Bölmə I göstərilənlərdən hansı poliklinika tibb bacısının vəzifəsi


Böyrək sancısı zamanı bağırsağın peristaltikası necə dəyişir?



Yüklə 1,55 Mb.
səhifə8/25
tarix29.12.2016
ölçüsü1,55 Mb.
#3865
1   ...   4   5   6   7   8   9   10   11   ...   25

269. Böyrək sancısı zamanı bağırsağın peristaltikası necə dəyişir?

A) Kəskin artır

B) Artır

C) Dəyişmir

D) Azalır

E) Olmur


Böyrək sancısı adətən böyrək daşı xəstəliyi, sidik axarlarının daşı, irinli xəstəliklər, sidikdə olan duzlar, axarların kəskin iltihabı, ödemi zamanı rast gəlinir. Böyrək sancısı zamanı bağırsaqlarda da ağrıdan spazm olur və nəticədə peristaltika zəifləyir.

Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 220. “ Təhsil”Bakı 1998

270. Sidik kanalının strikturası dedikdə nə nəzərdə tutulur?

A) Qısalması

B) Genişlənməsi

C) Tutulması

D) Deşilməsi

E) Daralması



Sidik kanalının strikturası sidik kanalının daralmasıdır, bu zaman sidik ifrazı ləngiyir. Bu zaman xəstə sidiyə getmək üçün xeyli gücənir, lakin buna baxmayaraq, sidik nazik şırınqa ilə, yaxud damcı-damcı xaric olur.

Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 222. “ Təhsil”Bakı 1998
271. Sistit hansı orqanın iltihabıdır?

A) Sidik kisəsinin

B) Böyrəklərin

C) Sidik axarlarının

D) Sidik kanalının

E) Böyrək ləyəninin



Sistit sidik kisəsinin iltihabı deməkdir. “ Sistis” latınca sidik kisəsi, “ it” isə iltihabı bildirən şəkilçidir.

Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev, Xəstələrə qulluq. Səh. 232. “ Təhsil”Bakı 1998

272. Ürək yığılmalarının sayı dəqiqədə 110 vurğudur – bunu aşağıdakı hansı terminlə ifadə etmək olar?

A) Norma


B) Bradikardiya

C) Ekstrasistoliya

D) Taxikardiya

E) Səyrici aritmiya



Ürək yığılmalarını sayı normada 1 dəqiqədə 70-80 vurğudur. Bundan çox olarsa bu taxikardiya adlanır.

Ədəbiyyat: C.N Hacıyev; R.Y.Əliyev, Xəstələrə qulluq. Səh. 180. “ Təhsil”Bakı 1998
273. Arterial təzyiq 180-110 mm civə st-dur - bunu aşağıdakı hansı terminlə ifadə etmək olar?

A) Şok


B) Hipotenziya

C) Kollaps

D) Norma

E) Hipertenziya



Arterial təzyiqin 140\90 mm.civə sütunundan yüksək olması hipertenziya sayılır.

Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 183. “ Təhsil” Bakı 1998
274. Ürək yığılmalarının sayı dəqiqədə 54 vurğudur bunu aşağıdakı hansı terminlə ifadə etmək olar?
A) Taxikardiya

B) Bradikardiya

C) Ekstrasistoliya

D) Norma


E) Səyrici aritmiya

Ürək yığılmalarını sayı normada 1 dəqiqədə 70-80 vurğudur. Bundan az olarsa bu bradikardiya adlanır

Ədəbiyyat: C.N.Hacıyev, R.Y.Əliyev, “Xəstələrə qulluq”, səh. 183. “ Təhsil” Bakı 1998
275. Xronik qastritin kəskinləşməsi zamanı rasiondan hansı qidalar çıxarılır?

A) Meyvələr

B) Südlü məhsullar

C) Sıyıqlar

D) Yağlı, qızardılmış

E) Tərəvəzlər



Xroniki qastritin kəskinləşməsi zamanı mədənin selikli qişasını qıcıqlandıran və mədə şırəsini artıran qidalar məhdudlaşdırılır, xörəklər suda və ya buxarda hazırlanır. Yağlı , qızardılmış, çox isti və çox soyuq qidalar verilmir.

Ədəbiyyat: C.N.Hacıyev, R.Y.Əliyev, “Xəstələrə qulluq”, səh. 78, “Təhsil”, Bakı 1998.
276. Hansı bağırsağın qanaxması zamanı nəcisin rəngi qara olur?

A) Köndələn çənbər bağırsağın

B) Siqmayabənzər bağırsağın

C) Enən çənbər bağırsağın

D) Onikibarmaq bağırsağın

E) Düz bağırsağın



12 barmaq bağırsağın xorası zamanı qanaxma nəticəsində nəcisin rəngi qara olur. Qan bağırsağın aşağı şöbələrinə keçənədək fermentlərinin təsirindən parçalanır və tündləşir.Bağırsağın yuxarıda sadalanan digər şöbələrindən qanaxma oldıqda isə qan öz rəngini dəyişmir.

Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” . Səh. 148.“Çıraq”2008
277.Nəcisdə gizli qanın müayinəsinə xəstəni hazırlayarkən hansı preparatların qəbulu dayandırılmalıdır?

A) Kalsium

B) Maqnezium

C) Kalium

D) Dəmir

E) Natrium



Nəcisdə gizli qanın müayinəsinə xəstəni hazırlayarkən nəcisin rəngini dəyişən preparatların qəbulu dayandırılır. Məs: dəmir preparatları , barium və s. əks halda, bu analizin göstəricisini dəyişə bilər.

Ədəbiyyat: В.М.Боголюбов. Внутренние болезни. Стр.195.Москва. «Медицина» 1983.
278. Sutkalıq diurezin 350 ml-ə qədər azalması necə adlanır?

A) Poliuriya

B) Nikturiya

C) Oliquriya

D) Anuriya

E) Pollakiuriya



Sidiyin kəmiyyət pozğunluqları 4 yerə bölünür : poliuriya, oliquriya, opsouriya, anuriya. Oliquriya sutkalıq sidiyin miqdarının 500 ml-dən az olmasına deyilir.

Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 223. “ Təhsil” Bakı 1998
279. Gecə diurezinin gündüz diurezindən çox olması necə adlanır?

A) Anuriya

B) Poliuriya

C) Nikturiya

D) Oliquriya

E) Pollakiuriya



Nikturiya sidiyin miqdarca pozğunluqlarına aiddir. Nikturiya sutkalıq sidiyin miqdarının yarısının və ya daha çox hissəsinin gecələr ifraz olunmasına deyilir.

Ədəbiyyat: C.N Hacıyev, R.Y.Əliyev, “Xəstələrə qulluq”, səh. 224. “Təhsil”, Bakı 1998
280. Sutkalıq diurezin 2000 ml-dən çox olması necə adlanır?

A) Oliquriya

B) Poliuriya

C) Pollakiuriya

D) Anuriya

E) Nikturiya



Sidiyin kəmiyyət pozğunluqları 4 yerə bölünür : poliuriya, oliquriya, opsouriya, anuriya. Poliuriya sutkalıq sidiyin miqdarının 2000 ml-dən çox olmasına deyilir.

Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 223. “ Təhsil “ Bakı 1998
281. Dəriiçi inyeksiyanı aparmaq üçün iynə hansı dərinlikdə yeridilir?

A) İynənin bütün uzunluğu

B) İynənin 2/3 hissəsi

C) Damarın yerləşməsindən asılıdır

D) İynənin ucu- kəsik hissəsi

E) İynənin 1/3 hissəsi



Dəriiçi inyeksiya aparmaq üçün diametri 0,4 mm, uzunluğu isə 15 mm olan 1 ml-lik şpris götürülür, iynənin kəsiyi 40-45 dərəcə olur. İnyeksiya zamanı yalnız iynənin ucu- kəsik hissəsi dəriiçinə yeridilir.Əks halda iynə dəri altına düşür.

Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 150. “ Təhsil “ Bakı 1998
282. Steril yağlı məhlulu bədənə yeritmək üçün neçə dərəcəyə qədər qızdırmaq lazımdır?

A) 28


B) 40

C) 34


D) 38

E) 25
Steril yağlı məhlulu bədənə yeritmək üçün onu 38 0- dək, yəni bədən temperaturuna uyğıun qızdırmaq lazımdır, çünki isidilmiş məhlul yaxşı sorulur, infiltrat, abses əmələ gəlmə riski azalır.



Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 152. “ Təhsil “ Bakı 1998
283. Dəriiçi inyeksiyanı aparmaq üçün hansı uzunluqda iynədən istifadə olunur (mm-lə)?

A) 25


B) 30

C) 15


D) 20

E) 10
Dəriiçi inyeksiya aparmaq üçün diametri 0,4 mm, uzunluğu isə 15 mm olan 1 ml-lik şpris götürülür, iynənin kəsiyi 40-45 dərəcə olur. İnyeksiya zamanı yalnız iynənin ucu- kəsik hissəsi dəriiçinə yeridilir.



Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 150. “ Təhsil “ Bakı 1998
284. Əzələ daxilinə nə qədər yağlı məhlul yeritmək olar (ml-lə)?

A) 4


B) 5

C) 3


D) 2

E) 6


Əzələ daxilinə yeridilən yağlı məhlulun miqdarı 2 ml – dən çox olmamalıdır.Məhlul mütləq qızdırılmalıdır. Əks halda, məhlulun sorulması cətinləşir.

Ədəbiyyat: C.N.Hacıyev, R.Y.Əliyev, “Xəstələrə qulluq”, səh. 151,

Təhsil“, Bakı 1998


285. Dərman maddələrinin yeridilməsi zamanı baş verən allergik reaksiyanın ən ağır forması hansıdır?

A) Kvinke ödemi

B) Anafilaktik şok

C) Qızartı

D) Məxmərək

E) Ekzema



Dərman maddələrinin yeridilməsi zamanı baş verən allergik reaksiyanın ən ağır forması anafilaktik şokdur. Anafilaktik şok zamanı : dəri qızarır, qaşınır, öskürək tutmaları, təngnəfəslik,qusma, arterial təzyiqin enməsi, taxikardiya, aritmiya, huşun itməsi kimi əlamətlər baş verir.

Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 162. “ Təhsil” Bakı 1998

286. Parenteral yeritmək üçün dərman maddələrinin hansı formasından istifadə olunur?

A) Həblərdən

B) Drajelərdən

C) Steril məhlullardan

D) Kapsullardan

E) Poroşoklardan


Parenteral, yəni həzm traktından kənar yolla dərmanlar orqanizmə inyeksiya vasitəsilə, steril məhlul şəklində yeridilir.Əks halda orqanizmə infeksiyanın yoluxma təhlükəsi yarana bilər.

Ədəbiyyat: C.N Hacıyev, R.Y.Əliyev, “Xəstələrə qulluq”, səh. 137. “Təhsil”, Bakı 1998
287. İnsulin yeridildikdən sonra tibb bacısı xəstəyə hansı qulluğu göstərir?

A) Arterial təzyiqi ölçür

B) Uzandırır

C) İnyeksiya yerinə isitqac qoyur

D) 30 dəqiqədən sonra yedizdirir

E) Tənəffüsü və nəbzi sayır


İnsulin yeridildikdən 30 dəqiqə sonra tibb bacısı xəstəni yedizdirməlidir , əks halda xəstə hipoqlikemik komaya düşə bilər.

Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 158. “Çıraq”2008
288. İnsulin artıq dozada yeridildikdə hansı ağırlaşma baş verə bilər?

A) Arterial təzyiqin artması

B) Ketoasidotik koma

C) Ortostatik kollaps

D) Hipoqlikemik koma

E) Kvinke ödemi



İnsulin artıq dozada yeridildikdə xəstədə hipoqlikemik koma baş verir, qanda şəkərin səviyyəsi düşür. Bu zaman xəstədə kəskin aclıq hissi , baş ağrısı, əsəbilik olur.Belə xəstəyə dərhal içməyə şirin çay verilir, vena daxilinə 20- 40 ml 40 %-li qlükoza məhlulu yeridilir.

Ədəbiyyat:В.М.Боголюбов.Внутренниеболезни.Стр.437,Москва. «Медицин»1983.
289. Hipertonik krizə şübhə olduqda tibb bacısı ilk növbədə nə etməlidir?

A) Xəstəyə ağrıkəsici verməlidir

B)Xəstənin mədəsini yumalıdır

C)Xəstəni uzandırmalıdır

D) Dərhal xəstənin arterial təzyiqini ölcməlidir

E)Xəstəni sakitləşdirməlidir



Hipertonik kriz arterial təzyiqin kəskin qalxması deməkdir.Buna görə də yalnız arterial təzyiqi ölcməklə hipertonik krizin olub-olmamasını təsdiq etmək olar.

Ədəbiyyat: В.М.Боголюбов, Внутренние болезни, стр.303. Москва,’’Медицина ‘’ 1983

290. Stasionarın qəbul şöbəsinə ağır xəstə daxil olduqda tibb bacısı ilk növbədə nə etməlidir?

A) Sanitar işləməni aparmalı

B) Xəstəni reanimasiya şöbəsinə nəql etməli

C) Lazımi tibbi sənədləri doldurmalı

D) Təcili növbətçi həkimi çağırmalı

E) Baş həkimə xəbər verməli



Stasionarın qəbul şöbəsinə ağır xəstə daxil olduqda tibb bacısı ilk növbədə təcili həkim çağırmalıdır, sadalanan digər vəzifələr isə sonra yerinə yetirilir.

Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev, “Xəstələrə qulluq”, səh. 14, “Təhsil” Bakı 1998
291. Yüksək kalorili və güclü qidalanma hansı xəstəlik zamanı təyin edilir?

A) Kəskin qastrit

B) Ürəyin işemik xəstəliyi

C) Kəskin pielonefrit

D) Ağciyər vərəmi

E) Hepatit B



Vərəm xəstəliyi zamanı qida rasionunda zülalların ,mineral maddələrin və vitaminlərin miqdarı artırılır, xəstə gündə 5 dəfə qidalanır, xəstəyə 11 № li pəhriz təyin edilir.Bu, xəstənin immunitetini artırmaqla yanaşı eyni zamanda vərəm əleyhi müalicənin effektini də artırır.

Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 88. “ Təhsil” Bakı 1998
292. Sıfır pəhriz nə zaman təyin olunur?

A) Şəkərli diabetdə

B) Piylənmə zamanı

C) Mədə və 12 barmaq bağırsaq əməliyyatlarından sonrakı ilk günlərdə

D) Podaqra zamanı

E) Hepatit zamanı



Sıfır pəhrizi stolları həzm traktı orqanlarında cərrahi əməliyyat keçirmiş xəstələrə tətbiq edilir. Pəhrizin məqsədi bağırsağın köpməsini azaltmaq ,həzm üzvlərinin üzərinə düşən yükü azaltmaq , adi qidalanmaya əks-göstəriş olduğu hallarda xəstənin qidalanmasını təmin etməkdir.

Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 90. “ Təhsil” Bakı 1998
293. Süni qidalanma üçün lazım olan qulluq aləti hansıdır?

A) Ucluqlu qab

B) Kateter

C) Qazçıxarıcı boru

D) Nazik zond

E) Qaşıq


Sərbəst qida qəbul edə bilməyən,yaxud qida qəbulundan qəti imtina edən xəstələri süni yolla qidalandırılır. Bunun üçün ən cox istifadə olunan qidalanma üsulu burun boşluğundan salınmış nazik zondun köməyi ilə qidalanmadır.

Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 74. “ Təhsil” Bakı 1998

294. İsidici kompress üçün neçə qatlı tənzif salfetlər istifadə edilir?

A) 3


B) 1

C) 8


D) 2

E) 5


İsidici kompreslər təmiz ,zədələnməsi olmayan dəriyə qoyulur .İsidici kompresi hazırlamaq üçün 8 qat bükülmüş tənzifdən, kompres kağızından, pambıq və bintdən istifadə edilir.

Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 118. “ Təhsil “

Bakı 1998
295. Aşağıdakı hansı halda isitqaca göstəriş var?

A) Travma

B) Qanaxma

C) İnsult

D) Kəskin appendisit

E) Soyuqlama



İsitqacların istifadəsi quru istinin təsirindən əzələlərin yumşalması ,yerli qan dövranının həcminin artması, sorucu və ağrı kəsici effektə əsaslanır. Bu baxımdan soyuqlama zamanı isitqac göstəriş sayılır.

Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 121. “ Təhsil” Bakı 1998
296. Bu məhsulların hansı ilə tenioza yoluxma baş verir?

A)) Donuz əti

B) Mal əti

C) Balıq

D) Meyvə-tərəvəz

E) Konserv

Düzgün cavab - Donuz əti

Helmintlərlə yoluxma çox müxtəlif yollarla baş verir. Bunun üçün qurdun hansı qrupa aid olması məsələn, biohelmint, geohelmint və kontakt helmint olmasını bilmək vacibdir. Donuz teniyası ilə yoluxma yaxşı bişməmiş donuz əti ilə baş verir. Bu qurdun aralıq sahibi donuzlardır.

$$

D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 84.


297. Xəstə dərman preparatlarını necə qəbul edir?

A) Sərbəst

B) Qohumlarının nəzarəti ilə

C) Digər xəstələrin nəzarəti ilə

D) Tibb bacısının nəzarəti ilə

E) Həkimin nəzarəti ilə



Tibb bacısı dərmanları xəstənin yatdığı palatanın nömrəsini, xəstənin soyadını göstərməklə əvvəlcədən hazırlayır, gündə lazımi qədər həmin dərmanları paylayır və xəstənin dərmanı qəbul etməsinə nəzarət edir.

Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 129 “ Təhsil” Bakı 1998

298. Stasionarda dərman maddələrinin apteklərdən alınmasına kim cavabdehlik daşıyır?

A) Şöbə müdiri

B) Baş həkim

C) Müalicə həkimi

D) Baş tibb bacısı

E) Prosedur tibb bacısı



Şöbədəki bütün palata və prosedura otağı tibb bacılırının verdiyi məlumatlara əsasən, şöbənin baş tibb bacısı xəstəxananin aptekinə tələbnamə yazaraq, dərman maddələrini oradan alır və dərmanların sayina və keyfiyyətinə görə cavabdehlik daşıyır.

Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 126 “ Təhsil” Bakı 1998
299. Qanburaxma zamanı turna nə zaman açılır?

A) İynə venadan çıxarıldıqdan sonra

B) İynə venaya yeridildikdən sonra

C) Lazımi miqdarda qan götürüldükdən sonra, lakin iynə venadan çıxarılmazdan əvvəl

D) İstənilən vaxt

E) Lazımi miqdarda qan götürüb iynə çıxarıldıqdan sonra



Qanburaxma zamanı venepunksiyadan istifadə edilir. Bu əməliyyat zamanı turna qan götürülüb qurtardıqdan sonra açılır.İynə sonra çıxarılaraq dərhal yerinə tampon qoyulur və sıxılır.

Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 156 “ Təhsil” Bakı 1998
300. Ağciyərlərin kütləvi müayinə metodu hansıdır?

A) Xolesistoqrafiya

B) Rentgenoqrafiya

C) Flüoroqrafiya

D) Uroqrafiya

E) Bronxoqrafiya



Flüoroqrafiya ağciyərlərin kütləvi müayinə metodu olub, gün ərzində bu metodla 300-ə qədər şəxsi müayinədən keçirmək mümkün olur.

Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 501 “ Təhsil” Bakı 1998
BÖLMƏ: 2

301. İlk qışqırıq mexanizmi nə ilə bağlıdır?

A) Hiperbilirubinemiya ilə

B) Cinsi krizlə

C) Hipoksiya ilə

D) Anemiya ilə

E) Hipertermiya ilə



Uşaq doğulan anadan cift qan dövranı kəsilərkən ağ ciyər tənəffüsü başlayır. Cıft qan dövranı kəsildikdən sonra qanda O2 azalır və karbon qazının artıq miqdarda toplanması nəticəsində tənəffüs mərkəzi qıcıqlanır və uşaq ilk dəfə nəfəs alır. Beləliklə, uşağın ilk qışqırıq mexanizmi hipoksiya ilə əlaqədar olur.

Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 30.
302. Anadangəlmə ürək qüsuru verən bətndaxili infeksiya hansıdır?

A )Toksoplazmoz

B) Listerioz

C ) Məxmərək

D) Sifilis

E) Qızılca



Anadangəlmə ürək qüsuru verən bətndaxili infeksiyalardan biri də məxmərəkdir. Məxmərəklə xəstə olan hamilə qadından virus plasentaya daxil olub orada çoxalır və dölü yoluxdurur. Anadangəlmə məxmərək uşaqda anadangəlmə ürək qüsurunun əmələ gəlməsinə səbəb olur.

Ədəbiyyat:N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 380
303. Yeni doğulmuş uşaqların palatasında bakteriosid lampadan nə vaxt istifadə edilir?

A) Uşaqlar yatan zaman

B) Uşaqlar bələnən zaman

C) Uşaqlara baxış vaxtı

D) Uşaqlar palatada olmayanda

E) Uşaqlar yedizdirilən zaman



Atmosfer havasında olan bakteriaların əksəriyyəti ultrabənövşəyi süaların təsirindən tez bir zamanda məhv olur.Ultrabənövşəyi şüaların bakterisid təsirindən profilaktika məqsədilə istifadə edilir.Yenidoğulmuşların palatasında uşaq palatada olmayanda bakterisid lampadan istifadə edilir.

Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 36 .
304. Yarımçıq doğulmuş uşağın zondla qidalanmasına göstəriş nədir?

A) Bətndaxili infeksiya

B) Pnevmopatiya

C) Əmmə-udma refleksinin olmaması

D) Hipertermiya

E) Donor südü ilə qidalanma



Uşağın ana südü ilə qidalana bilməsi üçün onda əmmə və udma refleksi olmalıdır. Yarımçıq doğulmuşlarda bu reflekslər zəif olduğu üçün bir neçə gün onlar döşə qoyulmur, refleks əmələ gələnə qədər zondla yedizdirilir.

Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” .”Bakı” 2007 Səh 136
305. Vaxtından əvvəl doğulmuş uşaqlarda konyuqasion sarılıq hansı əlamətlə səciyyələnir?

A) Sarılıq gec əmələ gəlir

B) Gedişi uzun müddətli olur

C) Gedişi qısa müddətli olur

D) Əlamətləri cüzi olur

E) Anadan gəlmə olur



38-41 həftədən əvvəl doğulan, çəkisi 2500 qramdan az, boyu isə 45 sm-dən qısa olan uşaq vaxtından əvvəl doğulmuş sayılır və anatomik-fizioloji xüsusiyyətlərinə görə vaxtında doğulan uşaqdan fərqlənir. Belə doğulmuş uşaqlarda konyuqasion sarılığın gedişi uzun müddətli olur.

Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 124 .
306. Yenidoğulmuşun gözünün təmizlənməsində aşağıdakılardan hansı istifadə edilir?

A) Bitki yağı

B) 3% -li hidrogen peroksid məhlulu

C) Qaynanmış su,1%-li tetrasiklin məlhəmi

D) 96%-li spirt məhlulu

E) 5%-li yod məhlulu



Göz zərif görmə orqanı olduğundan spirt,yod,perekis, yağ və s. mayelərlə gözü yumaq olmaz, əks halda selikli qişa qıcıqlanaraq zədələnər.Ona görə də yenidoğulmuşun gözünün təmizlənməsində qaynanmış sudan və 1%-li tetrasiklin məlhəmindən istifadə edilir.

Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 54 .
307. Sepsis nədir?

A) Qan dövranı pozğunluğu

B) Rh-konflikt

C) Bakterial infeksiyanın qan dövranında dövr etməsi

D) Mübadilə pozğunluğu

E) Konstitusional anomaliya



Sepsis hər hansı bir infeksiya ocağından bakteriyanın qan və limfa sisteminə düşərək orqanizmdə dövr etməsi nəticəsində baş verən xəstəlik olub, immunodefist fonunda inkişaf edir. Xəstəlik ümumi əlamətlərlə yanaşı, xəstədə yüksək qızdırma ilə də səciyyələnir.

Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 234 .
308. BCJ vaksinasiyasından sonra immunitet nə vaxt yaranır?

A) 1 həftəyə

B) 10 həftəyə

C) 8 həftəyə

D) 4 aya

E) 6 aya



BCJ vaksini yenidoğulmuşlara doğulduqdan sonrakı 3-5-ci gün vurulur. Məqsəd vərəmlə yoluxmanın qarşısını almaqdır. İmmunitet 8 həftəyə yaranır .

Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 50 .
309. Qarışıq qidalanma nə vaxt tətbiq edilir?

A) İlin isti fəslində

B) Süni qidalanma zamanı

C) Təbii qidalanma zamanı

D) Ana südü çatmadıqda

E) Yarımçıq doğulmuşlarda



Qarışıq qidalanma uşağı doyuzdurma üçün tətbiq edilir. Qarışıq qidalanmaya keçməyə səbəb ana südünün çatışmazlığıdır.

Ədəbiyyat:N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 145 .
310. Bətndaxili infeksiyalara hansılar aiddir?

1. Sitomeqalovirus

2. B hepatit virusu

3. Məxmərək virusu

4. Herpes virusu

5.A hepatit virusu

6.Adenovirus

A)1,3,4


B)2,5,6

C)1,3,5


D)2,4,6

E) 3,5,6


Sitomeqalovirus,məxmərək,herpes virusları bətndaxili infeksiya törədir.Bu viruslar cift vasitəsilə və ana südündən uşağa keçə bilər. Xəstəlik sepsis və pnevmoniya əlamətləri ilə özünü biruzə verir.

Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 192 .
311. Yenidoğulmuşlarda cinsi krizin əlamətləri hansı müddətdən sonra yox olur?

A) 5-6 həftəyə

B) 2-3 günə

C) 2-3 həftəyə

D) 2 aya

E) 3 aya


Cinsi kriz cinsindən asılı olmayaraq yenidoğulmuş uşaqlarda:həm qızlarda,həm də oğlanlarda ola bilər. Ana bətnində hamiləliyin 4-cü ayında anadan dölə esterogen hormonu keçdiyindən, onun təsiri nəticəsində doğulduqdan sonra uşaqlarda ilk günlərdə cinsi kriz əmələ gəlir,2-3 həftə davam edir.

Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 70 .

312. Omfolit nəyin iltihabıdır?

A) Dərinin

B) Göbəyin

C) Mədənin

D) Qaraciyərin

E) Dalağın



Yenidoğulmuş uşağın göbəyi xüsusi qulluq tələb edir. Bu qulluq düzgün aparılmazsa göbək yarası infeksiyalaşır, nəticədə göbək və ətrafı toxumada iltihab baş verir. Bu isə omfolit adlanır.

Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 234 .
313. Hipoqalaktiya nədir?

A) Qan azlığı

B) Qida çatışmazlığı

C) Vitamin çatışmazlığı

D) Ana südünün çatışmazlığı

E) Mədə-bağırsaq pozğunluğu



Hipoqalaktiya ana südünün çatışmazlığı deməkdir. Bu zaman süd ifrazı azalır. Səbəbləri isə müxtəlifdir. Əsas səbəblərdən biri ananın və uşağın düzgün qidalanmamasıdır.

Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 132 .
314. Yenidoğulmuşlarda tranzitor hipertermiyanın səbəbi hansıdır?

A) Yenidoğulmuşların dəri xəstəlikləri

B) Yenidoğulmuşların asfiksiyası

C) Istilik mərkəzinin tam inkişaf etməməsi

D) Hormonal kriz

E) Konyuqasion sarılıq



Yenidoğulmuşlarda mərkəzi sinir sisteminin də digər üzvlər kimi funksional cəhətdən tam inkişaf etməməsi, istilik əmələ gəlməsi ilə istilik vermə arasında müvazinətin olmaması nəticəsində tranzistor hipertermiya baş verir.

Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 səh.72.
Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin