Bölmə I göstərilənlərdən hansı poliklinika tibb bacısının vəzifəsi


Uşaqda III dərəcəli hipotrofiyada çəki itkisi neçə % təşkil edir?



Yüklə 1,55 Mb.
səhifə14/25
tarix29.12.2016
ölçüsü1,55 Mb.
#3865
1   ...   10   11   12   13   14   15   16   17   ...   25

551. Uşaqda III dərəcəli hipotrofiyada çəki itkisi neçə % təşkil edir?

A) 30-40%

B) 10-15%

C) 15-20%

D) 20-25%

E) 25-30%



III dərəcəli hipotrafiyada çəki 30-40% itir. Buna distrofiya da deyilir. Belə uşaq çox passiv olur, qan azlığı, dəri və selikli qişaların avazıması olur, immunitet çox, zəifləyir ,uşaq tez-tez xəstələnir, İnfeksiyalara tez yoluxur. Bütün bədəndə piy qatı azalmış olur.

Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 86
552. Südəmər uşaqda qazanılma hipotrofiyanın əsas səbəbi hansıdır?

A) Ananın papiros çəkməsi

B) Ananın spirtli içki qəbul etməsi

C) Anada süd azlığı – hipoqalaktiya

D) Vitamin çatışmazlığı

E) Pis qulluq



Hipotrofiya arıqlamadır, səbələri müxtəlifdir. Pis qidalanma, pis qulluq, xroniki xəstəliklər və s. Əsas səbəblərdən biri anada, süd azlığı- hipoqalaktiyadır.

Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 90
553. Aşağıdakılardan hansı xromosom xəstəliyidir?

A) Piylənmə

B) Fenilketonuriya

C) Daun xəstəliyi

D) Şəkərli diabet

E) Şəkərsiz diabet



Daun autosom tipli irsi xromosom xəstəliyidir. Xəstəlik 15,21,22-ci xromosomlarda olan patologiya ilə əlaqədar olaraq əmələ gəlir. Bu xəstəliyin xarakterik simptomları olur. Belə uşaqların boyu qısa, gözləri xırda, qulaqları qeyri simmetrik, ağızı yarım açıq, başı böyük olur. Ağıl zəifliyi xəstəliyin xarakterik əlamətidir.

Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 səh 352
554. Təbii qidalanan sağlam uşağa əlavə qida hansı aydan verilir?

A) 9


B) 8

C) 6


D) 10

E) 3


6 ay uşağın qida təlabatını ana südü tam ödəyir. Sonra orqanizmin təlabatı artdığı üçün ana südü ilə bərabər uşağı 6-cı aydan əlavə qidalar da verilir.

Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни», Москва 1986 стр. 99
555. Hansı çəkidə doğulan uşaq vaxtından əvvəl doğulmuş sayılır?

A) 3000 qr

B) 2800 qr

C) 2500 qr

D) 4000 qr

E) 2700 qr



Vaxtından əvvəldoğulmuş uşağın çəkisi 2500 və ondan az olur. Bunun əsas səbəbi hamiləlik dövrünün başa çatmamasıdır. Çünki hamiləliyin axırıncı 2 ayında dölün ana bətnində fiziki cəhətdən böyüməsi başa çatır.

Ədəbiyyat: N. Tağıyev Neonatologiya” Bakı, 2007 səh 125
556. Uşaqda burun – udlaq keçəcəyinin iltihabı necə adlanır?

A) Laringit

B) Rinit

C) Nazofaringit

D) Traxeit

E) Faringit



Uşaqda burun udlaq keçəcəyinin iltihabı nazofaringit adlanır. Anatomik fizioloji xüsusiyyətə görə burunda iltihab olduqda prosesə burun udlaq keçəcəyi də qoşulur,bu səbəbdən də uşaqlarda nazofaringitə çox rast gəlinir.

Ədəbiyyat: A.A. Əyyubova, “Uşaq xəstəlikləri” “Bakı”2008 səh 202
557. Uşaqda bronxial astma nə ilə xarakterizə olunur?

A) Göyərmə ilə

B) Qıcolma ilə

C) Təngnəfəsliklə

D) Yüksək hərarətlə

E) Boğulma tutması ilə



Bronxial astma infeksion allergik xəstəlikdir. Xəstəlik zamanı bronxlarda spazm baş verir, xəstədə nəfəsvermə aktı çətinləşir.bu da boğulma tutmalarına səbəb olur.

Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri”, Bakı-2008, səh 190
558. Südəmər uşaqda rinit daha çox aşağıdakı hansı ağırlaşmanı əmələ gətirə bilər ?

A) Angina

B) Asfiksiya

C) Otit


D) Yalançı inaq

E) Bronxit



Südəmər yaş dövründə burunla orta qulaq arasında olan Efstax borusu qısa və enli olduğuna görə rinit (burunun selikli qişasının iltihabı) zamanı infeksiya asanlıqla orta qulağa keçərək otit əmələ gətirir.

Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəliklər” “Bakı”2008 səh 180
559. Uşaqda kəskin otitin əsas əlaməti nədir?

A) Sianoz

B) Döş qəfəsində ağrı

C) Öskürək

D) Təngnəfəslik

E) Qulaqda ağrı



Otit orta qulağın iltihabıdır, uşaqlarda infeksiya ən çox yuxarı tənəffüs yollarının iltihabı zamanı orta qulağa keçir. Əsas əlaməti qulaqda ağrıdır.

Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri”, Bakı-2008, səh 191
560. Revmatik poliartitdə hansı oynaqlar daha çox zədələnir?

A) Onurğa sütunu oynaqları

B) Kiçik oynaqlar

C) Döş qabırğa oynaqları

D) Böyük oynaqlar

E) Əl darağı oynaqları



Revmatik poliartitin ən çox oynaqları zədələyir.Revmatik poliartiritdə əsasən böyük oynaqlar zədələnir.

Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri” “Bakı”2008 səh 228
561. Uşaqda ac qarına selikli və turş iyli qusma hansı xəstəlikdə çox olur?

A) Mədə xorasında

B) Pieloneftitdə

C) Kəskin qastritdə

D) Pankreatitdə

E) Enterokolitdə



Qastrit mədənin selikli qişasının iltihabıdır. Qastrit zamanı mədənin selik ifrazı çoxalır, turşuluq pozulur və qidanın həzmi çətinləşir. Xəstəliyin ən xarakterik simptomu selikli və turş iyli qusmadır.

Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri””Bakı” 2008 səh 82
562. Qızılca zamanı səpgi neçəngi gün əmələ gəlir?

A) 1-2


B) 2-3

C) 4-5


D) 5-6

E) 7-8


Qızılca kəskin infeksion xəstəlikdir. Xəstəlik kataral əlamətlərlə başlayır.. 4-5-ci gün səpgi əmələ gəlir.

Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр. 488
563. Epidemik parotitin törədicisi nədir?

A) Göbələk

B) Bakteriya

C) Virus

D) Bağırsaq çöpləri

E) Salmonellalar



Epidemik parotit kəskin infeksion xəstəlikdir. Əsas iltihabi proses qulaqdibi vəzilərdə gedir, törədicisi viruslardır.

Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 503
564. Hepatit B-nin infeksiya mənbəyi hansıdır?

A) Virisdaşıyıcı

B) Xəstə

C) Virusdaşıyıcısı və xəstə

D) Xəstə heyvan

E) Sağlam daşıyıcılar



Hepatit B infeksion xəstəlikdir. Xəstəlik əsasən parenteral yolla yoluxur.İnfeksiya mənbəyi isə xəstə insanlardır.

Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 547
565. Vərəm çöpləri orqanizmə hansı yolla daxil olur?

A) Dəri ilə

B) Ağız boşluğu ilə

C) Yuxarı tənəffüs yolları ilə

D) İnyeksion yolla

E) Hematogen yolla



Vərəm xroniki infeksion xəstəlikdir. İnfeksiya mənbəyi xəstə insan və xəstə heyvandır. Törədicisi vərəm çöpləridir. Yuxarı tənəffüs yolları ilə yoluxma baş verir.

Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 248
566. Uşaqda vərəmin ən çox zədələdiyi orqan hansıdır?

A) Qaraciyər

B) Sümük və oynaqlar

C) Böyrəklər

D) Ağciyər

E) Dəri və selikli qışalar



Vərəm infeksion xəstəlikdır. Xəstəlik hava-damcı yolu vasitəsilə - yuxarı tənəffüs yolları ilə yoluxur. Ən çox zədələndiyi orqan ağciyərlərdir.

Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 249
567. Südəmər uşağa əlavə qidanın verilməsində məqsəd nədir?

A) Böyüyən orqanizmin qida təlabatını ödəmək

B) Böyüyən orqanizmin yağa olan təlabatını ödəmək

C) Böyüyən orqanizmin karbohidrata olan təlabatını ödəmək

D) Böyüyən orqanizmin duza olan təlabatını ödəmək

E) Böyüyən orqanizmin vitaminlərə olan təlabatını ödəmək



Südəmər uşaq 6 ay ana südü ilə qidalanır. Ana südü uşağın bütün qida inqridientlərinə olan təlabatını ödəyir.6 aydan sonra isə böyüyən orqanizmin qida təlabatını ödəmək üçün uşağa əlavə qida təyin edilir.

Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни», Москва 1986 стр 100
568. Yenidoğulmuşlarda boyun orta uzunluğu neçə sm təşkil edir?

A) 55-60


B) 4-45

C) 50-55


D) 48-52

E) 40-42


Vaxtında yenidoğulan uşaqda boyun uzunluğu 45 sm-dən yuxarı 48-50-52 sm təşkil edir ki, bu yenidoğulmuşa məxsus normal boy hesab edilir.

Ədəbiyyat: N. Tağıyev” Neonatologiya “Bakı”2007 səh 39


569. Südəmər uşağı meyvə şirəsi əsasən nə ilə təmin edir?

A) Su ilə

B) Yağla

C) Zülalla

D) Karbohidratla

E) Vitaminlərlə



Südəmər uşağa meyvə şirəsi 2-3 aylığından verilir. Meyvə şirəsi uşağı daha çox vitaminlərlə təmin edir.

Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 101
570. Südəmər uşağı yumurta sarısı əsasən nə ilə təmin edir?

A) Zülalla

B) D vitamini ilə

C) Yağla


D) Karbohidratla

E) Duzlarla



Yumurta sarısı uşağı əsasən D vitamini ilə təmin edir.

Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 101
571.Uşağın qanında şəkəri yoxlamaq üçün qan nə vaxt götürülür?

A) Qidalanmadan15 dəq sonra

B) Yeməkdən sonra

C) Qida qəbulundan asılı olmayaraq

D) Acqarına

E) Qidalanmadan 1 saat sonra



Qanda şəkəri yoxlamaq üçün qan səhər acqarına barmaqdan göturülür. Çünki, qidalanmadan sonra qanın tərkibi bir qədər dəyişə bilər və nəticə düzgün olmaz.

Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri”, Bakı-2008, səh 333
572. Zimnitski sınağında sutkalıq sidik neçə saatdan bir yığılır?

A) 2


B) 5

C) 3


D) 4

E) 6


Zimnitski sınağı böyrək xəstəlikıərində aparılan ən dəqiq sınaqlardan biridir.

Bunun üçün sutkalıq sidik hər 3 saatdan bir yığılır.Yığılmış sidiyin xüsusi çəkisi,gecə və gündüz sidiyinin fərqi və sutkalıq sidiyin miqdarı təyin edilir.

Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri” “Bakı” 2008 səh 267

573. Qastroenterit zamanı mədənin yuyulmasında məqsəd nədir?

A) Mədənin funksiyasını normallaşdırmaq

B) Bağırsağın funksiyasını normallaşdırmaq

C) Toksinin bədəndən xaric edilməsi

D) Ağrını azaltmaq

E) Köpü azaltmaq



Qastroenterit mədə və nazik bağırsağın müştərək iltihabı olub, müxtəlif zəhərlənmələr nəticəsində əmələ gəlir. Bu zaman mədənin yuyulmasında məqsəd toksini bədəndən tez xaric etməkdir.

Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri” Bakı”2008 səh 88
574.Neçənci ayında uşaq anasını başqalarından seçir?

A) 5-ci


B) 2-ci

C) 4-cü


D) 6-cı

E) 7-ci


Uşaq anadan olandan sonra xarici mühiti hiss orqanları vasitəsilə qavramağa başlayır. Məs: eşitmə,görmə, qoxu dad bilmə və s. Qoxu hissiyyatı 4-cü aydan əmələ gəlir və uşaq anasını iyinə görə tanıyır, başqalarından seçir.

Ədəbiyyat: N. Tağıyev” Neonatologiya “”Bakı”2007 səh 42
575. Uşaqlarda helmintozun törədicisi nədir?

A) Stafilakoklar

B) Bakteriyalar

C) Parazit qurdlar

D) Streptokoklar

E) Göbələklər



Helmintoz uşaqlar arasında çox təsadüf edilən xəstəlikdir. Törədicisi parazit qurdlardır. Qurdlar orqanizmə gigiyenik qaydalara riayət etmədikdə daxil olur. Çirklənmiş qida, meyvə- tərəvəz, qaynanmamış su ilə yoluxma baş verir.

Ədəbiyyat:

Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 586
576. Südəmər uşağın qida rasionuna ət qiyməsi nə vaxt daxil edilir?

A) 4-cü aydan

B) 12-ci aydan

C) 9-cu aydan

D) 6-cı aydan

E) 5-ci aydan



Uşaq böyüdükcə onun qida rasionu dəyişir, orqanizmin təlabatı artır.

Ona görə də uşağın qidası müxtəlif tərkibli olmalıdır. 9-cu aydan uşağın qidasına ət qiyməsi daxil edilir.

Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 102
577. Südəmər uşağa əlavə qida nə vaxt verilir?

A) Əmizdirmədən sonra

B) Əmizdirmələr arası

C) Əmizdirmədən əvvəl

D) Bir əmizdirmə əvəz edilir

E) Əmizdirmədən 1 saat sonra



Uşağa əlavə qida onu qidalanma ilə tam təmin etmək üçün verilir. Əlavə qida əmizdirmədən əvvəl məsləhət görülür, çünki döş əməndən sonra uşaq əlavə qida almaqdan imtina edir.

Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 105
578. Uşaqda bağırsaq keçməməzliyinə nə səbəb olur?

A) Enterebioz

B) Trixosefalyoz

C) Askaridoz

D) Lyamblioz

E) Eşerixioz



Uşaqda çox təsadüf edilən askarid qurdunun uzunluğu 20-25 sm qədər olur. Qurdun süfrəsi bağırsaq divarından qana keçir bədəndə miqrasiya edərək bir sıra ağırlaşmalar verə bilər. Bəzən də qurdun özü bağırsaqda yığılaraq bağırsaq keşməməzliyinə səbəb olur.

Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 586
579.Uşaqlarda sidiyin ümumi müayinəsi üçün hansı sidik götürülür?

A) Gecə sidiyi

B) İlk sidik

C) Sidiyin orta porsiyası

D) Sutkalıq sidik

E) Son sidik



Uşaqda sidik götürməzdən əvvəl çalışmaq lazımdır ki, götürülən sidiyə heç nə qarışmasın, sonra ilk sidik atılır, orta porsiya müayinə üçün götürülür.

Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008”Bakı” səh 270
580.Dəri bişməcəsinin profilaktikası üçün dəri nə ilə təmizlənir?

A) Spirtlə

B) Furasilinlə

C) Yodla


D) Steril bitki yağı ilə

E) Fizioloji məhlulla



Körpə uşağa düzgün qulluq etmədikdə büküşlərdə və sağrıda bişməcələr əmələ gəlir. Onun olmaması üçün uşağın dərisini hər gün steril bitki yağı ilə silmək lazımdır.

Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” 2007 səh 175
581. Yenidoğulmuşlarda dəri bişməcələrinin səbəbi nədir?

A) Bədənin qızması

B) İnfeksiya

C) Bədənin soyuması

D) Pis qulluq

E) Dərinin quruması



Yenidoğulmuşun dərisi yumşaq və yağlı olur, ona görə uşağın dərisini təmiz və quru saxlamaq lazımdır. Yenidoğulmuşun dərisinə pis qulluq etdikdə dəri bişməcəsi əmələ gəlir.

Ədəbiyyat: N. Tağıyev “Neontologiya” 2007 səh 178
582. Yenidoğulmuşlarda tərliliyin səbəbi nədir?

A) Dərinin zədələnməsi

B) Uşağın soyuq saxlanılması

C) İnfeksiya

D) Uşağın isti saxlanılması

E) Dərinin silinməsi



Yenidoğulmuşa pis qulluq etdikdə,uşağı çox isti saxladıqda dəridə tərlilik (dəridə səpgili qızartı) əmələ gəlir.

Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” 2007 səh 52
583. Uşaqda mədənin təcili yuyulmasına göstəriş nədir?

A) Pankreatit

B) Mədə qanaxması

C) Yemək borusu qanaxması

D) Xolesistit

E) Qida zəhərlənməsi



Qida zəhərlənməsi mədənin təcili yuyulmasına göstərişdir. Qida zəhərlənməsinə səbəb mikrobun toksinidir. Toksini isə bədəndən tez xaric etmək lazımdır.

Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 90
584. Kəskin böyrək ağrısında yardım üçün hansı preparatdan istifadə edilir?

A) Laziks

B)Aspirin,Analgin
C) Dibazol, Adrenalin

D) Dimedrol ,Prednizolon

E) Noşpa, Baralgin

Kəskin böyrək ağrısında spazmı aradan qaldırmaq üçün noşpa və baralgindən istifadə olunur.Bu preparatlar spazmı və ağrını tez aradan qaldırır.

Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 270
585.Yeni doğulmuşa hansı hepatitə qarşı peyvənd vurulur?

A) Hepatit C

B) Hepatit A

C) Hepatit B

D) Hepatit E

E) Hepatit D



Yenidoğulmuşlara doğuşdan sonrakı ilk 12 saat ərzində pepatit B-yə qarşı peyvənd budun ön səthinə dəri altına vurulur.

Ədəbiyyat: Təcrübədə immunlaşdırma Modul 2 Bakı 2008
586.Profilkatik peyvənd hansı otaqda vurulmalıdır?

A) Palatada

B) Sarğı otağında

C) Prosedur otağında

D) Peyvənd otağında

E) Qəbul otağında



Profilaktik peyvəndlər infeksion xəstəliklərin qarşısını almaq üçün,infeksiyanın yayılmaması üçün peyvənd ancaq peyvənd otağında vurulur.

Ədəbiyyat: “Təcrübədə immunlaşdırma “Modul 1 Bakı 2008,səh 15
587.Salmonelyozun yoluxma mənbəyi hansı ola bilər?

A) İnsan


B) İnfeksiyalaşmış qida və su

C) Heyvan

D) Çirkli əşyalar

E) Çirkli əl



Salmonelyoz infeksion bağırsaq xəstəliyidir, törədicisi salmonellalardır. İnfeksiya mənbəyi yoluxmuş qida və sudur.

Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 562
588. Uşaqlarda mədənin yuyulmasına əks göstəriş nədir?

A) Spirtlə zəhərlənmə

B) Qida zəhərlənməsi

C) Dərman zəhərlənməsi

D) Mədə qanaxması

E) Hidrogen peroksidlə zəhərlənmə



Müxtəlif mənşəli zəhərlənmələrdə, kəskin qastritdə - uşaqda tez-tez qusma , qaytarma olan hallarda ilk yardım mədənin yuyulmasıdır. Mədə qanaxması zamanı mədənin yuyulması əks göstərişdir.

Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 91
589.Yenidoğulmuşun dərisinin ilkin təmizlənməsi necə aparılır?

A) 2%-li yodla

B) Steril bitki yağı ilə

C)5%-li kalium permanqanatla

D)70%-li spirtlə

E) Furasilinlə



Yenidoğulmuşun dərisi çox zərif və incə olduğu üçün tez zədələnə bilir. Ona görə yenidoğulmuşun dərisini steril bitki yağı ilə təmizləmək məsləhətdir.

Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” “Bakı”2007 səh 60
590 . Yenidoğulmuşlarda Apqar şkalası ilə nə qiymətləndirilir?

A) Reflekslər, tənəffüs fəaliyyəti

B) Dərinin rəngi , reflekslər

C) Ürək fəaliyyəti, tənəffüs fəaliyyəti, dərinin rəngi, reflekslər

D) Əzələ tonusu, ürək fəaliyyəti

E) Uşağın ümumi vəziyyəti



Uşaq doğularkən onun vəziyyətini qiymətləndirmək üçün Apqar şkalasından istifadə olunur. Bu zaman uşaqda ürəyin fəaliyyətinə, tənəffüsün tezliyinə, dərinin rənginə, əzələ tonusu və reflekslərə fikir verilir. Hər əlamətə 2 bal verilərək uşağın vəziyyəti qiymətləndirilir.

Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” Bakı”2007 səh 48
591. Uşaqda minimal təzyiq maksimal təzyiqin hansı hissəsini təşkil edir?

A) 1/5-10

B) 1/3+20

C) ¼+10


D) 1/2+10

E) ½+20


Uşaqda ürək damar sisteminin fizioloji xüsusiyyəti olaraq minimal qan təzyiqi maksimal təzyiqin yarısını təşkil edir. Maksimal təzyiq qanı aortaya ötürməsi, minimal təzyiq ürəyin qan alması zamanı yaranır.

Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 68
592. Südəmər yaşda süni qidalanmaya keçilməsinə göstəriş nədir?

A) Südün çətin ifraz olunması

B) Ana südünün az olması

C) Ana südünün keyfiyyətsiz olması

D) Ana südünün olmaması

E) Ana südünün çox yağı olması



Südəmər yaşda intensiv böyümə düzgün və keyfiyyətli qidalanmaya əsaslanır. Ən dəyərli qidalar bu yaşda ana südüdür. Ancaq ana südü müəyyən səbəblərdən olmadıqda uşağın qida inqridientlərinə olan təlabatını ödəmək üçün ana südünə uyğun olan südlü qarışıqlardan- adaptasiya olunmuş qidalardan istifadə olunur . Buna göstəriş ana südünün olmamasıdır.

Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 156
593. Selikli qanlı nəcis hansı xəstəlik üçün xarakterdir?

A) Enterovirus infeksiyası

B) Salmanelloz

C) Eşerixioz

D) Dizenteriya

E) Enterit



Dizenteriya bağırsaq infeksiyasıdır. Xəstəliyin əsas əlaməti selikli, qanlı nəcis ifrazı, qusma,tenezmlərdir.Xəstəlik zamanı yoğun bağırsağın selikli qişasında iltihabı proses olur, xoralar əmələ gəlir ,bu da selikli qanlı nəcis ifrazına səbəb olur.

Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 558
594. Eskikoz və toksikiz hansı infeksion xəstəlik üçün xarakterikdir?

A) Eşerixioz

B) Skarlatina

C) Difteriya

D) Dizenteriya

E) Salmanelyoz



Dizenteriya infeksion bağırsaq xəstəliyidir. Xəstəliyin xarakterik simptomu qusma,ishal,qarında tutma şəklində ağrılardır. Qusma və ishal nəticəsində bədən çoxlu su itirir – eksikoz əmələ gəlir.

Ədəbiyyat:Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни», Москва 1986 стр 565
595. Uşaqda sutkalıq sidiyin azalması necə adlanır?

A) Poliuriya

B) Anuriya

C) Oliqouriya

D) Hematuriya

E) Dizuriya



Sidik ifrazat orqanlarənən xəstəlikləri zamanı sidik ifrazının pozulması xarakterik əlamətdir. Xəstəlik zamanı böyrəyin süzmə qabiliyyəti pozulur və sidik ifrazı azalır. Oliqouriya əmələ gəlir.

Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 270
596. Tibb müəssisələrində,hepatit B və C–nin yoluxma yolları hansılardır?

A) Fekal – oral

B) Enteral

C) Parenteral

D) Kontakt-məişət

E) Hava-damcı



İnfeksiyalar orqanizmə müxtəlif yollarla (hava damcı,kontakt, fekal-oral və s.yollarla ) daxil olur. Yuxarıda qeyd edilən infeksiyaların isə ən əsas yoluxma yolu parenteral yoluxmadır.(inyeksiya vasitəsi ilə). İnyeksiya edərkən aseptika və antiseptika qaydalarına tibb bacısı tərəfindən çox ciddi əməl edilməlidir. Aseptika və antiseptika qaydalarına tibb bacısı tərəfindən əməl edilmədikdə Hepatit B və Hepatit C –yə yoluxma baş verə bilər.

Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 548
597. Ana südü uşağı lazımı qida maddələri ilə neçə aya kimi təmin edir?

A) 3-4 aya

B) 7-8 aya

C) 5-6 aya

D) 1-2 aya

E) 8-10 aya



Ana südü uşaq orqanizminin təlabatını 5-6 ay təmin edir. Ancaq uşaq orqanizmi sürətlə böyüdüyü üçün 5-6-cı aydan sonra uşağın təlabatını ana südü tam ödəyə bilmir, ona görə də uşağa əlavə qida təyin edilir.

Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 103
598. Südəmər uşağın doyuzdurulmasına göstəriş hansıdır?

A) Hipotrofiya

B) Qaytarma

C) Hipoqalaktiya

D) Atrofiya

E) Distrofiya

Hipoqalaktiya anada süd azlığıdır. Ona görə uşağın sutkalıq südə olan təlabatı ödənilə bilmir və çəki pis artır. Hipiqalaktiya- süd azlığı uşağı doyuzdurmağa göstəriş sayılır.

Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 104


599. Təmizləyici imalə edilərkən yenidoğulmuşun vəziyyəti necə olmalıdır?

A) Yanı üstə

B) Sol böyrü üstə

C) Sağ böyrü üstə

D) Kürəyi üstə

E) Qarnı üstə



Yenidoğulmuşun bağırsağını təmizləmək üçün onu kürəyi üstə uzandırıb ayaqlarını yuxarı qaldırmaqla təmizləyici imalə edilir.

Ədəbiyyat: N.Tağıyev «Neonatologiya», Bakı- 2007, səh 75
600.Yenidoğulmuşda bişməcə bədənin hansı hissələrində müşahidə edilir?

A) Əlin içində

B) Başın tüklü hissəsində

C) Bütün bədəndə

D) Təbii büküşlərdə və sağrıda

E) Üzdə


Yenidoğulmuşun dərisi zərif və incə olub,piy vəziləri də yaxşı inkişaf etmiş olur. Dəri bişməcələri uşağı gec-gec çımizdirdikdə, isti saxladıqda əmələ gəlir .Ona görə də uşağa düzgün gigiyenik qulluq edilməlidir.

Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” “Bakı”2007 səh 175

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin