İnsanda immun çatışmazlığı vurusu (İİV)
İİV infeksiyasının şəxsi, tibbi, etik, sosial və hətta siyasi nəticələrini nəzərə almaqla, ona xüsusi bölmə həsr
olunmalıdır. İnsan alveri vəziyyətində və ya ondan sonra insan alveri qurbanlarına tibbi yardım göstərən şəxslər,
xüsusilə İİV yayılmış ərazilərdə İİV‐in qarşısının alınması, müalicəsi, tibbi yardım və dəstək xidmətlərinə xüsusi
diqqət yetirməlidirlər.
İnsan alveri qurbanları prezervativdən istifadə də daxil olmaqla təhlükəsiz sekslə bağlı məhdud imkanlara malik
olduqlarından; zorlama, anal zorlama və cinsi təcavüz də daxil olmaqla, daha çox təkrarlanan və zorakı seks
formalarına məruz qala biləcəklərindən; və bir sıra insan alveri qurbanları İİV riski və təhlükəsiz seksual təcrübələri
haqqında məlumatları əldə edə bilmədiklərindən, yüksək HİV infeksiyası riski ilə üzləşə bilərlər. Çoxsaylı məcburi
cinsi əlaqə epizodları zamanı vaxtaşırı vaginal və ya rektal zədələr, hədsiz seks partnyorları və cinsi yolla ötürülən
digər infeksiyaların mövcudluğu İİV infeksiyası riskini əhəmiyyətli dərəcədə artıra bilər. Cinsi yetkinliyə çatmamış
və yeniyetmə qızlar yetkinləşməmiş fiziologiya və cinsi anatomiya səbəbindən infeksiyalara xüsusilə həssas ola
bilərlər. Hamiləlik İİV virusunun daşıyıcısı olan insan alveri qurbanlarının müalicəsini, onlara tibbi yardım
göstərmək və dəstək vermək imkanlarını da çətinləşdirir (bax: Tədbirlər planı 13). İİV‐in qeyri‐cinsi əlaqə yolu ilə
yoluxmasına iynə şəklində narkotik istifadəsi, eləcə də qan nəqli (hemotransfuziya) daxildir. İnsan alverinə məruz
qalmış şəxslərin bu cür qeyri‐cinsi əlaqə yolu ilə yoluxma riski barədə məlumat yoxdur.
ZƏRURİ TƏDBİRLƏR
Ümumi
l
Bütün müayinələrin və sınaqların könüllü olması təmin edilməlidir. Bütün şəxslərin analizlərin məqsədi,
prosedurları, nəticələri və fəsadları barədə məlumatlandırılması və diaqnostik testlərin könüllülüyü təmin
edilməlidir.
138
İnsan alveri̇ qurbanlarina ti̇bbi̇ xi̇dmətləri̇n göstəri̇lməsi̇
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD
l
Yoluxucu xəstəliklərin stiqma yaratdığından xəbərdar olmaq lazımdır. Bu cür xəstəliklər həssas şəkildə
müzakirə olunmalıdır: bunu etməmək çox zaman insan alverinə məruz qalmış şəxslərdə inam hissini
azalda və heysiyyətin itməsinə səbəb ola bilər. Mümkün olduğu qədər, profilaktika və müalicə haqqında
müsbət və dəqiq mesajlardan istifadə edilməlidir.
l
Xəstənin potensial yoluxma haqqında müvafiq şəkildə məlumatlandırıldığından əmin olmaq lazımdır.
Başqalarına yoluxma hallarının qarşısının alınması haqqında məlumat verilməlidir.
l
Yoluxucu xəstəliklərin yerli yayılma səviyyəsi haqqında məlumatlı olmaq lazımdır. Həmçinin, insan alveri
qurbanının mənşə ölkəsindəki endemik infeksiyalardan xəbərdar olmaq lazımdır: bu, daha çox
məlumatlılıq əsasında müayinə və diaqnoz üçün imkan yaradır.
l
Yoluxucu xəstəliklərin, xüsusilə İİV və vərəmin pediatrik diaqnostikası və müalicəsi ilə bağlı protokollara
riayət olunmalıdır. Uşaqlar və yeniyetmələrdə xəstəliklər çox zaman böyüklərə nisbətən fərqli şəkildə
özünü göstərir. Onlar üçün yaş, fiziki inkişaf və boy əsasında spesifik müalicə protokolları tələb oluna
bilər.
l
Məxfilik protokollarına riayət etmək vacibdir. Travmadan xəbərdar şəkildə tibbi yardım, xəstəyə yönəlik
tibbi yardım və məlumatlılıq əsasında razılıq Tədbirlər Planı 1 və 2‐də əhatə olunmuşdur.
l
Yoluxucu xəstəliklərin müəssisənizdə mümkün olmaya biləcək diaqnozu və araşdırılması üçün resurslar
müəyyən edilməlidir. Zəruri olduqda, xəstənin yönləndirilməsi üçün əvvəlcədən variantlar
müəyyənləşdirmək lazımdır.
l
Mesajlar dəqiq şəkildə müsbət üsullarla çatdırılmalıdır. Məsələn: “Vərəm müalicə olunandır və dərmanı
var”. Daha çox yan təsirləri olan, daha bahalı dərmanlarla daha uzun müalicə müddəti tələb edən və
dərman preparatlarının təsir etmədiyi vərəmdən xəbərdar olmaq lazımdır.
l
Uşaq doğmaq yaşında olan qadınlara yoluxucu xəstəliklərin ana‐uşaq sağlamlığına törətdiyi risklər
haqqında məlumat verilməlidir.
l
Cinsi yolla ötürülən infeksiyalar və onların simptomlarının xəstələr tərəfindən aydın başa düşülən və ya
daha asanlıqla istifadə edilə biləcək yerli xüsusiyyətlərindən xəbərdar olmaq lazımdır.
Anamnez hazırlanması
l
İmmunizasiya statusu, səyahət tarixi, əvvəlki yoluxucu xəstəliklər və müalicə müddəti də daxil olmaqla,
əsas məqamlar əhatə olunmalıdır.
l
Uşaqlarla əlaqədar olduqda, mümkün yoluxucu xəstəliklərə tutulma hallarını aşkar edə biləcək doğum
və inkişaf faktları haqqında məlumatları əldə etmək lazımdır. Həmçinin planlı immunizasiya, tibbi
müayinələr və vərəm əleyhinə dəri testləri üçün hər hansı klinik qəbul haqqında məlumatları axtarmaq
lazımdır.
Fiziki müayinə
Xüsusi xəstəliklər sistemli şəkildə nəzərdən keçirilməlidir:
l
Dermatologiya: sadə herpes, bit (bədən, saç və ya kütləvi), qoturluq gənələri, saçqıran bədən və ya dəriyə
təsir edən göbələk, suçiçəyi, bubonlar (vəba), babasil titrətməsi, Hansen xəstəliyi, sellülit; yara‐xora;
yoluxucu molyusk; ikinci dərəcəli infeksiya tutmuş yumşaq toxumanın zədələnməsi (qansoran parazitlərin
dişləməsi də daxil olmaqla).
l
Ağciyər: sətəlcəm, vərəm, digər mikobakteral infeksiyalar, tənəffüs‐virus sindromları; vəba.
l
Ürək‐damar: yoluxucu kardiomiopatiya, bakterial endokardit (xüsusilə inyeksiya şəklində narkotik istifadə
nəticəsində).
l
Qan: İİV, hepatit B, hepatit C, denge, malyariya.
l
Mədə‐bağırsaq: diarreya xəstəliyi, parazitizm.
139
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD
l
Cinsiyyət‐sidik: süzənək (yerli və yayılmış), sadə herpes, sifilis, insan papillomavirusu (HPV), Xlamidiya,
Trixomonad, Şankroid, Kondilomlar. Kandida və digər kandidozlar, bakterial vaginoz, endoservisit və sidik
yollarının infeksiyaları cinsi yolla yoluxan infeksiyalar olmasalar da, mənfi nəticələrə və klinik mənzərəni
çətinləşdirə bilər.
l
Göz: konyunktivit.
l
Nevroloji: meningit (vərəm meningiti də daxil olmaqla), tetanus, ensefalit, beyin xəstəlikləri.
Laboratoriya
Yoluxucu xəstəliklərlə bağlı laboratoriya müayinəsi xəstənin tarixçəsi və müayinə əsasında şübhə səviyyəsini
müəyyənləşdirməyi tələb edir. Resursların məhdud olduğu vəziyyətlərdə, etibarlı diaqnostik laboratoriya
qurğularının mövcudluğundan asılı olaraq müayinə və testlər təklif olunmalıdır. Xəstəyə testlərin məzmunu və
nəticələr əsasında müalicə ilə bağlı qənaətlər haqqında müvafiq məlumat verilməlidir.
l
Tibbi tarixçə və fiziki müayinəyə əsaslanmaqla, ilkin analizlərə bunlar daxil ola bilər:
m
diferensialla qan hüceyrələrinin tam sayını hesablamaq
m
könüllü və ya tibb işçisinin təşəbbüsü ilə konsultasiyadan sonra İİV analizi (ekspress analizlər)
m
Hepatit B, Hepatit C, sifilislə bağlı seroloji analizlər (VDRL və ya RPR)
m
döş qəfəsinin rentgeni
m
nəcis və yumurtalıq hüceyrələrinin parazitləri
m
Vərəm analizi (Mantu/PPD)
m
Papanikolau yaxması (insan papillomavirusu)
m
Uşaqlıq boynu / vaginal yaxma (xlamidiya, trixomonada)
m
Farinqal, uşaqlıq yolu və rektal yaxmalar (qonoreya)
l
Xəstə endemik malyariya zonasından tranzit kimi istifadə etmişdirsə, qalın və nazik qan yaxması analizləri
həyata keçirilməlidir.
l
Vərəm simptomları aşkar edildikdə, vərəmə qarşı milli mübarizə proqramının qaydalarına uyğun olaraq
bəlğəm nümunələri toplanmalıdır.
l
Bədən və baş dərisinin qaşınaraq təmizlənməsi, tüklərin arasındakı qotur və bit yoluxmaları, göbələk və
ya herpes infeksiyaları və ya dərialtı fleqmona və ya stafilokok infeksiyaları üçün iynə biopsiyalarına
ehtiyac olub‐olmadığı nəzərdən keçirilməlidir.
l
Sidik‐cinsiyyət üzvlərinin infeksiyalarından şübhələndikdə, leykosit esterazası da daxil olmaqla, sidik
analizləri və ola bilsin ki, sidik əkilməsi həyata keçirmək lazımdır.
l
Xəstəyə təcavüz edilmişdirsə, müvafiq məhkəmə‐tibbi ekspertiza üsulları əsasında, zorlama analizi
dəstindən istifadə edilməklə digər analizlər aparılmalıdır.
İİV
l
Emosional dəstəklə birlikdə İİV analizindən əvvəl və sonra analizlərlə bağlı könüllü və məxfi
məsləhətləşmə təklif etmək lazımdır. Bunu sizin müəssisədə etmək mümkün deyilsə, qanuni İİV analizi
və konsultasiya xidməti həyata keçirən müəssisə müəyyən edilməlidir.
l
Antiretrovirus vasitələrlə müalicə də daxil olmaqla, məxfi müalicə imkanlarının mövcud olub‐olmadığını
əvvəlcədən bilmək lazımdır. Antiretrovirus dərman vasitələri mövcud olduqda, müalicəyə əməl etməyi
və dərmanların fasiləsiz qəbulunu təmin etmək məqsədilə ixtisaslı səhiyyə mütəxəssisləri ilə əlaqə saxla‐
maq lazımdır.
l
Hamiləlik halında İİV‐in anadan uşağa şaquli yoluxmaq ehtimalını azaltmaq məqsədilə beynəlxalq pro‐
tokollara riayət etmək lazımdır. İİV virusunun daşıyıcısı olan qadınlara dölü və ya yeni doğulmuş körpəni
yoluxdurmaq riski və onu azaltmaq yolları barədə ətraflı məlumat verilməlidir.
140
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD
l
Laboratoriyalar fəaliyyət göstərdikdə və onlara etibar etmək mümkün olduqda, CD4 hüceyrələrinin sayı
və virus yükləri və ya limfositlərin ümumi sayı immunosupresiya dərəcəsini göstərəcəkdir.
l
Xəstəyə İİV və ya cinsi yolla ötürülən digər infeksiya diaqnozu qoyularsa, paralel infeksiyaların yüksək
ehtimalını nəzərə alaraq cinsi yolla ötürülən digər infeksiyaların yoluxma imkanları nəzərdən keçirilməlidir.
Cinsi yolla yoluxan bir infeksiyanın müalicəsi digər infeksiyanın müalicəsinə təkan verəcəkdir.
l
İnsan alverinə məruz qalmış bir çox şəxsdə İİV haqqında kifayət qədər və ya düzgün məlumatların olmaya
biləcəyini nəzərə alaraq, İİV haqqında mif və həqiqətlər müzakirə edilməlidir.
l
Prezervativlərin 100 faiz qorumadığını və xəstənin onlardan istifadəyə məcbur edilə bilməyəcəyini nəzərə
alaraq, prezervativdən düzgün və ardıcıl istifadə haqqında məlumat vermək lazımdır. Mümkün olduqda,
xəstəyə prezervativ verilməlidir.
l
Yüksək yoluxma riski daşıyan şəxslərə 72 saat ərzində yoluxma sonrası profilaktika (PEP) tədbirlərini
nəzərə almaq lazımdır.
l
İİV‐in yarıtmaz müalicə olunduğu və ya ümumiyyətlə müalicə almamış hər hansı şəxsdə və ya normal
müalicə rejimlərinin müsbət təsir etmədiyi xəstələrdə opportunistik infeksiyaların olub‐olmadığını yoxla‐
maq lazımdır. Ciddi və təkrarlanan infeksiyalar da immunosupresiyanın göstəriciləridir.
İİV‐ə yoluxmuş şəxslərin davamlı tibbi yardım və dəstəyə xüsusi ehtiyaclarının olduğu unudulmamalıdır. Xəstəni
yönləndirmək üçün mövcud resurslardan xəbərdar olmaq vacibdir.
Müalicə planı
l
Bütün yaş qruplarına məxsus xəstələr ölkədə mövcud olan geniş immunizasiya protokoluna əsasən
peyvənd edilməlidirlər.
l
Göstəriş olduqda parazitlər, viruslar, bakteriyalar, malyariya və ya göbələk əleyhinə təxirəsalınmaz müalicə
tədbirləri görülməlidir.
l
Cinsi yolla ötürülən xəstəliklərin analizini həyata keçirmək mümkün deyilsə, bu cür xəstəliklərin
müalicəsinə sindromik yanaşma adekvat üsuldur.
l
Vərəm əleyhinə dərmanlarla müalicəyə riayət edildiyindən əmin olmaq lazımdır. Birbaşa nəzarət altında
qısamüddətli müalicə kursu barədə bilikləri olan dövlət səhiyyə orqanları və fasiləsiz dərman təchizatı
ilə bağlı cari təlimat və zəmanət verə biləcək tibb müəssisələri cəlb edilməlidir.
l
Yoluxucu xəstəliklərin müalicəsi üçün qida reabilitasiyası çox vacibdir. Vitamin və mineral
çatışmamazlıqlarının aradan qaldırılması da daxil olmaqla, düzgün qidalanma imkanı təmin edilməlidir.
l
Preventiv tədbirlər görmək üçün imkanlar olduqda, xəstəliklərə yoluxmuş xəstələr üçün profilaktik
tədbirlər haqqında düşünün. Məsələn, İİV‐ə yoluxma sonrası profilaktika; Hepatit B‐nin seroterapiyası
üçün immunoqlobulin (HBIG); tetanusa qarşı tetanus toksini.
l
Xəstələrə şəxsi gigiyena qaydalarını öyrətmək və sabun, əl üçün antiseptiklər və oxşar vasitələr paylamaq
lazımdır. Gigiyena və xəstəliyin ötürülməsi ilə bağlı əsas biliklərin aydın başa düşülə bilməyəcəyi nəzərə
alnımalıdır.
l
İnsan alveri vəziyyətindən yenicə xilas olmuş şəxslər yaşadıqları fiziki şərait (məsələn, onlar müvəqqəti
mənzillərdə, düşərgələrdə yaşayırlarsa və ya həbsdədirlərsə) səbəbindən hələ də bəzi yoluxucu
xəstəliklərə qarşı həssas ola bilərlər. Siz xəstə həssas ola biləcəyi xəstəliklərin müalicəsi üçün və bu cür
şəraitdə yaşamağın sağlamlığa mənfi təsirlərinin qarşısının alınması, risklərin və təsirlərin azaldılması
haqqında məlumatların verilməsinə görə məsuliyyət daşıyırsınız.
141
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD
Sanitar‐gigiyenik qaydalar
l
Personalı və özünüzü qorumaq üçün həmişə universal ehtiyat tədbirlərinə riayət edin.
l
Yerli qanunlar barədə məlumatlandırılma, yerli səhiyyə orqanları və yoluxucu xəstəlik mütəxəssisləri ilə
əlaqələrin də daxil ola biləcəyi infeksiya nəzarəti və mümkün karantin planları hazırlayın.
İnsan alveri qurbanlarına “xəstəliklərin ötürücüsü” kimi baxmaq lazım deyil. Qurbanlar çox zaman onları infek‐
siyalara yoluxmağa daha həssas edən şəraitdə yaşamalı olurlar və müalicə imkanlarından az yararlana bilirlər.
Tibb işçiləri ayrı‐ayrı şəxsləri və sanitar‐gigiyenik vəziyyəti qorumaq üçün diaqnoz və müalicə ilə bağlı xəstəyə
yönəlik yanaşmalar təklif etmək üçün məsuliyyət daşıyırlar.
İSTİNADLAR VƏ RESURSLAR
Grant, B. və C. L. Hudlin (Eds.)
2007
Faith Alliance Hands that Heal: International curriculum to train caregivers of trafficking sur‐
vivors, Faith Alliance Against Slavery and Trafficking, Alexandria, Virginia, USA, 12 September
2007. (Şəfalı Əllər İman Birliyi: İnsan alveri qurbanlarına qulluq edən şəxslərin beynəlxalq təlim
proqramı, Köləlik və İnsan Alverinə qarşı İman Birliyi, Aleksandriya, Virginiya, ABŞ, 12 sentyabr
2007‐ci il.)
Heymann, D. L. (Ed.)
2008
Control of Communicable Diseases Manual, 19
th
Edition, American Public Health Association
Press, Washington, DC, USA, December 2008. (Yoluxucu Xəstəliklərlə bağlı Təlimat Kitabçası, 19‐
cu buraxılışı, Amerikan İctimai Səhiyyə Assosiasiyasının Mətbəəsi, Vaşinqton, DC, ABŞ, dekabr
2008.)
Beynəlxalq Miqrasiya Təşkilatı
2007
The IOM Handbook on Direct Assistance for Victims of Trafficking, IOM, Geneva, 2007. (BMqT‐
nin İnsan alveri qurbanlarına birbaşa dəstək üzrə təlimat sənədi, Cenevrə, 2007.)
Pickering, L.K. (Ed.)
2006
The Red Book: 2006 Report of the Committee on Yoluxucu xəstəliklər, 27
th
Edition, American Acad‐
emy of Pediatrics, Oak Grove, Illinois, USA, 2006. (Qırmızı Kitab: Yoluxucu xəstəliklər Komitəsinin
2006‐cı il üzrə Hesabatı, 27‐ci buraxılışı, Amerika Pediatriya Akademiyası, OakGrove, İllinoys, ABŞ,
2006.)
Silverman, J. və digərləri
2007
“HIV prevalence and prediction of infection in sex‐trafficked Nepalese girls and women”, The
Journal of the American Medical Association, vol. 298, no. 5, pp. 536–542. (“Nepallı qızlarda və
qadınlarda cinsi yolla ötürülən İİÇ infeksiyasının yayılması və proqnozlaşdırılması”, Amerika Tibb
Assosiasiyasının Jurnalı. 298‐ci buraxılış, № 5, səh. 536‐542.)
United States Centers for Disease Control and Prevention, və digərləri (Amerika Birləşmiş Ştatlarının
Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Mərkəzləri və digərləri.)
2008
Guidelines for Prevention and Treatment of Opportunistic Infections among HIV‐Exposed and
HIV‐Infected Children, Centers for Disease Control and Prevention, National Institutes of Health,
Infectious Disease Association of America, Pediatric Infectious Disease Society and American
Academy of Pediatrics, USA, 20 June 2008. (İİÇ‐lə təmasda olmuş və İİÇ‐ə yoluxmuş uşaqlar
arasında opportunistik infeksiyaların qarşısının alınması və müalicə üçün Təlimatlar, Xəstəliklərə
Nəzarət və Profilaktika Mərkəzi, Milli Səhiyyə İnstitutu, Amerika İnfeksiya Xəstəlikləri
142
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD
Assosiasiyası, Uşaq Yoluxucu Xəstəlikləri Cəmiyyəti və Amerika Pediatriya Akademiyası, ABŞ, 20
iyun 2008‐ci il.)
Ümumdünya Səhiyyə Təşkilatı
2001
Recommended Strategies for Prevention and Control of Communicable Diseases, WHO, Geneva,
2001. (Yoluxucu Xəstəliklərin Qarşısının alınması və onlara nəzarətlə bağlı tövsiyə olunan strate‐
giyalar, ÜST, Cenevrə, 2001.)
2006
“Sexually Transmitted Diseases Treatment Guidelines, 2006”, Morbidity and Mortality Weekly
Report, vol. 55, no. RR‐1, 4 August 2006. (“Cinsi yolla yoluxan xəstəliklərin müalicəsi ilə bağlı
təlimat sənədi, 2006”, Həftəlik xəstələnmə və ölüm Hesabatı, 55‐ci buraxılış, № RR 1, 4 avqust
2006.)
Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Əmək Təşkilatı
2007
Post‐Exposure Prophylaxis to Prevent HIV Infection: Joint WHO/ ILO guidelines on post‐exposure
prophylaxis (PEP) to prevent HIV infection, WHO, Geneva, 2007. (İİÇ infeksiyasının qarşısını almaq
üçün təmas sonrası profilaktika: ÜST‐nin/BƏT‐in təmas sonrası profilaktika (PEP) üzrə birgə
təlimatları, ÜST, Cenevrə, 2007.)
143
İnsan alveri̇ qurbanlarina ti̇bbi̇ xi̇dmətləri̇n göstəri̇lməsi̇
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD
TƏDBİR
LƏR
Tədbirlər Planı 16:
Tibbi və hüquqi mülahizələr
PLANI
ON ALTI
Tədbirlər Planı 16:
Tibbi və hüquqi mülahizələr
ƏSASLANDIRMA
İnsan alveri cinayət əməli olduğundan, insan alveri qurbanlarına tibbi yardım çox zaman subyektiv hüquqlar,
vəzifələr və məhkəmə prosedurları ilə bağlı olur. Klinik qəbul zamanı tibb işçisinin riayət etməli olduğu tibbi və
hüquqi öhdəliklər və xəstənin malik olduğu hüquqları vardır (hüquq‐mühafizə orqanları ilə əlaqələndirmə
haqqında daha ətraflı məlumat üçün bax: Tədbirlər planı 17).
İnsan alveri qurbanlarına tibbi yardım göstərən bütün tibbi personal yerli qanunvericiliyə uyğun olaraq öz vəzifələri
və məhdudiyyətlər haqqında məlumat əldə etməyə çalışmalıdırlar. Bəzən hüquqi məsələlər mürəkkəb ola bilər
(məsələn, məruzəetmə tələbləri və ya xüsusi hallarda tibbi yardım göstərmək). Məsələn, tibbi yardıma ehtiyacı
olan insan alveri qurbanları istintaq təcridxanalarında və ya həbsxana şəraitində ola bilər. Qanunvericilik və nor‐
mativ baza tibbi xidmətlərə yardım edə və ya mane ola və ya onların təmin edilmə, sənədləşdirilmə və məruzə
edilmə üsullarını təsbit edə bilər. Buna görə də, tibb işçiləri özləri və xəstələri ilə bağlı məlumatlardan xəbərdar
olmalı və ya ən azı onları haradan əldə etmək lazım olduğunu bilməlidirlər. Həmçinin, xəstəni hüquqi məsləhət
üçün hara istiqamətləndirmək lazım olduğunu bilmək də vacibdir (bax: Tədbirlər planı 10).
ZƏRURİ TƏDBİRLƏR
Səhiyyə işçiləri və insan alveri ilə bağlı məhkəmə‐tibbi ekspertiza nəticələri
Yerli qanunvericiliyin tələbləri məhkəmə‐tibbi ekspertizaya icazə verdikdə və müvafiq potensiala malik labora‐
toriya qurğuları mövcud olduqda, insan alveri qurbanlarına məhkəmə‐tibbi ekspertiza müayinəsində iştirak etmək
hüquqları haqqında məlumat verilməlidir. Vaxt, məhkəmə‐tibbi ekspertiza məlumatlarının toplanması üçün vacib
olduğundan, məhkəmə‐tibbi ekspertiza müayinələri tibb işçisi ilə ilk kontaktdan sonra təklif olunmalıdır.
Məhkəmə‐tibbi ekspertiza cinayət qurbanları ilə bağlı hallarda müvafiq təlim keçmiş məhkəmə‐tibbi ekspertiza
mütəxəssisi tərəfindən həyata keçirilir (bax: Tədbirlər planı 4, 5 və 13).
l
İfadə vermək və ya məhkəmədə ekspert şahid qismində çıxış etmək istəmirsinizsə və ya məhkəmə‐tibbi
ekspertiza sahəsində zəruri təhsilə malik deyilsinizsə, məhkəmə‐tibbi ekspertiza məlumatlarının
toplanması üçün kənardan mütəxəssis cəlb edin və ya xəstənizi onun yanına istiqamətləndirin (insan
alveri qurbanının razılığı əsasında). İxtisaslı məhkəmə‐tibbi ekspertiza mütəxəssislərinin əlaqə
məlumatlarını bilmək vacibdir (bax: Tədbirlər planı 10).
l
Xəstənizin tibbi sənədlərdən və ya məlumatlardan məhkəmədə necə istifadə edilə biləcəyi haqqında
məlumatlandırılmasını (siz və ya hüquq mütəxəssisi tərəfindən) təmin edin. Bəzi hallarda, xidmətləri
təchiz edən personala bu cür məlumatları güman edilən insan alverçisinə qarşı ittiham irəli sürmək və
ya onu müdafiə etmək vəzifəsini yerinə yetirən rəsmi təhqiqatçılara təq dim etmək barədə göstəriş verilə
bilər və xəstələr bundan xəbərdar olmalıdırlar (bax: Tədbirlər planı 9).
l
Tibbi sənədlər (məsələn, tibbi tarixçə, müayinə qeydləri, diaqnostik nəticələr və müalicə qeydləri) məxfi
saxlanılmalı və məlumatlar insan alveri qurbanının icazəsi və ya məhkəmənin göstərişi ilə yalnız hüquq‐
mühafizə orqanlarına təqdim edilməlidir (bax: Tədbirlər planı 9). Bu sənədlərdən istifadə ilə bağlı kimlərin
hüququnun olduğunu və kimlərin hüququnun olmadığını təsbit edən yerli qanunları bilmək vacibdir.
147
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD
l
Qurbanlara yardım edən tibb işçiləri məhkəmə‐tibbi ekspertizası üzrə elementar biliklərə və təlimə malik
olmalıdırlar. Bu, onların insan alveri qurbanları ilə məhkəmə‐tibbi ekspertiza mütəxəssisindən əvvəl
görüşdükləri hallarda əsas ilkin prosedurları anlamalarına yardımçı ola bilər. Məsələn, işçilər maddi sübut
kimi dəlillərin, keçmiş hadisələr və simptomlarla bağlı qurbanın ilkin ifadəsinin təfərrüatlarının
əhəmiyyətini anlamalıdır.
İnsan alveri qurbanlarının öz tibbi sənədləri ilə bağlı hüquqları
l
Xəstələrə bütün tibbi sənədlərinin surətlərini əldə etmək hüququ barədə məlumat verilməlidir.
Qurbanların onlara qarşı zorakılıq etmiş və ya onları istismar etmiş insan alverçisinə və ya başqalarına
qarşı cinayət və ya mülki iddialar qaldırmaq üçün məhkəmə‐tibbi ekspertiza sənədlərinin surətini əldə
etmək hüququ vardır.
l
Qurbanın öz ana dilində tibbi xülasənin surətini əldə etməsi üçün mövcud tərcümə resurslarından istifadə
edilməlidir.
Məlumatlı razılıq
Məlumatlı razılıq əldə etmək hər hansı məhkəmə işinin tərkib hissəsi ola biləcək xəstə‐tibb işçisi münasibətlərinə
dair prosedurların vacib tərkib hissəsidir. Qurban faktları, səhiyyə xidmətləri və prosedurların nəticələri aydın
şəkildə təsdiqlədikdən və anladıqdan sonra razılıq əldə olunmalıdır. Qurban müvafiq faktlar və imkanlar barədə
məlumatlı olmalıdır. Mühakimə qabiliyyəti olmayan şəxsdən məlumatlı razılıq almaq müvafiq deyil. Mühakimə
qabiliyyətinin pozulmasına xəstəliklər, sərxoş və ya maddə təsiri altında olmaq, yuxusuzluq, ağrı və ya digər
sağlamlıq problemləri aid edilə bilər.
İnsan alverinə məruz qalmış şəxs məlumatlı razılıq vermək iqtidarında olmadıqda, onun adından razılıq vermək
üçün başqa şəxsə səlahiyyət verilə bilər. Bu cür şəxslərə uşağın valideynləri, qanuni qəyyumları və ya uşaqlara
qayğı üzrə dövlət məmuru və ya ağır ruhi xəstə uşaqların tərbiyəçiləri daxildir. Qurban məhdud faktlarla təmin
edildikdə və ya onlara verilən məlumatlar barədə məhdud təsəvvürə malik olduqda, ciddi etik və hüquqi məsələlər
yarana bilər.
l
Hər hansı tibbi prosedurları həyata keçirməzdən əvvəl lazım gələrsə, peşəkar tərcüməçi və ya qəyyum
vasitəsilə məlumatlı yazılı razılıq almaq lazımdır. Xəstənin təklif olunan prosedurlardan tamamilə və ya
qismən imtina etmək imkanını anladığından əmin olun. Müalicədən imtinanın potensial təsirləri də izah
edilməlidir. Məlumatlar neytral, ittiham etmədən və qeyri‐məcburi şəkildə verilməlidir. Şəxs imzalamaq‐
dan imtina edərsə, lakin şifahi icazə verərsə, tibb işçisi şifahi razılığın verildiyini sənədləşdirməlidir.
Razılıq müəyyən hallarda ləğv edilə bilər. Bu cür hallar yurisdiksiyadan və yerli qanunvericilikdən asılı olaraq
fərqləndiyindən, yerli normalardan və qanunlardan xəbərdar olmaq lazımdır. Nümunə kimi aşağıdakıları qeyd
etmək olar:
l
Qurbanın razılığı olmadıqda, uşaq zorakılığı və ya məişət zorakılığından şübhələndikdə dövlət qurumlarını
məlumatlandırmaq.
l
Psixi xəstə olan və öz iradəsinin əksinə xəstəxanaya yerləşdirilən şəxsləri müalicə etmək.
l
Ümumiyyətlə cinayət istintaqının tərkib hissəsi kimi xəstənin məlumatlarını yoxlamaqla bağlı məhkəmə
qərarı. Burada xəstə “qurban” və ya şübhəli şəxs qismində nəzərdən keçirilə bilər.
l
Təxirəsalınmaz tibbi yardım prosedurları
Dostları ilə paylaş: |