Bölmə I göstərilənlərdən hansı poliklinika tibb bacısının vəzifəsi


Hemofiliya necə xəstəlik sayılır?



Yüklə 1,55 Mb.
səhifə15/25
tarix29.12.2016
ölçüsü1,55 Mb.
#3865
1   ...   11   12   13   14   15   16   17   18   ...   25

601.Hemofiliya necə xəstəlik sayılır?

A) İrsi


B) İnfeksion

C) Allergik

D) Xroniki

E) Kəskin



Hemofiliya qanda laxtalanma amillərinin çatmaması nəticəsində əmələ gələn irsi qan xəstəliyidir. Belə uşaqların qanı gec laxtalanır,qanaxmaya meyilli olur.

Ədəbiyyat:Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 358

BÖLMƏ III

602. 10%-li məhlul hazırlamaq üçün nə qədər xlorlu əhəng götürmək lazımdır?

A) 5 litr suya 1kq

B) 9.9 litr suya 100q

C) 10 litr suya 1kq

D) 10 litr suya 100q

E) 9 litr suya 100q.



Xlorlu əhəng kəskin xlor iyi verən ağ tozdur.Təsiredici maddə aktiv xlordur.Tərkibində aktiv xlor 25%-dən az olmamalıdır. Əsas məhlulu hazırlamaq üçün 1kq xlorlu əhəng 10 litr suya tökülür (emallı vedrədə) 24 saat ağzı bağlı saxladıqdan sonra tənzifdən süzülür, qalıq xlorlu əhəng atılır. Sonra süzülmüş hissə tünd şüşə qablara tökülüb, sərin, qaranlıq yerdə saxlanılır.

Ədəbiyyat: Tibb bacısının məlumat kitabı. N.P.Paleyev Bakı-1991 (səh.199-200)
603.Əməliyyatdan sonra alətləri yuyucu məhlulda neçə dəqiqə saxlamaq lazımdır?

A) 5


B)15

C) 45


D) 60

E) 30


Əməliyyatdan sonra bütün alətlər yuyucu məhlulda 15 dəq saxlanılır sonra mexaniki üsulla təmizlənərək sterilizasiyaya verilir.

Ədəbiyyat: Tibb bacısının məlumat kitabı. (səh 284) N.P.Paleyev Bakı-1991
604 . Hemotoraks zamanı qan hara yığılır?

A) Qarın boşluğuna

B) Oynaq kapsuluna

C) Plevra boşluğuna

D) Toxumalarasına

E) Sidik kisəsinə



Ağciyərlərdəki damarlar və ya qabırğarası arteriyalar zədələndikdə qan plevra boşluğuna tökülür. Hemotoraks artdıqda çoxlu qan itirmə baş verir, tənəffüs və qan dövranı pozulur.

Ədəbiyyat: Tibb bacısının məlumat kitabı. (səh 298) N.P.Paleyev Bakı-1991
605 .Qanköçürmədən sonra tibb bacısı hansı göstəricilərə fikir verməlidir?

A) Nəbz və temperatura

B) Nəbz və arterial təzyiqə(A/T)

C) Nəbzə, A/T, diurezə və temperatura

D) Diurez və temperatura

E) A/T və temperatura



Qan köçürmə qurtardıqdan sonra xəstə 2 saat uzanmalı, ilk 4 saatda A/T, nəbz, diurezə və tempratura ciddi nəzarət edilməlidir.

Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 352) N.P.Paleyev Bakı-1991
606. Hansı mərhələ infeksiyalaşmış yaranın 1-ci fazanı əks etdirir?

A) Dehidratasiya

B) Hidratasiya

C) Çapıqlaşma

D) Epitelizasiya

E) Regenerasiya



İnfeksiyalaşmış yaranın birinci fazası hidrotasiya, ikinci fazası isə dehidrotasiya adlanır. Hidrotasiya fazasında damarların genişlənməsi, qızartı, ödem, ağrı, damar keçiriciliyinin pozulması, toxumaların infiltrasiyası baş verir.

Ədəbiyyat:Ümumi cərrahlıq. B.X.Abasov Bakı-1987. (səh 317)
607. Elektrotravmalarda ilk görüləcək vacib tədbir hansıdır?

A) Ağrıkəsici yeritmək

B) Spazmolitiklər yeritmək

C) Aseptik sarğı qoymaq

D) Cərəyanın təsirini kəsmək

E) Eufillin yeritmək



Ən əvvəl cərəyan mənbəyindən cərəyanın təsirini kəsmək lazımdır. (cərəyan altında olan adama ancaq rezin əlcək və uzunboğaz çəkmə geyinmiş halda əl vurmaq olar).

Ədəbiyyat: Tibb bacısının məlumat kitabı. (səh 573) N.P.Paleyev Bakı-1991
608 . Zədələnmələrdə hansı müddət ərzində soyuq qoymaq lazımdır?

A) 3gün


B) 1gün

C) 5gün


D) 6 saat

E) 7 gün


İlk yardım kimi ilk gün ərzində əzilmiş yerə sıxıcı sarğı, buz qovuğu, soyuq kompres qoymaq lazımdır,qansızmanı və ağrını azaltmaq üçün zədələnmiş nahiyyəyə dinclik vermək lazımdır.

Ədəbiyyat: Tibb bacısının məlumat kitabı. (səh 351) N.P.Paleyev Bakı-1991
609.Tetanus əleyhinə zərdabın durulaşdırılmış dəri içi sınağı üçün işlədilən nisbəti:

A) 1:1000

B) 1:500

C) 1:100


D) 1:50

E) 1:10


Tetanus əleyhinə zərdabın vurulma təlimatında göstərilmişdir: Tetanus əleyhinə zərdab 1/500 nisbətində Bezredko üsulu ilə 3 sınaqdan sonra əzələ daxilinə vurulur.

Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. (səh 150).

610.Yarada olan spesifik qoxunu azaltmaq üçün hansı antiseptik məhlul işlədilir?

A) Gümüş nitrat

B) Kalium permanqanat

C) Yod


D) Spirt

E) Furasillin



0.1-0.05%-li kalium-permonqanat məhlulu ilə çürüntülü, irinli, yaraları yuyarkən yaxşı nəticə verir, yaranın qoxusunu aradan qaldırır.

Ədəbiyyat: Ümumi cərrahlıq.(səh 60) B.X.Abasov Bakı-1987
611. Anaerob infeksiyaların törədiciləri hansılardır?

A) Batsillər

B) Stafilokoklar

C) Streptokoklar

D) Rikketsiyalar

E) Klostridilər



Klostridilər oksigensiz mühitdə yaşayaraq inkişaf edən, spor əmələ gətirən mikroorqanizmlərdir. 4 növü var: Cl. oedematiens, Cl.perfringens, Cl. septrcum və Cl. histolyticum.Çox vaxt xəstəliyin inkişafında bu bakteriyaların bir neçəsi iştirak edir.

Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. (səh 147).
612. Hipertonik imalə üçün natrium-xlorun neçə faizli məhlulu işlədilir?

A) 15%


B) 2%

C) 10%


D) 20%

E) 0.5%


Hipertonik imalə peristaltikanı birdən-birə artırmadan bağırsaqları yumşaldır. Natrium-xlorun 10-li hipertonik məhlulundan ilıq halda 100-200ml imalə üçün işlədilir.

Ədəbiyyat: Tibb bacısının məlumat kitabı. (səh 47) N.P.Paleyev Bakı-1991
613.Mədəyə zond salınarkən nə üçün püskürmə (aerozol) şəklində anesteziya etmək olmaz?

A) Burunla tənəffüsü çətinləşdirir

B) Qida borusunun əzələsini yumşaldır

C) Udma və qusma reflekslərini zəiflədir

D) Yuxarı tənəffüs yollarını daraldır

E) Zondu udarkən burula bilər



Anesteziya edici maddə udlağın selikli qişasını və dilin kökünü anesteziya edir, udma aktı pozulduğu üçün zondu udmaq mümkün olmur. Udma və qusma aktı refleksləri olmadığı üçün çox çətinliklər yaranır.

Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 65) N.P.Paleyev Bakı-1991
614.Mədənin zondlanmasında hansı anesteziya növündən istifadə olunur?

A) 5%-li sovkainlə

B) 10%-li lidokainlə

C) Ümumiyyətlə anesteziya olunmur

D) 3%-li trimekainlə

E) 0.5%-li novokainlə



Anestetik maddə refleksləri aradan qaldırdığı üçün heç bir anesteziya növündən istifadə edilmir.

Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 65) N.P.Paleyev Bakı-1991
615. İmalə üçün istifadə olunmuş ucluqlar istifadədən sonra nə edilir?

A) Salfetlə silinir

B) Sterilizasiyaya göndərilir

C) Axar su altlnda yuyulur

D) Dezinfeksiya edilir

E) Yandırılır

3%-li xloramin məhlulunda 60 dəq saxlanılır, sonra axar su altında yuyulub qurudulur.

Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 46) N.P.Paleyev Bakı-1991


616.İmalə üçün istifadə olunan ucluqlar neçə faizli xloramin məhlulunda dezinfeksiya olunur?

A) 5%-li


B) 3%-li

C) 10%-li

D) 1%-li

E) 6%-li


İmalədən sonra istifadə olunan ucluqlar 3%-li xloramin məhlulunda 60 dəqiqə dezinfeksiya edilir sonra axar su altında yuyularaq qurudulur.

Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 47) N.P.Paleyev Bakı-1991
617. Qanköçürmədən sonra flakonda müayinə üçün saxlanılan qanın maksimum saxlanma müddəti nə qədərdir?

A) 48 saat

B) 24 saat

C) 12 saat

D) 6 saat

E) 2 saat



Xəstədə heç bir reaksiya olmadıqda belə 24 saat ərzində köçürülən qandan 5-10ml flakonun dibində saxlanılır ki,gecikmiş reaksiyalar olarsa, reaksiyaların səbəbləri aydınlaşdırılsın.

Ədəbiyyat: : Ümumi cərrahlıq. (səh 175) B.X.Abasov Bakı-1987
618. Anamnezində bu xəstəlikləri keçirmiş insanlar donor ola bilməz?

A) Qrip


B) Su çiçəyi

C) Hepatit

D) Orxit

E) Qızılca



Donorun qanı sifilisə, QİÇS (qazanılmış immun çatışmazlığı sindromu) infeksiyasına, brüselyoza, tülyaremiyaya, vərəmə, malyariyaya, hepatitlərə qarşı yoxlanılır. Hepatit xəstəliyi keçirdən insanlar donor ola bilməz.

Ədəbiyyat: Ümumi cərrahlıq.(səh 167) B.X.Abasov Bakı-1987
619. Hansı dərəcəli yanıqlar dərin yanıqlara aid edilir?

A) III A - II

B) III B - III A

C) ΙII B - IV

D) IV - III A

E) I - III B



Yanıqların dərinliyi onların dərəcəsi ilə müəyyən edilir:I dərəcəli yanıqda dəri qızarır və şişir, II dərəcəli yanıqda-dərinin üzərində, içərisində açıq seroz maye olan suluqlar əmələ gəlir;III A dərəcəli yanıqda dərinin üst qatları nekrozlaşır. III B dərəcəli yanıqda dərinin bütün qatları nekrozlaşır.IV dərəcəli yanıqda bütün toxumalar hətta sümük toxuması da nekrozlaşır.I-III A dərəcəli yanıqlar səthi,III B_IV dərəcəli yanıqlara aid edilir.

Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 281) N.P.Paleyev Bakı-1991
620.Yanıq xəstəliyinin 2-ci fazası necə adlanır?

A) Yanıq şoku

B) Septikotoksemiya

C) Toksemiya

D) Rekonvalesensiya

E) Regenerasiya



Yanıq xəstəliyinin inkişafında 4 faza müəyyən edilir: 1.Yanıq şoku. 2. Toksemiya. 3. Septikotoksemiya. 4. Rekonvalesensiya. Toksemiya fazası 3-4-cü gündən sonra başlayıb 15 günə qədər davam edir. Şiddətli toksemiya və intoksikasiya ilə müşayiət olunur.

Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 284) N.P.Paleyev Bakı-1991
621. Ətraf amputasiya olunduqdan sonra qalan güdülə hansı sarğı qoyulur?

A) Sapand şəkilli sarğı

B) Sünbülvari sarğı

C) Qayıdan sarğı

D) Dezo sarğısı

E) Spiral sarğı



Qayıdan sarğı dairəvi nahiyələrə, başa, amputasiyadan sonrakı güdülə qoyulur.

Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 310) N.P.Paleyev Bakı-1991
622. Mastit nəyin iltihabıdır?

A) Limfa damarlarının

B) Limfa düyünlərinin

C) Süd vəzisinin

D) Piy vəzilərinin

E) Tər vəzilərinin



Mastit ən çox doğuşdan sonra baş verir. Xəstəliyi törədən mikroblar stafilokoklar və streptokoklardır. Mikrob ən çox süd vəzisi giləsinin çatlarından daxil olur.Süd axarlarında durğunluğun olması bu prosesi sürətləndirir.

Ədəbiyyat: Cərrahiyyə (səh 206) H.A.Sultanov.Bakı-1997
623. Əməliyyat tibb bacısı planlı əməliyyatlara hazırlıq məqsədilə neçə saat əvvəl əməliyyat otağında olmalıdır?

A) 40 dəq

B) 30 dəq

C) 1,5 saat

D) 3 saat

E) 2 saat



Əməliyyat tibb bacısı əməliyyat otağına əməliyyatdan 1.5 saat tez gələrək, əməliyyat planına uyğun alətlər dəstini, steril sarğı materiallarını, alət- avadanlıqları və s. işə hazırlayır.

Ədəbiyyat: Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı(səh 75) M.M.Abakumov.Moskva-1985
624. Biksi doldurmazdan əvvəl nə ilə silmək lazımdır?

A) Hidrogen peroksid məhlulu ilə

B) Brillyant yaşılı ilə

C) Kalium permanqanat məhlulu ilə

D) 0,5%-li naşatır spirti ilə

E) Furasillinlə



Biksi doldurmazdan əvvəl içərisi(daxli) və xarici 0.5%-li naşatır spirti ilə silinir.

Ədəbiyyat:Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı(səh 45) M.M.Abakumov. Moskva-1985
625.Hansı əməliyyatlarda xəstəyə Trendelenburq vəziyyəti verilir?

A) Neyrocərrahi əməliyyatlarda

B) Qarın boşluğu orqanlarında aparılan əməliyyatlarda

C) Düz bağırsaq və cinsiyyət orqanlarında aparılan əməliyyatlarda

D) Döş qəfəsi orqanlarında aparılan əməliyyatlarda

E) Süd vəzisində aparılan əməliyyatlarda


Bu vəziyyətdə xəstənin başı aşağı, çanaq və ayaqları isə yuxarda olmalıdır. Trendelenburq vəziyyəti düz bağırsaq və cinsiyyət orqanlarında aparılan əməliyyatlarda istifadə edilir.

Ədəbiyyat: Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı(səh 19) M.M.Abakumov. Moskva-1985
626. Təzə yaranın xarakterizə edən klinik simptomlar hansılardır?

A) Ödem,qızartı,temperatur

B) Ağrı,temperatur,qanaxma

C) Ağrı, yara ağzının açıq olması və qanaxma

D) Ağrı, qızartı, flüktuasiya

E) Qızartı,qızartı,iltihab



Klinik olaraq yaraların 3 xüsusiyyəti aşkar edilir: ağrı, yara ağzının açıq olması və qanaxma.

Ədəbiyyat: Tibb bacısının məlumat kitabı(səh 342) N.P.Paleyev Bakı-1991
627. Sınıqları təsbit (fiksə) etmək üçün hansı sarğı istifadə olunur?

A) Spiral

B) Gips

C) Sünbül şəkilli

D) Tısbağavari

E) Qayıdan sarğı



Sınıqları təsbit (fiksə) etmək üçün gips sarğısı qoyulur. Gipc sarğısı bərkidikdən sonra sarğının fiksəedici xüsusiyyətini artırdığı üçün istifadə olunur.

Ədəbiyyat: Tibb bacısının məlumat kitabı(səh 291) N.P.Paleyev Bakı-1991
628. Planlı əməliyyata xəstə bilavasitə nə vaxt hazırlanır?

A) Əməliyyatdan 4 gün əvvəl

B) Əməliyyatdan 3 gün əvvəl

C) Əməliyyatdan 7 gün əvvəl

D) Əməliyyatdan bir gün əvvəl və əməliyyat günü

E) Əməliyyatdan 5 gün əvvəl

Əməliyyatdan bir gün əvvəl xəstə tam sanitar işlənir, yataq ağları və alt paltarları dəyişdirilir. Əməliyyat günü əməliyyat sahəsi tüklərdən təmizlənir,və xəstə ac- qarına əməliyyat otağına gətirilir.

Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 317) N.P.Paleyev Bakı-1991


629. Qalxanabənzər vəzidə aparılan əməliyyat necə adlanır?

A) Rezeksiya

B) Laparotomiya

C) Torakotomiya

D) Strumektomiya

E) Splenoektomiya



Trieotoksiki uru olan xəstələrdə strumektomiya əməliyyatı aparılır.

Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 316) N.P.Paleyev Bakı-1991
630. Zimnitski sınağı üçün xəstəyə neçə qab verilir?

A) 6


B) 8

C) 7


D) 5

E) 4


Zimnitski üsulu ilə böyrəklərin funksiyasını öyrəndikdə xəstə adi pəhriz saxlayır və o, sutka ərzində hər 3 saatdan bir ifraz olunan sidiyi ayrıca qaba yığır. 8 qabdakı sidiyin hər birinin miqdarı və xüsusi çəkisi ayrıca təyin edilir.

Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 316) N.P.Paleyev Bakı-1991
631. Drenaj və tamponları kim dəyişməlidir?

A) Anestezist tibb bacısı

B) Tibb bacısı

C) Baş tibb bacısı

D) Həkim

E) Palata tibb bacısı



Drenajlar və tamponların işlədilməsi məhz həkim manipulyasiyası olduğu üçün, onların dəyişdirilməsi həkim tərəfindən yerinə yetirilməlidir.

Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 324) N.P.Paleyev Bakı-1991
632.Sağlam insan hansı yaş həddində qan donoru ola bilər?

A)) 18-65

B) 16-25

C) 18-40


D) 16-35

E) 17-50


Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2006-cı il 112 saylı qərarına əsasən 18-65 yaş arasında hər bir sağlam insan donor ola bilər. 65 yaşdan yuxarı ilkin donorluğa cəlb olunma qərarı cavabdeh həkimin rəyi əsasında verilə bilər.

Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2006-cı il 112 saylı qərarı
633. Tetanus əleyhinə anatoksin hansı məqsədlə işlədilir?

A) Sepsis əleyhinə

B) İltihaba əleyhinə

C) Aktiv immunitet yaratmaq

D) Passiv immunitet yaratmaq

E) Ağrıları azaltmaq



Bütün açıq zədələnmələrin hamısında xüsusilə yaralanma,yanıq və donmalarda xəstələrdə aktiv immunitet yaratmaq məqsədilə Bezretko üsulu ilə sınaqdan sonra 0.5-1 ml anatoksin vurulur.

Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 219) N.P.Paleyev Bakı-1991
634. Eventerasiya nədir?

A) Bağırsağın burulması

B) Bağırsaq möhtəviyyatının yaradan xaric olması

C) Bağırsaqlarda qazın yığılması

D) Bağırsaq ilgəyinin və piyliyin əməliyyatdan sonra qarının ön divarından kənara çıxması

E)Qarın boşluğu orqanlarının iltihabı



Qarının üzərində sarğı birdən-birə seroz qanlı mayeyə bulaşarsa və onun altı şişmiş olarsa bu yara tikişlərinin açılmasını və bağırsaq ilgəyinin bayıra çıxmasını göstərir Bu cərrahlıqda eventerasiya adlanır.

Ədəbiyyat:Tibb bacısının məlumat kitabı.(səh 324) N.P.Paleyev Bakı-1991
635. Əməliyyatda işlədilən sarğı materialı irinlə çirklənibsə nə etmək lazımdır?

A) 5%-li lizol məhlulunda 6 saat saxlamaq

B) 3%-li xloramin məhlulunda saxlamaq

C) Yandırmaq

D) 1%-li soda məhlulunda 1 gün saxlayıb,təkrar istifadə etmək

E) Zibil qabına atmaq



Sarğı materialı irinlə çirklənibsə o yandırırlır, infeksiyanın yayılmasının qarşısını almaq üçün ancaq bu üsul istifadə olunur.

Ədəbiyyat: Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı(səh 99) M.M.Abakumov.Moskva-1985
636. Qastroskopiya zamanı hansı anestetik məhlul istifadə edilir?

A) 3%-li trimekain yeridilir

B) 0,25% novakain yeridilir

C) 0,5%-li novakainlə anesteziya edilir

D) Udlağa 1%-li dikain məhlulu sürtülür

E) Anesteziya edilmir



Udlağın selikli qişasını ağrısızlaşdırmaq və udma aktını reflektor olaraq aradan qaldırmaq üçün udlağa 1%-li dikain məhlulu sürtülür.

Ədəbiyyat:Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı(səh 152)M.M.Abakumov. Moskva-1985
637. Sorulan sintetik saplara hansı saplar aid edilir?

A) Neylon

B) Kapron

C) Vikril

D) Dakron

E) Lavsan



Vikril saplar toxumalar tərəfindən inkapsulyasiya edilərək tədricən sorulur.Müasir cərrahlıqda geniş istifadə olunur.

Ədəbiyyat:Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı(səh 69) M.M.Abakumov. Moskva-1985
638 .Əməliyyat blokunda neçə qoruyucu zona var?

A)5


B)2

C)4


D)3

E)1


Əməlyyat blokunda üç qoruyucu zona ayırd edilir.Əməliyyat otağı,əməliyyat önü otaq, avtoklaf-sterilizasiya otağı (material otağı)

Ədəbiyyat: Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı (səh4) M.M.Abakumov.Moskva-1985
639.Əməliyyat tibb bacısı əməliyyat zamanı iri salfetləri neçə dəfə saymalıdır?

A)1


B)2

C)5


D)3

E)saymamalıdır



Əməliyyatda iri salfetlər 3dəfə: əməliyyatdan əvvəl, əməliyyat vaxtı və əməliyyatdan sonra sayılır. İri əməliyyatlarda adətən 10 ədəd iri salfet işlədilir.

Ədəbiyyat: Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı (səh 234) M.M.Abakumov. Moskva 1985
640.Toxumalar arasına qanın toplanması necə adlanır?

A) Mioma


B) Osteoma

C) Hematoma

D) Qlioma

E) Teratoma



Yumşaq toxumaların qapalı zədələnməsi-əzilmə adlanır. Bu zaman kapilyarlar partlayır və toxuma arasına qan yığılır, bu hematoma adlanır.

Ədəbiyyat: N.R.Paleyev “Tibb bacısının məlumat kitabı”. Bakı 1991. Səh 306.
641.Barmaqlarda əməliyyat zamanı tətbiq olunan yerli anesteziya hansıdır?

A) Onurğa beyni anesteziyası

B) İnfiltrasiya üsulu

C) Vişnevski üsulu

D) Oberst-Lukaşeviç üsulu

E) Futlyar anesteziya



Novokainin 1-2%li məhlulundan istifadə edib, müəyyən nahiyəni innervasiya edən bilavasitə sinir kötüyünə və ya ətraf toxumalara yeritməklə sinir keçiriciliyini müvəqqəti pozmaq olur .Bu ötürücü, məhəlli və ya oberst Lukaşeviç üsulu adlanır.

Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.279

642.Körpücük sümüyünün sınıqlarında hansı sarğı qoyulur ?

A) Sünbülvari sarğı

B) Spiral şəkilli sarğı

C) Ləçək sarğısı

D) Dezo sarğısı

E) Tısbağavari sarğı



Bazu oynağında immobilizasiya və yuxarı ətrafı bədənə fiksə edən dörd turdan ibarət sarğı ilə aparılır. Körpücük sümüyü sınaqlarında qoltuq altına bərk bir əşya qoyub, bazu oynağını yuxarı qaldırıb döş qəfəsindən bir qədər aralı saxlayıb, sonra bazunu bədənə sıxıb sarıyırlar.

Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 295
643.Döş qəfəsi yaralanmalarında hermetiklik yaradan sarğı hansıdır?

A) Bint sarğısı

B) Ləçək sarğısı

C) Gips sarğısı

D) Okkluzyon sarğı

E) Dezo sarğısı



Döş qəfəsi zədələnmələri içərisində ən qorxulu ağırlaşmalardan biri pnevmotoraksdır, yəni plevra boşluğuna hava yığılmasıdır. Ağciyər deşikdikdə hər dəfə nəfəs aldıqda, plevra boşluğuna dolan hava tədricən ağciyəri sıxışdırıır (atelktaz) yaranır. Güllə, qəlpə və bıçaq yaralarında plevra boşluğunda təzyiq atmosfer təzyiqindən aşağı olduğu üçün bura bayırdan hava daxil olur. Bunun qarşısını almaq üçün okkluzyon (hermetik) sarğı qoyulur.

Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh 299.
644. Bərk sarğılara hansı sarğı aiddir?

A) Kolloid sarğı

B) Yapışqanlı sarğı

C) Leykoplastrlı sarğı

D) Gips sarğısı

E) Bint sarğısı



Bədənin sınmış hissəsinə tam rahatlıq vermək üçün gips sarğılarından istifadə edilir.

Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 312
645.Flakonda qanın infeksiyalaşmasını göstərən əlamət hansıdır?

A) Qan üç qatlı, plazma isə şəffafdır

B) Plazma çəhrayı rəngdədir

C) Plazma şəffafdır

D) Plazma bulanlıq, fibrin lopalar şəklindədir

E) Plazma sarı rəngdə, şəffafdır



Qan infeksiyalaşdıqda təbəqələr arasında sərhəd itmir. Plazma bulanır, topalarla sapa və çöpəbənzər liflər və qan laxtaları rast gəlinir.

Ədəbiyyat:B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 164
646.Resus amili qanın hansı elementində yerləşir?

A) Trombositlərdə

B) Leykositlərdə

C) Plazmada

D) Eritrositlərdə

E) Limfositlərlə



İnsanların 85%-nin eritrositlərində xüsusi antigen vardır. Belə şəxslərin qanı (Rh+) sayılır antigen olmayanlar isə (Rh-) hesab olunur.

Ədəbiyyat:B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 165
647. Narkozdan əvvəl xəstəyə premedikasiyanı kim təyin edir ?

A) Qəbul şöbəsinin həkimi

B) Müalicə həkimi

C) Həkim anestezioloq

D) Anestezist tibb bacısı

E) Palata tibb bacısı



Premedikasiya xəstənin dərman preparatları ilə əməliyyata hazırlanmasıdır. (Əməliyatdan 40 dəqiqə əvvəl) həkim anestezioloq dərmanları təyin edir.1 ml 1%-li promedol 0.1%-li 1 ml atropin və 1 ml 1%-li dimedrol istifadə edilir.

Ədəbiyyat:B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 189
648.Yataq yaralarının profilaktikası üçün hansı tədbir görülmür?

A) Rezin halqanın qoyulması

B) Tənəffüs gimnastikası

C) Xəstənin yataqda çevrilməsi

D) Dərinin kamforalı spirtlə silinməsi

E) Yataq ağlarının ütülənməsi



Ağciyərlərdə durğunluq və pnevmoniyanın profilaktikası üçün tənəffüs gimnastikası tətbiq edilir.Tənəffüs gimnastikası yataq yarasının profilaktikası məqsədilə aparılmır.

Ədəbiyyat:B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 197
Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin