Bölmə I göstərilənlərdən hansı poliklinika tibb bacısının vəzifəsi


Plevral punksiya zamanı aşağıda göstərilənlərdən hansı tibb bacısının funksiyasına aid deyil?



Yüklə 1,55 Mb.
səhifə2/25
tarix29.12.2016
ölçüsü1,55 Mb.
#3865
1   2   3   4   5   6   7   8   9   ...   25

43.Plevral punksiya zamanı aşağıda göstərilənlərdən hansı tibb bacısının funksiyasına aid deyil?

A) Xəstənin dəri örtüklərinə və nəbzinə nəzarət etmək

B) Lazım gəldikdə xəstəyə naşatır spirti iylətmək

C) Punksiya yerinə yod sürtmək

D) Əlaltına zəruri ürək dərmanlarını qoymaq

E) Plevral punksiyanı aparmaq

Plevral punksiya aparmaq həkimin funksiyasına, göstərilən digər funksiyalar isə tibb bacısının funksiyasına aiddir.

Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 74 “Çıraq” 2008

 

44. Göstərilənlərdən hansı nəbzin xüsusiyyətlərindən biridir?

A) Atoniya

B) Hipotoniya

C) Hipertoniya

D) Taxipnoe

E) Ritm

Nəbz-(pulsus latın sözü olub, zərbə, təkan deməkdir) qanın sistolik dalğasının təsiri ilə arteriya divarının titrəməsidir. Normada nəbzin ritmi ürəyin fəaliyyətinə müvafiq olaraq düzgün ola bilər, bu zaman bütün nəbz dalğaları eyni olur.  

Ədəbiyyat: Qaqunova Y.Y  “Xəstələrə ümumi qulluq”. Səh 223. “Maarif” 1974

 

45. 10 %-li kalsium-xlorid vena daxilinə düzgün yeridilmədikdə hansı yerli fəsad verir?

A) Abses

B) Kvinke ödemi

C) Yağ emboliyası

D) Yumşaq toxumanın nekrozu

E) Anafilaktik şok

10 %-li kalsium xlorid güclü qıcıqlandırıcıdır, o səhvən dərialtına vurulduqda yumşaq toxumanın yerli ölümü- nekroz baş verir. Bu hal baş verdikdə yeridilən maddənin konsentrasiyasını azaltmaq məqsədilə həmin nahiyəyə fizioloji məhlul yeridərək, soyuq qoyulur.Novokain blokadası aparılır.

Ədəbiyyat: C.N. Hacıyev. R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.160  “Təhsil” Bakı1998

 

46. Arterial hipertenziyalı xəstələr qida rasionunda nəyi azaltmalıdır?

A) Şəkəri

B) Un məmulatlarını

C) Xörək duzunu

D) Zülalları

E) Tərəvəzləri

Arteriel hipertoniyalı xəstə xörək duzunu artıq istifadə etdikdə təzyiqi daha da arta bilər. Qəbul edilən NaCl orqanizmə çoxlu maye qəbul ediməsini tələb edir, nəticədə dövr edən qanın miqdarı artır, bu da təzyiqi daha da artırır. Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.138   “Çıraq”  2008

 

47. Uzun müddət yataqda qaldıqda xəstənin vəziyyətini nə ağırlaşdıra bilər?

A) İştahsızlıq

B) Baş gicəllənmə

C) Kollaps

D) Arterial təzyiqin qalxması

E) Yataq yarası

Xəstə uzun müddət yataqda qaldıqda mikrosirkulyasiya pozulur və nəticədə dəri, dərialtı və digər yumşaq toxumalarda distrofik, yaralı- nekrotik proseslər gedir, yəni  yataq yaraları əmələ gəlir.Ədəbiyyat: C.N.Hacıyev.  R.Y.Əliyev.  Xəstələrə qulluq. Səh.63  “Təhsil” Bakı 1998

48. Döş sümüyünün arxasında sıxıcı ağrılar zamanı həkimə qədərki ilk yardım hansıdır?

A) Əzələ daxilinə analgin-dimedrol qarışığını vurmaq

B) Analginin yeridilməsi

C) Morfinin yeridilməsi

D) Daxilə dimedrol

E) Dil altına Nitroqliserin qoymaq



Əksər hallarda döş sümüyünün arxasında baş verən sıxıcı ağrılara səbəb ürəyi qidalandıran tac damarların spazmıdır. Nitroqliserinin təsirindən tac damarlar genişlənir, ürəyin qidalanması yaxşılaşır və ağrı aradan qalxır. Ədəbiyyat: N.Y.Paleyevin redaktəsi ilə”Tibb bacısının məlumat kitabı”. Səh. 506    “Çıraq” 2008

 

49. Xəstənin nəbzi bir dəqiqədə 118 vurğudur , bunu aşağıdakı hansı terminlə ifadə etmək olar?

A) Aritmiya

B) Taxipnoe

C) Bradikardiya

D) Bradipnoe

E) Taxikardiya

Normada nəbz vurğularının sayı 60-90-dır. 60 vurğudan az olduqda bradikardiya, 90 vurğudan çox olduqda taxikardiya adlanır. Ədəbiyyat: Qaqunova Y.Y  “Xəstələrə ümumi qulluq”. Səh 223. “Maarif” 1974

 

50. Yağlı məhlulun hansı üsulla yeridilməsi yağ emboliyasına səbəb olur?

A) Daxilə qəbulu

B) Dərialtı

C) Əzələdaxili

D) Dəriiçi

E) Venadaxili

Yağlı məhlulun səhvən venaya yeridilməsi zamanı yağ emboliyası baş verir. Bu zaman qəflətən ürək nahiyəsində ağrı, boğulma, dərinin göyərməsi olur. Ədəbiyyat: C.N.Hacıyev.  R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.160  “Təhsil”  Bakı 1998

 

51. Havanın məhlulla birgə ………. yeridilməsi hava emboliyasına səbəb ola bilər. Nöqtələrin yerinə uyğun cavabı seçin.

A) Bronx daxili

B) Əzələ daxili

C) Dəri içi

D) Dəri altina

E) Vena daxili

Şprisdən və ya qanköçürmə sistemindən havanın venaya keçməsi nəticəsində hava emboliyası baş verir. Ədəbiyyat: C.N.Hacıyev.  R.Y. Əliyev. Xəstələrə qulluq. Səh. 160  “Təhsil”  Bakı 1998

 
52. Xəstənin ağız boşluğuna qulluq zamanı hansı məhluldan istifadə olunur?



  1. 2%-li natrium – bikarbonat turşusu

  2. 5%-li borat turşusundan

3. 0,25%-li novakain məhlulundan

4. Furasillin məhlulundan

5. 3%-li hidrogen – peroksid məhlulundan

6. 0,9%-li natrium-xlorid məhlulundan

A)1,2

B)1,4


C)2,5

D)3,6


E) 3,5

Ağız boşluğunun mühiti qələvidir. 2 %-li natrium –bikarbonat və 5%-li borat turşusu məhlulları bu mühit ücün neytral məhlullar sayılır. Ədəbiyyat: C.N. Hacıyev.    R.Y. Əliyev . Xəstələrə qulluq. Səh.56. “Təhsil”  Bakı 1998

 

53.Əzələdaxili inyeksiya üçün iynənin uzunluğu necə mm olmalıdır?

A) 50  mm

B) 60  mm

C) 80 – 90 mm

D) 30  mm

E) 40  mm

Əzələ daxilinə inyeksiya etdikdə zaman iynə yaxşı inkişaf etmiş dərialtı piy qatından keçib əzələyə çatmalıdır, ona görə də bu inyeksiya zamanı uzunluğu böyük olan iynə götürülür. Əgər dərman bundan qısa iynə ilə yeridilərsə sorulması çatinləşər, bu da infiltrasiya, absess kimi ağırlaşmalara səbəb olar. Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 49  “Çıraq” 2008

 

54. Mədənin yuyulmasına göstəriş hansıdır?

A) Kəskin kolit

B) Xroniki enterit

C) Xroniki kolit

D) Kəskin qastrit

E) Kəskin xolesistit

Kəskin qastritə səbəb zəhərli maddələrin, yararsız qidanın mədəyə düşməsidir. Xəstəyə yardım etmək üçün mədəyə düşmüş yararsız maddələr tez bir zamanda oradan çıxarılmalıdır, bunun üçün ən yaxşı üsul mədənin yuyulmasıdır. Mədəni adətən zondla yuyurlar, əgər zond salmaq mümkün deyilsə xəstəyə çoxlu miqdarda su içirir və qusmağa məcbur edirlər. Ədəbiyyat:  N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.59   “Çıraq”  2008

 

55. Anafilaktik şok zamanı təxirəsalınmaz yardım harada göstərilməlidir?

A)Prosedur otağında

B) Palatada

C) Hadisə baş verdiyi yerdə

D) Qəbul şöbəsində

E) Təcili yardım maşınında

Anafilaktik şok sürətlə baş verən allergik reaksiyadır.Bu zaman təxirəsalınmaz yardım dərhal hadisə baş verən yerdə başlanmalıdır. Dərhal allergenin orqanizmə daxil olma yolları kəsilməlidir. (Əgər arı sancıbsa onun iynəsi pinsetlə çıxarılmalıdır, iynə vurulan yerdən proksimal hissədə turna qoyulmalıdır).

Ədəbiyyat: Г.П.Матвейков «Справочник терапевта». Минск «Беларусь». Səh. 736
56. Xardal yaxmasının dəri üzərində qalma  müddəti nə qədərdir?

A) 10 – 15 dəqiqə

B) 15 – 20 dəqiqə

C) 20 – 25 dəqiqə

D) 20 – 30 dəqiqə

E) 3 – 5 dəqiqə



Əgər xardal yaxması birbaşa dərinin üzərinə qoyularsa 10-15 dəqiqəyə hiperemiya əmələ gəlir, bu müddətdən artıq qaldıqda dəridə yanıq əmələ gələ bilər. Yanığın qarşısını almaq üçün xardal yaxmasını vaxtından artıq saxlamaq olmaz.

Ədəbiyyat: C.H. Hacıyev, R.Y. Əliyev. Xəstələrə qulluq. Səh. 115. “Təhsil”, Bakı 1998

 

57. Sifon imaləsi üçün neçə litr su götürülməlidir?

A) 1- 2 l

B) 6 – 8 l

C) 5 – 7 l

D) 10 – 12 l

E) 4 – 6 l

Sifon imaləsi əsasən alimentar qəbul edilmiş zəhərli maddələri kənar etmək üçün istifadə edilir,  zəhərli maddələri tamamilə kənar etmək üçün bağırsaq yaxşı yuyulmalıdaır, bunun üçün sifon imaləsi zamanı digər imalələrdən fərqli olraq daha çox  -  10-12 l su götürülür.

Ədəbiyyat:  C.N.Hacıyev; R.Y. Əliyev. Xəstələrə qulluq. Səh.206.  “Təhsil” Bakı 1998.

 

58. Spastik qəbizlik zamanı təmizləyici imalənin temperaturu necə dərəcə olmalıdır?

A) 45° - 50°

B) 30° - 32°

C) 15° – 20°

D) 20° – 25°

E) 38° – 40°

Spasitik qəbizliyə səbəb adından məlum olduğu kimi bağırsaqların spazmıdır, spazmı aradan qaldırmaq üçün temperaturu, 38 -40 dərəcəli su götürülür.

Ədəbiyyat: C.H. Hacıyev, R.Y. Əliyev. Xəstələrə qulluq.  Səh.203“Təhsil”, Bakı 1998

59. Arterial hipertenziya nədir?

A) Mərkəzi venoz təzyiqin artması

B) Arterial təzyiqin azalması

C) Damar tonusunun azalması

D) Arterial təzyiqin artması

E) Mərkəzi venoz təzyiqin azalması



Hipertenziya müxtəlif səbəblərdən ( məs:endokrin, böyrək,MSS ,travmatik və s.) damar tonusunun artmasıdır , bunun da nəticəsində  arterial təzyiq artır.Hiper-latın dilində cox,tenzion-təzyiq deməkdir.

Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 138   “Çıraq” 2008

 

60. Biokimyəvi müayinə üçün qan nə vaxt götürülür?

A) Qida qəbulundan 15 dəqiqə sonra

B) Qida qəbulundan 45 dəqiqə sonra

C) Qida qəbulundan asılı olmayaraq

D) Ac qarına, səhər

E) Qida qəbulundan 30 dəqiqə sonra

Biokimyəvi müayinə üçün qan səhər saat 7-9 arasında acqarına götürülür, analizə təsir göstərə biləcək dərmanlar analiz götürməkdən 2-3 gün əvvəl saxlanılır, çünki qəbul edilən qida və dərman analizin göstəricisini dəyişə bilər. Ədəbiyyat:  N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.27    “Çıraq”  2008

 

61. QİÇS-in (qazanılmış immun çatışmazlıq sidromu) mümkün olan yoluxma yolu hansıdır?

A) Hava damcı yolu

B) Eyni qabdan qida qəbulu

C) Əl ilə təmas

D) Həşəratların dişləməsi

E) Yoluxmuş qanın köçürülməsi

QİÇS xəstəliyinin törədicisi xəstə insanın qanında olur.Həmin virusla infeksiyalaşmış qan və onun fraksiyaları sağlam adama köçürüldükdə, infeksiyalaşmış alətlər vasitəsilə, xəstə anadan körpəyə və cinsi yolla yoluxma baş verir. Ədəbiyyat: «Справочник терапевта». Г.П.Матвейков. Минск «Беларусь» 2000. Səh. 672

 

62. BCJ vaksininin yararlılıq müddəti nə qədərdir?

A) 3 ay

B) 6 ay


C) 1 il

D) 2 il


E) 1 il 6 ay

Vaksinin yararlılıq müddəti control nömrə vurulduqdan sonrakı gündən başlayaraq 2 ildir. Vaksini işıq düşməyən yerdə +8  dərəcə Selsi temperaturda saxlamaq lazımdır. Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısınn məlumat kitabı”. Səh. 167 “ Çıraq” 2008.
63. Plevral punksiya üçün tibb bacısı nəyi hazırlamalıdır?

A) Uzunluğu 8-10 sm olan iynə

B) Troakar

C) Kassirski iynəsi

D) Mikuliç sıxıcısı

E) Arterial sıxıcı



Uzunluğu 8-10 sm olan iynə əksər hallarda bu manipulyasiyalarda (punksiyalarda) istifadə olunur. Ədəbiyyat: Qaqunova Y.Y  “Xəstələrə ümumi qulluq”. Səh 199. “Maarif” 1974

 

64. Qanhayxırma nədir?

A) Bəlğəmdə nöqtələr və saplar şəklində qanın olması

B) Qan lifləri olan köpüklü bəlğəm

C) Paslı bəlğəm ifrazı

D) Öskürək zamanı al qan və ya qanlı bəlğəm ifrazı

E) “Qəhvə xıltı ” şəklində qusma

Müxtəlif xəstəliklər, məsələn ağ ciyərin kavernoz vərəmi, ağ ciyər xərçəngi zamanı damarlar zədələnir , bu zaman xəstə öskürdükdə al  qırmızı rəngdə qan və ya qanlı bəlğəm ifraz edir - buna qanhayxırma deyilir. Bəzən burundan və diş ətindən qanaxma nəticəsində qanhayxırma baş verir ki, buna yalançı qanhayxırma deyilir.

Ədəbiyyat:  N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.511   “Çıraq”  2008
 65. Qanhayxırma zamanı tibb bacısı sərbəst olaraq xəstəyə hansı yardımı göstərə bilməz?

A) Həkim çağırar

B) Xəstəni sakitləşdirər

C) Xəstəyə yarımoturaq vəziyyət verər

D) Xəstəyə danışmağı qadağan edər

E) Qansaxlayıcı  preparatlar yeridər



Qanhayxırma zamanı tibb bacısı xəstəyə yalnız həkimin təyinatından sonra qansaxlayıcı terapiya apara bilər, göstərilən digər yardımlar isə birbaşa tibb bacısının funksiyasına aiddir. O, xəstəyə başa salmalıdır ki, həyəcanlanma və fiziki gərginlik qanhayxırmanı artıra bilər.

Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”.  Səh. 512 “Çıraq” 2008

 

66. Xəstə civəli termometri sındırdıqda tibb bacısı nə etməlidir?

A) Qalıqları hermetik qaba yığmalı və sanitar- epidemioloji stansiyaya (SES-ə) xəbər verməli

B) Qaqlıqları yaş tamponla yığıb, zibil qutusuna atmalı

C) Qalıqları su ilə axıtmalı

D) Qalıqları tozsoran ilə yığmalı

E) Civə dağılan yeri furasilin məhlulu ilə silməli

Civə zəhərli maddə olduğu üçün onun ətrafa yayılması insanlar və ətraf mühit üçün çox təhlükəlidir. Ona görədə tibb bacısı sınmış termometrin qalıqlarını hermetik qaba yığıb SES-ə məlumat verməlidir.

Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.96   “Azərnəşr” Bakı 1984

 

67. Rektoromanoskopiya hansı orqanın müayinə üsuludur?

A) Mədənin

B) Qida borusunun

C) 12 barmaq bağırsağın

D)  Düz bağırsağın

E)  Öd yollarının

Düz və siqmavari bağırsağın rektoskop adlanan cihazla müayinəsinə rektoromanoskopiya deyilir. Latınca “rekto”, yəni düz bağırsaq sözündən götürülüb. Ədəbiyyat: C.N.Hacıyev.  R.Y..Əliyev. Xəstələrə qulluq . Səh.215. “Təhsil” Bakı 1998.

 

68. Anafilaktik şok dərman preparatlarının ən çox hansı yolla yeridilməsi zamanı baş verir?

A) Sublinqval (dilaltına)

B) Daxilə

C) İnhalyasion

D) Parenteral

E) Xaricə (məlhəm şəklində)

Dərman maddələri parenteral yolla yeridildikdə qana daha tez daxil olur. Buna görə də anafilaktik şok dərman preparatlarını ən çox bu yolla yeridilməsi zamanı baş verir. Ədəbiyyat: Г.П.Матвейков «Справочник терапевта». Минск «Беларусь». Səh. 735

 

69.Kolonoskopiya hansı orqanın müayinə üsuludur?

A) Qida borusunun

B) Düz bağırsağın

C) 12 barmaq bağırsağın

D) Yoğun bağırsağın

E) Öd yollarının

Yoğun bağırsağların kolonoskop vasitəsilə müayinəsi kolonoskopiya adlanır. “Kolon” latınca yoğun bağırsaq deməkdir. Ədəbiyyat: C.N.Hacıyev.  R.Y..Əliyev. Xəstələrə qulluq . Səh.214. “Təhsil” Bakı 1998.

 

70.Yağ imaləsini nə vaxt aparılır?  

A) Qarın boşluğunda aparılacaq əməliyyatdan qabaq

B) Uzun sürən qəbizlikdə

C) Zəhərlənmələrdə

D) Doğuşdan qabaq

E) Ağır xəstələri qidalandırmaq üçün

Yağlı imalələr aparıldıqda xəstədə defekasiya  10-12 saatdan sonra baş verir. İsidilmiş 50- 100 ml yağ bağırsağa yeridilir, yağ bağırsağın divarı ilə axıb, nəcisi bürüyür, bağırsaq əzələlərini boşaldır və nəcisin çıxmasına kömək edir, ona görə nəcis kütlələrinin yaxşı yumşalması üçün yağ imaləsini axşam aparmaq lazımdır. Göstərilən digər hallarda isə təmizləyici və dərman imaləsindən istifadə edilir.

Ədəbiyyat: C.N.Hacıyev.  R.Y..Əliyev. Xəstələrə qulluq . Səh.205 “Təhsil” Bakı 1998.
71. İnhalyasiya dərman maddələrinin hansı yolla orqanizmə daxil edilmə üsuludur?

A) Əzələ daxili

B) Tənəffüs yolu ilə

C) Mədə-bağırsaq yolu ilə

D) Vena daxili

E) Dəri altı



İnhalyasiya aparmaq üçün xüsusi aparatdan istifadə edilir. Bu aparatda dərman məhlulları xüsusi toz halına salınır və xəstə bu tozla nəfəs alır, bəzən dərman maddələri buxar halında da udulur, bunun üçün xüsusi buxar inhalyatorundan istifadə edilir. Ədəbiyyat:  N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 50   “ Çıraq” 2008.

 

72. Kişilər üçün istifadə olunan kateterin uzunluğu nə qədərdir?

 A) 15 sm

 B) 10 sm

 C) 40 sm

 D) 5 sm


 E) 30 sm

Kişilərdə sidik kanalının uzunluğu 25-30 sm-dir, ona görə də sidik kanalının uzunluğuna müvafiq olaraq 30 sm-lik kateterdən istifadə olunur. Ədəbiyyat:  N.R.Paleyevin redaktəsi ilə  “Tibb bacısının məlumat kitabı”. Səh. 56   “ Çıraq”  2008

 

73. Aşağıda sadalananlardan hansı böyük tibb bacısının vəzifəsinə aid deyil?

A) Xəstəxananın ümumi mətbəxindən gətirilən yeməyə nəzarət etmək.

B) Şöbənin iş cədvəlini tərtib etmək

C) Şöbəyə dərman almaq

D) Orta və kiçik tibb işçilərinə rəhbərlik etmək

E) Xəstənin analizlərini laboratoriyaya aparmaq

Xəstənin analizlərini laboratoriyaya palatanın tibb bacısı aparır, sadalanan digər vəzifələr isə böyük tibb bacısının səlahiyyətinə aiddir.

Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə  “Tibb bacısının məlumat kitabı”.  Səh. 89  “ Çıraq 2008.

 

74. Öd kisəsinin rentgen müayinəsi üçün göstərilən maddələrdən hansı istifadə edilmir?

A) Bilitrast

B) Xolevid

C) Biliqnost

D) Barium

E) Biliqrafin

Xolesistoqrafiya yolu ilə orqanizmə kontrast maddə yeritmək və sonra rentgen şəkli çəkməklə öd kisəsinin və öd yollarının formasını, funksiyasını öyrənilir. Öd kisəsinin rentgen müayinəsi üçün tərkibində yod olan maddələrdən- xolevid, biliqnost və s. istifadə edilir . Barium bu zaman istifadə olunmur.

Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə  “Tibb bacısının məlumat kitabı” . Səh. 102 “ Çıraq 2008.
75. Hansı vitamin suda həll olur?

A)  K


B) A

C) D


D) C

E) E


Vitaminlər 2 qrupa bölünür: suda həll olanlar və yağda həll olanlar. A,D,E,K vitaminləri yağda, C, B qrup, PP vtaminləri isə suda həll olan vitaminlərə aiddir. Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə  “Tibb bacısının məlumat kitabı”. Səh.113. “ Çıraq 2008

 

76. Hansı vitamin çatışmadıqda xəstədə gecə və ya toyuq korluğu olur?

A) E

B) D


C) C

D) A


E) K

A vitamini süddə, qaymaqda, xamada, kərə yağında, yumurtanın sarısında, qaraciyərdə və s. olur. A hipovitaminozunun erkən əlaməti gecə korluğu, selikli qişanın və dərinin quruluğudur.Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı ”. Səh. 116 “ Çıraq ”2008
77. Sümüklərin normal inkişafı üçün ilk növbədə hansı duzlar vacibdir?

A) Maqnezium

B) Natrium

C) Kalsium

D) Kalium

E) Barium 



Kalsium duzları orqanizmə sümüklərin normal böyüməsi üçün, bundan başqa qanın laxtalanması üçün, damar keçiriciliyini azaltmaq üçün lazımdır. Kalsiumun əsas mənbəyi süd, kəsmik, soya və göyərtidir. Kalsiuma gündəlik tələbat 1qr-dır.

Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”  Səh.117.  “Çıraq 2008”

 

78. Kəskin sol mədəcik çatışmazlığı (ürək astması) tutması zamanı ətraflara turna qoyarkən tibb bacısı nəyə fikir verməlidir?

A) Turna qoyulan ətraflar qaralmasın

B) Turna ancaq venaları sıxsın

C) Arteriyalarda nəbz yaxşı palpasiya edilsin

D) Turnalar ətrafların hamısından eyni vaxtda açılmasın

E) Sadalananların hamısına

Kəskin sol mədəcik çatışmazlığı( ürək astması) zamanı çox vaxt ətraflara turna qoyulur. Bu zaman tibb bacisi mütləq aşağıda göstərilənlərə əməl etməlidir. Turna ancaq venaları sıxaraq, ürəyə gedən qanın miqdarını azaltmalıdır; turna arteriyaları sıxarsa müvafiq ətrafın qanla təchizatı pozular; ətraflardan turnaların hamısı eyni vaxtda açılsa xəstə kollapsa düşə bilər; arteriyalarda nəbz əllənməsə bu venayla birgə arteriyanın da sıxılmasını göstərir.

Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı ”. Səh.505 “ Çıraq ” 2008

 

79. Meteorizm hansı sistemin xəstəliklərinin əsas simptomlarındandır?

A) Sidik –ifrazat sistemi

B) Tənəffüs sistemi

C) Ürək-qan-damar sistemi

D) Həzm sistemi

E) Cinsiyyət sistemi

Meteorizm bağırsaqlarda patoloji qaz əmələ gəlməsidir, bu zaman qarın çox köpür, əsasən bağırsaq diskineziyası zamanı, enterokolit zamanı, qarın boşluğunda aparılan operasiyalardan sonra əmələ gəlir. Meteorizmi azaltmaq üçün xəstəyə aktivləşmiş kömür verilir, lazım gəldikdə qaz çıxarıcı boru qoyulur. Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 56  “ Çıraq ” 2008.

 

80. Nikturiya nədir?

A) Sidiyin xüsusi çəkisinin sabit qalması

B) Gecə sidiyinin miqdarının çox olması

C) Sidikdə qanın olması

D) Sidikdə irinin olması

E) Gecikmiş sidiyin xaric olması

Nikturiya sidiyin miqdar pozğunluqlarına aid olub, sutkalıq sidiyin miqdarının yarısının və ya daha çox  hissəsinin gecələr ifraz olunmasına deyilir, əsasən ürək –damar çatışmazlığınin gizli formasında və böyrəklərin xroniki çatışmazlığı zamanı müşahidə olunur. Ədəbiyyat:C.N.Hacıyev ; R.Y.Əliyev.  Xəstələrə qulluq . Səh.224.  “Təhsil” . Bakı  1998.

 

81. Tibb bacısının sərbəst fəaliyyəti nədən ibarətdir?

A) Həkimin müalicə-diaqnostik təyinat planını yerinə yetirmək

B) Gün ərzində xəstənin aktivliyinə, istirahətinə nəzarət etmək və məsləhətlər vermək

C) Həkimin verdiyi təyinatlara əlavələr etmək

D) Xəstənin müalicəyə göstərdiyi reaksiyanı müşahidə etmək

E) Həkimin verdiyi təyinatların vaxtını dəyişmək

Tibb bacısı həkimin bütün göstərişlərinə sözsüz əməl etməlidir, lakin bundan başqa onun sərbəst fəaliyyəti də vardır. Onlardan biri də gün ərzində xəstələrə nəzarət, onların istirahətini təşkil etməkdir. Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.6-7 “Azərnəşr” Bakı 1984

 

82. Sidikdə  şəkərin miqdarını təyin etmək hansı sidik toplanır?

A) Yalnız gecə saat 2200-dan səhərə qədər ifraz etdiyi sidik

B) Səhər yuxudan durduqdan sonra ifraz etdiyi  100-200 ml sidik

C) Gecə ifraz etdiyi sidik

D) Acqarına 1,5 l maye içdikdən sonra ilk 4saat ərzində ifraz etdiyi sidik

E) Bir sutka ərzində ifraz etdiyi sidik

Sidiyi şəkərə yoxlamaq üşün xəstə səhər saat 8-də sidik ifraz edib, bu sidiyi tullayır, sonra səhəri gün səhər saat 8-ə kimi ifraz etdiyi sidiyi bir qaba toplayır, sonra tibb bacısı sidiyin ümumi miqdarını ölçür, qabı çalxalayıb, ondan 100-150 ml sidiyi təmiz, quru qaba töküb, laboratoriyaya göndərir.Ədəbiyyat: C.N. Hacıyev; R.Y. Əliyev. Xəstələrə qulluq. Səh.225. “Təhsil”. Bakı 1998.

 

83. Zimnitski sınağı aparmaq üçün sidik neçə porsiyada yığılır?

A) 2

B) 6


C) 4

D) 8


E) 3

Zimnitski sınağı böyrəklərin orqanizmin müxtəlif patoloji və fizioloji vəziyyətlərinə uyğunlaşma qabiliyyətini müəyyən etməyə imkan verir. Bu sınaq zamanı xəstənin sutka ərzində hər 3 saatdan bir ifraz etdiyi sidik 8 porsiyada toplanaraq laboratoriyaya göndərilir. Zimnitski sınağının köməyi ilə sutkalıq, gündüz və gecə ifraz olunan sidiyin miqdarını, hər porsiyadakı sidiyin miqdarını və xüsusi çəkisi təyin edilir.

Ədəbiyyat: C.N. Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 228  “Təhsil” Bakı  1998.

 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin