101
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD
Polis, hüquq‐mühafizə xidmətləri
3
Yerli polis əlaqələri
Cinsi və məişət zorakılığı məsələləri üzrə əlaqələndirici
mərkəz
Uşaq məsələləri üzrə əlaqələndirici mərkəz
Yerli hökumətdə əlaqələndirici şəxslər
İnsan alveri ilə mübarizə üzrə milli mərkəz
Uşaq ofisləri və xidmətləri
Qadın ofisləri və xidmətləri
İmmiqrasiya xidmətləri
Sığınacaq təminatı və sosial xidmətlər
Səfirlik və konsulluq ofisləri
Miqrasiya edən və insan alverinə ən çox məruz qalan
şəxslər üçün səfirliklər və konsulluq xidmətləri
Beynəlxalq Təşkilatlar
Beynəlxalq Miqrasiya Təşkilatı
Beynəlxalq Əmək Təşkilatı
Qaçqınlar üzrə Ali Komissarlıq
BMT‐nin Uşaq Fondu
BMT‐nin Narkotiklər və Cinayətkarlıq üzrə Ofisi
BMT‐nin Əhali Fondu
Ümumdünya Səhiyyə Təşkilatı
Digər beynəlxalq qurumlar
Digər ölkələrdə qeyri‐hökumət təşkilatları
Ümumi mənşə ölkələrində yerləşən insan alveri ilə
mübarizə təşkilatları
Tərcüməçilər
4
Tələb olunan müvafiq dillərin siyahısını hazırlayın
3
Vəzifəli şəxslər, o cümlədən polis insan alveri ilə məşğul olan cinayət şəbəkələrində iştirak edə bilərlər. Mümkün olduqda,
insan alveri sahəsində digər qurumlarla sıx əməkdaşlıq edən və başqaları tərəfindən etibar olunan spesifik əlaqələndirici
şəxsləri müəyyən edin.
4
Həmçinin etibar olunan həmkarların hər hansı dildə danışıb‐danışmadıqlarını qeyd etmək faydalı ola bilər, çünki rəsmi
tərcüməçilər həmişə mövcud olmaya bilər. Tərcüməçiləri seçərkən ehtiyatlı olun (bax: Tədbirlər planı 3).
TƏDBİR
LƏR
Tədbirlər Planı 11:
Təcili yardım
PLANI
ON BİR
Tədbirlər Planı 11:
Təcili yardım
ƏSASLANDIRMA
Təcili yardıma insan alveri qurbanının tibb işçisi tərəfindən ilkin qəbulu zamanı görülən tədbirlər daxildir. Bu
tədbirlər bir neçə müxtəlif ssenari əsasında həyata keçirilə bilər. İnsan alveri qurbanı hələ də insan alveri
vəziyyətində (təklikdə və ya başqa bir qurbanla insan alverçisi tərəfindən gətirildikdə) olduqda tibb işçisinin
qəbulunda ola bilər. Və ya xəstə insan alveri vəziyyətindən xilas olduqdan sonra müstəqil şəkildə tibbi yardım
üçün müraciət edə və ya şəxs insan alveri vəziyyətindən xilas edilərək polisə, sığınacağa və ya sosial xidmət
agentliyinə və ya təşkilatına yönləndirilə bilər.
İnsan alverinə məruz qalmış şəxs kəskin və həyat üçün təhlükəli xəsarətlərə və ya xəstəliklərə, o cümlədən, kəskin
infeksiyalı yara, fiziki və ya seksual təcavüzlər nəticəsində əmələ gələn fəsadlar və ya intihar cəhdi ilə bağlı dərman
və ya zəhərli maddələrin daxilə qəbulu nəticəsində yaranan xəstəliklərə məruz qala bilər. Həmçinin xəstədə
təxirəsalınmaz tibbi yardım tələb edən şəkərli diabet və ya astma kimi xroniki sağlamlıq problemləri ola bilər.
Intensiv tibbi yardım müddətində, xüsusilə qurban xilas edildikdən sonra onunla bağlı saysız‐hesabsız son dərəcə
əhəmiyyətli narahatlıqlar vardır, lakin tibbi cəhətdən həqiqətən təcili olan problemlərə diqqət yetirmək vacibdir.
Kəskin sağlamlıq vəziyyətində, insan alveri qurbanının maksimum faydalanması üçün müxtəlif xidmətlərin
(məsələn, tibbi, psixoloji, hüquqi) əlaqələndirilməsi zəruridir.
İnsan alveri qurbanlarını azad etmək üçün polis əməliyyatı planlaşdırılırsa, mümkün hallarda polis insan alveri
qurbanlarına tibbi yardımın ardıcıllığını müəyyənləşdirmək və onları müalicə etmək üçün müvafiq səhiyyə işçilərini
səfərbər etmək məqsədilə sığınacaq və ya tibb müəssisəsindəki müvafiq şəxsləri məlumatlandırmalıdır.
Müalicədən sonra xəstəyə yardım göstərməli olan müəssisədə tibb işçisi olmazsa, insan alveri qurbanına dəstək
verən sosial xidmətlər mümkün qədər tez tibbi konsultasiya üçün yönləndirmə həyata keçirməlidirlər. Aşkar həyati
təhlükəsi olan şəxslər təcili olaraq təcili yardım şöbəsinə və ya təcili yardım müəssisəsinə göndərilməlidirlər.
İnsan alveri qurbanlarına təcili yardımla bağlı təklif olunan tədbirlər üç hissəyə bölünür: tibbi müalicə; psixi
sağlamlıq vəziyyətinin qiymətləndirilməsi və tibbi yardım və reproduktiv sağlamlıq xidmətləri.
45
ZƏRURİ TƏDBİRLƏR
Ümumi
l
Travmadan xəbardar şəkildə tibbi yardımı anlamaq vacibdir (bax: Tədbirlər planı 1). Xəstənin təkrar
travma almasının qarşısını almaq üçün suallar tibbi məsələlərlə bağlı verilməlidir. Lakin xəstə könüllü
şəkildə digər məlumatları verirsə, onları diqqətlə dinləyin. İnsan alveri qurbanları ilə qarşılıqlı anlaşma
yaratmaq onların inamını qazanmağın, onları cəsarətləndirməyin və əməkdaşlığın başlanğıcıdır.
45
Bax: Tədbirlər Planı 4, 5, 12 və 15.
105
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD
l
Xəstənin təxirəsalınmaz, həyati zəruri müalicəyə ehtiyacı varsa və razılıq vermək üçün huşu özündə
deyilsə və ya hüquqi qabiliyyəti yoxdursa, hər hansı fövqəladə vəziyyətdə olduğu kimi onun həyatını xilas
etmək tibb işçisinin borcudur.
l
Xəstəyə qərar vermək üçün imkan yaratmaq və onu cəsarətləndirmək vacibdir və məsələn, hüquq‐
mühafizə orqanları qarşısında xəstənin vəkili kimi çıxış etməniz lazım gələ bilər. Bütün müalicə və prose‐
durlar üçün xəstənin razılığını almaq vacib və zəruridir. Lakin imkan və razılıqla bağlı məsələlərin aydın
olmadığı hallar vardır (bax: Tədbirlər planı 16).
l
İnsan alverinə məruz qalmış bir çox şəxslərin məruz qaldığı psixoloji travma və gender əsaslı və ya digər
zorakılıq formaları səbəbindən mümkün olduğu qədər təxirəsalınmaz müalicə üçün eyni cinsdən olan
tibb işçisinin təyin edilməsi tövsiyə olunur. Lakin həyat üçün təhlükəli vəziyyətlərdə, ilkin prioritet xəstənin
vəziyyətini normallaşdırmaqdan ibarətdir.
l
Kəskin vəziyyət insan alverinə məruz qalmış şəxs üçün çox stresli ola biləcəyindən, xidmətlərin səmərəli
şəkildə və mərhəmət göstərərək əlaqələndirilməsi olduqca vacibdir. Xəstənin ehtiyaclarına ən yüksək
prioritet kimi yanaşmaq ən əhəmiyyətli məsələdir.
l
İnsan alveri qurbanının icra etdiyi işlərin növünü bilmək və yaşayış şəraiti barədə təsəvvürə malik olmaq
sağlamlıq vəziyyətinin qiymətləndirilməsində üçün mühüm rol oynaya və müəyyən diaqnostik testlərə
və prosedurlara istiqamət verə bilər.
l
Tibbi sənədlərdə qeyd edilən məlumatların hüquqi nəticələrindən və ixtisasınızla bağlı yerli və milli
hesabat tələblərindən xəbərdar olmalısınız (bax: Tədbirlər planı 9 və 16).
l
Siz xəstənin insan alveri qurbanı olub‐olmadığını əvvəlcədən bilməyə bilərsiniz. Tibbi qəbul za ma nı
xəstənin insan alveri qurbanı olduğundan şübhələnirsinizsə, müəyyən tədbirləri icra edə bi lər siniz (bax:
Tədbirlər planı 6). Məsələn, insan alverinə ötürmək üçün üzərində telefon nöm rə ləri və ya digər
məlumatların yer aldığı kiçik kartlara və ya digər vasitələriniz ola bilər. Həm
çi
nin, potensial
istiqamətləndirmələrlə bağlı hazırlıqlı olmaq da vacibdir (bax: Tədbirlər planı 10).
Təxirəsalınmaz tibbi yardım
l
İnsan alveri qurbanları üçün xarakterik olan həyati təhlükəsi olan xəsarətlərə və ya vəziyyətlərə
orqanizmin susuzlaşması, olduqca pis bəslənmə, sepsis, yaralar (zahiri əlamətləri olmaya bilər), kəllə‐
beyin travmaları (kəllədaxili qanaxma), boyun və onurğa beyninin zədələnmələri, zəhərli maddələrin
təsirinə məruz qalma, dəyişik psixi vəziyyət və digər travmatik xəsarətlər daxildir.
l
Təcili yardım tələb olunan digər xəsarətlər və ya vəziyyətlərlə (məsələn, diş travması və ya infeksiya,
epilepsiya və astma) bağlı hərtərəfli müayinə və analizlər aparılmalıdır. Xüsusilə ağır vəziyyətlərlə bağlı
dərmanları əldə etmək prioritet məsələlərdən biridir.
l
Kəskin narkotik və ya alkoqol tutmaları təcili tibbi yardım tələb etdiyindən toksikoloji analizlər tövsiyə
edilir.
l
İnsan alveri qurbanının gördüyü işinin növü haqqında məlumat onun məruz qaldığı təhlükələr haqqında
ipuçları təmin edə bilər.
l
Təhlükəli inyeksiyalardan istifadə etmiş, seksual (zorlama da daxil olmaqla) və ya digər cinsi zorakılıqlara
məruz qalmış xəstələr üçün 72 saat ərzində İİV virusuna yoluxma ehtimalı ilə bağlı profilaktik tədbirlər
görülməlidir. Cinsi zorakılıq hallarında təcili kontrasepsiya tədbiri təklif etməyi nəzərdən keçirin (bax:
Tədbirlər planı 13).
Təcili psixoloji yardım
46
l
Xəstələrin özlərinə və ya tibbi personala zərər yetirməsinə səbəb ola biləcək hər hansı kəskin psixiatriya
vəziyyətini qiymətləndirin. Kritik psixi sağlamlıq vəziyyəti nümunələrinə intihar, psixoz və narkotik
maddələrin tərgidilməsindən yaranan epilepsiya tutmaları daxildir.
46
Bax: Tədbirlər Planı 12 və 16.
106
İnsan alveri̇ qurbanlarina ti̇bbi̇ xi̇dmətləri̇n göstəri̇lməsi̇
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD
l
Psixi sağlamlıq vəziyyətinin müalicəsinə dərhal başlaya bilmək üçün dəyişmiş psixi vəziyyətlə bağlı üzvi
səbəbləri (məsələn, kəllə‐beyin travması və ya narkotik maddələrin tərgidilməsindən yaranan epilepsiya
tutmaları) aradan qaldırın.
l
Mümkün olduqda, müvafiq dərman preparatları vasitəsilə ən yaxşı tibbi yardımı təşkil etmək üçün psixi
sağlamlıq üzrə ixtisaslaşmış mütəxəssis ilə məsləhətləşin.
l
Təcili tibbi qəbul zamanı insan alveri qurbanlarında tez‐tez müşahidə olunan psixi və emosional vəziyyətin
kövrək olması hər hansı əsas klinik psixiatriya vəziyyətinin klinik mənzərəsində və diaqnozunda çaşqınlıq
yarada bilər. İnsan alverinə məruz qalan şəxslər başlarına gəlmiş travmatik hadisələr nəticəsində davakar,
əməkdaşlığa meyli olmayan və hətta təhlükəli ola bilərlər. Mümkün qədər insan alveri qurbanına qərar
verməkdə dəstək vermək vacibdir (bax: Tədbirlər planı 1, 12 və 16).
Təcili reproduktiv tibbi yardım
47
l
Reproduktiv yaşda olan bütün qadınlar üçün hamiləlik testləri təklif edin. Hamiləlik fonunda bir çox tibbi
müdaxilələrə dəyişiklik olunmalıdır.
l
Reproduktiv yaşda olan bütün qadınlar üçün təcili kontrasepsiya vasitələri təmin edin.
l
Bütün insan alveri qurbanlarının vəziyyətini cinsi zorakılıq və zorlama nəticəsində yaranan xəsarətlərlə
bağlı qiymətləndirin.
l
Dəqiq laboratoriya testləri həyata keçirmək mümkün olmadıqda, cinsi yolla yoluxan infeksiyaların sindrom
əsaslı müalicəsi uyğun ola bilər. Xəstənin müalicəni davam etdirib‐etdirməyəcəyindən əmin deyilsinizsə,
bu cür şübhəli infeksiyanı müalicə üçün lazım olan dərman təlimatlarla birlikdə xəstəyə verilməlidir.
Minimum məhkəmə‐tibbi ekspertiza məlumatlarının toplanması
l
Yerli hüquqi tələblər və laboratoriya qurğuları cinayət təqibi üçün istifadə məqsədilə dəlillərin toplanmalı
olub‐olmadığı və onlar kimlərin toplaya biləcəyi müəyyən edilir. Əksər ölkələrdə, məhkəmə‐tibbi eksper‐
tiza məlumatlarını hüquq‐mühafizə orqanları ilə işləyən, xüsusi təlim keçmiş səhiyyə işçiləri toplayırlar.
Səhiyyə işçiləri emal edilə bilməyən və ya istifadə edilə bilməyən dəlilləri toplamamalıdırlar.
l
Qurbanla cinayət təqibi üzrə dəlillərin toplanması ilə bağlı məsləhətləşin. Tibb işçilərinin cinsi zorakılıq
qurbanlarını haraya yönləndirmək lazım olduğunu əvvəlcədən bilmələri vacibdir (bax: Tədbirlər planı
10).
l
Xəstəni məlumatların yalnız onun razılığı ilə və ya hüquqi təlimat əsasında açıqlanacağından əmin edin.
l
Tibbi müayinə zamanı aşkar edilmiş bütün faktlarla bağlı diqqətlə yazılı sənədləşdirmə aparın. Bu, xilas
edilmiş şəxsin müalicəsinə, eləcə də hər hansı sonrakı qanuni araşdırmaya kömək edə bilər. Tibbi kart
hüquqi sənədin tərkib hissəsi ola bilər və bəzi yerlərdə məhkəmə işi üzrə sübut kimi təqdim edilə bilər.
İSTİNADLAR VƏ RESURSLAR
Inter‐Agency Standing Committee (Qurumlararası Daimi Komissiya)
2005
Guidelines for Gender‐Based Violence Interventions in Humanitarian Settings: Focusing on pre‐
vention of and response to sexual violence in emergencies, IASC, Geneva, September 2005. (Hu‐
manitar vəziyyətlərdə gender zorakılığı ilə bağlı müdaxilələr üzrə təlimatlar: Fövqəladə hallarda
cinsi zorakılığın qarşısının alınması və cavab tədbirlərinin görülməsi, IASC, Cenevrə, sentyabr
2005.)
107
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD
47
Bax: Tədbirlər Planı 13.
BMT‐nin Uşaq Fondu
2005
Manual for Medical Officers Dealing with Child Victims of Trafficking and Commercial Sexual Ex‐
ploitation (Manual for Medical Officers Dealing with Medico‐Legal Cases of Victims of Trafficking
for Commercial Sexual Exploitation and Child Sexual Abuse), UNICEF and the Department of
Women and Child Development, Government of India, New Delhi, 2005. (Uşaq alveri qurbanları
və kommersiya məqsədilə cinsi istismara məruz qalmış uşaqlarla işləyən tibb işçiləri üçün Təlimat
sənədi (Uşaq alveri qurbanları və kommersiya məqsədilə cinsi istismara məruz qalmış uşaqlarla
işləyən məhkəmə‐tibb işçiləri üçün Təlimat sənədi), UNICEF və Qadın və Uşaq İnkişafı Departa‐
menti, Hindistan, Nyu Dehli, 2005.)
BMT‐nin Qaçqınlar üzrə Ali Komissarlığı
1999
Reproductive Health in Refugee Situations: An inter‐agency field manual, UNHCR, Geneva, 1999.
(Qaçqınlıq vəziyyətlərində Reproduktiv Sağlamlıq: Qurumlararası sahə təlimatı, UNHCR, Cenevrə,
1999.)
Ümumdünya Səhiyyə Təşkilatı
2005
Sexually Transmitted and Other Reproductive Tract Infections: A guide to essential practice, WHO,
Geneva, 2005. (Cinsi yolla keçən və cinsiyyət yollarının digər infeksiyaları: Əsas təcrübə, ÜST,
Cenevrə, 2005.)
1997
Syndromic Case Management of Sexually Transmitted Diseases: A guide for decision‐makers,
health care workers and communicators, WHO Regional Office for the Western Pacific, Manila,
1997. (Cinsi yolla keçən xəstəliklərlə bağlı sindromik müalicə: qərar qəbul edənlər, səhiyyə işçiləri
və əlaqələndiricilər üçün təlimat, ÜST‐nin Sakit Okeanın Qərb hissəsi üzrə Regional Ofisi, Manila,
1997.)
Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Əmək Təşkilatı
2007
Post‐Exposure Prophylaxis to Prevent HIV Infection: Joint WHO/ILO guidelines on post‐exposure
prophylaxis (PEP) to prevent HIV infection, WHO, Geneva, 2007. (İİÇ infeksiyasının qarşısını almaq
üçün təmas sonrası profilaktika: ÜST‐nin/BƏT‐in təmas sonrası profilaktika (PEP) üzrə birgə
təlimatları, ÜST, Cenevrə, 2007.)
Zimmerman, C. və C. Watts,
2003
WHO Ethical and Safety Recommendations for Interviewing Trafficked Women, World Health Or‐
ganization, Geneva 2003. (İnsan alverinə məruz qalmış qadınların müsahibə olunması ilə bağlı
ÜST‐nin etik və təhlükəsizlik tövsiyələri, Ümumdünya Səhiyyə Təşkilatı, Cenevrə, 2003.)
108
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD
TƏDBİR
LƏR
Tədbirlər Planı 12:
Psixi sağlamlığın təminatı
PLANI
ON İKİ
Tədbirlər Planı 12:
Psixi sağlamlığın təminatı
ƏSASLANDIRMA
Psixi sağlamlığın təminatına, insana müsbət emosional müvazinət vəziyyətinə nail olmaq imkanı verən bir sıra
dəstək və müalicə xidmətləri daxildir. Mədəniyyət fərqləri, peşə fərqləri və stiqma düşüncələri “psixi sağlamlığın”
necə başa düşüldüyünə təsir göstərir (əksər psixi pozğunluqlarla bağlı diaqnostik meyarlar inkişaf etmiş sənaye
ölkələrində hazırlanmışdır). Beynəlxalq səviyyədə psixi sağlamlıq problemlərinin simptomlarında, onların
səbəblərinə münasibətdə və müalicə prioritetləri ilə bağlı oxşarlıqlar və fərqlər vardır. Bəzi vəziyyətlərdə, psixi
sağlamlıq problemləri olan şəxslərin ağır stres hallarına qarşı reaksiyasının başa düşülən olduğu və çox güman ki,
zaman və dəstək sayəsində vəziyyətlərinin yaxşılaşacağını vurğulamaq xüsusilə zəruri ola bilər.
Tibb işçiləri insan alveri dövrəsinin istənilən mərhələsində psixi sağlamlıq problemləri olan insan alveri qurbanı
ilə qarşılaşa bilər. Məsələn, mənşə ölkəsinə qayıtmış insan alveri qurbanı depressiya halı ələ əlaqədar yönləndirilə
bilər. Şəxsin insan alveri qurbanı olduğundan şübhələndiyiniz hallarda somatik xəstəliklə bağlı konsultasiyası
zamanı onda alkoqol asılılığı aşkar oluna və ya intihara cəhd etmiş və ya kəskin psixozdan əziyyət çəkən xəstənin
insan alveri vəziyyətində olduğu aşkar edilə bilər.
Bəzi hallarda, çox az ilkin məlumat əsasında intensiv müalicə təmin etmək lazım gəlir. Bu halda, tibb işçisinin
məsuliyyəti şəxsin növbəti müayinələrə gəlmək imkanının və ya həvəsinin olmayacağını nəzərə almaq, mümkün
olan ən yaxşı müalicəni təmin etmək və onun yeganə qəbul imkanından maksimum faydalanmasını təmin
etməkdən ibarətdir. Məsələn, tibb işçisi simptomlar və təyin olunan müalicə haqqında mümkün qədər çox
məlumat verə və xəstəni dəstək üsullarından xəbərdar edə bilər. Digər hallarda daha uzun müddətli tibbi yardım
və hüquqi müdafiə dəstəyi təmin etmək mümkün ola bilər. Bura insan alveri qurbanlarına, etibar edilən şəxslərə
və ya onları dəstəkləyən quruma reabilitasiya prosesinə nəzarət, inteqrasiya və reabilitasiya imkanları haqqında
məsləhətlər vermək daxil ola bilər.
İnsan alveri qurbanlarının reabilitasiya mərhələlərinin hər hansı dəqiq qrafiki olmasa da və insanlar həmin
mərhələlərdən bir neçə dəfə keçməli olsalar da, psixoloji reabilitasiyanın dəstəklənməsi çox zaman üç mərhələdən
ibarət olur. Birinci mərhələdə, şəxsin təhlükəsizlik, qərarvermə və hadisələr üzərində şəxsi nəzarət hissini bərpa
etmək vacibdir. Müəyyən məqamda, ikinci mərhələyə daxil ola bilən şəxslər özlərinin travmatik təcrübələrini və
onların psixi sağlamlığa təsirini aradan qaldırmağa başlayırlar. Son mərhələyə onların əvvəlki və ya adaptasiya
edildikləri cəmiyyətə təkrar inteqrasiyası ilə bağlı dəstək almaq daxildir. Lakin təkrar inteqrasiya dövründə insan
alveri qurbanı, məsələn, istintaq prosesində iştirak edirsə və ya hər hansı ailə üzvü ilə münasibətdə çətinliklə
qarşılaşırsa, psixi sağlamlıq vəziyyəti tərəddüd edə bilər. Ağır psixi pozğunluq illər sonra meydana çıxa və ya təkrar
yarana bilər.
Bəzi hallarda, insan alverinə məruz qalmış şəxs psixi pozğunluqla bağlı meyarlara cavab verən çoxsaylı üzücü
psixoloji simptomlardan əziyyət çəkə bilər. Bu cür psixi pozğunluqlar insan alveri qurbanı olmazdan əvvəl yarana
və ya insan alveri halı ilə əlaqədar oyana və ya kəskinləşə bilər. Bu tədbirlər planında psixi pozğunluqlarla bağlı
qeyri‐mütəxəssis dəstəyi təsvir olunur və həmçinin psixi pozğunluqların müayinə və müalicəsinə istinad edilir.
111
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD
ZƏRURİ TƏDBİRLƏR
Operativ dəstək təminatı üzrə əsas tədbirlər
l
İnam və qarşılıqlı anlaşma yaradın. İnsan alveri qurbanını ittiham etmədən dinləyərək hüsn‐rəğbət
nümayiş etdirin. Zəruri mərhəmət göstərin. Tibbi yardımı onların fərdi, mədəni və dini ehtiyaclarını nəzərə
alaraq göstərin.
l
Onların fərdi, mədəni və dini ehtiyaclarını nəzərə almaqla tibbi yardım göstərin (bax: Tədbirlər planı 2).
l
İnsan alveri vəziyyətində olan və ya olmuş şəxslərə xarakterik ola biləcək psixoloji simptomlar haqqında
soruşun. Bura qorxu, narahatlıq, kədər, günahkarlıq, xəcalət, qəzəb, hüzn, yaddaşın itməsi, ümidsizlik,
travmatik xatirələr (keçmişi yada salma və ya qarabasmalar vasitəsilə), zərər, emosional keyimə,
başqalarından təcrid olunmaq hissi, əsəbilik və ya ürkmə və intihar düşüncəsi aid edilə bilər. Bu
simptomların hansı müddətdən bir özünü büruzə verdiyini və onların şəxsin əhval‐ruhiyyəsinə və
fəallığına nə dərəcədə xələl gətirdiyini soruşmaqla onların nə dərəcədə ağır olduğunu müəyyənləşdirin.
l
Spirtli içkilərdən və ya digər maddələrdən son zamanlar həddən artıq istifadə halları haqqında soruşun.
Bunlar insan alveri qurbanları ilə bağlı ümumi problemlərdir və həmçinin depressiya və fiziki şikayətlər
kimi digər problemlərin kombinasiyası şəklində rast gəlinir. Bir çox vəziyyətlərdə, insan alveri
qurbanlarının müqavimətini azaltmaq və insan alverçilərindən asılılıqlarını artırmaq üçün istismar zamanı
onlara spirtli işçilər və narkotik maddələr verilir. Onlardan istifadə gərgin və ağrılı emosiyaları
sakitləşdirmək üsulu ola bilər.
l
İnsan alveri qurbanının müvafiq və təhlükəsiz dəstəkdən yararlanmaq imkanlarının olub‐olmadığını
qiymətləndirin. Bu, mövcud icma və ya dini dəstək sistemləri və ya müvafiq və təhlükəsiz olarsa, xəstənin
bəzi ailə üzvləri vasitəsilə istifadə edilə bilər. Bəzi xəstələr emosional dəstəyə ehtiyac duymaya və ya
bunu istəməyə bilərlər, lakin onlara bu cür dəstəyi necə əldə edə biləcəkləri haqqında məlumat
verilməlidir.
l
Yersiz patologiyalaşdırmadan çəkinin. Yaxşı dinləyici olun və ilkin psixoloji dəstək və bu simptomların
stresə qarşı (əksər hallarda) normal reaksiya hesab edilməsi, reabilitasiya haqqında məlumat və etibarlı
şəxslər tərəfindən təhlükəsiz dəstəyin faydaları haqqında məsləhət verin. Bəzən qurbanların problemlərin
öhdəsindən gəlmə mexanizmləri qeyri‐adekvat olsa belə (məsələn, narkotik maddələrdən asılılıq və
özünə zərər vurmaq) onların bu vaxtadək zorakılıqlara necə dözdüyünü nəzərə alaraq hörmət nümayiş
etdirin.
l
Onların məhrum edilmiş olduqları rejimlərin (məsələn, yemək rejimi və yuxu rejimi) bərpa etmək yollarını
müzakirə edin. Onları müsbət mübarizə vasitələrindən (məsələn, mədəni dəyərlərə müvafiq sakitləşmə
üsullarından) istifadə etməyə təşviq edin. Simptomlar davam edərsə, xəstənin əlavə yardım üçün
yönləndiriləcəyini ona bildirin.
l
Mümkün hallarda, psixi sağlamlıq simptomları ilə bağlı (məsələn, tibbi cəhətdən izah olunmayan somatik
simptomlarla bağlı) dərman tətbiq edilməyən yanaşmalardan istifadə edin. Benzodiazepinlər çox zaman
asılılığa səbəb olduğundan, onlardan imtina edin; lakin onların istifadəsinə kəskin yuxusuzluq və ya
sərxoşluq sindromu kimi müəyyən klinik problemlərin yarana biləcəyindən ehtiyatlanmaqla haqq
qazandırmaq olar. Digər tərəfdən, xəstədə ağır fəsadlara səbəb olan psixoloji simptomlar və/yaxud inti‐
hara meyllilik olduqda, psixi pozuntular zamanı tibbi yardımla bağlı aşağıdakı bölməyə istinad edin və
xəstəni yubanmadan psixi sağlamlığın müdafiəsi üzrə ixtisaslaşmış həkimin yanına göndərmək variantını
nəzərdən keçirin.
l
Spirtli içkilərə və narkotik maddələrə aludəçilik haqqında ittiham etmədən, dəstək üsulu ilə məsləhət
verin. Xəstələrə onlardan istifadəni dayandırmaq üçün qarşılarına məqsəd qoymasına kömək edin və
onları istifadəni azaltmaqla bağlı öz motivasiyalarını ifadə etməyə həvəsləndirin. Şəxs spirtli içkilərdən
fiziki cəhətdən asılı olduqda, onların içkini tam tərgitmələrinə dəstək vermək üçün ixtisaslı mütəxəssisə
yönləndirmək lazımdır.
48
Qadağan edilmiş narkotik və psixotrop maddələrin istifadəsini birdən‐birə
48
İlkin tibbi yardım zamanı alkoqol problemləri ilə bağlı təhlillər və qısa müdaxilə”, veb‐məlumat: www.who.int/substance_
abuse/ activities/sbi/en/index.html, ÜST, Cenevrə, tarixi göstərilməmişdir, giriş tarixi: 3 yanvar 2009.
Dostları ilə paylaş: |