Bölmə I göstərilənlərdən hansı poliklinika tibb bacısının vəzifəsi


Normada gözdaxili təzyiq neçə mm c.sütununa bərabərdir?



Yüklə 1,55 Mb.
səhifə21/25
tarix29.12.2016
ölçüsü1,55 Mb.
#3865
1   ...   17   18   19   20   21   22   23   24   25

862. Normada gözdaxili təzyiq neçə mm c.sütununa bərabərdir?

A) 18-26

B) 7-10

C) 26-30

D) 28-35

E) 35-40



Göz daxili təzyiq göz daxili mayenin sirkulyasiyası ilə əlaqədar olaraq göz almasının quruluş elementləri ilə optimal əlaqəni tənzimləyir. Normada göz daxili təzyiq 18-26 mm c.st olmalıdır.

Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 258-259
863. Gözə sarğı nə məqsədlə qoyulur?

A) Sadalananların hamısı

B) Xarici təsirlərdən müdafiə

C) Müalicə müəssisəsinə daşınma

D) Zədələnmə zamanı təxirəsalınmaz yardım

E) Əməliyyatdan sonra



Göz sarğılarından işıqdan, soyuqdan, tozdan, küləkdən qorunmaq üçün; xəstənin müalicə profilaktika müəssisəsinə daşınmasında, zədələnmələr zamanı ilkin tibbi yardım məqsədi ilə, əməliyyatdan sonra və narahat xəstələrdə istifadə olunur.

Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 258
864.Konyuktivadan yad cism nə ilə xaric edilir?

A)) Nəm pambıq tamponla

B) Xüsusi steril iynə ilə

C) Konik zondla

D) Əşya şüşəsi ilə

E) Rezin baloncuqla



Konyuktivanın səthi zədələnmələrinə kiçik yad cisimlərin(toz hissəcikləri)göz qapağının toxumasına düşməsi aiddir.Toz dənəciyi konyuktivaya toxunduqda kəskin ağrı və güclü göz yaşı axması müşahidə olunur.Əgər yad cisim aşağı göz qapağının arxasındadırsa o, gözü tez-tez qıpdırmaqla göz yaşı ilə xaric olur.Əgər yad cisim xaric olunmursa onda ilıq suda və ya fizioloji məhlulda isladılmış nəm pambıq tampon və ya bərk nəm kürəciklə xaric edilir.Yad cismin xaric edilməsini küçədə aparmaq lazım gələrsə onda onu təmiz yaylığın ucu ilə həyata keçirtmək mümkündür.

Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 178
865.Qırtlaq xəstəlikləri zamanı müşahidə edilən əsas simptom hansıdır?

A)Baş ağrısı

B) Səsin dəyişməsi

C) Qusma

D) Hərarətin yüksəlməsi

E) Baş gicəllənmə



Qırtlaqda səs yarığı, səs telləri yerləşdiyinə görə qırtlağın əsas funksiyalarından biri səs əmələ gətirmə funksiyasıdır. Qırtlağın xəstəlikləri zamanı əsasən səsin dəyişməsi əlamətinə rast gəlinir.

Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 77
866. Gözün dəlib keçən yaralanmalarında xəstəyə hansı vəziyyət verilir?

A) Sağlam tərəfdə yanı üstə

B) Arxası üstə

C) Zədələnən tərəfdə yanı üstə

D) Üzü üstə

E) Oturaq vəziyyətdə



Dəlib keçən yaralanmalarda xəstəni sanitar nəqliyyat vasitəsilə sağlam göz tərəfdə yanı üstə hospitalizasiya etmək lazımdır.

Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 189
867. Gözün termomexaniki zədələnmələrində ilkin tibbi yardım nədən ibarətdir?

A) Gözə 1 %-li tetrasiklin məlhəminin sürtülməsi

B) Gözə 15-20 %-li dimeksid məhlulunun damızdırılması

C) Ağrı kəsici verib,hər iki gözə sargının qoyulması

D) Gözə 30 %-li natrium-sulfasil məhlulunun damızdırılması

E) Gözə 1 %-li pilokarpin məhlulunun damızdırılması



Göz almasının termomexaniki zədələnməsi partlayışlar zamanı baş verir.Buna görədə çox vaxt zədələnmələr kontuziya ilə müşahidə edilir.Bu ilkin olaraq gözdə ağrılar, işıqdan qorxma, göz yaşının artması, görmə itiliyinin kəskin zəifləməsi ilə müşahidə olunduğu üçün xəstənin hər iki gözünə sarğı qoyub, daxilə ağrıkəsici həb verərək xəstəxanaya çatdırmaq lazımdır.

Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 193
868.Sterilizə olunmuş pambıq kürəciklər hansı məhlulda qaynadılır?

A) 5 % -li lizol

B) 1:5000 furasilin

C) 2 % -li bor turşusu

D) Kalium permanqanat 1:5000

E) 0.5 %-li dikain



Hazır olunmuş kürəciklər tənzif kisəciklərə yığılaraq avtoklavda sterilizə olunmaq üçün bikslərə yerləşdirilir.Avtoklavda sterilizə olunmuş pambıq kürəciklərə 2 %-li bor turşusu əlavə edilərək 40-60 dəqiqə qaynadılır. Kürəciklər bu məhlulda saxlanılır.

Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 221
869.Oftalmoloji cərrahi alətlərin sterilizasiyası hansı üsulla aparılır?

A) Yandırmaqla

B) Qaynatmaqla

C) Abtoklavda

D) Pervomur məhlulunda

E) Quruducu şkaflarda



Sterilizasiyadan əvvəl spirtli-efir qarışığında yağsızlaşdırdıqdan sonar quruducu şkafda 140°temperaturda 1 saat müddətində oftalmoloji cərrahi alətlər sterilizasiya olunur.

Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 224
870 .Göz kabinetində iştirak edən tibb bacısı nəyi bacarmalıdır?

A) Görmə sahəsini təyin etmək

B) Görmə itiliyini təyin etmək

C) Sadə eynəkləri seçmək

D) Sadalananlardan hamısını

E) Göz daxili təzyiqi ölçmək



Göz kabinetində işləyən tibb bacısı xəstələrin ambulator qəbulunda iştirak etdiyi üçün müayinə üsullarını, müalicə proseduraları və manipulyasiyaları bacarmalı, həmçinin zədələnmələr zamanı ilkin tibbi yardım göstərməyi bilməlidir.

Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 218
871.Gözün davamlı yuyulması hansı hallarda həyata keçirilir?

A) Kimyəvi yanıqlarda

B) Konyuktivitlərdə

C) Donmalarda

D) Qlaukomada

E) Göz qapaqlarının kontuziyasında



Gözün uzun müddətli yuyulması kimyəvi yanıqlar zamanı həyata keçirilir. Bu məqsədlə yuyulmaq üçün istifadə olunan məhlula birləşdirilən nazik rezin şlanqdan istifadə olunur.

Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 238
872. Kipriklərin və göz qapağının təmizlənməsində hansı məhluldan istifadə olunur?

A) 1%-li salisil turşusu

B) 5%-li kalium permanqanat

C) 3%-li hidrogen peroksid

D) 0,02%-li furasilin

E) 2%-li natrium hidrokarbonat



Gözün təmizlənməsi kipriklərin və göz qapaqlarının antiseptik məhlullarda (0,02%-li furasilin,0,1%-li kalium permanqanat) isladılmış tənzif və ya pambıq kürəciklə silinməsindən başlayır.Gözün təmizlənməsi qurtardıqdan sonra göz qapağı steril tənzif tamponla qurudulur.

Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 236
873.Görmə itiliyi neçə metr məsafədə yoxlanılır?

A) 4


B) 7

C) 5


D) 3

E) 8


Görmə itiliyi 5 m məsafədə rus oftolmoloqu S.S.Qolovinin hazırladığı xüsusi cədvəlin köməyi ilə müayinə olunur.Cədvəldə 12 sıra hərflər və ya şəkillər təsvir olunmuşdur. Görmə itiliyi əvvəl sağ sonra isə sol gözdə yoxlanılır.Müayinə olunan şəxs cədvəldən 5m məsafədə otuzdurulur.Görmə itiliyini yoxladıqda cədvəlin aşağı sətirlərindən başlayaraq tədricən iri işarələr olan sətrə keçirilirGörmə itiliyi görülən sıraya uyğun götürülür.Əgər yuxarı sıranın ən böyük hərflərinin 5m məsafədə görmək mümkün deyilsə,onda yoxlaılan şəxsin görmə itiliyi 1,0-dən azdır.

Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 19
874. Göz daxili təzyiqin artması hansı xəstəlik zamanı müşahidə olunur?

A) Katarakta

B) Blefarit

C) Konyuktivit

D) Qlaukoma

E) Traxoma



Göz daxili təzyiqin daim artması gözdə (torlu qişa və görmə siniri diskində)atrofik dəyişikliklərə səbəb olur.Bu da görmə funksiyasının və görmənin tam itməsinə gətirib çıxarır.Qlaukoma xəstəliyi göz daxili təzyiqlə sıx əlaqədar olub, əsasən göz almasında göz nəmliyinin miqdarının dəyişməsi ilə əlaqədardır.

Ədəbiyyat И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 151
875.Göz daxili təzyiqin ölçülməsi necə adlanır?

A) Qonioskopiya

B) Oftalmoskopiya

C) Tonometriya

D) Kampimetriya

E) Perimetriya



Göz daxili təzyiqin ölçülməsi üçün daha dəqiq və geniş yayılmış üsul tonometriyadır. Bu üsul 1984-cü ildə rus alimi A.N.Maklakov tərəfindən işlənib hazırlanmışdır. Müayinə zamanı Maklakovun 5, 7.5, 10, 15 qr-lıq çəkili tonometr dəstindən istifadə olunur.

Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 35-36
876. Gözün turşu ilə yanıqları zamanı hansı maddələrlə gözü yumaq lazımdır?

A) 0,25%-li dikain

B) 2%-li bor turşusu

C) 0,1 %-li sirkə turşusu

D) 20%-li natrium-sulfasil

E) 2%-li natrium-hidrokarbonat



Turşu ilə yanıqlar zamanı turşunun təsirini neytrallaşdırmaq üçün10-20 dəqiqə müddətində 2 %-li natrium-hidrokarbonat-qələvi məhlulundan istifadə edərək konyuktival boşluq davamlı yuyulmalıdır.Bu məqsədlə nazik rezin baloncuq istifadə olunur. Yuyulma üçün götürülən məhlulun qabına rezin şlanq birləşdirilərək xəstənin başından bir qədər yuxarıda tutmaqla gözün davamlı yuyulması həyata keçirilir.

Ədəbiyyat:И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 192
877. Gözün qələvi ilə yanıqları zamanı hansı maddələrlə gözü yumaq lazımdır?

A) 0,1%-li deksametazon

B) 5%-li tanin

C) 4%-li taufon

D) 2%-li bor turşusu

E) 2%-li natrium-hidrokarbonat



Gözün qələvilərlə yanığı zamanı qələvinin təsirini neytrallaşdırmaq üçün 10-20 dəqiqə müddətində 2 %-li bor turşusundan istifadə edilərək konyuktival boşluq davamlı yuyulmalıdır.

Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 192

878. Konyuktivitlər zamanı gözə sarğı nə məqsədlə qoyulmur ?

A) Buynuz qişa ilə büllur zədələnir

B) Skleranı zədələyir

C) İfrazatın konyuktival boşluqdan evakuasiyasının qarşısı alınır və buynuz qişada iltihab törədir

D) İfrazatın konyuktival boşluqdan evakuasiyasının qarşısını alır və büllurda iltihab törədir

E) Torlu qişanı zədələyir



Kəskin konyuktivitlərdə gözə sarğı qoyulmur. Burada məqsəd buynuz qişada mikro floranın inkişafı üçün əlverişli şəraitin yaranmasının qarşısını almaqdır. Əsasən gözə sarğılar müdafiə məqsədi ilə xəstənin müalicə profilaktika müəssisəsinə daşınmasında, travmalar zamanı təxirəsalınmaz yardım məqsədi ilə, əməliyyatdan sonra, narahat xəstələrə qoyulur.

Ədəbiyyat:И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 101
879. Konyuktivadan yaxma hansı əşya ilə götürülür ?

A) Şüşə çubuq

B) Pambıq tampon

C) Konik zond

D) Tənzif kürəcik

E) Pipetka



Konyuktivadan yaxma pambıq tamponun köməyi ilə götürülür. Bu prosedura göz almasında aparılan əməliyyatdan əvvəl konyuktivanın sterilliyini yoxlamaq üçün həyata keçirilir.Götürülən möhtəviyyat nazik qat şəklində əşya şüşəsinə yayılaraq havada qurudulur. Yaxma və əkmə üçün material laboratoriyaya bakterioloji müayinəyə göndəriş vərəqəsi ilə çatdırılır.

Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 30
880.Konyuktival kisəyə yad cism düşdükdə tibb bacısı gözün yuyulmasından əvvəl nə etməlidir?

A) Kiprik kənarını antiseptik maddələrlə işləməli

B) Konyutivial kisəyə damcı tökməli

C) Konyuktivial kisədə olan bərk hissəcikləri xaric etməli

D) Göz məlhəmləri yeritməli

E) Konyuktivaaltı sahəyə dərman maddələri yeritməli



Gözün yuyulmasını həyata keçirtmədən əvvəl tibb bacısı konyuktival kisədə bərk cismin olmamasına əmin olmalıdır. Bunun üçün tənzif kürəciklər, pambıq tampondan istifadə edərək konyuktival kisədən bərk cisim xaric olunur.

Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 237
881. Gözün ağlı qişasının iltihabı necə adlanır?

A) Rinit

B) Sklerit

C) Araxinoidit

D) Blefarit

E) Keratit



Ağlı qişa latınca “sklera” adlanır. İt-şəkilçisi iltihabı bildirbiyinə görə, sklerit ağlı qişanın iltihabına deyilir.

И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 133

882.Hansı hallarda gözə sarğı qoyulmur ?

A) Zədələnmələrdə

B) Konyuktivitlərdə

C) Yanıqlarda

D) Donmalarda

E) Blefaritlərdə



Gözə sarğının qoyulması bir sıra hallarda mənfi təsir göstərir. Belə ki, mikroblar və viruslar tərəfindən törədilən konyuktivitlərdə görə sarğı qoyulmur. Konyuktivitlər zamanı sarğı mikrobların və virusların inkişafı üçün əlverişli şərait yaradır. Sarğı gözü qırpma üçün çətinlik törədir. Bunun nəticəsində göz yaşının konyuktivial boşluqdan xaric olması pozulduğuna görə konyuktivial kisənin ifrazatdan təmizlənməsi çətinləşir.

Ədəbiyyat:И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 101
883.Binokulyar sarğı gözə nə məqsədlə qoyulur ?

A) Möhtəviyyatın ifrazı

B) Soyuqdan qorunmaq

C) Gözə sakitlik vermək

D) İşıqdan qorunmaq

E) Çirklənməkdən qorumaq



Gözə sakitlik vermək lazım gəldikdə binokulyar(hər iki gözə qoyulan) sarğıdan istifadə olunur. Belə ki, monokulyar (bir gözə qoyulan) sarğını qoymaqla buna nail olmaq mümkün deyil. Ancaq binokulyar sarğının 60 yaşdan yuxarı şəxslərə qoyulması məsləhət görülmür. Belə ki, onlarda baş beyin damarlarının sklerozu, orientasiyanın itməsi səksəkəyə və digər psixi pozğunluqların əmələ gəlməsinə səbəb olur. Binakulyar sarğı zamanı binti girdə dövrə ilə bərkidirlər, sonra onu ənsədən qulağın altına aparıb aşağıdan yuxarı çəp dövrə edərək gözü bir tərərfdən bağlayırlar. Sonra, binti başın ənsə nahiyəsinin ətrafına və alınan yuxarıda aşağı çəpinə aparıb o biri tərəfdən gözü bağlayırlar. Sonra binti qulaqdan aşağı ənsənin üzərindən köndələninə aparıb qarşı tərəfdə qulağın altından çıxarır növbəti qalxan çəp dövrə edirlər. Beləliklə, bintin növbə ilə çəp dövrələri edilir və tədricən hər iki gözə bağlanılır. Sarğını üfüqi dairəvi dövrələrlə bərkidirlər.

Ədəbiyyat:И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 258

884.Gözün qurğuşunla zədələnməsi zamanı ilkin tibbi yardım nədən ibarətdir?

A) Konyuktivanın yuyulması

B) Aseptik sarğının qoyulması

C) Təcili mədənin yuyulması

D) Ağrıkəsici maddələrin damızdırılması

E) Dezinfeksiyaedici göz məlhəminin sürtülməsi



Gözün qurğuşunla zəhərlənməsi istehsalatda-filiz yataqlarında,kimyəvi zavodlarda işləyən şəxslər arasında baş verir.Qurğuşun politrop təsirə malik istehsalatda rast gəlinən zəhərdir.Gözün kəskin zədələnməsi zamanı görmənin müvəqqəti itməsi və göz əzələlərinin iflicinə səbəb olur.Xroniki zəhərlənmələr zamanı xarici düz əzələlərin parezi və nistaqm baş verir.Görmə itiliyi,işıq duyğusu bir qədər zəifləyir.Bu zaman ilkin tibbi yardıma təcili olaraq mədənin yuyulması,işlədici dərmanlardan istifadə etmək aiddir.Xəstəyə sonradan süd və yumurta sarısı içizdirilir.Bununla yanaşı sidikqovucu preparatlardan istifadə olunur.

Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 200
885.Gözün selikli qişasının iltihabı necə adlanır?

A) Blefarit

B) Qlaukoma

C) Konyuktivit

D) Katarakta

E) Traxoma



Konyuktivanın iltihabı konyuktivit adlanır.Konyuktiva-nazik selikli qişa olub göz qapağının arxa səthini və göz almasının ön səthini örtür.Normada konyuktiva parıltılı, hamar,açıq-çəhrayı rəngdədir.

Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 97
886.Gözün görmə sahəsinin müayinəsi nə adlanır?

A) Mikroskopiya

B) Tonometriya

C) Oftalmoskopiya

D) Perimetriya

E) Refraktometriya



Görmə sahəsinin müayinəsi perimetriya adlanır.Bu xüsusi cihazın-perimetrin köməyi ilə aparılır.Bu cihazın vaistəsilə xüsusi blanklarda görmə sahəsinin qrafik təsvirini almaq mümkündür.

Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 23
887.Gözə sarğı hansı halda qoyulur?

A) Blefarit

B) Konyuktivit

C) Keratit

D) Gözün yaralanması

E) Traxoma



Gözə sarğı yaralanmalar zamanı müdafiə məqsədi ilə qoyulur.

Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 257
888.Qlaukomanın profilaktik tədbirlərinə nə aiddir?

A) Görmə itiliyinə nəzarət

B) Şəxsi gigiyenaya qulluq

C) İdmanla məşğul olmaq

D) Vaxtaşırı tonometriya

E) Gözün yuyulması



Qlaukomalı xəstələrə,həmçinin 40 yaşından yuxarı şəxslərə profilaktik məqsədlə 6 aydan bir həkim-oftalmoloqa göz daxili təzyiqi yoxlamaq üçün müraciət etmək lazımdır.

Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 162
889.Görmə itiliyi aşağıdakılardan hansının köməyi ilə müayinə olunur?

A) Perimetr

B) Y.B.Rabkinin cədvəli

C) S.S.Qolovinin cədvəli

D) Refraktometr

E) Tonometr



Görmə itiliyi 5 m məsafədə rus oftolmoloqu S.S.Qolovinin hazırladığı xüsusi cədvəlin köməyi ilə müayinə olunur. Cədvəldə 12 sıra hərflər və ya şəkillər təsvir olunmuşdur.Görmə itiliyi əvvəl sağ sonra isə sol gözdə yoxlanılır.

Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 19
890.Polixromatik cədvəlin köməyi ilə gözün hansı funksiyası müayinə olunur?

A) Görmə itiliyi

B) İşıq duyumu

C) Rəng duyumu

D) Görmə sahəsi

E) Gözün refraksiyası



Gözün rəng duyumunu müayinə etmək üçün Y.B.Rabkinin xüsusi polixromatik cədvəlindən istifadə olunur.Cədvəldə müxtəlif füqurların kombinə olunmuş formasından ibarət şəkil-testlər var.Normal rəng duyumu olan şəxslər müayinə zamanı asanlıqla şəkilləri rənginə görə ayıra bilirlər.Rəng duyumu pozulan şəxslər isə müayinə zamanı rəngin tonlarını ayıra bilmirlər.Şəkillərdə normal rəng duyumu olan insanlardan fərqli olaraq müxtəlif fiqurlar görürlər.

Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 22
891. Gözün dəlib keçən yaralanmalarında parenteral olaraq xəstəyə hansı preparatın yeridilməsi vacibdir?

A) 25%-li maqnium-sitrat

B) 40%-li qlükoza

C) Geniş spektrə malik antibiotik

D) 1%-li nikotin turşusu

E) 0,1%-li adrenalin



Dəlib keçən yaralanmalar zamanı ilkin tibbi yardım məqsədi ilə əzələ daxilinə geniş spekterinə malik antibiotiklərdən bir dəfəlik dozası yeridilir.Sonra isə xəstənin gözünə sarğı qoyularaq xəstəxanaya çatdırılır.

Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 189
892.Burnun müayinəsi necə adlanır?

A) Farinqoskopiya

B) Larinqoskopiya

C) Rinoskopiya

D) Otoskopiya

E) Bronxoskopiya



Burun boşluğunu müayinə metodu rinaskopiya adlanır. Ön rinoskopiya burun güzgüsü vasitəsilə, arxa rinoskopiya isə burun-qırtlaq güzgüsü və şpateli ilə aparılır.Rinoskopiya zamanı burunun selikli qişasının rənginə,sekresiyanın miqdarına və xarakterinə,burun balıqqulaqlarının və burunla tənəffüsün vəziyyətinə diqqət yetirilir.

Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 21
893.Burun qanaxması zamanı ilk tibbi yardım hansıdır?

A) Xəstəni uzandırmaq

B) Xəstənin başını arxaya əymək

C) Hərarəti ölçmək

D) Burunun ön tamponadasını etmək

E) Xəstənin başını önə əymək



Burun qanaxmasını dayandırmaq mümkün olmadıqda uzunluğu 70-100 sm olan tənzif tamponu hemostatik maddədə isladaraq burunun ön tamponadasını etmək lazımdır. Tamponun maksimum saxlanma müddəti 48 saatdır.

Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 32

894.Burun boşluğundan yaxma nə məqsədlə götürülür?

A) Burun boşluğunun hava keçiriciliyini təmin etmək

B) Burun boşluğundan patoloji möhtəviyyatı götürmək

C) Terapevtik effekti təmin etmək

D) Bakterioloji tədqiqat üçün material götürmək

E) İnfeksiya ilə yoluxma təhlükəsizliyini təmin etmək



Burun boşluğundan yaxmanın götürülməsi bakterioloji tədqiqat üçün material almaq məqsədilə həyata keçirilir. Kəskin iltihabı proseslərə və ya burun difteriyasına şübhə olduqda burun boşluğundan yaxma götürülür.

Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 23
895.Buruna yumşaq sarğının hansı növü qoyulur?

A) Dairəvi

B) Monokulyar

C) Sapandvarı

D) Spiralvarı

E) Sümbülvarı



Buruna qoyulan sarğı sapandvarı sarğıdır. Bu sarğı üzün çıxıntı hissələrinə qoyulur (buruna, çənəyə, ənsəyə) Sapandvarı sarğı parçadan olan yumşaq sarğılara aiddir. Orta hissəsindən başqa hər iki ucu, boylama istiqamətdə kəsilmiş , enli lent şəklində tənzif və ya parçaya desmurgiyada sapand deyilir.

Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 280
896. Burun ciblərindən irinin xaric edilməsi hansı qayda ilə aparılır?

A) Tampon yeritməklə

B) Asqırmaqla

C) Fınxırmaqla

D) Məlhəm qoymaqla

E) Masaj etməklə



Burun ciblərindən irinin xaric edilməsinin 3 qaydası var; fınxırmaqla, elektrosorucunun köməyilə, yuyulmaqla punksiya.

Ədəbiyyat С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 325
897. Arterial hipertenziyalı xəstələrdə burun qanaxmaları zamanı tamponu hansı məhlulda islatmaq olmaz?

A) Hidrogen-peroksid

B) Aminokapron

C) Fizioloji məhlul

D) Efedrin

E) Atropin



Efedrin arterial təzyiqi artırdığına görə arterial hipertenziyalı xəstələrdə burun qanaxmaları zamanı istifadə edilmir.

Ədəbiyyat С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 32
898.Xarici burunun yüngül dərəcəli donması zamanı ilkin tibbi yardım nədir?

A) Buruna isitqac qoyulması

B) Dərinin qarla sürtülməsi

C) Dərman maddələrinin damızdırılması

D) Dərinin spirtdə isladılmış tamponla sürtülməsi

E) Dəriyə məlhəmin sürtülməsi



Xarici burunun donması aşağı temperaturun uzun müddətli təsiri nəticəsində rast gəlinir. Yüngül dərəcəli donmalarda dəri ağarır və hissiyyat itir. Xarici burunun donması zamanı ilkin tibbi yardım qan təchizatının bərpa olunmasından ibarətdir. Bu məqsədlə dəri spitrdə isladılmış tamponla, sonra isə quru olaraq sürtülür. Dəri qızışdırılan zaman göy-qırmızı rəng alır,şişkinlik,ağrı və qaşınma müşahidə edilir.

Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 26
Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin