Bölmə I göstərilənlərdən hansı poliklinika tibb bacısının vəzifəsi


Yenidoğulmuşlarda ilkin çəkinin itməsinin səbəbi nədir?



Yüklə 1,55 Mb.
səhifə9/25
tarix29.12.2016
ölçüsü1,55 Mb.
#3865
1   ...   5   6   7   8   9   10   11   12   ...   25

315. Yenidoğulmuşlarda ilkin çəkinin itməsinin səbəbi nədir?

A) Konyuqasion sarılıq

B) Pis qulluq

C)Virus infeksiyası

D) Maye itkisi və süd azlığı

E) Fizioloji mastit



Yenidoğulmuş uşaqda ilkin çəkinin itməsi baş verir.Bu çəki itkisi 200- 300 qrama qədər ola bilər. Səbəbi ilkin olaraq maye itkisi (çox sidik ifrazı) və ana südünün ilk günlər az ifraz olunması, eyni zamanda uşağın zəif əmməsidir.

Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 35 .
316. Yenidoğulmuşlarda hormonal krizə nə aiddir?

A) Sidik turşusu infarktı

B) Tranzitor qızdırma

C) Fizioloji eritema

D) Fizioloji mastit, fizioloji vulvovaginit

E) Çəki itkisi



Hormonal krizə fizioloji mastit və fizioloji vulvovaqinit aiddir. Fizioloji mastit uşağın cinsindən asılı olmayaraq, uşağın həyatının 3-4 günü baş verir, 2-3 həftə ərzində tədricən yox olur. Müalicə tələb etmir. Fizioloji vulvovaginit qızlarda, doğulandan 6-7 gün sonra baş verir.Xüsusi müalicə tələb etmir. Cinsiyyət üzvlərini tez-tez ilıq kalium-permanqanat (1:50-ə) məhlulu ilə yumaq lazımdır.

Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 70 .
317. Yenidoğulmuşlarda dəri örtüklərinin tranzitor dəyişkənliyinə nə aiddir?

A) Vezikulopustulez

B) Qabıqvermə

C) Sadə və toksiki eritema

D) Piodermiya

E) Bişməcə



Uşaqlarda mərkəzi sinir sisteminin istilik tənzimi funksiyası kifayət qədər inkişaf etmədiyi üçün dərinin istilik vermə funksiyası zəif olur. Bu xüsusiyyət uşağın tez soyumasına və tez isinməsinə səbəb olur. Bu isə dəridə sadə və toksiki eritemanın əmələ gəlməsinə səbəb olur.

Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 72 .
318. Uşaq doğulan kimi hansı infeksiyanın profilaktikası aparılır?

A) Dermatitin

B) Omfolitin

C) Qonoblenoreyanın

D) Sistitin

E) Sepsisin



Uşaq doğulan kimi qonoblenoreyyanın profilaktikası aparılır.Bu zaman 1%-li tetrasiklin, 0,5%-li eritromisin məlhəmindən və natrium sulfasil məhlulundan istifadə edilir.

Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 33 .
319. Vərəm əleyhinə peyvəndi kim vurmalıdır?

A) Sahə tibb bacısı

B) Həkim

C) Xüsusi hazırlıq keçmiş tibb bacısı

D) Sahə həkimi

E) Prosedur tibb bacısı



Yenidoğulmuşlarda 3-5 ci gün vərəm əleyhinə BSJ vaksini vurulur. Peyvənd xüsusi otaqda xüsusi şprislə (1 qramlıq) ehtiyyatla, diqqətlə vurulmalıdır. Diqqətsizlik infeksiyanın yayılmasına səbəb ola bilər. Ona görə də BSJ vaksinini xüsusi hazırlıq keçmiş tibb bacısı vurmalıdır.

Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı . 2007 səh38
320. Yeni doğulmuşun vəziyyəti doğularkən hansı şkala ilə qiymətləndirilir?

A) Duboviç

B) Sinverman

C) Apqar

D) Ortner

E) Neçeporenko



Yenidoğulmuşların vəziyyəti Apqar şkalasına görə qiymətləndirilir. Bu şkalaya görə uşaqda 5 əlamət: ürək döyünməsi, şərtsiz reflekslər, tənəffüsün sayı, əzələ tonusu , dərinin rəngi müayinədən keçirilərək müvafiq balla hesablanır .

Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 34 .
321. Yenidoğulmuşlarda əmələ gələn doğuş şişi nədir?

A) Dölyanı mayenin toxumalara toplanması

B) Sümük və sümüküstlüyü arasına qansızma

C) Öndə gələn hissənin ödemi

D) Dölyanı mayenin aspirasiyası

E) Bətndaxili infeksiya



Doğuş şişi doğuş zədələri arasında birinci yeri tutur. Başda dərialtı toxumada, limfa və qan damarlarında olan durğunluq nəticəsində nöqtəvari qansızmalar və ödem əmələ gəlir. Adətən müalicə tələb etmir. Şiş 24-36 saatdan sonra , bəzi hallarda 2-3 gündən sonra sorulur.

Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 163 .
322. Yenidoğulmuşlarda baş beyin zədələnməsinin əsas əlaməti nədir?

A) Hipertermiya

B) Qıcolma

C) Hemorragik sindrom

D) Sarılıq

E) Hipotermiya



Baş beynin zədələnməısi yenidoğulma dövrünün ağır patologiyası sayılır.Bu zaman baş beynin ödemi və kəllədaxili qansızmalar olur. Qansızmanın lokalizasıyasından asılı olaraq uşaqda müxtəlif əlamətlər baş verir. Vacib diaqnostik əlamət qıcolmadır.

Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 163 .
323. Hemolitik xəstəlik hansı hallarda baş verə bilər?

A) Hər ikisində Rh(-)qan

B) Anada Rh(+) və uşaqda Rh(-)qan

C) Anada Rh(-) və uşaqda Rh(+) qan

D) Hər ikisində Rh(+) qan

E) Anemiya



Hemolitik xəstəlik anada rezus mənfi –Rh(-), uşaqda isə Rh(+) qan olduqda baş verir. Dölün rezus amili ana qanına keçdikdə anti – rezus əks cisimlər əmələ gəlir. Bunlar ciftdən keçərək dölün qanına düşür, döldə antigen-anti cism reaksiyası baş verir. Eritrositlərin hemolizə uğraması nəticəsində hemolitik xəstəlik əmələ gəlir.

Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 207 Səh 306 .

324. Doğum evində qonoblenoreyanın profilaktikası nə vaxt aparılır?

A) Doğuşdan sonra ilk 1 saat ərzində

B) Doğuşdan 1 saat sonra

C) Doğuşdan 4 saat sonra

D) Doğuşdan 2 saat sonra

E) Doğuşdan 3 saat sonra



Qonoblenoreyanın profilaktikası bir dəfə, doğuşdan sonra ilk bir saat ərzində aparılır. Əsas məqsəd gələcəkdəə gözün qonokok infeksiyasından zədələnməsinin qarşısını almaqdır.

Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”. 2007, Səh 198.

Sağlam yeni doğulmuşa qulluq üzrə klinik protokol”




325. Hamiləliyin antenatal risk faktoruna nə aid deyil?

A) Çox döllü hamiləlik

B) Vaxtı keçmiş hamiləlik

C) Geçikmiş toksikozlar

D) Doğuş vaxtı narkoz vermə

E) Hamiləlik vaxtı qanaxma



Uşaq orqanizminin əsas morfoloji və funksional xüsusiyyətləri , uşağın sağlam doğulması hamiləliyin düzgün gedişindən asılıdır. Narkoz isə doğuş vaxtı verildiyindən hamiləliyin antenatal risk qrupuna doğuş vaxtı narkoz vermə aid deyil.

Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2 007.səh.71
326. Yenidoğulmuşların asfiksiyası zamanı orta ağır asfiksiya neçə balla qiymətləndirilir?

A) 3- 4 bal

B) 4-5 bal

C) 1-2 bal

D) 6-7 bal

E) 8-10 bal



Asfiksiya xəstəlik deyil, müxtəlif səbəblər nəticəsində yaranan simptomlar kompleksidir.Asfiksiya zamanı ürək,qan-damar sistemi və həyat üçün vacib orqanların (beyin,ürək) qan təchizatı pozulur. Hər əlamət 2 balla qiymətləndirildikdə asfiksiyanın dərəcəsi Apqar şkalasına görə 5 əlamətlə qiymətləndirilir .Orta ağır asfiksiya Apqar şkalasına görə 4-5 balla qiymətləndirilir.8-10 yaxşı, 6-7 kafi, 4-5 bal orta ağır asfiksiya sayılır.

Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 145.
327. Yenidoğulmuşların asfiksiyası zamanı ürək vurğularının sayını artırmaq üçün hansı preparat istifadə edilir?

A) Kokarboksilaza

B) Noşpa

C) Adrenalin

D) Vitamin C

E) ATF


Dölün asfiksiyası zamanı cift qan dövranı pozulur,dölün bədəninə oksigen az daxil olur və nisbi oksigen aclığı əmələ gəlir. Bu da boğulmaya səbəb olur, ürək döyüntülərinin sayı və ritmi dəyişir. Ürək vurğularının sayını artırmaq məqsədi ilə adrenalin preparatından istifadə edilir.

Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 146 .
328. Uşaq müəssisələrində əsaslı dezinfeksiya neçə faizli xloraminlə aparılır?

A) 10


B) 5

C) 3


D) 1

E) 2


Dezinfeksiya iki şəkildə-cari və əsaslı aparılır. Əsaslı dezinfeksiya aparmaq üçün 5% li xloramin məhlulundan istifadə edilir. Hər hansı bir uşaq müəssisəsində (uşaq bağçası, məktəb və s.)uşaq infeksion xəstəliyi aşkar olunduqda mütləq dezinfeksiya tədbiri həyata keçirilməlidir.

Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” Səh.198”  “Azərnəşr ”1990.

 

329. Yenidoğulmuşlarda dərinin infeksion xəstəliklərinə nə aiddir?

A) Bişməcə

B) Teleangioektaziya

C) Yenidoğulmuşun qovuqcuqlu xəstəliyi

D) Omfalit

E) Tərlilik

Yenidoğulmuşlarda dəri və selikli qışalar zərif və tez zədələnən olur. Bu səbəbdən də onlara qulluq ehtiyatla aparılmalıdır. Əgər dəriyə düzgün qulluq edilməzsə, dərinin tamlığı pozularsa, dəridən infeksiya keçərək dərinin infeksion xəstəliyini : yenidoğulmuşun qovuqcuqlu xəstəliyi( vezikulopustuloz)əmələ gətirir.

N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 183 .
330. Tənəffüs çatışmazlığı sindromu hansı uşaqlar üçün xarakterikdir?

A) Vaxtından gec doğulanlar

B) Vaxtında doğulanlar

C) Vaxtından əvvəl doğulmuşlar

D) Çox döllü hamiləlik

E) Çox saylı hamiləlik



Çəkisi 2500 qramdan az ,boyu 35-45 sm doğulan uşaq vaxtından əvvəl doğulmuş sayılır. Mərkəzi sinir sistemi, bir sıra orqan və sistemlər tam inkişaf etmədiyindən belə uşaqlarda bir sıra funksional pozğunluqlar meydana çıxır. Belə uşaqlarda tənəffüs çatışmazlığı sindromu tez inkişaf edir.

Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 128.
331. “B” virus hepatiti əleyhinə vaksin hara vurulur?

A) Vena daxilinə

B) Sağrı nahiyəsinə

C) Sağ çiyin nahiyəsinə

D) Budun ön nahiyəsinə

E) Dəri daxilinə

B” virus hepatiti əleyhinə vaksin budun ön divar nahiyyəsinə vurulir.

Ədəbiyyat:“Təcrübədə immunlaşdırma”(metodik göstərişlər) Modul 2 .2010səh.10

332. Yarımçıq doğulmuşların palatasında hərarət nə qədər olmalıdır?

A) 20-220

B) 18-200

C) 24-260

D) 22-240

E) 26-300



Yarımçıq doğulmuş uşaqlara qulluğun təşkili böyük diqqət, səbr tələb edir. 24-260 otaq temperaturunda yarımçıq doğulmuş uşaqlar steril,isidilmiş əskilərlə bələnir, ilk tualet isidilmiş döşək üzərində tez bir zamanda aparılır ki, uşaq soyuqlamasın.

Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007Səh 125 .
333. Tənəffüsün dayanması necə adlanır?

A) Bradipnoe

B) Apnoe

C) Taxikardiya

D) Çeyn-Stoks tənəffüsü

E) Kuss - Mayl tənəffüsü

Apnoe tənəffüsün dayanması deməkdir. Ən çox yarımçıq doğulmuşlarda və ağır asfiksiyalar zamanı təsadüf edilir.

Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”. 2007. Səh 146 .


334. Apqar şkalasına görə uşağın vəziyyəti ........ balla qiymətləndirildikdə, uşaq döşə qoyulur. Nöqtələrin yerinə uyğun gələn cavabı seçin:

A) 4-5


B) 6-7

C) 8-10


D) 7-8

E) 2-3


Yeni doğulmuşların vəziyyəti Apqar şkalasına görə 8-10 bal sağlam uşaq sayılır. Belə uşağı döşlə əmizdirmək göstərişdir.

Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007Səh 147 .
335. Vaxtından əvvəl doğulmuş uşaq öz çəkisini ilk günlər neçə qram itirə bilər?

A) 200-600 qr

B) 500 qr

C) 1000 qr

D) 150-300 qr

E) 100 qr



Vaxtından əvvəl doğulmuş uşaq öz çəkisini ilk günlər 150-300 qram itirə bilər ki, bu da onun qidalanmasının zəif olması , ana südünün az olması və sidiklə maye itirməsi nəticəsində baş verir.

Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 46 .
336. Yumurta sarısı hansı vitaminlərin mənbəyidir?

A) A, D, E, K

B) A, D, E, B6

C) A, D, B1, B6

D) A, D, C, PP

E) A, E, K, B2


Yumurta sarısı A, D, E, K vitaminlərinin mənbəyidir.

Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.188

337. Vərəmli xəstəni aşkar etmək üçün hansı üsul vacibdir?

A) Qanın biokimyəvi və bakterioloji müayinəsi

B) Qanın ümumi və biokimyəvi müayinəsi

C) Tuberkulin diaqnostikası və flüroqramma

D) Klinik əlamətlər,anamnez

E) Sidiyin ümumi və bakterioloji müayinəsi



Vərəm diaqnozu təsdiq etmək üçün tuberkulinlə Mantu sınağı qoyulur flüroqrafiya edilir , yoluxmuş uşaqlar ftiziatra göndərilir.

Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 430
338. Hansı halda mantu sınağı müsbət sayılır?

A) 2-3 mm

B) 1-2 mm

C) 5-12 mm

D) 3-4 mm

E) 4-5 mm



Mantu sınağı zamanı tuberkulin dəri daxili yeridilir və 72 saatdan sonra yoxlanılır. 5-12 mm diametri olan papula müsbət sayılır.

Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 429
339. Yüksək hərarət zamanı uşağa göstərilən yardıma daxil deyildir?

A) Dərini spirtlə silmək

B) Çoxlu maye vermək

C) Kalorili qida

D) Başa soyuq qoymaq

E) Hərarətsalıcılar vermək



Yüksək həraraət orqanizmin infeksiya qarşı reaksiyasıdır, bu uşaq orqanizminə mənfi təsir edir, ürək , tənəffüsün tezliyi artır,qıcolma ola bilər. Belə uşağa coxlu maye vermək, başa soyuq qoymaq, dərisini spirtlə, sirkə ilə silmək lazımdır. Kalorili qida əks göstərişdir. A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 160

340. Tuberkulinin yeridilmə yolu hansıdır?

A) Əzələ daxilinə

B) Vena daxilinə

C) Dəri içi

D) Dərialtına

E) Sublinqval



Mantu sınağı tuberkilinlə aparılır. Preparat hazır 5 ml (doza) və ya 3 ml (30 doza) steril standart məhlul şəklində buraxılır. Hər il 17 yaşına qədər birdəfəlik şpris ilə dəri içi yeridilir.

Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр115
341. Meninqokokk bakteriyaları orqanizmə hansı yolla daxil olur?

A) Limfogen

B) Hematogen

C) Tənəffüs

D) Mədə-bağırsaq

E) Sidik-ifrazat



Meningitlə yoluxma zamanı meninqokoklar hava damcı yolu ilə yayılir. Giriş qapısı yuxarı tənəffüs yollarıdır.

Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 441
342. Meningit xəstəliyinə yoluxmuş uşaqla təmasda olan uşaq neçə gün karantində olmalıdır?

A) 7 gün


B) 5 gün

C) 10 gün

D) 21 gün

E) Karantin müddəti qoyulmur



Meningit aşkar edilərsə təmasda olan uşaqlar izolə edilir, 10 gün müddətində hər gün termometriya aparılmalı, burun boğaz və dəri örtükləri müayinə olunmalıdır.

Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 442
343. Difteriya xəstəliyini törədicisi nədir?

A) Borde-Janqu çöpləri

B) Viruslar

C) Löffler çöpləri

D) Streptokokklar

E) Göbələklər



Difteriya infeksion xəstəlikdir. Törədici Löfter çöpləridir. Daxil olduğu yerdə fibrinoz iltihab əmələ gətirir və infeksiya baş verir.

Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 449
344. Hemofliyanın ən xarakter əlaməti nədir?

A) Qanaxma

B) Hipertermiya

C) Hemartroz

D) Qanda Hb-nin azalması

E) Qanda leykositlərin artması

Düzgün cavab - Qanaxma

Hemofiliya qanda laxtalanma amillərinin (VIII-IX-XI) çatışmazlığı nəticəsində qarşısı çətin alınan qanaxma ilə özünü biruzə verən irsi qan xəstəliyidir. Əsas əlaməti qanaxmadır.

Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 317
345. Hansı xəstəlik zamanı antitoksiki zərdab təyin edilir?

A) Su çiçəyi

B) Skarlatina

C) Qızılca

D) Difteriya

E) Qripp


Diferiya yoluxmuş uşaqlar mütləq hospitalizasiya edilir və belə xəstələrə Bezredka üsulu ilə anatoksin yeridilir.Difteriyaya qarşı anotoksin tez və effektli dozada yeridildikdə (15000 bv – 50000 bv) xəstənin vəziyyəti yaxşılaşır.

Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр280
346. Hipoqlikemik komanın əsas yaranma səbəbi nədir?

A) Karbohidratların artıq miqdarda qəbulu

B) İnsulinin dozadan az vurulması

C) İnsulinin artıq dozada vurulması

D) Passiv həyat tərzi

E) Aktiv həyat tərzi



Hipoqlikemik koma şəkərli diabetin insulinlə müalicəsi zamanı yarana bilər. İnsulinin artıq dozada vurulması ,onun dozasının çox olması nəticəsində yaranır. A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 , səh 135

347. Difteriyaya yoluxmuş uşaqla kontaktda olan uşaq neçə gün karantində olmalıdır?

A) 5 gün

B) 1 ay

C) 7 gün



D) 1,5 ay

E) 2 ay


Difteriyalı uşaqla kontaktda olan uşaq 7 gün ərzində izolə edilir. Bu uşaqlara gündə 2 dəfə termometriya və bir dəfə bakterioloji müayinə aparılmalıdır.Ocaqda dezinfeksiya işləri aparılır.

Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр280
348. Skarlatinanın törədicisi hansıdır?

A) Stafilakokklar

B) Viruslar

C) β hemolitik streptokokklar

D) Göbələklər

E) Löffler çöpləri



Skarlatina kəskin infeksion xəstəlikdir. Törədicisi β hemolitik steptokokkdur. Əsas klinik əlamətləri ümümi intoksikasiya, angina ,hiperemiya fonunda xirda nöqtəli səpgilərdir.

Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 460
349. Skarlatina zamanı əsas əlamət hansıdır?

A) Travmatik şok

B) Anemiya

C) Hemoliz

D) Angina

E) Hipervolemiya



Skarlatina xəstəliyinin daim müşahidə olunan klinik əlaməti anginadır. Bu kataral follikulyar lakunar formalı angina ola bilər. Bu zaman prossesə regional limfotik vəzilər də qoşulur.

Ədəbiyyat:Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 səh 461
350. Skarlatina xəstəliyinə yoluxan uşaqlar neçə gün izolyasiya edilir?

A) 1 gün


B) 10 gün

C) 7 gün

D) 1 ay

E) 1,5 ay



Skarlatinaya yoluxmuş uşaqla təmasda olanlar 7 gün ərzində izolyasiya edilir və hər gün termometriya, dəri və selikli qidaların müayinəsi aparılır. Ocaqda sabun, soda məhlulu ilə təmizlik işi aparılır.

Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 462
351. Qızılca xəstəliyinin törədicisi hansıdır?

A) Stafilokokk

B) Streptokokk

C) Virus

D) Borde-Janqu çöpləri

E) Göbələklər



Qızılca yüksək qızdırma ilə müşahidə olunan yoluxucu xəstəlikdir. Xəstəliyə yoluxma hava - damcı yolu ilə baş verir.Qızılca səpgiləri ayrı-ayrı çəhrayı ləkə və papula şəklində olur. Xəstədə konyuktvit əlamətləri ilk gündən başlayır. Xəstəlik mənbəyi xəstə insandır. Xəstəliyin törədicisi qızılca viruslarıdır.

Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 səh 463
352. Su çiçəyinə yoluxmuş uşaqla kontaktda olan uşaq neçə gün izolyasiya (karantində) olmalıdır?

A) 10 gün

B) 7 gün

C) 21 gün

D) 1 ay

E) 12 gün



Su cicəyinə yoluxmuş uşaqla təmasda olan uşağa 21 gün karantin təyin edilir. Uşaqlar hər gün termometriya edilir və müayinədən keçirilir.

Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 470
353. Parotit infeksiyası zamanı hansı vəzilər zədələnir?

1. Qulaqdibi

2. Tüpürcək vəziləri

3. Qoltuqaltı vəzilər

4. Tər vəziləri

5. Piy vəziləri

6. Cinsi vəzilər

A)1,2


B) 2,4

C)3,5


D)5,6

E)3,6


Parotit infeksion məşəlli xəstəlikdir.Virus yuxarı tənəffüs yollari ilə orqanizmə daxil olub, qulaq dibi ,tüpürcək vəzlərini zədələyir.

Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 səh 471
354. Bağırsaq infeksiyaları zamanı eksikoz və toksikoz müşahidə olunarsa, mübarizə üçün əsas terapevtik prinsip hansıdır?

A) Vitaminoterapiya

B) Parenteral duz məhlullarının yeridilməsi

C) Stimulyasiyaedici terapiya

D) Hormonterapiya

E) Fitoterapiya



Bağırsaq infeksiyalari zamanı su və elekrolitlərin itkisi baş verir. Bu itkini bərpa etmək ücün parenteral yolla duz məhlulları yeridilir.

Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 səh 482
355. Hepatit A xəstəliyinin yoluxma yolu hansıdır?

A) Hava-damcı

B) Parenteral

C) Kontakt-məişət

D) Transfuzion

E) Alimentar



Hepatit A zamanı infeksiya mənbəyi xəstə və rekonvalestentlərdir. Qida məhsulları, su və kontakt- məişət yolu ilə də xəstəliyə yoluxma baş verir.

Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 487

356. Hepatit B xəstəliyinin yoluxma yolu hansıdır?

A) Alimentar

B) Parenteral

C) Kontakt-məişət

D) Hava-damcı

E) Oral-fekal



Hepatit B parenteral yolla yoluxur, yəni dərinin tamlığı pozulduqda qan və qan əvəzedicilər yeridilən zaman aseptika,antiseptika qaydalarına riayət edilmədikdə yoluxma baş verə bilər.

Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 488
357. Hepatit A zamanı inkubasion dövr nə qədər davam edir?

A) 2 gün


B) 1 həftə

C) 1 aya qədər

D) 3 aya qədər

E) 1 il


Hepatit A-nın inkubasion dövrü bir aydır. Hepatit A xəstəlinin infeksiya mənbəyi xəstə və rekonvalestentlərdir. Qida məhsulları, su və kontakt- məişət yolu ilə də xəstəliyə yoluxma baş verir.

Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 487
358. Hepatit B zamanı inkubasion dövr nə qədər davam edir?

A) 1 il


B) 1-3 gün

C) 2-4 həftə

D) 6 həftə-6 ay

E) 2 il


Hepatit B zamani inkubasion dövr 6 həftədən 6ayadək davam edə bilər.

Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 489

359. Hepatit xəstəliyi olan uşaqla təmasda olan uşaq üçün karantin neçə gündür?

A) 7 gün


B) 10 gün

C) 35 gün

D) 6 ay

E) 4 gün


Hepatitə yoluxmuş uşaqla kontaktda olanlar 35 gün ərzində izolyasiya edilir. Bu müddət ərzində termometriya keçirilir, dərinin, sidiyin nəzarəti aparırılır.

Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 489

360. Aşağıdakı bakterial infeksiyalardan hansını idarəolunan xəstəliyə aid etmək olar?

A) Skarlatina

B) Salmanelyoz

C) Difteriya

D) Botulizm

E) Qara yara



Vaksini mövcud olan infeksion xəstəliklər – idarə olunan xəstəliklər adlanır. Sadalanan infeksion xəstəliklərdən difteriya – idarə olunandır.

Ədəbiyyat: “Təcrübədə immunlaşdırma” Modul 1 Bakı 2010 səh7
361. Hansı hallarda difteriyaya şübhəli şəxslərin udlağından bakterioloji müayinə üçün yaxma götürülür?

A) Diareya olduqda

B) Yüksək hərarət olduqda

C) Badamcıqlarda ərp olduqda

D) Səpgi zamanı

E) Tənəffüs çətinləşdikdə



Difteriyalı xəstə ilə kontaktda olan şübhəli şəxslərin badamcıqlarında ərp olduqda bakterioloji müayinə aparılır.

Ədəbiyyat:Л.A.Исаeva,Л.К.Бaжenova»Детские Болезни»Mockвa1986 стр 562
Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin