Bütün türkl ərin tərcümanı ~ 1 ~ Abid Tahirli



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə14/20
tarix31.01.2017
ölçüsü1,7 Mb.
#7139
1   ...   10   11   12   13   14   15   16   17   ...   20
Abid  Tahirli
 

182
 ~ 
 
•  M
ərhəmət, sədəqə,  öz  soyuna  yardım  islam  dininin 
mahiyy
ətindədir («Rusiya müsəlmanlarının  mədəniləşməsinin 
başlanğıcı»). 
•  M
ətbəə  və  kitabçılıq bir  millətin tərəqqi və mədəniləşmə 
d
ərəcəsinə  ən  doğru  şahiddir.  İyirmi  il  əvvəl Rusiya müsəl-
manlarının  cəmi 2 mətbəəsi  vardı:  biri  Kazanda,  digəri Tiflisdə. 
Kazanda  Abdilin  daşbasması,  Tiflisdə  Ünsizadələr mətbəəsi.  İndi 
Baxçasarayda «T
ərcüman» mətbəəsi, Peterburqda  İlyas  Mirzə 
Boraqani, Kazanda K
ərimov qardaşları, Orenburqda Molla İbrahim 
K
ərimov və Bakıda doktor Axundov və Əli Mərdan bəy mətbəələri 
mövcuddur. M
ətbəələrin  sayı  2-dən 8-ə  çatmışdır  («Rusiya 
müs
əlmanlarının mədəniləşməsinin başlanğıcı»). 
• 
Hazırda (1884-cü il –  T.A.) Rusiyada türkcə  dörd qəzet 
n
əşr  olunmaqdadır.  Tiflisdə  «Ziya», «Kəşkül»  adlı  iki  qəzet 
Az
ərbaycan dilində,  Daşkənddə  «Türkistan qəzeti» rusca və 
özb
əkcə  və  Baxçasarayda «Tərcüman» qəzeti rusca və  Krım 
türkc
əsində  çıxır.  «Ziya»  qəzeti  Səid Ünsizadə, «Kəşkül»  Cəlal 
Ünsizad
ə, «Türkistan qəzeti» Nikolay Ostoumovun redaktorluğu ilə 
n
əşr olunur («Rusiyada mətbuat»). 
•  Çox oxumaq, çoxlu yazmaq v
ə  nəşr  etmək 
m
əcburiyyətindəyik. Rusiyada nəşr  olunan  islamca  kitablar  iki 
cürdür: biri din-d
əyanətlə əlaqəli, digəri faydasız nağıllar. Hünər və 
elml
ə  bağlı  kitablarımızın  yoxluğu  böyük  nöqsanımızdır. 
T
ərəqqidən geri qalmamaq istəyiriksə, bu qüsurun çarəsini tapmalı, 
h
ərəkət etməliyik, artıq vaxtdır («Rusiya müsəlmanları»). 
• 
Vaqon,  botinka,  qırmızı  qatar,  qara  qaloş  məsələləri həll 
olunub bit
ər-bitməz (qədimçilər  –  konservativlər və  çəditçilər  – 
islahatçılar)  arasında  mübahisələr nəzərdə  tutulur  –  T.A.) 

• Bütün türkl
ərin tərcümanı 

183
 ~ 
 
«T
ərcüman» çıxdı və bir də yeni cədid (yeni üsul – T.A.) ilə  işləyən 
m
əktəb  islahatı  çıxdı:  müsibət bəlası  o  gün  başladı.  «Tərcüman» 
neç
ə  yüz illər fəaliyyət göstərən məktəblərdə  islahata ehtiyac 
olduğunu  dedi,  Quran  qiraətini kafi görməyib, bütün məktəblərdə 
türkc
ə  elmi fənlərin keçirilməsini  lazım  gördü.  Xalqlardan 
utanmadı,  Allahdan  qorxmadı,  yeni  üsulun üstünlüklərini bəyan 
etdi. C
əmiyyət dəniz  kimi  dalğalandı,  qabardı,  şahə  qalxdı: 
«T
ərcüman» kimdir ki, köhnə  məktəbləri bəyənmir?  Doğru  yolda 
olan köhn
ə  nəslin  yolundan  çıxmaq  istəyir» («Qədimçilik  – 
c
ədidçilik»). 
•  «Mujikl
ərə  oxumaq,  yazmaq  lazım  deyildir»  politikasını 
yerid
ən…  iqtidarın  müsəlman  okullarında  reforma  aparılmasını 
razılıqla  qarşılayacağını  gözləmək  axmaqlıq  olardı.  Buna  görə  də 
«T
ərcüman»  işini  səssiz və  ehtiyatla görməyə  məcbur idi 
(«Q
ədimçilik – cədidçilik»). 
•  H
ər yerdə, hər zaman, fəqət xüsusi ilə  islam 
m
əmləkətlərində  qədimçilər (köhnəpərəstlər  –  T.A.) cədidçilərə 
(yenilikçil
ərə - T.A.) din və şəraiti pərdə və bəhanə edəcək etiraz və 
ya hücum etmişlər («Qədimçilik – cədidçilik»). 
• 
İslam  dünyasını  bürümüş  geriliyə  və  onun nəticələrinə 
baxdıqca qan ağlamamaq mümkün deyildir. İpdən iynəyə, qələmdən 
kağıza, köynəkdən çalmaya qədər istifadə etdiyimiz əşyalar yabançı 
m
əhsuludur. Bu gün birləşib  bizə  kağız  verməsələr yazmaqdan, 
oxumaqdan m
əhrum olacağıq. Kor, şikəst gözlər bunu necə görsün! 
(«Q
ədimçilik – cəditçilik»). 
• Bizim Rusiya köhn
əpərəstləri o dərəcə qafil və cahildirlər 
ki, 
əsrimizin ən böyük alimlərinə… həqarətlə baxırlar. Belə gedərsə, 

• Abid  Tahirli
 

184
 ~ 
 
daha  çox  qamçı  yeyəcək, daha çox geri gedəcək və  heyvanlıqda 
davam ed
əcəyik («Qədimçilik – cəditçilik»). 
• 
Əgər qadınların fəna olduqlarına hökm edilirsə, dünyanın 
yarısının  fəna  olduğuna  hökm  edilmiş  olur.  Əgər  qadınların  yaxşı 
olduğuna hökm edilirsə, dünyanın yarısının yaxşılığına hökm olur. 
Gerç
əkdən də  bir  şəhərin, vilayətin, yaxud bir millətin  qadınları 
cahildirs
ə, deməli, o toplumun cahil olması labüddür («Qadınlar»). 
• 
Bütün  insanlar  qadınların  qucağında  ərsəyə  gətirdiyi, 
onların köksündə ruzilərini tapdığı, elm və kamala onların dilindən, 
ədəb və namusu onların hal və hərəkətlərindən aldığı hər kəsin gözü 
önünd
ədir («Qadınlar»). 
•  H
ər  bir  qadın  insanlığa  çox  böyük  xidmət edən  insandır 
(«Qadınlar»). 
•  Mill
ətin  qadınları  sağlam  vücudlu,  namuslu,  çalışqan, 
savadlıdırsa,  bütün  millət də  sağlam  bədənli, namuslu, qeyrətli və 
elmli olur. Bunun 
əksi – qadınları zəif, binamus, biqeyrət və cahil 
olan mill
ətin bütün üzvləri də  bu  nöqsanlara  düçar  olacaqdır 
(«Qadınlar»). 
•  Dünya bir binaya b
ənzədilərsə,  qadınlar  o  binanın 
t
əməlidir. 
• 
Çalışmağı bilməyən, yaxud istəməyən ər kişilikdən çıxdığı 
kimi, ev
ə  baxmağı  bilməyən  qadın  da  qadınlıqdan  çıxar 
(«Qadınlar»). 
• H
əyat yoldaşı ilə gözəl yaşamaq istəyən qadın məhəbbət, 
s
əbir və  nəzakət  yolundan  ayrılmamalıdır,  söz  dinləməli, daim 
t
əmizliyə səy göstərməli, ərinin gətirdiyinə qane və razı olmalı, onu 
utandırmamalı  və  ondan  bacardığından  artığını  tələb etməməlidir. 
İsrafçılığa yol verməməli, yeməyi süfrəyə vaxtında verməli, ərinin 

• Bütün türkl
ərin tərcümanı 

185
 ~ 
 
qohumlarına hörmət etməli, ərindən istədiklərini uyğun zamanda və 
n
əzakətlə xahiş etməlidir («Qadınlar»). 
• 
Qadın cahil və elmsizdirsə, dişi heyvan kimi onun üçün də 
h
əyat və ömür puç keçəcəkdir («Qadınlar»). 
• 
Avropada Şərq qadınlarının ifrat dərəcədə örtülü, hüquq və 
azadlıqdan,  elm  və  tərbiyədən məhrum  qaldıqlarını  islamla 
əlaqələndirirlər. Utancvericidir ki, müsəlmanlar arasında da bu halı 
şəriətin gərəyi zənn edənlər çoxdur. Bununla avropalılar böyük səhv 
edirl
ər, müsəlmanlar günaha batırlar («Qadınlar»). 
•  Kim söyl
əyə  bilər ki, analara elm, savad və  hünər  lazım 
deyil? («Qadınlar»). 
• 
Əgər bir məsələ  ədalətlə  müzakirə  edilib  ədalətlə  həll 
olunmasa, işin nəticəsi ağır olacaq, insanlıq və islam önündə məsul 
v
ə  günahlı  qalacağıq.  Sonra  peşman  olsaq  da,  bu  fayda 
verm
əyəcəkdir («Qadınlar»). 
•  M
ədəni hökumət  ədalətsizliyə  yol verməz.  İstər 
c
əhalətdən, istər pis adətlərdən, istərsə də dar düşüncədən təvəllüd 
ed
ən  nöqsanların  qarşısını  almaq  hökumətin vəzifəsidir («Zülm 
haradan g
əlir»). 
•  Din v
ə  millət  qayğısı  ziyalı  və  alimləri, bir an da olsun, 
t
ərk etməməlidir («Zülm haradan gəlir»). 
• 
Zalım  kim  olursa-olsun, məzlum kim olursa-olsun, hər 
birimizin 
ədalətə  və  insafa xidmətçi  olması  və  onların  keşiyində 
durması fərzdir («Zülm haradan gəlir»). 
• 
Şanı uca Quranın bir kəlmə ilə təfsiri «ədalətdir» («Zülm 
haradan g
əlir»). 

• Abid  Tahirli
 

186
 ~ 
 
• 
Ədalətsiz,  insafsız  bir  müsəlmanın  ağzına  yüyən,  başına 
noxta  salıb,  ədalətə  bağlamaq  şəriətə  zidd deyil, əksinə, ona 
uyğundur («Zülm haradan gəlir»). 
•  Din  - 
ədalətdir.  Ədalət xaricində  hərəkət edənlərə, 
zalımlara  meydan  və  müsaidə  verilməməlidir («Zülm haradan 
g
əlir»). 
• 
Şərt ilə  nikah  bir  çox  qadınları  insafsızların  zülmündən 
mühafiz
ə  edəcəkdir,  şərt ilə  nikah  caizdir.  Ədalətli və  salih adam 
üçün  şərt ilə  nikahda  bir  ağırlıq  yoxdur:  şərtlər ilə  nikah  yalnız 
zalımın zülmünə qarşı ehtiyatlı bir səddir («Zülm haradan gəlir»). 
•  Rusiyada olan bütün müs
əlmanları  birləşdirmək və 
mill
ətin  düşüncə  və  ehtiyacına  uyğun  iş  görmək üçün Rusiya 
müs
əlmanlarının  qurultayını  keçirmək  haqqında  qərarımızı  yerlərə 
çatdırmaq  kimi  şərəfli vəzifəni  biz  icra  etdik.  Əli  Mərdan bəy 
Topçubaşov  (1865  –  Tiflis  –  1934  –  Paris, Azərbaycan  xalqının 
yetişdirdiyi böyük siyasi xadimlərdən  biri,  hüquqşünas,  qəzetçi, 
dövl
ət xadimi –  T.A.) və  Əbussuud  Mirzə  Əhmədov  (Ufalı,  tatar 
xalq xadimi – 
T.A.)  işin  icrasında  bizə  böyük  yardımlar  etdilər 
(«Zamanımızın məsələləri»). 
• 
Rusiyanın  hər tərəfindən Makaryaya (Nijni-Novqorod  – 
T.A.) t
əşrif buyurmuş 300 təmsilçi Ufa çayı açıklarında gəmi içində 
Rusiya müs
əlmanlarının birinci qurultayında iştirak etmək şərəfinə 
nail oldu. Yeni tariximizin birinci s
əhifəsi olan bu qurultay elektrik 
c
ərəyanı  kimi  millətin  bütün  vücudunu  başdan  ayağa  qədər 
silk
ələdi, hərəkətə  gətirdi və  bir neçə  ayda millətin  düşüncəsində 
beş-on ildə  yaranacaq  oyanışa  bərabər tərəqqi  yaratdı 
(«Zamanımızın məsələləri»). 

• Bütün türkl
ərin tərcümanı 

187
 ~ 
 
• 
Makaryadakı  I  qurultayda  yeddi-səkkiz  ziyalı  müsəlman 
olduğu halda Peterburqdakı ikinci qurultayda onların sayı artıq 30-
40 idi v
ə  onların  hamısı  millət  yolunda  çalışmağa  başladı 
(«Zamanımızın məsələləri»). 
• Müs
əlmanların birinci qurultayında hansı qərarlar verildi? 
Əvvələn,  millətin birləşməsinə, birlikdə  iş  görülməsinə, saniyən, 
mill
ətin maddi, mənəvi tərəqqisinə  və  salisən, ümumi Vətən 
işlərində rusların  mütərəqqi  ziyalıları  və  partiyaları  ilə  əməkdaşlıq 
edilm
əsinə («Zamanımızın məsələləri»). 
•  …sair mill
ətlər  milli  ideologiyası  olan  partiyalar 
yaradanda biz q
əflət yuxusunda idik. Nə  üçün sayı  yarımız,  hətta 
dördd
ə  birimiz qədər olmayan millətlər təşkilatlanıb,  nizamlı, 
m
əsləkli bir ideologiyaya sahib olduğu halda, bizlər ya bir millətə 
quyruq, ya bir firq
əyə yamaq olmalıyıq? Cahillik, qafilik, amma bu 
t
əbii hal deyil. Elə  isə,  islahı  mümkündür  («Zamanımızın 
m
əsələləri»). 
• 
İnsanların görüş və düşüncələri fərqli ola bilər. Lakin bu 
hal milliyy
ət,  xalq  düşüncəsinə  əngəl  olmamalıdır.  Bir  ananın  üç 
övladının  üç  fərqli  fikri,  düşüncəsi ola bilər. Amma anaya 
münasib
ətdə fərqli fikir olmamalıdır («Zamanımızın məsələləri»). 
•  Bir mill
ətə  ilk öncə  lazım  olan  üç  şeydir:  milli  düşüncə, 
milli dil, milli t
əhsil («Zamanımızın məsələləri»). 
• Milli birliyin t
əşəkkülü nə düşünüldüyü qədər ağır, nə də 
düşünüldüyü qədər yüngüldür. Buna nail olmaq üçün xaricdəki və 
daxild
əki bir xeyli maneə  dəf edilməlidir. Birlik əmələ  gətirmək 
üçün sad
ə  xalq həmişə  hazırdır.  Yol  göstərilərsə, irəliləyiş 
olacaqdır.  Lakin  yolbaşçılarımız  yardım,  yardım  etməlidirlər 
(«Zamanımızın məsələləri»). 

• Abid  Tahirli
 

188
 ~ 
 
•  Mill
ətin nə  fikirdə  və  nəyə  qadir olduğunu  gələcək 
göst
ərəcək. Mənə gəlincə, siyasi inanc və görüşümün əsası, təməli 
«türkoğlu  türk»  olduğumdur.  Öncə  Türk  olmadıqca  nə  aristokrat 
oluram, n
ə də demokrat. Nə xalqçı oluram, nə sosialist. Əgər mənə 
«türklükd
ən, millətçilik fikrindən əl çək, səadətə çatarsan» - desələr, 
m
ən bu cür səadətdən bədbəxtliyi üstün tutaram. Mənim mən 
olmamağım  nə  ağlıma  gələr, nə  vicdanıma  sığar  («Zamanımızın 
m
əsələləri»). 
•  Milli m
ənsubiyyət hər  şeydən müqəddəm, hər  şeydən 
müq
əddəsdir («Zamanımızın məsələləri»). 
•  «T
ərcüman»  24  ildir  ki,  meydandadır,  nədir  –  hər kəsə 
m
əlumdur. İlminskilərin nəzarətindən, missionerlərin iftiralarından, 
Pobedonostsov c
ənablarının iqtidar və gücündən qorxmayıb, yavaş-
yavaş  iynə  ilə  daş  dələn kimi xidmət  etmişdir,  lakin  qorxduğu  iki 
şey var idi: biri başı şapkalı, şlyapalı molladır, digəri başı çalmalı 
mirz
ə. Çünki şapkalı, şlyapalı mollanın siyasi işlərdə, sarıqlı çalmalı 
mirz
ənin  dini  işlərdə  yetərli elmləri  olmadığından,  ikisinin  də  bir 
x
əta edəcəkləri daim gözlənilir («Üçüncü qurultay»). 
• 
«Yağmur yağar içərik, yerdən çıxar yeyərik» - ilə bu gün 
dünyada ömür sürm
ək mümkün olsa da, sabah belə  heyvan kimi 
keçinm
ək mümkün olmayacaqdır. Bu miskinlik, bu fəaliyyətsizlik, 
bu hün
ərsizlik bizləri məhv edəcəkdir («Müsəlmanlar konqresi»). 
•  M
əğribdə  Rabat,  Şərqdə  Şahabad  başdan-ayağa  bərbad. 
İşgüzar lazım olsa, yaramır Əli, Murad, Xudadad. Mütləq lazımdır 
Jorj, ya Ferdinad (Müs
əlmanlar konqresi). 
• 
İslam əhlinin təəssüflü halına səbəb nədir? Maarifsizlik və 
c
əhalət – kimi cavab verilərsə, ardınca bəs bunlara səbəb nədir? – 
sualı gəlir. Bu barədə düşünməliyik. Halımız çox acı, utancverici bir 

• Bütün türkl
ərin tərcümanı 

189
 ~ 
 
haldır, lakin buna qarşı göz yummaq xətadır, qəzadır, günahdır. Bu 
halımızı,  bu  dərdimizi gizlətmək yox, caddələrdə, meydanlarda 
bağırıb  çağırıb  söyləməliyik. Dərdimizə  çarə  tapmalıyıq,  əks 
t
əqdirdə  daxildən çürüyə-çürüyə  hər  gün  yıxılar,  cayılar,  məhv 
olarıq («Müsəlmanlar konqresi»). 
• B
əlkə mədəniləşməmizə, tərəqqimizə əngəl olan islamdır? 
Yox, yox! Biz
ə  şərəf verən islam dini tərəqqi və  mədəniyyətin 
m
ənbəyidir. Əvvəlki dövrlərdəki inkişafın baş səbəbi və mühərriki 
d
ə islamdır. Dinimiz  müqəddəsdir ki, «hamınız çalışın», «hamınız 
oxuyun»,  «hamınız  tədbir və  sənət ilə  yaşayın»  qaydalarını 
buyurmuşdur. Bizlər isə hazırda bu müqəddəs qaydaların tam əksini 
edirik («Müs
əlmanlar konqresi»). 
• 
İqtisadi  düşgünlüyümüzə, fikir və  ağıl  hərəkətsizliyimizə 
gör
ədir ki, Şərqdə bir yazar ortaya çıxarsa, Qərbdən yüz fikir, yüz 
əsər, yüz ədib  çıxar.  Bu  vəziyyət  halımızın  nə  qədər  müşkül 
olduğunu daha gözəl anladır («Müsəlmanlar konqresi»). 
•  Bu hallar (Q
ərbdə  sənaye və  ticarətin,  elmin  inkişafı, 
Şərqdə isə geridə qalması nəzərdə tutulur – T.A.) inkar edilə bilməz, 
lakin bizl
əri  yıxan  yalnız  bu  deyil.  Bəlkə  daha  artığı  çürük 
ad
ətlərimizdən,  avamlıq  və  hər cür xurafatdan irəli gəlmişdir 
(«Müs
əlmanlar konqresi»). 
• 
İslam dünyasına diqqətlə baxılarsa, müsəlmanlar harada və 
hansı bir idarə altında olursa-olsunlar, qonşularına və sair millətlərə 
gör
ə  geridə  qaldıqları  təəssüf ilə  görülməkdədir.  Əlcəzairdə 
y
əhudilərdən, Kiritdə  rumlardan, Bolqarıstanda  bulqarlardan, 
Rusiyada h
ər kəsdən, Hindistanda hindulardan geri qaldıqları inkar 
edil
ə  bilməz…  Bu  halımızın  və  bu hala bais olan mərəzin 

• Abid  Tahirli
 

190
 ~ 
 
s
əbəblərini  açıq  olaraq  kəşf  və  təyin etmək  lazımdır  («Ümumi 
yığıncaq»). 
• 
İcma zamanlarında (islamın pərvəriş tapdığı, çiçəkləndiyi 
dövr n
əzərdə tutulur – T.A.) islam hakim idi, hazırda isə dörddə üçü 
m
əhkumdur.  Dünyanın  əhvalı  bambaşqadır:  ötən hər dəqiqə  bizi 
kilometrl
ərlə geridə buraxaraq tərəqqi edir («Ümumi yığıncaq»). 
• 
…ölmüş millət ad və klişesini heç cür qəbul edə bilmirəm. 
Z
ənn edirəm ki, qəflət  yuxusuna  getmiş,  zülmə  məruz  qalmış 
dem
ək  daha  doğrudur.  Qəflət və  zülm  keçici  hallardır:  bunlarla 
mücadil
ə  insanların  ixtiyarında  və  iqtidarındadır  (gücündədir) 
(«Müs
əlman konqresi»). 
•  Hün
ər və  mərifət ilə  hasil  etdiyimiz  şey  çox  azdır. 
B
ərəkətli  torpaqlarımız  bir  çox  şeylər  hasil  edir.  Bunları  dünya 
bazarına  çıxarıb  satmaq  da  əlimizdən gəlmir. Ona görə  də  bu 
b
ərəkətin bir hissəsini nəql edən  əcnəbi gəmiçilərinə  verməyə 
m
əcburuq. Ticarət  meydanı  olan  Avropa  və  Amerika qitələrini 
izl
əsək,  bazarında  müsəlman  taciri  tapılmaz,  olsa  da,  istisna 
q
əlibindən olar. Şərqli tacirə rast gəlinərsə ya ermənidir, ya rumdur, 
ya y
əhudidir, ya da hindli, fəqət müsəlman deyildir! («Müsəlman 
konqresi»). 
•  Bizim Kazanda v
ə  Bakıda  hər millətdən tacir və  müsafir 
var. Amma hindli, ya misirli bir müs
əlman tacir yoxdur. Ölkə 
xaricind
ə  iş  görə  bilmədiyimiz bir yana, öz vətənimizdə  də  aciz 
qalırıq. Turan və İranın, Osmanlı və Misirin, Məğribin və Hindinin 
ticar
əti əcnəbilər əlindədir («Müsəlman konqresi»). 
• C
əmiyyət işləri ilə məşğul olanlar öz bildiklərini qeyd və 
n
əşr  etsələr, gələcəkdə  millətimizə  xeyir verəcək bir tarix yazmaq 
mümkün olardı («Zamanın tarixi»). 

• Bütün türkl
ərin tərcümanı 

191
 ~ 
 
• 
İş-güc və fikir birliyi kimi şivə və dil birliyi də məişətin ən 
mühüm şərtlərindəndir («Türk dil şivələri»). 
• 
Osmanlı  türk  şivəsi  işlək,  ədəbiyyatı  qeyrilərinə  nisbətən 
z
əngin  olduğundan,  ümumtürk  dilinə  çevriləcəyini zənn edənlər 
olsa da, biz bu q
ənaətdə  deyilik,  çünki  Osmanlı  şivəsi təmiz 
türkc
ədən həddən  artıq  uzaqlaşmış,  millətə  aid kəlmələrin  əvəzinə 
ərəb, fars və digər dillərdən alınan sözləri qəbul etmiş, təmiz türk 
dilinin ögey oğlu olmuşdur («Türk dil şivələri»). 
• 
Osmanlı şivəsi xəlqi dil deyil: divanxanalar və məmurlar 
şivəsidir. Bu bir şivədir ki, Kaşqarlı bir tatar üçün nə qədər güc və 
ç
ətindirsə, sadə anadolulu üçün də, bəlkə o qədər çətindir («Türk dil 
şivələri»). 
• H
ər millətin dili olduğu və dilin də ən böyük və ən birinci 
bir s
ərmayə  olduğu  o  qədər məlum məsələdir ki, bu xüsusda 
müzakir
ə açmağa ehtiyac yoxdur («Dil sadəliyi»). 
• Sad
ə və hər kəsin anladığı, işlək dilə malik olmayan xalqın 
g
ələcəyi şübhəli və qaranlıqdır («Dil sadəliyi»). 
• 
Türk  oğlu  üçün  sadə  türkcə  cümlə  sair dillərdən daha 
yaxşıdır («Dil sadəliyi»). 
• …h
ər dilin özünəməxsus yaraşığı var: içində gizlənmişdir, 
işlənmək ilə ortaya çıxar, xaricdən lüğət toplamaq ilə deyil. Borcla 
n
ə xəzinə dolar, nə dil zənginləşər («Dil sadəliyi»). 
• Q
əzet hamı üçün buraxılırsa, dili sadə və aydın olmalıdır 
(«Dil sad
əliyi»). 
• Q
əzet və xəbər dili necə sadə isə, «ədəbiyyat və şeir» dili 
d
ə  o dərəcə  sadə  olmalıdır  ki,  milli  olsun  («Osmanlıca  və  sadə 
türkc
ə»). 

• Abid  Tahirli
 

192
 ~ 
 
• 
Əgər «əski  mollalarımız»  dilə  ərəb və  fars sözlərini 
doldurduqları  kimi  «yeni  mollalarımız»,  yəni  sivilizasiyalılarımız 
fransızcadan,  nemescədən söz qəbulunu moda və  adət etsələr, 
g
ələcəkdə türk dili… çox çirkin, çox yad görünəcəkdir («Osmanlıca 
v
ə sadə türkcə»). 
•  Bildiyim budur ki, dilimiz sad
ələşdirilməlidir, sinif dili 
yox, hamının anlayacağı dil olmalıdır. Bunun üçünsə, ilk növbədə 
türkc
ə lüğət tərtib və nəşr edilməlidir («Osmanlıca və sadə türkcə»). 
•  «T
ərcüman»ın  keçən nüsxələrinin birində  milli 
şairlərimizdən  Seyid  Əzim  Şirvaninin  bəzi  əsərlərini dərc edərkən 
dilinin sad
ə türkcə olduğuna işarət etmişdik («Digər cavab»). 
• Sad
ə dil, bizim fikrimizcə, hər kəsin istifadə etdiyi və rahat 
anladığı bir dildir («Digər cavab»). 
• Türkc
əsi olan bir kəlmə yerinə digər bir lisanın kəlməsini 
istimal etm
ək ədəbi cinayətdir («Dil məsələsi»). 
• H
ər cür lüğətimiz var, fəqət türk dili lüğəti yoxdur, hər cür 
qrammatik kitab
ları vardır, fəqət türk qrammatika kitabları yoxdur, 
h
ər cür məcmuələr vardır, fəqət türk şeir antologiyası yoxdur. Türk 
atalar sözl
ərini, bilməcələrini, hətta ümumi tarixini bildirən bir əsər 
yoxdur. Bu halda lisan v
ə imlaya dair baxışlardan, müzakirələrdən 
bir fayda olmaz, z
ənn edirəm («İmla bəhsi»). 
• 
Dili  lazımsız  sözlərdən,  yabançı  kəlmələrdən qurtarmaq 
üçün xüsusi bir qurum lazımdır ki, bu da meydanda yoxdur («İmla 
b
əhsi»). 
• H
ər xalqın iki böyük sərmayəsi olur: biri dil, digəri dindir 
(«İslam məişəti»). 
•  H
ər dil qələm ilə  və  ədiblərin  kamalı  ilə  tərəqqi edər 
(«Uram dili»). 

• Bütün türkl
ərin tərcümanı 

193
 ~ 
 
•  Az
ərbaycan  türk  şivəsində  mart  ayının  30-dan etibarən 
(1903) Tiflisd
ə  nəşrə  başlayan  «Şərqi Rus» qəzetinin bir-iki 
nüsx
əsini görüb sevindik… Təbrik edir, müvəffəqiyyət arzulayırıq. 
İyirmi  ildən  artıq  «Tərcüman» tək  çalışırdı.  İndi  dostu  zühur  etdi. 
T
əkliyimiz bizə çox ağır gəlirdi. İş çox, məsələ çox. Qələm bir idi, 
iki oldu («Tiflisd
ə yeni qəzet»). 
• 
Kazanda, Krımda, Orenburqda, Tiflis, Bakı və Daşkənddə 
kitab çap edilir, kitab ç
ıxarılır.  Bunlar  əksər halda nəşr  olunduğu 
yerd
ə qalır, kənar yerlərə dağıdılmır, görülmür, eşidilmir, buna görə 
d
ə satılmır, iş ağırlaşır. …Məlum mərəzin dərmanı axtarılsa, tapılar. 
Cüml
ə  kitabçılar  və  naşirlər  görüşməli,  yazışmalı,  kitablarını  bir-
birin
ə  əmanət etməli, nəşrlərini hər tərəfə  yaymağa  səy 
göst
ərməlidirlər («Kitab və kitabçılıq»). 
• 
Bir xalqın ədəbi dili yoxdursa, özü də yoxdur. Millət üçün 
dil can v
ə ruhdur («Kitab və kitabçılıq»). 
•  Q
əzetlərimiz nə  qədər çox olursa-olsun, bundan millətə 
fayda gözl
ənilir, zərər dəyməz, lakin hər bir mühərrir, hər bir 
q
əzetçi  başqa  bir  dil,  başqa  bir  şivə  və  imladan istifadə  edərsə, 
m
əsələ çox müşkülə düşər («Lisan məsələsi»). 
•  H
ər millətin hal və  istiqbalı  üçün  dininin  bir  olması  nə 
q
ədər mühümdürsə, dilinin  də  bir  olması  eləcə  əhəmiyyətlidir. 
Ədəbi dildən məhrum qalmış millət sayca nə qədər böyük olsa da, 
kiçik sayılır («Lisan məsələsi»). 
• 
Dil ayrılığı, məkan ayrılığından daha ağır, daha zərərlidir. 
Mill
ətin birliyi dilin birliyi sayəsindədir. Maarifə, kamala 
yiy
ələnmək  yalnız  ədəbi dil sayəsində  mümkün ola bilər («Lisan 
m
əsələsi»). 

• 
Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin