Bölmə I göstərilənlərdən hansı poliklinika tibb bacısının vəzifəsi


Kəskin sol mədəcik çatışmazlığı(ürək astması) zamanı tibb bacısı xəstəyə yardım edərkən aşağıda göstərilənlərdən nəyi düz etmir?



Yüklə 1,55 Mb.
səhifə6/25
tarix29.12.2016
ölçüsü1,55 Mb.
#3865
1   2   3   4   5   6   7   8   9   ...   25

189. Kəskin sol mədəcik çatışmazlığı(ürək astması) zamanı tibb bacısı xəstəyə yardım edərkən aşağıda göstərilənlərdən nəyi düz etmir?

A) Oksigenoterapiya aparır

B) Xəstənin ayaqlarını salladaraq rahat oturmasına kömək edir

C) Həkimin göstərişi ilə qanburaxma aparır

D) Xəstənin ətraflarına turna qoyur

E) Venaya sürətlə strofantin və ya korqlükon yeridir



Tibb bacısı kəskin sol mədəcik çatışmazlığı (ürək astması tutması )zamanı yalnız həkimin təyinatı ilə venaya hər hansı bir məhlulu köçürə bilər.Strofantin və korqlükon venaya sürətlə yeridildikdə ürəyin işi çox zəifləyər və bu da ürəyun qəflətən dayanmasına səbəb olar.

Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”.Səh.505 “Çıraq” 2008
190. Vərəm ocaqlarında işin təşkili zamanı sahə tibb bacısının vəzifəsi nədən ibarətdir?

A) Tibb bacısı xəstəni və ailə üzvlərini gigiyena qaydalarına əməl etməyi öyrədir

B) Tibb bacısı hər vərəm ocağında ( xəstənin evində) ayda azı bir dəfə olmalıdır

C) Tibb bacısı xəstənin yaşayış şəraiti haqda dispanserin sahə tibb bacısına məlumat verir

D) Sadalananların hamısı

E) Basilgəzdirən xəstə otağı boşaldandan sonra axırıncı dezinfeksiya işinə nəzarət edir



Vərəm infeksiyası ocaqlarında sağlamlıq işlərini vərəm dispanserləri müntəzəm olaraq aparır. Həkimi xəstəlik başlayanda xəstəyə baş çəkir, lakin vərəm ocağında əsas işi – profilaktika, sanitar-epidemioloji, maarifləndirmə işlərini dispanserin sahəyə təhkim edilmiş patronaj tibb bacısı aparır.

Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.165“ Çıraq”2008
191.Sadalananlardan hansı vərəm dispanserində işləyən sahə tibb bacısının səlahiyyətinə aid deyil?

A) Vərəm tapılmış yeni xəstə barədə sanitar-epidemioloji stansiyaya xəbər verir

B) Dispanserə müraciət edən xəstəni müayinə edir, lazım olan analizləri və müalicəni təyin edir

C) Təzə xəstə üçün sahə tibb bacısının vərəqini açır

D) Xəstənin müalicəsi ilə əlaqədar məlumatları kartotekaya yazır

E) Rentgen və laborator müayinələrin nəticələrini xronoloji qaydada xəstəlik tarixinə yapışdırır



Dispanser həkimi xəstəni müayinə etdikdən sonra lazım olan analizləri (rentgenoqrafiya, laboratoriya analizləri, tuberkulin sınağı və s.) təyin edir, sonra müvafiq müalicə aparır. Sahənin tibb bacısı isə xəstənin qəbulunda həkimə hər cür kömək edir: rentgenoloji və laborator müayinələrin nəticələrini həkimə gətirir, onları xəstəlik tarixinə ardıcıl yapışdırır, xəstəyə kartoteka açır və buraya xəstə barədə məlumatları yazır (dispanserə gəlməsini, hansı dərmanları və proseduranı qəbul etməsini, stasionara və ya sanatoriyaya göndərilməsini və s.)

Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh.171“ Çıraq ”2008
192. Mədə qanaxması zamanı tibb bacısının taktikası nədən ibarətdir?

A) Mədəni yumaq

B) Xəstəyə ağrıkəsici vermək

C) Təcili həkimə xəbər vermək

D) Epiqastral nahiyəyə isitqac qoymaq

E) Xəstəni sakitləşdirmək



Mədə qanaxması ağır fəsad olduğundan tibb bacısı sərbəst olaraq qərar vermək səlahiyyətinə malik deyil. Ona görə də ilk növbədə həkimə xəbər verməlidir.

Ədəbiyyat: Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 235. “Maarif” 1974
193. Hipoqlikemik koma zamanı həkim gələnə qədər tibb bacısının göstərdiyi yardımlardan hansı xəstənin vəziyyətini daha da ağırlaşdırar?

A) Xəstəyə bir neçə parça qənd vermək

B) Xəstəyə şirin çay vermək

C) Venaya 20-40 ml 40 %-li qlükoza məhlulu yeritmək

D) Dərialtına insulin vurmaq

E) Xəstəyə bir qaşıq bal vermək



Xəstənin hipoqlikemik komaya düşməsinə səbəb qanda şəkərin səviyyəsinin aşağı düşməsidir, bu da əsasən şəkərli diabeti olan xəstə insulin vurduqdan sonra yemək yemədikdə baş verir. Ona görə belə xəstəyə ilk yardım göstərərkən ilk növbədə qanda şəkərin səviyyəsini artırmaq lazımdır, bunun üçün xəstəyə şirniyyat verilir, venasına qlükoza məhlulu yeridilir. Bu halda insulin vurmaq isə xəstənin vəziyyətinin daha da ağırlaşdıra bilər.

Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.511“ Çıraq ”2008.
194. Nəbz kəsiri nədir?

A) Sağ və sol qolda nəbzin sayının müxtəlif olması

B) Periferik nəbzin sayı ilə ürək yığılmalarının sayı arasındakı fərq

C) Nəbzin sayının normadan az olması

D) Nəbzin sayının normadan çox olması

E) Nəbzin ritminin pozulması



Bəzən ürək xəstəlikləri zamanı sol mədəcik o qədər zəif yığılır ki, nəbz dalğaları periferiyaya gedib çıxmır, bu zaman ürək yığılmalarının sayı ilə nəbz vurğusunun sayı arasında fərq olur, buna nəbz kəsiri deyilir.

Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh.65“ Çıraq ” 2008.
195. Bakterioloji müayinə üçün sidik toplayarkən tbb bacısı nəyi düzgün etmir?

A) Sidiyi ilk porsiyası ilə birgə qaba toplayır.

B) Sidiyin ilk porsiyasını tullayıb, ikinci porsiyadan toplayır.

C) Sidiyi kateterlə götürür.

D) Sidik götürməzdən əvvəl uretranı şırınqalıyır.

E) Sidiyi götürən kimi dərhal analizə göndərir.



Tibb bacısı bakterioloji analiz üçün sidiyi kateterlə götürür, bunun üçün xəstənin xarici cinsiyyət üzvlərini yuyur, uretranın ön hissəsini şırınqalayır, hətta bunları etdikdən sonra belə, sidiyin ilk porsiyasını tullayır, qalan porsiyalarını isə steril qaba yığıb, mümkün qədər tez analizə göndərir.

Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”.Səh.78 “ Çıraq ” 2008.
196. Disfagiya nədir?

A) Mədə möhtəviyyatının ağızdan xaric olması

B) Mədə möhtəviyyatının qida borusuna keçməsi

C) Qidanın mədədən 12 barmaq bağırsağa keçməsinin ləngiməsi

D) Udma aktının pozulması

E )Yoğun bağısaqların distal hissəsinin boşalması



Disfagiya udma aktının pozulması olub, qida topasının qida borusu ilə irəliləməsinə mane olan üzvi və ya funksional pozğunluq nəticəsində yaranır. Bu zaman xəstələr əvvəlcə bərk qidanı, sonralar isə hətta duru qidanı da uda bilmirlər.Dis-lat.pozulma deməkdir.

Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.35“ Çıraq” 2008.
197. Hipertonik imalə hansı məhlullarla aparılır ?

1.10 % - li natrium-xloridlə

2.20-30 %- li maqnezium sulfat məhlulu

3. Çobanyastığı dəmləməsi ilə

4. Nişasta ilə

5. Xloral-hidrat ilə

6. Bitki yağı ilə

A)1,2


B)3,4

C)5,6


D)1,6

E)2,5


Hipertonik imalənin təsir mexanizmi : Hipertonik məhlullar bağırsağın selikli qişasını qıcıqlandıraraq qəbizlik zamanı duru nəcis ifrazına səbəb olur. Hipertonik imalə aparmaq üçün 50 – 100 ml 10 % - li natrium – xlorid və ya 20 – 30 % - li maqnezium – sulfat məhlulunu 37 -38 dərəcə qızdırıb, düz bağırsağa yeridirlər. Lakin hipertonik imalə bağırsağın selikli qişasını qıcıqlandırdığı üçün mümkün qədər az istifadə olunur.

Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh.206. “ Təhsil”Bakı 1998.
198. Anuriya nədir?

A) Sidik ifrazının ağrılı olması

B) Gün ərzində sidik ifrazının azalması

C) Gün ərzində sidik ifrazının artması

D) Tez-tez az miqdarda sidik ifrazının olması

E) Sidik ifrazının olmaması



Anuriya sidik ifrazının tam kəsilmədir. Ən çox XBÇ (xroniki böyrək çatışmazlığı)-da şişlərdə, daş xəstəliklərində rast gəlinir.

Ədəbiyyat: В.М .Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 122
199. İşuriya nədir?

A) Sidik ifrazının tam olmaması

B) Sidik kisəsinin boşalmasının mümkün olmaması

C) Gün ərzində sidik ifrazının artması

D) Gün ərzində sidik ifrazının azalması

E) Tez-tez az miqdarda sidik ifrazının olması



İşuriya-sidik kisəsinin boşalmasının mümkün olmamasıdır. Bu vəziyyət ən çox sidik çıxarıcı kanalda mexaniki maneə olduqda (daş, şiş, çapıq və s.) baş verir.

Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 123
200. Sonuncu qida qəbulu mədə zondlanmasından nə qədər əvvəl olmalıdır?

A) Müayinə olunan gün səhər

B) Müayinədən əvvəlki gün axşam

C) Müayinədən əvvəlki gün günorta

D) Müayinədən iki saat əvvəl

E) Müayinədən əvvəlki gün səhər



Mədə zondlanması zamanı mədə tam boş olmalıdır. Ona görə də müayinədən əvvəlki gün axşam sonuncu qida qəbul olunmalıdır.

Ədəbiyyat:В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 106

201. Döş sümüyü arxasında deşici, yandırıcı ağrıların olması zamanı tibb bacısının taktikası necə olmalıdır?

A) Narkotiklərdən istifadə etmək

B) Analgetiklərdən istifadə etmək

C) Xəstənin hərəkətsizliyini təmin etmək

D) Xəstənin ayaqlarını isti vanna etmək

E) Xəstənin mədəsini yumaq



Döş sümüyü arxasında deşici, yandırıcı ağrılar olduqda tibb bacısı həkiməqədər yardım göstərməlidir. Burada tibb bacısının taktikası xəstənin hərəkətsizliyini təmin etməkdir (Miokard infarktına şübhə olduğuna görə).

Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə“Tibb bacısının məlumat kitabı”. Səh.158  “Azərnəşr” Bakı1984
202.Stenokardiya tutması zamanı hansı təxirəsalınmaz yardım göstərilməlidir?

A)Əzələ daxili- baralgin

B)Vena daxili -dimedrol

C)Dəri altı- morfi

D)Vena daxili -prednizolon

E) Dil altı- nitroqliserin



Stenokardiya tutması ürəyin tac damarlarının spazmı nəticəsində baş verir (ürəyə gələn qanın miqdarı azalır) və döş sümüyü arxasında müxtəlif xarakterli ağrılarla müşayət olunur.Nitroqliserin damar divarını genişləndirdiyi ücün ağrının aradan qalxmasına səbəb olur.

Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”.Səh.158 “Azərnəşr” Bakı 1984
203. Xolesistoqrafiya hansı orqanın rentgenoloji müayinə üsuludur?

A) Mədənin

B) Ağciyərin

C) Qaraciyərin

D) Süd vəzisinin

E) Öd kisəsinin



Xolesistoqrafiya öddaşı xəstəliyində və xroniki xolesistitlərdə öd kisəsinin rentgenoloji tədqiqidir.Xole-latinca öd,sistum-kisə,qrafira-şəkil deməkdir.

Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.501 “Çıraq“ 2008

204. Uroqrafiya hansı orqanın rentgenoloji müayinə üsuludur?

A) Ağciyərin

B) Sidik sisteminin

C) Qaraciyərin

D) Süd vəzisinin

E) Öd kisəsinin



Uroqrafiya sidik siseminin rentgenoloji tədqiqat üsuludur. Bu zaman kontrast maddə mexaniki üsulla-uretra vasitəsilə retroqrad yolla sidik kisəsinə və ya xüsusi sidik axarı kateter vasitəsilə böyrək ləyənciyinə daxil edilir. Uro-lat.sidik,qrafika-şəkil.

Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.499“ Çıraq“ 2008
205. Qəbul şöbəsində sanitar işləmə zamanı xəstə qəflətən huşunu itirdikdə tibb bacısının taktikası necə olmalıdır?

A) Xəstəni uzandırıb, naşatır spirti ilə isladılmış pambıq iylədir və həkimi çağırır

B) Ürək-ağciyər reanimasiyası tədbirlərinə başlayır

C) Kordiamin inyeksiyası edir, həkimi çağırır

D) Arterial təzyiqi ölçür

E) Tənəffüsü sayır



Xəstəni vəziyyətdən tez çıxartmaq üçün onu uzandırmaq, ayaqlarını qaldırmaq, onu sıxan paltardan azad etmək və ona təmiz hava gəlməsini təmin etmək lazımdır, bütün bu tədbirlər kömək etmədikdə ona naşatır spirtində isladılmış pambıq iylədilir, həkim çağırılır.

Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.513“Çıraq “2008.
206. Hipertonik kriz zamanı göstərilən qulluq elementləri hansılardır?

A) Termometriya

B) Qusma zamanı yardım

C) Su balansının təyini

D) Nəmləndirilmiş oksigenin verilməsi

E) Qanın müayinə edilməsi


Hipertonik kriz zamanı xəstədə güclü başgicəllənmə , ürəkbulanma və qusma olur. Ürəkbulanmanı azaltmaq ücün xəstəyə tərkibində atropin olan preparatlar- belladonna,belloid,belaspon verilir, qusma olduqdqa xəstən uzanıqlı vəziyyətdədirsə başı yana döndərilir, qusub qurtardıqdan sonra ağzını yaxalayırlar.

Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh.507. “Çıraq “ 2008
207. Ürəyin işemik xəstəliyi zamanı xəstənin qidasında hansı məhsullar məhdudlaşdırılır?

A) Ədviyyatlar

B) Şəkər

C) Xörək duzu

D) Bitki mənşəli yağlar

E) Meyvə və tərəvəzlər



Xörək duzu orqanizmə çoxlu su qəbul edilməsini tələb edir, bu da dövr edən mayenin miqdarını artırır və nəticədə ürəyin işi və ürəyə düşən yük artır, bu baxımdan belə xəstələrə xörək duzunun miqdarı məhdudlaşdırılır.

Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh.141“Çıraq “ 2008.

208. Arterial hipertoniya xəstəliyi zamanı hansı pəhriz məsləhət görülür?

A) Yağların və zülalların miqdarının artırılması

B) Maye və zülalların istifadəsinin artırılması

C) Yağların və karbohidratların məhdudlaşdırılması

D) Maye və duzların məhdudlaşdırılması

E) Maye və yağların məhdudlaşdırılması



Arterial hipertenziya zamanı xəstənin qidasında xörək duzunun və əgər xəstədə ürək çatışmazlığı varsa qəbul edilən mayenin miqdarını azaltmaq lazımdır, çünki duzlar çoxlu maye qəbul edilməsini tələb edir, bu da dövr edən mayenin miqdarını artırır, nəticədə təzyiq daha da yüksəlir.

Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb basının məlumat kitabı”. Səh. 138.“Çıraq“2008.
209. Nitroqliserinin effektiv təsiri qəbul edildikdən neçə dəqiqə sonra başlayır?

A) 10-15


B) 3-5

C) 20-25


D) 30-40

E) 40-50


Stenokardiya zamanı ağrı tutmasını aradan qaldırmaq üçün xəstəyə dil altına həb şəklində və ya 2-3 damcı 1%-li nitroqliserin verilməlidir. Bu preparat 3-5 dəqiqə ərzində ağrını kəsir.

Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” .Səh. 506“Çıraq“2008.

210. Ağciyər qanaxması zamanı tibb bacısının taktikası nədən ibarətdir?

A) Qanəvəzedicilər köçürmək

B) Xardal və banka qoymaq

C) Tam sakitliyi təmin etmək, həkimi çağırmaq

D) Oksigenterapiya aparmaq

E) Xəstənin ayaqlarını vanna etmək



Ağciyər qanaxması zamanı qan çox vaxt ağciyərin aşağı şöbələrinə axır və bu da aspirasion pnevmoniyaya səbəb olur. Buna görə də qanaxma zamanı xəstəyə ilk yardım onun sakitləşdirilməsindən ibarətdir, həyəcanlanma və fiziki gərginlik qanaxmanı gücləndirə bilər.

Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 511 “Çıraq” 2008.
211. Bronxial astma tutması zamanı xəstə hansı məcburi vəziyyəti alır?

A) Horizontal

B) Əllərini dayaq verərək oturur

C) Ayaqlarını qaldırır

D) Sağ tərəfi üstə uzanır

E) Başı aşağı əyilmiş şəkildə oturur



Bronxial astma tutması zamanı xəstə müəyyən sabit vəziyyət almağa - qollarını pəncərə altlığına və ya çarpayıya, stul arxasına dirəyərək məcburi vəziyyətdə oturmağa və ya ayaqüstə qalmağa məcbur olur.Bu zaman nisbətən tənəffüs asanlaşır.

Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 50“ Çıraq “ 2008.

212. Bəlğəmi ümumi analiz üçün toplamaq üçün xəstə nə ilə təmin olunmalıdır?

A) Steril sınaq borusu ilə

B) Quru sınaq borusu ilə

C) Plastmas qab ilə

D) Quru banka ilə

E) İçində su olan banka ilə



Analiz etmək üçün bəlğəmi təmiz quru bankaya yığılır. Bankanın üzərinə xəstənin adı, soyadı və atasının adı, analizin məqsədi, palata və şöbənin adı yazılmış kağız yapışdırılır.

Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı “ .Səh.15“ Çıraq “ 2008.
213. Xəstəni mədə zondlanmasına hazırlayarkən təmizləyici imalə nə zaman aparılır?

A) Müayinə olunan gün səhər

B) Müayinədən əvvəlki axşam

C) Aparılmır

D) Axşam və səhər

E) Müayinədən 5 dəqiqə əvvəl



Xəstəni mədə zondlanmasına hazırlayarkən təmizləyici imalə aparılmasının heç bir əhəmiyyəti yoxdur. Təmizləyici imalə əsasən bağırsaq keçməməzliyi zamanı, qarın boşluğunda aparılacaq əməliyyatlardan əvvəl aparılır.

Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq. Səh.203. “Təhsil “Bakı 1998.
214. Xəstənin mədə zondlanmasına hazırlanması necə həyata keçirilir?

A) Səhər- sifon imaləsi

B) Axşam-təmizləyici imalə

C) Səhər və axşam təmizləyici imalə

D) Axşam-yüngül şam yeməyi, səhər-acqarına

E) Səhər və axşam sifon imaləsi



Mədə zondlanmasından bir gün əvvəl xəstə axşam saat 600-dan gec olmayaraq yüngül şam etməli, müayinə aparılan gün isə heç bir qida, maye, dərman qəbul etməməli və siqaret çəkməməlidir.

Ədəbiyyat: C.N.Hacıyev; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 194. “ Təhsil” Bakı 1998.
215.Xəstənin qida borusu, mədə və 12 barmaq bağırsağın endoskopik müayinəsinə hazırlanması necə həyata keçirilir?

A) Səhər- sifon imaləsi

B) Axşam-təmizləyici imalə

C) Səhər və axşam təmizləyici imalə

D) Axşam-yüngül şam yeməyi, səhər-acqarına

E) Səhər və axşam sifon imaləsi



Endoskopik müyinə əsasən səhər, acqarına aparılır, çünki mədədə qida olduqda xəstədə qusmaya meyilli olur, bu da diaqnostikanın aparılmasını çətinləşdirir.

Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 212 “ Təhsil “ Bakı 1998
216. Xəstənin mədə rentgenoqrafiyasına hazırlanması necə həyata keçirilir?

A) Axşam-yüngül şam yeməyi, səhər-acqarına

B) Səhər və axşam təmizləyici imalə

C) Səhər- sifon imaləsi

D) Axşam-təmizləyici imalə

E) Müayinədən üç gün əvvəl tərkibində dəmir olan qidaları rasiondan çıxarmaq



Həzm traktı orqanlarının, o çümlədən mədənin planlı rentgenoloji müayinəsi səhər acqarına aparılmalıdır. Müayinə aparılanadək xəstə qida, dərman və maye qəbul etməməlidir, siqaret çəkmək də qadağan edilməlidir.

Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.210 “ Təhsil” Bakı 1998.
217. Xəstənin rektoromanoskopiyaya hazırlanması necə həyata keçirilir?

A) Səhər yağ imaləsi

B) Axşam və səhər təmizləyici imalə

C) Axşam sifon imaləsi

D) Axşam təmizləyici imalə

E) Səhər sifon imaləsi



Müayinə səhər acqarına, axırıncı imalədən 2 saat sonra, əsasən xəstənin diz-dirsək vəziyyətində aparılır. Müayinənin ən azı imalədən 2 saat sonra aparılmasına səbəb imalə bağırsağın divarına təsir edərək selikli qişanın rənginin bir qədər dəyişməsidir. 2 saat ərzində rəngini dəyişmiş selikli qişa imalədən əvvəlki halına qayıda bilir.

Ədəbiyyat: C.N. hacıyev ; R.Y.Əliyev. Xəstlərə qulluq. Səh. 215. “ Təhsil” Bakı 1998.
218. Sidiyin ümumi klinik müayinəsi zamanı tibb bacısı sidiyi laboratoriyaya hansı müddət ərzində çatdırmalıdır?

A) 5 saat

B) 3 saat

C) 1 saat

D) 4 saat

E) 7 saat



Adətən sidiyi müayinə üçün səhərlər, xəstə yuxudan duran kimi toplayırlar. Təmiz qaba toplanmış sidik 1 saat ərzində analiz üçün laboratoriyaya göndərilir.

Ədəbiyyat : C.N.Hacıyev; R.Y.Əliyev . Xəstərə qulluq. Səh. 225. “ Təhsil” Bakı 1998
219. Qidada yod çatışmazlığı hansı xəstəliyin əmələ gəlməsinə səbəb olur?

A) Şəkərli diabet

B) Piylənmə

C) Endemik ur

D) Diffuz toksiki ur

E) Kəskin qastrit



Endemik ur zamanı qalxanabənzər vəzinin ölçüləri böyüyür, buna səbəb istifadə olunan suda və qidada yodun çatışmazlığıdır.

Ədəbiyyat: В.М.Боголюбов. Внутренние болезни. Стр.424 Москва. «Медицина» 1983.
220.Aşağıdakılardan hansı klinik ölümün əsas əlamətlərinə aiddir?

A) Tənəffüsün dayanması, genəlmiş bəbəklərin işığa reaksiyasının olmaması

B) Huşun itməsi, sianoz, bəbəklərin genişlənməsi

C) Sapvari nəbz, bəbəklərin genişlənməsi, sianoz

D) Huşun itməsi, yuxu arteriyasında nəbzin itməsi

E) Huşun itməsi, bəbəklərin genişlənməsi,iri arteriyalarda nəbzin itməsi



Klinik ölüm ürək və tənəffüs dayandıqdan sonra bir neçə(3-6) dəqiqə davam edən haldır, xəstədə heç bir zahiri həyat əlamətləri olmur, lakin bu müddət ərzində toxumalarda, əsasən də beyin hüceyrələrində hələ geridönməz dəyişikliklər əmələ gəlmir, odur ki, bu müddət ərzində xəstəni həyata qaytarmaq mümükün ola bilir.

Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq. Səh.242. “ Təhsil” Bakı 1998
221. Anafilaktik şokun əsas əlamətləri hansıdır?

A) Mədə qıcqırması, gəyirmə

B) Təngnəfəslik, paslı bəlğəmli öskürək

C) Bel nahiyəsində ağrı, ödem, hipertoniya

D) İstilik hissi, arterial təzyiqin enməsi,huşun itməsi

E) Ödem, hipotoniya, sianoz



Anafilaktik şok kəskin allergik reaksiyanın ən ağır təzahürlərindən biri olmaqla,həyat üçün təhlükə yaradan haldır. Anafilaktik şokun göstərilən ilk simptomları aşkar edilən kimi, dərhal və təcili həkim çağırılmalıdır.

Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 504.“Çıraq”2008.
222.Aşağıdakılardan hansı xüsusi qulluğa aid deyil?

A) Dərman maddələrinin paylanması

B) Sidik kisəsinin yuyulması(instillyasiya)

C) Xəstənin sarğısının dəyişdirilməsi

D) Uşaqlıq yolunun yuyulması

E)Xəstənin gözünə dərman damcısının tökülməsi



Ümumiyyətlə qulluq 2 növ olur.Ümumi və xüsusi.Ümumi qulluq profilindən asılı olmayaraq bütün şöbələrdə yatan xəstələrə göstərilir.(dərmanların paylanması,qidalandırma,sanitar –gigiyenik tədbirlər və s.)Xüsusi qulluq isə müvafiq şöbələrdə(cərrahi ,ginekoloji və s.) xəstənin diaqnozuna və vəziyyətinə görə aparılır.

Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 121.“ Çıraq” 2008.

223. Sadalananlardan hansı kəskin miokard infarktı zamanı həkiməqədərki yardıma aiddir?

  1. Nitroqliserin vermək

  2. Fiziki sakitliyi təmin etmək

  3. Təcili hospitalizasiya etmək

  4. Kardioloji briqada çağırmaq

  5. Spazmolitiklər vermək

A) 1, 2, 4

B) 1, 3


C) 3, 4, 5

D) 4, 1, 3

E) 3, 2, 5

Miokard infarktı zamanı tac damarlarda qan dövranının kəskin pozulması nəticəsində ürək əzələsində nekroz əmələ gəlir.Bu zaman xəstəyə göstərilən ilk yardımın böyük əhəmiyyəti vardır.Bunun üçün xəstəyə ilk növbədə nitroqliserin vermək, fiziki sakitliyini təmin etmək və mütləq həkim çağırmaq lazımdır, çünki nitroqliserinin təsirindən ağrı kəsmədikdə narkotik analgetiklər yeridilməlidir , bunu etmək isə yalnız həkimin səlahiyyətindədir .

Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitab”. Səh.506.“ Çıraq”2008.
224. Dərman maddələrinin sublinqval qəbulu hansı üsuldur?

A) Dəriyə

B) Düzbağırsağa

C) Dilaltı

D) Tənəffüs yoluna

E) Uşaqlıq yoluna



Dərman maddələrinin subliqval qəbulu latın dilindən tərcümədə dilaltı deməkdir. “Linqva”- dil, “sub”- alt deməkdir və bu dərmanların enteral yolla qəbuluna aiddir.

Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 135. “ Təhsil” Bakı 1998.
Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin