17
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD
Cədvəl 2: İş sahələri, sağlamlıq ruskləri və fəsadları
Psixoloji travma və stres
Ən ekstremal hallarda, insan alveri ilə bağlı zorakılıq və insan alveri vəziyyətindən xilas olduqdan sonrakı
psixoloji simptomlar işgəncə qurbanlarında aşkar edilən zorakılıq, məhdudiyyətlər və psixoloji reaksiyalarla
müqayisə oluna bilər.
10
İşgəncə və insan alveri vəziyyətlərinin xarakterik xüsusiyyətləri həyati təhlükəyə malik
hadisələr və davamlı stres və təkrarlanan və ya xroniki təhlüklərdir. İşgəncələrlə bağlı araşdırmalar göstərir ki,
travmatik hadisələrin “gözlənilməzliyi” və “nəzarətsizliyi” intensiv və ya uzunmüddətli psixoloji reaksiyanın
əminliklə proqnozlaşdırıla bilən xüsusiyyətləridir.
11
Ən çox rast gəlinən travma sonrası reaksiyalara
travmasonrası stres pozuntusu, depressiya, qorxu və kinlilik və ya əsəbilik kimi travma sonrası stres əlamətləri
daxildir. Cinsi zorakılıq baş verdikdə, bu əlamətlər xüsusilə kəskin ola bilər. İntihar düşüncələrinə və intihar
cəhdlərinə də az təsadüf olunmur. Tədbirlər Planı 12‐də insan alveri vəziyyətindən xilas olduqdan sonrakı psixi
sağlamlıq haqqında ətraflı məlumat verilir və insan alveri qurbanlarının psixoloji sağlamlığının qayğısına qalmaq
üçün təkliflər irəli sürülür.
18
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD
İş sahələriləri
Əməyin istismarının sağlamlıq riskləri
Sağlamlıqla bağlı fəsadlar
• İnşaat
• İstehsalat (məs., tekstil, metal,
ağac emalı)
• Sənaye balıqçılığı və balıqçılıq
təsərrüfatları
• Kənd təsərrüfatı
• Ev xidmətçiliyi
• Dağ‐mədən, karyer işi
• Qida sənayesi
• Meşə təsərrüfatı
• Dəri və aşılama
• Xalça toxuma
• Heyvandarlıq
• Zəif havalandırma, sanitariya və
qidalanma
• Doyunca yatmama, uzun iş
saatları
• Təkrarlanan hərəki fəaliyyətlər,
məs., əyilib‐durmaq, qaldırmaq
• Ağır və ya yüksək riskli
avadanlıqlarla bağlı yarıtmaz
təlim
• Kimyəvi zərərlər
• Fərdi mühafizə vasitələrinin
olmaması/yarıtmaz olması; məs.,
papaqlar, dəbilqələr, əlcəklər,
eynəklər
• İsti və ya soyuq hava stresi
• Hava çirkləndiricilər
məs., qazlar, toz, hissəciklər
• Bakterioloji çirkləndiricilər, məs.,
su, ərzaq, torpaq
• Yorğunluq
• Zəif qidalanma
• Dehidrasiya
• Təkrarlanan hərəkətlərdən
yaranan sindromlar, gərginliklər
• Günvurma və ya stres; hipoter‐
miya, donma
• Təkrarlanan sindromlar, məs.,
kürək, boyun və oynaq
problemləri
• Qəzalar nəticəsində xəsarətlər,
məs., əl‐ayağın kəsilməsi,
sümük sınmaları, əziklər
• Tənəffüs problemləri
• Ağciyər xərçəngi, endotok sin və
ya asbest infeksi ya sı, dəri
infeksiyaları, xəs tə lik lər
• Xərçəng, peşə dermatozları
• Mədə‐bağırsaq infeksiyası (su
və qida ilə əlaqəli)
10
Zimmerman, C. və digərləri, 2003.
11
Basoglu, M. və S. Mineka, İşgəncə və onun nəticələri: “İşgəncələrə məruz qalmış şəxslərdə post‐travmatik stres reaksiyaları
zamanı nəzarətsiz və gözlənilməz stresin rolu” Cari müalicə yanaşmaları, M.Basoglu, Ed., Cambridge University Press, Nyu
York, 1992.
İnsan alveri qurbanı olduğu güman edilən şəxsin aşkarlanması və yardım göstərilməsi
İnsan alverinə məruz qalmış şəxsi müəyyənləşdirmək üçün hər hansı qəti simptomlar yoxdur. Lakin şəxs sənaye
sahələri ilə bağlı patoloji pozuntular, travmasonrası reaksiyalar və insan alveri ilə əlaqəli əmək sahəsində işləmək
məqsədilə miqrasiya etdiyi barədə məlumat verdikdə, səhiyyə işçisi şəxsin insan alverinə məruz qaldığından və
ya kəskin istismar formalarından əziyyət çəkmiş olmasından şübhələnə bilər.
Səhiyyə işçisi şəxsin insan alveri qurbanı olmasından şübhələnərsə və ya bunu müəyyənləşdirərsə, müvafiq və
yeni istiqamətləndirmə məlumatları baxımından hazırlıqlı olmalı, həssas və məxfi şəkildə tibbi yardım təklif
etməlidir. İnsan alverinə məruz qalmış şəxslərə tibbi yardımın göstərilməsi bir sıra problemlər yarada bilər, lakin
tibb işçisi məlumatlı və diqqətlidirsə, yardım təhlükəsiz və səmərəli şəkildə təmin edilə bilər. Səmərəli tibbi
yardımın təmin edilməsi, digər məsələlərlə yanaşı, keçmiş və cari zorakılıq hallarına məruz qalma riskləri, travma‐
sonrası reaksiyalar, sosial və ya mədəni fərqlər, borclar və hüquqi statusla bağlı iqtisadi şərtlərin nəzərə alındığı
yanaşmalar qəbul etməyi tələb edir (bax: Tədbirlər Planı 1, 2 və 3).
12
Səhiyyə işçiləri etibar qazanmaq və şəxsin risk və məhdudiyyətləri haqqında məlumat əldə etmək üçün vaxt
ayırmalıdırlar. Onlar həmçinin şəxsləri onlara hörmətlə yanaşıldığına və baş vermiş cinayətlərə görə ittiham
olunmadıqlarına inandırmağa səy göstərməlidirlər.
Səhiyyə işçisinin rolu
İnsan alveri çox zaman qeyri‐müəyyən və müdaxilə olunması mümkün olmayan hadisə kimi görünsə də, səhiyyə
işçiləri informasiya və tibbi yardım vasitəsilə müdaxilə etmək baxımından çoxsaylı imkanlara malikdirlər. Ölkələr,
hüquq‐mühafizə orqanları və qeyri‐hökumət təşkilatları insan alveri probleminə daha çox diqqət yetirdikcə, daha
çox insan alveri qurbanları aşkar edilə bilər.
İnsan alveri qurbanlarının tibbi ehtiyaclarının bir çoxunu standart klinik təcrübələr vasitəsilə təmin etmək mümkün
olsa da, insan alverinə məruz qalmış şəxslər çox zaman gizli qalır və ya xidmətlərdən məhrum olur və diaqnostik
və müalicə problemləri yarada biləcək çoxsaylı təhlükələrə məruz qala bilərlər. Müdaxilə yanaşmaları miqrantlar,
qaçqınlar və ya mobil əhali qrupları, azlıqlar və aşağı əmək haqqı alan və ya qeyri‐rəsmi işçilər kimi aztəminatlı
və ya həssas qruplar üçün nəzərdə tutulmuş fəaliyyətlərlə oxşar, yaxud əlaqəli ola bilər.
İnsan alveri qurbanlarının məruz qaldıqları zorakılıq və sağlamlıq problemləri haqqında artan məlumatlara və
diqqətdən kənar qalmış əhali təbəqələrinin qorunması ilə bağlı çıxarılan dərslərə əsaslanaraq səhiyyə orqanları
bundan sonra insan alverinə məruz qalmış şəxslərin müxtəlif və çox zaman olduqca həssas ehtiyaclarını
qarşılamaq üçün düşünülmüş yanaşmalardan istifadə etməlidirlər.
İSTİNADLAR VƏ RESURSLAR
Anderson, B. və B. Rogaly
2005
Forced Labour and Migration to the UK, Oxford: Centre for Migration, Policy and Society (COM‐
PAS), in association with the Trades Union Congress, TUC, London, 2005. (Okford, Böyük Bri‐
taniyada Məcburi Əmək və Miqrasiya: Miqrasiya, Siyasət və Cəmiyyət Mərkəzi (COMPAS),
Həmkarlar İttifaqı Konqresi ilə birlikdə, TUC, London, 2005.)
19
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD
12
Beynəlxalq Miqrasiya Təşkilatı, İnsan alveri qurbanlarına birbaşa yardımla bağlı BMqT‐nin təlimat sənədi, BMqT, Cenevrə,
2007
Anti‐Slavery International təşkilatı
2006
Trafficking in Women, Forced Labour and Domestic Work in the Context of the Middle East and
Gulf, working paper, Anti‐Slavery International, London, 2006. (Qadın alveri, məcburi əmək və
ev qulluqçuluğu Yaxın Şərq və Körfəz ölkələri kontekstində, işçi sənəd, Anti‐Slavery International
təşkilatı, London, 2006.)
Anti‐Slavery International təşkilatı və Azad Həmkarlar İttifaqları Konfederasiyası (ICTFU)
2001
Forced Labour in the 21st Century, Anti‐Slavery International, London, 2001. (21‐ci əsrdə məcburi
əmək, Anti‐Slavery International təşkilatı, London, 2001.)
Basoglu, M. və S¸. Mineka
1992
“The role of uncontrollable and unpredictable stress in post‐traumatic stress responses in torture
survivors” in Torture and Its Consequences: Current Treatment Approaches, M. Baso¨glu, Ed.,
Cambridge University Press, New York, 1992. (İşgəncə və onun nəticələri: “İşgəncələrə məruz
qalmış şəxslərdə post‐travmatik stress reaksiyaları zamanı nəzarətsiz və gözlənilməz stresin rolu”
Cari müalicə yanaşmaları, M. Başoğlu, Ed, Cambridge University Press, Nyu‐York, 1992.)
Kanadanın Təhlükəsizlik Texnikası və Əməyin Mühafizəsi Mərkəzi
2008
“Extreme hot or cold temperature conditions”, web information, available at «http://www.ccohs.
ca/oshanswers/phys_agents/hot_cold.html, CCOHS, Hamilton, Ontario, Kanada, səhifə son dəfə
20 oktyabr 2008‐ci il tarixində yenilənmişdir, (giriş tarixi: 2 yanvar 2009‐cu il.)
Hossain, M. və digərləri
2005
Recommendations for Reproductive and Sexual Health Care of Trafficked Women in Ukraine:
Focus on STI/RTI Care, First Edition, London School of Hygiene & Tropical Medicine and the In‐
ternational Organization for Migration, Kiev, 2005. (Ukraynada insan alverinə məruz qalan
qadınların reproduktiv və cinsi sağlamlığına dair tövsiyələr: STI/RTI Qayğı, birinci nəşr, London
Gigiyena və Tropik Təbabət Məktəbi və Beynəlxalq Miqrasiya Təşkilatı, Kiyev, 2005‐ci il)
Beynəlxalq Əmək Təşkilatı
2005
A Global Alliance Against Forced Labour: Global report under the follow‐up to the ILO Declaration
on Fundamental Principles and Rights at Work, International Labour Conference, 93rd Session
2005, Report I (B), International Labour Office, Geneva, 2005. (Məcburi Əməyə qarşı Qlobal
Alyans: BƏT‐in İş yerində fundamental prinsiplər və hüquqlar haqqında Bəyannaməsi, Beynəlxalq
Əmək Konfransı, 93‐cü Sessiya, 2005, Hesabat I (B), Beynəlxalq Əmək Ofisi, Cenevrə, 2005)
Beynəlxalq Miqrasiya Təşkilatı
2007
The IOM Handbook on Direct Assistance for Victims of Trafficking, IOM, Geneva, 2007. (İnsan
alveri qurbanlarına birbaşa yardımla bağlı BMqT‐nin təlimat sənədi, BMqT, Cenevrə, 2007)
2006
Breaking the Cycle of Vulnerability: Responding to the Health Needs of Trafficked Women in East
and Southern Africa, IOM, Pretoria, South Africa, September 2006. (Çarəsizlik həlqəsinin
qırılması: Şərqi və Cənubi Afrikada insan alverinin qurbanı olmuş qadınların sağlamlıq
ehtiyaclarının qarşılanması, BMqT, Pretoriya, Cənubi Afrika, sentyabr 2006)
Rende Taylor, L.
2008
Guide to ethics and human rights in counter‐trafficking. Ethical standards for counter‐trafficking
research and programming. United Nations Inter‐agency Project on Human Trafficking. (İnsan
alveri ilə mübarizə sahəsində etik normalar və insan hüquqları haqqında təlimat. İnsan alveri ilə
mübarizəyə həsr olunan araşdırma və proqramlaşdırma)
Stellman, J. M. (Baş Redaktor)
1998
Encyclopaedia of Occupational Health and Safety, Fourth Edition, International Labour Organi‐
zation, Geneva, 1998. (Əməyin gigiyenası və təhlükəsizlik üzrə ensiklopediya, dördüncü nəşr,
Beynəlxalq Əmək Təşkilatı, Cenevrə, 1998)
20
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD
Birləşmiş Millətlər Təşkilatı
2000
Protocol to Prevent, Suppress and Punish Trafficking in Persons, Especially Women and Children,
Supplementing the United Nations Convention against Transnational Organized Crime, United
Nations, New York, 2000. (BMT‐nin
”
Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Konvensiyası və
onu tamamlayan İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan
qaldırılması və cəzalandırılması haqqında
”
Protokol, BMT, Nyu‐York, 2000)
BMT‐nin İnsan Hüquqları üzrə Ali Komissarlığı
2002
Recommended Principles and Guidelines on Human Rights and Human Trafficking, Report of the
United Nations High Commissioner for Human Rights to the Economic and Social Council
(E/2002/68/Add.1), United Nations Economic and Social Council, New York, 20 May 2002. (İnsan
hüquqları və insan alveri ilə bağlı tövsiyə olunan prinsiplər və təlimatlar, BMT‐nin İnsan Hüquqları
üzrə Ali Komissarının İqtisadi və Sosial Şuraya təqdim etdiyi hesabat, (E/2002/68/Add.1), BMT‐
nin İqtisadi və Sosial Şurası, Nyu‐York, 20 may, 2002)
ABŞ‐ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri
Tikintidə əməyin təhlükəsizliyi və sağlamlıqla bağlı elektron kitabxana
http://www.cdc.gov/elcosh/
ABŞ‐ın Səhiyyə və İctimai Xidmətlər Departamenti
2008
Fact Sheet: Human Trafficking, United States Department of Health and Human Services Admin‐
istration of Children & Families, Campaign to Rescue and Restore Victims of Human Trafficking,
Washington, DC, USA, January 2008. (İnformasiya bülleteni: İnsan alveri, ABŞ‐ın Səhiyyə və İctimai
Xidmətlər Departamenti: Uşaqların və ailələrin idarə olunması, insan alveri qurbanlarının xilas
edilməsi və reabilitasiyası kampaniyası, DC, ABŞ, yanvar 2008)
2007
Common Health Issues Seen in Victims of Human Trafficking, web information available at
«http://www.acf.hhs.gov/ trafficking/campaign_kits/tool_kit_health/health_problems. html»
United States Department of Health and Human Services Administration of Children & Families,
Campaign to Rescue and Restore Victims of Human Trafficking, Washington, DC, Campaign to
Rescue and Restore Victims of Human Trafficking, October 2007. (İnsan alveri qurbanlarında
müşahidə olunan ümumi sağlamlıq problemləri, veb‐məlumat: http://www.acf.hhs.gov/ traffick‐
ing/campaign_kits/tool_kit_health/health_problems. html. ABŞ‐ın Səhiyyə və İctimai Xidmətlər
Departamenti: Uşaqların və ailələrin idarə olunması, insan alveri qurbanlarının xilas edilməsi və
reabilitasiyası kampaniyası, DC, ABŞ, oktyabr 2007)
ABŞ Dövlət Departamenti
2007
Health Consequences of Trafficking in Persons, fact sheet, Department of State Office to Monitor
and Combat Trafficking in Persons, Washington, DC, USA, 8 August 2007. (İnsan alverinin
sağlamlıq fəsadları, informasiya bülleteni: Dövlət Departamentinin insan alverinə nəzarət və
onunla mübarizə ofisi, Vaşinqton, ABŞ, 8 avqust, 2007)
Kaliforniya Universiteti, Devis
“A guide to agricultural heat stress”, newsletter, Agricultural Personnel Management Program,
Davis, California, USA, undated. (“Kənd təsərrüfatı günvurmaları ilə bağlı təlimat”, informasiya
bülleteni, kənd təsərrüfatı işçilərinin idarəetmə proqramı, Devis, Kaliforniya, ABŞ, tarixi qeyd
edilməmişdir)
Zimmerman, C. və digərləri
2006
Stolen Smiles: The physical and psychological health consequences of women and adolescents
trafficked in Europe, London School of Hygiene and Tropical Medicine, London, 2006.
(Oğurlanmış təbəssümlər: Avropada insan alveri qurbanları olan qadınların və yeniyetmələrin
fiziki və psixoloji sağlamlıq problemləri, London Gigiyena və Tropik Təbabət Məktəbi, London,
2006)
21
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD
Zimmerman, C. və digərləri
2003
The Health Risks and Consequences of Trafficking in Women and Adolescents: Findings from a
European study, London School of Hygiene and Tropical Medicine, London, 2003. (Avropada
insan alveri qurbanı olan qadınların və yeniyetmələrin fiziki və psixoloji sağlamlıq problemləri,
London Gigiyena və Tropik Təbabət Məktəbi, London, 2003)
Zimmerman, C. və C. Watts,
2003
WHO Ethical and Safety Recommendations for Interviewing Trafficked Women, World Health Or‐
ganization, Geneva, 2003. (İnsan alveri qurbanı olan qadınların müsahibə olunması ilə bağlı ÜST‐
nın Etik və Təhlükəsizlik Tövsiyələri, Cenevrə, 2003)
22
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD
FƏSİL
Fəsil 3:
Rəhbər prinsiplər
ÜÇ
Fəsil 3:
Rəhbər prinsiplər
İnsan alverinə məruz qalmış şəxslərə tibbi yardım göstərilməsi fərdin sağlamlığı, təhlükəsizliyi və çox zaman “zərər
vurma” əsas tibbi prinsipindən kənara çıxan rifah halına xüsusi diqqət tələb edir. Travmatik hadisələrə məruz
qalmış şəxslər öz bədənləri və hərəkətləri üzərində təhlükəsizlik, ləyaqət və nəzarət hissini bərpa etməlidirlər.
Onları məlumat axtarmaq, təklif olunan variantlarla bağlı suallar vermək və öz seçimlərini ifadə etmək üçün
cəsarətləndirmək lazımdır. Səhiyyə işçiləri məxfilik, məlumatların verilməsi, məlumatlı razılıq və şəxsin qərar
qəbuletməsinə hörmət etməyi vurğulayan tibbi yardım yanaşmaları tətbiq etməklə, insanların təhlükəsizlik,
ləyaqət və öz müqəddəratını təyinetmə hisslərinin gücləndirilməsinə kömək edə bilərlər. Müalicə həkimləri
göstərilən xidmətlərin və mövcud işçilərin insan alveri qurbanlarının həssas vəziyyətlərini nəzərə almasını və
istiqamətləndirmə variantlarının təhlükəsiz, müvafiq və rahat olmasını təmin etməklə xəstələri cari və gələcək
zərərlərdən qorumağa kömək edə bilərlər.
Aşağıdakı rəhbər prinsiplər insan alverinə məruz qalmış şəxslərin problemləri ilə məşğul olan bütün mütəxəssislər
üçün müsbət təcrübə hesab edilir. Səhiyyə işçiləri bu etik və insan hüquqları standartlarını insan alverinə məruz
qalan və istismar olunan şəxslər üçün tibbi xidmətlərin bütün aspektlərinə tətbiq etməlidirlər.
1. İnsan alverinə məruz qalmış qadınlarla müsahibələrin aparılması ilə bağlı ÜST‐nin etik və təhlükəsizlik
məsələləri haqqında tövsiyələrinə riayət edin
13
(bax: bu fəslin sonunda Cədvəl 2).
2. İnsan alveri qurbanları ilə istənilən təması onların sağlamlığının yaxşılaşdırılması istiqamətində poten‐
sial addım hesab edin. İnsan alveri qurbanı ilə hər bir təmas onların sağlamlığına və rifahına müsbət və
ya mənfi təsir göstərə bilər.
3. Riskləri qiymətləndirərək, məsləhət və ətraflı məlumatlandırmaya əsaslanan qərarlar qəbul edərək insan
alveri qurbanlarının, özünüzün və əməkdaşlarınızın təhlükəsizliyini prioritetləşdirin. İnsan alveri
qurbanlarının təhlükəsizliklə bağlı narahatlıqlarından və özləri və ya ailə üzvlərinə qarşı potensial
təhlükələrdən xəbərdar olun.
4. Cins, yaş, sosial status, din, irq və ya etnik mənsubiyyət əsasında ayrı‐seçkiliyə yol vermədən hörmət,
bərabərlik prinsipləri əsasında tibbi yardım təmin edin. Tibbi xidmət zamanı həssas qrupların, xüsusilə,
qadınların, uşaqların, yoxsulların və azlıqların hüquqlarına və ləyaqət hissinə hörmət edilməlidir.
5. Sığınacaq, sosial xidmətlər, konsultasiya, hüquqi vəkillik və hüquq‐mühafizə tədbirləri də daxil olmaqla
bir sıra etibarlı yardım xidmətlərinin istiqamətləndirmə və əlaqə məlumatları ilə bağlı hazırlıqlı olun.
İnsan alverçiləri ilə əlaqəsi olduğu ehtimal edilən və ya faktiki insan alveri qurbanlarına məlumat məxfi
şəkildə (məsələn, gizlədilməsi mümkün olan kiçik kağız parçalarından istifadə etməklə) verilməlidir.
6. Qabaqlayıcı tədbirlər həyata keçirmək və insan alveri qurbanlarının müxtəlif ehtiyaclarına müvafiq və
birgə cavab strategiyaları həyata keçirmək məqsədilə digər dəstək xidmətləri ilə əməkdaşlıq edin.
7. İnsan alveri qurbanlarının və onların ailələrinin məxfiliyini və gizliliyini təmin edin. İnsan alveri
qurbanları ilə və onlarla bağlı edilən bütün danışıqların konfidensiallıq əsasında həyata keçirilməsini
təmin etmək məqsədilə tədbirlər həyata keçirin. Hər bir insan alveri qurbanının məxfiliyinin
qorunacağına dair ona təminat verin.
25
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD
13
Zimmerman, C. və C. Watts, İnsan alveri qurbanı olan qadınların müsahibə olunması ilə bağlı Ümumdünya Səhiyyə
Təşkilatının Etik və Təhlükəsizlik Tövsiyələri, Cenevrə, 2003.
8. Məlumatları insan alveri qurbanının anlayacağı tərzdə təqdim edin. Müalicə planlarını, məqsədlərini
və prosedurlarını dil və yaşa uyğun təsvirlərlə ifadə edin. Hər bir şəxsin ona söylənənləri anlaması üçün
kifayət qədər vaxt ayırın və onlara sual vermələri üçün imkan yaradın. Bu məlumatlı razılıq almazdan
əvvəl mühüm addımdır.
9. Könüllü və məlumatlı razılıq əldə edin. Xəstələr haqqında məlumatları paylaşmazdan və ya ötürməzdən
və diaqnoz qoymaq, müalicə etmək və ya istiqamətləndirmə həyata keçirməklə bağlı prosedurlara
başlamazdan əvvəl məlumatlandırma əsasında xəstənin könüllü razılığını əldə etmək vacibdir. Xəstələr
özləri və digər qurbanlar haqqında məlumatları paylaşmağa razılıq verdikdə, yalnız həmin şəxsə
(məsələn, digər xidmətə istiqamətləndirmə zamanı) və ya digərlərinə (məsələn, digər insan alveri
qurbanları) yardım etmək üçün zəruri olan məlumatlar təqdim edilməlidir.
10. Aşağıda sadalananları edərək hər bir şəxsin hüquqlarına, seçimlərinə və ləyaqət hissinə hörmətlə
yanaşın:
l
Müsahibələri qapalı məkanda keçirin.
l
Xəstəyə kişi və ya qadın əməkdaşlarla və ya tərcüməçi ilə ünsiyyət seçimi təklif edin. İnsan alverinə
məruz qalmış qadınların və qızların müsahibəsi və klinik müayinələri üçün ayrıca qadın əməkdaşların
və tərcüməçilərin olması xüsusi əhəmiyyət kəsb edir.
l
Mühakimə etməyin və simpatiya yanaşmasından istifadə edin. Hər bir fərdin özünü və mədəni
dəyərlərini və mövcud vəziyyətini hörmət və anlayışla qarşılayın.
l
Təmkinlilik nümayiş etdirin. İnsanlar öz vəziyyətləri və ya təcrübələri haqqında danışmaq üçün istəkli
və ya hazır görünmürlərsə, onlardan təkidlə məlumat almağa səy göstərməyin.
l
Yalnız xidmət göstərilməsi üçün zəruri olan sualları soruşun. Sadəcə maraqdan yaranan suallar
(məsələn, şəxsin bakirəliyi, ona ödənilən və ya qazandığı pullar haqqında və s.) verilməməlidir.
l
Çoxlu sayda müsahibələr vasitəsilə eyni məlumatları əldə etmək üçün təkrar müraciətlərə yol
verməyin. Mümkün olduqda, zəruri məlumatları digər əsas xidmət təminatçılarına ötürmək üçün
şəxsin razılığını əldə edin.
l
Qurbanların aşkar razılığı olmadan onlarla müsahibə etməyə can atan media vasitələri, jurnalistlər
və ya digər şəxslərə razılıq verməyin. Şəxsləri iştirak etmələri üçün məcbur etməyin. Sağlamlıqları
həssas vəziyyətdə və ya riskli hallarda olan şəxslərə iştirak etməmək barədə xəbərdarlıq edin.
11. İnsan alveri qurbanının aşkar razılığı olmadan, polis və ya miqrasiya xidməti kimi dövlət qurumlarına
müraciət etməkdən çəkinin. İnsan alveri qurbanlarının dövlət qurumlarına müraciət etməkdən
çəkinməklə bağlı əsaslı səbəbləri ola bilər; bu səbəblər hətta xəstəni qorumaq üçün məqbul cəhdlər
zamanı da gözardı edilməməlidir.
14
Dostları ilə paylaş: |