Burulqanli iR



Yüklə 5,22 Mb.
Pdf görüntüsü
səhifə7/9
tarix31.01.2017
ölçüsü5,22 Mb.
#6981
1   2   3   4   5   6   7   8   9

 
 
 
Sək.50: Əziz Sultanov
 
 

 
 
 
Sək.51:  Qəhraman  Sultanov  və  Əli  Mustafayev, 
Xalidə, Rəşid, Fəridə, Rafiq, Tərifə, İbrahım Yerevan ş. 
usaq dəmiryolu,  1951
-ci il.
 
 
Qardaşım Sultanov Əziz Qəhrəman oğlu 1949
-
cu ildə 
noyabrın  9
-
da  Yerevanda  anadan  olmuşdur.  Məktəbə 

daxil  olmaq  zamanı  gələndə,  valideynlərim  onu  da  mən 
oxuduğum  Yerevan  şəhər  42  saylı  T.Şevçenko  adına 
məktəbə  yazdırmaq  qərarına  gəldilər.  Yeddi  yaşının 
tamam olmasına iki ay çatmadığına görə məktəbin tədris 
hissə müdiri Q.Papazyan sənədləri qəbul etmədi və dedi 
ki,  gələn  il  gələrsiniz.  Əzizin  gələn  il  məktəbə  qəbul 
olunacağına arxayın olan valideynlərim bir il gözlədilər.
 
 
Bir ildən sonra çoxlu sorğu suallara rus dilində cav
-ab 
verdikdən  sonra,  Əzizdən  kəpənək  tutan  torun  adını 
soruşdular. Əziz bu sualın cavabını bilmədi və bu bir “ar
-
qument” olara
q  onu  məktəbə  qəbul  etməməkləri  üçün 
səbəb oldu. Anam çox təkid etdi, lakin Papazyan dedi ki, 
“Türksən,  uşağı  türk  məktəbində  oxut”.  Anam  dözməyib 
dedi: “ermənisən, səndə erməni məktəbində işlə”.
 
 
Qaziyev  Əhmədin həyat yoldaşı milliyətcə ukraynalı olan 
Lid
a xanımdan xahiş etdi ki, Əzizi başqa bir məktəbə öz oğlu 
kimi  qələmə  verərək  aparıb  yazdırsın.  Bu  məsələdə  baş 
tutmadı,  başqa  rus  məktəbində  yer  olmadığını  deyib  Əzizi 
məktəbə  qəbul  etmədilər.  Bu  ermənilərin  azərbaycanlıların 
rus  dilində  oxumağına  və  Ermənistanda  qalıb  təhsillərini 
davam etməsinə qarşı erməni siyasətinin bir qolu idi.
 
 
 
83
 

Azərbaycan dilində iki məktəb var idi, biri yeddiillik, biri isə 
onillik.
 
 
Azərbaycan  dilli  məktəbdə  şagirdlərin  sayı  gündən
-
günə  azalırdı.  Şəhər  əhalisi  təhsillərini  artırmaq  və  iş 
yerləri 
tapmaqdan 
məhrum 
idilər. 
Ermənilər 
azərbaycanlıları hətta xidmətçi işlərinə belə götürmürdülər 
ki,  onlar  məcbur  olub  Ermənistanı  tərk  etsinlər.  Əziz 
mənimlə  bir  məktəbdə  oxusaydı,  mənim  nəzarətimdə 
olardı,  dərslərinə  kömək  edərdim.  Əlacsız  qalıb  Əzizi 
M.Əzizbəyov adına 7 illik məktəbə qoyduq.
 
 
Bu  məktəb  Göy  məscid  yerləşən  Lenin  prospektinin 
Zəngi çayına bitişən tərəfində idi. Məktəbin bir hissəsində 
ermənilər 
təhsil 
alırdılar, 
bir 
hissəsində 
isə 
azərbaycanlılar.  Azərbaycan  bölməsində  70
-
ə  yaxın 
şagird  oxuyurdu.  Dərsdən  sonra  erməni  və  azərbaycan 
şagirdləri arasında tez
-tez dava-
dalaş baş verirdi. Dəhlizə 
çıxan  azərbaycanlı  şagirdlərini  ermənilər əhatəyə alırdılar 
və  döyüşmə  başlayırdı.  Erməni  məktəbinin  müəllimləri 
buna adi iş kimi baxırdılar.
 
 
Əziz  məktəbi  bitirdikdən  sonra,  mənim  həyat  yoldaşım 
İldırım  Kəngərlinskinin  tövsiyyəsi  ilə,  Bakı  Dənizçilik 
məktəbində  təhsil aldı. 1968
-
ci ildə valideynlərim də Bakıya 
köçmüşdülər,  Əzizin  dənizdə  işləməsinə  razı  olmadılar.  O, 
peşəsini  dəyişməli  oldu  və  yenə  də  İldırımın  məsləhəti  ilə 
aşbazlıq  məktəbini  bitirdi.  Sonra  Murmanskda  2  il  hərbi 
qulluqda oldu və orada da aşbaz işləyirdi. Ömrünün so
-nuna 
kimi  bir  çox  yerlərdə  baş  aşbaz  işlədi.  Sultanov  Əziz 
Qəhrəman  oğlu  2005
-
ci  ildə  Bakıda  vəfat  etmişdir.  Həyat 
yoldaşı  Fazilə  xanım  peşə  məktəbini  bitirmişdir.  İki  qızı  var 
və hər ikisi ailəlidir. Günel xanım tibb bacısı, Aysel xanım isə 
evdar  xanımdır.Günel  və  Eminin  (Hüseynov)  qızları:Zəhra 
xanım  ,
 
Rüqayyə  xanım  və  oğlu  Hüseyin  bəy.  Aysel  və 
Anarın (Taptıgov) oğlu: Rahim bəy.
 
 
Uşaqlıqdan yaddaşıma belə bir əhvalat da həkk olunub.
 
 
 
 
84
 

1953-
cü ilin mart ayı idi, anamla çörək almağa getmişdik. 
Çörək  dükanında  çoxları  ağlayırdılar  və  çörək  satan 
qadında  göz  yaşları  tökürdü.  “Bütün  milliyyətlərin  atası” 
Stalin  vəfat etmişdi. O zaman mənim xəbərim yox idi ki, 
bu  “ata”  türk  milliyyətindən  olanların  qatı  düşməni  idi. 
Stali-
nin  qərarı  əsasında  azərbaycanlıları  doğma 
yerlərindən, Ermənistandan zorla köçürülürdülər.
 
 
Anam Laçın yataqda xəstə idi, atam evə axşam işdən 
sonra  gəlirdi.  Yadımdadır,  çoxlu  qar  yağmışdı.  Qışın 
soyuğunda  mən  və qardaşım Əziz evdən çıxmayıb, bizə 
atamın  bibisi  oğlu  Əhməd  bəy  tərəfindən  müvəqqəti 
verilmiş balaca otaqda oynayırdıq. Erməni uşaqları kömür 
ilə evin küçə divarlarında faşist xaç emblemi çəkirdilər. Öz 
evimizi  satmışdıq  və  Gəncəyə  köçməyə  hazırlaşırdıq. 
Buraya  artıq  bəzi  qohumlarımız  köçmüşdür.  Bu  atamın 
bacıları  Zinyət  xanım və Fəxridövlət xanımın ailələri idilər. 
Gəncədə  həmçinin atamın bibisi Cəvahir xanım və əmisi 
Rəhim bəyin ailələri yaşayırdılar.
 
 
Bibim Zinyət xanım Əziz bəy qızı İrəvanda 1904
-
cü ildə 
anadan  olmuşdur.  Vəliyev  Müxlis  bəylə  ailə  həyatı 
qurmuşdur. İkinci cahan müharibəsində həlak olmuş Müx
-
lis bəyin ailəsi İrəvandan Ucara köçürülmüşdür. Yerli iqlim 
şəraitinə  uyğunlaşmayıb  malyariyaya  yoluxmuş  Zinyət 
xanım  1941
-
ci  ildə  Ucarda  rəhmətə  gedib.  Övladları 
Südabə  xanım  və  Nəcməddin  bəyi  Müxlis  bəyin  bibisi 
Cəmey  xanım  böyüdüb  başa  çatdırmış,  ali  təhsil 
almışdılar.  Südabə  xanım  müəllimə,  Nəcməddin  bəy  isə 
yeyinti üzrə texnoloq
-
mühəndis təhsili almışdır.
 
 
 

 
Sək.48: Rəşid bəy, Fəxridövlət x., Meşədi Muxtar 
və Maxcamal Qubuşovlar
 
 
İkinci  bibim  Sultanova  Fəxridövlət  Əziz  qızı 
(1907-1986) 
İrəvanda anadan olmuşdur. İrəvanlı Qubuşov Muxtar Cab
-
 

 
 
85
 

bar  oğlu  ilə  ailə  həyatı  qurmuşdu.  Gəncədə  yaşayıbdır. 
Övladları:  Mahcamal  xanım,  Rəşid  bəy,  Rəhman bəy və 
Cabbar bəy.
 
 
Əmim  Sultanov Süleyman Əziz oğlu İrəvanda 1912
-ci 
ildə  anadan  olmuşdur.  İkinci  vətən  müharibəsində  itgin 
düşmüşdür.
 
 
Sultanov  İbrahim  (Əbo  bəy)  Hacı  Məmməd  oğlu Leyli 
xanım ilə ailə qurmuşdur. .
 
 
Oğlu  Qəzənfər  bəy  Göyçayda  yaşayıb.  Qəzənfərin 
oğlu Sultanov Yaşar bəy.
 
 
Sultanova 
Əfşan  İbrahim  qızının  yoldaşı  Hidayət 
müəllim.
 
 
Sultanova Turan xanım İbrahim qızı Tibb İnstitutun far
-
makalogiya  fakültəsini  bitirib.  Həyat  yoldaşı  Sultan  1937
-
ci il qurbanlarından  olmuşdur.
 
 
Sultanov Mahmud Hacı Məmməd oğlu donosdan son
-
ra institutdan xa
ric edilmişdir, vərəm xəstəliyinə tutularaq 
gənc yaşlarında vəfat edibdir.
 
 
 
 
 
Sək.43: Mahmud bəy Sultanov
 
 

 
 
 
 
 
 
 
 
ZDŞİ
-
nin  bu  məlumatından  başqa  Əbuzər  bəy  (Rza 
bəy) haqqında başqa məlumat yoxdur.
 
 
Sultanov  Rəhim  Hacı  Məmməd  oğlu  1894
-
cü  ildə 
İrəvanda anadan olubdur. O, İsmayılova Nazirə Bağır qızı 
ilə ailə həyatı qurmuşdur. 1948
-
ci ildə Rəhim bəy ailəsi ilə 
Gəncə  şəhərinə  köçür.  Rus  dili  müəllimi  işləyir.  Rəhim 
bəy  İrəvan  gimnaziyasının  4  sinifini  və  Tiflisdə  kurslar 
bitirmişdir. Rəhim bəy ildə bir dəfə Yerevana gəlirdi. O,
 
 
 
86
 

mənə  və  balaca  qardaşıma çoxlu maraqlı nağıllar danışırdı. 
Övladları: Sima xanım,  Məmməd bəy və Nazlı  xanım.
 
 
 
 
Sək.45: Rəhim bəy və Nazirə xanım Sultanovlar
 
 
Oğlu  Məmməd  Sultanov  (1935,  Yerevan 
–  2009, 

Gəncə)  Kirovabad Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir 
və  ix
-
tisasca  həkim  olan  Züleyxa  xanım  ilə  ailə  həyatı 
qurub. 2009-
cu  ildə Gəncədə vəfat edib. Övladları: Rəna 
xanım, Rəhim bəy, Kəmalə xanım və Rasim bəy
.
 
 
Rəhim  bəyin qızı Sima xanım (Yerevan 1932
-2005 Ucar) 
Azərbaycan  Pedaqoji  İnstitutunu  bitirib,  37  il  müəllimə 
işləyib. Həyat yoldaşı Qasımov Həsən partiya işçisi olub. Üç 
övladı var: Əli bəy, Azər bəy və Fəridə xanım.
 
 
Sultanov  Rəhim  Hacı  Məmməd  oğlunun  ikinci  qızı  Nazlı 
xanım  Xanbəyova  (Sultanova)  1939
-
cu  ildə  Yerevanda 
anadan  olub.  Kirovabad  Pedaqoji  İnstitutunu bitirmişdir. 49 
ildir müəllimə işləyir. Həyat yoldaşı Şərqi Xanbəyov uzun illər 
Bakı  Metropolitennin  rəis  müavini  işləyib.  Üç  övladı  var: 
Əlqəm
 
bəy, Rəşad bəy və Fuad bəy.
 
 
Nazlı  xanım  Sultanova  Yerevandan  köçürülmələrini  belə 
xatırlayır:  “1949
-
cu  ilin  yay  aylarında  anam  Nazirə  xanım 
vəfat  etmişdir.  Atam  Sultanov  Rəhim  Məmməd  Ağa  oğlu 
köçkünlərin məsələsi üzrə idarəyə məktubla müraciət edir ki, 
a
iləmiz  Gəncəyə  köçürülsün”.  Nazlı  xanım  danışır  ki, 
yorğan
-
döşəkləri  məfrəşlərə  yığmışdıq  və  bu  gün
-sabah 
sənədlərimizin  hazır  olmasını  gözləyirdik.  Məfrəş
-xovsuz 
(bəzən  xovlu)  xalça  texnikası  ilə  toxunan  məişət  əşyası, 
formaca hündür sandığa bənzəyir. Yorğan
-
döşək, paltar və 
s. saxlamaq, onları daşımaq üçün istifadə edilirmiş.[24]
 
 
Sənədlərin hazırlanması çox gec çəkdi, hardasa okty
-abr 
ayı  olardı  bizi  balaca  pəncərəsi  olan  “tovarnı”,  yəni  yük 
vaqonuna  yerləşdirdilər,  bizim  ailəmizdən  başqa  bir  ailədə 
həmin vaqonda yerləşdirilmişdi. Bir neçə gün soyuq
 
 
 
87
 

və  qaranlıq  vaqonda  yol  getdik.  Arazın  yanından  keçəndə 
vaqondakı  balaca  pəncərədən  bayıra  çox  baxmağa  icazə 
vermirdilər.  Evimizi  tikincə  Gəncədə  bir  müddət  kirəyədə 
qaldıq.  Evimiz  hazır  olanda  ora  köçdük  və  atam  İrəvandan 
gətirdiyi  gül, tərəvəz, göyərti (mərzə, ağ reyhan, yer alması 
və  s.)  toxumları  öz  həyətimizdə  əkdi.  Yer  alması  payızda 
sarı  çiçəklər  açırdı,  dibindən  çıxan  kartofa  bənzər  almaları 
çox faydal
ı və dadlı olur. Doğma İrəvanın şəraitini yarat
-maq 
istəyən  köçkünlər  İrəvan  tutunun,  üzümünün  növlərini 
məskən salmış yerlərində bitirirdilər.
 
 
Sultanov  Kərim  Hacı  Məmməd  oğlu  İrəvanda  anadan 
olub. ZDŞİ
-
nin məlumatı.
 
 
 
 
 
 
 
İnstitutda  əlaçı  olduğu  üçün,  erməni  tələbələr 
paxıllıqdan  onu  zəhərləmişdilər.Bu  hadisədən  sonra 
Kərim bəy ağır xəstələnir və itgin düşür. Bu zaman Kərim 
bəyin  təkçə  bir  oğlu  var  idi,Əbülfət.Əbülfət  bəyin  anası 
Naxçıvandan  gəlin  gəlmişdir.  Əbülfət  bəyi  İrəvandakı 
nənəsi  Püstə  xanım  Sultanova  böyütmüşdür.  Sultanov 
Əbülfət  Kərim  oğlu  (1911
-
1998)  Azərbaycan  Politexnik 
institutun  memarlıq  fakultəsini  bitirmişdir.  Uzun  illər 
ərzində  Azərbaycan  Tibb  işçilərinin  Həmkarlar  İttifaqında 
işləyibdir. Əbülfət bəy yaxşı tar çalırdı, onun tarı evlərində 
divardan  asılı  olardı.  Əbülfət  əmioğlu  tar  çalanda,  onun 
qızı  Zərifə  xanım  və  mən  həvəslə  qulaq  asardıq.  O,  diş 
həkimi  Orucova  Bikə  xanım  ilə  ailə  qurur.  Əbülfət 
Sultanovun  qızı  Zərifə  xanım  1948
-
ci ildə Bakıda anadan 
olub.  Mühəndis
-texnoloqdur, hal-haz
ırda  təqaüddədir. 
Zərifə xanımın oğlu Kərim bəy və qızı Fidan xanımdır.
 
 
 
 
 
 

 
Sək.46: Əbülfət  bəy, Bikəxanım və Zərifə  x. Sultanovlar
 
 
88
 

Kəngərlilər
 
 
Qaziyevlər, 
Qədimbəyovlar, 
Əliyevlər, 
Qaçarlar,Sultanovlarla 
yanaşı  Kəngərlinski  soy  adı 
daşıyan  İrəvan  şəhərinin  nəslin  nümayəndələri  haqqında 
danışmaq istərdim. E.ə. I əsrdə və b.e. birinci yüzilliyində 
Kəngərlilər  haqqında  məlumatlara  Strabonun  və  Pliniyin 
yazılarında  rast gəlmək olur.
 
 
Ola  bilsin  ki, bu nəslin adı Kanq dövləti ilə bağlıdır. E. ə. 
VII  əsrdə  Avestada  bu  Kanqao,  e.  ə.  IV əsrdə hind ep
-osu 
“Maxabxarata”da Kanqi, b. E. VI-
X  əsrlərində  isə  fars 
mənbəyində Kanqdez (farsca dez “qala” deməkdir) adlanırdı. 
Qədim çin mənbələrində Kanqyuy dövlətinin adı çəkilir, hansı 
ki,  Balxaş və Aral göllərinin arasında yerləşirdi. Kanqyuylar, 
yəni  Kəngərlilər,  üzümçülük,  maldarlıq və torpaq becərməsi 
ilə  məşğul  idilər,  lakin  ən  əvvəl  onlar  yaxşı  çaparlar  idilər. 
Kanq qalası adı ilə adlanan bu dövlətin sərhədləri dəqiq bi
lin-
mir. Ümumi fikrə görə, Kuşan adlanan bu dövlət orta əsrlərdə 
Balxaş və Aral göllərinin arasında Karatau dağlarının silsiləsi 
və Sır Dərya çayının orta axınında yerləşirmiş.
 
 
Qədim  türklərin  tarixinin  araşdırıcısı  məşhur 
A.N.Qumilyovun  fikrincə,  “Kanqar”  sözü  bu  dövlətdə 
yaşayan etnoslarının özlərinə ad verməsi idi.
 
 
Kəngərli bir çox coğrafi yerlərin adları ilə bağlıdır: Kanqar, 
Kenqşer,  Naxçıvanda  “Kəngər  Düzü”  ,  Qarabağda  “Qızıl 
Kəngərli”, Ağdamda “Kəngərli”, indiki Ermənistan ərazisində 
Qukasyan 
rayonunda “Kanqar Dağı”. Çox maraqlıdır ki, fars 
körfəzi  əvvəl  Kəngər  adlanırmış.  İranın  ərazisində  Kanqar, 
Qanqar  Şah,  Qanqaray
-Qala, Kanqarban, Kanqari, Kanqa-
ristan,  hansılar  ki,  çox  ehtimal  olunur  ki,  Kanqarlılar dövləti 
süqut etdikdən sonra əmələ gəliblər. Məlum olduğu kimi, XVI 
əsrdə  Azərbaycanın  geniş  ərazisndə  mərkəzi  Təbriz  şəhəri 
olan  Səfəvilər  dövləti  yaranmışdı  (1578
-
1587).  Şah 
Məhəmməd Xudabəndinin hakimiyyəti dövründə Səfəvi
 
 
 
89
 

dövləti parçalandı. Ölkə bir neçə bəylərbəyliklərə bölündü. 
Bu  zaman  Naxçıvan  əyaləti  Qızılbaş  tayfalarından  olan 
Kəngərlilərin irsi mülkiyyətinə çevrildi.
 
 
Kəngər  etnonimi  Kəngər  kişiləri  mənasında  qədim  türk 
dillərində ”ər”, “ar”, “ar”
-
“əsgər”, “sərrast atıcı”, “ailənin, nə
slin 
qoruyucusu”  deməkdir.  Rus  tarixçiliyində Kəngərlilər skif və 
peçeneq  tayfalarının  əsas  sütununu  təşkil  edirdilər.  Onlar 
hərbçiliyi, yüksək döyüş qabiliyyətləri ilə seçilirdilər.
 
 
Türk  tarixçisi  Taruk  Sümer  qeyd  edir  ki,  Şah  İsmayıl 
Xətainin  hakimiyyətə  gəlməsində  Kəngərlilər  böyük  rol 
oynayıblar. 
Səfəvi 
şahları 
Kəngərlilərin 
yüksək 
döyüşkənlik  qabiliyyətini  nəzərə  alıb  qiymətləndirirdilər. 
Onların sədaqətli, qorxmaz və dönməz olduqlarını nəzərə 
alan  Səfəvi  şahları  özlərinin  mühafizə  dəstələrinin  və 
həmin  dəstələrin  başçılarını  Kəngərlilər  arasından 
seçirdilər.  Səfəvi  şahı  Süleymanın  (  II  Şah  Səfi
-1666-
1694),  Kəngərli  tayfasınan  olan  Eynalxan  bəyə  “Sultan” 
titulu  verməklə  o,  şahın  xüsusi  rikab  qulamlarına  başçı 
qoydu. Rikab - 
orta əsrlər zamanı şah, sultan və xaqanları 
müşayət edən xüsusi silahlı suvari dəstələr adlanırdı.
 
 
Məlum  olduğu  kimi,  XVI  əsrdə  Azərbaycanın  geniş 
ərazisində,  mərkəzi  Təbriz  şəhəri  olan  Səfəvilər  dövləti 
yaranmışdır.  Kəngərlilər  haqqında  fransız  sayyahı 
Şardenin  XYII  əsrin  sonralarına  aid  olan  yol  qeydlərində, 
XVIII  əsr  türk  səyyahı  Ə.Çələbi,  A.S.Qriboyedov,  V.Potto, 
N.Nefedov, İ.Şopen və başqalarının  yazılarında xatırlanır.
 
 
Rus  tarixçisi  V.Qriqoryev  “Naxçıvan  əyalətinə  statistik 
nəzər” kitabında ( Sank
-Peterburq, 1833-cü il ) bu tayfa-ya 
böyük  diqqət  yetirmişdir.  Kəngərliləri  o,  belə  xarakterizə 
edir:  “Onlar  möhkəm,  dözümlü,  işgüzar,  uzun  müdət 
aclığa  dözən  adamlardır,  hərbçidirlər.  Qonaqpərvər, 
dostluğa  möhkəmdirlər,  lakin  heç  vaxt  təhqir  və 
incidilməyə dözmürlər, yaddan da çıxarmırlar...”
 
 
 
 
 
 
 

 
 
Sək.13: Naxçıvanın qerbi
 
 
 
 
90
 

 
K
ə
ng
ə
rli
 
xanlığının
 
gerbi saxlanılaraq bizə
 g
ə
lib
 
çatmışdır. Kə
ng
ə
rli
 
n
ə
slinin qerbi
 
dörd hiss
ə
d
ə
n ibar
ə
t
 
olan lövh
ədir. Onun ortasında üzə
rind
ə
 niz
ə
y
ə
 
sancılmış
 
v
ə
 
yuxarı qaldırılmış
 
k
əsilmiş  baş
 
t
ə
svir olunan kicik lövh
ə
 
yerl
əşir. Birinci
 
lövh
ə
d
ə
 
altı nizə
d
ə
n ibar
ə
t sip
ə
r ikinci
 
lövhədə yuxarıdan iki altıgüşəli ulduzlarla müşahət olunan 
qala  üçüncü  lövhədə 

at, dördüncü lövhənin içində can
-
avar  təsvir  edilib.  Lövhəni  şirlər  saxlayır.  Qerb  ovlanmış 
sincab  mantiya  və  şah  tacı  ilə  bəzədilib.  Tac  isə 
beşulduzla müşayət olunan ucları yuxari yönəlmiş aypara 
ilə bəzədilib. Qerbin rəngləri bəlli deyil. (33)
 
 
1747-1920-
ci  illərdə  Naxçıvanın  bütün  xanları 
Kəngərlilər  olublar.  Kəngərlilərin  orduda  xidmət  etmək 
ənənələri  rus  ordusunda  davam  edirdi.  Kəngərli  nəslindən 
altı  general  olub.  Bunlardan  dördü  çar  Rusiyasının  ordu
-
sunda,  biri  Sovet  ordusunda,  biri də İran ordusunda qulluq 
ediblər.  Türkmənçay  müqaviləsinə  (1828) əsasən Naxçıvan 
və  İrəvan  xanlıqları  Rusiyaya  birləşdirildi.  Tarixçilərimiz 
Ş.Nəzirli,  İ.Bağırovun  Azərbaycanın  hərbi  tarixinə  həsr 
olunmuş  işlərində  çoxsaylı  görkəmli  hərbiçilərimizlə  bir 
sırada altı Kəngərli generallarının adı çəkilir:
 
 
1.  General-mayor Ehsan xan  
 
2.  General-
leytenant  İsmayıl xan Ehsan oğlu 
 
 
3.  General-
mayor Kalbalı xan Ehsan oğlu 
 
 
4. 
General Hüseyn xan Naxçıvanski 
 
 
5. 
Briqada komandiri Cəmşid Naxçıvanski 
 
 
6.  General-
mayor  Kalbalı  xan  Cəfər  Qulu  xan 
oğlu Kəngərli 
 
 
General  Kəngərlilərin  İrəvandakı
 
fəaliyyətləri  ilə  bağlı 
bəzi məlumatlarala oxucuları tanış etmək istərdim.
 
 
 
91
 

İsmayıl xan Ehsan oğlu 1853
-
cü il noyabrın 10
-
da İrəvan 
dəstəsinin  bəy  drujinasının  rəisi  təyin  olunur.  1860
-
cı  ildə 
polkovnik  rütbəsi
 
alır,  1877
-ci il Rus-
türk  müharibəsinin 
başlanğıcında  İrəvan  at 

irrigulyar  alayının  komandiri  təyin 
olunmuşdur.  Bayazit  qalası  döyüşlərində  şücaət  göstərdiyi 
üçün 1877-
ci  il  19  dekabrda  İsmayıl  xan  general
-mayor 
rütbəsi  və  IV  dərəcə  Müqəddəs  Georgi  ordeni  ilə təltif olu
-
nur, 29 oktyabr1899-cu il general-leytenant, 18 avqust 1908-
ci  ildə  isə  xidmətdən  süvari  general  rütbəsində  təqaüdə 
çıxan  İsmayıl  xan  Ehsan  oğlu  öz doğma Naxçıvanında vəfat 
etmişdir. Bu haqda “Russki invalid” qəzetində 11 fevral 1909
-
cu i
ldə məlumat verilmişdir.
 
 
Kalbalı  xan  Ehsan  oğlu  1824
-
cü  ildə  anadan  olmuşdur. 
Kalbalı  xanın  xidməti  qulluq  siyahısında,  yazılmışdır  ki,  o, 
İrəvan 
quberniyasının 
sahibkar 
knyazlarının 
xan 
sülaləsindəndir.  General
-
mayor  Kalbalı xan Ehsan xan oğlu 
Naxçıvansk
i 1883-
cü  ildə  İrəvan  qubernatoru  yanında  xü
-
susi  tapşırıqlar yerinə yetirən böyük çinovniki. İrəvan bəylər 
drujinasının  rəisi.  1874
-
cü  ildə  General
-mayor, 1877-ci il 
mayın  10
-
da  İrəvan  və  Kurtin  atlı
-
irregulyar  alaylarından 
yaradılmış atlı
-irregulyar briq
adasının rəisi olmuşdur. 30
 
 
Kalbalı  xanın  oğlu  Cəfər  Qulu  xan  Naxçıvanski  1859
-cu 
ildə  anadan  oımuşdur.  Səkkiz  yaşında  Paj  korpusuna təyin 
olunmuşdur.  1885
-
ci  ildə  xəstəliklə  əlaqədar  İmperator  Ali 
Əlahəzrətləri  Böyük Knyaz Nikolay Nikolayeviçin 43
-cü Tver 
Draqun süvari alayının stabs
-
rotmistri Cəfər xan Naxçıvanski 
vəzifəsindən  azad  olunur.  O,  bolşevik  hakimiyyətini  qəbul 
etmədi və ailəsi ilə İrana köçdü.
 
 
Cəfər  Qulu  xanın  böyük  oğlu  rotmistr  Kalbalı  xan 
Naxçıvanski  1920
-
ci  ildə  İran  ordusuna  qulluğa 
keçib, gen-
eral  rütbəsinə  kimi  yüksəldi. O, 1931
-
ci ildə diviziya rəhbəri 
olarkən  kürdlərin  üsyanını  yatırdığı  zamanı  həlak  olub
-dur. 
Onun qardaşı Davud xan da İran ordusunda xidmət etmişdir 
və 1934
-
ci ildə güllələnmişdir. Milli ordunun Şəki
 
 
 
92
 

alayının komandir müavini rotmistr Ehsan xan Cəfər Qulu 
xan 
oğlu 
Naxçıvanski 
Azərbaycan 
Demokratik 
Respublikası  uğrunda  döyüşlərdə  iştirak  etmiş,  adyutantı 
ilə  birgə Yev
-
laxda vəhşicəsinə qətlə yetirilmişdir. 
1920-ci 
ildə  Cəmşid  xan  Cəfər  Qulu  xan  oğlu Naxçıvanski sovet 
hökumətini  qəbul  etdi,  18  il  ona  xidmət  etdi,  öz  kristal 
təmiz  sadiqliyinə  müqabilində  qəddarcasına  məhv  edildi 
və nəhəng qardaşlıq məzərlagına atıldı.
 
 
General  Hüseyn  xan  Naxçıvanski,  Səməd  bəy
  Mehm-
andarovdan sonra ikinci və sonuncu azərbaycanlı tam süvari 
generaldır. O, 1863
-cü ilin iyunun 28-
də anadan olub. Atası 
15  yaşlı  Hüseyn  xanı  təhsil  almaq  ücün  Peter
-burq paj 
korpusuna 
göndərir. 
Pusiya  imperatorunun  şəxsi 
himayəsində olan korpus məktəb
ini Hüseyn xan 1881-
ci ildə 
əla  göstəcilərlə  bitirir  və  kornet  kimi  Leyb
-qvardiya süvari 
alayında  hərbi  xidmətə  göndərilir.  Ənənəvi  olaraq bu alaya 
Pusiya  imperatorları  himayədarlarlıq  ediblər.  Beş  il 
keçməmiş Hüseyn xan Naxçıvanski  podruçik rütbəsi alıb.
 
 
Sonralar Qafqazda və Rusiyanın digər bölgələrində hərbi 
xidmətdə  olan  Hüseyn  xan  Naxçıvanski  nümünəvi  qulluğa 
görə  dəfələrlə  orden  və  medallarla  təltif  olunmuşdur.  Rus
-
Yapon  müharibəsi  başlanana  qədər  o,  İranın  “Şiri
-
Xurşid” 
ordeninin  dördüncü  və  ikinci  dərəcələri  ilə,  Avstriyanın 
“Dəmir Xaç”, Rusiyanın üçüncü və ikinci dərəcə “Müqəddəs
 
 
Stanislav”, üçüncü v
ə
 
ikinci d
ə
r
ə
c
ə
 “Müq
ə
dd
ə
s
 
Anna”,
 
Bolqariyanın
 
üçüncü d
ə
r
ə
c
ə
 
“Döyüş xidmə
tl
ə
rin
ə
 
gör
ə

 
v
ə
 dördüncü
 
d
ə
r
ə
c
ə
 
“Müq
ə
dd
ə
s Aleksandr” ordenl
ə
rin
ə
 
layiq 
görülmüşdür. 
1903
-
cı  ildə  Hüseyn  xan 
Naxçıvanskiyə  polkovnik rütbəsi verilir.
 
 
1904-
cü  ildə  o,  Port
-
Petrovska  gəlir  və  əksərriyyəti 
qafqazlılardan  ibarət  olan  İkinci  Dağıstan  süvari  alayının 
təşkilatçısı,  sonra  isə  komandiri olur. Aprel ayında alay 
rus-
yapon  müharibəsinin  hərbi  döyüşlər  meydanına  göndərilir. 
Müharibədə göstərdiyi döyuş məharətinə görə Hüseyn xan
 
 
 
93
 

Naxçıvanski  ikinci  dərəcə  “Müqəddəs  Anna”  (qılınclarla), 
qılınclar  və  bantla  dördüncü  dərəcə  “Müqəddəs Vladimir” 
ordeni,  “İgidliyə  görə”  qızıl  silahla,  ikinci  dərəcə 
“Müqəddəs  Stanislav”  ordeninin  qılıncları,  üşüncü  dərəcə 
“Müqəddəs  Anna”  ordeni  və  zabitlər  arasında  ən  yüksək 
mükafat sayılan “Müqəddəs Qeorgi” ordeni ilə təltif olunur. 
1907-ci iyulun 28-
də ona general
-
mayor rütbəsi verilir.
 
 
Hüseyn  xan  Naxçıvanski  döyüşən  ordu  generalı  olub. 
O,  bütün  rütbə  və  təltiflərini  məhz  cəbhələrdəki 
xidmətlərinə  görə  layiq  görülmüşdür.  Birinci  dünya 
müharıbəsi cəbhələrində göstərdiyi şücaətə və sərkərdəlik 
məharətinə  görə  Hüseyn  xan  Naxçıvanskiyə  1916
-
cı  ilin 
yanvarın 23
-
də süvari generalı rütbəsi verildi.
 
 
Ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti ilk 
gündən öz ordusunu yaratmaq qayğısına qaldı. Son dərəcə 
çətin  və  ağır  bir  şəraitdə,  erməni  qəsbkarları  və  onların 
havadarları  ilə  müharibə  apara
-
apara  öz  ordusunu yaratdı. 
Generallar  Səməd bəy Mehmandarov və Əliağa Şıxlinskinin 
böyük  zəhmət  sərf  etdikləri  bu  iş  yarımçıq  qaldı.  XI  ordu 
Bakını  işğal  etdi.  Rusiya  şərq  sərhədlərini  möhkəmlətmək 
üçün 
Azərbaycanda  ordu  və  donanma  yaratdı.  Ancaq 
Azərbaycanı qarşıda daha böyük müsibətlər gözləyirdi. Elm, 
mədəniyyət  sahəsində  tanınmış  ziyalıların,  siyasi  xadimlərin 
və 
peşəkar 
hərbçilərin 
repressiyası 
başlanmışdı. 
Azərbaycanda  sovet  hakimiyyətinin  qurulmasının  ilk 
aylarında  onlarla  təcrübəli,  peşəkar  hərbçimiz  güllələndi. 
Sonra isə fəlakətin daha dəhşətli, daha qorxunc dövrü gəldi.
 
 
Yenə azərbaycanlılar hərbi xidmətə çağrılmır, əksinə, milli 
diviziyamızın  ləğv  edilməsi  üçün  tədbirlər  görülürdü.  Bu 
müsibətlə
r 1937-1938-
ci  illərdə  daha  dəhşətli  hal  aldı. 
Azərbaycan  diviziyasının  yaradıcılarından  biri,  Frunze adına 
Ali Hərbi Akademiyanın xüsusi fakültəsinin kurs rəisi Cəmşid 
Naxçıvanski  də  bu  repressiyadan  qurtula  bilmədi. 
Azərbaycan diviziyası  da ləğv edildi. 
1938-
ci ildən sonra
 
 
 
94
 

azərbaycanlıların  da  ümumi  hərbi  xidmətə  cəlb  edilməsinə 
başlandı. Lakin azərbaycanlılardan ibarət yeni hərbçi nəslinin 
yetişməsinin  qarşısını  almaq  məqsədilə  onları  xüsu
-
si  hərbi 
bilik və hazırlıq tələb etməyən hissələrə göndərirdilər. Bütün 
bunlara  baxmayaraq  ocaq  közərir,  alovlanmağa  imkan 
axtarırdı.  Faşizmə  qarşı  müharibədə  bu  alovun  qarşısını 
almaq  olmadı.  Cəbhədə  qəhrəmanlıq  göstərən  onlarla 
azərbaycanlı  Sovet  İttifaqı  Qəhrəmanı  oldu,  g
eneral 
rütbəsinə yüksəldi. Ancaq maneələr hələ də qalırdı.
 
 
Azərbaycanda  hərbi  məktəblər  olmasına  baxmayaraq, 
orada  azərbaycanlıların  təhsil alması çox müşkül məsələ 
idi.  Yalnız  cənab  Heydər  Əliyev  1969
-
cu  ildə 
Azərbaycanda hakimiyyətə gələndən sonra bu 
problem öz 
həllini  tapdı  və  həmin  məktəblərdə  azərbaycanlıların  sayı 
artdı.  1969
-
cu  ildə  Azərbaycan  KP  MK
-
nın  birinci  katibi 
seçilən  Heydər  Əliyev  azərbaycanlıların  ali  hərbi  təhsil 
almaları üçün yol
-
lar axtarmağa başladı. Bunlardan biri də 
azərbaycanlıların  hərbi  məktəblərə  qəbul  olunmasını 
təmin etmək üçün indi
-
ki Cəmşid Naxçıvanski adına hərbi 
litseyi yaratması oldu. Bu məktəbi yaratmaq heç də asan 
olmamışdı.  Cənab  Heydər  Əliyev  böyük  uzaqgörənliklə, 
qeyri-
adi cəsarətlə və inadkarlıqla  bunu etdi.
 
 
Maarif 
Nazirliyi  və  respublika  hərbi  komissarlığı 
Azərbaycan  KP  MK  bürosunun  1971
-
ci  il  29  aprel  qərarını 
əsas götürərək, hərbi təmayüllü internat məktəbinin açılması 
üçün 1971-ci il iyunun 16-
da müraciət hazırlayır. Bu müraciət 
dərhal  müzakirə  olunur  və  1971
-ci  il iyulun 20-
də 
“İxtisaslaşdırılmış  internat  məktəbinin  yaradılması  haqqında” 
Azərbaycan KP MK bürosu qərar qəbul edir. 1971
-ci ilin noy-
abr  ayında  məktəbin  açılışı olur. Heydər Əliyev bu təntənəli 
mərasimdə  iştirak  edir  və  bildirir  ki,  yeni  məktəbə  diviz
iya 
komandiri general Cəmşid Naxçıvanskinin adını veririk. Bəli,
 
 
C. 
Naxçıvanski adına hərbi litsey belə yarandı. 
 
 
O vaxt SSRİ
-
də iki belə məktəb vardı: Naximov  və Suvo

 
 
 
 
95
 

rov adına hərbi təmayüllü məktəblər. Üçüncü belə məktəbin 
Azərbaycanda  yaradılmasının əsas məqsədini ermənilər də, 
sovet rəhbərliyi də yaxşı anlayırdı. Ona görə də Bakıya ciddi 
təzyiqlər  başlandı.  Ermənilər  açıq
-
aşkar  deyirdilər  ki,  bu 
məktəb  bağlanmalı  və  Yerevanda  açılmalıdır.  Mərkəzə 
məktublar,  teleqramlar  göndərirdilər  ki,  Bakıda  açılan  bu 
məktəbi  bağlatsınlar.  1971
-
ci  ildə  yaradılmış C. Naxçıvanski 
adına Hərbi Litseyi bu günədək 8909 nəfər bitirib. Onlardan 
10-u general, 1-
i isə admiral ali rütbəsinə qədər yüksəlib.
 
 
Təlaş içində olan Moskva hesab edirdi ki, belə bir məktəbi 
qapatmaq  onlar  üçün  çox  asandır.  Lakin  Heydər  Əliyev 
şəxsiyyəti qarşısında düşünməli oldular. Ona görə də hüquqi 
yol  axtarmağa  başladılar.  Və  məktəbin  lüzumsuzluğunu 
sübut  etmək  üçün  SSRİ  Müdafiə  Nazirliyi  general
-leytenant 
Topovu  Bakıya  ezam  edir.  Cənab  Heydər  Əliyevin  tapşırığı 
ilə  xüsusi  komissiya  yaradılır.  Topovun  irəli sürdüyü hər bir 
dəlilin  qarşısına  çoxsaylı  faktlar  çıxarılırdı.  O,  açıqca 
deyirmiş  ki,  mən  Mərkəz  qarşısında  cavab  verməliyəm. 
Məktəb  bağlanmalıdır... Axır ki, komissiya işini bitirdi. Sonda 
Topovu  cənab  Heydər  Əliyev  qəbul  edir. Bu yüksək hərbçi 
bəlkə  ilk  dəfə  idi  ki,  Mərkəzin  tapşırığını  yerinə  yetirməmiş 
qayıdırdı.  Beləliklə,  Mərkəz  Heydər  Əliyevin  məntiqi 
qarşısında  geri  çəkilməli  oldu. C. Naxçıvanski adına məktəb 
yaşadı, inkişaf etdi. Sonralar da hamı dərk etdi ki, milli hərbi 
kadrlarımızın  yetişdirilməsində  bu  məktəbin  rolu  əvəzsizdir. 
Qarabağ döyüşlərində vuruşan zabitlərimizin təxminən 70
-80 
faizi 
“Cəmşid  Naxçıvanski”nin  yetirmələridir.  Ordu 
q
uruculuğunda  da  bu  məktəbin  rolu  əvəzsizdir.  Ümum
-milli 
liderimiz Heydər Əliyevin çox böyük uzaqgörənliyidir ki, ordu 
quruculuğuna  başlayanda  əlimiz  boş  qalmadı.  Bu  gün 
məktəb  müasir  texniki  vasitələr,  laboratoriyalar,  kompüter 
otaqları ilə təchiz edilib.
 
 
Prezident  Heydər  Əliyevin  sərəncamı  ilə  1998
-ci ilin 
martında bu litseyin Naxçıvanda filialı açıldı. Bu gün məktəb
 
 
 
96
 

daha  yüksək  tələblərə  cavab  verir.  Hər  zaman  Heydər 
Əliyevin qayğısı ilə əhatə olunan məktəbi məhz buna görə 
də  fəxrlə  “Heydər  Əliyev  məktəbi”  adlandırırlar.  Məzunlar 
fəxrlə  “Mən  Heydər  Əliyev  məktəbinin  məzunuyam” 
deyirlər.  Heydər  Əliyev  məktəbini  bitirənlər  də  mərd, 
cəsur, vətənpərvər olmalıdırlar.
 
 
Yüklə 5,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin