503. Yoluxucu xəstəlik kecirmiş uşaqda hansı formada immunitet yaranır?
A) passiv, süni
B) aktiv, süni
C) passiv ,təbii
D) aktiv,təbii
E) yaranmır
Xəstəlikləri tam ləgv etmək, yaxud onlarla xəstələnmə hallarını azaltmaq məqsədilə uşaqların immunizasiyası aparılır. İmmunizasiyadan və yoluxucu xəstəliklərlə xəstələndikdən sonra uşaqda aktiv, təbii immunitet yaranır.
Ədəbiyyat: Təcrübədə immunlaşdırma.Modul 1.Bakı 2010.,səh 17
504. Kəskin respirator virus infeksiyasından sonra uşaqda hansı ağırlaşma baş verir?
A) vərəm
B) leykoz
C) şəkərli diabet
D) pnevmoniya
E) pielonefrit
Pnevmoniya xəstəliyi 3 yaşa qədər uşaqlar arasında daha çox rast gəlinir.Xəstəliyin etioloji faktorlarından biri qrip virusudur.Ona görə də qriplə xəstələnən uşaqların bir çoxunda xəstəliyin ağırlaşması kımı pnevmoniya baş verir
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. 986 стр211
505. Uşaq yaşlarında anemiyanın hansı formalarına daha çox rast gəlinir?
A) hemolitik
B) zülaldefisitli
C) dəmirdefisitli
D) vitamindefisitli
E) posthemorragik
Uşaqlar keyfiyyətli qidalanmadıqda,yəni qida ilə orqanizmə lazım olan miqdarda dəmir daxil olmadıqda dəmirdefisitli anemiya əmələ gəlir.Eyni zamanda bir çox xəstəliklər zamanı ( yoluxucu xəstəliklər,raxit,hipotrofiya və s.) dəmirin orqanizmə sorulması pozulur. Nəticədə dəmidefisitli anemiya əmələ gəlir.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. 1986 стр 177.
506. Yarımçıq doğulmuş uşaqlarda hansı əmgək açıq olur?
A) yan əmgəklər
B) böyük və kiçik
C) böyük,yan əmgəklər
D) böyük,kiçik və yan əmgəklər
E) hamısı bağlı olur
28 həftə ilə 38 həftə arasında doğulan,çəkisi 2500 qr-dan az ,boyu isə 45 sm-dən az olan uşaq yarımçıqdoğulmuş hesab edilir.Vəziyyəti Apqar şkalasına görə 3 bal ilə qiymətləndirilən,çəkisi 1500 qr-dan az,boyu isə 35 sm-dən az olan yarımçıqdoğulmuş uşaqda böyük,kiçik və yan əmgəklər açıq olur.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. 1986 стр 113.
507. Yenidoğulmuşlarda ağır asfiksiya Apqar şkalasına görə necə balla qiymətləndirilir?
A) 4-5
B) 1-3
C) 6-7
D) 9-10
E)11-12
Yenidoğulmuşlarda asfiksiyanı 3 dərəcəyə ayrılır-yüngül,orta ağır və ağır.Apqar şkalasına görə uşağın vəziyyəti 1-3 balla qiymətləndirilərsə, bu ağır asfiksiya sayılır.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни.1986 стр 119.
508. Boyunun uzunluğu neçə santimetr olan uşaq yarımçıqdoğulmuş sayılır?
A) 47
B) 53
C) 45
D) 49
E) 50
28-38 həftəliyində doğulmuş çəkisi 2500 qr-dan ,boyu 45 sm-dən kiçik olan uşaq yarımçıqdoğulmuş sayılır.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. 1986 стр 113.
509. Bişməcənin qarşısını almaq ücün yenidoğulmuşun dərisi nə ilə təmizlənir?
A) tetrasiklin məhlulu ilə
B) steril bitki yağı ilə
C) fizioloji məhlulla
D) poliqlükin məhlulu ilə
E) qaynanmış su ilə
Yenidoğulmuşu günaşırı qaynanmış su ilə çimizdirmək lazımdır.Yenidoğulmuşun dərisi çox zərif və tez zədələnən olur.Uşağı yuduqdan sonra onun dərisini steril bitki yağı ilə silmək lazımdır.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова Детские болезни.1 986 стр 29
510. Yenidoğulmuşun göbək qalığı neçənci gün düşür?
A) 3-4
B) 1-2
C) 4-5
D) 6-7
E) 8-9
Uşaq doğulduqdan sonra 2 saat ərzində göbək işlənilir, sıxıcı qoyulur. Göbək qalığı quru saxlanılır. Sağalmış göbək qalığı 4-5 ci gün düşür.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни.1 986 стр 30.
511. Tibb bacısı poliklinikadan kənarda uşaqda larinqospazm olduğunu görərsə, nə etməlidir?
A) poliklinikaya göndərməli
B) təcili xəstəxanaya göndərməli
C) oksigen verməli
D) ürək dərmanları verməli
E) fizioterapevtik müalicəyə göndərməli
Larinqospazm səs yarığının daralması, qırtlağın stenozu deməkdir. Bu zaman uşaqda tənəffüsün dayanması baş verir. Belə vəziyyətdə uşağa ilk yardım göstərilməzsə, uşaq boğula bilər. Ona görə tibb bacısı uşağı təcili olaraq xəstəxanaya göndərməlidir.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни.1 986 стр 201
512. Vərəmin bütün formalarında uşaqda hansı əlamət müşahidə olunur?
A) bəlğəmli yaş öskürək
B) quru öskürək
C) intoksikasiya
D) döşdə ağrı
E) yüksək temperatur
Vərəm xəstəliyinə uşaqlar bütün yaşlarda yoluxa bilərlər.Vərəmin bütün formalarında uşaqlarda intoksikasiya əlamətləri olur. Vərəm xəstəliyinə yoluxmuş uşaq əsəbi olur,yuxsu pozulur,zəiflik,iştahanın azalması, baş ağrısı olur. Belə xəstələrdə temperatur subfebril olur.Uşaq çox tərləyir,çəkisi az artır.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни.1 986 стр 248.
513. Yenidoğulmuş sağlam uşağa BCJ vaksini neçənci gün vurulur?
A) 5-8
B) 1-3
C) 3-5
D) 9-10
E) 11-12
Vərəm xəstəliyinin spesifik profilaktikası məqsədilə yenidoğulmuş uşaqlara 3-5 gün ərzində BCJ vaksini vurulur.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни.1986 стр 257.
514. Yenidoğulmuşlarda kefalohematoma zamanı qansızma harada olur?
A) Beyin maddəsində
B) Başın yumşaq toxumasında
C) Başın bərk qişaları arasında
D) Başın yumuşaq qişaları arasında
E) Sümüklə sümüküslüyü arasında
Kefalohematoma doğuş zədələrinə aiddir. Yenidoğulmuş uşaqda kefalohematoma, yəni qansızma sümüklə sümüküstlüyü arasında olur, alın-ənsə-gicgah nahiyəsində yerləşir, 2-3 həftədən sonra tamailə sorulur.
Ədəbiyyat: Л.А.Исаева, Л.А.Баженова , «Детские болезни», 1 986 стр125.
515.Qanda şəkəri yoxlamaq üçün uşağı laboratoriyaya nə vaxt göndərmək lazımdır?
A) yeməkdən 1 saat sonra
B) yeməkdən 10 dəqiqə sonra
C) yeməkdən 20 dəqiqə sonra
D) yeməkdən 30 dəqiqə sonra
E) acqarına
Uşaqlarda qanda şəkəri yoxlamaq üçün uşağı laboratoriyaya acqarına göndərmək lazımdır.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни.1 986 стр 450.
516. Su çiçəyi ilə xəstələnmiş uşaqla kontakda olan 3 yaşa qədər uşaq neçənci gündən izolə olunmalıdır?
A) 30-cu gündən 40-ci günə qədər
B) 1-ci gündən 10-cu günə qədər
C) 22-ci gündən 30-cu günəqədər
D) 11-ci gündən 21-ci günə qədər
E) izolə olunmur
Su çiçəyi xəstəliyinin inkubasion dövrü 2-3 həftə olur.Xəstəliyi virus törədir.Xəstəlik hava- damcı yolu ilə yayılır. Xəstə uşaq xəstəliyin 9-10-cu günündən sonra yoluxucu olur. Ona görə xəstə uşaqla kontakda olan 3 yaşa qədər uşaqlar xəstələnmənin 11-ci günündən 21-ci gününədək izolə olunurlar.
Ədəbiyyat: Л.А.Исаева, Л.А.Баженова , «Детские болезни», 1 986 стр 500.
517. Su çiçəyi səpgilərini işləmək üçün hansı məhlul istifadə olunur?
A) yod
B) brilyant yaşılı abısı
C) dimedrol
D) furasilin
E) natrium xlor
Su çiçəyi xəstəliyinin xarakterik xüsusiyyəyi odur ki, bədənin hər yerində,hətta saçın içərisindədə müxtəlif formalı (ləkə, papula, vezikula) təzə və qabıqlamış səpgilər olur. İkincili infeksiyanın qarşısını almaq üçün bu səpgilər brilyant yaşılı abısı ilə işlənilir.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни.1 986 стр 501
518. Malyariyanın yoluxma mexanizmi necədir?
A) Transmissiv
B) Fekal - oral
C) Aerogen
D) Təmas
E) Torpaq
Malyariyanın yoluxma mexanizmi transmissiv yolladır.
İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 211
519. Şəkərli diabetlə xəstə uşaq insulin vurulduqdan neçə dəqiqə sonra yemək yeməlidir?
A) 40-50
B) 5-10
C) 15-20
D) 30-40
E) 50-60
İnsulinlə müalicə şəkərli diabetin əsas müalicə forması sayılır.Sidiklə ifraz olunan şəkərin miqdarı təyin edildikdən sonra şəkərli diabet xəstəliyi olan uşağa insulin təyin edilir.İnsulin vurulduqdan 15-20 dəqiqə sonra uşaq yeməlidir.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни.1 986 стр 450
520. Uşaqlarda kəskin qastrit zamanı nə tövsiyyə edilir?
A) meyvə ,tərəvəz
B) kəsmik,qaymaq, sud
C) qaynadılmış ət, sıyıqlar
D) ağ çörək,qatıq
E) yumurta, yağlı ət
Kəskin qastrit mədənin selikli qişasının iltihabıdır. Xəstəlik kəskin başlayır, uşaqda intoksikasiya əlamətləri olur. Belə xəstələrə qaynadılmış ət, sıyıqlar, müxtəlif sıyıqlar və həlimlər məsləhət görülür. Ədəbiyyat: Л.А.Исаева, Л.А.Баженова «Детские болезни», 1 986 стр 369.
521. Uşaqda bronxial astma tutması olarsa tibb bacısı nə etməlidir?
A) antiobiotik yeritməli
B) eufillin yeritməli
C) yayındırıcı tədbir görməli
D) oksigen verməli
E) vitamin yeritməli
Bronxial astma xəstəliyinin xarakter simptomu tutmaşəkilli öskürəkdir.Öskürək tutması 30-40 dəqiqə və daha çox davam edə bilər.Bu zaman öskürək əziyyətverici olur. Belə halda, tibb bacısı xəstənin vəziyyətini yaxşılasdırmaq üçün yayındırıcı tədbir görməlidir:uşağın ayaqlarına vanna edə bilər.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни.1 986 стр 243.
522. Şəkərli diabetlə xəstə olan uşağın qidasında şəkər nə ilə əvəz edilir?
A) saxaroza ilə
B) fruktoza ilə
C) mürəbbə ilə
D) konfetlə
E) bananla
Şəkərli diabet zamanı pəhriz elə təşkil edilməlidir ki,uşaq orqanizminə lazım olan maddələr onun tərkibində olsun.Bu məqsədlə şəkər uşağın qidasından çıxarılır,onun əvəzinə fruktoza qidaya daxil edilir.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова , «Детские болезни», 1 986 стр449
523. Hipertermik sindrom zamanı uşağa göstərilən təcili tibbi yardıma əks göstəriş nədir?
A) Litik qarışıq vurmaq
B) Uşağı soyuq suda islanmış döşəkağına bükmək
C) İri damarlar üzərinə buz qovuğı qoymaq
D) Dərinin 40-50% etil spirti ilə silmək
E) Bədəni isitmək
Hipertermik sindrom hərarətin yüksəlməsidir.(39-42) Bu uşaq orqanizminə mənfi təsir edir. Qıcolma verə bilər. Hərarəti salmaq üçün bədəni isitmək yox, soyutmaq məqsədə uyğundur.
Ədəbiyyat: Н.B.Ежова, E.M. Русакова “Педиатрия”, 2002 стр. 45
524.Qanın laxtaıanmasında hansı vitamin iştirak edir?
A) A vitamini
B) K vitamini
C) E vitamini
D) B1 vitamini
E) D vitamin
K vitamini qanın laxtalanmasında iştirak edir.
Ədəbiyyat: A.ИГоршков. О.В.Липатова. Гигиена питания. «Медицина» Москва. 1987 səh.49
525. Tibb bacısı tərəfindən hamilə qadına doğuşa qədər neçə patronaj olmalıdır?
A) 4
B) 3
C) 2
D) 5
E) 6
Dölün ana bətnində normal inkişaf etməsi və sağlam böyüməsi üçün və bətndaxili dövrdə hamilə qadına lazımi məsləhətlər vermək üçün tibb bacısı doğuşa qədər bir-neçə dəfə(2 dəfə) patronaj etməlidir.
Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” Bakı 2007 səh 30
526. Uşaq hansı yaşda yeriməyə başlayır?
A) 7-8 ayında
B) 8-9 ayında
C) 11-12 ayında
D) 15-16 ayında
E) 16-18 ayında
Yenidoğulmuşun onurğa sütununda fizioloji əyriliklər əmələ gəlir (boyun, döş və bel) 2 ayında boyun, 6-7 ayda döş, 11-12 ayda bel. Bu əyriliklərə uyğun olaraq uşaq 2 ayında başını saxlayır, 6-7 ayda oturur, 11-12 ayda yeriməyə başlayır.
Ədəbiyyat: Н.B.Ежова, E.M. Русакова “Педиатрия” 2002 стр. 72
527. Südəmər uşağa ilk əlavə yemək olaraq nə verilməlidir?
A) Mannı sıyığı
B) Meyvə şirəsi
C) Tərəvəz püresi
D) Şorbalar
E) Kefir
5 ay ana südü uşağın qida təlabatını tam ödəyir. Sonra isə uşaq orqanizminin təlabatı artdığı üçün, tək ana südü uşağı doyuzdurmur.Ona görə də südəmər uşağa südlə bərabər əlavə qidalarda verilir.İlk əlavə qida isə tərəvəz püresi olmalıdır.
Ədəbiyyat: Н.B.Ежова, E.M. Русакова “Педиатрия” 2002 стр. 32
528. Uşaqlarda vərəmin bütün kliniki formalarında hansı əlamət müşahidə edilir?
A)) İntoksikasiya sindromu
B) Quru öskürək
C) Yaş öskürək
D) Döşdə ağrı
E) Kürəkdə ağrı
Düzgün cavab - İntoksikasiya sindromu
Vərəmin bütün formalarında intoktikasiya müşahidə olunur. Orqanizmə daxil olmuş vərəm çöplərinin toksini qana keçərək bədəndə intoksikasiya əmələ gətirir.
Л.Исаева, Л.К.Баженова , «Детские болезни» 1986 Москва стр 388
529. Südəmər yaş dövründə ilk əlavə yemək hansı ayda verilir?
A) 8 ayında
B) 6 ayında
C) 4 ayında
D) 9 ayında
E) 3 ayında
5-6 ay ana südü südəmər uşağın tələbatını tam ödəyir. Böyüdükcə orqanizmin təlabatı artdığı üçün ana südü azlıq edir. Ona görə 6 -cı aydan uşağa əlavə qidalar verilir.
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни» Москва 1986 стр 101
530. Südəmər yaşda qida çatışmazlığı nə ilə nəticələnir?
A) Nəbz vurğuları artır
B) Sidik ifrazı pozulur
C) Nəcis ifrazı pozulur
D) Çəki artımı azalır
E) Tənəffüs tezləşir
Südəmər yaşda uşaq orqanizminin fiziki cəhətdən normal böyüməsi (çəki,boy) düzgün və dəyərli qidalanmadan asılıdır.Ona görə də qida çatışmazlığı zamanı ilk növbədə çəki artımı azalır.
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 səh 103
531. Ana südü ilə qidalanmada əmmə müddətini kim təyin edir?
A) Tibb bacısı təyin edir
B) Həkim təyin edir
C) Süd verən ana təyin edir
D) Uşaq təyin edir
E) Köməkçi təyin edir.
Ana südü ilə qidalanmada əmmə müddətini uşaq təyin edir :uşaq doyandan sonra özü ana südündən imtina edir.
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 səh 104
532. Hansı çəkidə doğulmuş uşaq orta çəkili hesab edilir?
A) 2000-2500 qr
B) 2500-3000 qr
C) 3000-3500 qr
D) 3500-4000 qr
E) 4000-4500 qr
Vaxtında yeni doğulmuş uşağın orta çəkisi normada 2500 qramdan çox, 3000-3500 qr təşkil edir.
Ədəbiyyat: N. Tağıyev “Neontologiya” 2007 səh 35
533. Yenidoğulmuşda fizioloji çəki itkisi neçənci gün müşahidə edilir?
A) 2-5-ci
B) 1-2-ci
C) 3-4-cü
D) 7-8-ci
E) 8-9-cu
İlk günlər uşaq çox az süd əmir. Sutkada 20-25 dəfə sidik ifraz edir, doğuş şişi ardan qalxır, bunun nəticəsi olaraq 3-4-cü gün uşaqda fizioloji çəki itkisi əmələ gəlir.
Ədəbiyyat:N. Tağıyev “Neonatologiya” Bakı 2007 səh 38
534. Yenidoğulmuşlarda çəki itkisi neçə faiz % təşkil edir?
A) 8-10%
B) 10-15%
C) 20-30%
D) 5-7%
E) 3-5%
Yenidoğulmuş uşaq ilk günlər az süd əmir, az maye qəbul edir, çox sidik ifraz edir.onunla əlaqədar olaraq ilk çəkinin 8-10% itir.
Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” 2007 səh 36
535. Yenidoğulmuşlarda fizioloji eritema neçə gün davam edir?
A) 5-6
B) 3-4
C) 1-2
D) 6-7
E) 7-8
Uşaq bətndaxili mühitdən xaric mühütə düşdükdə işığın, havanın təsirindən fizioloji eritema (dərinin səpgi xarakterli qızarması ) olur və 1-2 günə keçir.
Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” 2007 səh 37
536. Yenidoğulmuşlarda konyuqasion sarılıq nə vaxt itir?
A) 3-4
B) 5-6
C) 4-5
D) 8-10
E) 10-15
Yenidoğulmuşlarda ilk günlər qaraciyərin funksiyası, fizioloji olaraq bir qədər zəif olduğu üçün qanda sərbəst bilirubinin miqdarı artır və konyuqasion sarılıq əmələ gəlir. Bu uşağın ümumi əhvalına heç bir təsir etmir, konyuqasion sarılıq 8-10 günə itir.
Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” 2007 səh 40
537. Yenidoğulmuşun burun boşluğu nə ilə təmizlənir?
A) Quru pambıq çöplə
B) Steril bitki yağında isladılmış pambıq çöplə
C) Suda isladılmış çöplə
D) Tənzif kürəciklərlə
E) Pambıq kürəciklərlə
Yenidoğulmuşlarda burun boşluğu kiçik və dar olur. Selikli qişası zərif olur. Burun tutulduqda, burunda selik olduqda tənəffüs tez pozulur. Yenidoğulmuşun burun boşluğu vaxtaşırı steril bitki yağında islanmış pambıq çöplə təmizlənməlidir.
Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” Bakı 2007 səh 42
538. Erkən yaşlı uşaqlarda xarici qulaq keçəcəyinin təmizlənməsində nədən istifadə edilir?
A) Suda isladılmış kürəciklər
B) Steril bitki yağında isladılmış pambıq çöplər
C) Pambıq kürəciklər
D) Tənzif kürəciklər
E) Quru pambıq çöplər
Qulaq həssas orqan olduğundan qulağı çox qıcıqlandırmaq olmaz. Xarici qulaq keçəcəyi quru pambıq çöplərlə təmizlənir.
Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” Bakı 2007 səh 33
539. Südəmər uşaqlarda kəskin rinit zamanı əmizdirmədən əvvəl buruna damargenəldici damcının tökülməsində məqsəd nədir?
A) Bədən hərarətini azaltmaq
B) Burun selikli qişasının ödemini artırmaq
C) Burunun selikli qişasında ödemi azaltmaq
D) Bağırsaq peristaltikasını artırmaq
E) Qarında köpü azaltmaq
Südəmər uşaqda burun boşluğu kiçik və dar olduğuna görə yuxarı tənəffüs yollarının katarında,rinitdə burun selikli qişası ödemləşir, burun tənəffüsü çətinləşir. Uşaq əmə bilmir. Ona görə də uşağı əmizdirmədən əvvəl selikli qişanın ödemini azaltmaq üçün buruna damargenəldici damcı tökülməlidir.
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 100
540. Uşaqda həzm orqanı xəstəliklərində ilk xəbərdaredici əlamət hansıdır?
A) İştahanın pozulması
B) Qarında ağrı
C)Yuxunun pozulması
D) Dispeptik əlamətlər
E) Qarında köp
Uşaqda həzm orqanı xəstələndikdə (qastrit,qastroenterit və s.) iltihabı proseslərdə spazm əmələ gəlir, sinir uclarına təsir edir, bu da ağrıya səbəb olur.
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 369
541. Uşaqda mədə xorası zamanı qida rasionundan nə çıxarılır?
A) Kərə yağı
B) Ət və balıq bulyonu
C) Süd,kəsmik
D) Zeytun yağı
E) Südlü sıyıqlar
Mədə xorası olan xəstə uşaqlara duru, tez həzm olunan vitamin və tərəvəzlə zəngin qidalar verilməlidir. Zülallı yağlı qidalar əks göstərişdir. Belə qidalar çətin həzm olunur .Ona görə mədə xorasında ət və balıq bulyonu qida rasionundan çıxarılır.
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 374
542. Uşaqda mədə bağırsaq qanaxması zamanı tibb bacısının ilk tədbiri nədir?
A) Uşağa duru qida vermək
B) Mədəni aminkapron turşusu ilə yumaq
C) Uşağa çoxlu maye vermək
D) Uşağı tez stasionara çatdırmaq
E) Bağırsaqları təmizləmək
Uşaqda mədə bağırsaq qanaxması qorxulu bir vəziyyət olduğu üçün
tibb bacısı bu zaman ilk tədbiriolaraq, uşağı tez bir zamanda stasionara çatdırmalıdır. Çünki, belə xəstəyə təcili həkim yardımı göstərilməlidir.
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 ст.
381
543. Uşaqda defekasiya aktını ləngidən qidalar hansılardır?
A) Qazlı mineral sular
B) Çox şirniyyat qəbulu
C) Müxtəlif sıyıqlar
D) Əzilmiş qidalar
E) Müxtəlif şorbalar
Çox şirniyyat qəbulu qida həzmini çətinləşdirdiyinə görə defekasiya aktını ləngidir.
Ədəbiyyat:Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 cтр. 74
544. Uşaqda defekasiya aktını normallaşdıran qidalar hansılardır?
A) Tünd çay
B) İsti su
C) Qara çörək, tərəvəz
D) Sıyıqlar
E) Düyü həlimi
Tünd ədviyyatlı, turş, duzlu qidalar bağırsağın daxili mühitini pozur, defekasiya aktını, ləngidir. Qara çörək və tərəvəzin tərkibində hüceyrə lifləri olduğuna görə defekasiya aktını normallaşdırır.
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 75
545. Vaxtından əvvəl doğulmuş uşaq üçün ən ideal dəyərli qida nədir?
A) Kefir
B) Ana südü
C) Adaptasiya olunmuş qarışıqlar
D) Keçi südü
E) İnək südü
Ana südü uşaq üçün dəyərli və əvəz edilməz bir qidadır, tərkibinə görə orqanizm tərəfindən asan mənimsənilir. Bağırsağın normal mikroflorasını qoruyur.
Ədəbiyyat: N.Tağıyev “Neanatologiya ”Bakı 2007 səh 124
546. Hamiləliyin neçə həftəsindən əvvəl doğulan uşaq vaxtından əvvəl doğulmuş sayılır?
A) 40
B) 39
C) 37
D) 41
E) 42
Normal hamiləlik 39-41 həftəyə qədər olan hamiləlikdir. Bu dövrdə doğulan uşaq ana bətnində inkişaf edərək funksional cəhətdən yetişmiş uşaq olur. 37 həftədən əvvəl doğulan uşaq isə funksional cəhətdən yetişməmiş, vaxtından əvvəl doğulmuş uşaq sayılır.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı” 2007 səh 126
547. Yenidoğulma dövründə sepsisə səbəb olan giriş qapısı hansıdır?
A) Konyuktiva
B) Burun keçəcəyi
C) Göbək yarası
D) Dəri
E) Ağız boşluğu
Yenidoğulmuşlarda sepsis :hər hansı bir mənbədən mikrobun qan və limfa axınına daxil olmasındır. Yenidoğulmuşda giriş qapısınının əsasını göbək yarası təşkil edir. Aseptika, antiseptikaya qaydalarına əməl etmədikdə yenidoğulmuşun göbək güdülü infeksiyalaşır və sepsis əmələ gəlir.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 səh 126
548.Aşağıdakılardan hansı yenidoğulmuşun hemolitik xəstəliyində orqanizmə toksiki təsir edir?
A) Qlükoza
B) Xolestrin
C) Bilirubin
D) Melanin
E) İnsulin
Yenidoğulmuşların hemolitik xəstəliyində qanda qeyri-düz bilirubinin miqdarı çoxalır. O da orqanizmə toksik təsir edir.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya ” Bakı-2007 səh 305
549. Uşaqda birinci dərəcəli hipotrofiyada çəki itkisi neçə % təşkil edir?
A) 5-10%
B) 10-15 %
C) 15-20%
D) 20-30%
E) 30-40 %
Hipotrofiya arıqlama deməkdir, səbəbi müxtəlifdir. –anada süd azlığı- hipoqalaktiya, keyfiyyətsiz bir tərəfli qidalanma, pis qulluq, xroniki xəstəliklər (vərəm dizenteriya və s.) 1 dərəcəli hipotrofiyada çəki itkisi 10-15% olur. Uşağın ümumi vəziyyəti qənaətbəxş olur. Dəri bir qədər avazıyır ,yuxu, iştaha pozğunluğu müşahidə olunur.
Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 28
550. Uşaqda II dərəcəli hipotrofiyada çəki itkisi neçə % təşkil edir?
A) 10-15 %
B) 15-30 %
C) 15-20 %
D) 20-25 %
E) 25-30 %
II dərəcəli hipotrofiyada çəki 15-30% azalır, belə uşaqda dəri və selikli qişalar avazıyır, uşağın sifəti, qarnında və ətraflarında piy qatı azalır. Uşaq passivləşir, yuxu və iştahası pozulur, immuniteti zəifləyir, belə uşaqlar tez-tez infeksion xəstəliklərlə xəstələnirlər.
Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 84
Dostları ilə paylaş: |