Brayan Treysi Daxili İntizamın Gücü



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə10/24
tarix24.04.2022
ölçüsü1,53 Mb.
#56201
1   ...   6   7   8   9   10   11   12   13   ...   24
Brian Tracy The Power of Self-Discipline

“Tələsik böyük insan olmaq cəhdindən çəkinin. Çünki, bu 
cür  cəhdlərdən  yalnız  10 000–də  biri  uğurlu  olur.  Bu  qorxulu 
statistikadır.” 
Benjamin Dizrael 
 
İnadkarlıq,  daxili  intizamın  praktikada  tətbiqidir. 
Maneələr  və  müvəqqəti  uğursuzluqlara  baxmayaraq 
inadkarlıqla  məqsədinizə  doğru  irəliləmək  qabiliyyətiniz 
uğurlu insan olmağınız üçün çox vacib amildir.  
Napaleon Hill demişdir: “İnsan xarakteri üçün İnad-
karlıq,  polad  üçün  karbon  kimidir.  (polada  möhkəmlik 
verən məhz karbondur)” Uğurun əsas səbəbkarı inadkar-
lıqdır və uyğun olaraq uğursuzluğun da əsas səbəbi inad-
karlığın kifayət qədər olmamasıdır.  
Daxili-intizam  və  özünüqiymətləndirmə  arasında 
birbaşa əlaqə var. Hər dəfə özünüzü lazım olan işi, istəyi-
nizdən asılı olmayaraq lazım olan vaxtda görməyə vadar 
etdikdə  özünüzə  verdiyiniz  qiymət  artır.  Buna  görə  də 
inadkarlıq və özünüqiymətləndirmə arasında birbaşa əla-
qə  var.  Hər  dəfə, həvəsdən düşdükdə  və  məqsədinizdən 
vaz  keçmək  istədiyiniz  məqamlarda  belə  inadkarlıq  gös-
tərib yolunuza davam etdikdə özünüzü daha çox qiymət-
ləndirirsiniz.  Daxili-intizamın  tətbiq  edildiyi  hər  bir  mə-
qam  onun  növbəti  tətbiqinə  zəmin  yaradır.  İnadkarlığın 
hər  bir  tətbiqi  onun  növbəti  tətbiqini  asanlaşdırır.  Hər 
dəfə  inadkarlıq  göstərib  yolunuza  davam  etdikcə  özü-
nüzə hörmətiniz və verdiyiniz dəyər artır. Daha güclü və 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
115 
özünəinamlı  olursunuz.  Nəticədə  qarşısıalınmaz  olur-
sunuz! 
 
 
İnadkarlığın mükafatı. 
 
İnadkarlıq özlüyündə mükafatdır. Hər dəfə inadkar-
lıq  edib özünüzü,  böyük və  ya  kiçik olmasından  asılı  ol-
mayaraq müəyyən bir işi görməyə vadar etdikdə özünü-
zü  daha  xoşbəxt  və  güclü  hiss  edirsiniz.  1  kilometr  artıq 
getdikdə,  əmək  haqqınızdan  artıq  işlədikdə  özünü  qiy-
mətləndirməniz artır. Özünüzü daha güclü və həyatınıza 
daha  çox  nəzarət  etdiyinizi  hiss  edirsiniz.  Karyeranızda 
artiq  yol  qət  etməklə  özünüzü  mələklərin  cərgəsinə  qo-
yursunuz.  Qaliblər  və  uğursuzlar  arasında  fərq  sadədir: 
qaliblər heç vaxt yarı yolda dayanmırlar, yarı yolda daya-
nanlar isə heç vaxt qalib olmurlar. 
İnadkarlıq  qabiliyyətinizi  özünüzlə  pozitiv  söhbət-
lər  etməklə  artıra  bilərsiniz.  Özünüzə  təlqin  edin:  “Mən 
qarşısıalınmazam!” Hansısa işə başlamazdan öncə özünü-
zü proqramlaşdırın: “Mən heç vaxt təslim olmuram.” 
Həyatınızın  nəhəng  nailiyyətlərini  əldə  etməzdən 
öncə  “inadkarlıq testi”ni  keçməlisiniz.  İstənilən  işdə  mü-
vəqqəti uğursuzluq, çətinliklər bəzən isə hətta tam fəlakət 
olur, bunlarla üzləşdikdə siz özünüzə: Bu “İnadkarlıq tes-
tidir”  deməyi  bacarmalısınız.  Nəyə  qadir  olduğunuzu 
məhz  bu  zaman  nümayiş  etdirirsiniz.  Məhz  bu  zaman 
daxili gücünüzü və qələbə əzminizi özünüzə və ətrafınız-
dakılara nümayiş etdirirsiniz.  
 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
116 
Cavab vermək bacarığınız. 
 
Çətinliklərə  cavab  vermək  bacarığınız,  uğura hazır-
lığınızın  ölçüsüdür.  Çətinlik  və  maneələrlə  üzləşdikdə 
özünüzü  müəyyən  müddətə  məngənədə  sanırsınız.  Bu, 
“günəş  nöqtəsi”nə  dəyən  zərbənin  effektinə  bənzəyir, 
müəyyən  müddətə  nəfəsiniz  kəsilir,  hərəkət  edə  bilmir-
siniz. Bu müddət ərzində özünüzü cəsarətsiz və aciz hiss 
edirsiniz. “Nə üçün mən?” deyə soruşacaqsınız. Əsas mə-
sələ  isə  nə  qədər  tez  özünüzə  gəlməyiniz  yox,  özünüzə 
gəldikdən sonra cavab zərbənizin nə qədər güclü olması-
dır. Gücünüzü toplayıb cavab zərbəsi endirmək lazımdır. 
Döyüşçülərin kredosunu unutmayın: “Yerə  uzanıb qana-
yan  yaramı  sarıyacam  sonra  isə  ayağa  qalxıb  yenə  də 
döyüşəcəm!”  
İşləriniz  pis  getdikdə  təəccüblənməyin,  çaşmayın, 
qorxmayın. Bəzən  ən yaxşı planlarınız belə  puç ola  bilər. 
Bu zaman məyusluq və çətinlikləri real həyatın bir hissəsi 
kimi  qəbul  edin.  Dərindən  nəfəs  alın,  parçaları  yığın  və 
yolunuza davam edin.  
 
 
Optimistlik dözüm verir. 
 
İnadkarlıq və uğur üçün lazım olan əsas xüsusiyyət 
optimistlikdir. Bu sizə, uğur qazanacağınıza hədsiz inam 
verir.  Çətinliklərlə  üzləşdikdə  optimistliyinizi  qoruyub 
saxlamaq  üçün  düşüncələrinizi  kontrol  etməlisiniz.  Özü-
nüzə  yazığınız  gəlməsinə  yol  verməyin.  Şikayət  etdikdə 
və başqalarını günahlandırdıqda siz özünüzü aciz və cılız 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
117 
adam kimi göstərirsiniz və ən pisidə odur ki, bu sizin da-
xili  gücünüzü  azaldır.  Tənqid  və  şikayət  etmək  sizi 
zəiflədir və çətinliyin öhdəsindən effektiv gəlmək bacarı-
ğınızı  azaldır.  Buna  görə  də,  hər  bir  çətinliyi  cəsarətlə 
qarşılayıb  “Cavabdeh  mənəm!”  deməlisiniz.  Başqalarını 
günahlandırmaq  əvəzinə,  yaranmış  vəziyyətdə  öz  məsu-
liyyətinizi aydınlaşdırın. Bəhanəyə yer yoxdur!  
 
 
Reaktiv yox, aktiv olun. 
 
Baş  vermiş hadisənin üzərində ilişib qalmaq  və gü-
nahlandıracaq bir adam axtarmaq əvəzinə, məsələnin həl-
li  üçün  indi  nə  etmək  mümkün  olduğu  haqda  düşünün. 
Problem  və  günahkar  haqda  düşünməkdənsə  vəziyyəti 
düzəltmək üçün nə etmək lazım olduğu haqda düşünün.  
Optimistliyinizi qorumaq üçün hər vəziyyətdə yaxşı 
nə  isə  görməyə  çalışın.  Yaxşı  nə  isə  görməyə  çalışsanız 
mütləq  tapacaqsınız.  Və  beyniniz  eyni  vaxtda  yalnız  bir 
şey  haqda  düşünməyə  qadir  olduğundan  siz  avtomatik 
olaraq pozitiv, optimist və aydın düşüncəli olacaqsınız.  
Hər bir çətinlikdə sizin üçün dəyərli dərs var. Qarşı-
laşdığınız  hər  bir  çətinlik  sizi  daha  təcrübəli  və  gələcək 
uğurlarınız üçün daha hazırlıqlı edəcək. Uğurlu və uğur-
suz  adamlar  arasında  fərq  sadədir:  problem  çıxdıqda 
uğursuz  adam  ruhdan  düşür  və  özünü  yazıq  hiss  edir, 
uğurlu adam isə əksinə, problemlərdən dərs alır və gələ-
cəkdə  eyni  problemdən  yayınmaq  üçün  bu  təcrübədən 
istifadə edir.  
 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
118 
Hədiyyə axtarın. 
 
Vinsent Piil deyirdi: Allah sizə hədiyyə göndərəndə 
onu  problemin  içində  gizlədir.  Hədiyyə  nə  qədər  böyük 
olursa problem də bir o qədər böyük olur.  
Diqqətinizi problem üzərində cəmləmək əvəzinə hə-
diyyəni  axtarın.  Onu  mütləq  tapacaqsınız.  Ən  maraqlısı 
isə  odur  ki,  çox  zaman  hədiyyə  problemdən  qat-qat  də-
yərli olur. Bəzən bir problemin həlli zamanı əldə etdiyiniz 
təcrübə  sizin  gələcəkdə  qazanacağınız  ən  böyük  uğurla-
rınızın  təminatçısı  olur.  Napaleon  Hillin  yazdığı  kimi: 
“Hər  bir  problem  və  çətinlikdə  gələcəyin  daha  böyük 
uğurlarının toxumu olur. Sizin öhdənizə düşən isə sadəcə 
həmin toxumu tapmaqdır.” 
Daim çətinlik qarşısında özünüzü güclü və möhkəm 
insan  zənn  edin.  I  Dunya  müharibəsi  zamanı  Britaniya 
generallarından  biri  komandanı  tərəfindən  belə  təsvir 
edilmişdir: “O, buz bağlamış torpağa sancılmış polad di-
rək kimi tərpənməz idi!” 
Qoy  bu  təsvir  eynən  sizin  problemlə  üzləşdiyiniz 
zamankı  vəziyyətinizə  uyğun  olsun.  Problem  qarşısında, 
“buzlu  torpağa  sancılmış  polad  dirək  kimi  sarsılmaz” 
dayanmağı qət edin.  
 
 
Öncədən qət edin. 
 
Heç  zaman  təslim  olmayacağınızı  öncədən  qərara 
alsanız  uğurunuzu  virtual  olaraq  təmin  etmiş  olarsınız. 
Sonunda  sizi  özünüzdən  başqa  heç  nə  saxlaya  bilməz. 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
119 
Həyatda nə qədər yıxıldığınız yox, nə qədər ayağa qalxdı-
ğınız  önəmlidir.  Hər  dəfə  usanmadan  ayağa  qalxıb  irəli 
hərəkət  etməkdə  davam  etsəniz  sonunda  məqsədinizə 
nail olacaqsınız.  
Hər  dəfə  çətinliklə  qarşılaşdıqda  özünüzü  inadkar-
lığa vadar etdikdə sizin özünüzə verdiyiniz dəyər və özü-
nüzə inamınız artır. Özünüzü daha güclü, daha bacarıqlı 
və qarşısıalınmaz hiss edirsiniz. Bu isə növbəti problemlə 
üzləşdikdə  daha  güclü  olub  çətinliyin  öhdəsindən  daha 
asanlıqla gələməyinizi təmin edir. Və beləliklə,  hər  prob-
lem və çətinlik sizi daha güclü və inadkar edir. Çətinliklə 
üzləşdikdə  özünüzü  inadkar  olub  yolunuza  davam 
etməyə məcbur etdikdə özünüzə inamınız artır və sonun-
da  qarşısına  çıxan  bütün  maneələri  aşan  güclü  sel  kimi 
qarşısıalınmaz birinə çevrilirsiniz.  
İnadkarlıq, daxili-intizamın praktik tətbiqidir. 
İkinci  kitabda  siz,  peşəkar  həyatınızda  daha  böyük 
uğurlar qazandıracaq praktiki məsləhətlər alacaqsınız.  
 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
120 
Tapşırıq: 
 
1.  Məqsədlərinizə nail olmaq üçün həyatınızın daha çox 
inadkarlığa ehtiyac olduğu sahəsini müəyyən edin və 
dərhal onunla məşğul olmağa başlayın. 
2.  Lazımi  qədər  inadkalıq  göstərmədiyinizdən  nail  ola 
bilmədiyiniz  məqsədinizi  müəyyən  edin.  İndi  həmin 
məqsədə nail olmaq üçün nə edə bilərsiniz? 
3.  İnadkarlıq göstərib məğlub olmayaraq nail olduğunuz 
ən böyük məqsədi müəyyən edin.  
4.  Həyatınızın ən əhəmiyyətli məqsədini, nail olacağınız 
halda həyatınıza ən çox pozitiv təsir göstərəcək məq-
sədi müəyyən edin. 
5.  Məqsədinizi  kağız  üzərinə  yazın,  nail  olmaq  üçün 
plan  qurun  və  özünüzə  deyin:  “Uğursuzluq  seçim 
deyil!” 
6.  Nə  olur-olsun  məqsədinizə  nail  olmayana  kimi  inad-
karlıq göstərəcəyinizə qərar verin. Çünki “Mən qarşı-
sıalınmazam!” 
7.  Bütün  çətinlik  və  problemlərə  baxmayaraq  üzərində 
işləyəcəyiniz və nail olmayana kimi əl çəkməyəcəyiniz 
əhəmiyyətli  məqsəd  müəyyən  edin.  İnadkarlıq  adətə 
çevrilənə kimi bu işi təkrarlayın.  


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
121 
 
 
 
 
 
 
 
II KİTAB 
 
 
Biznes, Satış və Maliyyə işlərində Daxili – 
İntizamın tətbiqi. 
 
 
 
 
 
 
 
 
 
 
Növbəti  hissələrdə  siz,  öz  sahənizin  ən  yaxşı  10 
faizinə qatılmaq üçün lazım olan daxili-intizam haqda öy-
rənəcəksiniz. Məhsuldarlığınızı, effektivliyinizi və nəticə-
lərinizi  yüksəltmək  üsulları  öyrənəcəksiniz.  Şirkətinizin 
və ümumiyyətlə öz sahənizin ən hörmətli və sayılan mü-
təxəssisi olmağı öyrənəcəksiniz.  


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
122 
VIII HİSSƏ 
Daxili-İntizam və İş 
 

Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin