899.Burun qanaxmalarında başa hansı vəziyyət verilir ?
A) Kəskin vertikal
B) Güclü önə əyilmiş
C) Yüngül önə əyilmiş
D) Kəskin horizontal
E)Arxaya əyilmiş
Burun qanaxmalarında ilkin tibbi yardıma aşağıdakılar aiddir; xəstəyə başı önə yüngül əyilmiş vəziyyət verilir,buruna soyuq kompres,ənsəyə buz qovuqcuğu qoyulur,burun girəcəyinə hemostatik maddələrdə(hidrogen-peroksid,adrenalin və s.)isladılmış pambıq tampon yeridilir,xəstənin əlinə ləyən verilir.
Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 32
900.Burun boşluğunda yad cism olduqda təhlükəli ağırlaşma nədir?
A) Kəskin irinli rinit
B) Kəskin irinli otit
C) Yad cismlə aspiyasiya
D) Burunla tənəffüsün çətinləşməsi
E) Seroz möhtəviyyatın ifrazı
Burun boşluğunda yad cismin olması zamanı təhlükəli ağırlaşma yad cismlə aspisiyadir. Ona görə yad cismin xaric edilməsi mütləq həkim tərəfindən xüsusi qarmaqla və ya Hartmaq tutqacı və ya küt Lanqe qarmağı vasitəsilə həyata keçirilir.
Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 43
901.Damaq badamcıq lakunalarının yuyulmasına göstəriş hansıdır?
A) Kəskin faringit
B) Kəskin qastrit
C) Xroniki tonzilit
D) Epidemik parotit
E) Tireoidit
Xroniki tonzilit konservativ müalicəsi kompleks şəkildə həyata keçirilir- ümumi və yerli müalicə. Yerli müalicə badamcıq lakunalarının antiseptik maddələrlə (furasilin, yodonal, dioksidin) yuyulması aiddir. Müalicə üsulu 10-15 proseduradan ibarətdir.Bu məqsədlə dərman maddəsi şprisə yığılır. Xəstəyə prosedura zamanı nəfəsini saxlamaq təklif olunur. Dil orta xəttdə sol əllə şpatel ilə fiksasiya olunur. Sağ əllə şprisi götürülür ,lakunalar yuyulur.Yuyulma bir neçə dəfə təkrar olunur.
Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 100
902.Haymor cibinin iltihabı necə adlanır?
A) Etmoidit
B) Sfenoidit
C) Haymorit
D) Frontit
E) Bronxit
Haymor sözünün axırına “İt” şəkilçisi əlavə olunduqda iltihabı bildirir.Haymor cibinin iltihabı haymorit adlanır.
Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 56
903.Udlağın müayinəsi necə adlanır?
A) Larinqoskopiya
B) Otoskopiya
C) Rinoskopiya
D) Farinqoskopiya
E) Bronxoskopiya
Udlağın alın reflektoru və qırtlaq gözgüsü ilə müayinəsi farinqoskopiya adlanır. Farinqoskopiya zamanı yumşaq damağın hərəkətliliyi ,ağız boşluğunun və udlağın selikli qişasının rəngi,qövslərin və damaq badamcıqlarının vəziyyəti müayinə olunur.
Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 68
904.Qırtlağın müayinəsi necə adlanır?
A) Bronxoskopiya
B) Farinqoskopiya
C) Otoskopiya
D) Rinoskopiya
E) Larinqoskopiya
Qırtlağın larinqoskop vasitəsi ilə müayinəsi larinqoskopiya adlanır. Larinqoskopiyada səs yarığının genişliyi selikli qişanın rəngi səs büküşlərinin rəngi,qırtlaq boşluğu müayinə olunur.
Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 116
905.Qulağın müayinəsi necə adlanır?
A) Bronxoskopiya
B) Rinoskopiya
C) Otoskopiya
D) Larinqoskopiya
E) Farinqoskopiya
Otoskop vasitəsilə qulağın müayinəsi otoskopiya adlanır. Otoskopiya zamanı xarici qulaq keçəcəyi və təbil pərdəsi müayinə olunur.
Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 159.
906. Xarici qulağa hansı aiddir?
A) Qulaq seyvani
B) Təbil boşluğu
C) Eşitmə borusu
D) Məməyəbənzər çıxıntı
E) İlbiz
Xarici qulaq qulaq seyvanından və xarici qulaq keçəcəyindən təşkil olunur. Xarici və orta qulaq arasında təbil pərdəsi yerləşir.
Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 142.
907. Qulağa damızdırılan maye neçə dərəcə temperaturda olmalıdır?
A) 18-20
B) 20-25
C) 36-37
D) 30-35
E) 25-30
Dərman maddəsi tökülməzdən əvvəl 50-60 dərəcə su hamamında bədən temperaturuna qədər (36-37) qızdırılmalıdır.
Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 305.
908. Xarici qulaq keçəcəyindən yad cism nəyin köməkliyi ilə xaric edilir?
A) Pinset
B) Burun zondu
C) Şüşə çubuq
D) Kulikov iynəsi
E) Jane şpirisi
Jane şprisinə 37 C0-də qızdırılmış maye yığılaraq xarici qulaq keçəcəyi yuyulur və yad cism xaric edilir.
Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 300.
909. Xarici qulağın təmizlənməsi necə həyata keçirilir?
1)Qulaq zondu 2)Konik pinset 3)Jane şprisi4)Qulaq qıfı
5) Elektrosorucu 6)Atravmatik pipetka7). Şüşə çubuq
A) 1,3,5
B) 2,4,6
C) 1,4,7
D) 3,4,7
E) 2,5,6
Xarici qulağın təmizlənməsinin 3 üsulu var
1)qulaq zondu ilə,
2)Jane şprisi ilə,
3)elektrosorucu ilə.
Ədəbiyyat С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 329.
910. Xarici qulaq keçəcəyindən qanaxma zamanı ilkin tibbi yardım nədən ibarətdir?
A) Qulağı təmizləyib,qan laxtalarını xaric etmək
B) Qulaq keçəcəyinə steril pambıq kürəcik qoyub,xəstəxanaya göndərmək
C) Xarici qulaq keçəcəyini yumaq
D) Qulağı təmizləyib,büzücü dərmanları damızdırmaq
E) Buz qovuqcuğu qoyub,xəstəxanaya göndərmək
Xarici qulaq keçəcəyinin zədələnmələri səthi və dərin olur.Səthi travmalar dərinin zədələnməsi ilə,dərin travmalar isə qığırdaq və sümük toxunmasının zədələnməsi ilə müşahidə olunur. Xaric qulaq keçəcəyinin dərisinin zədələnməsi məişət xarakterli olub, çox vaxt təbil pərdəsinin travması ilə nəticələnir.Buna əsasən uşaqlarda oyun zamanı,böyüklərdə kibrit çöpü,sancaq və s. ilə qulağı təmizlədikdə,yad cismi xaric etdikdə rast gəlinir. Xaric qulaq keçəcəyindən qanaxma olduqda qulaq keçəcəyinə steril pambıq kürəcik yeridərək xəstəni otorinolarinqloqun baxışına göndərmək lazımdır.
Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 170
911.Xarici qulaq keçəcəyinin yuyulması nə ilə həyata keçirilir?
A) Atravmatik pipetka
B) Qulaq qıfı
C) Qulaq zondu
D) Jane şprisi
E) Steril tampon
Xarici qulaq keçəcəyinin yuyulması jane şprisi ilə həyata keçirilir.Jane şprisinə 35-37°C temperaturda su və ya furasilin məhlulu yığılır.Xəstə işıq mənbəyinin yaınında oturdulur.Xəstənin çiyni dəsmal ilə örtülür və qulağının altına tutmaq üçün böyrək şəkilli ləyən verilir. Sol əllə qulaq seyvanı arxaya və yuxarı dartılır.Sağ əllə şprisin ucluğu xarici qulaq keçəcəyinə yeridilir. Xarici qulaq keçəcəyinin yuxarı arxa divarı boyunca təzyiqlə maye yeridilir.Yuyulmuş suya nəzarət etmək lazımdır.Proseduradan sonra qulaq keçəcəyi tam qurudulur.Sonda istifadə olunan materiallar dezinfeksiya edilir.
Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 299
912.Qulaq seyvanın hematoması zamanı ilkin tibbi yardım nədən ibarətdir?
A) Qızışdırıcı sarğının qoyulması
B) Aseptik sarğının qoyulması
C) Spirtli tamponun qoyulması
D) Buz qovuqcuğunun və sıxıcı sarğının qoyulması
E) Qulaq seyvanının hidrogen-peroksid ilə işlənməsi
Qulaq seyvanının hematoması zədələnmə nəticəsində dəri örtüklərinin tamlığının pozulmaması ilə gedən, qığırdaq və qığırdaq üstlüyü arasındakı sahədə baş verən qansızmadır. Bu zaman ilkin tibbi yardım buz qovuqcuğunun və sıxıcı sarğının qoyulmasından ibarətdir. Sonradan həkimin konsultasiyası vacibdir. Əgər vaxtında düzgün yardım göstərilməzsə hematomanın infeksiyalaşması,qığırdaq və qığırdaq üstlüyünün iltihabı baş verə bilər.
Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 169
913. Qulağa qoyulan qızdırıcı kompress necə təsir göstərir?
A) Spazmolitik və ağrıkəsici
B) Sakitləşdirici və ağrıkəsici
C) Qıcıqlandırıcı və sorucu
D) Ağrıkəsici və sorucu
E) Antiseptik və stimuləedici
Qızdırıcı kompress sadə fizioterapevtik prosedura olub müəyyən müddət ərzində qan damarlarını genişləndirir.Bu isə dəri və dərialtı toxumalarda qan dövranını artırır. Nəticədə ağrıkəsici effektə və iltihabı prossesin sorulmasına səbəb olur.
Ədəbiyyat:. С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 308
914. Kəskin otit nəyin iltihabıdır?
A) Udlağın selikli qişasının
B) Burunun selikli qişasının
C) Damaq badamcıqlarının
D) Orta qulağın
E) Qulaq seyvanının
Kəskin otit orta qulağın iltihabına deyilir.Qulağa daxil olan infeksiyaya orqanizmin reaksiyası törədicinin(mikrobun) virulentliyindən və xəstənin müqavimət qüvvəsindən asılıdır.Kəskin otitin inkişafına əvvəllər keçirilmiş qulaq xəstəlikləri,ağır infeksiyalar, xroniki xəstəliklər, mübadilə pozluqları,alerqik vəziyyət, soyuqlama və s. təsir göstərir.
Ədəbiyyat:С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 180
915. Qulaq kiri tixacı nə ilə xaric edilir?
A) Şpatel
B) Atravmatik pipetka
C) Pambıq tampon
D) Qulaq qıfı
E) Jane şprisi
Qulaq kiri tıxacı jane şprisi vaistəsilə xaric edilir.Bu məqsədlə jane şprisinə 37°C qədər qızdırılmış 3%-li bor turşusu və ya 2%-li natrium-bikarbonat məhlulu yığılır. Qulaq seyvanını yuxarı dartdıqdan sonra su axını qulaq keçəcəyinin arxa divarı ilə yeridilir.Kiri yuyarkən maye axını ayrı-ayrı porsiyalarla,təkanla yönəldilir. Qulaq kiri xaric edilən kmi qulaq keçəcəyi zondun ucuna bürünmüş pambıqla qurudur və pambıq qoyulur;xəstəyə, 1-2 saatdan sonra pambığı qulağından çıxartmaq tapşırılır.
Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 176
916. Haymor cibinin punksiyası zamanı nədən istifadə olunur?
A) Şpatel
B) Burun-udlaq güzgüsü
C) Qulaq zondu
D) Kulikov iynəsi
E) Elektrosorucu
Haymor cibinin punksiyasında Kulikov iynəsindən istifadə olunur.
Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 26
917. Burundan yad cism nə ilə xaric edilir?
A) Jane şprisi
B) Pinset
C) Qarmaq dəsti
D) Kulikov iynəsi
E) Burun zondu
Burundan yad cismin xaric edilməsi xüsusi qarmaq dəsti ilə xaric edilir.Girdə formalı yad cismlərin xaric edilməsi isə küt Lange qarmağı vaistəsilə həyata keçirilir.
Ədəbiyyat:. С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 45
918. Traxeotomiya nədir?
A) Burun -udlaq badamcıqlarının çıxarılması
B) Nəfəs borusuna süni fistulanın qoyulması
C) Nəfəs borusunun kəsilməsi
D) Badamcıqların hissəvi rezeksiyası
E) Traxeyaya intubasion borunun yeridilməsi
Traxeotomiya-traxeyanın(nəfəs borusunun) kəsilməsidir.Latınca traxeo-nəfəs borusu, tomiya-kəsmək deməkdir.
Ədəbiyyat:С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 126
919.Kəskin tonzillitdə nə müşahidə olunur?
A) Eşitmənin itməsi
B) Burunla nəfəs almanın çətinləşməsi
C) Səsin itməsi
D) Udma zamanı ağrı
E) Arası kəsilməyən öskürək
Kəskin tonzillit ümumi infeksion allergik xəstəlik olub damaq badamcıqlarının limfa toxumasının iltihabı prosesidir.Kəskin tonzillit zamanı xəstədə udma zamanı ağrı, subfebril temperatur,boğazda quruluq və qıcıqlanma müşahidə olunur.
Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 81
920.Kipriklərin və göz qapaqlarının təmizlənməsi necə aparılır?
A) Aşağıdan yuxarıya
B) Dairəvi hərəkətlərlə
C) Gözün xarici bucağından daxilə
D) Gözün daxili bucağından xaricə
E) Göz qapağını aşağı çəkməklə
Kipriklərin və göz qapaqlarının təmizlənməsi xaricdən içəriyə doğru ehtiyatla aparılmalıdır. Bu zaman kir buruna doğru furasilin məhlulunda isladılmış pambıq kürəciklə gözün xarici bucağına doğru hərəkət etdirilərək xaric edilir. Qurumuş ifrazatdan bir-birinə yapışmış kip əvvəlcə bir neçə dəfə pambıq kürəciklə isladılır,sonra isə göz qapaqlarının silinməsində olduğu kimi bir neçə dəfəyə xaric edilir.Gözün təmizlənməsi qurtardıqdan sonra göz qapaqları steril tənzif tamponla qurudulur.
Ədəbiyyat С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 237
921. Burun boşluğundan qartmağı xaric etmək üçün nədən istifadə olunur?
A) 3%-li hidrogen peroksid
B) 70%-li etil spirti
C)10%-li kamfora spirti
D) Vazelin
E) 5%-li kalium permanqanat
Burun boşluğundan qartmağın xaric edilməsi vazelin və ya bitki yağlarının köməyi ilə həyata keçirilir. Xəstə işıq mənbəyindən sağda oturdulur. Əvvəlcədən proseduranın aparılması üçün lazım olan əşyalar hazırlanır. Tibb bacısı əllərinin yuyur, qurudur, əlcək geyinir,pipetkaya vazelin yağı yığır. Xəstənin burnunun ucunu bir qədər qaldırılaraq hər iki burun boşluğuna qartmağı yumşaltmaq üçün 2-3 damcı vazelin yağı damızdırılır.Burun keçəcəyinə burun güzgüsü yeridərək boşluqdakı möhtəviyyat ucunda pambıq olan zondla xaric edilir.
Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 271
BÖLMƏ V
922. Əsgərin fərdi əczaxanasına aşağıdakı hansı preparat daxil deyil?
A) Atropin
B) Sulfadimekotsin
C) Sistamin
D) Promеdol
E) Etapirazin
Promedol narkotik maddə olduğu üçün onun daşınması və əsgərlər tərəfindən istifadəsi qadağandır.Lazım gəldikdə həkim və ya feldşer tərəfindən 1 ml – 2% li promеdol məhlulu ağrı və şokun qarşısını almaq üçün əzələ daxilinə və ya venaya yeridilir.
Ədəbiyyat: A.Musayev . “ Mülki müdafiə tibbi xidmətinin təşkili ” - Bakı – 2008 səh 92-94
923.İlk tibbi yardım harada göstərilir?
A) Hərbi hissədə
B) Tibb məntəqəsində
C) Xəstəxanada
D) Zədələnmə ocağında
E) Çeşidləmə meydançasında
Zədələnmə ocağında nə qədər tez və düzgün yardım göstərilərsə ölüm və əlilliyin sayı bir o qədər az olar. İlk tibbi yardım öz – özünə və digərinə olmaqla qarşılıqlı şəkildə yerinə yetirilir.
Ədəbiyyat:В.М.Рябочкина,.Г.И.Назаренко «Медицина катастроф» Москва 1996 стр.73-76
924. Uzunmüddətli sıxılma sindromunun ən çox rast gəlinən ağırlaşması hansıdır?
A) Sınıqların əmələ gəlməsi
B) Ağrı
C) Tənəffüsün pozulması
D) Toksiki şok
E) Huşun itməsi
Toksiki şoka ən ağır travmalarda və müxtəlif fəlakət növlərində rast gəlinir. Zədələnmiş bədən nahiyəsi sıxılmadan azad edildikdən sonra bir sıra toksiki maddələr qana sorulur. Qanda əzələ mioqlobininin miqdarı artır. Toksiki şok əmələ gəlir.
Ədəbiyyat:В.М.Рябочкина,.Г.И.Назаренко «Медицина катастроф» Москва 1996 стр.124-127
925. “Diqqət hamının nəzərinə” həyacan siqnalı nə ilə verilir?
A) Yerli radio ilə
B) Telefon ilə
C) Səsgücləndirici ilə
D) Televizior ilə
E) Polis maşını iə
İnsanlar 2-3 dəq müddətində səsgücləndirici ilə verilən siqnala uyğun olaraq baş verə biləcək hadisəyə hazırlaşmalıdır.
Ədəbiyyat В.М.Рябочкина,.Г.И.Назаренко «Медицина катастроф» Москва 1996 стр.25-26
926 .Fəlakətlər təbabəti işinin əsasını hansı qurum təşkil edir?
A) İxtisaslaşmış yardım
B) Yüksək ixtisaslaşmış həkim briqadası
C) Sanitar drujinaları
D) Şəhər və rayon xəstəxanaları
E) Təcili tibbi yardım briqadası
Təcili tibbi yardım briqadası əsasən yaralı və xəstələrə ilk tibbi yardım göstərməli və növbəti təxliyyə prosesinə hazırlamalıdır.
Ədəbiyyat: A.Musayev. “ Mülki müdafiə tibbi xidmətinin təşkili ”. Səh. 11 – 12 Bakı - 2008
927.Fövqəladə fəlakətlər zamanı fəlakət tibb xidmətinin əsas vəzifələrindən biri hansıdır?
A) Zərərçəkənə ilk tibbi yardım göstərilməsi və köçürülmə mərhələsində həyati vacib orqanların fəaliyyətinin bərpa edilməsi
B) Qəza zonasında, xilasetmə və təxirə salınmaz işlərin aparılması, onların axtarılması və ərazidən çıxarılması
C) Qəza zonasında xilasetmə işlərinin təşkili
D) Qüvvə və vasitələrin səfərbər olunması
E) Tibbi çeşidləmə
Fəlakətlər zamanı ilk həkim yardımı tez və surətli aparılmalıdır. Zərərçəkən tam müalicə almaq üçün köçürmə mərhələsinə hazırlanmalıdır.
Ədəbiyyat: A.Musayev. “ Mülki müdafiə tibbi xidmətinin təşkili ” səh.14-19
Bakı - 2008
928.Fəlakət ocağında hospitala qədər hansı tibbi yardım göstərilir?
A) Əhali tərəfindən
B) Xüsusiləşmiş
C) İxtisaslaşmış
D) İlk
E) Cərrahi
Fəlakət ocağında ilk tibbi yardım göstərilir. Tez və keyfiyyətli ilk tibbi yardımın göstərilməsi əlillik və ölüm hallarının sayını azaldır.
Ədəbiyyat: A.Musayev “ Mülki Müdafiə tibbi xidmətinin təşkili ”. Səh. 100-101 Bakı - 2008
929.Uzunmüddətli sıxılma sindromunun aşağıdakı növü yoxdur.
A) Orta müddətli (4 saat)
B) Qısa müddətli (2-3 saat)
C) Ani (0.5 saat)
D) Uzun müddətli (4-7 saat)
E) Çox uzun müddətli (7saatdan çox)
Ani sıxılma uzunmüddətli olmadığı üçün kompresiyanın uzunmüddətli növünə aid edilə bilməz.
Ədəbiyyat: В.М.Рябочкина,.Г.И.Назаренко «Медицина катастроф» Москва 1996 стр.124-125
930. Kimyəvi zədələnmə ocağında ilk tibbi yardımın əsas tədbirlərinə nə aid deyildir?
A) Natamam sanitar təmizləmənin aparılması
B) Antidontların yeridilməsi
C) Qanaxmanın daimi dayandırılması
D) Əlehqazların geyindirilməsi
E) Xəsarət almışların zədə ocağından çıxarılması
Kimyəvi zədələnmə ocağında qanaxma baş vermədiyi üçün qanaxmanın daimi dayandırılması kimyəvi zədələnmə ocağında aprılan ilk yardıma aid deyil. İlk tibbi yardım öz – özünə və yoldaşına qarşılıqlı yardım qaydasında aparılır.
Ədəbiyyat: A.Musayev. “Mülki müdafiə tibbi xidmətinin təşkili ” səh. 111-113 Bakı - 2008
931. Əhalinin kütləvi qırğın silahlarından qorunma üsulları hansıdır?
A) Əhalini şəhər ətrafı ərazilərə köçürülməsi
B) Əhaliyə xəbərdarlıq edilməsi
C) Əhalinin həmin ərazidən çıxarılması və sığınacaqlarda yerləşdirilməsi
D) Tibbi yardımın göstərilməsi və müalicəsinin aparılması
E) Tibbi ləvazimatlardan istifadə edilməsi
Zərərçəkən əhalinin təcili olaraq təxliyyə edilməsi, sığınacaqlara yerləşdirilməsi və ilk tibbi yardımın göstərilməsi onların həyatda qalma ehtimalını daha da artırır. Əhalinin kollektiv şəkildə mühafizəsi üçün əvvəlcədən tikilmiş, sığıncaqlardan, metro və tunellərdən istifadə olunur.
Ədəbiyyat: A.Musayev. “ Mülki müdafiə tibbi xidmətinin təşkili ”. Səh. 81 – 85 Bakı - 2008
932.Ətrafın sıxılması zamanı ilk tibbi yardım necə göstərilir?
A) Antibakterial terapiya aparılır
B) Standart şinalarla immobilizasiya aparılır
C) Periferiyadan mərkəzə doğru sıxıcı sarğı qoyulur və ağrıkəsicilər yeridilir
D) Oksigen inhalyasiya olunur
E) Antihistamin maddələr yeridilir
Qanaxmaların və toksiki maddələrin qana sorulmasının və baş verəcək ağrı şokunun qarşısını almaq məqsədilə ətrafın sıxılması zamanı periferiyadan mərkəzə doğru sıxıcı sarğı qoyulur və ağrıkəsicilər yeridilir.
Ədəbiyyat: В.М.Рябочкина,.Г.И.Назаренко «Медицина катастроф» Москва 1996 стр.126-128
933. Əlaltı vasitələrdən istifadə etməklə zədələnmə ocağında hansı növ tibbi yardım göstərilir?
A) Təkmilləşmiş həkim yardımı
B) İlk həkim yardımı
C) İlk yardım
D) Xüsusiləşdirilmiş yardım
E) İxtisaslaşmış yardım
İlk tibbi yardım zədələnmə ocağında qanaxmanın və ağrının qarşısını almaq üçün aparılır. İlk tibbi yardım dəqiq və hərtərəfli düzgün aparıldıqda ölümün və ağırlaşmaların sayı azalır.
Ədəbiyyat: В.М.Рябочкина,.Г.И.Назаренко «Медицина катастроф» Москва 1996 стр.73-76
934. Sudaboğulan şəxsə ilk tibbi yardım hansı ardıcıllıqla göstərilməlidir?
1) Dərman müalicəsi
2) Ağ ciyərlərin süni ventilyasiyası
3) Ürəyin qapalı masajı
4) Bədənin isidilməsi
5) Sudan çıxarmaq və ağız boşluğundan yad cisimləri xaric etmək
6) Ürəyin açıq masajı
A) 5, 2, 3
B) 2, 3, 4,
C) 4, 5, 6
D) 1, 4, 5
E) 1, 5, 6
Suda boğulan şəxsə yardım göstərilərkən ilk növbədə tənəffüs yollarının keçiriciliyi bərpa edilməlidir:Şəxs sudan çıxarlır,ağız boşluğundakı yad cismlər xaric edilir, süni tənəffüs verilir,ürəyin qapalı masajı həyata keçirilir.
Ədəbiyyat:Е.М.Чазов «Неотложные состояния и екстренная медицинская помощь» стр.465-466 Москва 1988
935. Hansı zəhərləyici maddələrlə zəhərlənmə zamanı dəridə “boz hipoksiya” əmələ gəlir?
A) Zarin
B) Xlorpikrin
C) Dəm qazı
D) Fosgen
E) Ammonyak
Fosgenlə ilk zəhərlənmə nəticəsində ürək-damar sisteminin fəaliyyəti zəifləyir və hipoksiya getdikcə artır,dərinin rəngi bozarır.
Ədəbiyyat:В.М.Рябочкина,.Г.И.Назаренко «Медицина катастроф» Москва 1996 стр 208-210
936.Dezaktivasiya nədir?
A) Gəmiricilərin zərərsizləşdirilməsi
B) Zərərli maddələrin zərərsizləşdirilməsi
C) Mikrobların zərərsizləşdirilməsi
D) Radiaktiv maddələrin təmizlənməsi
E) Antidotların yeridilməsi
Dezaktivasiya – radiaktiv maddələrin təmizlənməsidir.
Ədəbiyyat:Ф.И.Камаров «Военно-медицинская подготовка» Москва1989 стр 318-319
937.Dezaktivasiya harada aparılır ?
A) Şəhərdənkənar ərazidə
B) Köçürülmə zamanı
C) Xüsusi dezaktivasiya məntəqəsində
D) Zədələnmə ocağında
E) Şəhərdənkənar ərazidə
Dezaktivasiya zədələnmə ocağında ilk yardım dəstəsi tərəfindən aparılır.
Ədəbiyyat: Ф.И.Камаров «Военно-медицинская подготовка» Москва1989 стр319-325
938.Yüngül dərəcəli yanıqlara hansı yanıqlar aiddir?
A) I,II,III A dərəcəli yanlıqlar
B) I dərəcəli yanıqlar
C) I və II dərəcəli yanıqlar
D) I,II,III,B dərəcəli yanıqlar
E) Hamısı
I,II,III A dərəcəli yanıqlar –yüngül dərəcəli yanıqlar aiddir. Ağır dərəcəli yanıqlara isə III B və IV dərəcəli yanıqlar aiddir.
Ədəbiyyat: В.М.Рябочкина,.Г.И.Назаренко «Медицина катастроф» Москва 1996 стр 173-174
Dostları ilə paylaş: |