Burulqanli iR



Yüklə 5,22 Mb.
Pdf görüntüsü
səhifə6/9
tarix31.01.2017
ölçüsü5,22 Mb.
#6981
1   2   3   4   5   6   7   8   9

 
 
 
Sək.3: Q.Sultanovun doğum şəhadətnaməsi
 
 
Atam  Qəhrəman  Sultanov  müharibədən  qayıtdıqdan 
sonra, 1946-
cı  ildə  Əli  bəyin  qızı  Laçın  xanım  Qazıyeva 
(bibisi  Zivər  xanımın  qızı)  ilə  ailə  qurur.  Bu  hadisəni  böyük 
güzgülü zalda qohuml
arın  əhatəsində,  qrammafon  sədaları 
altında  keçirmişlər.  O  zaman  Nazlı  xanımın  7  yaşı  varmış, 
onun  hörüklərinə  böyük  ağ bant bağlamışdılar, bacısı Sima 
xanım  və  qardaşı  Məmməd  bəy  şənlənib  oynayırmışlar. 
Şənlik  mərasimini keçirəndə artıq güzgülü zal yerli hökumət 
tərəfindən  ermənilərə  verilmişdir.  1944
-
cü  ildə  emiqrant 
erməniləri  evimizin  içində  yerləşmişdilər.  Bir  günlük  öz 
evlərində  olan  güzgülü  zalda  toy  keçirilməsi  üçün  gəlmə 
ermənilərdən  icazə  almışdılar.  Nənəm  Fəxrisoltan  xanımın 
birinci  mərtəbədəki  balaca otağında biz bir neçə il yaşadıq. 

1953-
cu  ildə  Gəncəyə  köçürülənlərin  siyahısında bizim ailə 
də var idi. Evi satıb içindəki avadanlığı yığışdırıb və bu gün 

sabah köçməli idik.
 
 
Lakin  anam  Laçın  xanımın qəflətən ağır xəstəliyə du
-car 
olması  nəticəsində  atamın  bibisi(Fatma  xanımın)  oğlu 
Əhməd İbrahim oğlu Qazıyev Əzizbəyov küçəsində yerləşən 
evinin  bir  otağını  müvəqqəti  olaraq bizə vermişdir. 1954
-cü 
ilin mart ayında anam Laçın xanım rəhmətə getdi. Bu zaman 
mən  6  yaşımda, qardaşım Əziz isə 5 yaşında idi. Atam bizə 
baxmaqda  çətinlik  çəkdiyi  üçün,  qohumlarının  məsləhəti  ilə 
torpaq  sahibkarları,  bağçılıq və bostançılıqla məşğul olmuş, 
əmlakları  Sovetlər tərəfindən müsadirə olunmuş Rəhim bəy 
və  Zəhra  xanımın  qızları 

dul qadın Cəfərova Fatma xanım
 
(Matı) ilə ailə qurdu. Matı xanım
 
 
 
71
 

xalq  folklorunu  yaxşı  bilən,  adət  ənənələrimizi  qoruyan, 
əməksevər, mehriban, gülərüz bir azərbaycanlı qadını idi. 
Bizə  çox  qayğı  və  diqqət  yetirirdi,mən  qardaşımla  ona 
doğma ana kimi yanaşırdıq. Allah rəhmət eləsin.
 
 
1960-
cı  illər  idi.  Biz  yenə Təpəbaşıda yaşayırdıq. Ancaq 
V.Çkalov  küçəsi  ev  nömrə  40
-
da.  Bir  yay  günü  qardaşım 
Əziz qaça 

qaça əlində bir neçə güzgü parçası ilə içəri daxil 
oldu  və  dedi:  “Mama,  bax  mən  nə  gətirmişəm,  Əziz  bəyin 
evini  sökürlər,  uşaqlar  hamısı  Əziz  bəyin  həyətində  güzgü 
yığırlar,  məndə  bir  neçəsini  götürdüm”.  Anam  bilmir
-di 
ağlasın  yoxsa  Əzizə  cavab  versin.  Bir  az  susub  dedi:  “Bu 
sənin baban Əziz bəyin güzgülü zalının şüşələrindəndir”. Biz 
hamımız  məyus  olduq.  Beləliklə,  qədim  Azərbaycanın  bir 
yurdunun da izi Ermənistanda belə silindi.
 
 
V.Çkalov 43-
dəki  evin  həyətinin  sağ  tərəfində  yerləşən 
üzü  bağa  baxan  otaqların  altındakı  zirzəmidə  buzxana 
yerləşirdi.  Qışda  zirzəminin  qapısını  açıb  içini  su  ilə 
doldu-
rub  dondurardılar.  O,  zaman  soyuducu  olmadığına  görə, 
yayda  buzu  buz  baltası  ilə  sındırıb  meyvələri,  şərbətləri  və 
suları  soyudurdular.  Atamdan,  qohumlarımızdan,  İrəvan 
şəhəri  əhalisindən  eşitmişəm  ki,  Hacı  Məmməd  Ağanın 
cəbhəxanası  olub.  Burada  hərbi  sursat  hazırlayırdılar.  Hacı 
Məmməd Ağa rəhmətə gedəndən sonra ailə ənənələrini oğlu 
Əziz bəy davam etdirirdi. O, ildə beş nəfər imkansız ailələrin 
uşaqlarının  təhsil  haqqını  ödəyirmiş.  Novruz  bayramında 
qulluqçularına,  onların  ailələrinə  hədiyyələr,  təzə  paltar
-
ayaqqabı  bağışlayırdı.  Nazlı  xanımın  atası  Rəhim  bəy, atası 
Hacı  Məmməd  Ağanın  ölümü  ilə  əlaqədar  belə  bir  əhvalat 
danışırdı:  “Hacı  Məmməd  Ağa  rəhmətə  gedən  günü  onun 
yas  çadırının  üstünə  çoxlu  ağ  göyərçinlər  qonmuşdur  və 
yaşlı  nəsil  bu  hadisəni  o
nun çox xeyirxah in-
san olduğu ilə 
əlaqələndirirdi”.
 
 
2000-
ci  illərin  əvvəllərində  mən,  Nazlı  xanım  Xanbəyova 
(Sultanova) atamın əmisi qızı),  Fəridə xanım Mustafayeva
 
 
 
72
 

(atamın  bibisi  Fatma  Qazıyevanın  nəvəsi)  və
 
onun  oğlu 
Fuad  ilə  Arifə  xanım  Qazıyevanın  (anamın  xalası  Fatma 
Qazıyevanın  nəvəsi)  evlərində  görüşdük.  Azərbaycan 
Tarixi  Şəcərə  Cəmiyyətinin  (ATŞC)  üzvü olduğum üçün, 
cəmiyyətin  “Xəbərlər”i  məcmuəsində  öz  şəcərəm 
haqqında  məlumat  vermək  istəyirdim.Bəzi  məlumatları 
toplamaq və araşdırmaq üçün Arifə xanıma və onun həyat 
yoldaşı 
– 
filologiya  elmləri  namizədi  Yusif  müəllim 
Ramazanova  müraciət  etdim.  Arifə  xanım  Qazıyevlərin, 
Qədimbəyovların,  İsmayılovların  və  nənəm  Fəxrisoltan 
xanım  Qacar  haqqında  xatirələrini  danışdı.  Çay  süfrəsi 
açdılar, masanın üstündəki Polşa istehsalı olan qəndqabı 
var  idi.  Arifə  xanım  danışırdı  ki,  bu  qəndqabını  və  Yusif 
müəllimə  gümüşdən  portsiqarı,  Fəxrisoltan  xanım,  onlar 
evlənəndə  bağışlamışdır.  Onların  yaddaşında  nənəm 
hündürboylu, 
ağ kəlağayılı  bir qadın kimi qalmışdır.
 
 
Atam Qəhrəman Sultanov və bibim Fəxridövlət xanımdan 
anaları  şahzadə  Fəxrisoltan  haqqında  ailədə  maraqlı 
söhbətlər  eşitmişəm.  Şahzadə  xanım  Fəxrisoltan  1880
-ci 
ildə  Şuşa  şəhərində  anadan  olmuşdur.  Onun  atası,  Fətəli
 
şahın  nəticəsi,  Abbas Mirzənin nəvəsi, Azərbaycanın Valisi, 
İran  ordusunun  baş  komandanı,  İran  şahzadəsi,  İran  şahı 
Ağa  Məhəmməd  şahın  doğma  qardaşı  Bəhman  Mirzənin 
oğlu  şahzadə  Şahruh  Mirzə  Qacar 1844
-
cü ildə sentyabrın 
15-
də  İranda  anadan  olmuşdur.  Rusiya  təbəəliyini  qəbul 
etdiyi  zamandan,  adlarından  sonra  “Mirzə”  sözü  yazılaraq 
Bəhman  Mirzənin  və  onun  nəslinin  Rusi
-
yada  “İran 
şahzadələri”  titulu  saxlanılmışdır.(31)  Bəhman  Mirzənin  16 
arvadından 31 oğlu və 32 qızı var idi.
 
 
 

 
 
 
Sək.40: Şaxrux Mirzə
 
 
Oğlanlarının  əksəriyyəti  rus  ordusunda  xidmət  edirdilər. 
Qızları  isə mütləq olaraq ev təhsili, məktəblərdə və
 
 

 
73
 

mədrəsələrdə  təhsil  almışdılar.  Bu  günə  kimi  Bəhman 
Mirzənin  oğullarından  səkkizinin  general  olması 
müəyyənləşdirilmişdir:
 
 
1. 
Şəfi xan 
 
 
2. 
Feyzulla Mirzə 
 
 
3. 
Rza Qulu Mirzə 
 
 
4. 
Əkbər Mirzə 
 
 
5. 
Əmir Kazım Mirzə 
 
 
6. 
Məhəmməd Mirzə 
 
 
7. 
Mahmud Mirzə 
 
 
8. 
Əmənulla Mirzə 
 
 
Saray  çəkişmələri,  vəzir  Hacı Mirzə Ağasiyənin fitnə
-
fəsadı  və  böhtanları  nəticəsində  Bəhman  Mirzə  qardaşı 
Ağa  Məhəmməd  şah  Qacarla  anlaşa  bilmədiyi  üçün 
Şuşaya köçmüşdür.
 
 
Şahruh Mirzə Qacarın oğlanları Kamran Mirzə, Ca
-mal 
Mirzə,  Darab  Mirzə,  Qəhrəman  Mirzə,  qızları  isə 
Fəxrisoltan  xanım,  Tacülmülk  xanım  və  Nimtac  xanım 
olublar.  Kamran  Mirzənin  qızı  Mahruh  xanım  tanınmış 
tədqiqatçı
-
jurnalist  Şəmistan  Nəzirli  ilə  görüşlərin  birində 
belə məlumat vermişdi: “Babam Şahrux Mirzə 1915
-
ci ildə 
Cəbrayıl  qəzasında  vəfat  edib  və  orada  dəfn  olunub. 
Şahzadə olduğuna və orduda uzun müddət nümunəvi
 
 
xidm
ə
tin
ə
 gör
ə
 
Qafqaz canişini
 
C
əbrayıl qəzasını ona
 
h
ə
diyy
ə
 
etmişdir”.
 
 
 
 
 
 
 
 
 

 
 
S
ə
k.49: Maxrux Qacar
 
Mahruh xanımın  atası
 
sahzad
ə
 
Kamran Mirz
ə
 
doqquz il Üçkils
ə
nin (indiki
 
Eçmi
ə
dzinin)
 
b
ə
l
ə
diyy
ə
  r
ə
isi
 
olub. Anası
 
M
ə
hb
əyim xanım Cavanşir
 
n
ə
slind
ə
ndir.
 
Mahruh 
xanım
 
evind
ə
 
saxladığı
 
ulu babası sahzadə
 
 
 
74
 

Mirz
ə
 B
ə
hm
ə
n
 
Qacarın
 
“Şə
h
ənşahı İran
-ibni s
ə
lt
ə
n
ə
ti
 
Az
ə
rbaycan”
 
portretini
 
müzey
ə
 
bağışlamışdır. Hə
min
 
şəkili Con Nazoli fransız
 
s
ə
yyah - r
əssamı çəkmişdir. O,
 
həmçinin qızıl sapla tikilmiş süzənini, kəşkülü, tirmə şalı,
 
 
ə
br
ə
 
şalı və
 
babasından yadigar
 
qalan
 
dig
ə
r
 
qiym
ə
tli
 
əşyaları  muzeyə
 h
ə
diyy
ə
 
etmişdir. Mahruh
 
xanımın
 
n
ə
v
ə
l
ə
ri, Arif b
ə
y v
ə
 
İrina xanım
 
oğulları
 
Kamran Qacar
 
və  Darab  Qacar  xaricdə  işləyirlər,  ali  təhsillidilər. 
Kamranın və Leylanın  oğulları Şahruhun 6 yaşı var.
 
 
Xatırladım  ki,  ermənilər  Üçkilsənin  adını  dəyişib 
Eçmiədzin adlandırlar. Lakin bu söz də türk mənşəlidir və 
Üç Müədzin deməkdir.
 
 
 
 
 
 
Sək.41: Bəhmən Mirzə
 
 
Bəhmən Mirzə haqqında kiçik arayış vermək istəyirəm. 
O, 1811-
ci  ilin  oktyabrın  11
-
də  Tehranda  anadan  olub. 
Anası Asiya xanım Qacar Dəvəli olmuşdur.Bəhman Mirzə 
23  yaşında  Bərucərdin  hakimi,  otuz  yaşında  isə  Cənubi 
Azərbaycanın  qeneral
-
qubernatoru  təyin  olunur. İran şahı 

Ağa Məhəmməd şah Qacarın vəziri Mirzə Ağası Bəhmən 
Mirzəni  qardaşı,  İran  şahı  Ağa  Məhəmməd  şah  Qacarın 
gözündən  salmağa  müvəffəq olduğundan Bəhmən Mirzə 
ölkədən  qaçmaq  məcburiyyətində  qalır.  O,  Bakı  və 
Şamaxıdan keçərək Tiflisə gəlir. Az sonra onun 7 xanımı 
və  19  övladı  İrandan  Naxcıvanı  kecərək  Tiflisə  catır. 
Təbrizdən  onun  xəzinəsi,  ən  əsası  isə həmin dövr üçün 
çox  zəngin  olan  əlyazmalardan  ibarət  kitabxanası  Tiflisə 
çatdırılır.  Bəzi  məlumatlara  görə, kitabxananın daşınması 
üçün 95 dəvə tələb olunub.
 
 
Rusiya  imperatoru  Bəhmən  Mirzəni  himayədarlıqa 
götürür, ona ildə 6000 çervon təqaüd təyin edir və istənilən 
yerdə  yaşamağı  təklif  edir.  Bəhmən  Mirzə  Şuşanı  seçir. 
1851-
ci ildə oktyabrın 4
-
də Bəhman Mirzə Şuşaya köcür
 
 
 
75
 

və  burda  şahzadə,  Çanaxgala yaxınlığında saray tik
-dirir. 
Bəhman  Mirzənin  karvan
-
sarayı  1905  ildə  erməni
-
azərbaycan  münagişələri  zamanı  ermənilər  tərəfindən 
yandırılmışdır.  Bəhmən  Mirzə  bir  neçə  tarixi  əsərlərin 
müəllifidir.  Onun  “Təzgireyi  Məhəmmədşah”  (1832)  və 
“Şükürnameyi  Şahinşah”  (1871)  kitabları  Azərbaycan 
Əlyazmalar  İnstitutunda  saxlanılır.  Burada  onun  əlyazma 
şəklində digər əsərləri qorunur. Bəhmən Mirzənin tapşırığı 
ilə  Əbdüllətif  Təsuci  “Min  bir  gecə”ni  ərəb  dilindən 
tərcümə
 
edir. İlk dəfə kitab 1845
-
ci ildə Təbrizdə çap olu
-
 
 
nur. B
ə
hm
ə
n
 
Mirz
ə
 
Şuşada
 
“M
ə
clisi üns”
 
v
ə
 “M
ə
clisi
 
f
əramuşan” ə
d
əbi yığıncaqlarda  iştirakilə
 
özünü orta 
ə
sr
 
poeziyasının
 
mahir bilicisi kimi tanıtdırmışdır.
 
Şahzadə
 B
ə
hm
ə
n
 
Mirz
ə
 
1884-cü
 
il
 
fevralın 
11-
 
d
ə
  
Şuşada
 
v
ə
fat
 
edib, B
ə
rd
ə
d
ə
 
“İbrahim mə
scidi”nin
 
yaxınlığında  hə
l
ə
 
sağlığında  tikdirdiyi
 
m
ə
qb
ə
r
ə
d
ə
 d
ə
fn
 
olunmub.  Şahzadə  Bəhmən Mirzə 63 övladının hamısına 
təhsil vermişdir.
 
 
Qacar nəslinin nümayəndələrinin həyat və fəaliyyətinin 
araşdırılmasına  “Azərbaycan  Tarixi Şəcərə Cəmiyyətinin” 
sədri  MEA  müxbir
-
üzvü Çinqiz Qacar, cəmiyyətin üzvləri 
Eldar İsmayılov və Kamran Qacar dəyərli töhfə vermişlər.
 
 
Şahruh  Mirzə  şuşalı  Fəxrundəbəyim  xanım  ilə  ailə 
qurmuşdur.  1909
-
cu  ildə  Cəbrayılda  vəfat  etmişdir. 
Nənəm  Fəxrisoltan  Şahrux  qızının  qardaşları:  Kamran 
Mirzə,  Da
-
rab  Mirzə,  Camal  Mirzə,  Qəhrəman  Mirzə. 
Bacıları:  Tacül
-
mülk  xanım  və  Nimtac  xanım  olubdur. 
Babam  Əziz bəy Sultanov Hacı Məmməd Abdulla Sultan 
oğlu,  nənəmin  qardaşı  Kamran  Mirzə  Qacarla  (1866
-
19
35)  dost  imişlər.  Kamran  Mirzə  İrəvan  quberniyasının 
Sürməli  qəzasında  9  il  distansion  rəis  və  Eçmiədzin 
(Üçkilsə) siyasi idarəsində tərcüməçi işləmişdir.
 
 
 
 
 
76
 

 
 
 
Sək.42: soldan sağa oturublar 
– 
Kamran Mirzə 
Qa-car, 
onun  həyat  yoldaşı  Məhbəyim  x.  cabanşir,  bacısı 
Fəxrisultan x., bacısının həyat yoldaşı Əziz bəy Sultanav, 
dayanıblar 
– 
Camal Mirzə və Darab Mirzə
 
 
 

Əziz bəy dostu Kamran Mirzənin bacısı ilə ailə qurur və 
dostluqları  qohumluğa  çevrilir.  Bibim  Fəxridövlət  xanım 
eşitdiklərindən  belə  danışardı.  Əziz  bəy  Fəxrisoltan 
xanımı  Şuşadan  faytonla,  atlı  kazaklar  dəstəsinin 
mühafizəsi  ilə  gətirmişdir.  Kazaklar  Kamran  Mirzənin 
tapşırığı  ilə  faytonu  İrəvana  kimi  müşayiət  etmişdilər. 
Təpəbaşında  yerləşən  evlərinə  aparan  küçə  xalılarla 
örtülmüşdür,  təzə  bəy  ilə  gəlinin  faytonu  bu  xalılar 
üzərindən  keçmişdir,  məhəllənin  sakinləri  toy  faytonunu 
sevinc və musiqi ilə qarşılamışdılar. Hacı Məhəmməd ağa 
böyük oğlu Əziz bəyə çox təmtəraqlı toy etmişdi.
 
 
Təpəbaşının  aşağı  tərəfindən  yuxarısına  .məscidin 
yanına  kimi  mən  məktəbdən  evə  qayıdanda  gündə 
pillələri sayırdım
-
düz yüz pilləsi var idi. Bu pillələri 1950
-ci 
illərdə  düzəltmişdilər.  Nənəmi  gətirən  fayton  aşağıdan 
yuxarı  Təpəbaşı  məscidinin  yanından  sola  dönüb  düz 
Hacı
 
Məmməd  ağa  Sultanovun  mülkünə  çatdırılmışdır. 
Nənəmin  və  babamın  4  övladları  olur:  Qəhrəman  Mirzə, 
Zinyyət xanım, Süleyman Mirzə və Fəxridövlət xanım.
 
 
Sultanov  Qəhrəman  Mirzə  oğlu  1902
-
ci  ildə  İrəvanda 
anadan olmuşdur.
 
 
 
 
 
 
 
 
Atam  İrəvan  gimnaziyasında  təhsil  almışdır.  Atam 
danışırdı  ki, utancaq bir uşaq imiş. Əziz bəy ildə bir dəfə
 
 
 
77
 

bütün  qohumlarını  bir  yerə  toplayıb  qonaqlıq  verərdi  ki, 
on-lar bir-
birini  unutmasınlar.  Oğlu  Qəhrəmanı  onlara 
təqdim  etmək  istəyəndə  atam  utandığından  qaçıb ağaca 
çıxarmış  və  çox  xahişlərdən  sonra  o,  qonaqlarla  gəlib 
görüşərmiş.  Atam  müharibədən  qayıtdıqdan  sonra 
təqaüdə  çıxana  qədər  İrəvan  şəhəri  Baş  Avtonəqliyyat 
Bazasında təchizat müdiri işləmişdir.
 
 
İkinci  cahan  müharibəsində,
 
Krım  döyüşlərində atam 
yaralanıb,  hərbi  hospitalda  yarası  sağalandan  sonra 
döyüşlərlə  Almaniyaya  kimi  getmişdir.  Müharibə  ilə 
əlaqədar  atamın  danışdığı  əhvalatlardan  birini  diqqətinizə 
çatdırmaq  istərdim.  Cəbhəyə  aparılan  döyüşçüləri 
hazırlamaq  üçün  onlara  avtomat  və  tüfəngdən  necə 
istifadə  olunmasını,  sursatın  açıb  yığılmasını  öyrədirdilər. 
Azərbaycanlı  ca
-
van  əsgərlər  rus  dilini  bilmədikləri  üçün 
bu dərsləri çətin qavrayırdılar.
 
 
Yoxlama imtahanlarında tapşırıqları yerinə yetirmədikləri
 
 
üçün
 
onları  
c
əzalandırılırdılar,   hə
tta
 
güll
ə
l
ə
yirdil
ə
r.
 
Atam
 
rus dilini mük
ə
mm
ə
l bildiyi üçün
 
komandir
ə
 
yaxınlaşıb  azərbaycanlı  hərbiçilərin  hazırlığına  köməklik 
göstərilməsini  xahiş  edir.  Komandir  razılıq  verir  və atam 
azərbaycan  oğullarının  hərbi  sirrə  yiyələnməsini  öyrədir. 
Bu  bir  çoxlarının  cəzadan  və  ölümdən  yaxalarını 
qurtarmışdır.  Bu əhvalatdan sonra həmyerlilərimiz atama 
məktubun  ünvanını  yazmaq,  ya  da  onları  narahat  edən 
məsələ  ilə  hər  zaman  müraciət  edərmişlər  və  atam 
onlardan köməyini əsirgəmirmiş.
 
 
Yerevanda atamla şəhərə çıxanda bir çoxları papaqlarını 
çıxarıb  atam  ilə  salamlaşırdılar.  Mən  çox  təccüblənirdim: 
“Nəyə  görə  atam  ilə  belə  görüşürlər?” Öz yaxşı əməlləri ilə 
tanınmış  şəhər  əhalisinin  hörmətini  qazanmış  zadəgan 
ailəsinin nümayəndəsini həmşəhərliləri belə salamlayırdılar.
 
 
 
 
 
 
78
 

 
 
Sək.47: Qəhraman və Fatma x. Sultanovlar
 
 
Atam  Qəhrəman  Mirzə  belə  bir  hadisəni  uşaqlıq 
xatirələrindən  danışardı.  İrəvan  şəhər  sakini, bir xanım (adı 
yadımda  qalmayıb)
 
bir  məsələ  ilə  bağlı  Fəxrisoltan  xanıma 
müraciət  edir.  Bu  qadının  həyat  yoldaşı  anlaşılmazlıq 
səbəbindən  Üçkilsə  polisi  tərəfindən  tutulmuşdu  və  Sibirə 
göndərilməsi ehtimalı var idi. Bu məsələni aydınlaşdırmaq və 
həyat  yoldaşının  günahsız  olmasının  sübuta
 
yetirilməsini 
nənəmdən  xahiş  edirdi.  Nənəm  əhvalatı  babam  Əziz  bəyə 
danışır  və  onlar  qərara  gəlirlər  ki,  Üçkilsəyə  Kam
-ran 
Mirzənin yanına gedib onunla görüşüb bu məsələyə aydınlıq 
gətirməyinə kömək etməsini xahiş etsinlər.
 
 
Atam  danışardı  ki,  onun  6
-
7  yaşı  olardı,  bacısı  Zinyət 
xanımın  isə  4
-
5  yaşı.  Əziz  bəy  mehtərə tapşırıq verir ki, səhərə 
atları  hazırlasın.  Balaca  Qəhrəman  və  Zinyət,  dayıları  ilə 
görüşməklərinə  və  faytonla  Üçkilsəyə  getməklərinə  çox 
sevinirdilər.  Kamran  Mirzə  Qacarla  görüşdükdən  son
-ra o, 
müdaxilə  edir  və  işə  ədalətlə  baxılmasını  tapşırır.  Şikayətçinin 

günahsız  olduğunu  və  anlaşılmazlıq  üzündən  tutulduğu  üçün, 
azad  edirlər.  Bir  neçə  müddət  keçdikdən  sonra  həmin insan öz 
həyat  yoldaşı  ilə  öz  minnətdarlıqlarını  bildirməyə  Əziz  bəy  və 
Fəxrisoltan xanımın  evlərinə  gəlirlər.
 
 
Onlar uşaqlara 

Zinyət xanım və Qəhrəman Mirzəyə na
-
dir cinsdən bir xoruz və bir toyuq hədiyyə gətirirlər. Uşaqları 
bu  hədiyyə  hədsiz  dərəcədə  sevindirir.  Onlar  hədiyyə 
olunmuş  quşlara  dən,
 
su  verib  qayğılarını  çəkirlərmiş.  Biz 
balaca olanda atam bu əhvalatı evdə tez
-
tez danışardı.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
Sək.44:  oturublar 

Fəxridövlət  x.  Qubuşova  və 
Qəhraman  Sultanov,  dayanıblar 
– 
Zinyət x. Sultanova və 
Meşə Muxtar Qubuşov, Maxcamal (əlində gül)
 
 
 
 
 
 

Yeri  gəlmişkən,  qeyd  etmək  lazımdır ki, İrəvan xanlığının 
bəzi bölgələrində xeyli kürd əhalisi yaşayırdı. Onlar
 
 
 
79
 

əsasən  maldarlıqla  məşğul  olurdular.  Atamın  danışdığı  bir 
əhvalatla  oxucularla  bölüşmək  istəyirəm.  Yay  günlərinin 
birində  atam  şəhər  bazarındakı  bərbərxanada  üzünü 
qırxdırırdı.  Bu  zaman  iki  ermənin  söhbətinin  şahidi  olur. 
Onlar danışırdılar ki, bir kürd bazara satmağa çoxlu mal
-qara 
gətirib,  qayıdan  baş  onu  soymaq  lazımdır.  Söhbət  atamı 
məyus  edir  və  o,  eşitdiyi  sözləri  həmin  kürdə  çatdırır. 
Ermənilərin  məkrli  niyyətindən  xəbərdar  olan  kürd  ozünü 
sığortalayır və sağ
-
salamat evinə qayıdır. Bir müddər son
-ra 
həmin kürd Yerevana gəlir, atamı tapır və minnətdarliq rəmzi 
olaraq atama bir ç
oban iti küçüyü bağışlayır.
 
 
Atam  danısardı  ki,  iti  zəncirlə  bağlayıb  uzun  ipdən 
kecirmişdilər.  Adını  “Bəh
-
bəh”  qoymuşdular.  Bəh
-
bəh  bağı 
və evi kənar adamlardan goruyurdu. Günlərin bir günü atam 
evə  qayıdanda  görür  ki, Bəh
-
bəh zəncirdən açılıb, həyətdə 
gəzir,  evdəkiləri  çölə  çıxmağa  qoymur.  Atam  Bəh
-
bəhi  nə 
qədər çağırırsa, it yaxına gəlmir və atama da qəzəblə hürür. 
Atam  çarəsiz  qalıb  milisə  müraciət  edir  ki,  gəlib  iti 
öldürsünlər.  Atam  milis  nəfərindən  xahiş  edir  gülləni  itin 
başından  vursun ki, Bəh
-
bəh əziyyətsiz ölsün. Milis belə də 
edir. Sonra bəlli oldu ki, it quduzlaşıb.
 
 
Atamla  Matı  xanım  ailə  qurduqdan  sonra  nənəm 
Fəxrisoltanla əlaqədar o, belə bir hadisə danışdı. Təxminən 
hardasa 1944-
cü  il  olardı,  məhərrəmlik  günlərinin  birində 
Matı  xanım  məsciddən  evə  qayıdırmış.  O,  da  Təpəbaşıda 
yaşayırdı.  Yolda  nənəm  Fəxrisoltanla  söhbətləşib  qonşu 
olduqlarını biliblər. Matı xanım nənəmlə dostlaşıb, biləndə ki, 
nənəmin oğulları Qəhrəman bəy və Suleyman bəy müharibə 
iştirakçılarıdır,  qızları  Zinyət  xanım  və  Fəxridövlət  Gəncədə 
ərdədilər, o, vaxtaşırı nənəmi yoluxurmuş.
 
 
Bir  dəfə  Fəxrisoltan  xanıma  dəyməyə  gedəndə  armud 
aparır.  Soyuqdəyməli,  yüksək  hərarətlə  xəstə  yatdığını 
görür. Fəxrisoltan xanımla bir həyətdə yaşayan qaynı Rəhim 
bəy və onun həyat yoldaşı Nazirə xanım onu diqqət
 
 
 
80
 

mərkəzində saxlayarmışlar. Matı xanım evə qayıdır və səhər 
bir  qucaq  odun  da  götürüb  Şahzadə  xanıma  baş çəkməyə 
gedir.  Evə  yaxınlaşanda  görür  ki,  küçə  adamlarla  doludur, 
iynə atsan yerə düşməz. İçəriyə həyətə keçir və başa düşür 
ki,  Fəxrisoltan  xanım  rəhmətə  gedib.  Fəxrisoltan  xanımı 
axırıncı mənzilə yola salmağa bütün İrəvan əhalisi gəlmişdi o 
zaman yerli əhali olan azərbaycanlılar öz şəhərlərindən hələ 
köçürülməmişdilər  və  onu  hörmətlə,
 
ehtiramla  yoldaşı  Əziz 
bəyin yanında dəfn etdilər.
 
 
Mənə atamın anası, nənəm şahzadə xanım Fəxrisoltan 
Şahrux  qızı  Qacarı  görmək  nəsib  olmamışdı,  lakin  onu 
görüb tanıyanların yaddaşında o xeyirxah və mehriban bir 
insan kimi qalmışdır. Şahzadə xanım Matı xanıma həmişə 
deyərmiş  kaş  sənin  kimi  deyib
-
gülən  qoçaq  bir  gəlinim 
olaydı. Fəxrisoltan xanım Matı xanıma bir samovaraltı mis 
məcməyi  bağışlamışdı  və  tapşırmışdı  ki,  bu  məcməyini 
silib  parıldadanda  ona  gül  vursun.  Gül  vurmaq  baş 
barmaqla  naxış  vurmaq  idi.  Bu  əhvalatı  sonralar  Matı 
xanım mənə danışardı və həmin məcməyiyə gül vuranda 
mənə deyərdi ki, mən də gül vurum.
 
 
1953-
cü  ildə  anam  Laçın  xanım  xəstələnəndə  atam 
məni  Bakıya,  Həqiqət  xalamın  yanına  göndərmışdi. 
Mənim saçım sarışın olduğu üçün mənə “sarı saçlı qız” da 
deyirdilər.  Bir  müddət  Bakıda  xalamın  yanında  qaldıqdan 
sonra atam dalımca gəlib məni Yerevana gətirdi.
 
 
Mən  məktəbə  gedəndə  artıq  hardasa  1954
-cü ilin 
oktyabr ayı olardı. Həqiqət xalam, mənim sənədlərimi rus 
məktəbinə  vermişdi.  Yerevana  köçürülmə  yolu  ilə 
gəlmişdim.  M.Qorki  adına  məktəbin  1
-
ci  sinfinə  getdim. 
1955-
ci  il  Yerevanda  bir  may  bayramında  atam  məni 
çiyninə alıb, şəhəri gəzə
-
gəzə nə isə danışırdı. O deyirdi: 
“Anan Laçın xanım xəstədir və sanatoriyada müalicə alır. 
Hələlik  bizim  qeydimizə  Matı  xanım  qalacaqdır,  hansı  ki, 
biz həmin xanımın yanına gedirik”.
 
 
 
81
 

Matı xanımla ilk görüşümüz səmimi və isti keçdi. O, mənə 
donluq parça hədiyyə etdi. Parçanın ətəyində dovşan, top və 
təbil  şəkilləri  var  idi.  Sonra  onunla  birlikdə  dərziyə  gedib 
mənə  don  tikdirdik.  Dərs  ilinin  sonunda  valideynlərim məni 
T.Şevçenko adına 42 saylı məktəbə köçürtdülər. Oxuduğum 
məktəbdə  şagirdlər  əsasən  erməni  milliyətindən  idilər,  bir 
neçə  rus  hərbçi  ailələrinin  uşaqları  da  bu  məktəbdə  təhsil 
alırdılar.  Ermənilər  bizi  təhqir  etmək  istəyəndə  “türk,  türki 
lamuk”  – 
“türk,  türklərin  qalıqları”  sözlərini  işlədirdilər.  Sinif 
yoldaşım Ara mənim arxamda otururdu, mənə “türk”deyərək, 
“nə  vaxt  burdan  yox  olacaqsınız?”  deyir
-
di.  Məktəbdə

çıxanda çox zaman başqa sinifin uşaqları dalımca “türk
-türk” 
deyərək  gəlirdilər,  uzun  belimdən  aşağı  düşən  hörüklərimi 
dartmaq istəyirdilər.
 
 
Lakin  atam  məni  öyrətmişdi  ki,  erməniləri  yaxına  burax
-
ma  və  hücumu  birinci  sən  et.  Mən  həmişə  özümü  müdafiə 
üçü
n  çantamı  dəbilqə  kimi  hazır vəziyyətdə saxlayırdım. Ən 
dəhşətli  gün  aprel  ayının  24
-
də  olurdu.  Onsuzda  küçədə, 
şəhərdə  biz  öz  dilimizdə  danışmaqdan  məhrum  idik,  çünki 
ermənilər  öz  dillərindən  başqa  dildə  danışanları  təqib 
edirdilər. 
Qondarma 
soyqırımı  günü  ümumiyyətlə 
azərbaycanlılar  çalışırdılar  evlərindən  çıxmasınlar,  onlar 
münaqişədən, xəsarət almaqdan, təqiblərdən çəkinirdilər.
 
 
Azərbaycanlılar,  türklər  haqqında  Ermənistan  radio
-
sunda, televiziyasında heç bir xoşa gələn söz eşitmirdim. 
Doğma  Bakıya  köçdükdən  sonra  mənim  gözlərim 
açılmağa  başladı.  Mən  gördüm  ki,  burada  ermənilər 
sərbəst  yaşayırlar,  öz  doğma  dillərində  harda  istəsən 
danışır,  yaxşı  vəzifələrdə  işləyirlər,  azərbaycan ailələrinin 
gəlinləri  ol
-
urlar,  ali  məktəblərdə  təhsil  alırlar  və  onlara 

gözün  üstə  qaşın  var” deyən yoxdu. Mən başa düşdüm 
ki, bu sovet imperiyasının  siyasətinin nəticələridir.
 
 
Mən azərbaycanlı, türk olmağımdan qürur, fəxr hissləri 
keçirirəm. Biz böyük bir türk millətiyik. Oğru elə bilər
 
 
 
82
 

hamı  oğrudur,  doğru  elə  bilər  hamı  doğrudur,  ermənilər 
də  Azərbaycana  qarşı  bir  çox  oğurluqlar  (torpaq,  folklor, 
incəsənət,  mahnı,  oyun  havaları,  mətbəx,  söz,  toponim 
və.s ) ediblər.
 
 
Yüklə 5,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin