Bölmə I göstərilənlərdən hansı poliklinika tibb bacısının vəzifəsi


Sidik kisəsinin kateterizasiyası nə zaman aparılır?



Yüklə 1,55 Mb.
səhifə3/25
tarix29.12.2016
ölçüsü1,55 Mb.
#3865
1   2   3   4   5   6   7   8   9   ...   25

84. Sidik kisəsinin kateterizasiyası nə zaman aparılır?

A) Sidik kisəsini antiseptik məhlullarla yumaq üçün

B) Sidik kisəsindəki sidiyi boşaltmaq üçün

C) Sidik kisəsinə müxtəlif dərmanlar yeritmək üçün

D) Sidik kisəsinə rentgenokontrast maddə yeritmək üçün

E) Sadalanan bütün hallarda

Sidik kisəsindən sidiyi boşaltmaq, ona müxtəlif dərmanlar yeritmək, sidik kisəsini rivanol, kalium - permanqanat və s. məhlullarla yumaq üçün kateterizasiyadan- sidik kisəsinə uretral kateterin salınmasından istifadə edirlər. Sidik kisəsinə yeridilmiş kateterdən rentgenokontrast maddə yeritməklə, onun rentgen şəklini də çəkmək mümkündür. Ədəbiyyat: C.N. Hacıyev; R.Y. Əliyev. Xəstələrə qulluq. Səhə 229. “Təhsil ” Bakı 1998

 

85. Böyrək daşı sancısı zamanı ilk yardım göstərərkən tibb bacısı xəstəyə hansı vanna tətbiq edə bilər?

A) Naftalan vannası

B) Sərin vanna

C) Soyuq vanna

D) İsti vanna

E) İndifferent vanna

Böyrək daşı sancısı zamanı ilk yardım kimi isti vanna tətbiq edilə bilər.İsti vannanın təsirindən sidik axarlarının spazmı aradan götürülür və daşın xaric olması asanlaşır,xəstənin vəziyyəti yaxşılaşır. Ədəbiyyat: N.R Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.158.  “ Çıraq ”  2008

 

86. Qəbizlik zamanı xəstəyə hansı qidadan istifadə etmək məsləhət görülür?

A) Ağ çörək

B) Kartof

C) Pendir

D) Çuğundur

E) Yumurta

Qəbizlik-müxtəlif səbəblərdən bağırsağın boşalmasının ləngiməsidir. Qəbizliyi aradan götürmək üçün xəstəyə bitki mənşəli (çuğundur, kələm, qara gavalı və s.) qida qəbulu məsləhət görülür. Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.40  “Azərnəşr” Bakı 1984
87. Stasionarda terapiya şöbəsində aşağıda göstərilən otaqlardan hansı olmur?

A) Sanitariya qovşağı

B) Xəstələr üçün palata

C) Yeməkxana və bufet

D) Prosedur otağı

E) Gips otağı



Sadalanan bütün otaqlar hər bir stasionar şöbədə olan əsas otaqlardır, cərrahi şöbədə isə bunlardan əlavə gips otağı, sarğı otağı, əməliyyat otağı olur. Ədəbiyyat: C.N.Hacıyev,R.Y.Əliyev. Xəstələrə qulluq. Səh 46 “Təhsil ” Bakı  1998

 

88. Tibb bacısı zəliləri bankadan nə ilə götürməlidir?

A) Pinsetlə

B) Kornsanq ilə

C) Şpatellə

D) Əllə


E) Çubuqla

Bütün zəliləri bankadan götürüb həcmi 50-100 ml olan kiçik qaba qoyurlar. Zəliləri əl ilə götürüb qoymaq lazımdır ki, onlar həm zədələnməsin, həm də ən yaxşısını seçmək mümkün olsun. Ədəbiyyat: Qaqunova Y.Y  “Xəstələrə ümumi qulluq”. Səh 141-142. “Maarif” 1974

 

89. Göstərilənlərdən hansı ambulator tipli müalicə müəssisəsinə aiddir?

A) Sanatoriya

B) Hərbi Hospital

C) Klinika

D) Poliklinika

E) Xəstəxana

Ambulatoriya tipli müalicə müəssisələrində müraciət edən xəstələr müalicə olunur, bu baxımdan poliklinika ambulator tipli müalicə müəssisələrinə aiddir. Poliklinikada müvafiq : cərrahlıq, terapiya, nevrologiya, urologiya, endokrinologiya və s. həkim kabinetləri olur

Ədəbiyyat:  C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh. 19 . “ Təhsil ” Bakı 1998.

 

90. Müalicə müəssisələrinin ümumi rejiminə nə aiddir?

A) Xəstələrin və tibbi heyətin şəxsi gigiyenası

B) Sanitariya rejimi

C) Göstərilənlərin hamısı

D) Daxili intizam qaydaları

E) Xəstənin fərdi rejimi

Sadalanan amillərin hamısı xəstəxananın ümumi rejiminə aiddir. Bu rejimin məqsədi xəstələri müalicə etmək, vaxtında və düzgün qidalandırmaqla yanaşı, onlar üçün lazımi sanitariya-gigiyenik şərait yaratmaqdır.

Ədəbiyyat:  C.N.Hacıyev ; R.Y.Əliyev .  Xəstələrə qulluq.  Səh. 21.  “ Təhsil ” Bakı  1998.
91. Göstərilənlərdən hansı stasionar tipli müalicə müəssisəsidir?

A) Qadın məsləhətxanası

B) Poliklinika

C) Təcili yardım stansiyası

D) Xəstəxana

E)  Həkim məntəqəsi



Stasionar tipli müalicə müəssisələrində müalicə xəstə həmin müəssisədə yatdıqda aparılır,  bu baxımdan xəstəxana stasionar tipli müalicə müəssisəsi hesab edilir. Ədəbiyyat:  C.N.Hacıyev ; R.Y. Əliyev .  Xəstələrə qulluq . Səh. 19.  “ Təhsil ”

Bakı  1998.

 

92. Xəstəxanada palatanın havası neçə saatdan bir dəyişdirilməlidir?

A) Hər 3 saatdan

B) Yalnız səhər

C) Hər bir saatdan

D) Səhər,axşam

E) Gündə 3 dəfə

Palatada havanın miqdarının gigiyenik normasına riayət olunmalıdır. Palatada bir xəstəyə düşən hava norması 25.m3 olmalı və hər bir saatdan bu hava dəyişdirilməlidir. Palatada havanı nəfəsliyi açmaqla və ya kondisioner vasitəsilə təmizləyirlər.

Ədəbiyyat: C.N. Hacıyev ; R.Y. Əliyev . Xəstələrə qulluq . Səh. 23 . “ Təhsil ” Bakı 1998.

 

93. Xəstəliyin ağırlıq dərəcəsindən və gedışındən asılı olaraq xəstəxanada xəstəyə hansı rejim təyin edilir?

A) Ciddi yataq rejimi

B) Sadalanan bütün rejimlər

C) Yataq və yarımyataq rejimi

D) Ümumi rejim

E) Sərbəst rejim

Xəstəliyin ağırlıq dərəcəsindən və gedişindən asılı olaraq xəstələrə həkim tərəfindən 5 rejim təyin edilir: ciddi yataq rejimində xəstəyə hətta yataqda belə hərəkətə icazə verilmir; yataq rejimində xəstə yataqdan qalxa bilməz, yalnız yataqda hərəkət edə bilər; yarımyataq rejimində xəstəyə yalnız ayaqyoluna getməyə icazə verilir; ümumi rejimdə xəstəyə şöbədə, sərbəst rejimdə isə xəstəxananın həyətində gəzməyə icazə verilir.

Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq . Səh. 31 “ Təhsil ”

Bakı  1998

 

94. Kəskin damar çatışmazlığı olan xəstə xərəkdə hansı vəziyyətdə nəql edilməlidir?

A) Sağ tərəfi üstə

B) Yarımoturaq vəziyyətdə

C) Oturaq vəziyyətdə

D) Başın səviyyəsi aşağı vəziyyətdə

E) İstənilən vəziyyətdə

Kəskin damar çatışmazlığı zamanı beyinə gedən qanın miqdarı kəskin azaldığı üçün xəstədə bayılma, kollaps baş verir.Ona görə də beyinə gedən qanın həcmini artırmaq üçün xəstəni xərəkdə, başı aşağı vəziyyətdə nəql edirlər.Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq .Səh. 43. “ Təhsil”Bakı  1998.

 

95. Götərilənlərdən hansı palata tibb bacısının səlahiyyətinə aid deyil?

A) Sutkalıq sidiyi və bəlğəmi ölçmək

B) Səhər və axşam xəstənin temperaturunu ölçmək

C) Nəbzi saymaq

D) Tənəffüsü saymaq

E) Həkimin təyinatına dəyişiklik etmək

Palata tibb bacısı həkimin müalicə və gigiyena təyinatlarını yazır və dəqiq yerinə yetirir, həkim xəstəni müayinə etdikdə bu prosesdə iştirak edir, xəstənin vəziyyəti haqqında ona məlumat verir, bundan sonra xəstələrə nə kimi qulluq edilməsi barədə həkimdən göstərişlər alır, lakin həkimin xəstəyə verdiyi təyinatı dəyişməyə tibb bacısının ixtiyarı yoxdur. Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bcısının məlumat kitabı ”.  Səh. 87, “ Çıraq ”  2008

 

96. Sidik ifrazının azalması necə adlanır ?

A) Nikturiya

B) Poliuriya

C) Anuriya

D) Opsouriya

E) Oliquriya

Sutkalıq sidik miqdarının 500ml-dən az olması oliquriya, 2l və daha cox olması poliuriya, hec olmaması anuriya, gecikmiş sidiyin xaric olması opsouriya, gecə sidiyin çox ifraz edilməsi isə nikturiya adlanır.

Ədəbiyyat: C.N.Hacıyev, R.Y.Əliyev. Xəstələrə qulluq .Səh.223 “Təhsil”Bakı1998


97. Xəstəlik tarixçəsində olan temperatur vərəqində aşağıda göstərilənlərdən hansıları qeyd olunmalıdır?

A) Arterial təzyiq

B) Xəstənin hərarətinin dəyişməsi

C) Nəbz və tənəffüsün sayı

D) Hamısı

E) Diurezin miqdarı



Xəstəlik tarixçəsi tibb bacısının postunda saxlanılır, onu xəstəyə vermək olmaz. Tibb bacısı xəstənin hərarətinin dəyişməsini, nəbz və tənəffüsün sayını, arterial təzyiqi, diurezin miqdarını qrafik şəkildə xəstəlik tarixçəsində olan temperatur vərəqində qeyd edir.

Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev.  Xəstələrə qulluq . Səh. 52 . “ Təhsil, ”Bakı  1998.

 

98. Rektal süni qidalanma nə vaxt əks-göstəriş sayılır ?

A) Mədə əməliyyatından sonra

B) Orqanizm çox su itirdikdə

C) Qida borusunun tam keçməməzliyində

D) Massiv yanıqlar zamanı

E) Anusda çatlar olduqda

Orqanizmin mayeyə və xörək duzuna olan tələbatını ödəmək üçün qida maddələrinin düz bağırsaqdan yeridilməsi rektal süni qidalanma adlanır. Düz bağırsağın sfinkterini qıcıqlandırmamaq və anusda çatlar əmələ gəlməməsi üçün rektal qidalanmanı tez-tez aparmaq tövsiyə edilmir. Anusda çatlar olduqda isə qanaxma təhlükəsi olduğuna görə rektal qidalanma aparmaq əks-göstərişdir. Ədəbiyyat: N.R Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.130 “ Çıraq ”  2008.

 

99. Xəstənin dərman preparatına həsaslığını yoxlamaq üçün iynə hansı nahiyəyə vurulur?

A) Əzələ daxilinə

B) Dəri altına

C) Dəri içinə

D) Vena daxilinə

E) Göstərilən bütün nahiyələrə

İnyeksiya zamanı orqanizmin dərmana,əsasən də antibiotiklərə reaksiyasını yoxlamaq üçün 0,01 ml dərman 15mm uzunluqlu iynə ilə dəri içinə yeridilir. Əgər xəstənin orqanizmi dərmana reaksiya verərsə həmin yer qızarır, şişir, hərarəti digər nahiyələrdən yüksək olur.Bu yerli reaksiya olduğundan ağır allergik fəsada səbəb olmur.

Ədəbiyyat:  N.R.Paleyevin redaktəsi ilə  “ Tibb bacısının məlumat kitabı ”. Səh.48 “ Çıraq”2008.

 

100. Dərialtı inyeksiyadan sonra inyeksiya yeri bərkidikdə  aşağıda sadalanan tədbirlərdən hansı əks- göstəriş sayılır?

A) Bərkiyən nahiyəyə buz qovuğu qoymaq

B)  Bərkiyən nahiyəyə isitqac qoymaq

C) Bərkiyən nahiyəyə 40 %-li spirtlə isidici kompres qoymaq

D) Bərkiyən nahiyəyə yod sürtmək

E) Bərkiyən nahiyəyə isti kompres qoymaq

İnyeksiyadan sonra həmin nahiyənin bərkiməsi və qızarması yeridilən dərmanın pis sorulması nəticəsində olur, isti proseduraların təsirindən orada olan qan damarları genişlənir və dərmanın tez sorulmasına kömək edir. Bu zaman buz qovuğunun tətbiqi damarların daralmasına və dərmanın daha da çətin sorulmasına səbəb olar, ona görə bu zaman buz qovuğu işlətmək əks-göstəriş sayılır. Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 48,“ Çıraq ”2008.
101. Tibb bacısının işinin məqsədi nədən ibarətdir?

A) Xəstənin sağalmasına zəmanət vermək

B) Xəstəliyin diaqnostikası və müalicəsi

C) Xəstə ilə aktiv əməkdaşlıq etmək

D) Xəstəlik zamanı mümkün keyfiyyəti təmin etmək

E) Xəstəyə qulluq tədbirlərinin ardıcıllığını təmin etmək



Tibb bacısının vəzifələrindən biri də həkimin göstərişinə əsasən xəstəyə qulluq tədbirlərinin ardıcıllığını təmin etməkdir. Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.6-8, “Azərnəşr” Bakı 1984

 

102. Xəstənin başının tüklü hissəsində pedikulyoz tapılan zaman istifadə olunan məhlul hansıdır?

A) Sirkə turşusu məhlulu

B) Hidrogen peroksid məhlulu

C) Xloramin məhlulu

D) Pervomur məhlulu

E) Furasillin məhlulu

Xəstənin başında sirkə tapıldıqda 28-300 C-də qızdırlmış sirkə turşusu məhlulu ilə 15-20 dəqiqə ərzində başın tüklü hissəsi işlənilir. Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 26

 

103. Pedikulyozlu xəstənin müayinəsindən sonra otağın dezinfeksiyası üçün istifadə olunan məhlul hansıdır ?

A) 3%-li xloramin məhlulu

B) 6%-li hidrogen-peroksid məhlulu

C) 3%-li xlor əhəngi

D) 8%-li lizol məhlulu

E) 0,02%-li furasillin məhlulu

Pedikulyozlu xəstənin müayinəsindən sonra otaq 8 %-li izol məhlulu ilə dezinfeksiya olunur. Bundan başqa müayinədə iştirak edən tibbi personalın üst geyimləri də dezinfeksiya olunmalıdır. Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 27
104. Xəstənin qəbul otağından şöbəyə nəql olunma üsulunu kim təyin edir?

A) Qəbul şöbəsinin tibb bacısı

B)  Kiçik tibb bacısı

C)  Qəbul şöbəsinin böyük tibb bacısı

D) Qəbul şöbəsinin həkimi

E) Baş həkim



Xəstənin qəbul otağından şəbəyə nəql olunmasının 4 üsulu vardır: sərbəst, əlil arabası ilə, xərəkdə və sanitarların köməyi ilə. Xəstənin şöbəyə hansı üsulla nəql olunmasına qəbul şöbəsinin həkimi qərar verir. Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 29

 

105. Tibb bacısı xəstəyə və onun ailəsinə qulluq qaydalarını öyrədərkən nə etməlidir?

A) Baş həkimdən icazə almalıdır

B) Həkimdən icazə almalıdır

C) Böyük tibb bacısına xəbərdarlıq etməlidir

D) Böyük tibb bacısından icazə almalıdır

E) Xəstənin və onun ailəsinin bilməli və bacarmalı olduğu qaydaları izah etməli

Tibb bacısı xəstədən başqa onun ailəsi ilə də yaxın təmasda olur. Xəstəyə və onun ailəsinə qulluq qaydalarını izah etməli, hansı əməliyyatı icra etməsinin yolverilməz olduğunu izah etməlidir. Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.7-8 “Azərnəşr” Bakı 1984

 

106. Stasionarın qəbul şöbəsinin tibb bacısı hansı sənədi doldurmalıdır?

A) Xəstəlik tarixini

B) Temperatur vərəqini

C) Əmək qabiliyyətini itirmə vərəqini

D) Həkim təyinat vərəqini

E) Xəstəlik tarixinin titul vərəqini



Xəstə stasionara qəbul zamanı qəbul şöbəsində qeydiyyatdan, həkim müayinəsindən və sanitar işləmədən keçir. Burada tibb bacısı xəstəlik tarixinin titul vərəqini(passport hissəsini) doldurur. Buraya aiddir: xəstənin adı, soyadı, atasının adı, yaşı, ünvanı, peşəsi və qəbul şöbəsinə daxil olduğu tarix və saat. Digər sənədləri palata tibb bacısı və şöbənin baş tibb bacısı doldurur.

Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 23-24
107. Sidik qəbulediciləri,ifrazat qablarını boşaltdıqdan sonra onları hansı məhlulda saxlamaq lazımdır?

A) 15 dəq 1%-li xloramin məhlulunda

B) 60 dəq 3%-li xloramin məhlulunda

C) 30 dəq 3%-li xloramin məhlulunda

D) 120 dəq 1%-li xloramin məhlulunda

E) 1%-li xloramin məhlulu ilə 2 dəfə silinir.



Xəsətnin altına qoyulan ifrazat qabları əvvəlcə boşaldılır, sonra qaynar su ilə yaxalanır və dezinfeksiya üçün 15 dəq 1%-li xlormin məhlulunda saxlanılır.

Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.215   “Azərnəşr” Bakı 1984

 

108. Ağır xəstələrin dərisini silmək üçün hansı məhlul istifadə olunur?

A) 10%-li naşatır spirti

B) 10%-li kamfora spirti

C) 10%-li kalium-permanqanat məhlulu

D)  Furasillin məhlulu

E)  0,05%-li kalium-permanqanat məhlulu

10%-li kamfora spirti yataq yaralarının profilaktikası üçün istifadə olunur.Yataq yaraları yataqla daha sıx təmasda olan büzdüm, kürək, daban və dirsək nahiyyələrində yerli qan dövranı pozulduğuna görə yaranır. 10%-li kamfora spirti yerli qan dövranını yaxşılaşdırıcı və dezinfeksiya edici təsirə malikdir. Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 32-33 
109. Ağır xəstələrin yataq ağlarının nə vaxt dəyişmək lazımdır?

A) Üç gündə bir dəfə  

B) Həftədə bir dəfə

C) İki həftədə bir dəfə

D) Çirklənən zaman

E)  Gündə iki dəfə



Ağır xəstələrin vəziyyətini daha da ağırlaşdırmamaq üçün yataq ağlarını çirklənənən zaman dəyişirlər. Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 30

110. Qızdırmanın üçüncü dövründə tətbiq edilməsi vacibdir:

A) Buz qovuğu

B) Sərin vitaminli içkilərin qəbulu

C) Yaş bürümə

D) Çoxlu miqdarda tünd şirin çay və ya kofe qəbulu

E) İsitqac



Temperatur yüksək olduqda orqanizm çoxlu maye itirdiyindən xəstə çoxlu miqdarda maye qəbul etməlidir. Qızdırmanın üçüncü dövründə temperatur endiyinə görə xəstədə arterial təzyiqin enməsi müşahidə edilir.Tünd şirin çayın və kofenin istifadəsi tərkibində kofeinin olmasına görə məqsədəuyğundur.

Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 47

111. Qızdırmanın inkişafında neçə dövr ayırd edilir?

A) 5


B) 2

C) 4


D) 3

E) 1


Qızdırmanın inkişafında 3 dövr ayırd edilir. I dövr-qızdırmanın qalxan dövrü, II dövr-qızdırmanın maksimal yüksəliş dövrü, III dövr-qızdırmanın enmə dövrü. Hər dövrün öz klinik mənzərəsi vardır və xəstələrə qulluq, hər dövrdə öz xüsusiyyətləri ilə xarakterizə edilir. Ədəbiyyat: Qaqunova Y.Y  “Xəstələrə ümumi qulluq”. Səh 123. “Maarif” 1974

 

112. Hansı maddə dəri içinə yeridilir?

A) Ampisillin

B) Klofellin

C) Tuberkulin

D) Kordiamin

E) No-şpa

Dəri daxili inyeksiyalardan diaqnostika, yerli keyitmə, sınaq və peyvənd məqsədi ilə istifadə olunur. Tuberkulinlə peyvənd aparılır. Ona görə də tuberkulin dəri daxili inyeksiya edilir. Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”.  “Azərnəşr” Bakı 1984. Səh.56-57. 

113. Dərialtı inyeksiya hansı bucaq altında aparılır?

A) 350

B) 900

C) 600

D) 450

E) 700



Dəri altı inyeksiya 45 dərəcəli bucaq altında aparılır,çünki bu bucaq altında yeridilən iynə bilavasitə dəri altı nahiyyəyə düşür. Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.57 “Azərnəşr” Bakı 1984

114. Vena daxili inyeksiyadan əvvəl turnanın düzgün qoyulmasının göstəricisi nədir?

A) Turnadan aşağı hissədə dəri örtüyünün avazıması

B) Mil arteriyasında nəbzin olmaması  

C) Turnadan aşağı hissədə dərinin qızarması

D) Turnadan aşağı hissədə dərinin göyərməsi

E) Turna qoyulan nahiyədə qansızmaların olması



Vena daxili inyeksiyadan əvvəl turna düzgün qoyulmalıdır. Yalnız səthi venalar sıxılmalı, arteriyada qan axını pozulmamalı, nəbz hiss olunmalıdır. Turna düzgün qoyulduqda turnadan aşağı hissədə qanın venoz axını ləngidiyinə görə dəri göyərir. Ədəbiyyat:В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 86

 

115. Meteorizm zamanı qaz çıxarıcı borunun yeridilmə dərinliyi nə qədər olmalıdır (sm-lə)?

A) 10-12

B) 20-30

C) 2-4

D) 50


E) 10-15

Meteorizm zamanı əgər digər tədbirlər effekt vermirsə qaz çıxarıcı borudan istifadə olunur. Bu rezin boru olub, 50-sm uzunluğunda və diametri 1 sm-dir. Bir ucu vazelin sürtüldükdən sonra 20-30 sm dərinlikdə düz bağırsağa yeridilir. Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 114

 

116. Yağ imaləsini aparmaq üçün bitki yağının miqdarı (ml-lə) nə qədər olmalıdır?

A) 500

B) 100


C) 10

D) 1000


E) 50

Yağ imaləsini qəbizlik zamanı qoyurlar. Bunun üçün bitki yağları: günəbaxan, zeytun, vazilin yağları istifadə olunur. Bir imalə üçün 37-38 dərəcəyə qədər qızdırılmış 100 ml yağ götürülür. Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.50 “Azərnəşr” Bakı 1984
117. Göstərilən inyeksiyalardan hansını tibb bacısı apara bilməz ?

A) Dəri altı

B) Vena daxili

C) Əzələ daxili

D) Arteriya daxili

E) Dəri içi



Bir sıra inyeksiyalar mürəkkəb olduğundan onları həkim aparır. Məsələn: arteriya daxilinə , ürək daxilinə, limfa damarlarına, onurğa kanalına və s. Lakin tibb bacısı bu əməliyyatlarda iştirak edir ,lazımi alətləri hazırlayır , ona görə də tibb bacısı bu sahədə minimum biliyə malik olmalıdır. Ədəbiyyat: C.N. Hacıyev ; R.Y. Əliyev . Xəstələrə qulluq. Səh. 137. “ Təhsil ”, Bakı 1998.

 

118. Xəstəyə O2 (oksigen) verilməsi üçün ən çox hansı üsul istifadə olunur?

A) Mədə zondu

B) Burun kateteri

C) Duodenal zond

D) Burun kanyulası

E) O2 (oksigen) yastığının qıfı

Burun xarici tənəffüs orqanı olduğundan xəstəyə burun kateteri ilə oksigen verilir. Bu proses xəstədə sərbəst tənəffüs aktı oduğu zaman mümkündür. Əks hallarda (uzunsov beyin zədələnmələri, Kvinke ödemi (qırtlaq əzələlərinin spazmı), endotraxeal anesteziya və s.) həkim tərəfindən köməkçi tənəffüs tətbiq olunur. Bu üsul xəstədə narahatlıq yaratmır.

Ədəbiyyat: Qaqunova Y.Y  “Xəstələrə ümumi qulluq”. Səh 223. “Maarif” 1974.

 

119. Xəstənin hərarəti  yüksək olduqda( qızdırmanın II dövründə )tibb bacısı ona aşağıda sadalanan yardımlardan hansını göstərməlidir?

A) Xəstənin alnına soyuq kompres qoyub, içməyə maye verməlidir

B)  Xəstənin ayaqlarına isitqac qoymalıdır

C)  Xəstənin üstünü yorğanla örtməlidir

D)  Xəstəyə isti çay  verməlidir

E) Ayaqlarına isti vanna etməlidir

Xəstənin hərarəti çox yüksək olduqda ağzı quruyur, dodaqları çatlayır, halsız olur Ona görə verilən maye xəstəyə müsbət təsir göstərir,soyuq kompres isə genəlmiş damarlara büzücü təsir göstərərək istilik verməni azaldır. Ədəbiyyat: C.N. Hacıyev; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh. 105. “ Təhsil ” Bakı  1998.

 

120. 5 litr mayeni 10 saat ərzində damara yeritmək lazımdir.Tibb bacısı 1 saatda damara neçə litr maye yeritməlidir?

A) 100 ml

B)  500 ml

C) 1000 ml

D) 50 ml


E) 150 ml

Tibb bacısı yeridiləcək mayenin miqdarını tənasüb yolu ilə hesablayıb tapa bilər. 

10 saatda- 5 litr

1 saatda-  X litr          X = 5 l  x  1saat : 10saat =  0,5 l , yəni 500 ml

Ədəbiyyat: C.N Hacıyev ; R.Y. Əliyev.  Xəstələrə qulliuq . Səh. 156  “ Təhsil” Bakı  1980 .

 

121. Aşağıda göstərilən temperaturlardan hansı subfebril temperaturdur?

A) 39-400

B) 37-380

C) 36-36,50

D) 38-390

E) 410

Yüksəlmə dərəcəsinə görə temperaturun bu növləri var: subfebril temperatur – 37 -38 dərəcə; febril temperatur – 38-39 dərəcə; yüksək qızdırma- 39-41 dərəcə; çox yüksək qızdırma – 41 dərəcədən yüksək. Ədəbiyyat: C.N.Hacıyev; R.Y.Əliyev.  Xəstələrə qulluq . Səh . 103 . “ Təhsil ” Bakı 1998.

 

122. Venepunksiya apararkən tibb bacısı aşağıda göstərilənlərdən nəyi düz etmir?

A) İynə venaya düşən kimi turnanı açır

B)  Xəstənin dirsəyi altına kiçik yastıq qoyur

C)  İnyeksiya nahiyəsini 2 dəfə spirtli tamponla silir

D)  Xəstəyə əlini açıb-yummağı təklif edir

E)  Bazunun ortasından turnanı elə bağlayır ki, mil arteriyasında pulsasiya kəsilsin

Venepunksiya apararkən turnanın qoyulmasının başlıca şərti turnanın arterial axına mane olmamasıdır.Tibb bacısı bazunun ortasından turnanı elə bağlamalıdır ki, ancaq venalar sıxılsın, arteriyalar isə sıxılmasın. Arteriyalarda qan axınına mil arteriyasındakı nəbzə görə nəzarət edirlər, nəbz zəifdirsə və ya heç hiss olunmursa deməli turna çox sıxılmışdır. Ədəbiyyat:  N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 25“ Çıraq”  2008.

 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin