Bölmə I göstərilənlərdən hansı poliklinika tibb bacısının vəzifəsi


Kəsilmiş təzə yaranın ən təhlükəli simptomu hansıdır?



Yüklə 1,55 Mb.
səhifə16/25
tarix29.12.2016
ölçüsü1,55 Mb.
#3865
1   ...   12   13   14   15   16   17   18   19   ...   25

649. Kəsilmiş təzə yaranın ən təhlükəli simptomu hansıdır?

A) Demarkasiya xətti

B) Yara ətrafında suluqlar

C) İltihab

D) Qanaxma

E) İkincili nekroz



Yaranın 3 əsas yerli simptomu var: ağrı, qanaxma və yara ağzı. Lakin ən təhlükəli simptom qanaxma hesab edilir.

Ədəbiyyat:B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 312
650.Cərrahi əməliyyatlar zamanı drenajlar nə üçün qoyulur?

A) Epitelizasiyanı sürətləndirmək üçün

B) Qanaxmanı dayandırmaq üçün

C) Yara ifrazatını çıxarmaq üçün

D) Yaranı təftiş etmək üçün

E) Çapıq əmələ gəlməsi üçün



Drenajlar irinli yaraların müalicəsində yerli müalicə vasitəsi kimi işlədilir. Məqsəd yaraya drenaj qoymaqla qranulyasiyanın əmələ gəlmə prosesini sürətləndirməkdir.

Ədəbiyyat:B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 322
651. I-II dərəcəli termiki yanıq zamanı həkiməqədərki yardım hansıdır?

A) Süni ağciyər aparatına qoşma və ürəyin masajı

B) Tənəffüsü yaxşılaşdırmaq üçün analeptiklər yeritmək

C) Yanıq sahəsindən yuxarıda turna qoymaq

D) Aseptik sarğı qoyub,təcili yardım çağırmaq

E) Antibiotiklər yeritmək



I-II dərəcəli yanıqlar səthi yanıqlara aiddir. Bütün hallarda fərdi sarğı paketi və ya steril bintlə sarğı qoyulmalıdır. Ətraflarda I-II dərəcəli yanıqlar olduqda 10-15 dəqiqə axar soyuq su altında saxlanmalıdır.

Ədəbiyyat:B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 292
652.Limfadenit aşağıdakılardan hansının iltihabıdır?

A) Piy vəzinin iltihabı

B) Tər vəzilərinin iltihabı

C) Tük follikulunun iltihabı

D) Limfa düyünlərinin iltihabı

E) Oynaqların iltihabı



Limfadenit limfatik vəzilərin iltihabıdır. Xəstədə limfadenit olan ətrafın filliyi (fil ayağı xəstəliyi) başlayır.

Ədəbiyyat:B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 348
653.Yaş qanqrena zamanı ilk tibb yardım hansıdır?

A) Antibiotiklərdən istifadə etmək

B) Spirtli kompreslər qoymaq

C) Təcili hospitalizə etmək

D) Kalium permanqanat məhlulu ilə vanna etmək

E) Qanəvəzedici köçürmək



Yaş qanqrena çox vaxt daxili orqanlarda:boğulmuş yırtıqda, bağırsaq keçməməzliyində, aşağı ətraf qan damarlarının kəskin trombemboliyasında, ağır yaralanmadan ,qan dövranının kəskin pozulmasından sonra əmələ gəlir.Toxumalarda parçalanmış məhsullar orqanizmə sorularaq ağır intoksikasiya törədir ki,bu quru qanqrenada olmur.

Ədəbiyyat:B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 459

654.Məhdud irinlik necə adlanır ?

A) Abses

B) Fistula

C) Yara


D) İnfiltrat

E) Fleqmona



Abses irinləmə deməkdir. Abses məhdudlaşmış iltihabi irinlik olub toxumaların əriyərək əmələ gətirdiyi boşluğun içərisinə irinin dolmasıdır.

Ədəbiyyat:B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 339
655. Əməliyyatdan sonrakı dövr, neçə fazaya bölünür?

A) 2


B) 4

C) 3


D) 5

E) 1


Əməliyyatdan sonrakı dövr 3 fazaya bölünür: 1-ci faza-erkən, 3-5 gün, 2-ci faza-xəstənin stasionardan çıxdığı günə qədər, 3-cü faza əmək qabiliyyəti bərpa olunana qədər olan dövrdür.

Ədəbiyyat:B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 194
656.Əməliyyatdan sonra xəstəyə qulluğun məqsədi nədir?

A) Yaranın infeksiyalaşmasının qarşısını almaq

B) İkincili qanaxmanın qarşısını almaq

C) Əməliyyatdan sonrakı dövrün uzadılması

D) Regenerasiya prosesini sürətləndirmək

E) Hamısı



Tam aseptik şəraitdə toxumalarla ehtiyatlı hərəkət edərək anatomik şərh olunan bu dövr bütövlükdə regenerasiya prosesini sürətləndirməyə yönəldilir.

Ədəbiyyat:B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 196
657.Sınığı təsdiq edən əsas müayinə üsulu hansıdır?

A) Füloroqrafiya

B) USM

C) Angioqrafiya



D) Rentgenoqrafiya

E) Sistoqrafiya



Sınığın diaqnostikası üçün rentgen müayinəsinin(qrafiyanın )2 proyeksiyada olması vacibdir.

Ədəbiyyat:B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 266

658.Qanın laxtalanma müddəti normada neçə dəqiqədir?

A) 5


B) 16

C) 9


D) 10

E) 15


Qanın laxtalanma müddəti normada 5 dəqiqədir. Xəstənin qanı laxtalanmadıqda və ya laxtalanma qabiliyyəti aşağı olduqda qanaxma öz-özünə dayanmır.Bu hemofiliya xəstəliyi olub,yalnız kişilərə məxsus olan xəstəlikdir.qanın laxtalanma qabiliyyətinin aşağı düçməsi virus hepatitinə yoluxmuş xəstələrdə müşahidə edilir.Laxtalanmanın normaya salınması üçün dərmanlardan istifadə edilir.

Ədəbiyyat:H.A.Sultanov,Cərrahiyyə Bakı-1997.Səh.75
659. II dərəcəli donma üçün xarakterik əlamət hansıdır?

A) Bütün dərinin nekrozu

B) Dəri səthinin avazıması

C) Epidermisin nekrozu və suluqların əmələ gəlməsi

D) Bütün toxuma qatlarının və sümüyün nekrozu

E) Dərinin hiperemiyası



Dəri avazıyır, şişir içərisində şəffaf maye olan suluqlar əmələ gəir.Sarğılar gec-gec dəyişilməli, donmuş yerə isidici sarğı qoyulur.

Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 287.
660.Kəllə-beyin travmasının olmasını göstərən əsas simptom hansıdır?

A) Temperaturun yüksəlməsi

B) Xvostek simptomu

C) Retroqrad amneziya

D) Baş ağrıları

E) Hallüsinasiyalar



Kəllə-beyin travmaları arasında ən çox rast gəlinən beyin silkələnməsidir. O yüngül orta, ağır dərəcələrə bölünür. Bütün formalarda xəstənin huşu pozulur. Retroqrad amneziya yaranır. Xəstədə güclü baş ağrıları, qulaqlarında küy, qusma, yuxunun pozulması və s. müşahidə olunur.

Ədəbiyyat:B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh.228
661.Pnevmotoraks nədir?

A) Döş qəfəsinə qanın toplanması

B) Döş qəfəsinə irinin toplanması

C) Döş qəfəsinə havanın daxil olması

D) Döş qəfəsinə mayenin toplanması

E) Hamısı



Döş qəfəsinə havanın daxil olması pnevmotoraks adlanır. Dəri altı küt travmalar zamanı qabırğaların yerini dəyişən qəlpəli sınıqları ağciyər parenximasını və plevranı zədələyir: bu zaman pnevmotoraks əmələ gəlir. Pnevmotoraks 3 formada:qapalı,açıq və qapaqlı (klapanlı) olur.

Ədəbiyyat:B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 233

662. Çanaq sümüklərinin sınığı zamanı ən təhlükəli sınıq hansı hesab olunur?

A) Büzdüm sümüyünün sınığı

B) Çanaq sümüklərinin tamlığının pozulmaması

C) Qasıq qabarının sınığı

D) Oturaq sümüyünün sınığı

E) Çanaq sümüklərinin tamlığının pozulması



Çanaq həlqəsinin tamlığının pozulması ilə nəticələnməyən izolyasiya olunmuş(təcrid edilmiş) sınıqlara əzələlərin birləşdiyi yerdə sümük fraqmentlərinin qopması,qalça sümüyünün qanadının və omanın sınıqları aiddir. Büzdüm fəqərələri hərəkətli olduğundan büzdüm fəqərələrinin sınıqlarına demək olar ki, rast gəlinmir.Çıxıqlarına və burxulmalarına rast gəlinir.

Çanaq həlqəsinin tamlığının pozulması ilə nəticələnən sınıqlar üçün “Həlqə şəklində qoğal “(правило бублика)qaydası səciyyəvidir. “Həlqə şəklində qoğal” ən az 2 yerdən qırılır.Bir tərəfdə qasıq və oturaq sümüklərindən birinin və ya hər ikisinin sınığı varsa onda digər tərəfdə də mütləq çanaq həlqəsinin başqa lokalizasiyalı zədələnməsini(əks tərəfdə ön yarımhəlqənin sümüklərinin zədələnməsi,simfizin və ya oma-qalça bağının cırılması) axtarmaq lazımdır.

Çanaq sümüklərinin (qasıq, oturaq, qalça) həm ayrıca sınıqlarına, həm də bir neçə sümüyün eyni vaxtda sınıqlarına təsadüf edilir. Nəticədə çanağın tamlığı pozulur və çanaqdaxili orqanlar zədələnir.

Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 299
663.Yanığın ən geniş yayılmış növü hansıdır?

A) Yuxarıda sadalananların hamısı

B) Şüa

C) Kimyəvi



D) Elektrik yanıqları

E) Termiki



Termiki yanıqlar isti mayelərdən, qaynar sudan, isti xörəkdən, alovdan, qızmar dəmir parçasından və s. baş verir. Termiki yanıqlardan sonra yanıq xəstəliyi əmələ gəlir.

Ədəbiyyat:B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 293
664. Dəridə suluqların əmələ gəlməsi neçənci dərəcəli yanıq zamanı baş verir?

A) II


B) I

C) III A


D) III B

E) IV


II-dərəcəli yanıqlarda suluqlar əmələ gəlir, içərisində seroz maye olur. Dərinin epidermisi soyulur və arasına seroz maye yığılır. Bu epidermisin yanmasını göstərir.

Ədəbiyyat:B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 292
665. Sınıqların repozisiyası harada və nə vaxt aparılmalıdır?

A) Travma baş verdiyi yerdə

B) Əməliyyat otağında və tez bir zamanda

C) Zərərçəkənin daşınma zamanı

D) İstənilən yerdə və istənilən vaxt

E) Yaxındakı tibb məntəqəsində



Repozisiya-sınmış sümük fraqmentlərinin düzgün vəziyyətdə fiksasiyasından, sınıq sümük parçalarının tam birləşərək döyənək əmələ gələnə qədər yerini sabitləşdirmək deməkdir.

Ədəbiyyat:B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 268

666.Bazu oynağının çıxığında ilk tibbi yardım məqsədilə hansı şina qoyulur?

A) Böler şinası

B) Diterix şinası

C) Kramer şinası

D) Yelanski şinası

E) Ilizarov şinası



Universal pilləli dəmir Kramer şinası immobilizasiya və ətrafa sakitlik vermək üçün işlədilir.

Ədəbiyyat:B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 266
667. Kəllə beyin travmaları zamanı ilk tibbi yardım göstərilərkən xəstə hansı vəziyyətdə olmalıdır?

A) Sol tərəfi üstə uzadılmalıdır

B) Sağ tərəfi üstə uzadılmalıdır

C) Uzadılmış, başı yana əyilmiş vəziyyətdə olmalıdır

D) Xəstəyə oturaq vəziyyət verilməlidir

E) Yarımoturaq vəziyyət verilməlidir



Kəllə-beyin travmaları zamanı xəstəni mütləq arxası üstə uzadır, başını azacıq yuxarı qaldırıb, yana çevirir, qusuntu kütlələri və selikdən boğulmama üçün tədbirlər görülür.

Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 358
668.Donmalar zamanı ilk tibbi yardım nədən ibarətdir?

A) Termoizoləedici sarğı qoymaq

B) Qarla ovuşdurmaq

C) Yun parça ilə ovuşdurmaq

D) Vişnevski məlhəmi ilə sarğı qoymaq

E) Spirtlə ovuşdurmaq



İsti otağa gətirilərək donmuş nahiyəni qızdırmaq (suyun t0-200-dən 370-yə qədər), periferiyadan mərkəzə doğru spirtlə, odekolonla ovmaq, sonra isə pambıqla aseptik sarğı qoymaq lazımdır.

Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 287
669. I, II dərəcəli termiki yanıqlar zamanı ilk tibbi yardım nədən ibarətdir?

A) Suluqları kəsmək

B) Turna qoymaq

C) Vişnevski məlhəmi ilə sarğı qoymaq

D) Aseptik sarğı qoymaq

E) Streptosid tozu səpmək



I, II dərəcəli termiki yanıqlar səthi yanıqlara aiddir. Xəstənin vəziyyəti imkan verərsə 20-30 dəqiqə soyuq su altında saxlamaq, ağrını azaltmaq sonra isə aseptik sarğı qoymaq lazımdır.

Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 282
670.Uzunmüddətli sıxılma sindromu zamanı ilk tibbi yardım nədən ibarətdir?

A) Okkulizion sarğı qoymaq

B) Turna qoymaq və ətrafları isitmək

C) Sıxıcı sarğı qoymaq

D) Turna qoymaq və ətrafları soyutmaq

E) Antiseptiklərlə silib sarğı qoymaq



Əzilmiş yerdən yuxarı, venaları sıxan (çox sıxmaq olmaz) turna qoyulur. Əzilmiş ətraf novokainlə blokada edilib buz qovuğu ilə soyudulur.

Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 346
671. Açıq pnevmatoraks zamanı ilk tibbi yardım nədən ibarətdir?

A) Zərərçəkmişi arxası üstə uzatmaq

B) Dezo tipli sarğı qoymaq

C) Dəri altına 1%-li morfin məhlulu yeritmək

D) Okkulizion sarğı qoymaq

E) Zərərçəkmişi süni tənəffüs aparatına qoşmaq



Açıq pnevmatoraks zamanı hava döş qəfəsinə daxil olub, yaradan da xaric olur. Yara tənəffüsdə iştirak edir. Plevrapulmonal şokun qarşısını almaq üçün, hermetik okkuluzyon sarğı qoyulur.

Ədəbiyyat:B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 235

672. Qabırğaların sınığı zamanı xəstəni hansı vəziyyətdə daşımaq olar?

A) Qarnı üstə uzadılmış

B) Oturaq

C) Yarımoturaq

D) Arxası üstə uzadılmış

E) Sağlam tərəfə uzadılmış



Dartan leykoplastır sarğısı sınmış qabırğalara qoyulur. Eni 5 sm zolaqlar xəstənin nəfəsvermə vəziyyətində onurğa sütunundan başlayaraq öndən orta xəttə qədər qabırğa boyunca qoyulur. Xəstə yarımoturaq vəziyyətdə daşınır.

Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 305
673.Qanın maksimal saxlanma müddəti neçə gündür?

A) 28 gün

B) 14 gün

C) 7 gün


D) 21 gün

E) 16 gün



Konservləşmiş qan 21 günə qədər +4-6º temperaturda saxlandıqda yararlığını itirmir.

Ədəbiyyat:B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 163
674.Donor qanı soyuducuda hansı temperaturda saxlanmalıdır?

A) +17, C0

B) 0, -2 C0

C) -2, -0 C0

D) 4-6 C0

E) 0, -15 C0



Donor qanı, qan əvəzedicilər, zərdab və vaksinlər+ 4-6 C0-də saxlanılır.

Ədəbiyyat:B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 163
675.Aralıq nahiyyəsində hansı sarğı növü istifadə olunur?

A) Sünbülvari

B) Sapandvari

C) T-şəkilli

D) Spiralvari

E) Dairəvi



Aralıq nahiyəsində aparılan əməliyyatlardan sonra, aralıq nahiyəsinin travmalarında və irinli yaraların müalicəsində T-şəkilli sarğı qoyulur.

Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.307
676.Bərk sarğılara hansı sarğı növü aiddir?

A) Kolloid

B) Kleol

C) Yapışqan plastik

D) Gips

E) Torlu elastiki bint



Bədənin sınmış yerinə tam rahtlıq vermək üçün gips sarğılardan istifadə edilir. Ətrafı sabit saxlayır yaraya infeksiyanın düşməsinin qarşısını alır.

Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.312
677. Donor kimə deyilir?

A) Qan köçürülən şəxsə

B) Qanaxmaya meyilli şəxsə

C) Qan azlığı olan şəxsə

D) Qanını və ya orqanını digər insana verən şəxsə

E) İnfuzion maye köçürülən şəxsə



Donor dünyada qəbul edilmiş termindir. Qanını və orqanını verən şəxs donor adlanır.

Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 347
678.Resipient kimə deyilir?

A) Qan köçürülən şəxsə

B) Orqan və ya qanını digər insana verən şəxsə

C) Qan itirməsi olan şəxsə

D) Sağalan şəxsə

E) Qanaxmaya meyilli şəxsə



Resipiyent qan köçürülən insana (şəxsə) deyilir.

Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.346

679.Reinfuziya nədir?

A) Birbaşa qanın köçürülməsi

B) Cift qanının köçürülməsi

C) Konservləşdirilmiş qanın köçürülməsi

D) Auto qanın köçürülməsi

E) Util qanın köçürülməsi



Maksimum bir neçə saat əvvəl xəstənin döş və qarın boşluğuna dolmuş qanın təzədən xəstənin özünə köçürülməsinə reinfuziya deyilir. Heç bir sınaq və müayinə aparılmır . Stabilləşdirmək üçün 1:10 nisbətində 4%-li natrium sitrat əlavə edilir. 8 qat tənzifdən süzülür.

Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.353
680. Aşağıdakı preparatlardan hansı narkozdan əvvəl premidikasiya məqsədilə mütləq işlədilməlidir?

A) 1%-li Lidokain

B) Novokain 0,5%

C) 0.1% -li Atropin

D) 0,005% -li Fentanil

E) 50%-li Analgin



Atropin şirə ifrazını azaldır. Əməliyyatdan əvvəl premedikasiya məqsədilə 0,5-1 ml 0,1%- li atropin məhlulu işlədilir.

Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.314
681.Yumuşaq sarğılara hansı aiddir?

A) İmprovizə olunmuş şinalar

B) Kramer şinası

C) Borulu elastiki bint

D) Gips sarğısı

E) Kleol


Sarğı materialının daha möhkəm və etibarlılığını təmin etmək məqsədilə və dərman maddələrinin yara üzərində saxlanması üçün borulu elastik bint yumşaq sarğı növündən istifadə edilir.

Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.308
682.Aşıq daban oynağının zədələnmələrində hansı sarğı qoyulur?

A) Qayıdan

B) Tısbağavari

C) Səkkizvari

D) Sünbül

E) Spiralvari



Aşıq daban oynağının zədələnmələrində binti səkkiz rəqəmi şəklində dolayaraq oynaqda hərəkətin məhdudlaşdırılmasına nail olunur. Bu sarğı səkkizvari sarğı adlanır.

Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.309
683. Travmalarda ilk yardım məqsədilə yuxarı ətraflara rahatlıq vermək üçün hansı sarğı növündən istifadə olunur?

A) Spiral

B) Ləçəkvari

C) Dezo


D) Sünbül

E) Səkkizvari



İlk yardım zamanı geniş istifadə edilir, habelə bazunu, saidin, biləyin və s. xəstəliklərində yuxarı ətrafa rahatlıq vermək üçün ləçəkvari sarğı işlədilir.

Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.306
684.Orqanizmin soyuğa qarşı ilk reaksiyası özünü necə biruzə verir?

A) Ağrı


B) Temperaturun yüksəlməsi

C) Damarların spazmı

D) Suluqların olması

E) Epidermisin nekrozu



Bədənin həddən artıq soyuması müvafiq nahiyyələrdə ilkin olaraq damarların spazmına səbəb olur.Nəticədə qan dövranı yavaşıyır,kapilyarların iflici yaranır.

Ədəbiyyat:N.P.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.286
685. Filtirli bikslərdə olan sarğı materiallarını sterilizasiyadan sonra maksimum nə qədər saxlamaq olar?

A) 5 gün


B) 10 gün

C) 20 gün

D) 40 gün

E) 6 saat



İkiqat baktreosid filtirləri olan bikslərdə alətlər 20 gün steril qalır.

Ədəbiyyat:S.A.Aqkatseva.Orta tibb təhsilində praktik vərdişlərin öyrədilməsi-1997 (səh.89)

686. Kraft-paketlərdən neçə dəfə istifadə etmək olar?

A) 10


B) 7

C) 2


D) 5

E) 20


Kraft paketlərdən müasir cərrahlıqda alətlərin çeşidlənərək buxarla sterilizasiyasında geniş istifadə olunur.Bunun üçün klinikalarda müasir kraft paket hazırlayan avtomatlaşdırılmış dəzgahlar mövcuddur.Sterilizasiyadan əvvəl indikator lentlər açıq çəhrayı,sterilizasiyadan sonra isə bənövşəyi rəng alır.Kraft paket dəzgahla dört tərəfdən yapışdırılmış halda alətlər 20 gün sterilliyini itirmir.Sterilizasiyaya nəzarət üçün kraft paketlərin kınarlarına indikator lentlər yapışdırılır. Kraft-paketlərdən 5dəfə istifadə etmək olar.

Ədəbiyyat:S.A.Aqkatseva.Orta tibb təhsilində praktik vərdişlərin öyrədilməsi-1997 (səh.89)

687.Əməliyyat blokunun təmizlənməsi zamanı ardıcıllıq necə olmalıdır?

A) Dəhliz

B) Əməliyyat önü otaq

C) Əməliyyat otağı

D) Alətlər yığılan otaq

E) Tibb işçilərinin istirahət otağı



Əməliyyat blokunun gündəlik təmizlənməsində ardıcıllıq ciddi gözlənilməlidir. Beləki, əməliyyat otağından başlamaqla digər yardımçı otaqlar ardıcıllıqla təlimata uyğun təmizlənməlidir.Əməliyyat otağı yığışdırıldıqdan sonra bakteriosid lampalarla şüalandırılması vacibdir.

Ədəbiyyat:M.M.Abakumov.Moskva-1985(səh.98)
688. Sterilizasiyadan əvvəl alətlərdə gizlin qanın olmasını hansı sınaqla yoxlamaq mümkündür?

A) Oberst

B) Zimnitski

C) Mikuliç

D) Benzidin

E) Volkoviç



Sterilizasiyadan əvvəl alətlərdə gizlin qanın olmasını Benzidin sınağını ilə yoxlamaq mümkündür Benzidin sınağını qoymaq üçün 0.5-1%-li benzidin hidroxlorid eyni miqdarda 3%-li hidrogen peroksidlə qarışdırılır.

Ədəbiyyat:M.M.Abakumov.Moskva-1985(səh.60)
689. Jane şprisi hansı məqsədlər üçün işlədilir?

A) Vena daxili inyeksiyalar üçün

B) Dərialtı inyeksiyalar üçün

C) Əzələ daxili inyeksiyalar üçün

D) Boşluqları yumaq üçün

E) Dəri içi sınaq üçün

Tutumu 50-200 ml olan Jane şprisləri mövcuddur.Şprisin bəzilərinin konusu ortada, bəzilərininki isə bir qədər kənarda yerləşir.Konusu kənarda olan şprisləri işlətmək daha rahatdır. Şprislər boşluqları yumaq üçün istifadə edilir.

Ədəbiyyat:M.M.Abakumov.Moskva-1985(səh.31)


690.Endocərrahlıqda işlədilən endoskopik alətlər necə sterilizasiya edilir?

A) Avtoklavda

B) Qaynadılmaqla

C) Soyuq üsulla

D) Alovla

E) Quruducu şkafda



Soyuq qazla optik sistemli endoskopik alətlər onların yardımçı vasitələri 2 saat müddətində xüsusi hermetik kameralarda sterilizasiya edilir.

Ədəbiyyat:M.M.Abakumov.Moskva-1985(səh.67)
691.Dişlənmiş yaralarda ilkin olaraq tibb bacısı nə etməlidir?

A) Kip sarğı qoymaq

B) Yaranı 1-li cərrahi işləmək

C) Yara kənarlarını yodla işləyib,aseptik sarğı qoymaq

D) Antibiotik yeritmək

E) 1%-li 1.0 ml promedol yeritmək



Dişlənmiş yaralar it,pişik.canavar və digər canlılar vasitəsilə törədilir.Bu yaraların ətrafında qansızmalar müşahidə olunur. Tibb bacısı dişləmiş yaralarda yara kənarlarını yodla işləyib,aseptik sarğı qoymalıdır.

Ədəbiyyat:H.A.Sultanov.Bakı-1997 (səh.125)
692.Yağ tərkibli dərmanlar neçə dərəcəyə qədər qızdırılır?

A) 55º


B) 45º

C) 37º-38º

D) 15º

E) 10º


Yağ tərkibli dərmanlar nisbətən iri diametrli iynələrlə yeridilir.Dərman şprisə yığılmazdan əvvəl su hamamında və ya sınaq şüşəsinin içərisinə qoyularaq qaynar su olan qabda saxlanılır.Dərman 37º-38º-yə qədər qızdırılmalıdır.İneksiyadan sonra iynənin yerinə isitqaç qoyulur və ya yod çəkilir.

Ədəbiyyat:S.A.Aqkatseva.Orta tibb təhsilində praktik vərdişlərin öyrədilməsi-1997 (səh.156)
693.Troakar nə üçün işlədilir?

A) Duodenal zondlama üçün

B) İntubasiya üçün

C) Punksiya üçün

D) Sistoskopiya üçün

E) Paranefral blokada üçün



Troakar klassik metaldan olmaqla birdəfəlik və çoxdəfəlik olaraq iki formada işlədilir:Birdəfəlik troakarlar,drenaj boru ilə birləşmiş vəziyyətdə istifadə edilir.Troakardan assitlər zamanı qarın boşluğunu və plevra boşluğunu punksiya edərkən bağırsaqları zədələməmək üçün istifadə edilir.

Ədəbiyyat:H.A.Sultanov.Bakı-1997 (səh.43)
694.Əməliyyatönü dövr hansı vaxtdan başlayır?

A) Xəstəlik başlanan vaxtdan

B) Xəstəxanaya daxil olan vaxtdan

C) Diaqnoz qoyulan vaxtdan

D) Cərrahi şöbəyə daxil olan vaxtdan

E) Əməliyyat başlanan vaxtdan



Xəstəyə diaqnoz qoyulduqdan sonra xəstəyə əməliyyatın vacib olduğu məlum olduqda xəstə cərrahi şöbədə yerləşdirilir ki, əməliyyata hazırlansın. Cərrahi şöbəyə daxil olan vaxtdan başlayan dövr əməliyyat önü dövr adlanır.

Ədəbiyyat:Ю.А.Нестеренко «Хирургические болезни». Москва «Медицина» 1983. Səh. 96
Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin