Bölmə I göstərilənlərdən hansı poliklinika tibb bacısının vəzifəsi


Əhalinin kütləvi qırğın silahlarından mühafizə zamanı nədən istifadə edilmir?



Yüklə 1,55 Mb.
səhifə23/25
tarix29.12.2016
ölçüsü1,55 Mb.
#3865
1   ...   17   18   19   20   21   22   23   24   25

939. Əhalinin kütləvi qırğın silahlarından mühafizə zamanı nədən istifadə edilmir?

A) Metrodan

B) Radiasiyaya qarşı daldanacaqlardan

C) Binaların zirzəmisindən

D) Yeraltı keçidlərdən

E) Əlehqazlardan



Ona görə də kütləvi qırğın silahlarında istifadə zamanı əlehqazlardan istifadə edilmir.

Ədəbiyyat: A.Musayev “Mülkü müdafiə tibb xidmətinin təşkili” Bakı 2008 səh 81
940. Nüvə zədələnməsi ocaqlarında göstərilən ilk tibbi yardıma hansı aid deyil?

A) Yanıqlarda ağrıkəsicilərin yeridilməsi

B) Qanaxmanın müvəqqəti dayandırılması

C) Arterial qanaxmanın daimi dayandırılması

D) Yanan paltarların söndürülməsi

E) Yuxarı tənəffüs yollarının keçiriciliyinin bərpası



Arterial qanaxmanın daimi dayandırılması ilk tibbi yardıma aid deyil, ilk həkim yardımına aiddir.

Ədəbiyyat: A.Musayev “Mülkü müdafiə tibb xidmətinin təşkili” Bakı 2008 səh102
941. Təbii fəlakətlərə hansı aid deyil?

A) Qasırğa

B) Terrorizm

C) Daşqınlar

D) Zəlzələ

E) Torpaq sürüşməsi



Terrorizm təbii fəlakətlərə aid deyil,sosial fəlakətlərə aiddir.

Ədəbiyyat: A.Musayev “Mülkü müdafiə tibb xidmətinin təşkili” Bakı 2008 səh 31-34
942. Bunlardan hansı texnogen fəlakətlər deyil?

A) Yanğınlar, partlayışlar

B) Vulkan püskürmələri

C) Yoluxucu xəstəliklər

D) Narkomaniya

E) Hərbi münaqişə



Vulkan püskürmələri təbii texnogen fəlakət növünə aiddir.

Ədəbiyyat:A. Musayev “Mülkü müdafiə tibb xidmətinin təşkili” Bakı 2008 səh 29
943. Bunlardan hansı əhalinin kütləvi qırğın silahlarından mühafizəsi üsullarına aid deyil?

A) Fərdi mühafizə vasitələrindən istifadə edilməsi

B) Əhalinin mühafizə qurğularında yerləşdirilməsi

C) Əhalinin evlərdə, binalarda gizlədilməsi

D) Əhalinin sayının seyrəkləşdirilməsi

E) Əhalinin şəhərkənarı əraziyə təxliyyəsi



Əhalinin evlərdə, binalarda gizlədilməsi çox təhlükəli olduğundan bu üsul əhalinin kütləvi qırğın silahlarından mühafizəsi üsullarına aid deyil.

Ədəbiyyat: A.Musayev “Mülkü müdafiə tibb xidmətinin təşkili” Bakı-2008, səh 81
944. Fərdi mühafizə vasitələrinə aşağıdakılardan hansı aid deyil?

A) Əlehqazlar

B) Tənəffüs üzvlərinin mühafizə vasitəsi

C) Dərinin mühafizə vasitəsi

D) Radiasiyaya qarşı daldanacaqlar

E) Respiratorlar



Radiasiyaya qarşı daldanacaqlar kütləvi mühafizə vasitələridir. Müasir dövrdə əhalinin kütləvi qırğın silahlarından mühafizəsi üçün istifadə edilir.

Ədəbiyyat: A.Musayev “Mülkü müdafiə tibb xidmətinin təşkili” Bakı 2008 səh 92
945. Fərdi tibbi mühafizə vasitələrinə nə aid deyil ?

A) Fərdi əczaxana(apteçka)

B) Fərdi sarğı paketi

C) Kimyəvi silah əleyhinə paket

D) Zirzəmilərdə sığınacaqlar

E) Əlehqaz



Zirzəmilər kütləvi mühafizə vasitələrinə aiddir.

Ədəbiyyat: A.Musayev “Mülkü müdafiə tibb xidmətinin təşkili” Bakı 2008 səh 92
946. Kimyəvi zədələnmə ocağında ilk tibbi yardımın əsas tədbirlərinə aid deyil?

A)Təkmilləşdirilmiş və ixtisaslaşdırılmış tibbi yardımın təşkili

B) Antidotların vurulması

C) Natamam sanitar təmizlənmənin aparılması

D) Əlehqazların geyindirilməsi

E) Xəsarət almışların zədə ocağından çıxarılması



Təkmilləşdirilmiş və ixtisaslaşdirilmış tibbi yardım hospital şöbədə və klinikada göstərilir.

Ədəbiyyat: A.Musayev “Mülkü müdafiə tibb xidmətinin təşkili” Bakı 2008 səh 122
947.Bakterioloji ocağın ləğv olunması tədbirlərinə nə daxil deyil?

A) Ümumi kəşfiyyatların nəticələrinə görə əhali xəbərdar edilir

B) Bakterioloji ocağın sərhədləri müəyyən olunur

C) Sanator- kurort müalicəsi aparılır

D) Ərazidə bioloji kəşfiyyat aparılır

E) Karantin və observasiya təşkil olunur



Sanator kurort müalicəsi xəstələrin reabilitasiyası məqsədilə aparılır. Bakterioloji ocağın ləğv olunması məqsədi ilə aparılmır.

Ədəbiyyat: A.Musayev “Mülkü müdafiə tibb xidmətinin təşkili” Bakı 2008 səh 126
948.Hansı zəhərli maddə sinir iflic edici təsirə malikdir?

A) Fosgen, difosgen

B) İprit,luizit

C) Linil turşusu

D) Zarin,zoman vi-iks

E) Qıcıqlandırıcı və gözyaşardıcı maddələr


Zarin,zoman vi-iks sinir iflic edici təsirə malikdir.
Ədəbiyyat: Ф.И.Камаров «Военно-медицинская подготовка» Москва1989 стр 252
949.Bunlardan hansı boğucu təsirli zəhərli maddələrdir?

A) Sulfat turşusu

B) Sinil turşusu

C) Fosgen,difosgen

D) İprit, lüizit

E) Gözyaşardıcı maddələr


Fosgen,difosgen boğucu təsirli zəhərli maddələrdir.
Ədəbiyyat: Ф.И.Камаров «Военно-медицинская подготовка» Москва1989 стр 259
950. Kəskin şüa xəstəliyi zamanı ilk tibbi yardım necə aparılır?

A) Zərərçəkəni zədələnmə ocağından çıxarmaq, hissəvi sanitar təmizləmə aparmaq, içməyə 1 tab etapirazin vermək, şüalanmanın qarşısını almaq üçün – sistamin (6 tab bir dəfəyə vermək)

B) Polivitamin, dimidrol, antibiotiklərin tətbiqi

C) Parenteral qidalanma

D) Qüvvətləndirici və medikamentoz terapiya

E) Təzə sitrat,qan trombositləri, eritrositar kütlənin yeridilməsi


Kəskin şüa xəstəliyi zamanı zərərçəkəni zədələnmə ocağından çıxarmaq, hissəvi sanitar təmizləmə aparmaq, içməyə 1 tab etapirazin vermək, şüalanmanın qarşısını almaq üçün – sistamin (6 tab bir dəfəyə vermək) lazımdır.Digər növ yardımlar ilk həkim və xüsusiləşmiş yardım zamanı göstərilir.
Ədəbiyyat: Ф.И.Камаров «Военно-медицинская подготовка» Москва1989 стр 247
951. Kütləvi qığın silahlarına nə aid deyil?

A) Kimyəvi silahların tətbiqi

B) Əlbəyaxa döyüş

C) Bakterioloji silahın tətbiqi

D) Nüvə silahının tətbiqi

E) Terror məqsədi ilə törədilən partlayışlar



Əlbəyaxa döyüş zamanı kütləvi qırğın baş vermir,lakin göstərilən digər variantlarda kütləvi qırğın baş verir.

Ədəbiyyat: Ф.И.Камаров «Военно-медицинская подготовка» Москва1989 стр 95
952. Boğucu təsirli zəhərli maddə fosgenlə zəhərləndikdə bu əlamərlərdən hansı müşahidə olunmur?

A) Gözlərin və tənəffüs yollarının qıcıqlanması

B) Ağızda xoşagəlməz dad

C) Hallüsinasiyalar

D) Öskürək, boğulma

E) Mədə nahiyyəsində ağrılar və qusma


Hallüsinasiyalar psixokimyəvi zəhərli maddələrlə zəhərləndikdə baş verir.
Ədəbiyyat: Ф.И.Камаров «Военно-медицинская подготовка» Москва1989 стр 259
953.Ümumi təsirli, zəhərli maddələrlə zədələndikdə ilk tibbi yardım zamanı hansı tədbir aparılmır?

A) Zədə alana əlehqaz geyindirilir

B) Antibiotiklər, dezensibilizəedici maddələr ,transfuzion terapiya aparılır

C) Antidot yeridilir

D) Süni tənəffüs verilir

E) Zədələnmə ocağında çıxarılır


Antibiotiklər, desensibilizəedici preparatlar, transfuzion terapiya ixtisaslaşdırılmış yardım zamanı ocaqdan kənarda, tibb müəssisəsində təyin olunur və aparılır.
Ədəbiyyat: Ф.И.Камаров «Военно-медицинская подготовка» Москва1989 стр 258
954.Qan qrupu və rezus-faktoru uyğun olmayan qan köçürdükdə hansı növ şok baş verir?

A) Hemorragik

B) Travmatik

C) Hemotransfuzion

D) Kardiogen

E) Hipovolemik


Travmatik şok – mexaniki travmalar zamanı baş verir.Hemorragik şok – massiv qanitirmələr zamanı yaranır. Kardiogen şok cərrahi müdaxilələr zamanı baş verir.Hipovolemik şok orqanizmin kəskin susuzlaşması nəticəsində yaranır. Qan qrupu və rezus-faktoru uyğun olmayan qan köçürdükdə isə hemotransfuzion şok baş verir.

Ədəbiyyat: Ф.И.Камаров «Военно-медицинская подготовка» Москва1989 стр 387

955.Həyat əlamətlərinə aşağıdakılardan hansı aid deyil?

A) Ürək döyüntülərinin olması

B) Arteriyalar üzərində nəbzin əllənməsi

C) Bəbəklərin işiğa qarşı reaksiyasının olması

D) Gözün buynuz qişası bulanır və quruyur

E) Tənəffüsün olması



Gözün buynuz qişasının bulanması və quruması həyat əlamətlərinə aid deyil.
Ədəbiyyat: В.М.Рябочкина,.Г.И.Назаренко «Медицина катастроф» Москва 1996 стр 128
956. Yanıq xəstəliyinin müalicəsində aşağıdakı hansı dərmanlardan istifadə edilir?

A) Suprastin

B) Heparin

C) Natrium sulfasil

D) Promedol

E) Aspirin



Yanıqlar zamanı kəskin ağrılar baş verdiyi üçün narkotik ağrıkəsici –promedol istifadə olunur.

Ədəbiyyat: B.X.Abasov “Ümumi cərrahlıq” Bakı 1987 səh 296-297
957.Termiki yanıqlar zamanı zərdab hansı xəstəliyin profilaktikası məqsədilə vurulur?

A) Botulizm

B) Qarayara

C) Tetanus

D) Quduzluq

E) Vəba


Termiki yanıqlar zamanı zərdab botulizm xəstəliyinin profilaktikası məqsədilə ağırlaşmaların, tonik və klonik qıcolmaların qarşısını almaq üçün vurulur.

Ədəbiyyat:B.X.Abasov “Ümumi cərrahlıq” Bakı 1987 səh 296-297
958.Yanıq xəstəliyi bədənin neçə faizi yandıqda əmələ gəlir?

A) 10% və daha çox

B) 3-5%

C) 6-7 %


D) 8-9 %

E) 1-2%


Bədənin 10%-ə qədər yanması zamanı yerli ağrı yaranır ,bu keçici reaksiya adlanır. Bədən səthinin 10%-dən artığı yanarsa bu yanıq xəstəliyi adlanır.

Ədəbiyyat: В.М.Рябочкина,.Г.И.Назаренко «Медицина катастроф» Москва 1996 стр 174-175

959. Yanıq xəstəliyi nəticəsində hansı şok əmələ gəlir?

A) Anafilaktik

B) Bakterial

C) Hipovolemik

D) Travmatik

E) Kardiogen



Yanıq şoku zamanı ürək döyüntülərinin azalması dövr edən qanın və plazmanın həcminin azalmasına gətirib çıxarır. Bu da hipovolemik şokla nəticələnir.

Ədəbiyyat:B.X.Abasov “Ümumi cərrahlıq” Bakı 1987 səh 294-295
960.Termiki yanıqlar neçə dərəcəyə bölünür?

A) 4


B) 2

C) 3


D) 5

E) 6


Yanıqdan sonra toxuma qatlarında gedən dəyişikliyə görə yanıqlar 5 dərəcəyə bölünür I, II, III A, III B, IV.

Ədəbiyyat:B.X.Abasov “Ümumi cərrahlıq” Bakı 1987 səh 291-292
961. Hansı yanıqlar səthi yanıqlara aiddir?

A) I


B) I və II

C) I,II,III A

D) I- III

E) I-II-III B



I,II.III A dərəcəli yanıqlar səthi yanıqlara aiddir. Bu zaman epitelial hüceyrənin sağ qalması hesabına dərinin epitelləşməsi mümkündür.

Ədəbiyyat:В.М.Рябочкина,.Г.И.Назаренко «Медицина катастроф» Москва 1996 стр 174-175
962. Yanıqların infuzion müalicəsində hansı növ məhlullar istifadə edilir?

A) Dezintoksikasion təsirli

B) Zülal tərkibli

C) Duz tərkibli

D) Polyarlaşmış

E) Antihistamin təsirli



Yanıqların infuzion müalicəsində ağırlaşmaların və zəhərlənmələrin qarşısını almaq üçün dezintoksikasion təsirli maddələr istifadə edilir.

Ədəbiyyat: Е.М.Чазов «Неотложные состояния и екстренная медицинская помощь» стр.239-241 Москва 1988
963. Kəskin şüa xəstəliyində ən erkən rast gəlinən klinik simptom hansıdır?

A) Dəridə eritema

B) Qanazlığı

C) Ürəkbulanma və qusma

D) Tüklərin tökülməsi

E) İshalın olması



Dispeptik əlamətlər döş qəfəsi və qarın boşluğu üzvləri zədələndikdə daha tez baş verir.

Ədəbiyyat: B.М.Рябочкина,.Г.И.Назаренко «Медицина катастроф» Москва 1996 стр 201-202
964.İkincili qanaxma hansı müddətdə əmələ gəlir?

A) 6 sutkadan sonra

B) 2 sutkadan sonra

C) 4 sutkadan sonra

D) Bir neçə saatdan bir sutkaya qədər

E) 10 sutkadan sonra



İkincili qanaxma travmadan bir müddət sonra baş verə bilər.Əməliyyat zamanı damar tikilir və qanaxma dayanır.

Ədəbiyyat:B.X.Abasov “Ümumi cərrahlıq” Bakı 1987 səh 137
965.Donmadan neçə müddət sonra demarkasion xətt əmələ gəlir?

A) 10-12- gün

B) 1-2 gün

C) 10-12 saat

D) 25-30 gün

E) 4-6 saat



Əvvəlcə dəri soyuq tünd rəngə çalır, 10-12 gündən sonra suluqlar meydana çıxır. Dəridə, əzələ qatında,sümüklərdə kömürləşmə gedir. Nəticədə sağlam toxuma ilə ölmüş toxuma arasında demarkasion xətt adlanan sərhəd əmələ gəlir.

Ədəbiyyat:B.X.Abasov “Ümumi cərrahlıq” Bakı 1987 səh 309-310
966.Kəskin qanitirmədə hansı növ şok əmələ gəlir?

A) Kardiogen

B) Hemorrargik

C) Anafilaktik

D) Hemotransfuzion

E) Pulmonal



Qan itirmədə təzyiq kəskin aşağı düşür,.Orqanizmdə maddələr mübadiləsi pozulur, itirilən qanın miqdarında asılı olaraq hemorrargik şok yaranır.

Ədəbiyyat: B.X.Abasov “Ümumi cərrahlıq” Bakı 1987 səh 132

967. Qanaxmanın hansı növündə köpüklü və al qırmızı qan müşahidə olunur?

A) Burun qanaxmasında

B) Ağciyər qanaxmasında

C) Qida borusu qanaxmasında

D) Mədə qanaxmasında

E) Bağırsaq qnaxmasında



Köpüklü və al qırmızı qan ağciyər qanaxmasında bronx və toxumaların zədələnməsi nəticəsində əmələ gəlir.

Ədəbiyyat:B.X.Abasov “Ümumi cərrahlıq” Bakı 1987 səh 309-310
968. Qansaxlayıcı jqut düzgün qoyulduqda ətraflarda hansı hal baş verir?

A) Venoz qanaxma davam edir

B) Ətraf avazıyır,göyərir, jqutdan aşağı nəbz təyin edilmir

C) Ətraf göyərir, venoz qanaxma davam edir

D) Jqutdan aşağı nəbz təyin edilmir

E) Jqutdan aşağı nəbz təyin edilir



Jqutu ətrafa bir neçə dəfə dolandırmalı, bu zaman rezin elə dartılır ki, periferiyada nəbz itir. ətraf avazıyır. Qanaxma dayanır.

Ədəbiyyat:B.X.Abasov “Ümumi cərrahlıq” Bakı 1987 səh 309-310
969.Hansı qanaxmalarda bərk sarğı qoyulur?

A) Qarışıq

B) Arterial

C) Xarici

D) Venoz

E) Bazu arteriyasından qanaxma



Venoz qanaxmalarda qanın təzyiqi aşağı olduğundan , qan zəif surətlə axır. Yara yerinə bir neçə qat bint qoyulur və bərk bağlanır.

Ədəbiyyat: .М.Рябочкина,.Г.И.Назаренко «Медицина катастроф» Москва 1996 стр 139-140
970. Don vurmuş nahiyənin qan dövranını bərpa etmək üçün hansı ilk tibbi yardım göstərilir?

A) Spirtli pambıqla (silmək) sürtmək

B) Quru əllə (silmək) sürtmək

C) Davamlı ovuşdurmaq

D) Yodla silmək

E) Bütün metodlardan istifadə etmək



Donmuş nahiyyə spirtlə isladılmış pambıqla ehtiyatla silinir, yüngül masaj edilir. Məqsəd həmin nahiyyədə temperatur və qan dövranı bərpa etməkdir.

Ədəbiyyat:В.М.Рябочкина,.Г.И.Назаренко «Медицина катастроф» Москва 1996 стр 177-178

Bölmə VI
971. Psixomotor oyanıqlıq zamanı xəstəyə təxirəsalınmaz yardım üçün hansı preparatdan istifadə olunur?

A) Kodein

B) Pirasetam

C) Analgin

D) Aminazin

E) Kofein



Aminazin psixomotor oyanmanı aradan qaldırır, sedativ, adrenolitik təsir göstərir.

Ədəbiyyat: N .R Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Bakı 1990. Səh.453
972. Bir çox psixi xəstələrdə yeməkdən imtina və yedizdirməyə müqavimət zamanı tibb bacısının taktikası necə olmalıdır?

A) Başqa qida növü təklif etməli

B) Qaşıqla yedizdirməli

C) Xəstə yeməyə özü təşəbbüs etməsini gözlməli

D) Xəstəni süni qidalandırmalı

E) İştahartırıcı dərmanları verməli



Yeməkdən imtina və yedizdirməyə müqavimət zamanı tibb bacısı xəstəni zond vasitəsi ilə süni qidalandırmalıdır.

Ədəbiyyat:N .R Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Bakı 1990. Səh.467
973. Miqren xəstəliyi necə başlayır?

A) Burundan qanaxma ilə

B) Yuxu pozuntusu ilə

C) Başın bir yarısında tutmaşəkilli ağrılarla

D) Qarında ağrılar ilə

E) Ətraflarda qıcolma ilə



Miqren başın bir yarısını əhatə edən dövrü, tutmalar şəklində başlayan baş ağrılardır.Ədəbiyyat:N .R Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Bakı 1990. Səh.462
974. Psixoterapiya nədir?

A) Xəstənin dərmanla müalicəsi

B) Xəstənin psixikasına sözlə təsir etmə

C) Xəstənin xəstəxanaya yerləşdirilməsi

D) Xəstələrə nəzarətin təşkili

E) Xəstənin əmək reabilitasiyası


Psixoterapiya müalicə məqsədi ilə xətənin psixikasına sözlə təsir etmə deməkdir. Xəstəyə psixoterapevtik təsir göstərilməsində tibb bacısının rolu çox böyükdür. Bu işdə xəstələrlə təmkinli və nəzakətli davranışın böyük əhəmiyyəti vardır.

Ədəbiyyat: N .R Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Bakı 1990. Səh.470
975. Tibb işçilərinin ehtiyatsızlığı nəticəsində müşahidə olunan psixi pozuntu nədir?

A) Diqqət pozuntusu

B) Yatrogeniya

C) Yaddaş pozuntusu

D) İradi-hərəki pozuntu

E) Düşüncə pozuntusu


Tibb bacısının vaxtında və yerində edilmiş qeyd və göstərişi xəstəyə müsbət təsir göstərdiyi halda ehtiyatsızlıqla dediyi söz onun vəziyyətini dəyişə bilər və bu ehtiyatsızlıq nəticəsində yaranan reaktiv hal yatrogeniya adlanır.

Ədəbiyyat: N .R Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Bakı 1990. Səh.476
976. Beyin-qan dövranının kəskin pozuntusu zamanı neçə gün müddətinə yataq rejiminə riayət olunur?

A) 30


B) 14

C) 10


D) 21

E) 6


Beyin-qan dövranının kəskin pozuntusu zamanı beyin funksiyalarının bərpası üçün 3 həftə (21 gün) yataq rejiminə riayət etmək lazımdır.

Ədəbiyyat: R.Şirəliyeva: “Sinir xəstəlikləri”. Bakı 2003. Səh 126
977. Meningit diaqnozunu təsdiqləyən müayinə üsulu hansıdır?

A) Onurğa beyin mayesinin müayinəsi

B) Sidiyin müayinəsi

C) Qanın müayinəsi

D) Şəkərin müayinəsi

E) Ultrasəs müayinəsi



Meningit baş-beyin qişalarının iltihabıdır. Meningit diaqnozunu təsdiqləyən müayinə üsulu onurğa beyin mayesinin müayinəsidir. meningitin formalarından asılı olaraq onurğa beyin mayesinin tərkibi müxtəlif olur.

Ədəbiyyat: R.Şirəliyeva: “Sinir xəstəlikləri”. Bakı 2003. Səh 152
978. Miqren tutması zamanı ilk tibbi yardım hansıdır?

A) Zəli qoymaq

B) Xəstəni yarıqaranlıq, havası dəyişdirilmiş, sakit bir yerdə yerləşdirmək

C) Oksigen vermək

D) Sıxıcı paltarlardan azad etmək

E) Başı soyuq su ilə yumaq


Miqren tutması bir neçə saatdan bir-iki sutkaya qədər davam edə bilər. Miqren tutması zamanı xəstəni yarıqaranlıq, havası dəyişdirilmiş, sakit bir yerdə yerləşdirmək lazımdır.

Ədəbiyyat: N .R Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Bakı 1990. Səh.462
979. Üçlü sinirin nevralgiyası zamanı ağrı tutması nə qədər davam edir?

A) 1 saat

B) Saniyə-dəqiqə

C) 2 saat

D) 3 saat

E)24 saat



Üçlü sinirin periferik hissəsinin zədələnməsi qıcıqlanma əlamətləri əzabverici ağrı sindromu ilə təzahür edir .Üzün bir yarısında tutmalar şəklində başlayan şiddətli ağrılardan ibarət olub, bir neçə saniyədən-1-2 dəqiqəyə qədər davam edir.

Ədəbiyyat: R.Şirəliyeva: “Sinir xəstəlikləri”. Bakı 2003. Səh., 237
980. Epilepsiya üçün xarakter əlamət nədir?

A) Nitqin tormozlanması

B) Başgicəllənmə

C) Ürəkbulanma

D) Qıcolma

E) Özünə qapanma



Epilepsiya yunanca“Epilambano” sözündən götürülüb, “tuturam”, “yaxalayıram” deməkdir. Xəstəlik qıcolma tutması ilə müşahudə olunur.

Ədəbiyyat: N.İsmayılov: “Psixiatriya”. Səh., 211
981. Adi epileptik tutma nə qədər davam edir?

A) 12 saat

B) 5-6 dəqiqəyə kimi

C) 1 saat

D) 1 saatdan artıq

E) 1 sutka



Epilepsiya beyinin tədricən şiddətlənən xəstəliyidir və şəxsiyyətin dəyişkənlikləri ilə əksər hallarda güclü qıcolma tutması ilə müşaiyət olunur və bu vəziyyət bir neçə dəqiqə-5-6 qədiqəyə kimi davam edir.

Ədəbiyyat:N. İsmayılov: “Psixiatriya”. Bakı 1992. Səh 213
982. Fobiya nədir?

A) Adət


B) Tərəddüt

C) Qorxu

D) Sayıqlama

E) Həyəcan



Şəxsin iradəsindən asılı olmayaraq meydana çıxan, lakin xəstə tərəfindən tənqidi münasibət bəslənilən arzuolunmaz qorxulara fobiya deyilir.

Ədəbiyyat:N. İsmayılov: “Psixiatriya”. Bakı 1992. Səh 46
983. Epileptik status zamanı mexaniki asfiksiyanın qarşısını almaq üçün tibb bacısının taktikası necə olmalıdır?

A) Yuxarı tənəffüs yollarını selikdən təmizləmək, başı yana çevirmək

B) Mədə-bağırsaq traktını yumaq

C) Başa buz qoymaq

D) Xəstəni təmiz havaya çıxartmaq

E) Başa hündür vəziyyət vermək



Epileptik status zamanı ağız suyu udulmaqla boğulmanın qarşısını almaq üçün yuxarı tənəffüs yollarını selikdən təmizləmək, başı yana çevirmək lazımdır.

Ədəbiyyat:N. İsmayılov: “Psixiatriya”. Bakı 1992. Səh 220
984.Hemorragik insult zamanı hansı təxirəsalınmaz yardım göstərilməlidir?

A) Xəstəyə başıaşağı vəziyyət vermək

B) Xəstəni uzatmaq,tənəffüs yollarını təmizləmək

C) Xəstəni sağ tərəfə çevirmək

D) Xəstəyə yarıoturaq vəziyyət vermək

E) Xəstəni sol tərəfə çevirmək



İnsult-beyni qanla təchiz edən arteriyalar sistemində qan dövranının kəskin pozuntusudur. Insult qəfləti, ani olaraq inkişaf edir və qansızmanın qarşısını almaq məqsədi ilə xəstəni uzatmaq,tənəffüs yollarını təmizləmək;diş protezi varsa onu xaric etmək lazımdır.

.

Ədəbiyyat:N .R Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Bakı 1990. Səh. 560
985. Narkotik qrupa aid preparat hansıdır?

A) Diazepam

B) Kofein

C) Morfi

D) Aminazin

E) Barbital



Morfi opi çətənəsindən alınan preparatdır. Bu maddəyə asılılıq tez yaranır.

Ədəbiyyat:N. İsmayılov: “Psixiatriya”. Bakı 1992. Səh 309
986. Stasionarda xəstənin vəziyyəti qəfildən dəyişib. Psixomotor oyanıqlıq qeyd olunur. Ünsiyyətə daxil olmur, ətrafdakılara və özünə zərər yetirir. Tibb bacısı nə etməlidir?

A) Təmiz havaya çıxarmalı

B) Xəstənin vəziyyətindəki dəyişiklik barədə həkimə xəbər verməli

C) Xəstəni qaranlıq otağa qapatmalı

D) Təyin olunan dərmanların dozasını artırmalı

E) Təkidlə ünsiyyətə daxil olmağa çalışmalı



Psixomotor oyanıqlıq - bir çox psixi xəstəliklər çərçivəsində inkişaf edərək təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan kəskin cərəyan edən xəstəlikdir. Bu həyəcanlı reaksiya zamanı onlar özləri və ətrafdakı şəxslər üçün təhlükəli ola bilər. Əlavə müalicə tədbirlərinin görülməsi üçün tibb bacısı xəstənin vəziyyətindəki dəyişiklik barədə həkimə xəbər verməlidir

Ədəbiyyat:N .R Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Bakı 1990. Səh.453
987. Afaziya nədir?

A) Yuxu pozuntusu

B) Yaddaş pozuntusu

C) Diqqət pozuntusu

D) Nitq pozuntusu

E) Düşüncə pozuntusu



Beyin qabığı ilə əlaqədar nitq pozuntusu afaziya adlanır.

Ədəbiyyat:R.Şirəliyeva: “Sinir xəstəlikləri”. Bakı 2003. Səh 103
Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin