Brayan Treysi Daxili İntizamın Gücü



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə11/24
tarix24.04.2022
ölçüsü1,53 Mb.
#56201
1   ...   7   8   9   10   11   12   13   14   ...   24
Brian Tracy The Power of Self-Discipline

“Liderlər doğulmurlar, onlar yaradılırlar. Və bu yaradılış 
bütün diğər yaradılışlar kimi ağır zəhmətin nəticəsidir. Bu (ağır 
zəhmət), məqsədə nail olmaq üçün ödəniləcək haqdır.” 
Vins Lombard 
 
Yəqin ki, həyatınızın, daxili-intizamın ən güclü təsi-
rinə  məruz  qalan  sahəsi  işinizdir.  Bununla  belə,  əgər  siz 
də  digərləri  kimisinizsə,  onda  səhər  işə  başlayandan  bü-
tün gün ərzində sizi ən vacib işlərdən yayındıran insan və 
hadisələrlə  əhatə  olunmusunuz.  Həmin  o  vacib  işlər  isə 
sizi inkişafa aparacaq işlərdir.  
Bir şirkətin idarə  heyətindən soruşmuşdular: “Sizin 
şirkətdə inkişaf etmək üçün işçiyə hansı xüsusiyyətlər la-
zımdır?”  Onların  85%-i  aşağıdakı  xüsusiyyətləri  sadala-
mışdır: 
 
1.  Priaritetlər  müəyyən  etmək  və  daha  vacib  işləri  gör-
mək bacarığı. 
2.  İşi vaxtında və keyfiyyətlə görmək üçün tələb olunan 
intizam. 
 
Bu  iki  xüsusiyyət  karyera  inkişafı  üçün  digərlərin-
dən vacibdir. İntizam və diqqət daha məhsuldar olmağa, 
əmək haqqının artımına və daha sürətli karyera inkişafına 
səbəb olacaq.  
 
 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
123 
Lazım olanı lazımsızdan ayırın. 
 
Artıq Pareto  Prinsipi –  80/20 nisbəti  haqda  bir neçə 
dəfə danışmışıq. Nailiyyətinizin 80% -i etdiklərinizin 20% 
-nin  nəticəsidir.  Öhdənizə  düşən  sadəcə  həmin  20%  -i 
müəyyən etmək və diqqətinizi onların üzərində cəmləyib 
tez  və  keyfiyyətli  şəkildə  görməkdir.  XIII  hissədə  vaxtı 
idarə etmək haqda ətraflı danışacağıq, hələlik isə yaxşı və 
pis  vaxt  idarəçiliyi  arasında  fərqi  aydınlaşdıraq.  Robert 
Half İnterneşnla görə, orta statistik işçi vaxtının 50 faizini 
işə aid olmayan məşğuliyyətlərə sərf edir.  
 
İş vaxtının 37 faizi işə heç bir aidiyyatı olmayan şəxsi 
və ümumi mövzularda söhbətə sərf edilir. 
 
Yerdə qalan 13 faiz isə işə gec gəlmək və tez getmək, 
nahar  və  çay  fasilələrinə  lazımından  artıq  vaxt  sərf 
etməyə xərclənir.  
Bu  vəziyyəti  daha  da  pisləşdirən  isə,  vaxtı  hədər 
sərf edən işçilərin işlədikləri zaman az  əhəmiyyətə malik 
işləri  görməkləridir.  Nəticədə  onların  məhsuldarlığı  çox 
aşağı olur və özlərini daim rəhbərliyin təzyiqi altında hiss 
edirlər.  
Təəssüflər olsun ki, siz işdə vaxtınızı hədər keçirən-
də  görüləsi  işlər  azalmır,  qalaqlanaraq  böyük  problemə 
çevrilir. Tapşırıq üçün ayrılan vaxt daha tez çatır. Nəticə-
də işi tələsik, başdansovdu görməli olursunuz və çox za-
man şirkətə baha başa gələn səhvlər edirsiniz.  
 
 
 
 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
124 
Mükəmməl reputasiya qazanın. 
 
Sizi, karyeranızın inkişafına güclü təsiri olan adam-
ların diqqətinə çəkəcək ən güclü vasitə, iş saatının hər də-
qiqəsindən  istifadə  edərək  yaradacağınız  intizamlı  və 
vicdanlı işçi reputasiyadır. Orta statistik işçi il ərzində cə-
misi 3% əmək haqqı artımına nail olur ki, bu da inflyasiya 
və  qiymət artımı ilə  güclə ayaqlaşır. Başqa sözlə  əgər siz 
orta  statistik  işçisinizsə  onda  illik  gəlir  artımınız  demək 
olar  ki  sıfırdır.  Gəliriniz  sadəcə  yaşayış  minimumunuzu 
təmin edir. Yüksəkdə olan 20 faiz isə hər il gəlirlərinin 10 
– 25 faiz artımına nail olurlar. Hər bir peşənin öndə olan 
20%-i gəlirin 80%-nə sahib olur. Aşağıdakı 80%-in isə pu-
lun  yerdə  qalan  20%-ini  bölüşdürməkdən  başqa  çarəsi 
qalmır. Onların, məhsuldar və intizamlı peşəkarların süf-
rəsindən  tökülən  qırıntıları  bölüşdürməkdən  başqa  əlac-
ları qalmır.   
 
 
Gəlirinizi iki dəfə artıra bilərsiniz. 
 
Seminarlar zamanı insanlara, “siz qarşıdakı bir il ər-
zində  gəlirinizi  iki  dəfə  artırmaq  məqsədi  qoymalısınız” 
dedikdə  onlar  bunu  müxtəlif  cür  qəbul  edirlər.  Əksər 
hallarda  çay  fasiləsi  zamanı  kimsə  mənə  yaxınlaşıb, “Siz 
mənim şirkətimə bələd deyilsiniz. Bu şirkətdə gəlir artımı 
mümkün deyil. Onlar sadəcə olaraq bunu etmirlər.” kimi 
bəyanatlar  verirlər.  Bu  vəziyyətlə  dəfələrlə  rastlaşdığım 
üçün mənim hazır cavabım var. Mən kritik sual verirəm: 
“Bəs  sizin  şirkətdə  sizdən  iki  dəfə  artıq  qazanan  kimsə 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
125 
varmı?” Cavab təbii ki, “bəli” olur. Və mən həlledici nəti-
cə  çıxarıram: “Deməli sizin şirkət  kiməsə  sizdən  iki dəfə 
artıq pul verməyə hazırdır. Onlar sadəcə sizə iki dəfə ar-
tıq pul vermək istəmirlər. Bəs nə üçün?” Bu sualın ardın-
ca qəfil “işıqlar yanır”. Həmin adam əvvəl görmədiyi şey-
ləri  görür,  məsələ  şirkətdə  deyil.  İşçi  özü  iki  dəfə  artıq 
qazanmaq üçün  lazımi səyləri  göstərmir. Bu şirkətin  yox 
işçinin günahıdır.  
 
Prioritetləşdirdiyiniz üç kömək qanunu. 
Təlim  zamanı  biz  iştirakçıları, on  iki ay və  ya  hətta 
otuz gün ərzində iki dəfə daha məhsuldar  və  effektiv ol-
malarına kömək edəcək bir təlim keçirik. 
Həmin  təlim  praktiki  olaraq  belədir:  Bazar  ertəsin-
dən başlayaraq həftə ərzində gördüyünüz işlərin siyahısı-
nı tutun. Elektron poçtunuzu yoxlamaq və telefon zənglə-
rinə cavab vermək kimi xırda işlər də daxil olmaqla onla-
rın  hamısını  kağız  üzərində  qeyd  edin.  Bu  siyahını  göz-
dən  keçirib  özünüzə sual  verin:  Gün ərzində  bu işlərdən 
yalnız  birini  görmək  imkanına  malik  olsaydım  onlardan 
hansı mənim şirkətim üçün daha faydalı olardı? Bu suala 
cavab  tapdıqdan  sonra  siyahınızdakı  həmin  işi  dairəyə 
alın.  Sonra  ikinci  sualı  verin:  Gün  ərzində  iki  iş  görmək 
imkanım olsaydı ikici iş nə  olardı?  Siyahını yenə  gözdən 
keçirin  və  şirkətinizə  ən çox  fayda  verəcək  ikinci  işi mü-
əyyən edib dairəyə alın. Sonra üçüncü yekun sualı verin: 
Gün ərzində üç iş görmək imkanım olsaydı onda üçüncü 
iş nə olardı? 
Biz  bunu  “Üçlər  qanunu”  adlandırırıq.  Bu  qanuna 
əsasən, gün ərzində şirkətinizə verdiyiniz xeyirin 90 faizi-


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
126 
ni  gördüyünüz  üç  iş  təmin  edir.  Öhdənizə  düşən  vəzifə 
ən vacib üç işi müəyyən etmək və gün ərzində səylərinizi 
onların üzərində səfərbər etməkdir. Yerdə qalan bütün iş-
lər isə ikinci dərəcəli, vaxt öldürmək və ya əyləncə xarak-
terli  işlərdir.  Bunlar  (əhəmiyyətsiz  işlər)  qeyri-iradi  ola-
raq, böyük və məsuliyyətli işlərdən yayınmaq üçün başı-
nızı qatmağa adət etdiyiniz işlərdir.  
 
 
Saatlıq tarifinizi hesablayın. 
 
Gəlirinizi  ikiqat  artırmağın  başqa  bir  üsulu  “saatlıq 
tarifin hesablanması” metodu ilə şəxsi dəyərinizin müəy-
yən  edilməsidir.  Öncə  bir  saata  nə  qədər  qazandığınızı 
müəyyən edin. Bunun üçün bir illik gəliriniz 2000 -ə (orta 
statistik  işçinin  bir  illik  iş  saatı)  bölün.  Misal  üçün,  illik 
gəliriniz  50 000  dollardısa  və  bunu  2000-ə  böləndə  bir 
saata 25 dollar düşür. İllik gəlir 100 000 dollar olduqda bir 
saata  50  dollar  düşür.  İş  saatınızın  dəyərini  müəyyən  et-
dikdən  sonra  yalnız bu  məbləğə  uyğun  işləri  görün,  qoy 
əhəmiyyətsiz işləri daha ucuz iş saatına malik işçilər gör-
sün. Vaxtınızı əhəmiyyətsiz işlərə sərf etsəniz sizi irəli çə-
kəcək daha vacib işlər tökülüb qalacaq. Əhəmiyyətli işləri 
müəyyən edib onlarla məşğul olmağı öyrənin.  
 
 
Vacib işlər siyahısına qayıdın. 
 
İşdə  gördüyünüz  işlər  siyahısını  hazırladıqdan  və 
onların arasında ən  vacib üçünü qeyd  etdikdən sonra bu 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
127 
siyahını  rəisinizin  yanına  aparın  ki,  o  sizin  işinizi  özü 
üçün vacib olanlara – öz prioritetlərinə əsasən təşkil etsin. 
Bunu,  daha  faydalı  olacağınıza  əmin  olmaq  üçün  etmək 
lazımdır.  
Kepner – Treqor konsaltinq şirkətinin yaradıcıların-
dan  biri  və  Rasional  İdarəçi  kitabının  müəllifi  Benjamin 
Treqor  bir  dəfə  demişdir:  “Ən  böyük  vaxt  itkisi,  görül-
məsi ümumiyyətlə lazım olmayan işlərin səylə görülməsi-
dir.”  Buna  baxmayaraq,  nə  qədər  adamın,  rəisinə  lazım 
olmayan  işlə  məşğul  olması  heyrətamizdir.  Lazımsız  işi 
nə qədər yaxşı görməyinizdən asılı olmayaraq bunun sizə 
heç bir faydası olmur. Ən pisi isə, lazımsız işlərlə məşğul 
olmaq sizin lazımlı işlərə  sərf edəcəyiniz vaxtınızı əliniz-
dən alır. Lazımsız işlər üzərində ağır zəhmət əslində sizin 
karyeranızı məhv  edir. İşdə  ən  xoşbəxt  gününüz, rəisini-
zin  vacib  hesab  etdiyi  işləri  gördüyünüz  zaman  olacaq. 
Ən uğursuz gün isə, rəisinizlə lazımlı işlərə dair fikir ayrı-
lığınız olduğu  və onun özü və karyerası üçün vacib olan 
işləri görmədiyiniz zaman olacaq.  
Məqsədiniz  gəlirinizi  artırmaq  və  daha  sürətli  kar-
yera irəliləyişinə nail olmaqdır. Məqsədiniz, peşənizin ən 
dəyərli və gəlirli mütəxəssisi olmaqdır. Birinci işiniz özü-
nüzü qiymətli mütəxəssis etmək və ikinci, şirkətiniz üçün 
vacib əməkdaş olmaqdır. Bunun üçün isə, daim rəisinizin 
vacib hesab etdiyi işlər üzərində cəmləşmək tələb olunur.  
 
 
 
 
 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
128 
Bütün iş prosesi zamanı işləyin. 
 
Məhsuldarlığınızı və nəticə olaraq gəlirinizi artırma-
ğın  əsas  üsulu  işdə  olduğunuz  zaman  doğurdan  da  işlə-
məkdir.  Sadəcə  işdə  olduğunuz  zaman  işləyin.  Vaxtınızı 
hədər  etməyin.  Yubadmayın.  İş  yoldaşlarınızla  boş    söh-
bətlərə  və  çay fasilələrinə  vaxt sərf  etməyin.  Qəzet  və  ya 
internet  saytlarından  “asılmayın”.  Səhər  işə  gəldiyiniz 
vaxtdan günün sonuna kimi işləyin. 
İş aləminin ən nəhəng vaxt  öldürənləri, sizinlə söh-
bət  etməyə,  fikrinizi  yayındırmağa  və  diqqətinizi  işdən 
ayırıb özlərinə cəlb etməyə çalışan iş yoldaşlarınızdır. Bu 
cür  “yoldaşlarınızdan”  biri  növbəti  dəfə  sizə  yaxınlaşıb 
“Bir dəqiqə vaxtın varmı?” deyə soruşanda siz mehriban-
casına  belə  cavab  verin  “Əlbəttə,  amma  indi  yox.  Nahar 
fasiləsində  ya  da  işdən  sonra  böyük  həvəslə  sənə  vaxt 
ayıraram. İndi əlimdəki işi bitirməliyəm.” Siz adətən “yol-
daşlarınıza” rəisin çox vacib bir tapşırığı ilə məşğul oldu-
ğunuzu və onu təcili bitirməli olduğunuzu dedikdə onlar 
asanlıqla  sizdən  əl  çəkirlər.  Bu  cür  cavabları  tez-tez  eşit-
dikdə  daha  sizə  yaxınlaşmayıb  başqa  həmsöhbət  axtar-
mağa adət edəcəklər.  
Özünüzlə  pozitiv  danışmaqla  özünüzə  motivasiya 
verin  və  diqqətinizi  işinizin  üzərində  cəmləyin.  Bundan 
sonra siz daim özünüzə təlqin etməlisiniz: “İşə qayıt! Diq-
qətini cəmlə!” Vacib işlərlə məşğul olarkən diqqətiniz ya-
yındıqda bu sözləri özünüz üçün təkrarlayın.  
Kim daha səylə çalışır? Gizli sorğu: 
Təsəvvür  edin  ki,  başqa  bir  şirkət  sizin  təşkilatın 
işçilərini  öyrənməyə  hazırlaşır. Onlar  sizə  bütün  işçilərin 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
129 
adı olan siyahı verəcək və kimin daha səylə işlədiyini yu-
xarıdan aşağıya qeyd etməyinizi xahiş edəcəklər. Və son-
ra,  ən  səyli  işçidən  ən  tənbələ  doğru  düzülmüş  bu  siya-
hını rəisinizə  verəcəklər.  Bu siyahı  kimin daha  çox  əmək 
haqqı alacağını və irəli çəkiləcəyini müəyyən edəcək.  
İndi  isə  təsəvvür  edin  ki,  bu  sorğu  artıq  aparılır, 
lakin gizlin şəkildə. Bir qayda olaraq bütün kollektivlərdə 
hər kəs kimin nə qədər səylə işlədiyini bilir. Bunu hər kəs 
bilir, sirr deyil! Bu gündən başlayaraq bir il ərzində sorğu 
aparılarsa qalibin məhz siz olacağınıza qərar verin. Ən ça-
lışqan işçi reputasiyası qazanacağınıza qərar verin. Bu si-
zə, demək olar hər şeydən çox kömək edəcək.  
Siz vaxt aparan yoldaşlar və situasiyalarla əhatə ol-
unduqda,  diqqətinizi  iş üzərində  cəmləmək  güclü daxili-
intizam tələb edir. Diqqətinizi daim iş üzərində cəmləmək 
üçün  fikrinizi  yayındıran  amillərlə  daim  mübarizə  apar-
malısınız.  
 
 
Uğur formulu. 
 
İri  bir  şirkətdə  karyerama  start  verərkən  ən  aşağı 
pillədə dayanmışdım. İşçilərin hamısı şirkətə məndən da-
ha tez gəlmiş və məndən daha təcrübəli idilər. Otuz yaşlı 
yetkin insan olmağıma baxmayaraq, canavar qanunları ilə 
işləyən karyera rəqabətində necə baş çıxaracağımı və necə 
irəli  keçəcəyim  haqda  anlayışım  yox  idi.  Təsadüf  nəticə-
sində, mənə uğur gətirən bir formula rast gəldim. Bu çox 
sadə formul idi. Rəisim mənə tapşırıq verən kimi onu dər-
hal yerinə yetirirdim. Atılmış çubuq dalıyca qaçan köpək 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
130 
kimi  tapşırığa atılır və  yekunlaşdıran  kimi rəisimin  yanı-
na “qaçırdım”. Bəzən o gülümsəyərək: “Əslində bu o qə-
dər də təcili deyildi, amma çox sağ ol ki, tez yerinə yetir-
misən.” – deyirdi. 
 
 
Daha çox öhdəçilik götürün. 
 
İşimi  qurtarıb  bekar  olan  kimi,  dincəlmək  əvəzinə 
rəisimin  yanına  gedib:  “İşimi  qurtarmışam.  Yenə  bir  iş 
istəyirəm.  Daha  çox  öhdəçilik  istəyirəm”  deyirdim.  Və 
həmişə işi başından aşan rəisim adətən belə cavab verirdi: 
“Yaxşı, bu işi mənə burax, səninçün bir şey taparam.”  
Hər  gün  rekord  imzalayırmış  kimi  rəisimin  yanına 
gedib, işim qurtarıb əlavə iş istəyirəm deyirdim. O da mə-
nə bir iş tapıb yola salırdı. O mənə kiçik işlər verir və mən 
də  bacardıqca  tez  yerinə  yetirib  onun  yanına  qayıdaraq, 
işim qurtarıb, görüləsi nə iş var deyirdim. Cəmisi altı aya 
mən onun gözündə “od parçası”na döndüm. Təcili nə işi 
olardısa, hamının  yanından  ötüb  düz  mənim yanıma gə-
lərdi. Çünki işi hamıdan tez mənim görəcəyimə əmin idi.  
 
 
Vaxt önəmlidir. 
 
Bir  dəfə rəisim mənə  Renoya  uçub  orada  şirkətimi-
zin almaqda olduğu torpaqda görüləcək işlərin başlanma-
sını təşkil etməyi tapşırmışdı. Hazırlaşıb yola çıxmağa bir 
həftə  vaxt vermişdi, mən  isə elə  ertəsi günü  yola çıxdım. 
Renoya çatdıqda birbaşa, alqı-satqı işi ilə məşğul olan və-


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
131 
kilin sonra isə oradakı işlərə rəhbərlik edəcək mühəndisin 
yanına  getdim.  Mən  dərhal,  bu  sövdələşmədə  nəyinsə 
qaydasında olmadığını hiss etdim. Problemin nədə oldu-
ğunu  dəqiq  bilmirdim  və  bu  işlə  əlaqəsi  olan  insanlarla 
söhbət  edərək  məlumat  toplamağa  başladım.  Günün  so-
nuna,  2  milyon  dollarlıq  sövdələşmənin  imzalanmasına 
cəmisi bir neçə saat qalmış müəyyən  etdim  ki, bizə satıl-
maqda  olan  torpaq  heç  bir  infrastruktura  malik  deyil  və 
orada  planlaşdırdığımız  işi  görmək  üçün  ən  azı    yüz  il 
gözləmək lazımdır. Bir az sadə dildə desək, 2 milyona al-
mağa çalışdığımız torpağın heç bir dəyəri yox idi.  
Mən dərhal sövdələşməni saxladım, müxtəlif xərclər 
üçün  vəkilin depozitinə  yatırılmış 250 000 dolları  geri al-
dım  və  rəisimə  işin  nə  yerdə  olduğunu  danışmaq  üçün 
geriyə  qayıtdım.  Və  təbii  ki,  rəisim  mənim  işimdən  çox 
razı qalmışdı.  
 
 
Nəhəng qarşılıq. 
 
O gündən etibarən mən daha çox məsuliyyətə yiyə-
lənməyə başladım. Bir ilə artıq, üç şəhərdə qırx iki əmək-
daşdan ibarət olan  üç filiala rəhbərlik edirdim. Və sonra-
lar  öyrəndim  ki,  rəisim  mənə  hamıdan  çox  əmək  haqqı 
verir, bunun da səbəbi məhsuldarlığım və verdiyim xeyir 
idi.  
Buna görə də, insanlar  məndən həqiqətən səy   gös-
tərərək  uğur  qazanmaq  üçün  məsləhət  istədikdə  onlara 
eyni  məsləhəti  verirəm:  Rəisinizin  tapşırdığı  işi  tez  və 
keyfiyyətli görün. Sonra onun yanına gedib daha bir iş is-


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
132 
təyin.  Bunu  daim,  aramsız  edin  və  iti  və  keyfiyyətli  işlə-
yən  adam  reputasiyası  qazanın.  Bu,  karyera  inkişafınız 
üçün ən faydalı reputasiyadır.  
 
 
Haqqını ödəyin. 
 
Sizə, işdə uğur qazanmağın üç sadə formulunu təq-
dim  edirəm:  İşə  daha  erkən  gəlin,  daha  səylə  işləyin  və 
işdən bir az gec çıxın. Bu üç formul sizi o qədər irəli apa-
racaq  ki,  rəqiblərinizin  sizə  çatmaq  şansı  qətiyyən  olma-
yacaq.  
İşə  hamıdan  bir  saat  öncə  gəlin.  Bu  vaxtı,  işinizi 
planlaşdırmağa və vacib işləri müəyyən etməyə sərf edin. 
Əmin olun ki, rəisinizin işə nə vaxt gəlməyindən asılı ol-
mayaraq siz artıq oradasınız.  
Bir az səylə işləyin. Vaxtınızı hədər etməyin. Yoldaş-
larınızla boş söhbətlər etməyin. Nahar fasiləsinə mümkün 
qədər  az  vaxt  sərf  edin,  həmin  vaxtı  işinizə  xərcləyin  ki, 
məhsuldarlığınız yüksək olsun. 
İş  yoldaşlarınızdan  bir  az  artıq  işləyin.  Onlar  işdən 
beşdə çıxırlarsa siz altıda çıxın. Həmin bu vaxtı vacib işlə-
rinizi  yekunlaşdırmağa  və  sabahkı  işlərinizi  planlaşdır-
mağa sərf edin.  
İşə bir saat tez gəldikdə, nahar fasiləsinə az vaxt sərf 
etdikdə  və  işdən  bir saat gec çıxdıqda iş gününüzə  məh-
suldar üç saat əlavə etmiş olursunuz. Bu vaxtların isə gü-
nün  aktiv  vaxtları  olmadığından  sizi  iş  yoldaşlarınızın 
əhəmiyyətsiz  söhbətləri  və  telefon  zəngləri  yayındırmır 
və  siz  həmin  saatlarda  daha  məhsuldar  olursunuz.  Buna 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
133 
görə  də  sadəcə  bu  üç  saat  sizin  gündəlik  məhsuldarlığı-
nızı iki və hətta üç dəfə artıra bilər. Ən yaxşısı isə odur ki, 
bu  əlavə  saatlarla  siz  heç  nə  itirmirsiniz,  tez  və  gec  gəl-
məklə  tıxaclardan  yayınmış  olursunuz.  Sizin  işə  sərf 
etdiyiniz vaxtı digərləri tıxaclarda sərf edirlər.  
 
 
Qırx plyus formulu. 
 
İşdə daha tez uğur əldə etmək üçün “Qırx Plyus for-
mulundan” istifadə edin. Bu formulaya əsasən, hal-hazır-
da işə sərf etdiyiniz əlavə saatlara nəzər salmaqla  qırx il-
dən sonra hansı nailiyyətlər əldə edəcəyinizi deyə bilərsi-
niz.  
Əgər hamı kimi həftədə sadəcə qırx saatınızı işləyib 
evə gedirsinizsə onda sadəcə “sağ qalacaqsınız”. İllik gəlir 
artımınız 3-4 faiz olacaq. Digərlərindən heç nəylə fərqlən-
məyəcəksiniz.  
Yalnız həftəlik 40 saatlıq işinizə nə isə əlavə etdik-
də siz özünüzü digərlərindən irəli atmış olursunuz. Aldı-
ğınız əmək haqqından çox işləməyə adət edin. Özünüzü, 
aldığınızdan  çox  verməyə  məcbur  edin.  Qırx  saata  əlavə 
etdiyiniz hər bir saat gələcəyinizə etdiyiniz yatırımdır.  
Amerikada, hər sahədə ən çox pul qazanan insanlar 
həftədə  50  –  60  saat  işləyənlərdir.  Öz  hesabına  milyaner 
olmuş  insanlar  həftədə  ən  azı  əlli-doqquz  saat  işləyirlər. 
Uğurlu insanların çoxu karyeralarına başlayarkən həftədə 
altı və bəzən yeddi  gün işləmişlər. Və ən əsası onlar işdə 
olarkən  bütün  vaxtlarını  işə sərf edirlər. Vaxtlarını hədər 
etmirlər.  Onlar  anlayırlar  ki,  gələcəkdə  karyeradan  bol 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
134 
məhsul  götürmək  üçün  payız  vaxtı  yaxşı  toxum  səpmək 
lazımdır.  
 
 
Vəhdətin bir hissəsi olun:  
Uğura uyğun geyinin. 
 
Ən  sonunda,  özünüzü  vəhdətin  bir  hissəsi  olmağa 
nizamlamalısınız. Unutmayın, “Quşun lələkləri bir yerdə 
uçur”. Məsələ təqdimata gəldikdə insanlar  özlərinə oxşa-
yanları  təqdim  etməyə  can  atırlar.  Rəislər  işçilərin  xarici 
görkəminə  qarşı  çox  həssas  olurlar.  Onlar,  dostlarına  və 
kolleqalarına  fəxrlə  təqdim  edə  bildikləri  insanları  irəli 
çəkməyi  xoşlayırlar.  Geyiminizin  və  ümumiyyətlə  xarici 
görkəminizin, rəisinizin sizi şirkətinin nümayəndəsi kimi 
özü  ilə  yüksək  təbəqəli  insanların  yer  aldığı  nahar  və 
ziyafətlərə  alın  açıqlığı  ilə  aparmasını  təmin  edəcəyinə 
əmin olun.  
Hər  səhər  evdən  çıxmazdan  öncə  güzgüyə  baxıb 
özünüzdən  soruşun:  “Mən  şirkətin  elitasındakı  adamlar 
kimi görünürəmmi?” Cavabınız “xeyr” olarsa onda əyni-
nizi dəyişin və bunu “bəli” cavabı alana kimi edin.  
Uğur üçün necə geyinmək lazım  olduğunu öyrənin. 
Kitab  və  məqalələr  oxuyun,  başqalarından məsləhət alın. 
Peşənizin  yüksək  səviyyəli  mütəxəssislərindən  nümunə 
götürün, onlar kimi geyinin. Hazırki vəzifənizdən iki pillə 
yüksək  geyinin.  Unutmayın  ki,  sizin haqqınızda  ilkin  tə-
əssüratın 95% - i geyiminiz və görkəminiz tərəfindən ya-
radılır.  Başqalarının  sizin  haqqınızda  birinci,  ikinci  və 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
135 
üçüncü  təəssüratlarının  onlara  çatdırmaq  istədiyiniz  me-
saja uyğun olmasını təmin edin.  
İnsanların çoxu, sadəcə azacıq artıq səy, vaxt və da-
ha vacib işlər üzərində daha diqqətli olmaqla öz peşələri-
nin  ən  yüksək  gəlirli  mütəxəssisləri  ola  biləcəklərini  bü-
tün  ömürləri  boyu  dərk  etmirlər.  Özünüzü  daim,  şirkət 
üçün daha dəyərli olmağa vadar etdikcə karyera inkişafı-
nızı sürətləndirir və parlaq gələcəyinizi təmin etmiş olur-
sunuz.  
Növbəti hissədə, peşəkar adətlərinizin sizin liderliyə 
doğru  inkişafınızı  necə  müəyyən  etməsini  öyrənəcək  və 
liderlik potensialının təmin edilməsində daxili – intizamın 
əhəmiyyətini görəcəksiniz.  
 
 
 
 
 
 
 
 
 
 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
136 
Tapşırıq: 
 
1.  Bu gün, şirkətin əməkdaşlarının ən dəyərli 20%-i ara-
sında  olmağa  qərar  verin.  Bunun  üçün  nə  etmək  la-
zımdır? 
2.  İşdə  olarkən  gün  ərzində  gördüyünüz  bütün  işlərin 
siyahısını tutun və şirkətinizə ən çox xeyir verən üç işi 
müəyyən edin.  
3.  Yeni iş qrafiki tutun, işə daha tez başlayın, daha səylə 
çalışın  və  iş  yerini  daha  gec  tərk  edin.  Bunları  adətə 
çevirin. 
4.  Sizdən  gözlənilən  ən  yüksək  nəticəni  müəyyən  edin 
və  bütün  günü  bu  nəticəyə  nail  olmaq  istiqamətində 
işləyin. 
5.  Şirkətinizdə  ən  yaxşı  geyinən  və  xarici  görünüşünə 
diqqət yetirən adamı müəyyən edin və ondan, öz gör-
kəminiz üçün model kimi istifadə edin.  
6.  İşlədiyiniz  bütün  vaxtı  İŞLƏMƏYİ  və  ən  çalışqan 
əməkdaş reputasiyası qazanmağı qərara alın. 
7.  Təcililik hissi yaradın. Sizə iş tapşırılarkən onu ən qısa 
zamanda bitirməyi öyrənin. Bu sizin həyatınızı dəyişə 
bilər. 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
137 
IX HİSSƏ 
Daxili-İntizam və Liderlik 
 

Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin