Bu vəsaitdəki fikirlər müəlliflərə aiddir və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) mövqeyini əks etdirmir


Xəstəyə yönəlik, hüquqlara əsaslanan tibbi yardım göstərmək



Yüklə 19,66 Kb.
Pdf görüntüsü
səhifə14/17
tarix02.03.2017
ölçüsü19,66 Kb.
#9916
1   ...   9   10   11   12   13   14   15   16   17

Xəstəyə yönəlik, hüquqlara əsaslanan tibbi yardım göstərmək
l
Əlilliyi olan şəxslər beynəlxalq hüquq çərçivəsində qorunan insan hüquqlarına, həmçinin istismar, zorakılıq
və təhqirlərdən uzaq olmaq hüququ
62
və müstəqil yaşamaq hüququ, icmada yaşamaq hüququ və xüsusi
yaşayış şərtləri əsasında yaşamağa məcbur edilməmək hüququna  malikdirlər.
63
l
Əlilliyi olan insan alveri qurbanlarının, birbaşa və ya seçdikləri nümayəndə vasitəsilə, tibbi yardım planı
ilə bağlı seçimlərin edilməsində fəal iştirakını təmin etmək vacibdir. Yəni, əlilliyi olan şəxs haqqında passiv
və ya köməksiz olduğu düşünülməməli, əksinə bu şəxsin özü ilə bağlı qərar qəbul etmək potensialı və bu
potensialı yerinə yetirmək öhdəliyinin qiymətləndirilməlidir (bax: Tədbirlər planı 16).
l
Tibbi yardım planını tərtib edərkən şəxsin əlilliyini əks etdirmək üçün standart tibbi yardım imkanlarına
dəyişiklik etməyin lazım olub‐olmadığı nəzərə alınmalıdır. Onlarla bağlı həmçinin, məsələn, çimmək,
yemək bişirmək, təmizlik işləri və ya alış‐verişə kömək etmək məqsədilə hər hansı əlavə yardım
məsələlərini nəzərə almalıdırlar. 
58
Beynəlxalq Miqrasiya Təşkilatı, İnsan alveri: Əfqanıstanla bağlı təhlillər, BMqT, Kabil, Əfqanıstan, 2003.
59
Hu, Y. “1,340 nəfər məcburi əməkdən xilas edildi”, China Daily qəzeti, 14 avqust 2007, səh. 3.
60
Ray, John, Əlil uşaqlar dilənçilik etmək üçün qul kimi satılır, çinli reketlər yoxsulluqdan, cəhalət istifadə edərək rifah içində
yaşayırlar”, “Guardian.co.uk” və “The Observer” qəzetlərində məqalə, 22 iyul 2007.
61
West, A. , “Mərhəmət intizarında olanlar: Asiya və Sakit Okean hövzəsi ölkələrində küçə uşaqları”, Asiya İnkişaf Bankı, Yox‐
sulluq və Sosial İnkişafla bağlı araşdırma sənədləri, №8, oktyabr 2003‐cü il..
62
BMT Baş Assambleyasının A/RES/61/106 saylı, 13 dekabr 2006‐cı il tarixində qəbul edilmiş və 30 mart 2007‐ci il tarixində
imzalanmaq üçün təqdim olunmuş Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya, Nyu‐York, Maddə 16,
http://www.un.org/disabilities/convention/conventionfull.shtml
63
Yenə orada, Maddə 19.
130
İnsan alveri̇ qurbanlarina ti̇bbi̇ xi̇dmətləri̇n göstəri̇lməsi̇
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD

l
Bütün insan alveri qurbanları ilə olduğu kimi, məsləhətləşmələrin, müdaxilələrin və xidmətlərin
məqsədini diqqətlə izah edin. Xəstənin əlillik səviyyəsindən asılı olmayaraq, onu alçaltmaq və ya uşaq
yerinə qoymaq olmaz; onların əlilliyi ilə bağlı hər hansı mümkün ünsiyyət məhdudiyyətlərindən xəbərdar
olmaq lazımdır. Tərcüməçilər də əlilliyi olan şəxslərlə ayrı‐seçkiliyə yol vermədən işləmək istiqamətində
təlim keçməlidirlər (bax: Tədbirlər planı 3).
l
Ayrı‐seçkiliyə yol verməmək təcrübəsi tibbi xidmət protokollarına daxil edilməlidir. 
Tibbi ehtiyacların qiymətləndirilməsi zamanı əlilliyi nəzərə almaq
l
Xəstənin əlillik vəziyyətini nəzərə alın və bu barədə danışmaq üçün onun üstünlük verdiyi dildən istifadə
edin.
l
Əlilliyi olan insan alveri qurbanının tibbi ehtiyaclarını qiymətləndirərkən, zorakılıq və istismar
əlamətlərinin səhvən əlilliklə əlaqələndirilməsinin və gözardı edilməsinin qarşısını almaq üçün tədbirlər
görün. Travma simptomları şəxsin əlilliyinin olub‐olmamasından asılı olaraq özünü fərqli şəkildə büruzə
verə bilər (bax: Tədbirlər planı 1 və 12). İnsan alveri vəziyyətində edilmiş təhqirlər əlilliklə bağlı
simptomları daha da kəskinləşdirə və ya gizlədə bilər.
l
Müvafiq və mövcud olarsa, bir çox insan alveri qurbanlarının tibbi xidmətlərdən istifadə etmək imkanları
əvvəllər məhdud olduğundan, məsələn, dodaq‐damaq yarıqları adlanan xəstəlikdən əziyyət çəkən
xəstələr üçün fərdi qüsurlarla bağlı cərrahiyyə və loqopediya yardım variantlarını araşdırmaq lazımdır.
Sağlamlıqla bağlı reabilitasiya həyat keyfiyyətinin yaxşılaşdırılmasına töhfə verə və bəzi əlillər üçün
yenidən insan alveri qurbanına çevrilmək riskinin azaldılmasına kömək edə bilər.
64
Xidmət təminatı ilə bağlı praktiki məsələləri nəzərdən keçirmək
l
Şəxsin əlilliyinin  xarakterindən asılı olaraq standart müalicə üsullarını uyğunlaşdırmaq və ya qısa və daha
çox seansdan istifadə etmək lazım ola bilər.
l
Bir neçə əlilliyi olan şəxslərin xidmətlərə fiziki əlçatarlılıq imkanları qiymətləndirilməli, həmçinin adaptiv
avadanlıqlara ehtiyac olub‐olmadığı nəzərdən keçirilməlidir. Müvafiq hallarda əlil arabaları, şəkillər
vasitəsilə asan başa düşülən dildən istifadə edilməli və görmə və eşitmə məhdudiyyəti ilə bağlı yardımçı
vasitələr təmin edilməlidir.
Müvafiq istiqamətləndirmə xidmətlərindən xəbərdar olmaq
l
Müvafiq istiqamətləndirmə imkanlarına dair məlumatlı olun. Çünki səciyyəvi xidmət təminatçıları insan
alverinin qurbanı olmuş və eyni zamanda əlilliyi olan şəxsin insan alveri vəziyyətindən xilas olduqdan
sonrakı spesifik ehtiyaclarını qarşılamaq üçün müvafiq şəkildə təchiz olunmaya bilərlər (bax: Tədbirlər
planı 10). Zorakılığa məruz qalmış əlil şəxslərlə iş üzrə ixtisaslaşmış təşkilatlar məsləhət xidməti təmin
edə bilərlər.
l
Hər hansı istiqamətləndirmə xidmətinin əlilliyi olan şəxs üçün uyğun olub‐olmadığını qiymətləndirərkən
həmin xidmətdən istifadəyə hər hansı maneələrin olmadığından əmin olmaq lazımdır: 
m
Xüsusi ehtiyaclarla bağlı imkanlar (məsələn, əlil arabalarının hərəkəti üçün maili yol zolağı);
nəqliyyat və müşayiət (tələb olunarsa); və xüsusi ehtiyacları ödəmək üçün təhlükəsizlik tədbirləri
(məsələn, qəza çağırışı düymələri) də daxil olmaqla fiziki və görmə/eşitmə/nitq orqanları
məhdudiyyətləri olan şəxslər üçün mümkün fiziki maneələri qiymətləndirin.
131
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD
64
Qloballaşma, miqrasiya və insan alveri: cənub‐şərqi Asiya regionu haqqında bəzi düşüncələr”, Qeyri‐dövri buraxılış № 1,
Mekong sub‐regionunda qadın və uşaq alveri ilə bağlı BMT‐nin Qurumlararası Layihəsi, Kuala Lumpur Qloballaşma
seminarının materialı, 8‐10 may 2001‐ci il, BMT‐nin Layihə Xidmətləri Ofisi, sentyabr 2001.

m
Məlumatların müvafiq formatda (sadə mətn, iri hərflər və s.) olub‐olmaması da daxil olmaqla,
mümkün  ünsiyyət və informasiya maneələrini qiymətləndirin və lazım gəldikdə xidmətlərə
müraciət etmək üçün yardımçı olun.
m
Münasibətlərlə bağlı mümkün  maneələri  qiymətləndirin. Əlilliyi olan şəxslərlə bağlı mənfi
münasibətlər və stereotiplər müvafiq səhiyyə xidmətlərinin təmin edilməməsinə və ya yarıtmaz
şəkildə təmin edilməsinə gətirib çıxara bilər. 
Qəyyumluqla bağlı məsələlərdən xəbərdar olmaq
l
Xəstənin fərdi vəziyyətindən asılı olaraq məsuliyyətli valideyn, qəyyum və ya digər böyüklərin
məsləhətləşmələrdə və müalicədə iştirakı lazım ola bilər. Bu, xəstəyə dəstək vermək və zəruri olduqda
hüquqi razılıq təmin etmək üçün lazımdır (bax: Tədbirlər planı 16). 
l
Mümkün və təhlükəsiz olduqda insan alveri qurbanının ailəsi reabilitasiya və reinteqrasiya prosesində
aktiv rol oynamaq üçün təşviq edilməlidir. Nümayəndələr və ya vəkil kimi fəaliyyət göstərən ailələr və
dostlarla bağlı xüsusi qeyd: Ailə üzvləri xəstənin satılması və ya istismarında mühüm rol oynaya bilərlər.
Ailə üzvləri həmçinin fiziki zorakılıq, etinasızlıq və ya cinsi zorakılıq kimi keçmiş zorakılıq əməllərinin icraçısı
ola bilər. Hər hansı ailə üzvünü, dostları və ya tanışları tibbi xidmət təminatına cəlb etməzdən əvvəl tibb
işçisi potensial qəyyumun və ya nümayəndənin qurbanın maraqlarına ən yaxşı şəkildə təmsil etdiyini
qiymətləndirməlidir. Potensial nümayəndə uyğun deyilsə, tibb işçisi alternativ tibbi yardım tədbirləri
görməlidir, məsələn, müstəqil vəkilin təyin edilməsi ilə bağlı müraciət etməlidir (bu, insan alveri
qurbanının hüquqi məsləhətçisinin köməyi ilə həyata keçirilə bilər).
İSTİNADLAR VƏ RESURSLAR
Hu, Y.
2007
“1,340 saved from forced labor”, China Daily, 14 August 2007, p. 3. (“1,340 nəfər məcburi
əməkdən xilas edildi”, “China Daily” qəzeti, 14 avqust 2007, səh. 3.)
International Organization for Migration
2007
The IOM Handbook on Direct Assistance for Victims of Trafficking, IOM, Geneva, 2007. (BMqT‐
nin İnsan alveri qurbanlarına birbaşa dəstəklə bağlı Təlimat Sənədi, BMqT, Cenevrə, 2007.)
2003
Trafficking in Persons: An analysis of Afghanistan, IOM, Kabul, Afghanistan, 2003. (İnsan alveri:
Əfqanıstanla bağlı təhlillər, BMqT, Kabil, Əfqanıstan, 2003.)
Kropiwnicki, Z. D.
2007
Children Speak Out: Trafficking risk and resilience in southeast Europe (regional report), Save the
Children in Albania, Tirana, Albania, July 2007. (Kropiwnicki, Z. D., Uşaqlar danışırlar: cənub‐şərqi
Avropada insan alveri riski və müqavimət (regional hesabat), Save the Children Albaniya, Tirana,
Albaniya, iyul 2007)
Marshall, P.
2001
“Globalization, migration and trafficking: some thoughts from the south‐east Asian region”, Oc‐
casional Paper No. 1, UN Inter‐Agency Project on Trafficking in Women and Children in the
Mekong Sub‐region, paper to the Globalization Workshop in Kuala Lumpur, 8‐10 May 2001,
United Nations Office for Project Services, September 2001. (“Qloballaşma, miqrasiya və insan
alveri: cənub‐şərqi Asiya regionu haqqında bəzi düşüncələr”, Qeyri‐dövri buraxılış № 1, Mekong
Sub‐regionunda qadın və uşaq alveri ilə bağlı BMT‐nin Qurumlararası Layihəsi, Kuala Lumpur
Qloballaşma seminarının materialı, 8‐10 may 2001‐ci il, BMT‐nin Layihə Xidmətləri Ofisi, sentyabr
2001.)
132
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD

Ray, John
2007
“Disabled children sold into slavery as beggars, Chinese racketeers living well by exploiting
poverty, ignorance”, newspaper article, in « guardian.co.uk » and in The Observer, 22 July 2007.
(“Əlilliyi olan uşaqlar dilənçilik etmək üçün qul kimi satılır, çinli reketlər yoxsulluqdan, cəhalət
istifadə edərək rifah içində yaşayırlar”, “Guardian.co.uk” və “The Observer” qəzetlərində məqalə,
22 iyul 2007.)
Surtees, R.
2005
“Other forms of trafficking in minors: articulating victim profiles and conceptualizing interven‐
tions”, paper originally presented at Childhoods Conference, Oslo, Norway, 29 June (“Yetkinlik
yaşına çatmayan şəxslər arasında insan alverinin digər formaları: qurbanların profillərinin
müəyyənləşdirilməsi və müdaxilə konsepsiyalarının hazırlanması”, məqalə ilk dəfə iyunun 29‐da
Norveçin Oslo şəhərində keçirilmiş Uşaq Konfransında təqdim olunmuşdur.)
– 3 July 2005, NEXUS Institute to Combat Human Trafficking and International Organization for Migration. 
(3 iyul 2005, İnsan Alveri ilə Mübarizə üzrə NEXUS İnstitututu və Beynəlxalq Miqrasiya Təşkilatı.)
2005
Second Annual Report on Victims of Trafficking in South‐Eastern Europe, International Organiza‐
tion for Migration, Geneva, 2005. (Cənub‐Şərqi Avropada alveri qurbanları ilə bağlı ikinci illik
hesabat, Beynəlxalq Miqrasiya Təşkilatı, Cenevrə, 2005.)
Tiurukanova, E. V. və Şəhər İqtisadiyyatı İnstitutu
2006
Human Trafficking in the Russian Federation: Inventory and analysis of the current situation and
responses, United Nations Children’s Fund, International Organization for Migration and Cana‐
dian International Development Agency, Moscow, March 2006. (Rusiya Federasiyasında insan
alveri: Mövcud vəziyyətin və cavab tədbirlərinin araşdırılması və təhlili, BMT‐nin Uşaq Fondu,
Beynəlxalq Miqrasiya Təşkilatı və Kanada Beynəlxalq İnkişaf Agentliyi, Moskva, mart 2006.)
BMT
2006
Convention on the Rights of Persons with Disabilities, adopted on 13 December 2006 by General
Assembly Resolution A/RES/61/106, opened for signature 30 March 2007, New York. . (BMT Baş
Assambleyasının A/RES/61/106 saylı, 13 dekabr 2006‐cı il tarixində qəbul edilmiş və 30 mart
2007‐ci il tarixində imzalanmaq üçün təqdim olunmuş Əlilliyi olan şəxslərin hüquqları haqqında
Konvensiya, Nyu‐York.)
BMT‐nin Uşaq Fondu
2004
Let’s Talk: Developing effective communication with child victims of abuse and human trafficking,
UNICEF, Pristina, Kosovo Office, Pristina, September 2004. (Gəlin danışaq: Zorakılıq və insan
alverinin qurbanı olmuş uşaqlarla səmərəli ünsiyyət qurmaq, UNİCEF, Priştina, Kosovo Ofisi,
Priştina, sentyabr 2004.)
Trafficking in children and child involvement in beggary in Saudi Arabia, United Nations Children’s
Fund Gulf Area Office, Riyadh, Saudi Arabia, undated. (Səudiyyə Ərəbistanında uşaq alveri və
uşaqların dilənçiliyə vadar edilməsi, BMT‐nin Uşaq Fondunun Körfəz Sahə Ofisi, Ər‐Riyad,
Səudiyyə Ərəbistanı, tarixi göstərilməmişdir.)
Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı
2006
Human Trafficking in Nigeria: Root causes and recommendations, Policy Paper No. 14.2(E), UN‐
ESCO, Paris, 2006. (Nigeriyada İnsan Alveri: Köklü səbəbləri və tövsiyələr, Siyasət Sənədi № 14.2
(E), UNESCO, Paris, 2006.)
Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu
2007
Sexual and Reproductive Health of Persons with Disabilities: Emerging UNFPA Issues, UNFPA,
New York, USA, 2007. (Əlilliyi olan şəxslərin cinsi və reproduktiv sağlamlığı: UNFPA, Nyu‐York,
ABŞ, 2007.)
133
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD

ABŞ Dövlət Departamenti
2007
Trafficking in Persons Report, June 2007, Office of the Under Secretary for Democracy and Global
Affairs and Bureau of Public Affairs, Washington, DC, USA, revised June 2007. (İnsan alveri
Hesabatı, iyun 2007, Demokratiya və Qlobal İşlər Katibi Müavininin Ofisi və İctimai İşlər Bürosu,
Vaşinqton, ABŞ, 2007‐ci ilin iyununda yenidən işlənmişdir.)
West, A.
2003
“At the margins: street children in Asia and the Pacific”, Asian Development Bank, Poverty and
Social Development Papers, no. 8, October 2003. (“Mərhəmət intizarında olanlar: Asiya və Sakit
Okean hövzəsi ölkələrində küçə uşaqları”, Asiya İnkişaf Bankı, Yoxsulluq və Sosial İnkişafla bağlı
araşdırma sənədləri, №8, oktyabr 2003‐cü il.)
Dünya Bankı
Disability in Africa Region, web information/portal, available at «http://web.worldbank. org/WB‐
SITE/EXTERNAL/TOPICS/ EXTSOCIALPROTECTION/EXTDISABILITY/0,, contentMDK: 20183406~
menuPK:417328~pagePK:148956~piPK:21 6618~theSitePK: 282699,00.html» World Bank, un‐
dated (accessed 4 January 2009). (Afrika Regionunda əlillik, veb‐məlumat/portal, http://web.
worldbank.org/WBSITE/EXTERNAL/TOPICS/EXTSOCIALPROTECTION/EXTDISABILITY/0,,content‐
MDK: 20183406~menuPK:417328~pagePK:148956~piPK:21 6618~theSitePK:282699,00.html»
Dünya Bankı, tarixi göstərilməmişdir (giriş tarixi: 4 yanvar 2009))
Ümumdünya Səhiyyə Təşkilatı
2001
International Classification of Functioning, Disability and Health, WHO, Geneva, 2001. (İş
qabiliyyəti, Əlillik və Sağlamlığın Beynəlxalq təsnifatı, ÜST, Cenevrə, 2001‐ci il.)
Zimmerman, C. və digərləri
2006
Stolen Smiles: The physical and psychological health consequences of women and adolescents
trafficked in Europe, London School of Hygiene and Tropical Medicine, London, 2006.
(Oğurlanmış təbəssümlər: Avropada insan alveri qurbanları olan qadınların və yeniyetmələrin
fiziki və psixoloji sağlamlıq problemləri, London Gigiyena və Tropik Təbabət Məktəbi, London,
2006)
Zimmerman, C. və digərləri
2003
The Health Risks and Consequences of Trafficking in Women and Adolescents: Findings from a
European study, London School of Hygiene and Tropical Medicine, London, 2003. (İnsan alveri
qurbanları olan qadınların və yeniyetmələrlə bağlı sağlamlıq riskləri və fəsadları: Avropa üzrə
araşdırmanın nəticələri, London Gigiyena və Tropik Təbabət Məktəbi, London, 2003)
Əlillik, zorakılıq və fərdi hüquqlar Layihəsi (zorakılıq və əlillik barədə resurs kataloqu)
http://disability‐abuse.com/ 
Respond (Bu, əlilliyi olan şəxsləri dəstəkləyən təşkilatlara bir nümunədir) 
http://www.respond.org.uk
İnsan alverinə qarşı mübarizə üzrə veb‐resurs nümunəsi 
http://www.humantrafficking.org
Əlilliyi olan şəxslərin ləyaqət və hüquqları ilə bağlı onlayn resurs nümunəsi 
http://www.un.org/disabilities/default.asp?navid=11&pid=25 
134
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD

TƏDBİR
LƏR
Tədbirlər Planı 15:
Yoluxucu xəstəliklər
PLANI
ON BEŞ

Tədbirlər Planı 15:
Yoluxucu xəstəliklər
ƏSASLANDIRMA
İnsan alverinə məruz qalmış şəxslərin insan alveri prosesinin bir neçə mərhələsində xüsusilə yoluxucu xəstəliklərə
məruz qalmaq riski vardır.
Birincisi, insan alveri qurbanları insan alverinə məruz qalmazdan əvvəl sağlamlıqlarının zəif olması səbəbindən
infeksiyalara meylli ola bilərlər (bu, yoxsulluqla və ya yoluxucu xəstəliklərin geniş yayıldığı ölkədə tibbi
xidmətlərdən məhdud istifadə imkanları və ya yoxsul yaşayış səviyyəsi ilə bağlı ola bilər). Bu vəziyyətdə, infeksiyaya
yoluxmaq riski mənşə icmadakı yoxsul əhalinin yoluxma riski ilə oxşardır. Buna görə də, tibb işçilərinə şəxsin
mənşə icmasındakı yoluxucu xəstəlik modelləri ilə tanış olmaq lazım ola bilər. İnsan alveri qurbanları aşkar
edilməmiş və ya müvafiq şəkildə müalicə edilməmiş yoluxucu xəstəlik daşıyıcısı ola bilər. Vərəm bunun aşkar
nümunəsidir; şəxsin müalicə rejimində fasilə onlarda vərəmin çoxsaylı dərmanların təsir etmədiyi davamlı
formasının yaranması üçün zəmin hazırlaya bilər. Təəssüf ki, insan alverinə məruz qalmış şəxsin sağlamlığı insan
alveri vəziyyətində olarkən, xüsusilə həmin şəxs qorxu, xərclər və ya damğalanma narahatlıqları səbəbindən tibbi
xidmətlərdən yararlana bilmədikdə pisləşməyə doğru gedir.
İkincisi, insanlar insan alverinin mənşə məntəqəsindən təyinat məntəqəsinə tranzit zamanı yoluxucu xəstəliklərə
tutula bilərlər. Xüsusilə qanunsuz yollarla səfər edən zaman nəqliyyat vasitəsində sıxlıq, zəif havalandırma,
təhlükəli nəqliyyat vasitələri ilə daşınma xəstəliklərin yayılmasına vəsilə ola bilər. Meşələrdə, səhralarda hərəkət
etmək və ya şəraitsiz mənzillərdə yaşamaq, keçilməz ərazilərdə hərəkət etmək, çirklənmiş sularda üzmək və ya
vəhşi və əhliləşdirilmiş heyvanlarla əlaqədə olmaq ‐ bütün bunlar ekoloji xəstəlik törədiciləri və heyvanlardan in‐
sanlara yoluxan xəstəliklər (məsələn, gənə və ya ağcaqanadlar vasitəsilə yoluxan) riskini artıra bilər. İnsan alveri
qurbanları, xüsusilə qadınlar və uşaqlar cinsi zorakılığa və ya başlanğıc və uyğunlaşma prosesinin tərkib hissəsi
kimi təcavüzə məruz qala bilərlər, bu isə onların cinsi yolla ötürülən infeksiyalara yoluxmasına səbəb ola bilər.
Zorakılıqla bağlı travma bədənin selikli qişasının səthlərini residiv infeksiyalara daha çox həssas edir və bədənin
infeksiyaya qarşı təbii mübarizə qabiliyyətini azaldır.
Üçüncüsü, insan alverinə məruz qalmış şəxslər təyinat məntəqəsində yoluxucu xəstəliklərə tutula bilər. Cinsi is‐
tismar məqsədilə insan alverinə cəlb olunan qadınlar müştərilərlə cinsi əlaqə zamanı xəstəliklərə yoluxa bilərlər.
İnsan alveri qurbanları qoruyucu vasitələrdən istifadə etmədən cinsi əlaqədə olduqda, onlarda cinsi yolla ötürülən
infeksiyalara yoluxmaq riski ola bilər. Müəyyən hallarda, İİV‐in ötürülməsi xüsusi narahatlıq doğurur. Buna görə
də, insan alveri qurbanları, xüsusilə də qadın və qızlar üçün onların insan alveri məntəqəsində gördükləri əsas
işin nə olduğundan asılı olmayaraq, diaqnostik prosedurlara cinsi yolla yoluxan infeksiya testi daxil etmək məsləhət
görülür.
Bəzi insan alveri qurbanları digər insan alveri qurbanları ilə kontakt və ya həddən çox sayda insanların yaşadığı
mənzil şəraiti və ya standartlara uyğun olmayan şəraitdə işləmək səbəbindən infeksiyalarla yoluxa bilərlər. İnsan
alveri, qurbanları travma və ya peşə xəsarətləri riski ilə üzbəüz qoyur və nəzarət olunmadıqda yoluxma baş verə
bilər. Yarıtmaz sanitariya, qeyri‐normal qidalanma və səhiyyə xidmətlərindən istifadə imkanının olmaması hər
hansı təyinat yerində geniş yayılmış xəstəliklərə həssaslığı və yoluxucu xəstəliklərin şiddətini artıra bilər.
Ümumi əhali arasında xəstəliyə yoluxmuş hər bir şəxsdə olduğu kimi insan alveri qurbanları bu infeksiyaları
ətrafdakı şəxslərə və ya daha böyük icmaya yoluxdura bilərlər. Buna görə də, qabaqcıl səhiyyə təcrübələri insan
alveri qurbanları arasında infeksiya və yoluxma şübhələrini ciddi qəbul etməklə yoluxucu xəstəliklərin qarşısının
alınması, nəzarət və müalicə edilməsinə düzgün şəkildə diqqət yetirməyi tələb edir.
137
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD

Bu Tədbirlər Planında insan alveri qurbanlarının yoluxduğu xəstəliklərin potensial və uzunmüddətli problemləri
vurğulanmışdır. Bu məlumatlar Tədbirlər Planı 4 və 5‐də yer almış kompleks sağlamlıq qiymətləndirməsi ilə bağlı
məlumatları tamamlayır. Cinsi və reproduktiv sağlamlıqla bağlı yoluxucu xəstəliklərə tutulma problemləri Tədbirlər
Planı 15‐də əhatə olunmuşdur.
Uşaqlar və yeniyetmələrlə (18 yaşdan kiçik) bağlı mülahizələr:
Uşaqlarda yoluxucu xəstəliklər uşaqların özlərinin insan alveri qurbanı olmasından və ya insan alveri qurbanlarının
uşaqları olmalarından asılı olmayaraq xüsusi diqqət tələb edir. Hər iki halda, uşaqlara qayğı göstərən şəxslər
onların yanında olmadığından, səfərdə olduğundan və ya fiziki və ya maddi baxımdan uşaqlara qayğı göstərmək
imkanı olmadığından, onlar standart profilaktik yardım və ya müalicə almamış ola bilərlər. Uşaqlar yoluxucu
xəstəliklərə böyüklər kimi (və ya bəlkə daha çox) həssas olurlar və onların simptomlarını, tibbi ehtiyaclarını və ya
tibbi yardım imkanlarını müəyyən etmək baxımından daha az imkana malik ola bilərlər.
Təkmilləşməmiş immun sisteminə malik olduqlarından, körpələr böyüklərlə müqayisədə infeksiyalara daha
həssasdırlar. Bundan başqa, uşaqlar xəstəlikləri böyüklərə nisbətən fərqli şəkildə ifadə edə bilər. Bu səbəbdən,
insan alverinə məruz qalmış uşaqlar arasında, xüsusilə ərazidəki digər insan alveri qurbanları arasında daha çox
müşahidə olunan konkret infeksiyalardan (əgər məlumdursa) şübhələnmək vacibdir. İnsan alverinə məruz qalmış
uşaqlar peyvəndlə qarşısı alınan xəstəliklərlə əlaqədar planlı immunizasiyaları; anadangəlmə və qazanılmış
sağlamlıq problemləri müayinələrini; yoluxucu xəstəliklərlə bağlı kliniki yoxlamaları; və məişət infeksiyalarının
müalicəsini buraxmış ola biləcəklərindən, xüsusi diqqət tələb edirlər. Tibb işçiləri həmçinin yoluxucu xəstəliklərin,
xüsusilə İİV‐in anadan uşağa şaquli yoluxmasından xəbərdar olmalıdırlar; anadan uşağa yoluxma hallarının
qarşısının alınması üçün beynəlxalq protokollara riayət edilməlidir. (Uşaq və yeniyetmələrin sağlamlığı haqqında
daha ətraflı məlumat üçün bax: Tədbirlər planı 5).
Yüklə 19,66 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin