Burulqanli iR


Sək.67: Ş.Qazıyev. “Qaçqınlar”



Yüklə 5,22 Mb.
Pdf görüntüsü
səhifə2/9
tarix31.01.2017
ölçüsü5,22 Mb.
#6981
1   2   3   4   5   6   7   8   9

 
Sək.67: Ş.Qazıyev. “Qaçqınlar”
 
 
1905-1906-
cı  il  Bakıdakı  erməni
-
azərbaycan münaqişəsi 
dalğalanaraq  Şuşaya,  Zəngəzura,  İrəvana,  Naxçıvana, 
Ordubada, Eçmiədzinə, Cavanşir və Qazax qəzalarına çatdı. 
M.S.Ordubadi bu hadisələr haqqında 80 il qadağa qoyulmuş 
özünün  “Qanlı  sənələr”
 
kitabında  geniş  məlumat  vermişdir. 
Minlərlə  azərbaycanlı  öz  yaşayış  yerlərindən  qovulmuş, 
qaçqın  düşmüş,  kütləvi  şəkildə  öldürülmüşdür.  Erməni 
daşnaqları  nəyin  bahasına  olursa  olsun  muxtariyyət  və 
özünüidarəetmə əldə etmək istəyirdilər.
 
 
“Kavkazski kalend
ar” ın 1908
-
ci il nəşrində göstərilir ki, 
İrəvan  quberniyasında  1999  kənd,  15155  təsərrüfat 
dağıntılara  məruz  qalmış,  100  625  nəfər  müsəlman 
əhalisi daşnaqların hücumu nəticəsində yaşadıqları yerləri 
tərk etmişdir.
 

 
 
Sək.2: 1818
-
ci il İrəvan Xanlığının 
demoqrafik 
göstəriciləri
 
 
Zaqafqaziyada üç suveren respublika - 
Azərbaycan, 
Gürcüstan və Ermənistan yarandıqdan sonra Ermənistan 
beynəlxalq  təşkilatlar  qarşısında  “Böyük  Ermənistan” 
yaradılması  üçün  Gürcüstanın  və  Azərbaycan  torpaqları 
hesabına  öz  sərhədlərinin  təyin  olunması  məsələsini 
ortaya  qoydu.  Hər  dəfə  hökumətin  dəyişilməsi  və 
müharibələrin  olmasından  istifadə  edərək Ermənistan öz 
dövlət  sərhədlərini  genişləndirirdi.  I  Cahan müharibəsinin 
qurtarması  ilə,  böyük  dövlətlər  erməniləri  Türkiyəyə, 
Sovet Ru
siyasına  və  Zaqafqaziyayada  (  Azərbaycan  və 
Gür-
çüstana) qarşı dəstək görürdülər.
 
 
1918-
ci  ildə  İrəvan  quberniyası  ərazisində  Ermənistan 
Respublikası  yaradıldı.  Əhalisi1,5  milyon  olan  İrəvan 
quberniyasının 1/3 hissəsini Türkiyə və İrandan köçürülmüş
 
 
 
15
 

ermənilər  təşkil  edirdilər.  Bununla  qane  olmayan 
ermənilər  Gürcüstanın  Borçalı  və  Axalkalaki  torpaqlarına 
id-
dia  edirdilər,  Azərbaycanın  tərkibində  olan  Naxçıvan 
torpaqlarına da iddia edirdilər.
 
 
Həmin il Andranik Zəngəzura girib azərbaycanlılara ul
-
timatum verdi: “ya torpaqları tərk etməlisiniz, ya da sizləri
 
 
ölüm gözl
ə
yir”.
 
M
əlumatına  görə
, 1918-
ci ilin yayında
 
Z
ə
ng
ə
zurda
 
az
ərbaycanlıların  yaşadıqları  115 kə
nd
 
dağıdılmış, 7000 nəfərdən çox insan öldürülmüş, 50 min isə 
Zəngəzuru  tərk  etmişdir.  1920
-
ci  ildə  İrəvan  quberniyası 
hesabına (əvvəlki İrəvan xanlığı) yaradılmış Ermənistan
 
 
Respublikasına 1921
-
ci ildə Azərbaycandan  alınmış
 
 
Zəngəzur da birləşdirilmişdir. [2]
 
 
1918-
ci ilin may ayından 
1920-
ci ilin noyabr ayına kimi 
erməni  daşnaq  hökuməti  idarəetmə  müddətində 
azərbaycanlı əhalisinin 60%
-
i məhv etmişdir. [9]
 
 
Erməni  quldur  dəstələrinin  Göycə  gölünün  şimal 
sərhədlərindəki  azərbaycan  əhalisinin  qırıb  öldürülməsi 
fəaliyyəti 
haqqında 
erməni 
rəhbərlərindən 
biri 
Q.Muradyan  belə  yazır:  “Bizim  hökumətimizin  aldığı 
qərarlar  nəticəsində  Toxluca, Ağbulaq, Ardanış və başqa 
kəndlərin  əhalisi  Ermənistan  hüdudlarını  tərk  ediblər.  Bir 
neçə  pişik  və  itin  qəribə  ulaşmasından  başqa,  qalmış 
kəndlərdə  diqqəti  cəlb  eləyən  canlı  heç  nə  yox  idi.  Bu 
kəndlərin  əhalisi  böyük  taxıl,  arpa  və  kartof  sahələrini 
qoyub  getmişdilər.  Dövlət  bu  yerlərdən  2  milyon  puda 
yaxın taxıl, 0,5 milyon pud kartof götürə bilər.”
 
 
1919-
cu ilin axırıncı  iki ayı ərzində Eçmiədzin və
 
 
Sürm
ə
li uyezdl
ə
rind
ə
 
96, İrə
van
 
uyezdind
ə
 is
ə
 
büt-
 
ün k
ə
ndl
ə
r m
əhv edilmişdilə
r. [2]
 
Daşnaq də
st
ə
l
ə
rinin
 
“könüllül
ərinin” başçıları Andranik
 
v
ə
 Hamazasp
 
türk
 
qadınlarının,  uşaqlarının,  ahıllarının  və  xəstələrinin  məhv 
edilməsində  artıq  dərəcədə  “şücaət  göstərmişdilər.” 
Daşnaq könüllülərinin hərəkəti nəticəsində minlərlə türk
 
 
 
16
 

vətəndaşları  məhv  edilmişdir.  Daşnaq  başkəsəni  Vah
-ram 
deyirdi: “Basarkeçərdə (Ermənistanın rayonlarından birində) 
heç nəyi nəzərə almayaraq mən türk əhalisini məhv edirdim. 
Lakin bəzən mənim güllələrə heyifim gəlirdi...
 
 
Döyüşdən sonra sağ qalmış bu itlərə qarşı ən yaxşı üsul 
onları su quyusuna atıb, üstündən ağır daşlar qoymaq ki, 
onların heç izi də qalmasın, mən elə də etmişəm, uşaq və 
qadınları  öldürüb  su  quyusuna  atıb,  üstünü  daşla 
doldurmuşam”. [9]
 
 
Daşnaqlar  tərəfindən  dağıdılmış  ölkənin  ayağa  qalxması, 
incəsənətin,  maarifin  inkişafı  üçün  millətlər  arasında  qardaşlıq 
münasibətlərinin  bərpası  üçün  A.Myasnikyan  (Ermənistan  SSR 
XKŞ  sədri  və  xalq hərbi işlər komissarı) çox diqqət verirdi. 1920
-
ci  ildə  bütün  Ermənistanda  10  min  azərbaycanlı  qalmışdır. 
1921-
ci  ilin  sentyabrın  6
-
da  Ermənistana  620  azərbaycanlı 
qaçqın  qayıdır.  1922
-ci ilin aprelin 27-
də  İrana  yazdığı 
məktubda  azərbaycanlıların  Ermənistana  qayıtmaqlarını  xahiş 
edirdi. 1922-
ci  ildə  qaçqınların  qayıtması  hesabına  onların  sayı 
77  767  nəfər,  1931
-
ci  ildə  105  838  nəfər  olmuşdur.[25]  Əsrlərlə 
azərbaycanlılara  məxsus  olmuş,  ümumi  sahəsi  9800  km2  olan 
torpaqları  İrəvan  quberniyasının  Yeni  Bayazit  uyezdi, 
Basarkeçər 
vilayəti, 
Ve
-
dibasar 
dairəsi 
və 
Gəncə 
quberniyasının  Zəngəzur  dairəsi  Ermənistana  birləşdirilmişdir. 
Təxmini  hesablamalara  görə,  keçən  əsrin  I  rübündə  törədilmiş 
iki  qırğında  qovulmuş,  öldürülmüş  və  itkilərə  məruz  qalmış 
azərbaycanlıların  sayı 2 milyon nəfərə  çatmışdır  .
 
 
Sovet  hakimiyyəti  illərində  Ermənistan  SSR  Xalq 
Komissarları  Şurasının  Sədri  Sarkis  Kasyanın  sərəncamı 
əsasında  dövlət  dili  haqqında  qanun  qəbul  edilmişdir. 
Ermənilərin kütləvi yaşayış yerlərində 

erməni
 dili, Amasiya-
Basarkeçər,  Vedi,  Qarabağlar,  Zəngibasar,  Krasnoselsk 
rayonlarında 

azərbaycan dili tədbiq edilirdi. Bu rayonlarda 
1953-
cü ilə qədər, azərbaycanlıların Ermənistandan kütləvi
 
 
 
17
 

halda  köçürülməsinə  kimi,  rayon  partiya  komitələrinin 
katibləri  azərbaycanlılar  təyin  olunurdular.  Ermənistanda 
ermənilərin  və  azərbaycanlıların  qarışıq  yaşadıqları 
yerlərdən 

Eçmiədzin,  Qafan, Yeğeqnadzor, Əzizbəyov, 
Kalinino,  Mehri,  Sisian,  İcevan  bir  qayda  olaraq  raykom 
k
atibi,  rayon  icraiyyə  komitəsi  sədrləri  və  ya  müavinləri 
azərbaycanlı olurdu.
 
 
Lakin 1945-
ci  ilin  noyabr  ayında  Ermənistanın  kom
-
munist partiyasının I katibi Arutyunov Stalinə məktubunda 
Dağlıq  Qarabağın  Ermənistana  verilməsi  haqqında 
məsələ  qaldırmışdır.  Stalin  bu  məktubu  K.Malenkova 
göndərmişdir. O, isə öz növbəsində məktubu cavab üçün 
Azərbaycan  rəhbərliyinə,  M.C.Bağırova  göndərmişdir. 
Azərbaycan  si
-
yasi addım ataraq cavab vermişdir: “Əgər 
Ermənistanın,  Gürcüstanın  və  Dağıstan  MSSR
-nin 
azərbaycanlıların  yaşadığı sərhəd torpaqları Azərbaycana 
geri  qaytarılarsa  bu  təklifə  baxila  bilər”.  Bu  cavabla 
məsələyə nöqtə qoyulmuşdur.[2]
 
 
1948-
ci  il  Azərbaycan  xalqının  taleyində  yeni  faciəli 
səhifələrindən  biri  oldu.  Stalin
-  Mikoyan  -  Beriya üçlüyü 
Ermənistanda  yaşayan  Azərbaycan  xalqının  daha  bir 
faciəsinin  təməlini  qoydular.  Dekabrın  22
-
də  Stalin 
tərəfindən azərbaycan millətindən olan kolxozçuları və digər 
şəxsləri Ermənistan SSR
-
dən Azərbaycan SSR
-
nə Kür
-Araz 
düzənliyinə  köçürülməsi  haqqında  sərəncam  imzaladı. 
Sərəncama əsasən 1948
-
ci ildən azərbaycanlıların “könül
-lü” 
köçürülməsi  başlandı.  Boşaldırılmış  evlər,  təsərrüfatlar, 
xaricdən  köçürülən  erməni  diasporasına  verilməsi  nəzərdə 
tutulmuşdur.  Mərhələli  şəkildə 
-  1948-
ci  ildə  10000  nəfər, 
1949-
cu  ildə  40000  nəfər, 
1950-
ci  ildə  50000  nəfərin 
köçürülməsi  həyata  keçirildi.  Stalinin  ölümündən  sonra 
köçürülmə  sürəti  ləngimişdir.  SSRİ  Ali  Sovetinin  Sədri 
A.Mikoyan  ölkə  başçısı  N.S.Xruşşova  müraciət  edir  ki, 
Qarabağ Ermənistanın tərkibinə qatılsın. Xruşşov
 
 
 
18
 

cavabında deyir ki, ermənilərin birləşməsini istəyirsinizsə, 
nə  qədər  maşın  lazımdırsa  verə  bilərik  ki,  ermənilər  bir 
gecə ərzində Qarabağdan Ermənistana köçsün.
 
 
1964-
cü  ildə  Xruşşov  vəzifədən  uzaqlaşdırılandan 
sonra bu məsələ yenə də baş qaldırmağa başlamışdır. Bu 
proses  daha  beş  il  davam etmişdir. Ermənistanın dağlıq 
hissəsində,  sərin  rayonlarda  yaşayan,  bulaq  suyu  içən 
insanlar  Azərbaycanın  isti  aran  rayonlarında  anti
-
sanitariya,  ərzaq  çatışmazlığı,  malyariya  epidemiyasına, 
çöllərində  ilanlar  mələyən  şəraitinə  tab gətirməyib kütləvi 
sürətdə  məhv  olurdular.  Yaşamağa  evləri  olmadığından 
çoxları  ev  heyvanları  ilə  birlikdə  tövlələrdə  yaşayırdılar. 
Köçürülənlərdən  sağ  qalanların  40
-45%-i sonralar öz 
doğma yurdlarına qayıtdılar.
 
 
Ermənistanda  qalmış  azərbaycanlılar  təhsil  almaq 
imkanından  məhrum  idilər.  Azərbaycanlıların  ilkin  təhsil 
almalarına  qarşı  olan  mərhələ  ali  təhsil  ocaqlarının, 
texnikumlarının  və  nəşriyyat  orqanlarının  bağlanması  ilə 
başlandı.
 
 
1930-
cu  ildə  Yerevanda  açılmış,  müəllim  kadrların 
hazırlanmasında  böyük  rolu  olmuş  pedaqoji  texnikum 
Azərbaycan  SSR  Xanlar  rayonuna  köçürüldü.  Hər  il beş 
min orta məktəb məzunu təhsillərini məcburi olaraq başqa 
respublikalarda 
davam 
edirdilər, 
əsasən 
də 
Azərbaycanda. Öz doğma yerlərində iş tapmadıqları üçün 
Ermənistandan  kənarda  təhsil  almış  gənc mütəxəssislər 
məcbur olub Azərbaycana qayıdırdılar.
 
 
Azərbaycanlıları 
Ermənistanda 
vəzifələrdən 
kənarlaşdırırdılar,  səlahiyyətsiz  olaraq,  onlar  əhalinin 
özünü 
müdafiəsini təşkil edə bilmirdilər. Azərbaycanlıların 
Ermənistandan 
köçürülməsinin 
yeni 
mərhələsi 
başlandı.1980
-
ci  ildə  Amasiya  rayonundan  başqa 
azərbaycanlılar  bütün  rəhbər  vəzifələrdən  xaric 
olunmuşdular və yerlərinə ermənilər təyin edilmişdi.
 
 
 
19
 

Məxfi sərəncama görə, 1988
-
ci ilin noyabr ayının 22
-
dən 
28-
nə kimi respublikanın 22 rayonundan (170 məntəqəsində 
sırf  azərbaycanlılar  yaşayan  və  94  qarışıq  əhalili)  silah 
gücünə 200 min azərbaycanlı, 20 min kürd və 1000
-
ə yaxın 
rus  qovulmuşdur.  Deportasiya  planlaşdırılmış  və  təşkil 
olunmuş  şəkildə aparılırdı, onun nəticəsində çox
-lu insanlar 
döyülərək öldürülmüşdür, bir hissəsi isə əsəb gərginliyindən 
və infarktdan dünyasını dəyişmişlər.
 
 
Əhalinin  silah  gücü  ilə  qovulması  və  köçürülməsində, 
azərbaycanlıların  doğma  torpaqlarını  tərk  etməyə  məcbur 
olmasında  nəinki  xüsusi  “xuliqanlar”  qrupları,  hətta  rayon 
rəhbərləri, Nazirlər Sovetinin sədr müavini Arutyunyan da bu 
proseslərdə  iştirak edirdilər. İllər boyu işləyib qazandıqlarını 
ataraq, qaçqınlar Azərbaycana pənah gətirdilər.
 
 
Azərbaycanlıların  Ermənistanın  16  rayonunda  kom
-
pakt  yaşadıqları  ərazinin  sahəsi  15467  km2  idi.  Bu 
ərazidə  176  kənd,  131  kolxoz,  sovxoz  və  çoxlu  maddi 
sərvətlər  qalmışdır.  Təxmini  hesablamalara  görə, 
qaçqınlar Ermənistanda 677 850 hektar torpaq fondu, 209 
020  iri  buynuzlu  heyvan,  289  060  ev  quşu,  illik  gəliri  3 
mln. olan balıq sovxozu, 6200 arı ailəsi, 3000 traktor, 450 
kombayn,  4600  yük  maşını,  21500  hektar  həyətyanı 
sahələr,  onlara  məxsus  olan  sənaye  müəssisələrindəki, 
kooperativlərdəki,  şəhər  təsərrüfatındakı,  maarif  və 
mədəniyyət sahələrindəki əmlaklarını  qoyub gəlmişlər.[2]
 
 
İki  əsrlik  planlaşdırılmış  etnik  təmizlənmə  nəticəsində 
Ermənistanın  ərazisində  bir  azərbaycanlı  da  qalmadı. 
Amerikalı tarixçilər Castin və Karolina Makkarti “Türklər və 
ermənilər”  adlı  kitabında  yazırlar  ki,  indiki  Ermənistan 
yerləşən  ərazi  azərbaycanlılara  məxsusdur,  nəinki 
ermənilərə.[10]  İrəvan  dairəsinin,  İrəvan  xanlığının  büt
-ün 
yaşayış  məntəqələrinin  adı  türk  mənşəlidir.  Ermənilər 
torpaqları  işğal  etdikdən  sonra  5000  artıq  azərbaycan 
toponimlərinin adlarını  dəyişdilər.[17]
 
 
 
20
 

İrəvanın  adı  Azərbaycan  folklorunda 

bayatı,  haxışta, 
xalq  mahnılarında  qalıbdır.  Əsrlərin  dərinliyindən  bizə 
çatmış  “Ay,  bülbüllər”,  “İrəvanda  xal  qalmadı”  və  çoxlu 
bayatılar buna sübutdur.
 
 
İrəvanı bağ eylərəm, ay bülbüllər, Dörd 
yanını  bağ  eylərəm,  ay  bülbüllər, 
Eşitsəm  sən  gəlirsən,  ay  bülbüllər, 
Yolunu çıraq eylərəm, ay bülbüllər!
 
 
Əgər  erməni  xalqı  bu  torpaqlarda  yaşayırdısa,  bəs 
İrəvan  xanlığının  80%  əhalisini  azərbaycanlılar  təşkil 
edən,  başlanğıcını  1828
-
ci  ildə  alan  və  1988
-
ci  il  faciəsi 
ilə  bitən  böyük  köçürülmələrdən  əvvəl  azərbaycanlılar 
harada  yaşayırdılar?!  “Qədim  erməni  xalqının”  indiki 
Ermənistan  adlanan  ərazidə bir dənə olsun tarixi abidəsi 
yoxdur.  Azərbaycanlılara  məxsus  olan  bütün  tarixi
-
memarlıq abidələrini ermənilər məhv edib.
 
 
Çox  əfsuslar  olsun  ki,  hələ  də  bizim  həmvətənlərimizin çoxu 
Azərbaycanın  tarixini  bilmirlər,  bu  isə  düzəlməz  səhvlərə  gətirib 
çıxarır.  İrəvan  xanlığının  faciyəvi  tarixini 

Azərbaycan  tarixinin 
bir hissəsini, yaddaşlardan  silib unutmaq olmaz.[2]
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
21
 

İrəvan  xanlığının  paytaxtı  qədim 
İrəvan şəhəri
 
 
İrəvan  xanlığının  paytaxtı,  yaşıl  bağlar  əhatəsində 
yerləşən,  İrəvan  şəhərinin  gözəlliyinə  8  məscid  əzəmət 
verirdi:  Şah İsmayıl məscidi, Şah Abbas məscidi, Sərtip xan 
məscidi, Göy məscid, Hacı Novruzəli məscidi, Hüseyn Cəfər 
bəy  məscidi,  Hacı  İmamverdi  məscidi,  Zal  Xan.  Bun
-lardan 
əlavə  məhəllə məscidləri də olub: Təpəbaşı məscidi, Şəhər 
məscidi,  Körpü  bulağı  məscidi,  Dəmir  bulağı  məscidi, 
Günlüklü, Hüseynli, Qala və Hacıbəyim məscidləri.
 
 
 
 
Sək.68: Ş.Qazıyev. “Molla məktəbi”
 
 
Səyyahların  və  tarixçilərin  verdiyi  məlumatlara  görə, 
yalnız  İrəvan  quberniyasında  382  məscid  olub: 
Zəngibasarda  (indiki  Masis)  3  məscid,  Vedi,  Kiçik  Vedi

Xal-
isada  (indki  Ararat)  8  məscid,  Üçkilsədə  (indiki 
Eçmiyədzin rayonu) 5 məscid və s. Məscidlərin hər birinin 

öz məktəbi var idi.[14]
 
 
Hüseyn  Qulu  xan  Qacar  tərəfindən  tikilmiş  Göy  məscid 
İrəvanın  mərkəzi  küçələrindən  olan,  sonrada  Lenin  adıni 
daşıyan 
prospektdə 
yerləşirdi. 
Sovet  hakimiyyəti 
qurulduqdan  sonra  orada  diyarşünaslıq  muzeyi  fəaliyyət 
göstəri
rdi. 1960-
cı  ildə  Fatma (Matı) xanımla ora getmişdik. 
Ümumi  zalda  İrəvan  şəhərinin  ticarət  mərkəzini 

bazarını 
təsvir  edən  hissələr,  məişət əşyaları, konka, teleskop və s. 
yerləşirdi.O,muzeyin  işçilərindən  xahiş  etdi  ki,  məscidin 
içindəki  qəbirləri  bizə  göstərsinlər.  Bizi muzeyin müha
-sibat 
yerləşən  otağına  apardılar,  orada  divardakı  pərdənin 
arxasında  iki  sərdabə  formasında  qəbir  yerləşirdi.  Onların 
üstündə qədim ərəb əlifbası ilə yazılar var idi. Kimin qəbirləri 
olduğu yadımda qalmayıb, biz oranı ziyarət
 
edib çıxdıq.
 
 
 
 
22
 

Məscidin  həyətində  böyük  çarhovuz  var  idi.  Atam 
danışırdı ki, 1918
-
ci ildə erməni daşnaqları müsəlmanların 
başlarını kəsib həmin hovuza doldurmuşdular. Hovuz
-dan 
qan  su  yerinə  axırdı.  Yerevan  şəhər  sakini  Ziba  xanımı 
ermənilər  evindən  çıxarıb  evi  zəbt  etmişdilər  və  o, 
məsçiddə  sıgınacag  tapmışdı.  1988ci  ıldə  ermənılər 
Günlükü  məsçididini  yandıranda  Ziba  xanımda  ıçərısində 
yanmışdı.  Məsçidlərdən  bir az aralı karvansaralar və icti
-
mai hamamlar ye
rləşirdilər.
 
 
Karvansaraların  bəzilərinin  adını  çəkmək  istəyirəm: 
Sərdar, Şeyxülislam, Tağlı, Sulu, Hacı Əli, Hörümçü, Gür
-
cü, Culfa, Susuz, Hacı İlyas, Şah Abbas, Ağkənd. Sərdar 
karvansarası  1805
-
ci  ildə  Sərdar  Hüseyn  xan  tərəfindən 
tikdirilib.  Şeyxülislam karvansarası Qafqazın Şeyxülislamı 
olan  Fazil  İrəvani  tərəfindən  tikilmişdir.  Səlim  və  Ağkənd 
karvansaraları  1316
-1335-
ci  illərdə  Elxani  dövlətinin 
taxtında  əyləşmiş  Əbu  Səid  xan  Bahadur  tərəfindən 
tikilmişdir.
 
 
Rus  səyyahı  İ.Şopen  1829 
-  1832-
ci  illərdə
 
İrəvan 
şəhərinə  səyahəti  zamanı  İrəvanda  olan  hamamlardan 
doqquzunu  - 
Şeyxül  İslam  hamamı,  Zal  Xan  hamamı, 
Mehdibəy  hamamı  (İrəvanın  şəhər  hissəsində),  Hacı 
bəyim  hamamı,  Hacı  Əli  hamamı,  Qafar  hamamı, 
Kərimbəy hamamı (İrəvanın Təpəbaşı hissəsi), Həsən Əl
i, 
Cəfər  bəy  hamamı  (İrəvanın  Dəmirbulaq  hissəsində) 
qeydə  almışdır.  Mənim  yadımda  qalanlar  isə  “İnjiner”  və 
“Fantaziya” hamamlarıdır.
 
 

 
 
Sək.70: Ş.Qazıyev. “Naxçıvan hamamı”
 
 
İrəvan  öz  dövrünün  Azərbaycan  şəhərlərindən  çox  da 
seçilmirdi. Hündür olmayan 
evlər  bağların  yaşıllığında 
itirdilər. İki cərgə çiy kərpicdən, daşdan, daha çox palçıqdan 
hörülmüş yöndəmsiz, bir
-
birinə qovuşan dar əyri küçələrə
 
 
 
23
 

hərdən bir evlərin böyük olmayan, hər zaman möhkəm bağlı 
olan 
qapıları  çıxırdı.  Mərkəzi  küçələrin  kənarından  arxların 
suları  böyürdəki  paylaşdırıcılardan  bağlara  axardı.  Yaşayış 
yerlərinin  içərisi  daha  xoş  təəssürat  bağışlayırdı,  çoxlarının 
həyəti  səliqə  ilə  daşlarla  örtülmüşdür,  ortasında  daşdan 
hovuzu və bağı var idi. Bu üsulla tikilmiş ev həyətə çıxırdı və 
çöldən heç kimin diqqətini cəlb etmirdi.
 
 
Otaqlar  yuxarıya  doğru  açılan  böyük  pəncərələrlə 
işıqlanırdı.  Rəngli  şüşələrdən  tərtib  olunmuş,  gözəl, 
müxtəlif  naxışlı  pəncərələr  adətən  küçə  divarlarında 
yerləşərdilər.
 
İmkanlı insanların evlərində divarlar səliqə ilə 
malalanmışdır  və  naxışlarla  bəzədilmişdir.  Hər  otağın 
buxarısı var idi 
–  bun-
lardan daha çox bəzək kimi istifadə 
edirdilər, nəinki, evləri qızdırmaq üçün. Evləri manqallarda 
közərmiş  kömür  ilə  qızdırardılar.  Rus  tədqiqatçısı  Şopen 
öz qeydlərində İrəvanı belə təsvir etmişdir.[4]
 
 
İrəvan  xanlığında  olan  qalalar  bunlardır:  İrəvan  qalası, 
Keçi qalası, Sərdərabad qalası, Torpaq qala, Gümrü qala, 
Ağca  qala,  Kafir  qalası, Bayburd qalası, Qalabürcü, Urud 
qalası,  Axtala  qalası,  Gərni  qalası.  Şəhər,  Dərə  bağları, 
Dəlmə  bağları,  Kələntər  bağları,  Şəmistan  bağları,  Güllü 
bağ, Yoncalı bağ, Sərdar bağı, Xan bağı ilə tanınırdı.[14]
 
 
Dərə  bağında  “Dül
-
dül  ocağı”  yerləşirdi.  Bizə  gəlib  çatmış 
rəvayətə  görə,  bu  müqəddəs  yerdə  Həzrət  Əlinin  atı  Dül
-dülün 
ayaq  izi  qalmışdır.  Bağlardakı  meyvələrin  bolluğu  və  növləri  hələ 
də yadımdadır. Misqalı, keçi məməsi, təbrizi, kişmişi, yezəndayı, 
əlhaqqı,  sahibi, əsgəri, xərci, top xərci, haça başı, tülkü quyruğu 
və  s.  üzüm  növləri  var  idi.  Qızıla  çalan  əriklər
-
təbərzə, 
ağcanabat,  badamı,  göycənabat,  növrəst,  şalağ,  ağ  ərik,  acı 
əriklərin  təkrarolunmaz  dadları  və  görüntüləri  var  idi.  Mələçə 
armud,  daş  armud,  qış  armudu,  akıska  alması,  qızıl  alma, 
cənnət  alması,  əndəlis  alması,  ağ  tut,  şah  tut,  bedana tut və s. 
İrəvan  öz  suyu  və  bulaqları  ilə  məşhur idi: südlü bu
-laq, armudlu 
bulaq, daş bulaq, turş bulaq  və s.
 
 
 
24
 

İrəvanda  Novruz  bayramından  əvvəl  Azərbaycanın 
büt-
ün  bölgələrindəki  kimi  torpaq,  su,  yel  və  od 
çərşənbələri  keçirilirdi.  Çərşənbə  günləri  tonqal  qalayır, 
üstündən  tullanırdılar.  Qızlar  bəxtlərinin  açılmasını 
istəyirdilər və oda müraciət edirdilər:
 
 
Ağrım, uğrum tökülsün,
 
 
Oda düşüb kül olsun.
 
 
Yansın, alov saçılsın,
 
 
Mənim bəxtim açılsın.
 
 
Axır  çərşənbə  günü  “qara  bayram”  keçirib,  mərhumları 
yad  etməyə  qəbirüstə  gedirdilər.  Axşama  aş  bişirilərdi, 
masanın  üstünə  səməni,  meyvələr,  müxtəlif  mürəbbələr, 
çərəzlər,  alanı  (şaftalının  kərdi  növündən  düzəldilmiş  çərəz 
alanı  adlanırdı.  Şaftalı  çəyirdəyindən  ayrılıb  qurudulardı, 
içinə döyülmüş qoz ləpəsi, şəkər tozu və ədviyyatlar vuru
-lub 
ipə düzüb asardılar.), sucuq, qovurqa, qatlama balıq çörəyi, 
mafış  (nazik  yayılmış  şirin  xəmriyyat),  kətə,  paxla
-
va  və 
başqa  nemətlər  düzülərdi.  Şaftalının  zəfəran, yarma növləri 
də  mövcud  idi.  Atam  ovcuna  çərəzlərdən  doldurub  evin 
bucaqlarına atıb deyərdi: “Bu da mələklərin payı”.
 
 
Səməni  göyərdib,  suyunda  qozlu  halva  bişirərdilər. 
Qovrulmuş  buğda  dənələrini  üyüdüb  ona  şəkər  tozu  və  su  əlavə 
edib,  əl  içində  yerləşə  bilən  topacıqlardan  govud  hazırlayıb  ma
-
saya  verirdilər.  Yaşlı  nəslin  nümayəndələri 

atam,  qayınatam 
danışardılar  ki,  İrandan  bayram  süfrələri  üçün  badam,  püstə, 
xurma,  kişmiş,  naringi,  portağal, “sədr” düyüsü, zəfəran, sarıkök, 
sumax,  zirinc,  nabat  və  başqa  ərzaqlar  gətirilərdi.  Qadınların 
bəzəkdə  geniş  istifadə  etdikləri  həna,  basma,  sürmə,  ənlik, 
kirşan və  ətriyyatları da İrandan  gətirib satarmışlar.
 
 
Azərbaycan  mətbəxinin  ümumi  xüsusiyyətləri  büt
-ün 
bölgələrimizdə  mövcuddur,  lakin  hər  bölgənin  fərqli 
y
eməkləri ancaq, özünə məxsus olan bölgədə bişirilir.
 
 
 
25
 

İrəvan  mətbəxindən  danışanda  ilk  əvvəl  çəkmə  (daşma
-
suyu süzülməmiş aş) növlərindən söhbət açmaq istərdim. 
Yaz başlayanda alçalı, albalılı, şüyüdlü çəkmə bişirərdilər. 
Payızda  zoğal,  heyva,  pomidorlu  və balqabaqlı çəkmələr 
bişirərdik.  Çəkmələrin  şahı  olan  qovurmalı,  əvəlikli, 
mərciməkli  çəkmə  irəvanlıların  ən  sevdikləri  xörəklərdən 
biridir.  Qış  aylarında  isə  mərciməkli,  paxlalı,  əriştəli, 
yarmalı,  noxud  ləpəsi
 
ilə  adi  qarışıq  dənlilərlə  çəkmə 
bişirilərdi, yanında sarımsaq
-
qatıq və ya qurud verilərdi.
 
 
Qatıq  aşı  isə  belə  bişirilir:  əvvəl  düyünü  suda  bişirib, 
içinə doğranmış göyərtilər( keşniş, şüyüd, cəfəri, kərəviz, 
ispanaq,  turşəng)  qatılır.  Bişmiş  şiləni  soyudurdular  və 
sonra  qatıqla  qarışdırıb  süfrəyə  verirdilər.  Yay  aylarında 
həyət  evlərininin  bostanlarından  balqabaq  çiçəyini  dərib 
qatıq  aşına  əlavə  edirdilər.  Sonralar  balqabaq  çiçəyini 
yerköküylə  əvəz  etməyə  başladılar.  Ovduğa  girx düymə
-
gızıl gül növünün ləçəklərini əlavə edirdilər.
 
 
Dolmalarda  bəzi  fərqliliklər  var.  Məsələn,  badımcan, 
bibər,  pomidor,  heyva, alma ilə qarışıq dolma bişirilir. Kiçik
-
kiçik  doğranmış,  soğan  və  quyruqlu  ətlə  qovrulmuş, 
ləpələnmiş  noxud,  duz,  istiot,  mərzə,  tərxun  və  reyhan  ilə 
qarışdırılaraq  dolmanın  içinə  doldurulur.  Yarpaq, kələm, ağ 
xiyar dolması da İrəvanlıların mətbəxində geniş yayılmışdır.
 
 
Küftənin  ətini  doğrayıb,  ət  daşında  toxmaqla  döyüb, 
içinə  bişmiş düyü, bişmiş noxud, bişmiş kartof, yumurta, 
mərzə,  reyhan,  tərxun  qatıb döyərdilər. Küftələri tutan
-da 
içinə  həmçinin  alça,  bişmiş  qabığı  soyulmuş  yumurta 
qoyub,  zəfəranlı  ət  suyunda  bişirərdilər.  Quru  lavaş  ilə 
süfrəyə verilərdi. Təndirdə tikə
-
bozbaş bişirərdilər.
 
 
Qış sərt keçdiyinə görə, yerli azərbaycanlılar həmin dö
vr 
üçün  tədarük  edərdilər.  Yadımdadır,  payızda  valideynlərim 
bazara gedəndə məni də özləri ilə aparardılar. Onlar çərəz, 
ədviyyat,  bəzi  quru  ətirli  otlar,  qurud,  düyü,  yarma, 
mərcimək, noxud, soğan, kartof və s. alaraq, qışa tədarük
 
 
 
26
 

etmək 
üçün 
sandıqxana 
deyilən 
bir 
otaqda 
yerləşdirərdilər.  Sandıqxananın pəncərələri yox idi, damın 
üstündə  şüşə  ilə  örtülmüş  bacası  var  idi.  İçərisində  bir 
neçə təbəqəli taxçalar var idi.
 
 
Taxçaların  birində  məişətdə  işlənən  misdən
 
düzəldilmiş  əşyalar  yerləşdirilirdi.  Sacayağı,  mis  qazan, 
abgərdən (böyük çömçə), çilovsüzən, kəfkir, çömçə və s. 
misdən  düzəldilmiş  çilovsüzəndən  başqa  sələlər  də 
mövcud  idi.  Sələni  söyüd  ağacının  budaqlarından 
hörərdilər.  Formasından  və  həcmindən  asılı 
olaraq 
təsərrüfatda  işlədilirdi.  Sələnin  içinə  göyərti,  meyvə, 
tərəvəz  yığardılar.  Bəzilərini  aşsüzən  formasında 
düzəldərdilər və düyü süzərdilər.
 
 
Qovurma  bişirəndə  suyu  süzülmək  üçün  əti  sələyə 
yığardılar.  Qovurmanı  payızda  bişirərdilər.  Qoyunun, 
cöngənin  və  ya  hind  toyuğunın  ətini  bişirib  sonra  yağın 
içində  qovurub,  yağ  üstünü  örtənə  kimi  saxsı  küplərə 
yığaraq  saxlayardılar.  Ağzı  möhkəm  bağlanan  qablara 
yığılmış  qovurmanı, qışda xüsusi qovurma çəngəli ilə
 
 
çıxardaraq istifadə
 edirdil
ə
r. Qovurma 
ə
tini
 
cılbır  və
 
kalacoş adlanan şorbalarda istifadə
 edirdil
ə
r.
 
Taxçalara
 
mürəbbə,  şərbət  üçün  hazırlanmış  müxtəlif  cövhərlər, 
bədmüşk, gülab, gülqənd yığardılar. Təndirdə tikə
-
bozbaş 
da bişirərdilər. Qışa həmçinin qiymə hazırlanırdı. Ət tel
-tel 
olana  kimi  bişirildikdən  sonra yağ
-
soğanla qovrulur, içinə 
ləpələnmiş noxud qatılır.
 
 
Yaz  gələndə  birinci  piş
-
pişi  deyilən  ağac  çiçəkləyirdi. 
Onun çiçəklərindən bədmüşk (ətirli su) düzəldilirdi. Sonra 
qızıl  güldən  gülab  çəkilərdi. Qızılgülün məhəmmədi adla
-
nan  növündən  mürəbbə,  gülqənd  və  gülab  hazırlanardı, 
ardıcıllıqla  nanə,  tərxun,  reyhan  şirələri  hazırlanardı. 
Mürəbbələr  isə  bütün meyvə növlərindən: qoz, tut, albalı, 
gilas,  ərik,  gavalı,  şaftalı,  cənnət  alması,  üzüm  və  s. 
bişirərdilər. Qarpız, yemiş, badımcan, göy lo
bya, balqa-
 
 
 
27
 

baq  və  s.  mürəbbələr bişirilərdi. Sandıqxananın tavanının 
dirəklərində  mıxdan  düzəldilmiş  qırmaqlardan  (asmalar) 
qalın sapa düzülmüş qış armudu, daş armud, mələçə ar
-
mudu, qırmızı alma asılardı. Samanın içində yerdə novruz 
bayramına kimi qalan qarpızlar saxlanılırdı.
 
 
Yazda nanə, sirkə, şəkər və ya baldan iskəncəbi düzəldib 
kahı  ilə  yeyərdilər.  İckəncəbini  kələm  dolması  ilə  yeyərkən 
də  istifadə  edərdilər.  Zivər  nənəm  (anamın  anası)  düyünü 
yuyub qu
rudub həvəngdəstədə döyərdi, süd ilə firni bişirərdi. 
Boşqaba çəkib üstünə darçın səpərdi. Tut yetişəndə ağacın 
altında  çarşab  tutardılar  və  bir  nəfər  ağaca  çıxıb  taxta  tox
-
maqla  ağacın  budaqlarına  vurub  tutu  çırpardı.  Tutdan  tut 
qurusu,  həm  də  doşab  və  sirkə  hazırlayardılar.  Qonşumuz 
Şeyda  xala  bizə  tut  payı  sinidə,  üstünü  qızılgül  ilə  bəzəyib, 
göndərərdi.  Həyətlərdə  bir  çox  güllər  yetişdirərdilər:  zam
-
baq, şəbbu, süsənbər, qızılgül və s.
 
 
Payızda böyük küplərdə turşular hazırlanardı. Pomidor, 
xiyar, lobya
,  badımcan,  bibər,  qarpız  (balacaları),  kələm, 
bamiyə, kök, kərəviz, cəfəri, alma,heyva bir yerdə turşuya 
qoyulardı.  Ayrılıqda  göyərtilə  doldurulmuş  doldurulmuş 
tərəvəzlər  də  turşuya  qoyulardı. Yay fəslində mərzə, rey
-
han,  nanə,  tərxun,  cəfəri,  keşniş,  şüyüd  və  s.  göyərtilər 
qurudulardı.
 
 
İrəvan  mətbəxinə  məxsus  olan  ali müsəmbəli, qiymə, 
qaysafa,  cizdə,  albalılı,  zoğallı,  xurmalı  və  quru  meyvəli, 
qızıl  balıqla,  qaysılı,  səbzi,  kişmişli,  şəşəndaz,  yarmalı, 
küftəli,  südlü,  cücəli,  badımcanlı,  balqabaqlı, 
kükülü, 
noxud-
lu (ləpələnmiş), əriştəli və s. aşlar, plovlar, çilovlar 
var.  Yay  aylarında  albalının  tumunu  çıxardıb, 
konservləşdirirdilər,  zoğaldan  isə  qatı  zoğal  pastası 
bişirərdilər. Qışda aş bişirəndə istifadə edirdilər.
 
 
Asmalardan  sucuq  və  alanılar  asılardı.  Sucuq  belə 
hazırlanır:doşaba  un  əlavə  olunur,  bişirilir  və  sapa 
düzülmüş qoz ləpəsi icinə salınır və gurudulur.Sonra
 
 
 
28
 

üstünə  iydə tozu səpirlər. Tut qurusu, ərik qurusu, nabat 
bu  çərəzləri  tamamlayardı.  Payızda  əriştə  kəsilərdi, 
qurudulardı,  lavaş  bişirilərdi.  Lavaşı  uzun  müddət  sax
-
lamaq  mümkün  olduğundan  qışa  saxlayırdılar.  Yazdan 
payıza kimi hazırlanmış bu ərzaqları heç bir şeyə ehtiyac 
olmadan  qışda  evdən  çıxmadan  istifadə  etmək  olardı. 
İrəvanın  Avropa  və  başqa  ölkələrlə  əlaqəsi  olmasına 
görə,  öz  zəngin  məhsullarından  başqa  xaricdən  gələn 
mallar və ərzaqlardan da istifadə olunurdu.
 
 
 
 
Yüklə 5,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin