Burulqanli iR



Yüklə 5,22 Mb.
Pdf görüntüsü
səhifə5/9
tarix31.01.2017
ölçüsü5,22 Mb.
#6981
1   2   3   4   5   6   7   8   9
    Bu səhifədəki naviqasiya:
  • Sək.23

 
 
Sək.35: Əliəşrəf bəy və qızı Popuş x.
 
 
Qazıyev  Əliəşrəf  Mirzə  Cabbar  oğlu  hüquqşünas  təhsili 
almışdır  və  İrəvanda  məhkəmədə  işləyıb.  O,  Xədicə  xanım 
Kəngərli  ilə  ailə  həyatı  qurmuşdu.  Bu  haqda  mənə  Rəna 
xanım  Kəngərli  danışıbdı.  Rəna  xanım  İbrahim  bəy  və 
Günəş  xanımın  gızıdır.  Xədicə  xanım  Günəş  xanımın  xalası 
idi.  Əliəşrəf  bəyin  oğlu  Əli  bəy  və  qızı  Zərintilə  xanım  əkiz 

olublar.  Əli  bəy  həkim  idi,  Naxçıvanda  rəhmətə  gedib. 
Əliəşrəf  bəy  Qazıyev  haqqında  mənə  Sənubər  xanım  Sul
-
tanova  (Kəngərli),  Arifə  xanım  Qazıyeva  və  Rəna  xanım 
Kəngərli bu hadisəni danışıblar: “Yerevanda məhkəmədə bir 
çox ağır dolaşıq işləri düzgün açdığı və haqlı qərar verdiyinə 
görə şəhər sakinləri onu məhkəmədən çıxanda əlləri üstünə 
alaraq evinə kimi aparmışdılar”.
 
 
 

 
28 B İbrahim Qazıyev
 
 
 

 
Sək.32: İbrahim bəy və Fatma x.
 
Qazıyevlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
Sək.64: Matan Qazıyevanın ölümü haqqında şəhadətnamə
  
 
Qazıyev  İbrahim  Mirzə  Cabbar  oğlu  1865
-
ci  ildə  İrəvan 
şəhərində  anadan  olub,  1936
-
cı  ildə  orada  da  vəfat  edib. 
İrəvan şəhər notariusunda xəzinədar və məhkəmədə
 
 

 
57
 

işləyibdir.  Rus,  türk  dillərini  bilirmiş.  Bunları  onun  qızı  Zərli 
xanıma  yazdığı  məktublardan  bilmək  olar.Məktublar 
indiyənədək  ailədə  saxlanılır.  Qazıyev  İbrahimin  həyat 
yoldaşı  Sultanova  Matan  xanım  (Fatma  xanım)  Hacı 
Məmməd Ağa Abdulla Sultan qızı olub (1882
-
1967). İbrahim 
bəy  öz  qardaşı  Hüseyn  Qaziyev,qaynatası  Məmməd  ağa 
Sultanov  və  başqaları  ilə  birlikdə  İrəvana  icməli  suyun 
cəkilməsində  iştirak  edibdir.Birinci  Cahan  müharibəsi 
illərində,İbrahim  bəy  öz  kəndinin  əhalisi  acından  məhv 
olmasın  deyə  1918
-
ci  ildə  səkkiz  qızıl  kəmər  satıb,vaqonla 
un  alıb,öz  kəndlərinə  paylamışdır.Bu  əhvalatı İbrahim bəyin 
nəvələri  Arifə  xanım  və  Ramiz  Qazıyevdən  eşitmişəm.  O, 
cox  qohumcanlı  olubdur  və  uşaqlarına  deyərmiş:  ”Qohum
 
qohumun  evinə  gələndə,  həyətdəki  it  gərək  hürüməsin”. 
İbrahim  bəy  gənc  nəsilə  belə  bir  tövsiyyə vermişdir: “İnsan 
heç  zaman  işsiz  oturmamalıdır.  Heç  olmasa  daşı  daş  üstə 
qoymalıdır”. İbrahim bəy Qaziyev Türkiyədə təhsil alıb və ora 
ilə  işgüzar əlaqələri olubdur. İbrahim bəyin beş övladı olub: 
Zərli  xanım,  Zibəndə  xanım,  Əhməd  bəy,  Cəmşid  bəy  və 
Nimtac  xanım.  Qazıyev  Əhməd  İbrahim  oğlu  haqqında 
ZDŞİ
-
nin verdiyi məlumat:
 
 
 
 
 
 
 
Əhməd  bəy  Qazıyev  1909
-
cu  ildə  İrəvanda  anadan 
olmuşdur. 7 illik məktəbi 1927
-ci 
ildə, rabfakı (istehsalatda 
çalışanlar ücün ali məktəbə hazırlıq bölməsi) 1929
-
cu ildə 
bitirmişdir. Həmin il Yerevan zoobaytarlıq İnstitutuna daxil 
olubdur.  Tələbələrdən  biri  onun  bəy  nəcabətli  olduğunu 
rektorluğa  xəbər  verir,  bu  səbəbdən  Əhməd  bəyi 
institutut-
dan xaric edirlər.
 
 
1930-
cu ildə Əhməd bəy ikinci dəfə Yerevan zoobaytarlıq
 
 
 
 
58
 

institutuna  qəbul  olunur  və  çalışır  ki,  bunu  tanış  və 
qonşulardan  heç  kəs  bilməsin.  3
-
cü  kursda  oxuyarkən 
onu  həmkarlar  ittifaqının  sədrinin  yanına  çağırırlar  və 
burada  ona  bir məktub göstərirlər. Məktubda bildirilirdi ki, 
Əhməd  bəy  sosializmə  yad  olan  “bəy  nəslindəndir.” 
Həmkarlar  sədri  Əhməd  bəyi  çalışqan  və  yaxşı  oxuyan 
tələbələr  sırasında  olduğunu  bilirdi  və  belə  bir su
al verir: 
“İndi  nə  edək?”  Əhməd  bəy  cavabında  deyir:  “Necə 
məsləhətdir”.  Görünür  bu  cavab  həmkarlar  sədrinin 
ürəyində  ona  qarşı  yumşaqlıq  yaradır,  məktubu  cırır  atır 
və dərsləri davam etməyi məsləhət görür.
 
 
Bundan sonra Əhməd bəy dəftərləri pencəyinin qol
unda 
gizlədir  və  qalan  iki  ildə  çalışır  ki,  onu evdən kitab dəftərlə 
çıxan  görməsinlər. 1935
-
ci ildə institutu bitirdikdən sonra o, 
1937-1941-
ci  illərdə  Yerevan  şəhər  Şaumyan  rayonu  baş 
baytar  həkimi  işləyir.  1941
-
ci  ildə  orduya  çağırılır,  23  iyun
-
dan 1942-
cı  ilin  yanvarın  1
-
dək  31
-
ci  diviziyanın  75
-
ci  atıcı 
alayında  kiçik  baytar  həkim  kimi  qulluğ  edir.  16.06.1942 

20.06.1943-
cü  il müddətində 32
-
ci artilleriya alayının böyük 
baytar həkimi, daha sonra isə, müharlbənin so
-
nuna qədər, 
rəis  olmuşdur.  Müharibədən  sonra  Moskvada  baytar 
həkimlərinin  təkmilləşdirmə  kursunda  oxuyubdur.  Bu illərdə 
baytarlıq  cərrahiyyə  təchizatları üzrə şöbə müdiri işləmişdir. 
Baytarlıq  idarəsində  şöbə  rəisi,  1948
-
ci  ildən  Yerevanda 
Azərbaycan kənd təsərrüfatı texnikumunda işləyibdir.
 1950-
1970-
ci illərdə tədris işləri üzrə direktor müavini vəzifəsində 
çalışıb. 1970
-
ci ildə təqaüdə çıxıb, Bakıya köçüb və 1979
-cu 
ildə vəfat edib.
 
 
Əhməd  Qazıyev  “Qırmızı  Ulduz”  ordeni,  “Qafqazın 
müdafiəsi  uğrunda”  medalı,  “Almaniya  üzərində  qələbə” 
medalı  Ali komandanlıq tərəfindən çoxlu təşəkkürnamələr 
ilə  təltif  olunub.  Əhməd  Qaziyevin  və  Lida  xanımın 
uşaqları:
 
 
 
 
 
59
 

1. 
Qazıyev İbrahim Əhməd oğlu 1948
-
ci ildə Yerevan 
şəhərində  anadan  olub.  AR  MEA  Geologiya  ins
titutunda 
mühəndis işləyir. 
 
 
2. 
Qazıyev Ramiz Əhməd oğlu 1950
-
ci ildə Yerevan
-
da anadan olub. AzPİ
-
nu bitiribdir, mühəndisdir. 
 
3. 
Qazıyev  Mübariz  Əhməd  oğlu  1952
-
ci  ildə 
Yerevan-
da anadan olub. Avtonəqliyyat  sistemində işləyir. 
 
4. 
Qazıyev  Vasif  Əhməd oğlu 1954
-
cü ildə Yerevanda 
anadan olub. Donetsk Dövlət Universitetini bitirib. Statis
-tika 
İdarəsində işləyirdi. 2009
-
cu ildə vəfat edibdir.zƏhməd bəyin 
uşaqları hamısı  evlidirərbaycanlıların 
 
 
İbrahim  bəy  Mirzə  Cabbar  oğlunun  qızı  Zərli  xanım 
Qazıyeva  İrəvanda  anadan  olmuşdur.  Zərli  xanım  pe
-
doqoji  təhsil  almışdı  və  ömrünün  sonuna  kimi  müəllimə 
işləmişdir.  Həyat  yoldaşı  Əsəd  bəy  İsmayılbəyov  Peter
-
burq  Universitetinin  şərqşünaslıq  fakültəsini  bitirdikdən 
sonra  İrəvana  qayıdıb.  Əsəd  bəy  xəstələnir,  ona 
Həkimyan  adlı  erməni  həkimi  baxır  və  dərman  verir.  Bir 
çay  qaşığı  dərmandan  qəbul  etdikdən  sonra  Əsəd  bəy 
vəfat  edir.  Sonra  məlum  olmuşdur  ki,  Həkimyandan 
parlaq  gələcəyi  olan  azərbaycanlıların  siyahısı  tapılıbdır, 
onların  çoxunu  zəhərləyib  öldürmüşdü.  Hadisə  1922
-ci 
ildə  baş  vermişdi,  bu  zaman  Əsəd  bəy  Qurani
-
Kərimin 
Azərbaycan dilinə tərcüməsi ilə məşğul idi.
 
 
Əsəd bəy və Zərli xanımın qızı Arifə xanım 1920
-
ci ildə 
Yerevanda  anadan  olub.  7  illik məktəbi bitirəndən son
-ra 
Bakıda  mamalıq
 
tibb  texnikumunu  bitirib  və  Yerevana 
qayıdıb. 1948
-
ci ildə pedaqoji institutu bitirir. 1948
-1958-ci 
illərdə ağır eşitmə qabiliyyəti olan uşaqlar üçün məktəbdə 
işləyib. Həyat yoldaşı Ramazanov Yusif Məmməd Hüseyn 
oğlu  1921
-
ci  ildə  Yerevanda  anadan  olub,  or
ada orta 
məktəbi  bitirib.  1947
-
ci  ildə  pedaqoji  institutu  (Yerevan) 
bitirmişdir, filologiya elmlər namizədi idi. Yerevan pedaqoji
 
 
 
60
 

İnstitutunda  dərs  deyib,  Kirov  (Əzizbəyov)  adına  məktəbin 
direktoru olubdur. 17 
il  müəllim işləyib. Kalinino rayonunun 
İlməzli  kənd  orta  məktəbində  direktor,  35  il  Nizami  adına 
muzeydə baş elmi işçi işləyib. 2002
-
ci ildə Bakıda vəfat edib. 
Arifə xanım  2003
-
cü ildə Bakıda vəfat edib.
 
 
Onların  dörd  qızı  var:  Elmira  xanım  ədəbiyyatşünas,
 
Zemfira  xanım  rəssam,  Rəna  xanım  müəllimə,  Məlahət 
xanım kimya elmləri namizədi.
 
 
Qazıyeva  Nimtac  İbrahim  qızı  1924
-
cü  ildə  Yerevan
-da 
anadan  olub.  Ümumtəhsil  məktəbini  bitirdikdən  sonra 
məktəbəqədər  müəllim  ixtisasına  yiyələnmişdir.  Yerevanda 
yeganə  azərbaycan  şöbəsi  olan  uşaq  baxçasında  tərbiyəçi 
işləmişdir.  Həyat  yoldaşı  Mustafayev  Əli  Yerevan  Kənd 
Təsərrüfatı  texnikumunda  müəllim  işləyirdi.  1979
-1980-
ci  illərdə 
ailəliklə  Bakıya  köçmüşdülər.  Əli  bəyin  atası  Abbas  Əli  bəy, 
anası  Nazənin  Bəyim  idi.Nimtac  xanım  və  Əli  bəyin  övladları: 
Fəridə  xanım,  İlham  bəy,  Abbas  bəy.  Mustafayeva  Fəridə1942
-
ci  ildə  Yerevanda  anadan  olub  kardioloqdur.  Mus
-
tafayev  İlham 
1951-
ci  ildə  Yerevanda  anadan  olub 

İnşaatçı
-
mühəndisdir, 
Mustafayev Abbas 1952-
ci  ildə  Yerevanda  ana
-da
n  olub,  “Qızıl 
qələm” 
mükafatı 
laureatı, 
ABŞ
-
ın 
Nyu
-
York 
Elmlər 
Akademiyasının  həqiqi  üzvü,  professor,  xeyriyyəçidir.  Bakıda,  6 
mkr-
da İmam Əli məsçidini tikdirmişdir.
 
 
Qazıyev  Cəmşid  İbrahim  oğlu  1925
-
ci  ildə  İrəvanda 
ana-dan olub. 1958-
ci ildə orada vəfat edib. Həyat yoldaşı 
Ceyran  xanım,  övladları:  Rəşid  bəy,  Ulduz  xanım,  Rəfiq 
bəy, Gülarə xanım, Vaqif bəy və Zakir bəy.
 
 
Qazıyeva  Zibəndə  İbrahim  qızı  İrəvanda  anadan  olub. 
Həyat  yoldaşı  Abbasov  Nağı  Hüseyn  oğlu.  Qızları: Validə 
xanım,  Xalidə  xanım,  Alidə  xanım.  Ali  savadlı,  və  elmi 
dərəcəlidilər, ailəlidilər.
 
 
Professional  dəzgah  boyakarlığının  banisi  Bəhruz bəy 
Kəngərlinin  (1892
-
1922)  ənənələini,  mövzu  və  janrlarını 
davam etdirməklə bərabər həm də istedadlı teatr rəssamı
 
 
 
61
 

kimi  tanınan  Şamil  bəy  Həsən  oğlu  Qazıyev  1908
-ci il 
mart  ayının  30
-
da  qədim  Azərbaycan  şəhəri  İrəvanda 
ziyalı ailəsində dünyaya gəlmişdir. Rəssamın atası Həsən 
Xəlil  oğlu  Qazıyev  İrəvan  quberniyası  və  Naxçıvan 
qəzasında  maarif  və  mədəniyyətin  inkişafında  böyük 
xidmətlər  göstərmişdir.  Uzun  illər  Naxçıvan  qəzasının 
şəhər  və  kəndlərində  müəllimlik  edən,  məktəblərdə 
müxtəlif vəzifələrdə işləyən Həsən Qazıyev erməni təzyiqi 
ilə  üzləşərək  işdən  azad  olmuş  işsiz  qalmışdır.  1921
-ci 
ildə ailəsi ilə birlikdə Naxçıvan şəhərinə köçmüşdür.
 
 

 
 
 
Sək.16: Həsən Qazıyev
 
 
 
 

 
Sək.17:  Həsən  Qazıyev və Bülbül xanım,
 
oğulları Cavad və Şamil
 
 
 

 
 
Sək.18: Molla  Xəlil Qazı
 
 
 

 
 
Sək.19: Vaqif Qazıyev
 
 
 
 

 
 
Sək.20: Arif Qazıyev
 
 
 

 
 
Sək.21: Şamil Qazıyev
 
 
 

 
 
Sək.22: Tərlan xanım
 
 

 
 
 
Sək.23: Taliyə xanım
 
 
 
 
 
 

 
Sək.24:  Firəngiz  x.,  Natella  x.,  Samir,  İlahə;
 
oturublar – 
Arif Qazıyev və nəvəsi Mikayıl
 
 
 
Onu da qeyd etmək lazımdır ki, Həsən Qazıyevin atası 
Xəlil Qazıyev (1815
-
1889) İrəvan quberniyasının
 
 
 
62
 

qazısı idi. Balaca ikən Şamil Qazıyev Bəhruz Kəngərlinin 
Naxçıvanda  təşkil  etdiyi  sərgi  ilə  tanışlıq  onun  rəssamlıq 
sənətini  seçməsinə  səbəb  olmuşdur.  Bakı  Rəssamlıq 
Məktəbinin  teatr  tərtibatı şöbəsinə daxil olan Şamil 1929
-
cu  ildə  məktəbi  bitirib  Naxçıvan  teatrında  işə  düzələ 
bilməsə  də  Naxçıvan  Pedaqoji  Texnikumunda  rəsm 
müəllimi  işləyir.  Onu  da  qeyd  etmək istərdim ki, 1927
-ci 
ildə  hələ  tələbə  olarkən  pərdə  üzərində  dənizi  əks 
etmişdir və bu işi Naxçıvan teatrının görkəmli simaları Əli 
Xəlilov və Səməd Mövləvi bəyənmişdilər.
 
 
Ş.Qazıyev xalq rəssamı Əzim Əzimzadənin məsləhəti 
ilə  1932
-1934-
cu  illərdə  Bakı  şəhərində  ”Kommunist” 
qəzetində rəssam kimi də çalışmış. 1934
-
cü ildə yenidən 
Naxçıvana qayıdaraq ”Şərg qapısı” qəzetində baş rəssam 
və  eyni  zamanda  C.Məmmədquluzadə  adına  Naxcıvan 
Musigili Dram Teatrında baş rəssam işləmişdir. Görkəmlı 
sənətkar  Sidqi  Ruhullanın  dəvəti  ilə,  Naxçıvan  teatrında 
çalişan  rəssam,  burada  Naxçıvan  səhnəsinin  böyük 
sənətkarları  ilə  yaxından  tanış  olur,  müxtəlif  rejissor
-larla 
müxtəlif  tamaşalara  orijinal  tərtibat  verir.  Ş.Qazıyev 
Naxçıvan  teatrının  səhnəsində  120

dən  çox  tamaşanın 
bədii  tərtibatını  vermişdir 

“Şeyx Sənan”(H.Cavid, 1933), 
”Hamlet”  (V.Şekspir,  1935),  “Sevil”  (C.Cabbarlı,  1935), 
”Nizami”  (M.Hüseyn,  1943),  ”Vaqif”  (S.Vurqun,  1939)  və 
s.  Ş.Qazıyev  1940
-1941-
ci  illərdə  Naxçıvanda  fəaliyyət 
göstərən  Rəssamlıq  Məktəbinin  direktoru  olmuşdur.Yeni 
rəssam kadrları yetişənə qədər Ş.Qazıyev Naxçıvanı tərk 
etməyib,  gənc  rəssamlara  qayğı  göstərmiş  və  onlara 
təsviri  sənətin  sirlərini  öyrətmişdir.  Ş.Qazıyevin  “Çoban” 
portreti  Moskvada  Tretyakov  qalereyasında  saxlanılır.  Bu 
şəkil 1931
-
ci ildə Tiflisdə keçirilən səyyar sərgidə nümayiş 
olmuşdur.Bir  məsələni  də nəzərə almaq lazımdır ki teat

rəssamının  işindən  adətən  çox  az  danışılır.  Amma onun 
etdiyi işdən,tamaşaların rəsmlərindən,tamaşanın
 
 
 
63
 

səviyyəsi,  onun  cəlb  olunması,  rəngarəngliyi,  effekti  elə 
rəssamın  üzərinə  qoyulan  ağır  işlərdən  və  tamaşanın 
müvəfəgiyyətlə  kecməsinin  vacib  səbəblərindən  biridir. 
Ş.Qazıyev,onun  sənət  yolunu  seçən  oğlanları  Arif  və 
Vagifə görə Bakıya gəldi.
 
 
”Azərbaycan  gəncləri”  qəzetində  40  il  rəssam  oldu. 
Ş.Qazıyevin  çəkdiyi  şəkillərin  bir  hissəsi  Naxçıvan  Dövlət 
Tarix 
muzeyində  saxlanılır.  Onun  çəkdiyi  bəzi  şəkillərində 
B.Kənqərlinin  əsərləri  ilə  mövzuda  və  ad  baxımından 
oxşarlıq  tapmaq  olar.  Ş.Qazıyevin  “Şəlalə”,  ”Qızlar  bulağı”, 
”Gaçgınlar”,  “Köhnə  İmamzadə”  tabloları  B.Kənqərlinin 
“İmamzadə”,  ”Gaçgınlar”,  “Kəndə  gedən  yol”,  “İlanlı  dağ” 
əsərlərini  xatırladır.  “Lavaş  yapanlar”,  ”Naxçıvan  hamamı”, 
”Örtülü bazar” və s. rəng koloriti və düzgün cizgilərlə çəkilmiş 
insan  obrazları  ilə  Ş.Qazıyevin  sənəti  maraq  doğurur. 
Natürmort,  məişət,  qrafika,  peyzaj,  tarix,  portret  janrı
nda 
yaradan  rəssamın  dolgun  kolleksiyasını  goruy
-anlardan 
biridə  onun  ailəsidir.  Şamil  bəy  Qazıyevin  həyat  yoldaşı 

Tərlan  Süleymanbəyova  (1916
-
1995)  İrəvanda  anadan 
olmuşdur, tibb texnikumunun mamalıq fakültəsini
 
 
bitirmişdir.
 
Onların uşaqları Arif bə
y, Vaqif b
ə
y, Natella
 
xanım, Tailə
 
xanım. Şə
kil -
 
portretl
ə
r
 
 
T
ə
rlan
 
xanımın atası
 
Hümb
ə
t
 
Süleymanb
ə
yov,
 
anası isə
 
Bülbül İsmixanova olmuşlar.
 
T
ərlan xanımın
 
bacı
-
qardaşları  Süleyman  bəy,  Nazəni  xanım,  Atif  bəy, 
Məhəmməd bəy, Faiq bəy.
 
 
Süleyman  bəy  Süleymanov  (Süleymanbəyov) 

Mərkəzi 
Komitənin  inzibati  şöbəsinin  müdır  muavini,  Azərbaycan 
Respublikasının  Prokuror  müavini,  Sovet  İttifagının  fərdi 
təqaüdçüsü,  1971  ildə  vəfat  etmişdir.  Həyat  yoldaşı
-Polina 
Qriqoryevna.  Uşaqları:  Tamilla,  Nöfəl.  Tamilla  xanım  1
-
cı 
leçkomissiyada  həkim
-
nevropatoloq  işləyir.  Həyat  yoldaşı 
Fərhad  Əlizadə  İrəvanda  anadan  olub,  Azərbaycan  Ped
-
agoji İnstitutunu bitirib. AZ.KP 26 Bakı Komissarı rayo
-
 
 
 
64
 

nunun  şöbə  müdiri,  Az.Həmkarlar  İttifagında  şöbə  müdiri 
vəzifələrində işləmişdir. hal
-
hazırda təqayüddədir. Nöfəl bəy 
Süleymanbəyov  bioloq,  həyat  yoldaşı 

Valentina 
igtisadcıdır,  Russiyaya  köçüb.  Uşaqları:  Lalə,  Təranə.  Lalə 
xanım  həkim
-
terapevt, Təranə xanım həkim
-loqopeddir.
 
 
Atif Süle
ymanbəyov  İrəvanda  anadan  olub,  Bakıda 
Universiteti  bitirib.  Dərbəntdə  konserv  zavodunda  baş 
mühəndis  işləyib.  2
-
ci  Dünya  Müharibəsi  zamanı  Qlafira 
adlı  krım
-
yunan  xanımı  ilə  ailə  qurmuşdur.  Qlafira xanım 
riyaziyatçı  idi,  Dərbəndtdə  yaşayırdılar.  Uşaqları 
-  Liliya 
və Əli. Liliya xanım Kostromadadır, həyat yoldaşı Niko
-lay 
musiqiçidir.  Əli  bəy  Dərbəndtdə  yaşayır,  energetika 
mütəxəssisıdır,  Cənub
-
dağ
-
enerqonun  rəisi.  Həyat 
yoldaşı  Elena  xanım  Russiyanın  əməkdar  həkimidir, 
xəstəxanada baş həkim işləyir. Uşaqları 
-  Murad, Alyona. 
Murad  bəy  ali  təhsillidir,  hərbçidir.  Alyona  xanım 
Maxaçqala Universitetini bitirib. Evlidilər.
 
 
Nazəni xanım İrəvanda anadan olub, Azərbaycan Tibb 
İnstitutunu  bitirib,  həkim
-
terapevt  idi,  həyat  yoldaşı 
Kazımov  Kərim bəy 1953
-
cü ilə qədər Sovnarxozun mu
-
hasibi olub.
 
 
Məhəmməd  bəy  Süleymanbəyov  İrəvanda  anadan 
olub,  texniki  fənn  üzrə  müəllimdir.  Həyat  yoldaşı  Nəcibə 
xanım  da  İrəvan  şəhərində  anadan  olub, azərbaycan dili 
üzrə filoloqdur. Uşaqları 
- Zaur, Rafael, Namiq.
 
 
Zaur bəy İrəvanda anadan olub, Bakı Politexnik institu
-
tunu bitirib, tikinti üzrə mütəxəssisdir. Həyat yoldaşı Leyla 
xanım İrəvanda anadan olub, bədii gimnastika üzrə idman 
ustasıdır,  sağlamlıq  mərkəzinin  direktorudur.  Uşaqları 

Aytən  xanım  və  Azər  bəy.  İkisidə  dillər  in
stitutunu 
bitiriblər, ixtisasları
-alman dilidir.
 
 
Rafael  bəy  memarlıq  fakültəsini  bitirib.  Həyat  yoldaşı 
Tahirə xanım. Uşaqları 

Afaq xanım, Suheyla xanım. Xar
-
ici dillər universitetini bitiriblər. Namik bəy azərbaycan dili
 
 
 
65
 

üzrə filoloqdur, həyat yoldaşı tibb bacısıdır.
 
 
Faiq bəy Süleymanbəyov İravan şəhərində anadan olub, 
milis mayoru idi. Həyat yoldaşı Püstə xanım Şuşa şəhərində 
anadan  olub.  Püstə  xanım  Bakıda  hüquq,  filolo
-qiya 
fakültələrini  bitirib  və  ikiillik  Bakı  müəllimlər  institutun
-un 
diplomunu  əldə  edib.  Uşaqları 

Ceyhun  bəy  və  Kəmalə 
xanım.  Ceyhun  bəy  iqtisadçıdır.  Kəmalə  xanım  tarixcidir, 
həyat  yoldaşı 

Vahid  bəy  DİN  mayorudur. Uşaqları Gü
-nel 
xanim  həkim,  Vüsalə  xanim  filoloq  (rus  dili  və  r
us 
ədəbiyyati), Aytən xanim pedaqoji institutda oxuyur.
 
 
Şamil Qazıyevin bacısı Şəfəq xanım. Uşaqları 

Cəmilə 
və Afaq. Cəmilə xanım 

tibb texnikumunu bitirib. Afaq bəy 
hərbcidir. İkisi də evlidilər.
 
 
Qazıyev Arif bəy Şamil oğlu 1937
-
ci ildə yanvarın ikisində 
İrəvan
 
şəhərində anadan olmuşdur, heykəltəraşdır.
 
Ə.Əzimzadə  adına  Bakı  Rəssamlıq  Məktəbini  (indiki 
rəssamlıq  Akademiyasını,  1958)  və  Moskvada  V.Surikov 
adına  Rəssamlıq  Akademiyasını  (1965)  bitirmişdir.  Bakı 
Rəssamlıq  Universitetində  müəllim  işləyir.  Müxtəlif janrlarda 
və  mövzularda  yaradılmış  “Babək”,  “Hüseyn Cavidin büstü” 
(H.Cavidin  Naxçıvanda  ev
-
muzeyi),  ”Qırat  bizi  gözləyir”, 
”Qafqaz qartalları”, ”Cəngi”, “Canlı gala”, “Dəhşət”, ”Soyug”, 
”İki  bumeranq”  və  s.  əsərlərin  müəllifidir.  1957  ildən 
respublika, ümu-
mittifaq  və  beynəlxalg  sərgilərdə  iştirak 
etmişdir.  Əsərləri  müxtəlif  muzeylərdə  (“Bakılı  qız”, 
”Məhəmməd  Nəsirəddin  Tusi” 

R.Mustafayev  adına 
Azərbaycan  Dövlət  İncəsənət  Muzeyi,  ”Tarla  gözəli” 

Şərg 
Sənətləri  Muzeyi  (Moskva)  və  s.),  habelə  ABŞ,  Almaniya, 
Avstriya  və  Türkiyədəki  şəxsi  kolleksiyalarda  saxlanılır.  Arif 
Qazıyevin  həyat  yoldaşı  Firəngiz  xanım  Abbas  qızı  1944
-ci 
ildə  Bakıda  anadan  olub.  Uşaqları  Emin  bəy  və  Samir  bəy 
heykəltəraşdırlar,  İlahə  xanım  isə  rəssam
-dizaynerdir, 
evlidilər.
 
 
Qazıyev Vaqif Şamil oğlu 1939
-
cu ildə İrəvanda ana
-
 
 
 
 
66
 

dan olub Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini və 
Moskva  Surikov  adına  Rəssamlıq  Akademiyasını  bitirib, 
heykəltəraşdır.  Həyat  yoldaşı 
-  Tatyana Timofeyevna 
Moskva  şəhəri  Səhiyyə  Nazirliyinin 4 sayli baş idarəsinin 
poliklinikasında  işləyir,  tibb  bacısıdır.  Uşaqları:  Aleksey, 
Mədinə,  Nərgiz.  Aleksey 

aviasiyada  calışır.  Mədinə 
xanım  Moskvanın  ”Bolşoy  Teatrında”  rəssamdır.  Nərgiz 
xanım  isə  Moskvanın  4  saylı
 
poliklinikada  işləyir,  tibb 
bacısıdır, ailəlidir.
 
 
Natella  Şamil  qızı  Qazıyeva  1947
-
ci  ildə  Naxçıvan 
şəhərində  anadan  olub.  Natella  xanım  Bakı  Dövlət 
Universitetinin biologiya fakültəsini bitirib, biologiya elmləri 
namizədidir. 
Azərbaycan 
Resbublikasi 
Elmlər 
Akademiyasının  Zoologiya  institutunda işləyir.
 
 
Tailə  Şamil  qızı  Qazıyeva.  Həyat  yoldaşı  Rauf 
Rəhimzadə  təqayüddə  olan  polkovnik
-
leytenantdır. 
Uşaqları:  Elçin,  Nigar,  Rüfət.  Elçin  bəy  toksikoloqdur, 
Nigar  xanın  hüquqşünas, Rüfət bəy Bədən Tərbiyyəsi
 
və 
İdman İnstitutunu bitirib.
 
 
Şamil  bəy  Qazıyevin  qardaşı  Aqil  bəy  Qazıyev İrəvan 
şəhərində  anadan  olub,  həkim  idi.  Uşagları  ali  təhsilli, 
evlidilər.  Bacısı  Şöylə  xanım  Qazıyeva  İrəvan  şəhərində 
anadan olub, ibtidai sinif müəllimi idi, həyat yoldaşı 

Talıb 
bəy Babayev iqtisadçı idi. Uşaqları: Tofiq, Ramiz, Nazirə, 
Ağaməmməd, Fikrət. Tofiq bəy Naxçıvanda anadan olub, 
BDU-nun mexanika-
riyaziyyat  fakultəsini  bitirib,  riyyazi
-
yyat  müəllimidir.  Ramiz  bəy  Naxçıvanda  anadan  olub, 
Azərbaycan  Politexnik  Universitetini  bitirib,  mühəndisdir. 
Nazirə  xanım  tibb  texnikumunu  bitirib,  tibb  bacısıdır. 
Aqaməmməd bəy və Fikrət bəy də Azərbaycan Politexnik 
Universitetini bitiriblər, mühəndisdilər. Hamısı evlidilər.
 
 
Şamil  Qazıyevin  digər  qardaşı  Cavad  bəy  Qazıyev 
İrəvan şəhərində anadan olmuşdur,muhasib işləmişdir.
 
 
 
67
 

Həyat  yoldaşı  Zəhra  xanım  Naxçıvanda  anadan  olmuşdur. 
Uşaqları 

Rüfət, Rövşən, Bülbül, Möhtərəm, Səlim, Zəminə. 
Rüfət  bəy  Naxçıvanda  anadan  olub,muhasib  işləyirdi. 
Rövşən  bəyin  ixtisası  rus  dili  müəllimidir.  Bulbül  xanım 
Naxçıvanda  müəllim  idi.  Həyat  yoldaşı  Yunis  bəy  Xəlilov 
olub. Onların oğlu Fərman Xəlilovdur. Fərman bəy Naxçıvan 
şəhərində  yaşayır,  filologiya  elmlər  namizədıdır.  Möhtərəm 
xanım Naxçıvanda oxuyub və
 
işləyib, iqtisadçı idi. Səlim bəy 
dərzi ustasıdır. Zəminə xanım  riyaziyyatçıdır.
 
 
Əkbər  Zeynalovun “İrəvan ziyalıları kitabında “ aşağıdakı 
siyahıya  rast  gəlirik:  1)  İrəvan  Quberniyasında  məhkəmə 
iclasçısı 

Mallı  bəy  Qazıyev; 2) İrəvan Quberniyasında 2
-ci 
müdir–
Mirzə  Bağır  Qaziyev;  3)  İrəvan  Quberniya  dini 
məclisinin  üzvü
-
Axund  Mirzə  Abdulla  Qazıyev;  4)  Dini  işlər 
üzrə icraçı
-
Ağabəy Qazıyev; 5) Uluxanlı  məktəbinin müdiri
 
 
– 
Məmməd bəy Lütfəli bəy Qazıyev.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
68
 

Sultanovlar
 
 
Hacı Məmməd Ağa Abdulla Sultan oğlu Sultanov bir neçə 
dəfə  İrəvan  şəhər  dumasına  üzv  seçilib.  Bu  haqda 
məlumatlara  1904,  1908
-
ci  illərin  “Kavkazski  kalendar”ında 
rast  gəlmək  olar.  Hacı  Məmməd  Ağa  Abdulla  Sultan  oğlu 
Sultanovun  övladları:  Zinyət  xanımdan 

Əziz  bəy,  İbrahim 
bəy  (Əbo),  Cəvahir  xanım,  Zivər  xanım,  Fatma  xanım 
(Matan  xanım), Mahmud bəy, Sadıx bəy, Abuzər (Rza) bəy; 
Telli  xanımdan 

Rəhim bəy, Kərim bəy. Hacı Məmməd Ağa 
qızları  Zivər  xanımı,  Fatma  xanımı  (Matan)  və  Cəvahir 
xanımı  ərə verəndə hərəsinə bir kənd bağışlamışdı.
 
 
Sultanov  Qəhrəman  Əziz  oğlunun  (atamın)  ata 
tərəfindən  babası  Hacı  Məmməd  Ağa  təqribən  1850
-ci 
ildə  İrəvanda  anadan  olmuş  və  1908
-
ci  ildə  orada  vəfat 
etmişdir. Nəticəsi Mahcamal xanımın danışdıqlarına görə, 
Hacı Məmməd Ağanın 60
-
a yaxın kəndi olmuşdu. Bunu o, 
anası  Fəxridövlətə  nənəsi  şahzadə  Fəxrisoltan  xanımın 
söylədiyindən  bilirdi.  Mahcamal  xanım  deyirdi  ki,  uşağ 
ikən  evdə  kəndlərin  sayına  görə  belə  bir  sual  verərmiş: 
“Bəs niyə belə az?” və evdəkilər bu suala gülərmişlər.
 
 
Hacı  Məmməd  Ağanın  yaşadığı  ev  İrəvanda Təpəbaşı 
məhəlləsində,  onun  adını  daşıyan  küçədə  yerləşırdi. 
Sovet  hakimiyyəti  qurulduqdan  sonra  bu  küçə  V.Çkalov 
adını  aldı.  Hacı  Məmməd  Ağanın  ikimərtəbəli  evi  in
-diki 
kimi ya
dımdadır  və  ünvan  artıq  V.Çkalov  küçəsi,  43  idi. 
Xatırlayıram,  küçədən  həyətə  Mamrı  adlanan  arxın 
üstündəki balaca taxta körpüdən keçərdik. Ev Г
-
oxşar for
-
mada  tikilmişdi.  Həyətə  girəndə  sol  tərəfdə  birmərtəbəli 
tikililər aşbaz Əli və başqa işçilərin ailələri üçün ayrılmışdı. 
Evin  pəncərələri  küçəyə  çıxan  tərəfdə  Hacı  Məmməd 
Ağanın,  sonradan  isə  babam  Əziz  bəyin  döşəməsi 
xalılarla  örtülmüş qəbul otağı yerləşirdi.
 
 
Otağın baş tərəfində masa qoyulmuşdu. Masanın
 
 
 
69
 

arxasındakı  divarda  Hacı  Məmməd  Ağa  Sultanova  rus 
çarı  tərəfindən  zadəgan  titulu  verilməsi  haqqında 
şəhadətnamə  asılmışdır.  Bu  məlumatları  mənə  atam  və 
onun  əmisi  oğlu  Əbülfət  Kərim  oğlu  Sultanov 
danışmışdılar.  Kəndlilər  ailələri,  təsərrüfatları  ilə  bağlı 
problemlərini,  şəxsi  xahişlərini  həll  etmək  üçün  şəhərə 
gələndə  bu  otaqda  qəbul  olunardılar.  Qəbul  otağı  ilə 
bitişik,  döşəməsi  xalılarla  örtülmüş,  divarlarındakı  yük 
yerindəki  yorğan
-
döşək  yerləşən  otaq
-
da  kəndlilər  yol 
gəldikdən sonra yemək yeyib, çay içib rahatlanırdılar.
 
 
Gecəni  burada  qalıb  səhər  kəndlərinə  gedərdilər.  Evin 
arxa  tərəfi  bağa  baxırdı.  Bağ  Zəngi  çayının  sıldırımlı 
qayalarına  söykənmişdi.  Bu  Hacı  Məmməd  Ağaya  məxsus 
olan  Kələntər  bağlarının  bir  hissəsi  idi.  Bağın  bir  hissəsi 
Sovet hökuməti qurulanda müsadirə olunmuş və ərazisində 
vərəm  dispanseri  tikilmişdi.  Evin  həyətə  baxan  ikinci 
mərtəbəsinin  pəncərələri  eyvana  çıxırdı.  Eyvana  aparan 
pilləkənlərin  məhəccərləri  gözəl  oyma  ornamentlərlə 
bəzədilmişdir.  İkinci  mərtəbədə  ziyafət  və  qonaqlar  üç
ün 
tavanı fiqurlu güzgülərlə bəzədilmiş zal yerləşirdi.
 
 
Bu  zal haqqında Nazlı xanım Sultanovanın xatirəsi: «Əziz 
bəyin  evində,divarda  xalının  üstünə  onun  həyat  yoldaşı 
Şahzadə  Fəxrisoltan  babası  Şahzadə  Bəhman  Mirzə 
Qacarın  şəkilini  vurmuşdur.  (1834
-cü il
də  Bəhmən Mirzəyə 
Tehranın  idarəçiliyi  tapşırılır  və  ona  feldmarşal  rütbəsi 
verilir.)  [31]  Otaqda  rəflərdəki  kitabların  tozunu  Fəxrisoltan 
xanım  quş  lələkləri  ilə  silərdi.  Balaca  komodun  üstündə 
qrammafon  qoyulmuşdu”.  Kiçik  Nazlı qramma
-
fon dinləməyi 
xoşlayarmış.  Otağın  bir  küncündə  masanın  üstündə 
nənəmin  “Zinger”  tikiş  maşını  qoyulmuşdur.  Erməni 
emmiqrantları  Yerevana  köçürüləndən  sonra  Fəxrisoltan 
xanıma  birinci  mərtəbədəki  bu  kiçik  otağ  ayrıldı.  Şahzadə 
Fəxrisoltan  xanım  azərbaycan,  fars,  fransız  və  erməni 
dillərini bilirdi. Əziz bəyin və Fəxrisoltan xanımın evindəki,
 
 
 
70
 

ailəmizə  məxsus  olan  kitabxana  müharibə  illərində 
ermənilər  tərəfindən  oğurlanmışdır.Oğlu  Qəhraman 
müharibədən  qayıdanda  Fəxrisoltan  xanım  artıq rəhmətə 
getmişdir.
 
 
Yüklə 5,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin