Burulqanli iR



Yüklə 3.49 Kb.
PDF просмотр
səhifə4/9
tarix31.01.2017
ölçüsü3.49 Kb.
1   2   3   4   5   6   7   8   9

Sək.26: Əkbər Qazıyev
 
 
 

 
 

 
Sək. 5.1

5.2: Əkbər bəy Qazıyevin kamal attestatı
 
 
 
 
40
 

 
 
 
Sək.9: Doğum şəhadətnaməsi №3124
 
 
 
 
 
 
 

 
Sək.6: Əkbər bəy Qazıyevin
 
şəxsiyyət vəsiqəsi
 
 
 

 
 
Sək.7: Əkbər bəy Qazıyevin xahişi
 
 
Qazıyev  Əkbər  Hüseyn  oğlu  1894
-
cü  ildə  İrəvanda 
anadan  olub.  Tanınmış  tədqiqatçı  Ədalət  Tahirzadənin 
məmuniyyətlə  bizə  təqdim  etdiyi  arxiv  sənədlərdən  məlum 
olur ki, İrəvan gimnaziyasını  bitirdikdən sonra o, 1914
-
cü ildə 
Kiyev  Müqəddəs  Vladimir unuversitetinin hüquq fakültəsinə 

qəbul olunub. Bir il sonra öz xahişi ilə Mosk
-
va universitetinə 
köçürülüb.  Ailədə  nəsildən  nəsilə  keçən  hekayətə  görə, 
Əkbər  bəy  Moskvada  oxuyanda  tanınmış  milyonçu  Savva 
Mo
rozovun  qızı  ona  vurulmuşdur.  Əkbər  bəy  aldığı  savadı, 
bilik  və  bacarığını  doğma  vətənində  xalqı  naminə  istifadə 
etmək  istəyir  və  Morozovun  qızı  ilə  evlənmir.  Əkbər  bəy 
Gəncədə  apardığı  məhkəmə  işini  ud
-
duqdan  sonra  Bakıya 
qayıdanda  yolda  belə  bir  əhvalat  olmuşdur.  Faytona 
soyğunçular hücum edir. Oğrular Əkbər bəyi tanıyanda ona 
özü  ilə  nə  istədiyini  götürməyə  icazə  verirlər  və  o,  yalnız 
dırnağa  qulluq  ləvazimatını  götürür.  Bu  əhvalat  təxminən 
1925-
ci  ildə  olmuşdu.  Əkbər  bəyin  həyat  yoldaşı  Naimə 
Kaşayeva Leninqradda Stroqanov adına məktəbi bitirmişdir. 
Qızı  Qazilə  xanım  Qaziyeva  1920
-
ci  ildə  anadan  olub.  O, 
filoloq  idi.  Həyat  yoldaşı  Adıgözəlov  Əbdülrəhman  bəy 
olmuşdur. Uşaqları:Fariz bəy, Nərgiz xanım, Eldar bəy. Fariz 
Adıgözəlov  1946
-
cı  ildə  Bakıda  anadan
  olub, ADNU-ni 
bitirib, mühəndis
-
neftçidir. Fariz Adıgözəlovun həyat yoldaşı 
Nazilə  xanim  konservatoriyanın  uşaq  xorunun  dirijorudur, 
onların  qızları  Günel  xanım  iqtisadçı,  Ülviyyə  xanım  isə 
proqramistdir.
 
 
Qazilə xanımın qızı Nərgiz Gəraybəyova  (Adıgözəlova)
 
 
 
 
41
 

1950-
ci  ildə  Bakıda  anadan  olub,  biologiya  elmləri 
namizədidir,  Genetika  və  Seleksiya  İnstitutunda  işləyir. 
Nərgiz  xanımın  oğlu  Cəmil  bəy  biznesmendir,  ABŞ
-da 
işləyir.  Nərgiz  xanımın  həyat  yoldaşı  Vaşinqtonda  Ge
-
netik  ehtiyatlar  institutunun  böyük  elmi işçisi, professor 

Gəraybəyli Sevim Oqtay oğlu.
 
 
Adıgözəlov  Eldar  Əbdülrəhman  oğlu  1954
-
cü  ildə 
Bakıda  anadan  olub.  ADU
-
nin tarix fakultəsini bitirib, pro
-
fessordur. Qızı Qazilə xanım 1987
-
ci ildə Bakıda anadan 
olub. Qərb universitetinin ingilis dili fakültəsini bitirib. Oğlu 
Əbdülrəhman  bəy  1989
-
cu  ildə  Bakıda  anadan  olub, 
Xəzər  Universitetini  bitirib.  Eldar  Adıgözəlovun  həyat 
yoldaşı Nərgiz xanım lor həkimdir.
 
 
Tanınmış  kino
-
operator  Ömər  Qazıyev  Əkbər  bəyin 
oğludur, 1927
-
ci ildə Bakıda anadan olub, 1975
-
ci isə ildə 
vəfat etmişdir. Ömər Qazıyevin həyat yoldaşı Tamara Za
-
vyalova  memar,  26  Bakı  komissarı (indiki Səbayıl) rayon 
partiya komitəsinin ikinci katibi olub. Qızları Cəmilə xanım 
Xarici Dillər
 
Universitetini bitirib, ABŞ
-
da yaşayır.
 
 
Qazıyev  Kərim  Hüseyn  oğlu  Yerevanda  anadan  olub. 
Yerevan  rus  gimnaziyasını bitirib, Qax rayonunda rus dili 
müəllimi  işləyib.  1943
-
cü  ildə  vəfat edib. Həyat yoldaşı 
– 
Ziyvər xanım.Uşaqları:  Qələnfir xanim və Mustafa
 
bəy.
 
 

 
 
Sək.34b: Kərim Qazıyev
 
 
Gülrux  xanım  Qədimbəyova  (Qazıyeva)  1902
-
ci  ildə 
Ye-
revan  şəhərində  anadan  olmuşdur.  Bu,  Hüseyn  bəy 
Qa-
ziyevin  ZŞDİ
-
dən  qızı  Gülrux  xanımın  yaşı  haqqında 
şəhadətnamə  almaq  üçün  etdiyi  müraciət  barədə 
məlumatdır:
 
 
 

 
 
 
Sək.33: Gülrux x. və Zibəndə x.
 
 
 
 
 
 
42
 

 
 
 
İrəvan  rus
-
tatar  gimnaziyasını  bitirdikdən  sonra 
Bakıda,  indiki  ADPU
-
də  təhsil  alıbdır.  Yuxarıda  adı 
çəkilən  insti
-
tutda  müəllim  işləmiş,  sonra  kafedra  müdiri 
olmuşdur.  Azərbaycanda  məktəbəqədər  tərbiyə  işinin 
banilərindən  olaraq  maarif  sahəsində  böyük  xidmətlərinə 
görə  Gül
-
rux  xanım  “Respublikanın  Əməkdar  müəllimi” 
adına  lay
-
iq  görülmüş,  1976
-
cı  ildə  Bakı  şəhərində  vəfat 
etmışdir. Gülrux xanım Qədimbəyovanın əmisinin ailəsinə 
yazdığı məktubu, ilə tanış etmək istərdim. MƏKTUB
 
 
 
 
 

 
 
Sək. 4.1 
– 
4.2: Gülrux xanımın məktubu
 
 
Məktubun məzmunundan onun çox qohumcanlı, meh
-
riban insan olduğu aydın olur. Məktubda azərbaycanlıların 
Yerevanda 
qalmağının 
sonunu 
görmədiyindən 
qohuml
arına  öz  köməkliyini  təklif  edib,  onların  Bakıya 
köçməklərini tövsiyə edir.
 
 
 

 
 
Sək.34 a: Kamal Qədimbəyov
 
 
 

 
Sək.37: Xanımzər Qədimbəyovə
 
 
 
 
 
 
 

 
 
 
Gülrux  xanımın  həyat  yoldaşı Kamal bəy Qədimbəyov 
1898-
ci ildə İrəvanda anadan olmuşdur. Tanınmış rəssam 
Mirzə Qədim İrəvaninin nəvəsi Kamal bəyin atası Ələsgər 
bəy Qədimbəyov Odessa universitetinin hüquq fakültəsini 
bitirmişdi. Ailədə danışılan  və bizə gəlib çatan söhbətlərə
 
 
 
43
 

görə, çoxlu gəmiləri olan bir odessalı
 
milyonçu Ələsgər bəyi 
ciddi və gələcəyi parlaq ola biləcək gənc kimi çox bəyənmiş 
və öz qızını  ona ərə vermək istəmişdir. Lakin Ələsgər bəy bu 
təklifi  qəbul  etməyib.  Ələsgər  bəy  öz  həmyerlilərinə  lazım 
olduğunu  bilərək  vətənə  qayıdıb,  bilik  və  bacarığına  görə 
özünə layiqli yer tutaraq Tiflisdə məhkəmə hakimi 
- “mirovoy 
sudya”  vəzifəsinə  çatmışdır.  1918
-
ci  ildə  42  yaşında  vəfat 
etmişdir.  Kamal  bəy  Qədimbəyov  Azərbaycan  Dövlət 
Universitetinin (indiki BDU) iqtisadiyyat fakültəsini bitirmişdir. 
Uzun  illər  Azərittifaqın  sədr  müavini  və  başqa  məsul 
vəzifələrdə  çalışmışdır.  1981
-
ci  ildə  Bakı  şəhərində  vəfat 
etmişdir.  Kamal  Qədimbəyov  yeyinti  sənaye  nazirinin 
müavini  olarkən  bəy  nəslinə  mənsubluğuna  görə  işdən 
çıxarılmışdır.  Lakin  ona  himayədarliq  edən  şəxs  tapıldı
. Bu, 
Mir Cəfər Bağırov oldu. Respublikanın rəhbəri 24 yaşlı nazir 
müavinin  Turkustana  ezam  olunmasını  və  ora
-dan 
Azərbaycana  böyük  bir  eşalon  taxıl  gətirərək  minlərlə 
insanın  aclıqdan  xilas  edilməsini unutmamışdı. Təbii, Kamal 
bəy  Sibirə sürgün edilmədi, amma vəzifəsi aşağı salındı. O, 
Azərittifaqın  Təftiş  komissiyasının  sədri  təyin  edildi.  Kamal 
bəy bu vəzifədə 20 il çalışdı.
 
 
Gülrux  xanım  və  Kamal  bəy  Qədimbəyovların  övladları 
Zaur bəy və Əmirə xanımdır. Zaur Qədimbəyov 1938
-
ci ildə 
anadan  olmuşdur.  Axundov  adına  rus  dili  və  ədəbiyyatı 
institunu  bitirmişdir.  Əmək  fəaliyyətinə  «Fizkulturnik  Azer
-
baydjana»  qəzetində  jurnalist  kimi  başlamışdır.  Sonralar 
«Molodyoj  Azerbaydjana»,  «Vışka»  qəzetlərində  xüsusi 
müxbirdən redaktor müavininə kimi yol keçmişdir.
 
 
1977-1987-
ci  illərdə  «İzvestiya»  qəzetinin  beş  il  Azərbaycan 
üzrə,  beş il isə Şərqi və Qərbi Afrika ölkələri üzrə xüsisi müxbiri 
kimi  çalışmışdır  və  azərbaycanlı  beynəlxalq  jurnalistlərdən  biri 
olaraq  sovet  mərkəzi mətbuatını xaricdə təmsil etmişdir. 1987
-ci 
ildə  «Pravda»  qəzetinin  Azərbaycan  üzrə  xüsusi  müxbiri,  1999
-
cu ildə isə «Bakinski raboçiy»
 
 
 
44
 

qəzetinin  baş  redaktoru  Zaur  Qədimbəyovun  Türkiyə 
haqqında  yazdığı  “Burada  Asiya  Avropa  ilə  qovuşur”  kitabı 
“Qızıl  qələm”  mükafatına  layiq  görülmüşdür.  2004
-
cü  ildə 
Zaur  bəy  Qədimbəyov  dünyasını  dəyişmişdir.  Lakin  böyük 
peşəkar onu tanıyanların qəlbində xüsusi yer tutmuşdur.
 
 
Həyat  yoldaşı  Tünzalə  Qasımova  «Trud»  qəzetinin 
müx-biri olaraq Zaurla çiyin-
çiyinə  çalışmışdır.  Tünzalə 
xanım  Qasımova  ilk  beynəlxalq  azərbaycanlı  qadın 
müxbirlərdəndir.  O,  Azərbaycanı  Moskvada,  SSRİ
-
ni  isə 
Qərbi  Afrikada  təmsil  edib.  Cəfakeş  əməyinə  görə  ölkə 
prezidenti İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif 
olunmuşdur.  Zaur  bəy  və  Tünzalə  xanımın  uşaqları: 
Mürad  bəy  və  Kəmalə  xanım.  Murad  Qədimbəyov  BDU
-
nun beynalxalq əlaqələr fakültəsini bitirib və valideynlərinin 
yolunu  davam  etdirərək  jurnalist  peşəsini  seçmişdir. 
Qızları Kəmalə xanım PA İnnovasiya və texnoloji resurslar 
şöbəsində
 
məsləhətçi işləyir. İkisidə ailəlidir.
 
 
Qulrux  xanım  Qaziyeva  və  Kamal  bəy  Qədimbəyovların 
qızı  Əmirə  xanım  göz  həkimi  idi.  O, dünyasını bu yaxınlarda 
dəyişdi.  Bu  nəsilə  xas  olan  zadəganlıq, böyüklük, təmkinlik, 
təvazökarlıq  Əmirə  xanımda  özünü  aydın  şəkildə  bürüzə 
verirdi.  Əmirə  xanım adət
-
ənənəni qoruyub, qohumlarla hər 
zaman  yaxşı  ünsiyyətdə  olmuşdur.  Nəslin  bütün üzvləri onu 
çox  istəyirdilər.  Əmirə  xanimin anası Qulrux xanım çadrasını 
atan  ilk  qadınlardan  biri  olub,  Azərbaycanda  ilk  uşaq 
baxçaları yaradıb, ömür boyu məktəbəqədər təhsil sisteminə 
rəhbərlik  edib.  Zaurun  və  Əmirə  xanımın  babası  Ələsgər 
Qədimbəyov, Mirzə Qədim İrəvaninin oğludur.
 
 
Mirzə Qədim İrəvani 1825
-
ci ildə İrəvanda dülgər ailəsində 
anadan  olmuşdur.  Atası  Məhəmməd  Hüseyn ağac üzərində
 
bədii  oyma  ustası  olub.  Mirzə  Qədim  İrəvanda  üsuli
-
cədid, 
Tiflisdə  proqimnaziyanı  bitirmişdir.  Mirzə  Qədim  İrəvani 
xüsusi  rəssamlıq  təhsili  almasa  da,  boyakarlıq  və  portret 
sahəsində tanınmışdır. Yaratdığı “Süvari”, “Rəqqasə”,
 
 
 
45
 

“Dərviş”  portretləri  Azərbaycan  İncəsənət  muzeyində 
saxlanılır.  O,  1850
-
ci  illərdə  İrəvan  sərdarının  sarayındakı 
pannoları  və  süjetli  kompozisiyaları  bərpa  etmiş,  sarayın 
güzgülü zalında yağlı boya ilə bir neçə monumental portret
 
 
(F
ə
t
əli şah, Abbas
 
Mirz
ə
 v
ə
 b.) ç
əkmişdir.
 
1860-1870-
 
ci ill
ə
rd
ə
 
yaratdığı
 
“V
ə
cihulla Mirz
ə
”, “Molla”,
 
“Ayaq üst
ə
 
dayanmış  qadın”,  “Gənc  oğlan”  (Azərbaycan  İncəsənət 
muzeyi), “Mah Tələt” (Gürcüstan Dövlət İncəsənət muzeyi)
 
 
portretl
ə
ri sür
ə
tl
ə
rin ifad
ə
liyi,  z
ə
ngin kolorit il
ə
 
f
ə
rql
ə
nir.
 
Mirz
ə
 Q
ədim İrəvaninin  yaradıcılığında  məişə
t
 
lövh
ə
l
ə
ri
 
d
ə
 
yer almışdır. Əsə
rl
ə
rind
ə
 t
ə
svir olunan xalça, geyim, ev
 
əşyalarının  üzərinə  çəkilmiş  zərif  naxışlar,  mürəkkəb  orna
-
mentli şəbəkələr, gül, çiçək və quşların canlı
 
real əksi (“Çicək
 
 
v
ə
 
quşlar”, Ermitaj, Sankt
-Peterburq) diqq
ə
ti
 
c
ə
lb edir.
 
Mirz
ə
 Q
ə
dim
 
İrə
vani
 
oğlu
 
Ə
l
ə
kb
ə
r Q
ə
dimb
ə
yov 12
 
avqust 1859-ci
 
ild
ə
 
İrəvanda anadan olub. Dörd il şə
h
ə
r
 
qimnaziyasında
 
t
ə
hsil
 
alıb,
 
1879-cu
 
ild
ə
 
İrə
van poçt-
 
teleqrafına 4
-cü
 
d
ə
r
ə
c
ə
li m
ə
mur kimi
 
işə
 
q
ə
bul
 
edilib.
 
Naxçıvan, Tiflis
 
poçt-teleqraf idar
ə
l
ə
rind
ə, İranda
 
çalışıb,
 
İmperator  II  Aleksandr  şərəfinə  gümüş  medalla,  İranın 
“Şiri Xorşid” ordeni ilə təltif olunmuşdur.
 
 
Ələkbər  Qədimbəyovun  oğlu  Cahangir  İrəvan  kişi 
qimnaziyasını  bitirdikdən  sonra  1914
-
cü  ildə  İmperator  II 
Aleksandr  Kiyev  politexnik  institununun  kənd  təssərrüfatı 
bölməsinə könüllü dinləyici kimi qəbul olunub. 1916
-
ci ildə 
isə  o,  həmin institutun tələbələri sirasına daxil edilmişdir. 
Ali  məktəbi  bitirdikdən  sonra  Bakıya  qayıdıb,  müxtəlif 
sovet və təsərrüfat orqanlarında çalışmışdır.
 
 
 
 

 

 
 
Sək.10.1
-
10.2: Cahangir Qədimbəyovun xahişi 
 
 
 
 
 
 
 

 
Sək.8: Cahangir Qədimbəyovun xahişi
 
 
 
Mirzə  Qədim  İrəvaninin  yaradıcılıq  yolunu onun nəticəsi, 
Münəvvər  xanımın  oğlu  əməkdar  incəsənət  xadimi,  rəssam 
İsmət Axundov davam etdi. O, Parisdə olarkən məhşur
 
 
 
46
 

“Mütəfəkkir”  heykəltəraşlıq  əsərinin  müəllifi  Rodenin  ev
-
muzeyində  İrəvaninin  əsərlərindən  birini  görmüşdür. 
İ.Axundov 
1925-
ci  ildə  anadan  olmuşdur,  orta  təhsilini 
İrəvanda  almış,  sonradan  Ə.Əzimzadə  adına  rəssamlıq 
məktəbini  bitirmişdir.  Bədii  fondun  direktoru  olmuşdur 
(1972-
ci  ilə  kimi).  Əsasən  peyzaj  janrında  çalışmışdır. 
İçəri  şəhər,  Şamaxıya  həsr  olunmuş  əsərləri  xüsu
si 
maraq doğurur.
 
 
Görkəmli  siyasi  və  ictimai  xadim  Əziz  Əliyevin anası, 
irəvanlı  İbrahim  bəy  Süleymanbəyovun  qızı  Zəhrə  xanım 
Kamal  bəy  Qədimbəyovun  xalasıdır.  İbrahim  bəy  İrəvan 
tacirlərindən  olub.  Zəhra  xanımın  anası  Bilqeyis  xanım 
Mirzə  Cabbar  bəy  Qazıyevin  nəslindəndir.  Zəhra  xanım, 
Məhəmmədkərim  Kərbəlayı  Qurbanəli  oğlu  ilə  ailə 
qurmuşdur.  Bu münasibətlə İbrahim bəy Suleymanbəyov 
qızına bir kənd bağışlamışdır.
 
 
Əziz Əliyevin üç bacısı və bir qardaşı olub.
 
 
1. 
Tərlan  xanım  1937
-1938-
ci  illərdə  ailəsi 
ilə birlikdə İrana sürgün edilibdir. 
 
 
2. 
Göyçək xanım Əzizbəyov (indiki Xəzər) rayon uşaq 
xəstəxanasında tibb bacısı işləyibdir. 
 
 
3. 
Şamama xanım Stalin rayonunda (indiki 
 
 
Səbayıl) doğum evinin direktoru olubdur.
 
 
4. 
Qardaşı Ziyad Dəri 

Zöhrəvi Xəstəliklər
 
 
İnstitutunda həkim işləyibdir.
 
 
2010-cu
 
ilin iyun ayının  24
-d
ə
 
Şamama xanımın
 
gızı Sona
 
xanımın cümə
 
axşamlarının  birində
 
yaxın
 
qohumlarının  danışıglarından  o, ömrünün son günlərinə
 
 
 
 
47
 

kimi deyərmiş: “Kaş indi İrəvanda olardıq”.
 
 
Sona xanımın nənəsigil beş bacı olublar: Bülbül xanım, 
Şövkət  xanım,  Matan  xanım,  Leyla  xanım  və  böyükləri 
Zəhra  xanım.  Sona  xanımın  nənəsi  Zəhra  xanım  Əzizi 
çox istəyirdi və onu Peterburqa
 
oxumağa göndərməsində 
mühüm rolu olmuşdur.
 
 
Ə.Əliyev  öz  tərcümeyi  halında  göstərir: “Xalam Matan 
Qədimbəyova  poçt
-
teleqraf  məmuru  arvadı  idi. 
Qədimbəyov inqilabdan əvvəl vəfat edib. Xalam isə 1950
-
ci  ildə  vəfat  edib.  Xalamın  bir  oğlu  Əbülfət  Qədimbəyov 
ma
arif  nazirliyində,  o  biri  oğlu  Kamal  Qədimbəyov 
Azərittifaqda,  qızı  Münəvvər  Stalin  rayonunda  bağça 
müdirəsi işləyiblər. Mənzər maarif şöbə müdiri, Əfşan isə 
Xarici Dillər İnstitutunun direktoru vəzifəsində çalışıblar.
 
 
İkinci  xalam  Leyla  poçt
-
teleqraf  məmuru  Qasımbəyovun 
arvadı  olub.  Oğulları  Maqsud  Qasımbəyov  Bakı  maliyyə 
şöbəsində, Rəşid Qasımbəyov balığ sənaye nazirliyi, Əhməd 
Qasımbəyov  isə  dəniz  ticarəti  sistemində  işləyiblər.  Qızı 
Zinyət  evdar  qadın idi. O biri qızı Səkinə sovetlər dövründə 
Nazirlər Sovetində referent işləyib.
 
 
Üçüncü xalam - 
Bülbül  əməkdar  müəllim  Həsən 
Qazıyevin arvadı idi. Övladları: Cavad 

maliyyəçi, Şamil
-
rəssam, Aqil isə həkim idi, müharibədə həlak olub.
 
 
Dördüncü  xalam  Şövkətin  qızı  Qaqoş  evdar  qadındır, 
Yerivanda yaşayıb”. [1
9]
 
 
Qeyd  edək  ki,  Əfşan  xanım  dəfələrlə  Azərbaycan 
Respublikası  və  Bakı  şəhər  Sovetinin  deputatı  seçilmiş, 
1953-
ci  ildə  isə  Ali  Sovetinin  sədr  müavini  vəzifəsində 
işləmişdir.  Həmin  dövrdə  Ali Sovetinin sədri Mustafa bəy 
Topçubaşov  olub.  Mənzər  xanım isə “Əməkdar müəllim” 
adına layiq görülmüşdür.
 
 
Əliyev Əziz Məmmədkərim oğlu 01.01.1897
-
ci il tarixdə 
İrəvan  quberniyasının  Hamamlı  kəndində  anadan 
olmuşdur. Hamamlı İrəvan xanlığının  Abaran mahalında
 
 
 
48
 

qədimlərdən  azərbaycanlıların yaşadığı kənd idi. Sonralar 
Eçmiədzin  qəzasının  tərkibinə daxil olur. Sovet dövründə 
isə Əştərək rayonu tərkibində idi.
 
 
Əziz  Əliyevin  atası  Məmmədkərim  Kərbəlayi 
Qurbanəlinin  oğlu  zəhmətkeş  insan  olub,  ailəsini 
dolandırmaq  üçün  müxtəlif  işlərdə  calışıb.  1898
-
ci  ildə 
onun  iışgüzar  xüsusiyətlərini  nəzərə  alınaraq  kəndxuda 
seçilmişdir.  Bu  kəndi  həmdə  Məmmədkərim  Qurbanəli 
oğlunun  ailəsinə  qaynatası  İbrahim  bəy  Suleymanbəyov 
bağışlamışdır.  Məlum  olduğuna  görə  İrəvan  xanlarından 
biri  Əli  xan  Kərbəlayi  Qurbanəlinin  qızı  ilə  evlənmişdir 
[19].  Xan  onlara  İrəvanda  mülk  vermişdir.  Kərbəlayi 
Qurbanəli  İravanda  bağlarda  ağac  əkmək  təsərrüfatı  ilə 
məşqul olub, ağaclardan gədimi üslubda olan taxta qaşıq 
və  mətbəxt  ləvazimatını  xarratxanada  istehsala 
qoy
ub,həmdə  odun  tədarükünün  hazırlamasını  əhaliyə 
təşkilini  təmin  edib,  o  1920
-
ci  ildə  İranda öldürülmüşdür. 
Nikolay  çarın  dövründə  Əziz  Əliyevin  əmisi 

Əkbər 
Kərbəlayi  Qurbanəlinin  oğlu  Zəngibasar  mahalında  öz 
məharətlinə  və  igidliyinə  görə  ad
-
san  qazanmışdır,  həm 
də Zəngibasar mahalında uryad
-
nik olmuşdur [19].
 
 
Əziz  Əliyev  1917
-
ci  ildə  İrəvan kişi gimnaziyasını qızıl 
medalla bitirmiş və həmin il Petroqrad (indiki Sankt
-Peter-
burq)  Hərbi  Tibb  Akademiyasına  daxil  olmuşdur.  Dövlət 
xadimi,  səhiyyə  təşkilatçısı,  tibb  elmləri  doktoru  (1938), 
professor  (1956),  Azərbaycan  Respublikasının  əməkdar 
həkimi (1960).
 
 
İkinci kursun yay tətilini evlərində keçirmək üçün İrəvana 
gələn Əziz Əliyev daşnakların türklərə qarşı əməllərini görüb 
ailəsini  çətinliklə  də  olsa  Şərura  köçürə  bilmişdir. 
Daşnakların siyasəti, vəhşi əməlləri Ə.Əliyevin də ailəsindən 
yan kecməmişdir. Daşnaklar onların da evinə od vurmuşdur. 
Çox  cətinliklə  Naxçıvana  Şahtaxtıya  qaçdıqda,  burda  da 
daşnaklardan yenidən hücumlara məruz qalmış
 
 
 
49
 

ailələr  Arazı  keçib,  onlarla  birlikdə  Ə.Əliyevin  anası  Zəhra 
xanım  da  öz  ailə  üzvləri  ilə  Canubi  Azərbaycanın  Ərəblər 
kəndinə  üz  tuturlar.  Ailə  tamamilə  müflisləşib,  var
-
dövlətini 
itirib,  acı  acqınlıq  taleyini
 
yaşamalı  olur.  [19].  1920
-
ci  ildə 
Ərəblər  kəndində  Zəhra  xanım  dünyasını dəyişir. Ə. Əliyev 
1920-
ci ildə Leyli xanım Hacı Cabbar Abbasovun qızı ilə ailə 
qurmuşdur.  Hacı  Cabbar  Abbasov  İrəvanda  manufak
-tura 
dukanı  sahibi  olub.  O,  1913  ildə  vəfat  edib.  1921
-
ci  ildə 
Ə.Əliyev  yenidən  Şahtaxtıya  qayıtmışdır  və  bu  müddətdə 
həkim köməkçisi kimi əhaliyə kömək göstərmişdir
 
 
1923-
cü  ildə  Bakıya  köçən  Ə.Əliyev  Azərbaycan  SSR 
XKS-
də  iş  icraçısı,  ümumi  şöbə  müdirinin  müavini,  XKS 
katibinin müavini və katibi vəzifələrində çalışmışdır. 1923
-cü 
ildən, eyni zamanda, təhsilini Bakı Dövlət Universitetinin tibb 
fakultəsində  davam  etdirərək,  1927
-
ci  ildə  univer
-siteti 
bitirmişdir.  Sonrakı  illərdə  Əziz  Əliyev  Azərbaycan  Klinik 
İnstitutunun  direktoru,  Bakı  Səhiyyə  Şöbəsinin  rəisi, 
Azərbaycan  Xalq  Səhiyyə  Komissarının  müavini  və  Xalq 
Səhiyyə  komissarı,  Azərbaycan  Dövlət  Tibb İnstitutunun və 
Azərbaycan  Dövlət  Universitetinin  rektoru  (1929
-1941), 
Azərbaycan  SSR  Ali  Soveti  Rəyasət  Heyətinin  katibi,  AKP 
MK-nin katibi (1941-1
942).  ÜİK(b)P  Dağıstan  Vilayəti 
Komitəsinin  birinci  katibi  (1942
-
1948),  ÜİK(b)PMK
-
nın 
inspektoru(1949-
50),  Azərbaycan  SSR  Nazirlər  Soveti 
Sədrinin  birinci  müavini  (1950
-
1951),  Azərbaycan  Elmi
-
Tədqiqat  Ortopediya  və  Bərpa  Cərrahlığı  İnstitutunun  di
-
rektoru (1951-1952, 1954-
1956) vəzifələrdə çalışmışdır.
 
 
1956-
cı  ildən  Azərbaycan  Həkimləri  Təkmilləşdirmə 
İnstitutunun  direktoru  idi.  İşlədiyi  bütün  vəzifələrdə  Əziz 
Əliyev  xalqına,  vətəninə  sədaqətlə  xidmət  etmişdir.  Əziz 
Əliyevin  Azərbaycanda  tibb  elminin  inkişafında  ali  tibb 
təhsilinin təşəkkülündə, yüksək ixtisaslı tibb kadrlarının
 
 
 
50
 

hazırlanmasında, ana dilində tibb terminologiyasının və ali 
məktəb  dərsliklərinin  yaradılmasında  müstəsna  xidməti 
var. Onun “Klinik ana
lizlər”(1934)  kitabı  Azərbaycan 
dilində ilk ali məktəb dərsliklərindəndir.
 
 
30-
ci  illərin  sonu 
-  50-
ci  illərin  əvvəllərində  Əziz  Əliev 
təqiblərə 
məruz 
qalmış, 
tutduğu 
vəzifələrdən 
kənarlaşdırılmışdır.  SSRİ  Ali  Sovetinin  (1
-ci, 3-
cü  çağırış), 
Azərbaycan  SSR
  Ali Sovetinin (2-
ci  çağırış)  deputatı 
olmuşdur.  İki dəfə Lenin ordeni, Qırmızı Əmək Bayrağı, 1
-ci 
dərəcəli  Vətən  müharibəsi  ordenləri  ilə  təltif  olunmuşdur. 
7.07.1962-
ci  ildə  vəfat  etmişdir  və  Bakıda  Fəxri Xiyabanda 
dəfn  olunmuşdur.  Azərbaycan  Həkimləri  Təkmilləşdirmə 
İnstitutu Əziz Əliyevin adınadır. Bakıda və Mahacqalada
 
 
adına küçə
l
ə
r var. [1]
 
 
Ə.Əliyevin
 
bibisi Umgülsüm xanımın nə
v
ə
l
ə
ri
 
Ka-
 
mil b
ə
y v
ə
 
Şamil bəy Əliyevlə
r m
əhşur insanlar
 
olub.
 
Şamil  Əliyev  məsul  vəzifələrdə  uzun  müddət  işləyib,  Kamil
 
Əliyev isə xalq rəssamı, xalça üzrə mütəxəssis olubdur.
 
 
1948-1949-
cu illərdə Əziz bəy Əliyev haqqında onun
 
 
bibisinin Əli xana ə
r
ə
 getdiyin
ə
  gör
ə

ə
misi
 
rus carı
 
Nikolayın hakimiyyə
ti dövründ
ə
 Z
əngibasar mahalında ury
-
 
adnik işlə
diyin
ə
  gör
ə
 (1885-ci ild
ə
n etibar
ə
n),
 
bacısının
 
İranda  olduğunu,  dayısının  İravan  guberniyasının  pristav 
olmasından,  atasının  kənd  xuda,  anasının  bəy  nəslinə 
mənsub  olması  gözləri  götürməyənlər  Mərkəzi Komitəyə 
məlumat  yazmişlar.  Ona  görə  də  Ə.Əliyevi  xeyli 
incitmişlər  və  hətta  vəzifəsinidə  kiçiltmişlər  [19].  Belə 
arayışlar  son
-
ralar yenə də təkrarlanıb. Ə.Əliyevə təqiblər 
zamanı qızı Zərıfə xanım Heydər Əliyevlə nişanlı idi.
 
 
Amma  buna  baxmayaraq  Heydər  Əliyev  azərbaycanlı 
millətinin  xüsusiyətlərinə  xas  olan  qeyrətliyini, 
igidliy-ini, 
mərdliyini  və  yüksək  anlayışlı  insan  olduğunu  burda  da 
sübut  etmişdir.  Ən  çətin  vaxtlarında,  baxmayaraq  ki, 
Dövlət Təhlükəsizlik Komitəsinin məsul işçisi idi, Heydər
 
 
 
51
 

Əliyev
-
gələcəyin  generalı,ailəyə  dayaq  olmuşdur.  Bu 
kitabçada Ə.Əliyevin bütün fəaliyyəti haqqında bir azda olsa 
seyr  eləməyə  mümkün  olur.  Əsasən  onun  həyatı  ilə  bağlı 
məqamlara 
Tair 
Talıblının 
“Əziz 
Əliyev 
dövrü, 
həyatı,şəxsiyyəti”  kitabında  rast  gəlmək  olar.  Ə.Əliyev  bir 
dövlət  xadimi
 kimi,ictimayi-
siyasi fəaliyyətindən başqa o əsil 
həkim və əsil insan idi. Hətda Ə.Əliyev Tibb Univer
-sitetininin 
rektoru  işlədiyi  zaman  o,  nəyinki  institutun  elmi
-texniki 
bazasının  yaranmasında,  tibb  kadrlarının,  müəllim 
kollektivinin  yetişməsində,  xüsusilə  azərbaycan  alimlərinin 
coxalmasında  böyük  rol  oynayır,həm  də  elmi  əsərlərin 
yaranması,tələbələrin 
şəraitinin 
yaxşılaşdırılmasında, 
yataqxana  korpuslarının  tikilməsinə  də  təkan  vurmuşdur. 
Semaşko 

indi  M.Naqiyev  adına  olan  xəstəxananın 
yanındakı  iki  beşmərtəbəli  bina  Ə.Əliyevin  təşəbüsü  ilə 
tikilmişdir.  Azərbaycanın  layiqli  oğlu  Əziz  Əliyevin  sonrakı 
nəslidə  indiki  zamanda  yüksək  zirvələrdə  öz  ağıl  gücü  ilə 
xalqın  etimadını  qazanıb.Xeyirxah  əməllər  əbədidir.  1996  il 
sentyabrın  6

da  Azərbaycan  Respublikasının  keçmiş  Pre
-
zidenti  ulu  öndər  Heydər  Əliyev  “Azərbaycanının  görkəmli 
dövlət və elm xadimi Əziz Əliyevin anadan olmasının 100 il
-
lik yubileyinin kecirilməsi” haqqında sərəncam imzalamışdı.
 
 
Əziz  bəy  Əliyev  və  Leyli  xanım  Abbasovanın 
övladları:Ləzifə  xanım,Dilbər  xanım,Tamerlan  bəy,Zərifə 
xanım,Gülarə  xanım,Cəmil  bəy.  Qızları  Ləzifə  xanım  1914
-
cü  ildə  İrəvan  şəhərində  anadan  olmuşdur.  1927
-1929-cu 
illərdə  Naxçıvan  Pedaqoji  Texnikumunda  təhsil  almışdır. 
1929-1930-
cu  illərdə  ailə  vəziyyəti ilə əlaqədar olaraq Bakı 
şəhərinə köçdükləri üçün təhsilini Bakı texnikumunda davam 
etdirib və 1930
-
cu ildə oranı bitirib. 1931
-
cu ildə Azərbaycan 
Dövlət Tibb İnstitutunun müalicə
-
profilaktika fakultəsinə daxil 
olmuşdur və 1936
-
cı ildə oranı bitirmişdir.
 
 
1940-
cı ildə aspiranturanı bitirib. 1941
-1967-
ci ilə qədər
 
 
 
 
52
 

oftalmologiya  kafedrasının  assistenti,  1967
-
ci  ildən  öm
-
rünün  sonunadək  kafedranın  dossenti  kimi  çalışmışdır. 
1944-
cü  ildə  tibb  elmləri  namizədi  dərəcəsi  almışdır. 
1947-
ci  ildə  “Vətən  müharibəsində  əməyə  görə”  medalı 
ilə,  1973
-
cü  ildə  “Səhiyyə  əlaçısı”  döş  nişanı  ilə  təltif 
edilmişdi.  1981
-
ci  ildə  Ləzifə  xanım  Əliyevaya 
“Azərbaycanın əməkdar həkimi” adı verilmişdir.
 
 
Dilbər Məmmədova 1916
-
cı ildə İrəvanda anadan 
olub. 
Orta  məktəbi  bitirdikdən  sonra  1932
-1934-
cü  illərdə 
Odessa  Elektrotexnika  İnstitutuna  Azərbaycan  SSR 
Rabitə  Nazirliyi  tərəfindən  oxumağa  göndərilib.  1940
-
cı 
ildə  ali  təhsilli  mütəxəssis,  uzun  illər  Bakı  Telefon 
Şəbəkəsində  baş  mühəndis  vəzifəsində  çalışıb,  sonra 
Bakı  Rabitə  Texni
-
kumunun  direktoru vəzifəsində çalışıb. 
Uzun  illər  əməli  fəaliyyətinə  görə  “Azərbaycan  SSR 
əməkdar rabitəçisi” fəxri adına layiq olmuşdur.
 
 
Tamerlan  Əziz  oğlu  Əliyev,1921
-
ci  ildə  Naxçıvanın 
Şahtaxtı  kəndində  anadan  olub.  1940
-
cı  ildə  Bakıda  176 
saylı  orta  məktəbi  bitirib. 1944
-
cü ildə isə Nərimanov adına 
Tibb  İnstitutunu  bitirib.  1969
-
cu  ildə  tibb  elmləri  doktoru 
alimlik  dərəcəsi  alıb.  1970
-
ci  ildə  professor  adına  layiq 
görülmüşdür. T.Ə. Əliyev 1945
-
ci ildə əmək fəaliyyətinə Ti
bb 
Universitetinin  “Daxili  xəstəliklər”  kafedrasında  başlamış, 
1970  -  1990-
cı illərdə həmin kafedranın müdi
-
ri vəzifəsində 
çalışmışdır. Azərbaycan Respublikasının Baş terapevti olub. 
Endokrinologiya,  diaqnostika  və  s.  sahələrdə  250
-
dən  çox 
elmi  əsərin,  o  cümlədən  12  mono
-
qrafiya  və  dərsliyin 
müəllifidir.  T.Ə.  Əliyev bir çox mükaf
-atlarla  - 
“Şərəf nişanı” 
ordeni,  Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri 
fərmanı,  “Səhiyyə  əlaçısı”  döş  nişanı  və  digər  mükafatlarla 
təltif  olunub.  Əməkdar  elm  xadimi,  Respublika  Dövlət 
Mükafatı  laureatı  olub.  Respub
-lika Endokrinologiya 
Cəmiyyətinin,  Tibb  Universitetinin  doktorluq  dissertasiyası 
müdafiəsi üzrə ixtisaslaşdırılmış
 
 
 
53
 

şuranın,  Azərbaycan  Respublikası  Səhiyyə  Nazirli
yinin 
terapiya  üzrə Attestasiya Komissiyasının sədri olmuşdur. 
1997-
ci ildə Bakıda vəfat etmişdir.
 
 
Zərifə  xanım  Əziz  qızı  Əliyeva  1923
-
cü  ildə  Naxçıvanın 
Şahtaxtı  kəndində  anadan  olub.  1947
-
ci  ildə  Azərbaycan 
Dövlət  Tibb  İnstitutunu  bitirdikdən  sonra  Azərbaycan  Elmi
-
Tədgigat  Oftalmologiya  institutunda  elmi  işçi  kimi  əmək 
fəaliyyətinə  başlayıb.  1959
-
cu  ildə  tibb  elmləri  namizədi, 
1976-
cı  ildə  isə  tibb  elmləri  doktoru  alimlik  dərəcələri 
almışdır.  1979
-
cu  ildə  professor  adına  layiq  görülmüşdür. 
Muasir oft
almologiyanın  problemlərinə  aid  bir  sıra  elmi 
əsərlərin müəllifidir. Zərifə xanım Ümumittifaq Oftolmolo
-glar 
Elmi  Cəmiyyəti Rəyasət Heyətinin üzvü olmuş, 1979
-
cu ildə 
Sovet 
Sülh 
Müdafiə 
komitəsinin, 
Azərbaycanın 
Oftalmologiya  Cəmiyyəti  İdarə  Heyyətinin  üzv
ü idi. 
Azərbaycan  Elmlər  Akademiyasının  həqiqi  üzvü  seçilmişdir, 
əməkdar  elm  xadimi  adına  layiq  görülmüşdür,  1980
-
ci  ildə 
M.İ.Averbax  mükafatı  laureatı  olmuşdur.  1981
-
ci  ildə  Zərifə 
Əliyeva  Russiya  Tibb  Elmləri  Akademiyasının  aka
-demiki 
seçilmişdir,  1983  ildən  isə  Azərbaycanın  Milli  Elmlər 
Akademiyasının  akademikidir.  Zərifə  Əliyeva  ulu  öndər 
Heydər  Əliyevin  həyat  yoldaşıdır.  Zərifə  xanım  ”Terapevtik 
oftalmologiya”,  “İridodiagnostikanın  əsaslari” kimi nadir elmi 
əsərlərin  müəlliflərindən  biri,  12monografiya
, 150-
yə  yaxın 
elmi  işin,  1  ixtira  və  12  səmərələşdirici  təklifin  müəllifidir. 
Zərifə  Əziz  qızı  Əliyeva  Azərbaycan  iridologiyasının  banisi 
idi  və  bu  sahədə  elmi  məktəb  yaratmışdır.  Zərifə  xanım 
1969-
cu  ildən  Əziz  Əliyev  adına  Azərbaycan  Həkimlərı 
Təkmilləşdirmə  İnstitutunda  göz  xəstəlikləri  kafedrasının 
docenti,  professoru,  görmə  organlarının  peşə  patologiyası 
laboratoriyasının  müdiri,  oftalmologiya  kafedrasının  müdi
-ri 
(1982-
1985)  vəzifələrində  calışmışdır.  Zərifə  Əliyeva 
Azərbaycanda  vaxtı  ilə  yayılmış  traxomanın  müalicəsi  ilə 
bağlı ciddi işlər görmüşdür. Akademik Zərifə xanım Əliyeva
 
 
 
54
 

1985ci ildə Moskva şəhərində vəfat edib, Bakıda Fəxri xi
-
yabanda dəfn olunub.
 
 
Gülarə  Əziz  qızı Əliyeva 1933
-
cü ildə Bakıda ana
-dan 
olub. 1941-
ci ildə birinci sinifə, həm də musiqi məktəbinə 
addım  atmışdır.  1950
-
ci  ildə  Ü.Hacıbəyov  adına 
Azərbaycan  Dövlət  Konservatoriyasının  fortepi
-
ano  və 
nəzəriyyə  fakültəsinə  daxil  olub.  1956
-
cı  ildə 
konservatoriyanı əla qiymətlərlə bitirib. Sonra Azərbaycan 
Elmlər  Akademiyasının  Heykəltaraşlıq  və  İncəsənət 
İnstitutunun  aspiranturasına  daxil  olub.  1966
-
cı  ildə 
“Bəstəkar 
F.Əmirovun 
yaradıcılığı” 
mövzusunda 
namizədlik  dissertasiyasını  müdafiə  edib.  Gülarə  Əliyeva 
1967-
ci  ildən 1989
-
cu ilə qədər M.Əliyev adına İncəsənət 
İnstitutunun  musiqi  kafedrasının  müdiri,  institut üzrə elmi 
şuranın üzvü, 1969
-
cu ildə dosent olmuşdur.
 
 
Əvvəlcə  Azteleradioda,  sonra  isə  S.Rüstəmov  adına 
xalq  çalğı  alətləri  orkestrində  konsertmeystr  işləmişdir. 
1968-
ci ildə “Dan 
ulduzu” kamera-
instrumental ansamblını 
yaradmış və ömrünün sonuna kimi bu ansamblın rəhbəri 
işləmişdir.  Gülarə  Əliyeva  “Şüştər”  rapsodiyası, 
“Hümayün”  süitası,”Bayatı
-
kürd”  və  “Şur”  fantaziyalarının 
müəllifidir. 
Gülarə 
Əliyeva 
Azərbaycan 
musiqi 
mədəniyyətini  ləyaqətlə  təmsil  etmişdir,  1977
-
ci  ildə 
“Azərbaycan  SSR  əməkdar  incəsənət  xadimi”  adı 
almışdır. O, 1991
-
ci ildə vəfat etmişdir.
 
 
Cəmil  Əziz  oğlu  Əliyev 1946
-
cı ildə Bakı şəhərində ana
-
dan olub.1968-
ci  ildə Azərbaycan Tibb institutunu bitirib və 
Həkimləri  Təkmilləşdirmə  İnstitutuna  təyinat  alarag  onkol
-
ogiya kafedrasında baş elmi laborant vəzifəsində fəalliyyətə 
başlayıb.  Ardıcıl  olarag,  1972
-1973-
cü  illərdə  onkologiya 
kafedrasında assistent işləyib.1971
-
ci ildən onkologiya üzrə 
xüsusi  kurs  keçdiyindən  19
73-1976-
cı  illərdə  elmi  iş  üzrə 
həm  də  cərrah
-
onkolog  işləyib,  həkim
-onkolog kimi 
ixtisaslaşıb. 1976
-1978-
ci illərdə Ümumittifag Onkoloji Elmi
 
 
 
55
 

Mərkəzində baş elmi işçi kimi fəalliyyət göstərib. 1973
-cü 
ildə  C.Əliyev  onkologiya  üzrə  namizədlik,  1978
-
ci  ildə 
SSRİ 
Tibb 
Elmləri 
Akademiyasında 
doktorlug 
dissertasiyası müdafiə etmişdir.
 
 
Azərbaycanda  elmi  kadrlar  hazırlığında  və  onkologiya 
üzrə məktəb yaratdığına görə 1988
-
ci ildə C.Əliyeva profes
-
sor elmi adı verilib. O, 10 dan cox monografiyanın (biri ingi
-
lis dilində nəşr edilib), Azərbaycanda və xaricdə cap edilmiş 
250-
dən  cox  elmi  məgalənin,  4  kəşvin  və  coxlu  yeniliyin 
müəllifidir.  .Azərbaycan Respublika Prezidenti yanında Tibb 
Elmləri  üzrə  Ali  Attestasiya  Komissiyası  Ekspert  Şurasının 
sədri  olmuşdur  (1994
-
1997).SSRİ  Tibb  EA
-
nın  N.İ.Petrov 
mükafatı  laureatı,  Russiya  Təbiyyət  EA
-
sı  və  Tibb  EA
-
nın 
həqiqi  üzvü,  Azərbaycan  Respublikasının  əməkdar  elm 
xadimi  (2000).1990  ildən  MOM
-
un  direktoru,Azərbaycan 
Respublik
ası  Səhiyyə  Nazirliyinin  baş  onkoloqudur.  Re
-
spublika Onkologlar Cəmiyyətinin, Səhiyyə Nazirliy
-
 
 
inin Onkologiya üzr
ə
 
Attestasiya Komisiyasının,
 
Milli
 
Onkologiya M
ə
rk
ə
zinin
 
dissertasiya
 
müdafi
ə
si
 
üzr
ə
 
ixtisaşlaşdırılmış elmi
 
şüranın sədridır.
 
2001-ci
 
ild
ə
n
 
Azərbaycanın  Milli  Elmlər  Akademiyasının  akademikidir. 
Hal  hazırda  Azərbaycan  Respublikası  Səhiyyə  Nazirliyi 
Milli Onkologiya Mərkəzinin direktorudur.
 
 
Şübhəsiz  ki,  Əziz  Əliyevin  kökü  üzərində  yüksələn 
övladlarının  pöhrələri  bu  gün  də  nəsil  ənənələrini 
layiqincə  davam  edirlər.  Əziz  Əliyevin  nəvəsi 
Respublikamızın  hörmətli  prezidenti  İlham  Əliyev 
Azərbaycanımızın  rifahı  və  çiçəklənməsi  üçün  əlindən 
gələni  əsirgəmir.  Onun  bacısı  Sevil  Əliyeva  Vətənimizin 
xaricdə  tanınması  üçün  geniş  təbliğat  aparır.  Sevil 
Əliyevanın  bəslədiyi  mahnıları  dünya  şöhrətli  mügənni 
Müslüm Maqomayev dərin hissiyatla ifa edərdi.
 
 
İlham Əliyevin üç övladı var 
– 
qızları Leyla xanım və Arzu
 
 
 
 
56
 

xanım,  oğlu  Heydər.  İlham  Əliyevin  həyat  yoldaşı 
Mehriban  xanım  Əliyeva  Heydər  Əliyev  Fondunun 
prezidenti,  millət  vəkili,  YUNESKO  və  İSESKO
-nun 
Xoşməramlı  səfiridir.  Leyla  xanım  Azərbaycanımızın 
tarixini,  ədəbiyyatını,  mu
-
siqisini,  rəssamlığını  ölkəmizin 
hüdudlarından  kənarda tanıdır.
 
 
Əminliklə  demək  olar  ki,  Azərbaycanımızı  Əliyevlər 
şəcərəsinin  layiqli  nümayəndələri  hər  zaman  yüksək 
zirvələrdə təmsil edəcəklər.
 
 
1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə