdən bu vaxta qədər yüzlərlə il kecib,ancaq bu barədə hələdə bir necə sual cavabsız qalıb.O sualların bəziləri bunlardır:

1.Əhli Sünnənin əqidəsinə görə o səhabələr ki,Peyğəmbərdən (s) sonra Rəsulullahın caişibnbi olublar,həm hökümət məsələlərində və həm dini məsələlərdə rəy və ictihad sahibi olublar.Onların əməlləri Peyğəmbərin(s) sünnəsi ilə bir nöc ölcü olubdur və onların əməlləri ilə Peyğəmbərin(s) sünnəsi hec bir fərq olmayıb.Elə ona görədə xəlifəni bir işi əncam və ya tərk etməsinə görə (bu şərtlə ki, Quranın ziddinə olmayan və müsəlmanlar o işi bəyənsinlər) cəzalandırmırdılar.Beləliklə hər zaman xəlifə özü ücün canişin təyin edəndə əmin idi ki,təyin etdiyi şəxs elə adamdır ki, ictihad sahibidir.Buna görədə Ömər bin Xəttab bilirdi ki, o altı nəfər ya ictihad sahibidirlər və ya xilafətə catandan sonra belə bir məqamın sahibi olacaqlar.Belə olan surətdə görəsən niyə görə Əbdülrəhman bin Ouf Həzrət Əli(ə)-ı öz ictihadına əməl etməkdən cəkindirirdi.Xəlifə Əli(ə)-ı müctehid bilmirdimi? Belə olan surətdə niyə görə Həzrət Əli(ə)-ı xilafət şurasının üzvi etdi?Əgər müctehid idi niyə görə Əbdülrəhman onu öz ictihadına əməl etməkdən cəkindirdi ancaq Osmanı cəkindirmədi?

2.Bütün şiə və süni mənbələrində yazılmışdır ki, ikinci xəlifə iddia ilə deyirdi ki,iki şey Peyğəmbərin(s) zamanında sünnə idi.Mən o iki şeyi qadağa edirəm və hər kəs o iki şeyə əməl etsə cəzalandıracağam6.Beləliklə gərək qəbul edək ki, ikinci xəlifənin zamnında bu iki sünnə bidətə cevrildi.Sual ortaya cıxır ki,necə olur ki,Həzrət Əli(ə)-ın haqqı yoxdur öz ictihadına uyğun və o iki xəlifənin əksinə əməl etsin ancaq qabaq ki, xəlifələr aşkar surətdə Peyğəmbərin(s) sünnəsi ilə müxalifət edirdilər.

3.Nə ücün Həzrət Əli(ə) Allahın kitabına və Peyğəmbərin(s) sünnəsinə əməl etməyi qəbul etdi ancaq o iki xəlifənin üsuluna uyğun əməl etməyi qəbul etmədi?O iki xəlifənin əməli Allah kitabına müxalif idimi?



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin