978) Mexaniki antiseptikaya aiddir:
A) Yaraların I-li cərrahi işlənməsi
B) Yaraya bakteriofaq vurmaq
C) Eyni qrupdan qan köçürmək
D) Yaraya sarğı qoyulması
E) Yaraların spirtlə dezinfeksiyası
Bütün təsadüfi yaralar mikrobla çirkləndiyinə görə 12 saatdan gec olmayaraq I-li cərrahi işlənməlidir (üz, boyun və əldən başqa). İşlənmə əl və alətlərlə aparıldığına görə bu üsul mexaniki işlənmə adlanır.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 343
979) Kəskin qarın simptomuna şübhə varsa tibb bacısı nə etməlidir?
A) İsitqac qoymalı
B) Ağrıkəsici vurmalı
C) Soyuq qoyub təcili yardım çağırmalı
D) İmalə etməli
E) Masaj etməli
Kəskin qarın simptomuna şübhə varsa tibb bacısı dərhal soyuq qoymalı və xəstəni stasionara göndərməlidir.
Ədəbiyyat: H.Sultanov. “Cərrahiyyə”. Səh.209
980) Yumşaq toxumaların zədələnməsində göstərilən ilk yardım tədbirlərindən biri səhvdir?
A) Zədələnmiş nahiyəni sıxmaq
B) Zədələnmiş nahiyəyə istirahət vermək
C) Buz və ya soyuq yaş sarğı (kompres) tətbiq etmək
D) Zədələnmiş nahiyəni qaldırmaq
E) Zədələnmiş nahiyəni hərəkət etdirmək
Dostları ilə paylaş: |