225. Dərman maddələrinin xaricə işlənmə üsulu hansıdır?
A) Dəriiçi
B) Ağızdan
C) Düz bağırsaqdan
D) Dəriyə, selikli qişaya
E) Dərialtı
Dərmanların xaricə tətbiqi dedikdə həmin maddələrin dəri , selikli qişalar ( göz, burun, qulaq və s.) və yara səthində işlədilməsi nəzərdə tutulur. Xaricə tətbiq edilən dərmanlar əsasən yerli, qismən isə rezorbtiv və reflektor təsir göstərir.
Ədəbiyyat: C.N. Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 131. “ Təhsil” Bakı 1998.
226. Qazçıxarıcı borunu nə üçün bağırsaqda çox saxlamaq olmaz?
A) Müalicə effekti olmur
B) Xəstəni narahat edir
C) Bağırsaq divarında yara əmələ gələ bilər
D) Sterilliyi pozulur
E) Qeyri-iradi nəcis ifraz olunur
Qazçıxarıcı borunu ən çoxu 2 saatdan artıq bağırsaqda saxlamaq olmaz, əks halda düz bağırsağın selikli qişasında uzun müddət qıcıqlanma nəticəsində yara əmələ gələ bilər.
Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 202. “ Təhsil” Bakı 1998.
227. Kateterizasiyadan əvvəl kateterə nə sürtülür?
A) Antiseptik məhlul
B) Qliserin
C) Steril vazelin yağı
D) Təmiz su
E) Bitki yağı
Sidik kisəsindəki sidiyi boşaltmaq, yaxud ora müxtəlif dərmanlar yeritmək üçün kateterizasiyadan- sidik kisəsinə uretral kateterin salınmasından istifadə edilir, lakin kateteri yeritməzdən əvvəl mütləq onu steril vazelin yağı ilə silirlər, belə etdikdə kateter rahat salınır, onun keçdiyi nahiyələr zədələnmir.
Ədəbiyyat: C.N. Hacıyev; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 229. “ Təhsil” Bakı 1998.
228. İnhalyasion üsulla hansı dərman maddələri yeridilir?
A) Məlhəmlər
B) Maye halda olan
C) Bərk halda olan
D) Suspenziyalar
E) Qaz halında olan
İnhalyasiya dərman maddələrinin nəfəslə bədənə daxil edilməsi yoludur.Nəfəs aldıqda qaz halında olan ( oksigen, karbon qazı), tez buxarlanan ( efir, xloroform), habelə narın toz halında olam maddələr ( aerozollar) udulur. İnhalyasiya zamanı çox vaxt dərman maddələrini buxar halında udurlar, bunun üçün xüsusu aparatdan- buxar inhalyatorundan istifadə edilir.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” . Səh. 50 “Çıraq” 2008.
229. Kapsul daxilə necə qəbul olunmalıdır?
A) Suda həll edərək içməli
B) Çeynənmiş halda udmalı
C) Dilin üzərinə səpməli
D) Dəyişilməmiş halda
E) Xırda hissələrə bölərək udmalı
Bir sıra dərmanlar enteral yolla qəbul edildikdə həzm fermentləri tərəfindən parçalanır, bəzi dərmanlar mədənin selikli qişasını çox qıcıqlandırır və s. Bu kimi halları ardan qaldırmaq üçün bəzi dərmanlar daxilə kapsul şəklində qəbuledilməlidir.Kapsul daxilə bütöv,dəyişilməmiş halda şəkildə qəbul olunmalıdır.
Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.135. “ Təhsil” Bakı 1998.
230. “Acqarnına” təyin olunmuş dərmanlar nə vaxt qəbul edilir?
A) Yeməkdən 10 dəqiqə əvvəl
B) Yeməkdən 5 dəqiqə əvvəl
C) Yeməkdən 30 dəqiqə əvvəl
D) Yalnız səhər
E) Yeməkdən 1 saat əvvəl
“Acqarına “ təyin olunmuş dərmanlar yeməkdən 30 dəqiqə əvvəl qurtum-qurtum su və ya südlə qəbul edilir, əsasən həzm traktını qıcıqlandırmayan dərmanlar belə verilir, həzm traktını qıcıqlqndıran dərmanlar isə ( məs. indometasin, dəmir preparatları və s.) yeməkdən sonra verilməlidir.
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 135. “ Təhsil” Bakı 1998.
231. Dərman maddələri hansı yolla yeridilməsi inhalyasiya adlanır?
A) Düz bağırsağa
B) Dilaltına
C) Tənəffüs yoluna
D) Dəriyə
E) Uşaqlıq yoluna
İnhalyasiya dərman maddələrinin nəfəslə (yəni tənəffüs yolu ilə)bədənə daxil edilməsi yoludur.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” . Səh. 50 “Çıraq “ 2008.
232. “B” siyahısına aid dərman maddələrinin əsas fərqləndirici xüsusiyyəti hansıdır?
A) Bahalı olması
B) Güclü təsir göstərməsi
C) Zəhərli olması
D) Yuxugətirici təsirinin olması
E) Antibiotiklərdən ibarət olması
“B” siyahısına çox güclü dərmanlar daxildir və bu dərmanlar stasionarda taxtadan qayrılmış ayrıca şkafda, qıfıl altda saxlanılır. Çox güclü dərmanların ehtiyatı 10 günlük tələbatdan çox olmamalıdır.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” . Səh. 108“Çıraq “ 2008
233. “A” siyahısına aid dərman maddələrinin əsas fərqləndirici xüsusiyyəti hansıdır?
A) Hipotenziv təsirli olması
B) Yuxugətirici təsirinin olması
C) Güclü təsir göstərməsi
D) Zəhərli olması
E) Desensibilizasiyaedici olması
Stasionarda xüsusi şkafın qapısının içəri tərəfinə “ A” hərfi yazılır və şkafda saxlanılan zəhərli dərmanların siyahısı vurulur və həmçinin burada onların birdəfəlik ən yüksək dozası və sutkalıq dozası göstərilir.Burada saxlanılan zəhərli dərmanların ehtiyatı 5 günlük tələbatdan artıq olmamalıdır.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” . Səh. 108. “Çıraq2008
234. Dəriiçi inyeksiya hansı nahiyədə aparılır?
A) Sağrı
B) Saidin içəri səthi
C) Göbək ətrafı nahiyədə
D) Bazunun içəri səthi
E) Budun bayır səthi
Dəriiçi inyeksiya əsasən diaqnostik məqsədlə,antibiotiklərə qarşı orqanizmin həssaslığını təyin etmək məqsədilə aparılır. Diaqnostik məqsədlə dəriiçi inyeksiya saidin ön səthinin aşağı hissəsində aparılır.
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev, Xəstələrə qulluq. Səh. 150. “ Təhsil” Bakı 1998.
235. Dərman maddələri əzələdaxili hansı nahiyəyə yeridilir?
A) Qarnın ön divarı
B) Kürəkaltı nahiyyə
C) Saidin içəri səthi
D) Sağrı əzələsi , Deltayabənzər əzələ
E) Saidin bayır səthi
Əzələ daxilinə yeridilən dərmanlar əzələlərdə qan dövranının güclü olması hesabına daha tez sorulur. Bu məqsədlə inyeksiya yaxşı inkişaf etmiş əzələyə, əsasən də deltayabənzər əzələyə edilir.
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 152. “ Təhsil”Bakı 1998
236. Əzələdaxili inyeksiya zamanı baş verə biləcək yerli ağırlaşma hansıdır?
A) Qanaxma
B) Hava emboliyası
C) Tromboflebit
D) İnfiltrat
E) Yağ emboliyası
Əzələdaxili inyeksiyalar zamanı rast gəlinən əsas ağırlaşma infiltratdır. Bu ağırlaşma əsasən əzələyə dərman qısa iynə ilə yeridildikdə dərmanın əzələyə çatmaması, dərialtına yeriməsi və burada da çətin sorulması nəticəsində əmələ gəlir.İnfiltrat zamanı inyeksiya nahiyəsində ağrılı ,bərk törəmə əllənir.
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 160. “ Təhsil” Bakı 1998
237. Əzələ daxili inyeksiya zamanı iynənin uzunluğu nə qədər olmalıdır (mm-lə)?
A) 30
B) 40
C) 80
D) 20
E) 10
Əzələdaxili inyeksiya zamanı iynə yaxşı inkişaf etmiş dərialtı piy qatından keçərək əzələyə çatmalıdır, ona görə bu zaman uzunluğu 80 mm olan iynə götürülməlidir, əks halda inyeksiya ağırlaşması olan infiltrat, abses əmələ gələr.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” . Səh. 49.“Çıraq” 2008
238. Vena daxilinə damcı üsulu ilə dərman yeridilərkən xəstənin hansı vəziyyətidə olması daha əlverişlidir?
A) Oturmuş
B ) Arxası üstə uzanmış
C) Ayaq üstə
D) Qarnı üstə uzanmış
E) Sol tərəfi üstə uzanmış
Venadaxilinə damcı üsulu ilə maye yeritmək digər inyeksiyalara nisbətən uzun sürür , ona görə bu inyeksiya zamanı xəstə uzandırılır, ona rahat vəziyyət verilir.
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 156. “ Təhsil “Bakı 1998
239. İnsulinlə müalicə zamanı baş verə biləcək yerli ağırlaşma hansıdır?
A) Hepatit
B) Nekroz
C) Lipodistrofiya
D) Tromboflebit
E) Qanaxma
Lipodistrofiya insulin yeridilməsi zamanı rast gəlinir və inyeksiya yerində piy toxumasının itməsi ilə xarakterizə olunur. Lipodistrofiyanın baş verməməsi üçün insulin vurulan yerlər tez-tez dəyişilməlidir.
Ədəbiyyat: C.N Hacıyev, R.Y.Əliyev, Xəstələrə qulluq. Səh. 160. “ Təhsil “ Bakı 1998
240. İnyeksiya yerini işləmək üçün neçə dərəcəli spirt istifadə edilir?
A) 80
B) 96
C) 70
D) 75
İnyeksiya ediləcək yeri 700 spirtdə isladılmış steril tamponla silinir, burada başlıca məqsəd aseptika qaydalarına əməl olunmasıdır.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” . Səh. 48. “Çıraq” 2008
241. Vena daxili inyeksiyanın ani ölümlə nəticələnən ağırlaşması hansıdır?
A) Sepsis
B) Hematoma
C) Nekroz
D) Hava emboliyası
E) Qanaxma
Şpris, yaxud qanköçürmə sistemindən havanın qan damarlarına keçməsi nəticəsində hava emboliyası baş verir ki, bu da ani olaraq xəstənin ölümünə səbəb olur.
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 162. “ Təhsil” Bakı 1998
242. Mədə-bağırsağı qıcıqlandıran dərman maddələrini nə vaxt qəbul etmək lazımdır?
A) Yeməkdən əvvəl
B) Yemək vaxtı
C) Yeməkdən sonra, su ilə
D) 2 yemək arasında
E) Yeməkdən 2 saat sonra
Həzm traktını qıcıqlandıran dərmanlar ( məs. indometasin, dəmir preparatları və s.) yeməkdən sonra həkimin göstərişindən asılı olaraq su ilə qəbul edilir.
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 135. “ Təhsil” Bakı 1998
243. 10%-li kalsium-xloridin vena daxili düzgün yeridilməməsi nəticəsində hansı yerli ağırlaşma inkişaf edir?
A) Nekroz
B) Abses
C) Hepatit
D) Tromboflebit
E) Qanaxma
Nekroz güclü qıcıqlandırıcı dərmanların, əsasən də 10 %-li kalsium xlorid məhlulunun səhvən dərialtına yeridilməsi zamanı baş verir.Belə hal olduqda dərhal həmin nahiyəyə fizioloji məhlul yeridərək,soyuq qoyulur,bunlar kömək etmədikdə isə nekrotik toxumalar cərrahi yolla kənar edilir.
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 161. “ Təhsil” Bakı 1998
244. İnyeksiya (dəri altı, əzələ daxili) yerində infiltrat əmələ gələrsə nə etmək vacibdir?
A) Aseptik sarğı
B) Yerli isidici kompress
C) Buz qovuğu
D) İnyeksiya yerindən yuxarıda turna qoymaq
E) İnyeksiya yerindən aşağıda turna qoymaq
İnfiltrat zamanı inyeksiya nahiyəsində ağrılı,bərk törəmə əllənir, bu yeridilən dərmanın yaxşı sorulmaması nəticəsində baş verir. İnfiltrat zamanı müalicəyə tez başladıqda müsbət nəticə alınır. Əsas müalicə infiltratın sorulmasını sürətləndirən isidici proseduralar – yerli isidici kompreslər,ultrabənövşəyi şüalarla şüalanma, ultrayüksək tezlikli cərəyanın tətbiqi olmalıdır.
Ədəbiyyat: C.N Hacıyev, R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 160. “ Bakı 1998
245. Yağlı steril məhlulları hansı üsulla yeritmək olmaz?
A) Dəri içi
B) Əzələ daxili
C) Dəri altı
D) Düzbağırsağa
E) Vena daxili
Yağlı məhlulların səhvən venaya yeridilməsi zamanı ağciyər damarlarında yağ emboliyası baş verə bilər. Bu zaman xəstədə ürək nahiyəsində qəflətən ağrı, boğulma, öskürək, döş qəfəsinin yuxarı hissəsində dərinin göyərməsi baş verir.
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 162. “ Təhsil” Bakı 1998
246. Dərman maddələrinin parenteral yeridilməsinə aşağıdakılardan hansı aiddir?
A) Dilaltı
B) Düz bağırsağa
C) Tənəffüs yolları ilə
D) Əzələdaxili, venadaxili
E) Uşaqlıq yolu ilə
Parenteral, yəni həzm traktından kənar yolla dərmanlar inyeksiya yolu ilə yeridilir. Yuxarıda sadalananlardan əzələdaxili və venadaxilinə dərmanların yeridilməsi inyeksiya yolu iə baş verdiyindən bunlar parenteral yeridilmə sayılır.
Ədəbiyyat: C.N Hacıyev, R.Y.Əliyev, “Xəstələrə qulluq”. Səh., 137. “ Təhsil”, Bakı 1998
247. Havanın damar mənfəzinə keçməsi hansı ağırlaşmaya səbəb olur?
A) Ödem
B) Tromboflebit
C) Nekroz
D) İnfiltrat
E) Hava emboliyası
Şpris, yaxud qanköçürmə sistemindən havanın qan damarlarına keçməsi nəticəsində hava emboliyası baş verir, bu da xəstənin qəfləti ölümünə səbəb olur.
Ədəbiyyat: C.N Hacıyev, R.Y.Əliyev, Xəstələrə qulluq. Səh. 162. “ Təhsil”Bakı 1998
248. Dərman maddələrinin venadaxili yeridilməsinin əsas üstünlüyü nədən ibarətdir?
A) Xəstədə narahatlıq yaratmaması
B) Müxtəlif preparatların yeridilməsinin mümkün olmaması
C) Qaraciyərin baryer rolunun kənarda qalması
D) Təxirəsalınmaz tibbi yardım zamanı effektivliyin yüksək olması
E) Asan olması
Dərmanların vena daxilinə yeridilməsi təcili hallarda tez arzu olunan nəticəni almağa imkan verir. Lakin buna baxmayaraq, bir sıra ağırlaşmaların baş verə biləcəyinə görə bu manipulyasiya təcrübəli orta tibb işçisi tərəfindən aparılmalıdır.
Ədəbiyyat: C.N Hacıyev, R.Y.Əliyev, “Xəstələrə qulluq”. Səh. 154. “ Təhsil” Bakı 1998
249. Vena daxili inyeksiya zamanı iynə damara hansı dərinlikdə yeridilir?
A) İynənin 1/3 hissəsi yeridilir
B) Yalnız iynənin en kəsiyi yeridilir
C) İynənin 2/3 hissəsi yeridilir
D) İynənin bütün uzunluğu yeridilir
E) Damarın necə yerləşməsindən asılıdır
Vena daxilinə inyeksiya zamanı dərmanlar əsasən dirsək büküşü nahiyəsindən dirsək venasına yeridilir. Həmçinin dərmanı said və əlin venalarından, uşaqlarda isə gicgah venasından da yeritmək olar. Bu zaman iynənin hansı dərinlikdə yeridilməsi damarların yerləşməsindən asılıdır.
Ədəbiyyat: C.N Hacıyev, R.Y.Əliyev, “Xəstələrə qulluq”. Səh. 154. “ Təhsil” Bakı 1998
250. Vena daxili yeridilən 10%-li kalsium-xlorid səhvən dəri altına düşərsə tibb bacısı həmin nahiyəyə nə yeritməlidir?
A) 2%-li novokain
B) 5%-li qlükoza
C) 3%-li-hidrogen peroksid
D) Fizioloji məhlul
E) 10%-li natrium-xlorid
Vena daxilinə yeridiən 10 %-li kalsium- xlorid məhlulu səhvən dəri altına düşərsə, bu zaman tibb bacısı həmin hahiyəyə fizioloji məhlul yeridərək, soyuq qoymalıdır.
Ədəbiyyat: C.N Hacıyev, R.Y.Əliyev , “Xəstələrə qulluq”. Səh. 161. “ Təhsil” Bakı 1998
251. Təmizləyici imalənin aparılması üçün nə istifadə edilir?
A) Jane şprisindən
B) Armudabənzər balondan
C) Qazçıxarıcı borudan
D) Ucunda qıf olan zonddan
E) Esmarx parçından
Təmizləyici imalə zamanı istifadə olunan ləvazimatlar bunlardır: tutumu 1-2 litr olan Esmarx parçı, şüşə, plastmas və ya ebonit ucluq, vazelin, müşəmbə və nəcis qabı.
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 203. “ Təhsil” Bakı 1998
252. Təmizləyici imalə qoyulan zaman ucluq hansı dərinliyə yeridilməlidir (sm-lə)?
A) 10-12
B) 40
C) 20
D) 2-4
E) 30
Təmizləyici imalə zamanı ucluğa vazelin sürtüb,onu buraraq ehmalca xəstənin anusuna yeridirlər. Əvvəllcə ucluq 3-4 sm göbəyə tərəf, sonra isə 5-8 sm büzdümə parallel yeridilir, yəni ucluq cəmi 10-12 sm bağırsqğq yeridilir.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” . Səh. 41. “Çıraq “2008
253. Təmizləyici imalə qoyulan zaman xəstə hansı vəziyyətdə olmalıdır?
A) Arxası üstə
B) Sağ tərəfi üstə
C) Qarnı üstə
D) Sol tərəfi üstə
E) Dizləri və dirsəkləri yerə dayanmış vəziyyətdə halda
Təmizləyici imalə aparmaq üçün xəstə sol böyrü üstə kuşetkaya və ya çarpayının kənarına yaxın uzadırılır, o ayaqlqrını qarnına sıxıb dizdən qatlayır.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” . Səh. 41. “Çıraq “2008
254. Ağır xəstənin dərisini hər gün hansı məhlulla silmək lazımdır?
A) 0,02%-li furasillin məhlulu ilə
B) 10%-li naşatır spirti ilə
C) 0,1%-li kalium permanqanatla
D) 10%-li kamfora spirti ilə
E) 960-li etil spirti ilə
Ağır xəstələr uzun müddət yataqda qaldıqda onlarda yataq yaraları əmələ gələ bilər. Bunun qarşısını almaq üçün tibb bacısı belə xəstələrin dərisini hər gün 10%-li kamfora spirtində isladılmış tamponla silməli və sildiyi nahiyələri həmin tamponla da yüngül masaj etməlidir
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 63. “ Təhsil”Bakı 1998
255. Xəstənin dodaqlarında çatlar əmələ gəldikdə tibb bacısı onları nə ilə işləməlidir?
A) 700-li etil spirti ilə
B) 5%-li kalium-permanqanat ilə
C) 3%-li hidrogen-peroksidlə
D) Vazelin ilə
E) 10-%-li kamfora spirti ilə
Ağır , özünə qulluq edə bilməyən xəstələrin ağzına tibb bacısı qulluq etməlidir. Belə xəstələrin dodaqlarının qurumasının qarşısını almaq üçün və ağız bucağında olan çatların profilaktikası məqsədilə dodaqlara gündə bir neçə dəfə vazelin yağı sürtülməlidir.
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 56. “ Təhsil” Bakı 1998
256. İkinci dərəcəli yataq yarasının əlaməti hansıdır?
A) Qızartı
B) Avazıma
C) Yara
D) Nekroz
E) Ödem və suluqlar
Yataq yarası mikrosirkulyasiyanın pozulması nəticəsində dəri, dərialtı və digər yumşaq toxumalarda əmələ gələn distrofik, yaralı- nekrotik prosesdir. Prosesin klinik şəkli belə başlayır : I mərhələdə dəri avazıyır, sonra qızarır; II mərhələdə qızarmış nahiyədə ödem və suluqlar əmələ gəlir; III mərhələdə bu suluqların yerində yara və nekroz əmələ gəlir.
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev, Xəstələrə qulluq. Səh. 63. “ Təhsil” Bakı 1998
257. Üçüncü dərəcəli yataq yarasının müalicəsi necə aparılmalıdır?
A) Cərrahi üsulla
B) 10%-li kamfora spirti ilə silmək
C) 700-li etil spirti ilə silmək
D) Masaj etmək
E) Vazelin sürtmək
Yataq yarasını III mərhələsində nekroz əmələ gəlir .Belə halda müalicə ancaq cərrahi yolladır. Nekrozun sərhədləri aydın seçildikdə cərrahi yolla ölmüş toxumalar kəsilib götürülür və yaraya 1% -li kalium- permanqnat məhlulu ilə isladılmış steril salfet qoyulur, sarğı gündə 2-3 dəfə dəyişilir.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh 53. “Çıraq “ 2008
258. Soyuq kompresi neçə dəqiqədən bir dəyişilməlidir?
A) 30
B) 60
C) 2-3
D) 40
E) 10
Soyuq kompreslər əzilmə, travma və qanaxmalar zamanı qoyulur.Belə kompreslər yerli soyuma əmələ gətirir və həmin yerdəki qan damarlarının daralmasına, az qan gəlməsinə səbəb olur,ağrını azaldır. Soyuq kompres zamanı tənzif soyuq suda isladıb sıxır və lazım olan yerə qoyulur, 2-3 dəqiqədən sonra tənzif isinir, ona görə onu yenidən isladıb qoyurlar.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” . Səh. 56. “Çıraq “2008
259. İsti kompresi neçə dəqiqədən bir dəyişilməlidir?
A) 50
B) 2-3
C) 30
D) 10 -15
E) 60
İsti kompresləri qoymaq üçün qalın parçanı isti suda isladıb sıxır və bədənə qoyurlar, üstündən müşəmbə və qalın yun parça qoyulur. Bu prosedur iltihab ocaqlarının tez sorulmasına kömək edir və ağrını kəsir. İsti kompress hər 10-15 dəqəqədən bir, soyuduqca dəyişilir.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 56. “Çıraq “ 2008
260. Gün ərzində bədən temperaturu hansı həddə dəyişir (C0)?
A) 1,0-1,5
B) 0,8-1,0
C) 0,3-0,8
D) 0,1-0,2
E) 1,5-2,0
Sağlam şəxsdə bədən temperaturu sabit olub səhər və axşam temperaturları arasındakı fərq az olur. Səhərlər temperatur 0,3- 0,8 dərəcə aşağı, axşam isə bir o qədər yuxarı olur, temperaturlar arasındakı bu fərq istiliyin əmələ gəlməsi və verilməsindən asılı olub , normada bu həddi aşmamalıdır.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” . Səh. 82. “Çıraq “2008
261. Febril bədən temperaturu hansı həddə dəyişir (C0)?
A) 36,0-37,0
B) 39,0-41,0
C) 37,1-38,0
D) 38,1-39,0
E) 36,5-37,5
Yüksəlmə dərəcəsinə görə zəif qızdırma, yəni febril temperatur 38,1- 39,0 həddində dəyişilir.Bu həddən yuxarı qızdırma piretik,aşağı isə subfebril qızdırma adlanır.
Ədəbiyyat: C.N Hacıyev; R.Y.Əliyev, Xəstələrə qulluq. Səh. 103. “ Təhsil” Bakı 1998
262. Dərman maddələrinin hansı üsulla yeridilməsi enteral qəbul adlanır?
A) Əzələdaxili
B) Venadaxili
C) İntraspinal (onurğa kanalına)
D) Peroral (ağızdan)
E) Dərialtı
Dərmanlar enteral olraq 3 yolla qəbul edilir : dilin altına qoymaqla , ağızdan yəni peroral mədə-bağırsağa ötürülməklə, və düz bağırsaqdan yeritməklə.
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev, Xəstələrə qulluq. Səh. 135. “ Təhsil” Bakı 1998
263. Bir xörək qaşığının tutumu nə qədərdir (ml-lə)?
A) 30
B) 10
C) 15
D) 5
E) 20
Dəmləmələr, miksturalar və sulu məhlullar bölgülü menzurkalarla və ya qaşıqla verilir. Xörək qaşığının tutumu 15 ml – dir.
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 135. “ Təhsil” Bakı 1998
264. Bir desert qaşığının tutumu nə qədərdir (ml-lə)?
A) 15
B) 5
C) 10
D) 20
E) 30
Dəmləmələr, miksturalar və sulu məhlullar bölgülü menzurkalarla və ya qaşıqla verilir. Desert qaşığının tutumu 10 ml – dir.
Ədəbiyyat: C.N Hacıyev; R.Y.Əliyev, Xəstələrə qulluq. Səh. 135. “ Təhsil” Bakı 1998
265. Bir çay qaşığının tutumu nə qədərdir (ml-lə)?
A) 15
B) 10
C) 30
D) 20
E) 5
Dəmləmələr, miksturalar və sulu məhlullar bölgülü menzurkalarla və ya qaşıqla verilir. Bir çay qaşığının tutumu 5 ml – dir.
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 135. “ Təhsil” Bakı 1998
266. Həzmi asanlaşdıran ferment preparatlarını nə vaxt qəbul etmək lazımdır?
A) Yemək vaxtı
B) Yeməkdən əvvəl
C) Yeməkdən 1 saat sonra
D) Yeməkdən 2 saat sonra
E) Yemək arasında
Həzmi yaxşılaşdıran dərmanlar, məsələn panzinorm, festal, mədə şirəsi yemək zamanı qəbul edilməlidir.
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 135. “ Təhsil “ Bakı 1998
267. Yuxugətirici dərman maddələrini yatmazdan neçə dəqiqə əvvəl qəbul etmək lazımdır?
A) 50
B) 15
C) 80
D) 60
E) 30
Yuxugətici dərmanlar yatmazdan 30 dəqiqə əvvəl qəbul edilməlidir.
Ədəbiyyat: C.N Hacıyev; R.Y.Əliyev, Xəstələrə qulluq. Səh. 135. “ Təhsil” Bakı 1998
268. Sidikdə zülalın olması necə adlanır?
A) Proteinuriya
B) Piuriya
C) Disproteinemiya
D) Bakteriemiya
E) Hipoproteinemiya
Sidikdə zülalın olması proteinuriya adlanır. “Protein”- zülal , “ uriya “ isə sidik deməkdir. Normada bir sutka ərzində insan 50 mq zülal ifraz edir.
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 224. “ Təhsil” Bakı 1998
Dostları ilə paylaş: |