Burulqanli iR



Yüklə 3.49 Kb.
PDF просмотр
səhifə3/9
tarix31.01.2017
ölçüsü3.49 Kb.
1   2   3   4   5   6   7   8   9

Sək.69: Ş.Qazıyev. “Lavaş yapanlar”
 
 
İrəvan  xanlığında  fərdi  sənətkarlıqda  xalçaçılıq  əsas 
yerlərdən  birini  tuturdu.  Xalçaçılar  həm  özləri,  həm  də 
satış  üçün  xalça
-
palaz  hazırlayırdılar.  Boyakarlığın 
inkişafına  diqqət  yetirilirdi.  Yunun  və  müxtəlif  ev 
əşyalarının  boyanmasında  təbii  bitkilərdən  istifadə 
olunurdu.  Xanımlar  yaxşı  əl  işləri
-
tikmələrlə  məşğul 
olardılar. Möhür
 
qabı, quranı bükmək üçün dəsmal, geyim 
paltarlarını,  balış üzlərini və s. naxışlarla bəzəyirdilər.
 
 

Dəmirçilər,  tənəkəçilər  (nazik dəmir vərəqələri düzəldən) 
metal  əşyalardan  əmək  alətləri,  o  cümlədən  dəryaz,  oraq, 
balta,  nal,  bıçaq,  mismar  və  başqa  şeylər  hazırlayırdılar. 
Dulusçuluğun inkişaf etdiyini sübut edən, arxeoloji qazıntılar 
nəticəsində əldə olunmuş, saxsı nümunələr xəbər verir. [18]
 
 
Şəhər  sakinləri  arasında  çoxlu  sənətkarlar  var  idi. 
Sakinlərin  sənətləri  ilə  əlaqədar  və  ya  xasiyyətinə  uyğun 
olaraq  onların  adlarını  belə  çağırırdılar.  Məsələn,  kababçı 
Əli, balıqçı Əkbər, misgər Həsən, qalayçı Vəli, dəyirmançı 
Səttar, südçü Səttar, bığlı Məşəbağır, sınıqçı Səkinə, şatır 
Hüseyin  və  s.  Əslən  İrəvanlı  olub,  orada  doğulub,  boya
-
başa  çatanlar  ədəbi  azərbaycan  dilində  danışmaqlarına 
baxmayaraq, onların özünə məxsus sözləri və ifadələri də 
var. Məsələn, irəvanlılar  nənəyə 

çiçə, cici nənə,
 
 
 
29
 

ataya - baba, babaya – 
dədə, hamandan çıxana 

“səhhət 
olsun” deyərlər, bir kasa (fincam) su verdiyi adam “sağ ol” 
deyəndə,  ona  “afiyətlər  olsun”  cavab  verərlər.  Bəzi 
tərəvəz və meyvə adlarını irəvanlıların dilində işlənən söz 
və ifadələrlə diqqətinizə çatdırıram:
 
 
ispanaq
 

 
somu
 
g
əşniş
 

 
kişniş
 
s
ə
bzi
 

 
k
ə
v
ə
r
 
bülücük
 

 
yaşıl lobya
 
qülb
ə
s
ə
r
 

 
t
ə
z
ə
 d
əymiş kiçik (körpə
) xiyar
 
yemiş
 

 
ç
ə
r
ə
zl
ə
r (Novruz  süfr
ə
sind
ə
)
 
limu
 

 
limon
 
cövuz
 

 
qoz
 
p
ə
nir
 

 
pendir
 
gayqanağ
 

 
ağı və
 
sarısı birlikdə
 
çalınıb  yagda
 
 
 
bışmış yumurta, bal, doşab və
  ya
 
 
 
şə
k
ə
r tozu il
ə
 
yeyılır
 
silkm
ə
 yumurta –
 
ağı  və
 
sarısı  bir birinə
 
garışdırılmamış
 
 
 
yagda bişirilmiş yumurta
 
dürm
ə
k
 

 
lavaşın  içində
 
yağ
-pendir, pendir-
 
 
 
göy
ə
rti, bal-
yağ  və
  ya qovurma
 
dişlə
m
ə
  çay –
 
q
ə
ndl
ə
  içil
ən acı çay
 
çırtlama
 

 
gün
ə
baxan  tumu v
ə
  s.
 
 
Bir  sıra  əşyalarında  fərqli  adları  var:  nəməkdan 
– 
qəndqabı, yağərdən 
– 
tava, dübəndi 
– 
şap
-
şap, bədənnamə 
ayna – 
böyük ölçülü otaq güzgüsü, nazbalınc 
– 
balış və s.
 
 
Irəvanda,  Hüseyn  xanın  dövründə,  şərab,  spirt
-li içki 
sayıldığına  görə,  (şəriət  qanununa  əsasən)  onun 
hazırlanmasına  və  içməsinə  qadağa  qoyulmuşdur.  İrəvan 
xanlığının  kənd  təsərrüfatı əsas taxılçılıqdan ıbarət idi. Kənd 
sahələrində  isə ipəkçilik ücün barama yetişdirilirdi. Xanlıqda 
xüsusi ayrılmış  yerlərdə yonca səpilirdi.Hüseyn Əli
 
 
 
30
 

xanın  məktublarından  (1789
-
1791)  olan  məlumatlara  görə 
Moskva,  Nijni  Novqoroq  yarmarkalarında,  İrəvanda  istehsal 
olunmuş  ipək  parcalar  və  müxtəlif rənglərə boyanmış sap
-lar 
şatışa cıxarılırdı.[18] Fuad Əliyev və Ürfan Həsənovun “ İrəv
an 
xanlığı”  kitabında  daha  bir  neçə  maraqlı  faktlarla  üzləşirik. 
Xanlıqda sabun bişirmə və satışı mövcud idi. İrəvan xanlığında 
icarədarın  icazəsi  olmadan  sabunu  nə  bişirə,  nə  də  sata 
bilərdilər.  Tütüncülük  istehsalı  da  inkişaf  etmişdir. Bu dövrdə 
şüşəcilik  sənəti  də  inkişafda  idi.  Hüseyn  Xan 
– 
İrəvan  xanı, 
naxcıvanlı  Kəlbalı xandan tikdirdiyi şəbəkəli hamam ücün 400 
ədəd müxtəlif rəngli şüşə göndərməsini xahiş etmişdir. ”İrəvan 
xanlığı”  kitabının  müəllifləri  bu  məlumatları  Matenadaran 
mənbəyinə  əsasən  işıqlandırmışlar.  Nəsildən  nəsilə  keçən 
adət
-
ənənələrimizi  göz  bəbəyi kimi qoruyub gələcək nəsillərə 
çatdırmaq  hər  bir  azərbaycanlının  vətəndaşlıq  borcudur. 
Baxmayaraq ki, ermənilər əhatəsində yaşayırdıq, hətta öz ana 
dilimizdə evdən kənar yerdə danışa bilməzdik, lakin öz mətbəx 
mədəniyyətimizi,  Novruz  bayramımızı,  məhərrəmlik,  toy  və 
nişanlarımızı  özümüzə  məxsus  təntənə  və  el  adəti  ilə 
keçirərdik.
 
 
Toyların  özünə  məxsus  gözəlliyi  və  keçirilmə 
mərasimlərindən  danışmaq  istərdim.  Azərbaycan  xalqına 
məxsus  olan  qıza  baxmaq,  elçilik,  nişanlanma  və  toyun 
keçirilməsi adətləri ümumən bütün bölgələrdə bənzərlikləri 
və  fərqlilikləri  var.  İrəvanda  toy  günündən  əvvəl  gəlini 
oğlanın  bacıları,  xala,  bibi,  əmi  və  dayı  qızları,  qızın  öz 
rəfiqələri  və  yaxın  qohumlarının  qızları
 
hamama 
aparardılar.  Hamamdan  sonra qız evində saçlarına, əl və 
ayaq  barmaqlarına  xına  yaxardılar.  Bu  mərasim  “qoruq” 
adlanırdı.  Qız  ər  evinə  köçəndən  bir  neçə gün sonra ata 
evinə qonaq çağırılılardı.  Bu hadisəyə “əlöpmə” deyərdilər.
 
 
 
 
 
 
31
 

 
Sək.66: Çəçik
 
 
Bir  şeyi  də  qeyd  etmək  istərdim,  qızıl  əşyalardan 
savayı  oğlan  tərəfindən  qıza  mütləq  çəçik  bağışlanardı. 
Çəçik 

qadınların  boyunlarına  bağladıqları  bəzək 
əşyasıdır.  Çəçikdə  müxtəlif  formalı  boğazaltının  aşağı 
hissəsindən  üzərində  qiymətli  daşlardan  bəzəyi  olan 
ələklər, ondan sonra isə ay
-ulduz-
yarpaq formalı bəzəklər 
asılır.  Musiqi  məclisi  qurardılar,  süfrə  açardılar.  Qızlar 
“Haxışta”  oynayardılar.  Haxıştalardan  yadımda  qalanları 
da  var.  Qızların  biri  ortada  oynayaraq  o  biri  qızların 
əhatəsində  oxuyardı  və  hər  cümlədən  sonra  digərləri  ilə 
birlikdə “Haxışta” deyərdilər:
 
 
Qızlar qaçın mən gəldim, Haxışta 
Aralıq  açın  mən  gəldim,  Haxışta 
İpək  yorğan,  gül  yastıq,  Haxışta 
Aralıq  açın  mən  gəldim,  Haxışta 
Haxıştanı 
əkərlər, 
Haxışta 
Üstünə gülab səpərlər, Haxışta
 
 
və s.
 
 
Ramazan  ayının  sonunda  fitrə  çıxardardıq.  Fitrəni 
imkansızlara,  xəstə,  işləməyən,  ehtiyacı  olanlara 
verərdilər.  Heç  zaman  küçədə  bir  kəs  də  dilənməzdi. 
Adətən  dilənçilər  qaraçı  və  ermənilərdən  ibarət  olardılar. 
Fitrəni  məscidə  aparardıq,  orada  dini  işçilər  əhalinin 
maddi  durumunu  yaxşı  bildikləri  üçün  fitrənin  kimə 
çatmasını  təşkil  edərdilər.  Məsciddə  əhali  ilə  dini,  əxlaqi 
və tərbiyəvi mövzularda söhbətlər aparılırdı.
 
 

Mərsiyə  deyilən  dini  mərasimlər  keçirilərdi.  Yadımdadı, 
qonşumuz  Fizzə  xala hansısa niyyətin qəbul olunması üçün 
mərsiyə  deyən  dəvət  etmişdi.  Evinə  qadınları  çağırıb,  dini 
ayinlərin oxunulmasından sonra “İmam ehsanı” süfrəsi
 
 
 
32
 

açmışdı.  Məhərrəmlik  ayında  aşura  günü  azərbaycanlı 
başı  çarşablı  qadınlar,“Künnüklü”  məscidə  gedərdilər. 
Fatma  xanım  bir  dəfə  məni  də  apardı.  Yadımdadı,  9
-10 
yaşım  olardı,  Gedər  çayın  üstündəki  körpüdən  camaat 
axışıb məscidə tərəf gedirdilər. Çayın sahilindən məscidə 
gedənlərə erməni uşaqları daş atırdılar. Məscid həm dini
-
mizi  təmsil  edən  mərkəz, həm də azərbaycan əhalisinin 
ermənilərin  onların  başına  gətirdiyi  bəlalar  haqqında 
danışdıqları  bir  yer  idi.  1988
-
ci  il  fəlakətləri  zamanı  Kün
-
lüklü məscid ermənilər tərəfindən yandırıldı.
 
 
Yas  mərasimlərində bişmiş xörəklər, yəni ehsan evdə 
xəstəsi olan, çox uşaqlı, imkanı az olan ailələrə, tənha qo
-
calara paylayardılar.
 
 
İnsanlar yaşa dolduqca anadan olduqları yer onları özünə 
daha çox cəzb edir. Bu səbəbdən, mən də dostlarımın təkid 
və tövsiyyələri nəticəsində, qohumlarımın və həmyerlilərimin 
xatirələrinə  əsaslanaraq  İrəvan  haqqında  yaddaşımda 
qalanları  qələmə  almağa  çalışdım.  Bu  yazıda  bildiklərimi 
Azərbaycan  xalqına,  dünya  ictimaiyyətinə  və  gələcək 
nəsillərə  çatdırmaq  istəmişəm.  Məlum  olduğu  kimi  hər  bir 
insanın ata və ana, nənə və babası olduğu üçün bunlar artıq 
dörd  soy  adı  özlərində  birləşdirir  və  sonra  insan  ailə 
qurduqda  beşinci  soy  adla  birləşir.  Mən  ailəmizin  başqa 
nəsillərlə bağlandığı tellər haqda da danışmaq istəyirəm.
 
 
Əgər  doğma  Azərbaycanımızı  qollu
-
budaqlı  bir  nəhəng 
ağaca  bənzətmiş  olsaq,  onda  onun  dərinə getmiş köklərini 
xalqın tanınmış nəsilləri və soy adları təşkil etdiyininn şahidi 
olacağıq.  Millətin  gücü  onun  elmli,  savadlı,  geniş  dünya 
görüşü  olan  vətəndaşlarından  asılıdır.  Söhbət  İrəvan 
vətəndaşları  Qazıyevlər,  Qədimbəyovlar,  Sultanov
-lar, 
Kəngərlilər, Qacarlar haqqında gedəcəkdir.
 
 
 
 
 
 
 
33
 

Qazıyevlər
 
 
Müsəlman  ölkələrində  qazı  şəriət  qanunları  əsasında 
ədalət  mühakiməsini  həyata  keçirən  şəxs  idi.  Orta 
əsrlərdə  qazı  həm  də  notariusu  əvəz  edirdi.  Yetimlərə 
qəyyum  olar  və  ya  onlara  qəyyum  təyin edərdi. Mülki və 
cinayət  işlərinə  dair  hökmlərin  icrasına  nəzarət  yetirirdi. 
Müvafiq  ərazinin  əmirinə  tabe  olmaqla
 
xilafət  tərəfindən 
təyin olunurdu. IX əsrədək qazını xəlifə, sonrakı dövrlərdə 
isə  dövlət  başçısı  təyin  edirdi.  Dünyəvi məhkəmə inkişaf 
etdikcə  qazının  funksiyası  yalnız  ailə,  din  və  qismən 
vərəsəlik  məsələləri  ilə  bağlılığı  qalırdı.  Azərbaycanda 
məhkəmə  işlərinin  yalnız  qazilər  tərəfindən  aparılması 
XIX  əsrin ortalarına kimi da
-vam etdi.[12 ]
 
 
Qazıyevlər  soy  adının  kökləri  qazi  sözündən  əmələ 
gəlmişdir.  Zaqafqaziya  Şiyə  Dini  İdarəsinin  (ZŞDİ) 
sənədlərinə istinad edərək bəzi məlumatlarla tanış olaq.
 
 
 
 
 
 
 
 
Fond 290, siyahı 8, iş № 4418. “İrəvanlı Axund Həsən 
Qazızadənin  onu  İrəvan  quberniyasının  qazısı  və  ya 
məclisə üzv təyin olunması haqda xahişi”.
 
 
1907-
ci  il  «Kavkazski  kalendar»da  yazılmışdır:  “Mirzə 
Cabbar bəy Həsən oğlu Qaziyev İrəvan şəhəri dumasının
 
üzvüdür”.
 
 
 
 
 
 
 
 
 
 
34
 

 
 
Sək.25: Mirzə Cabbar Qazıyev
 
 
 
 
 
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Qazıyevlər nəsli haqqında olan məlumatlar Mirzə Cab
-
bar bəy Həsən oğlundan başlanır.
 
 
Mirzə  Cabbar  Həsən  oğlu  Qazıyev  İrəvanda  anadan 
olmuşdur. O, hüquq təhsili almış və gözəl, güclü səsə ma
-
lik  ziyalı  olmuşdur.  Mirzə  Cabbar  bəyin  nəticəsi,  Əmirə 
xanım  Qədimbəyova  belə  danışırdı:  “Mən,  atam  Kamal 
bəy  Qədimbəyovdan  soruşanda  “Ata,  Cabbar  babanın 
səsi necə idi?” o, müqayisə edərək deyərdi:
 
“Əgər Cabbar 
ba-
ban  indi  burada  oxuyardısa,  (Bakı  şəhəri,  Z.Əliyeva 
pros-
pekti)  onun  səsi  dəmir  yolu  vağzalında  eşidilərdi”. 
Güclü  səsə  malik  olan  Cabbar  bəyin  patefon  valları  da 
işıq  üzü  görmüşdü.  Mirzə  Cabbar  evlərində  oxuyanda 
rəflərdəki qa
-blar cingil
dəyərdi.
 
 
1990-
cı  il  19  aprel  tarixində  “Kommunist”  qəzetində 
əməkdar  incəsənət  xadimi  Firuddin  Şuşinski  onun 
haqqında  yazırdı:  “1841
-
ci  ildə  Naxçıvan  şəhərində 
Naxçıvan  Xanın  qızı,  şairə  Qönçəbəyimin  toy məclisində 
başda məşhur xanəndə Məşədi Cabbar Qazıy
ev olmaqla 
(tarixçi, profes-
sor,  Məmməd  Qazıyevin  babası)  yeddi 
xanəndə dəstəsi dəvət olunmuşdur”.
 
 
Mirzə  Cabbar  bəy  Qazıyevin  övladları:  Hüseyn  bəy, 
İbrahim bəy, Əliəşrəf bəy olmuşdular.
 
 
Qazıyev Hüseyn Mirzə Cabbar oğlu 1870
-
ci ildə İrəvan
 
 
 
 
35
 

şəhərində anadan olmuşdur. ZDŞİ
-
nin verdiyi məlumatdır.
 
 
 
 
 
Sək.27: Hüseyn Qazıyev
 
 

 
 
Sək.30: Fatma x. Hacıbəylinskaya
 
 
 
 
 
 
 

 
 
 
 
 
 
 
 
 
“Kavkazski kalendar”-
ın 1903
-
cü il məlumatlarına görə, 
o,  İrəvan  notariusu  və  şəhər  dumasının  üzvü  olmuşdur. 
Hüquq  təhsili  almış  Hüseyn  bəyin  İrəvan  şəhərində 
Qazıyevlərə məxsus notarial kontorun binası hələ 1965
-ci 
ildə mövcud idi. Bu iki mərtəbəli, qara daşdan tikilmiş bi
-
nada həmin zaman Yerevan şəhər Xalq Təhsilinin
 
şöbəsi 
yerləşirdi.  Bina  Sevan  mehmanxanası  olan  meydanda 
dururdu. Binanın yanından keçəndə atam Qəhraman Sul
-
tanov  deyərdi:  “Bu,  sənin  ana  babana  məxsus  binadır”. 
Hüseyn  bəy  çalışmışdır  ki,  uşaqlarının  hamısına  təhsil 
ver-
sin.  Həyat  yoldaşı  Fatma  Məmməd  Hüseyn  bəy  qızı 
1873-
cü ildə anadan olmuşdur.
 
 
Hüseyn bəy Qazıyev quberniyanın ən böyük və uğurla 
fəaliyyət göstərən notariat kontorunun, həmçinin İrəvanda 
və Dərəçiçəkdə bir neçə mülk torpağının  malikananın sa
-
 
 
hibi olmuşdur. Qeyd
 
etm
ə
k
 
yerin
ə
 
düşə
rdi ki, erm
ə
nil
ə
r
 
D
ə
r
ə
çiç
ə
k sözünü
 
h
ə
rfi
 
t
ə
rcüm
ə
 ed
ə
r
ə
k, sonradan
 
həmin  ərazini  Saxkadzor  adlandırmışlar.  Kurort  şəhəri 
kimi  tanınan  Saxkadzor vaxtı ilə imkanlı azərbaycanlıların 
istirahət güşəsi olub. Onun beş övladı var idi: Əli bəy, Adil 
bəy, Əkbər bəy, Kərim bəy və Gülrux xanım.
 
 
Hüseyn bəyin oğlu Əli bəy Qazıyev 1889
-
cu ildə İrəvan
 
 
 
 
36
 

şəhərində anadan olmuşdur. ZŞDİ
-
nin verdiyi məlumat:
 
 
 
 
Sək.28A:  Əlibəy Qazıyev
 
 
 
 

 
Sək.29: Zivər x. Qazıyeva
 
 
 

 
Sək.38: Laçın x.
 
 
 
 
 
 
 

 
 
 
 
 
 
 
Əli  bəy  Irəvan  gimnaziyasında  təhsil  almışdır.  O,  Zivər 
xanım Hacıməmməd qızı Sultanova ilə ailə qurmuşdu. 1917
-
1918-
ci illərdə Əli bəy oğlu Ağa bəy (Cabbar bəy) ilə kəndə 
atası  Hüseyn  bəy  tərəfindən  Almaniyadan  gətirilmiş  və 
quraşdırılmış özünə məxsus olan dəyirmandan un gətirməyə 
getmişdilər. Ağa bəy kəndə getmək istəmirmiş, lakin atasının 
sözündən  çıxmayıb  yola  düşdü.  Kənd  evində  nökərlər  öz 
ailələri  ilə  qalıb  evə  baxırdı.  Əli bəyin 27
-
28 yaşı, oğlu Ağa 
(Cabbar) bəyin 6 yaşı
 
olardı.
 
 
ZŞDİ
-
nin verdiyi məlumat:
 
 
 
 
 
 
 
Əli bəy möhkəm qamətli, hündürboy, qara saçlı gözəl kişi 
idi. Kəndə baş çəkib işlərini bitirib, burada gecələyib, səhər 
şəhərə  qayıtmağı  qərara  alırlar.  Dəyirmanın  yaxınlığında 
olan  ev  möhkəm  və  təhlükəsiz  idi.  Gecə  qapını  bağlayıb 
yatırlar. Otaqda divardan Əli bəyin tüfəngi asılmışdı.
 
 
Gecə yarısı qapı döyülür. Bu tanış olan və dostluq et
-
 
 
 
 
37
 

diyi  Xaço  adlı  erməni  idi.  Xaço  tez
-
tez  Əli  bəyin  evində 
olarmış,  Əli  bəyin  anası  Fatma  xanım  onu  plova  qonaq 
edərmiş. Dostunun səsini eşidib hətta divardakı tüfəngi də 
götürməyib  qapını  açır.  Bu  zaman  otağa  beş
-
altı erməni 
daxil  olur.  Əli  bəy  və  Ağa  bəyin  qollarını,  ayaqlarını 
bağlayıb  çaya  tərəf  aparırlar,  Əli  bəyi  ata  mindirib 
çaya 
tərəf  buraxırlar və arxadan güllələyirlər. Ağa bəyi də orda 
öldürüb  cəsədlərini  basdırırlar.  Atlar  sahibsiz  evə 
qayıdanda  evdəkiləri  narahatçılıq  bürüyür.  Bir  azdan 
sonra qulluqçu molakan qadını atda çaparaq şəhərə gəlir 
və baş vermiş bədbəxt hadisə haqda danışır.
 
 
Dəyirmanda  işləyən  Xaçonu  qapını  döyməyə  məcbur 
edən  erməni  quldurları  cəsədlərin  yerini  gizli  saxlayırlar. 
Xaço evdəki nökərin həyat yoldaşının namusuna toxunur, 
nökər də onu öldürür. Əli bəyin anası Fatma xanım gəlini 
Zivər  xanıma və qohum
 
qadınlara tapşırır ki, ağlayıb, səs 
salıb  erməniləri  sevindirməsinlər.  Hüseyn  bəy rus çarına 
məktub  yazıb  xahiş  edir  ki,  oğlunun  və  nəvəsinin 
cəsədlərini  tapmağa  kömək  etsinlər. Jandarmlar bəylərın 
basdırılan  yerini  tapdıqdan  sonra  açıb  heç  nə 
tapmamışdılar.  Yerdən  təkcə  Almaniya  istehsalı  olan  alt 
paltarlarının  hissələri və Əli bəyin dişi tapılmışdır.
 
 
Ana  babam  haqqındakı  bu  hadisəni  mən  Arifə  xanım 
Qazıyevadan,  Matan  xanım  Qazıyevadan,  Əmirə  xanım 
Qədimbəyovadan, atamdan və başqalarından eşitmişəm. 
Bu f
aciyəli  hadisəni  erməni  vandallarının  törətdiyi 
nümunələrin biri kimi qeyd etmək olar. Əli bəyin övladları: 
Ağa  bəy(Cabbar),anam  Laçın  xanım,  Həqiqət  xanım, 
Tofiq bəy və Ənvər bəy.
 
 
Həqiqət  xanım  Bakıda  uşaq  bağçasında  müdir  işləyirdi. 
Onun oğlu Abdullayev
 
Fuad Sadıx oğlu 1937
-
ci ildə İrəvanda 
anadan olub. Professordur, hal-
hazırda ADNA
-
da dərs deyir. 
Həyat  yoldaşı  İrina  xanım  konservatoriyada  pro
-fessordur. 
Ənvər Qazıyev 1941
-1945-
ci illər müharibəsində
 
 
 
38
 

həlak  olub.  Tofiq  Qazıyev  iqtisadçı  olub.  1970
-
ci  illərdə 
Bakıda vəfat edibdir. Tofiq Qaziyevin oğlu Rauf bəy Rusi
-
yada  yaşayır, qızı Elmira xanım ADU
-
nu bitirib və Bakıda 
yaşayır.
 
 
Ağa  bəyin  adı  Cabbar  bəy  olub,  Əli  bəyə  babasının 
adını  veriblər.  Evdə  bir  çox  Azərbaycan ailələrində ataya 
Ağa deyə müraciət edərdilər. Cabbar bəyi ailələrində Ağa 
bəy deyə çağırılarmış.
 
 
Qazıyev  Adil  Hüseyn  oğlu  1904
-
cü  ildə İrəvanda ana
-
dan olub. ZŞDİ
-
nin verdiyi məlumat:
 
 
 
 
 
 
 
İrəvan  gimnaziyasını  başa  vurduqdan  sonra  Moskva 
Dövlət  Universitetinin  hüquqşünaslıq  fakültəsini  uğurla 
bitirib bir çox hüquq-
mühafizə orqanlarında işləmışdir. Adil 
bəy,  İsmayıl  bəy  Qazıyevin  nəvəsi,  ilk  övladı  Fatma 
xanımın qızı Tacı xanım Bağırbəyova ilə ailə həyatı qurur. 
Ayrı
-
ayrı  nəsildən  olan  Qazıyevlər  bu  nigahla 
qohumlaşmışlar.  Onların  övladları:  Məmməd  Əmin, 
Nazxanım və Lilufər xanım.
 
 
Məmməd  Əmin  Qazıyev  1914
-cu-
ildə  Iravanda  anadan 
olub və 1982
-
ci ildə Bakıda vəfat edibdir. 1933
-
cü ildə Pok
-
rovski  adına  Moskva  tarix  və  arxiv  institutunu  bitirmişdir. 
1939-
cu  ildə  ADU
-
nun  tarix  fakultəsində  dərs  demişdir. 
1941-1945-
ci illərdə onun “Xalq qəhrəmanı Qatır Məmməd”, 
“Xanlar”, “Azərbaycan oğulları vətən uğrunda döyüşlərdə” və 
s.  kitabları  işıq  üzü  görmüşdür.  1944
-
cü  ildə  diplomatik 
kursları  bitirdikdən
 
sonra  Azərbaycanın  xarici  işlər nazirinin 
köməkçisi təyin olunmuşdur. 1950
-
ci ildə elmlər namizədi və 
1960-
cı  ildə  doktorluq  dissertasiyasını  müdafiə  edib. 
Azərbaycan SSR 5
-
ci çağırış Ali Sovetinin deputatı və
 
 
 
39
 

Azərbaycan  KP  XXV  qurultayına nümayəndə seçilmişdir. 
1980-
ci ildə M.Qazıyev Azərbaycan SSR Dövlət mükafatı 
almışdır və 1982
-
ci ildə “Əməkdar elm xadimi” adına lay
-
iq  görülmüşdür.  Həyat  yoldaşı  Cəmilə  xanım  Muradova 
(1918-
1989)  Azərbaycan Dövlət konservato
riyasinda fort-
epiano  uzrə  dosent  olub.  Üç  övladları  var: Vilayət xanım 
ingilis  dili  üzrə  filoloqdur,  təqaüddədir.  Gülnarə  xanım 
pedaqoq  pıanoçu,  Azərbaycan  dövlət  konservatoriyasın, 
dosentdir.  Sevil  xanım  tarxiçdir,  Azərbaycan  Dövlət  tarix 
muzeyində elmi işçi işləyir.
 
 
Adil  bəy  Qazıyevin  qızı  Lilufər  xanım  (1924
-2012) 
ədəbiyyatşünasdır. Nizami adına ədəbiyyat muzeyində uzun 
illər  işləyibdir.  Bir  sira  Azərbaycan  məktəblərində,  o 
cümlədən  indiki  Bülbül  adına  məktəbdə  rus  dili  tədris  et
-
misdir.  Muxtəlif  zaman
larda Emin Sabit oglu, Anar Rzayev, 
Sevda  Ibrahimova,  Vagif  Səmədoglu,  Aybəniz  Vəkilova, 
Seyran Gəniyev, Rauf Adıgözəlov, Gültəkin Mahmu
-
dova və 
bir  cox  taninmis  şəxsiyətlərə  dərs demişdir. Cərrah və eyni 
zamanda tanınmış kompozitor İbrahim Topçubaşovun hə
yat 
yoldaşı  olubdur.  Övladlarından  oğlu  CeyhunTopçubaşov 
Azərbaycan Respublikasının əməkdar həkimdir, qızı Laləndə 
xanım  isə konservatoriyada fortepi
-
ano kafedrasının dosenti, 
hal- 
hazırda təqaüddədir.
 
 
Adil  bəyin  qızı  Nazxanım  Qazıyeva  (1922
-
2004)  ATİ
-
nu 
bitirib, oftalmoloq, tibb elmlər namizədi olubdur. Oftol
-
mologiya İnstitutunda elmi katib vəzifəsində çalışmış, son 
8  ildə  isə  Respublika  xəstəxanasında  uşaq  xəstəlikləri 
şöbəsının  müdırı  olmuşdur.  Qızı  Tahirə  xanım  Slavyan 
Universitetinin  Dünya  ədəbiyatı  kafedrasının  dosentı, 
fılologiya  elmlərı namızədidir.
 
 

 
 
1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə