BİSMİllahir-rəhmanir-rəHİM


OSMANIN TƏRƏFINDƏN TƏYIN OLUNMUŞ MƏNSƏB SAHIBLƏRI



Yüklə 2,71 Mb.
səhifə56/66
tarix21.04.2017
ölçüsü2,71 Mb.
#15068
1   ...   52   53   54   55   56   57   58   59   ...   66

OSMANIN TƏRƏFINDƏN TƏYIN OLUNMUŞ MƏNSƏB SAHIBLƏRI


Düzdür ki, ikinci xəlifə, Osmandan iltizam almışdı ki, xilafətə gələndən sonra öz qohumlarından heç birini mənsəblərə təyin etməsin. Buna baxmayaraq, xilafətindən bir il keçəndən sonra ikinci xəlifənin təyin etdiyi bütün mənsəb sahiblərini öz vəzifələrindən kənarlaşdırıb və Bəni Üməyyə qəbiləsinin nümayəndələrini həmin mənsəblərə təyin etdi. Halbuki, Islam Peyğəmbərinin (s) lətafətli və sülhsevər ruhiyyəsinə rəhmən və eyni zamanda hərbi qüdrətə ehtiyac duyulan zamanda belə, heç vaxt siyasi və ictimai mənsəbləri Bəni Üməyyə qəbiləsinə tapşırmadı. Peyğəmbər (s) onları həmişə məzəmmət edir və müsəlmanları onlardan uzaq olmağa çağırırdı. Osmanın islam ölkələrinin ən mühüm və həssas məntəqələrində təyin etdiyi mənsəb sahibi bunlardır:

Kufə: Vəlid ibn Uqbə ibn Əbi Muit* (ikinci xəlifənin təyin etdiyi Səd ibn Əbi Vəqqasın yerinə) və Səid ibn As ibn Uməyyə.**

Misir: Abdullah ibn Səd ibn Əbi Sərh (ikinci təyin etdiyi Əmr ibn Asın yerinə).

Bəsrə və Fars: Abdullah ibn Amir ibn Kəriz (Əbubəkr və Ömər tərəfindən təyin edilmiş Əbu Musa Əşərinin yerinə).***

Şam: Müaviyə ibn Əbi Süfyan. Bunlardan başqa Mərvan ibn Həkəm Mədinədə xəlifənin müşaviri kimi tanınırdı.5

Vəlid ibn Üqbə


O, Peyğəmbərin (s) zamanında öz ləyaqətsizliyini əməldə sübut edən Vəlid, Rəsulullahın (s) tərəfindən Bəni Mustələq tayfasından zəkat yığmağa göndərilmişdi. Bəni Mustələq tayfası onu qarşılamağa çıxanda o elə təsəvvür etdi ki, onu öldürmək istəyirlər. O, vəziyyəti belə görüb Mədinəyə qayıtdı və fəryad etdi ki, Bəni Mustələq tayfası mürtəd olub və müsəlmanların əleyhinə qiyam ediblər. Həmin anda “Nəbə” ayəsi nazil oldu:1 اِن جائكم فاسق بنبـأ فتبيّنو 2 Bir gün Vəlid Əli (ə)-a dedi: “Mən səndən daha natiqəm.” Həzrət Əli (ə) onun cavabında buyurdu: “Sən ancaq fasiqsən!” Ola bilsin bu cavab həmin ayəyə istinadən deyilirdi. Sonra bu ayə nazil oldu:

أفمن كان مومناً كمن كان قاسقا3

Vəlid şərab içməyə və çirkin işlərlə məşğul olmağa adət etmişdi.4 Onun xristian bir dostu var idi. Onunla gecələr şərab içir və başqa çirkin işlərlə məşğul olurdu. O bir gün məst halında sübh namazına pişnamazlıq edib, dörd rükət qıldı.5 Bu şeri: علق القلب الربابا _بعد ان شابت و شابا Həmd və surənin yerinə oxudu. Rüku və səcdə halətində nərə çəkib deyirdi: اِشْرِبْ وَ اسقنى (şərabı iç və bizə içirt).6 namazdan sonra müsəlmanlara məsxərə ilə dedi: “Əgər istəyirsinizsə, sizin üçün iki rükət də əlavə qılım.7



Sonra məscidin mehrabına qusdu.8 Müsəlmanlar fürsətdən istifadə edib onun barmağından dövlət möhürü olan üzüyünü çıxartdılar və hamılıqla Mədinəyə gedib əhvalatı Osmana danışdılar. Osman qəzəblə onları təhdid etdi, qamçılayıb özündən uzaqlaşdırdı. Onlar hadisəni həzrət Əli (ə)-a (və bəzilərinin dediyinə görə) Ayişəyə danışdılar. Müsəlmanlar arasında səs küy qalxdı. Həzrət Əli (ə) Osmana xəbərdarlıq etdi ki, Vəlidi şallaqlasın. Xəlifə naçar qalıb Vəlidə şallaq vurmaq qərarına gəldi. Vəlidə qalın yun libasla geyindirib sonra təhdid ilə dedi: “Hər kəsin cürəti var qabağa gəlsin və ona şallaq vursun.” Müsəlmanlarda süstlük əmələ gəldi. Elə bu vaxt həzrət Əli (ə) ona şallaq vurmsğı öz öhdəsinə götürdü.9

Abdullah ibn Səd ibn Əbi Sərəh


O, Osmanın süd qardaşı idi.10 Peyğəmbərin (s) Məkkənin fəthi zamanı onu və onun atasını “Allah və Onun Rəsulu (s) ilə vuruşan şəxslərdən saydı və onların qanını hədər bildi.11 Abdullah Peyğəmbərin (s) zamanında mürtəd olan ilk adam idi.12 O, Məkkənin fəthindən qabaq mürtəd oldu və Mədinədən Məkkəyə qaçdı. Orada yalandan şaiyə yayırdı ki: “Mən Mədinədə Mühəmmədə (s) hər nə desəydim, o da qəbul edib və Qur`anda yazırdı”. Rəsuli-Əkrəm (s) buyurdu: “Əgər Abdullah özünü Kəbənin pərdəsindən belə assa, onu öldürün!” Məkkənin fəthi zamanı Osman onu öz evində gizlətdi. Sonra Rəsulullahdan (s) aman istədi və həzrətdən istədi ki, onun keçmişdə etdiyi pis işlərə göz yumsun. Peyğəmbər (s) onun əfv olunmağı ilə müvafiq deyildi, bir qədər sükut etdi. Sanki gözləyirdi ki, ətrafında olanlardan biri Abdullahı öldürsün. Heç kimin bu işi görmədiyini görəndə Osmanın onun haqqında istəyini qəbul etdi. Osman bayıra çıxandan sonra Peyğəmbər (s) buyurdu: “Sükut etdim ki, bəlkə sizlərdən biriniz onu öldürəsiniz, amma belə etmədiniz!”1 (Mən deməmişdimmi ki, əgər o özünü Kəbənin pərdəsindən assa belə onu öldürün?!). Məqdisi yazır: Abdullah ibn Əbi Sərəh Misirdə zülm və fisqi-fücurdan başqa heç bir işlə məşğul olmurdu. Yazırlar ki, o, bir nəfərin intiqamına görə 700 nəfəri öldürdü.2 Misirlilər onun zülmündən və fasiqliyindən şikayət edəndə Osman onların bəzilərini vurdu və bəzilərini öldürdü. Müsəlmanların qiyamı son nöqtəyə çatdı və Misirdən yetmiş nəfər Mədinəyə Osmanın yanına gəlib ondan Abdullahın valilikdən kənarlaşdırılmasını istədilər. Xəlifə onlardan soruşu: Misirin valiliyi üçün kimi ləyaqətli görürsünüz? Onlar Məhəmməd ibn Əbubəkri seçdilər. Osman Misirin valilik hökmünü onun üçün yaxdı. Amma cızılmış plan ilə istəyirdi ki, Mühəmmədi və Misirin bütün şikayətçilərini öldürsün. Məhəmməd ibn Əbubəkr və onunla birlikdə olanlar Misirin yolunda olarkən Osmanın qulunu xəlifənin imzası və möhürlü olan məktubunu gördülər. Onla qəzəbli halda yenidən Mədinəyə qayıtdlar və məktubu xəlifəyə göstərdilər. Amma o iddia edirdi ki, o məktubdan xəbəri yoxdur. Həzrət Əli (ə) buyurdu: “ Bu sənin möhür və imza və sənin qulun deyilmi?” Osman and içirdi ki, bu məktubun məzmunundan xəbəri yoxdur. Misirlilər dedilər: “ Əgər bu məktubu sən yazsan və ya Mərvan yazsa, necə ki, sənin möhürün onun əlindədir sən rəhbərliyə ləyaqətsizsən və gərək Mərvanı da cəzalandırasan.” Osman onlara çox etina etmədi. Abdullah eləcə Misirdə qaldı. Çox çəkmədi ki, Osman öz qohumlarından himayə etdiyinə görə öldürüldü. Zərkoli “Əl-ə`lam” kitabında yazır: Abdullah ibn Əbi Sərəh Afrikanı fəth edən sərkərdə kimi tanınırdı. Abdullah Osman öldürüldükdən iki il sonra (qəmərinin 37-ci ili ) Əsqəlanda öldü.

Həkəm ibn Əbil-As


O, Mərvanın atası və Osmanın əmisi idi. Məkkənin fəthi zamanı müsəlman olmuşdu və tuləqadan (azad olunmuş) sayılırdı. Tarix mənbələri onu münafiq olaraq qeyd edirlər. Belə ki, həmişə göz, qaş, əl və dil ilə Peyğəmbəri (s) istehza edib və o həzrətin yol getməsini təqlid edirdi. Bir gün Peyğəmbər (s) yol gedərkən öz arxasına baxdı və Həkəmin onu məsxərə edərkən gördü. Peyğəmbər (s) onu qarğış etdi ki, elə o halda qalsın. O dərhal bədən əsməsinə düçar oldu və ömrünün axırına qədər məsxərəli sifəti var idi.3 O namaz qılarkən Peyğəmbərə (s) cəsarətini əsirgəmirdi və nəhayət Peyğəmbər (s) onu və övladlarını Taifə sürgün etdi. Peyğəmbər (s) onu haqqında deyirdi: “Allaha pənah aparıram bu kişinin sülaləsindən4. Allahın lənəti olsun ona və onun nəslinə ki, məlun kərtənkələdirlər!”5 Ayişə Mərvana deyirdi: “Rəsulullah (s) atanı bir halda ki, sən onun nəslindənsən lənətlədi və sən də Allahın və onun rəsulunun (s) lənətlədiyi bir çirkin adamsan”1 Həkəm ibn Əbil-As birinci və ikinci xəlifənin dövründə sürgündə idi. Osman həmişə çalışırdı ki, onu geri qaytarsın. Ikinci xəlifə öləndən sonra Osman onu Mədinəyə çağırdı və yüz min gümüş sikkə ona hədiyyə edib Quzaə qəbiləsinin zəkatını yığmağı ona həvalə etdi. zəkatlar yığılandan sonra ondan ona üç yüz min gümüş sikkə bağışladı.2

Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin