Bölmə I göstərilənlərdən hansı poliklinika tibb bacısının vəzifəsi


Uşaq bayılarkən nə etmək lazımdır?



Yüklə 1,55 Mb.
səhifə12/25
tarix29.12.2016
ölçüsü1,55 Mb.
#3865
1   ...   8   9   10   11   12   13   14   15   ...   25

455. Uşaq bayılarkən nə etmək lazımdır?

A) Vitaminlər yeritməli

B) Qlükoza , sulfanilamid preparatlar verməli

C) Antibiotiklər yeritməli

D) Naşatır iylətməli , kofein ,mezaton, kardiamin verməli

E) Antihistamin preparatlar yeritməli



Bayılmada ilkin yardım olaraq xəstəni uzandırmaq, ayaqlarını yuxarı qaldırmaq, onu sıxıcı paltardan azad etmək,naşatr iylətmək, hava gəlməsini təmin etmək, üzünə, sinəsinə soyuq su çiləmək lazımdır.

Ədəbiyyat: Tibb bacısının məlumat kitabı
456. Doğulduqdan sonra Hepatit B-yə qarşı ilk peyvənd nə vaxt vurulur?

A) İlk 12 saat ərzində

B) 3 gündən sonra

C) İlk 24 saat ərzində

D) Bir gündən sonra

E) İki gün sonra



Yenidoğulmuşlar arasında hepatit B-yə yoluxma hallarının qarşısını almaq üçün uşaq doğulduqdan sonra 12 saat ərzində bu xəstəliyə qarşı peyvənd vurulur. Ədəbiyyat: “Təcrübədə immunlaşdırma” Modul 2. Bakı 2010 ,səh 10
457. Yenidoğulmuşa gigiyenik vanna nə vaxt təyin olunur?

A) İlk patronajdan sonra

B) Doğulan kimi

C) Doğulandan 8 saat sonra

D) Göbək yarası sağaldıqdan sonra

E) Göbək yarası sağalmamış



Gigiyenik vannalar uşağın dərisini təmizləyir və sağlamlaşdırılması üçün aparılır. Gigiyenik vannalar göbək ciyəsi düşəndən 1-2 gün sonra aparılmalıdır.

Ədəbiyyat: N.Tağıyev, “Neonatologiya”, Bakı 2007 , səh 34
458. İlk patronaj nə vaxt aparılır?

A) Doğum evindən evə yazılandan 10 gün sonra

B) Doğulan kimi

C) Doğum evindən evə yazılandan bir həftə sonra

D) Doğum evindən evə yazılandan sonra 3 gün ərzində

E) Doğum evindən evə yazılandan bir ay sonra



Uşaq doğum evindən evə yazıldıqdan sonra ilk 3 gün ərzində məsləhət üçün sahə tibb bacısı və həkim tərəfindən yoxlanılmalıdır. Bu ilk patronaj adlanır.

Ədəbiyyat: N.Tağıyev “Neonatologiya ”Bakı 2007 səh 35
459 Xardal yaxması qoyarkən nəyə fikir verilməlidir?

A) Vəziyyətin ağırlığına

B) Sinir sisteminin vəziyyətinə

C) Sümük sisteminin vəziyyətinə

D) Dərinin vəziyyətinə və həssaslığına

E) Vəziyyətinə və yaşına görə



Xardal iltihabı prosesin sorulmasına kömək edir.Onun təsirindən damarlar genəlir- qan dövranı yaxşılaşır.Xardal qoyarkən dərinin vəziyyətinə və həssaslığına fikir verilməlidir.

Ədəbiyyat: Л.A.Исaева, Л.К.Бaжenoвa, «Детские Болезни» Мockвa 1986, 306
460. Hipoksiyanın dölə qısa müddətli təsirindən nə qeyd olunur?

A) Taxipnoe

B) Bradinardiya

C) Apnoe

D) Taxikardiya

E) Bradipnoe



Hipoksiya – yəni O2 aclığı bətndaxili və bətnxarici ola bilər, bu zaman cift qan dövranı pozulur – dölün bədəninə 02 az daxil olur və O2 aclığı baş verir. Bunun təsirindən dölün ürək döyüntüləri çoxalır yəni taxikardiya əmələ gəlir.

Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 səh 145
461. Eksikoz dedikdə nə başa düşülür?

A) Qan azlığı

B) A/T (arterial təzyiqin) düşməsi

C) İshal


D) Qusma

E) Susuzluq



Mədə bağırsaq infeksiyaları zamanı orqanizmin qusma və ishal nəticəsində çoxlu su itirməsi nəticəsində əmələ gələn susuzluğa eksikoz deyilir.

Ədəbiyyat: A.A. Əyyubova. “Uşaq xəstəlikləri ”Bakı 2008 səh 56
462. Südəmər uşaqlarda hipotrofiya (çəkinin normadan az olması) nə zaman baş verir?

A) Qan azlığı olduqda

B) Vitamin çatışmazlığı olduqda

C) Xroniki qida pozğunluğu olduqda

D) Mədə-bağırsaq pozğunluğu olduqda

E) Süni qidalanma zamanı



Hipotrofiya xroniki qida pozğunluğudur. Səbəbi xroniki xəstəliklər, ana südünün az olması – hipoqalaktiya və südün keyfiyyətsiz olması nəticəsində qidanın həzmi pozulur, uşağın çəkisi artmır, hətta azalır – hipotrofiya əmələ gəlir.

Ədəbiyyat:A.A. Əyyubova .“Uşaq xəstəlikləri .”Bakı 2008
463. Süd yarasının törədicisi nədir ?

A) Viruslar

B) Kokklar

C) Göbələklər

D) Stafilakoklar

E) Strepfokoklar



Süd yarasını törədicisi kandida cinsinə aid maya göbələklərdir.

Ədəbiyyat: A.A.Əyyubova. “Uşaq xəstəlikləri .“Bakı-2008, səh 90
464. Uşaqlarda yalançı inaq tutması zamanı hansı əlamətlər baş verir?

A) Qusma, ishal

B) Hərarət

C) Hürücü öskürək, boğulma, tənəffüsün çətinləşməsi

D) Sianoz

E) Baş ağrısı



Yalançı inaq kəskin larinqotraxeit zamanı əmələ gəlir. Səs telləri şişir, səs yarığı daralır, nəticədə uşaqda tənəffüs çətinləşir, hürücü öskürək və boğulma olur.

Ədəbiyyat: A.A.Əyyubova .“Uşaq xəstəlikləri.” Bakı.2008,səh 205
465. Uşaq üçün duodenal zondun uzunluğu necə təyin ounur?

A) Dişdən göbəyə qədər

B) Dildən göbəyə qədər

C) Döş sümüyündən göbəyə qədər

D) Qaş arasından göbəyə qədər

E) Burundan göbəyə qədər



Duodenal zondlama həm diaqnostika həm də müalicə məqsədilə aparılır,xəstəliklər zamanı diaqnostika məqsədi ilə aparılır. Bunun üçün əvvəl zondun uzunluğu təyin edilməlidir. Bu qaş arasından göbəyə qədər olan məsafə ilə təyin edilir.

Ədəbiyyat: A.A. Əyyubova. “Uşaq xəstəlikləri. ”Bakı. 2008 ,səh 108
466. Yenidoğulmuş uşağın əmizdirilmə müddəti maksimum necə dəqiqə olmalıdır?

A) 50


B) 15-20

C) 40


D) 20-30

E ) 60


Yenidoğulmuşlarda əmmə anadangəlmə refleksdir.Ona görə də sağlam uşaq döşü yaxşı tutur.İlk vaxtlar əmizdirmə müddəti 20-30 dəqiqə davam edir ki ,uşaq doysun.

Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 səh.72
467. Qazanılma ürək qüsurları hansı xəstəlikdən sonra əmələ gəlir?

A) Qlaukoma

B) İrsi xəstəliklər

D) Revmatizm

C) Anemiya

E) Pnevmoniya



Revmatizm infeksion – allergik xəstəlik olub, ürək toxumasını daha çox zədələyir (miokardit, endokardit ,perikardit). Endokardit zamanı revmatik proses çox vaxt qapaqlar nahiyyəsini zədələyir və qazanılma ürək qüsurunu əmələ gətirir.

Ədəbiyyat: A.A. Əyyubova. “Uşaq xəstəlikləri .” Bakı.2008,səh 228
468. Revmatizm zamanı uşaqda daha çox hansı orqan zədələnir?

A) Qaraciyər

B) Böyrək

C) Ürək


D) Bağırsaq

E) Dalaq


Uşqalarda revmatizm zamanı əsasən ürək zədələnir. Ona görə deyilir ki, revmatizm oynaqları yalayır, ürəyi dişləyir.

Ədəbiyyat: A.A. Əyyubova, “Uşaq xəstəlikləri”. Bakı-2008, səh 229
469.Sidiklə xaric olan şəkərə görə insulin hansı miqdarda təyin olunur?

A) 10-15 qr

B)5-10qr
C) 2-4 qr

D) 4-5 qr

E) 6-8 qr

Şəkərli diabet xəstəliyi zamanı sidiklə ifraz olunan 4-5 qr şəkərə bir vahid insulun təyin edilir.

Ədəbiyyat: A.A Əyyubova, “Uşaq xəstəlikləri”, Bakı-2008, səh 335
470. Yenidoğulmuşlarda böyük əmgək hansı formada olur?

A) Dairə formasında

B) Üçbucaq formasında

C) Oval formada

D) Romb şəklində

E) Bağlı olur



Yenidoğulmuşlarda böyük əmgək alın və təpə sümükləri arasında yerləşir, romb şəklində olur, adətən 12-15 aylığında bağlanır.

Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 cтр 35

471. Peyvənd otağında vaksinlər saxlanan soyuducularda temperatur neçə dəfə yoxlanılır?

A) Həftədə 1 dəfə

B) Gündə 1 dəfə

C) Gündə 2 dəfə, səhər işin əvvəlində və axşam iş qurtaranda

D) Günaşırı

E) Temperaturu yoxlamağa ehtiyac yoxdur



Uşaq poliklinikasında vaksinasiya aparmaq üçün xüsusi peyvənd otağı olur. Otaqda vaksinləri saxlamaq üçün soyuducular qoyulur.Burada tələb olunan temperatur gözlənilməlidir (+2 +8) Ona görə gün ərzində 2 dəfə soyuducunun temperaturu yoxlanılır.

Ədəbiyyat:“Təcrübədə immumlaşdırma” Modul 2, Metodik göstərişlər. Bakı- 2010, səh 15

472. Həll edilmiş AGDT (göy öskürək, difteriya, tetanus əleyhinə) vaksinin istifadə müddəti nə qədərdir ?

A) 5 günədək

B) 7 günədək

C) 1 gün


D) 2-3 saat

E) Vaxt məhdudiyyəti yoxdur



Difteriya göyöskürək və tetanus əleyhinə kombinə olunmuş vaksin (AGDT) duru vaksindir. Sakit halda qaldıqda flakonda çöküntü əmələ gəlir.İstifadə etməkdən əvvəl çalxalamaq ,həll etdikdən sonra isə 5 gün müddətinə istifadə etmək lazımdır.

Ədəbiyyat: “ Təcrübədə İmmunlaşdırma” Modul 2, Metodik göstərişlər. Bakı, 2010,səh 7
473. Yenidoğulmuşlarda təmizləyici imalə nə vaxt aparılır?

A) Öskürək olduqda

B) Qarında ağrı olduqda

C) Dispeptik əlamətlər olduqda

D) Qusma olduqda

E) Hipotermiya olduqda



Dispeptik əlamətlər (qusma, ishal) həzm pozğunluğu sayılır.Bəzən analar uşağı düzgün qidalandırmır onu çox yediirtməyə çalışır çox vaxt maye vermir və ya az verirlər.Nəticədə sadə dispepsiya deyilən xəstəlik baş verir.Belə halda uşağa təmizləyici imalə aparılır.

Ədəbiyyat: Л.А.Исаева.K.А.Баженова.”Детские Болезни” Mockвa1986 səh 369
474. Yeni doğulmuşların göbək qalığı necə işlənməlidir?

    1. 3 % perekis

    2. 70 % spirt

    3. 5 % kalium permanqanat

    4. 0,5 %-li natrium sulfasil

    5. 5 % -li natrium xlorid

    6. 2%-li natrium bikarbonat

A)1,2,3

B)1,4,5


C)2,5,6

D) 3,4,5

E)4,5,6

Yenidoğulmuşların göbək qalığı hal-hazırda işlənilmir. Aseptika-antiseptika qaydalarına riayət edilir. Buna baxmayraq, göbək qalığı gec sağalarsa, omfalit əlamətləri başlayarsa göbək qalığı işlənməlidir. Bu zaman 3%-li perekis 5%-li kalium permanqanat 70 dərəcəli spirtdən isifadə olnur.

Ədəbiyyat: Л.A.Исаaeva, Л.К.Бaжenoвa «Детские Болезни», Mockвa 1986, стр 61
475. 1 yaşında uşağın neçə dişi olmalıdır?

A) 4


B) 8

C) 6


D) 10

E) 7


Sağlam uşağın 6-7 ayından sağlam dişləri çıxmağa başlayır. İlk dəfə 2 aşağı 2 yuxarı sonra isə onların ətrafındakı süd dişləri çıxmağa başlayır.Beləliklə 1yaşda uşağın 8 dişi olur.n-4 formulu ilə hesablanır.( n-uşağın aylarının sayıdır) Məsələn, 12aylıq uşağın 12-4=8 dişi olur.

Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” “Bakı”2007 səh 65
476. Yenidoğulmuş uşaqlar döşə ilk dəfə nə vaxt qoyulur?

A) Doğulduqdan 6 saat sonra

B) Doğulduqdan 1 saat sonra

C) Doğulduqdan 3 saat sonra

D) Doğulduqdan dərhal sonra

E) Doğulduqdan 12 saat sonra



Yenidoğulmuş uşağın vəziyyəti Apqar şkalasına görə qiymətləndirilir.Bu zaman uşağın və ananın vəziyyəti yaxşıdırsa uşaq doğulduqdan dərhal döşə qoyulur.

Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 ,стр 28
477. Raxit xəstəliyinin profilaktikasına nə vaxt başlamaq lazımdır?

A) 1 yaşından

B) 5 ayından

C) 6 ayından

D) Ana bətnindən

E) Uşaq doğulan kimi



Raxitin profilaktikasına antenatal dövürdən yəni hamiləlik vaxtı başlamaq lazımdır. Ana gündəlik rejimini düzgün təşkil etməli təmiz havada çox olmalı vitaminlərlə mikroelementlərlə zəngin qida qəbul etməlidir. D Vitamini isə hamiləliyin axırıncı 2 ayında əgər hamiləlik yaz-payız vaxtına təsadüf edilərsə verilir.

Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия», Минск «Вышейшая школа» 2002 стр132
478. Tutmaşəkilli spazmatik öskürək hansı xəstəlik üçün xarakterikdir?

A) Qızılca

B) Su çiçəyi

C) Rinovirus infeksiyası

D) Göy öskürək

E) Epidemik parotit



Göyöskürək xəstəliyinin əsas simptomu tutmaşəkillli öskürəkdir.Tutma birdən başlayır bir-birinin ardınca arasıkəsilməz uzaqdan eşidilən səsli öskürək baş verir . Bəzən apnoe (tənəffüsün dayanması) olur və dərhal öskürək başlayır. Bu hala repriza deyilir.

Ədəbiyyat: K.A.Исaeвa, Л.К.Бажenoвa «Детские Болезни», Mockвa 1986 , стр 440
479. Spazmofiliya xəstəliyinin xarakter simptomu hansıdır?

A) Qansızma

B) Şişkinlik

C) Qəbzlik

D) Qıcolma

E) Qanaxma



Spazmofiliya xəstəliyi zamanı qıcolma baş verərsə ,xəstəyə təcili yardım göstərilməlidir. İlk növbədə xəstəyə naşatır spirti iylətməli və hava gəlməsini təmin etmək lazımdır. Sonra qıcolma əleyhinə prepatlardan istifadə etmək olar.

Ədəbiyyat: Л.A.Исaeвa, Л.К.Бaжenoвa «Детские Болезни», Mockвa 1986, стр 406
480.Hansı xəstəlik zamanı uşaqlarda bədənin bütün əzələlərində tonik-klonik qıcolmalar olur?

A) Dizenteriya

B) Difteriya

C) Spazmofiliya

D) Skarlatina

E) Qızılca



Spazmoliya xəstəliyinə uşaqlar arasında ən çox 6-18aylarda rast gəlinir.Xəstəliyin eklampsiya formasında bədənin bütün əzələrində tonik-klonik qlcolmalar olur.

Ədəbiyyat:ЛA.Исaeвa,Л.К.Бaжеnoвa»Детские Болезни»Mockвa1986, стр 412

481. Uşaqları difteriya xəstəliyindən qorumaq üçün nə etmək lazımdır?

A) Fizioterapiya

B) Vitaminoterapiya

C) Antibiotikoterpiya

D) Hormonterapiya

E) Aktiv immunizasiya



Uşaqları difteriya xəstəliyindən qorumaq üçün aktiv immunizasiya aparmaq lazımdır.
Ədəbiyyat: Л.A.Исaevвa, Л.К.Бaжenovвa «Детские Болезни», Mockva1986 , стр483
482 . Tibb bacısı yenidoğulmuşlara neçə dəfə patronaja getməlidir?

A) Ayda 1 dəfə

B) Həftədə 2 dəfə

C) 2 həftədən bir

D) Həftədə 1 dəfə

E) 2 ayda 1 dəfə



Qəbul olunmuş qaydalara əsasən tibb bacısı yenidoğulmuşları həftədə 1 dəfə patronaj etməlidir.Patronajın əsas məqsədi:Tibb bacısı anaya məsləhət verir, uşağın necə qidalandırıldığını görür, dərisinə, selikli qişasına baxır, uşağın inkişafına nəzarət edir və bu barədə sahə pediatrına məlumat verir.

Ədəbiyyat: Организация лечебно–профилактической помощи детям Mockвa 1987, стр88
483. Tibb bacısı 1 yaşdan 2 yaşa qədər uşaqlara neçə dəfə patronaja getməlidir?

A) 3 aydan bir

B) 2 aydan bir

C) Ayda 1 dəfə

D) 6 aydan bir

E) ildə 1 dəfə


Qəbul olunmuş qaydalara əsasən tibb bacısı 1 yaşdan 2 yaşa qədər uşaqlara ayda 1 dəfə patronaja getməlidir. Patronajın məqsədi: tibb bacısı anaya məsləhət verir, uşağın necə qidalandırıldığını görür, dərisinə, selikli qişasına baxır, uşağın inkişafına nəzarət edir və bu barədə sahə pediatrına xəbər verir

Ədəbiyyat: Организация лечебно – профилактической помощи детям Mockвa1987, стр 89
484. Uşaqların profilaktik peyvənd kitabçası hansıdır?

A) F -030

B) F- 112

C) F -75 a

D) F – 063 u

E) F-286


Hər bir uşaq uşaq poliklinikasının qeydiyyatında olur.Uşaqları müəyyən xəstəliklərdən qorumaq ücün Dövlət tərəfindən təstiq olunmuş profilaktik peyvənd təqvimi var. Bu peyvəndlər isə f-063adlanan formada qeyd olunur.
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 14.1997-ci 61 saylı əmri

Организация лечебно – профилактической помощи детям Mockвa 1987, стр 90
485. Uşaqların inkişaf kitabçası hansıdır?

A) F - 286

B) F-114

C) F -116

D) F- 112

E) F- 75 a



Uşaq doğum evindən evə yazıldıqdan sonra sahə pediatrı və sahə tibb bacısı tərəfindən nəzarətə götürülür. Uşağın fiziki və sinir-psixi inkişafı yoxlanılır. Lazım gəldikdə iaborator analizlər aparılır. Bütün bunlar isə uşağın inkişaf kitabcası sayılan 112 nömrəli formada qeyd olunur.

: Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 14.1997-ci 61 saylı əmri

Организация лечебно – профилактической помощи детям Mockva1987, стр 90
486. Uşaqlarda böyük əmgək neçə ayında bağlanır ?

A) 8- 11


B) 4 -7

C) 12-15

D) 9 -10

E) 15- 17



Uşaq doğularkən kəllə sümüklərinin birləşmə yerlərində olan kiçik əmgəklər bağlanlr. Alın və təpə sümükləri arasında olan böyük əmgək isə uşagın 12-15 ayında bağlanlr.

Ədəbiyyat:N. Tağıyev “Neonatologiya” “Bakı”2007 səh 66
487. Uşaqlarda gecə sidiyi saxlaya bilməmək necə adlanır ?

A) Proteinuriya

B) Anuriya

C) Oliqouriya

D) Enurez

E) Qlükozuriya



Gecə sidiyi saxlaya bilməmək-enurez ən cox məktəbəqədər bəzən yeniyetmə dövrundə oğlanlarda daha çox baş verir. Enurezin əmələ gəlməsində böyrək xəstəlikləri və sinir sistemi tərəfindən psixi travma qorxu və s.səbəb ola bilər.

Ədəbiyyat:A.A.Əyyubova –Uşaq xəstəlikləri. Bakı. 2008,səh 269
488. Meyvə şirəsi uşağa nə vaxt verilir?

A) Ancaq gecə

B) Yeməkdən qabaq

C) Yemək vaxtı

D) Yeməkdən sonra

E) Səhər tezdən



İnkişafda olan uşaq orqanizmini vitaminlərlə təmin etmək və həzmi yaxşılaşdlrmaq ücün meyvə şirəsi verilir. Yaxşı olar ki ,meyvə şirəsi uşağa yeməkdən sonra verilsin.

Ədəbiyyat:N. Tağıyev “Neonatologiya” “Bakı”2007 səh 75


489. Uşağı döşdən nə zaman ayırmaq məsləhətdir?

A) Uşaq xəstələndikdə

B) İlin isti aylarında

C) Yoluxucu xəstəliklə kontaktda olduqda

D) İlin soyuq aylarında

E) Uşağın çəkisi artmadıqda



Uşağın düzgün inkişafı üçün onu tələb olunan miqdarda qidalandırmaq lazımdır. Bunun ücün ən əlverişli üsul ana südüdür. Ana südü keyfiyyətcə dəyişir,1,5-2 yaşında uşağı döşdən ayırmaq lazım gəlir. Uşağı döşdən ilin soyuq vaxtı ayırmaq olar.

Ədəbiyyat:N. Tağıyev “Neonatologiya” “Bakı”2007 səh 75
490. Anada hipoqalaktiya olarsa ilk növbədə nə etməlidir?

A) Qidasında zülalı artırmalı

B) Maye qəbul etməməli

C) Uşağı əmizdirmədən 20 dəq əvvəl maye qəbul etməli

D) Qidasında yağı azaltmalı

E) Vitaminlər qəbul etməli



Ana kefiyyətli qidqlandıqda onun südündə uşaq orqanizminə tələb olunan miqdarda vitaminlər olur.Anada süd az olduqda (hipoqalaktiya) isə uşaq ac qalır,çəkisi az artır.Bu zaman anada laktasiyanı artırmaq üçün ilk növbədə ana uşağı yedizdirmədən 20 dəqiqə əvvəl maye qəbul edir. Ədəbiyyat:N. Tağıyev “Neonatologiya” “Bakı”2007 səh 76
491. Neçə həftəliyində doğulmuş uşaq vaxtında doğulmuş hesab edilir?

A) 32-34


B) 28-30

C) 38-42


D) 35-37

E) 38-39


Vaxtında doğulmuş uşaq ana bətnindəki inkişafın 38-42 həftəsini keçirmiş, funksional cəhətcə yetişmiş uşaqdır.Bu uşaqların çəkisi 3500-2400 qram arasında,boyları isə 48-52 sm arasında olur.

Ədəbiyyat:Л.А.Исаева.Л.А.Баженова Детские болезни. Москва 1986 стр 37.
492. Uşaq neçə aylığında başını saxlaya bilir?

A) 7-8


B) 3-4

C) 5-6


D) 1-2

E) 9-10


Fiziki və sinir-psixi normal sağlam inkişaf etmiş sağlam uşaq artıq 1-2 aylığında başını saxlamağa başlayır. 2 aylığında isə uşağı vertikal vəziyyətdə tutduqda başını

yaxşı saxlayır.

Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. Москва 1986 стр 26.

493. Uşaq necə ayında sərbəst oturur?

A) 4-5


B) 2-4

C) 6-7


D) 8-9

E) 10-11


Sağlam uşaq 6-7 aylığında sərbəst oturur,iməkləməyə başlayır.Sərbəst və asanlıqla qarnı üstündən arxası üstə cevrilir.

Ədəbiyyat:Л.А.Исаева.Л.А.Баженова Детские болезни. Москва 1986 стр 28.
494. Südəmər uşaqlarda bir dəqiqədə tənəffüsün sayı necədir?

A) 25-30


B) 20-25

C) 30-35

D) 35-40

E) 40-45


Südəmər uşaqlarda tənəffüsü uşaq yatdıqda və ya sakit vəziyyətdə olduqda sayırlar. Uşaqlarda tənəffüs qarışıq tipli olur. Südəmər uşağın tənəffüsünün sayı bir dəqiqədə 30-35 olur.

Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. Москва 1986 стр 59.
495. Döş kifozu uşağın hansı ayında baş verir?

A) 7


B) 3

C) 6


D) 9

E) 12


Uşaqların sümüyü böyüklərinkinə nisbətən elastiki,yüngül olur, təzyiqin təsirindən tez əyilərək formasını dəyişir.Bu səbəbdən də uşaq 6 aylığında oturmağa başlayır və bu vaxt uşaqda döş kifozu əmələ gəlir.

Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. Москва 1986 стр 50.
496. Yenidoğulmuşlarda nəbzin tezliyi bir dəqiqədə neçə olur?

A) 130-140

B) 70-80

C) 90-100

D) 110-120

E) 140-150



Uşaqlarda yaxşı olar ki,nəbz tənəffüslə yanaşı sayılsın. Nəbzin tezliyini saymaq ücün uşaq sakit vəziyyətdə olmalı və ya yatmalıdır.Yenidoğulmuşlarda nəbzin tezliyi bir dəqiqədə 110-120 vurğu olur.

Ədəbiyyat:

Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. Москва 1986 стр67.

497. Uşaqlarda süd dişlərinin sayı hansı formula əsasə təyin olunur?

A) n-2


B) n-1

C) n-4


D) n-3

E)n-5


Uşaqlarda süd dişləri 6-7 aylığından çıxmağa başlayır.12 ayında uşağın neçə dişi olduğunu n-4 folmulundan istifadə edərək tapa bilərik(n-ayların sayıdır) 12-4=8. Deməli 12aylıq uşağın 8 dişi olur.

Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова. Детские болезни. Москва 1986 стр50

.

498. Uşaqlar süd dişlərini hansı yaşda dəyişməyə başlayır?

A) 9-10

B) 2-5


C) 7-8

D) 5-7


E) 10-11

Sağlam uşaqlarda süd dişləri uşağın 6-7 aylığından çıxmağa başlayır. 5-7 yaşında isə uşaq artıq süd dişlərini dəyişməyə başlayır.

Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. Москва 1986 стр50.
499. Normal çəkili sağlam uşağa birinci əlavə yemək olaraq nə verilir?

A) düyü həlimi

B) meyvə şirəsi

C) kefir


D) mannı sıyığı

E) tərəvəz püresi



Əlavə yemək uşağa böyüməkdə olan uşaq orqanizminin zülallara,yağlara,karbohidratlara olan tələbatını ödəmək üçün verilir.Birinci əlavə yemək uşağa 5 aylığından tərəvəz püresi şəklində verilir.

Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. Москва 1986 стр104
500. İkinci əlavə qida kimi uşağa nə verilir?

A) kefir


B) meyvə şirəsi

C) tərəvəz püresi

D) südlü sıyıq

E) düyü həlimi



İkinci əlavə qida uşağa 6 aylığından verilir. Bu zaman ikinci əlavə qida kimi südlü sıyıqdan istifadə olunur.

Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. 986 стр105
501. Süni qidalanan uşağa ana südünü əvəzedici kimi nə vermək olar?

A) meyvə şirəsi

B) tərəvəz püresi

C) südlü qarışıqlar

D) kefir

E) düyü həlimi



Südlü qarışıqların tərkibi ana südünə yaxınlaşdırılmış olur və uşaq orqamizminin tələbatını ödəyir.Ona görə də ana südü catışmadıqda südlü qarışıqlardan istifadə edilir.

Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова . «Детские болезни». 986 стр108
502. Şəkərli diabetlə xəstə olan uşağın qidasından nə çıxarılır?

A) banan


B) konfet

C) yağsız ət

D) kefir

E) qarabaşaq



Şəkərli diabet zamanı pəhriz əsasdır.Pəhriz elə olmalıdır ki,uşağın fizioloji tələbatını ödəsin.Şəkərli diabet zamanı qanda şəkərin miqdarını artırmamaq məqsədilə uşağın qidasından konfet clxarılır.

Ədəbiyyat: ЛА.Исаева, Л.А.Баженова, «Деские болезни», Москва 1986 стр449
Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin