Bütün türkl ərin tərcümanı ~ 1 ~ Abid Tahirli



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə2/20
tarix31.01.2017
ölçüsü1,7 Mb.
#7139
1   2   3   4   5   6   7   8   9   ...   20

Birlik – ideyadan 
əmələ 
 
M
əktəb islahatını uğurla həyata keçirən «Tərcüman»ın nəşri 
il
ə  Rusiya müsəlmanlarının  –  türklərin təfəkkür tərzində  bir 
d
əyişiklik yaradan, cəmiyyəti bürümüş qaranlığa, cəhalətə işıq salan 

• Abid  Tahirli
 

14
 ~ 
 
İ.Qaspiralı  din və  dil  qardaşlarını  birləşdirmək,  onların  problem-
l
ərini birgə müzakirə etmək, çarəsini birgə axtarmaq üçün əvvəlcə 
Rusiya müs
əlmanlarının,  daha  sonra  dünya  müsəlmanlarının 
qurultayını  keçirmək təşəbbüsünü irəli  sürdü,  bu  ideyaları  inadla, 
israrla, f
ədakarlıqla reallaşdıra bildi. 1905-ci ildə Nijni-Novqorodda 
keçiril
ən Rusiya müsəlmanlarının  I  qurultayında  sədrlik edən 
İ.Qaspiralı  millətin birləşməsi, maddi-mənəvi tərəqqisi üçün bu 
toplantıdan sonra bu işin davamlı təşkili üçün də səy göstərmişdir. 
Rusiya müs
əlmanlarının  II  (12-23 yanvar, Sankt-Peterburq) və  III 
(29 avqust – 3 sentyabr 1903, Nijni-
Novqorod) qurultayından sonra 
İ.Qaspiralı Misirdə Dünya müsəlmanlarının da məclisini keçirməyə 
nail olmuşdur (1907). 
 
Mücahid Qaspiralı 
 
İ.Qaspiralını  təqdir edənlər də, tənqidçiləri də  onun 
f
əaliyyəti  haqqında  rəy  formalaşdırmaq  üçün  dilin  imkanlarından 
gen-bol istifad
ə  etməyə  çalışmışlar.  Bu  vaxta  kimi  İ.Qaspiralı 
aşiqləri  onun  ünvanına  «millətin  atası»,  «müsəlman  ədəbiyyatının 
ruhi-piranisi», «böyük ustad», «müh
ərriri-əzəm», «dahi», «Turanın 
əmsalsız  mədəni qəhrəmanı»,  «müsəlman  ziyalılarının  başçısı», 
«t
ərəqqi ordusunun ələmdarı»,  «millət  karvanının  rəhnüması», 
«rühül-mill
ət», «Rusiya müsəlmanlarının  ən  böyük  adamı»,  «türk 
yurdunun  yolbaşçısı»,  «Rusiya  müsəlmanlarının  çırağı»,  «təkcə 
Rusiyada deyil, xaricd
ə də müsəlmanlar arasında hamıdan məşhur», 
«mill
ətin fəxri», «böyük və  sevgili adam», «hünər sahibi», «ustad 
publisist», «qüdr
ətli fikir və  ideya rəhbəri»,  «xalqın  maddi  və 
m
ənəvi keşiyində dayanan bir insan», «istənilən avropalının həsəd 
apara bil
əcəyi erudisiyaya sahib dünya müsəlmanları arasında nadir 

• Bütün türkl
ərin tərcümanı 

15
 ~ 
 
insan», «ali v
ə  nəcib qəlb  sahibi»,  «böyük  İsmayıl  bəy», «bir 
mürşid, bir ustad» kimi  ona layiq  sözlərdən istifadə  edərək böyük 
ideoloqa öz m
əhəbbətlərini izhar etmişlər. 
İdeoloq,  naşir,  redaktor,  mühərrir,  islahatçı,  yazıçı-publisist 
İ.Qaspiralının  mövcudluğu,  fəaliyyəti onun məslək,  əqidə 
düşmənlərinin yuxusunu daim ərşə çəkmişdir. İsmayıl bəyin amalını 
anlayan qara qüvv
ələr ona açıq-aşkar nifrət edir, düşmən münasibət 
b
əsləyir,  onu  «pantürkist»,  «panislamist»  damğaları  ilə  gözdən, 
nüfuzdan  salmağa  çalışır,  fəaliyyətindən  əndişələndiklərini 
gizl
ətmirdilər.  İ.Qaspiralı  ideyalarını,  ideallarını  anlayıb  tənqid 
ed
ənlər, hətta  onun  ünvanına  hədyan söyləyənlər də  olmuşdur. 
Smirnovlar, Çerevanskil
ər, Ostroumovlar, İlminskilər İ.Qaspiralının 
əqidə, məslək  düşməni idilər, lakin onu əlifba və  ya məktəb 
islahatına görə tənqid edən ziyalıların bəlkə də xeyirxah niyyətləri, 
bu probleml
ərlə  bağlı  öz  mövqeyi,  öz  fikri  vardı.  Qədimçilər, 
köhn
əpərəstlər cədidçilərlə  -  İ.Qaspiralının  məktəb  islahatı  ilə  heç 
cür
ə  razılaşmır,  mürtəce, mühafizəkar fikirlərdən  əl çəkmirdilər. 
Yaxud, böyük tatar şairi Abdulla Tukaya elə gəlirdi ki, İ.Qaspiralı 
çar hökum
ətinə  münasibətdə  lazım  olduğundan  daha  çox  ehtiyatlı 
davranır  və  bir qədər zəiflik göstərir.  Bir  çox  ziyalı  isə  İsmayıl 
b
əyin «ortaq dil» layihəsini qəbul etmir, ona qarşı çıxırdılar. İsmayıl 
b
əy hər kəslə  öz dilində  danışmağı  bacarırdı.  O,  özünün  əqidə, 
m
əslək  düşmənlərinə  güclü, məntiqli və  əsaslı  cavablarla  sarsıdıcı 
z
ərbələr  vurur,  onların  murdar  niyyətlərini  ifşa  edirdisə, onun 
niyy
ətlərini dərk edə bilməyənlərə, məramını anlamayanlara izahat 
verir, fikrini bir daha t
əkrarlayır, tövsiyə və məsləhətlərini verirdi. 
Bu baxımdan onun sevə-sevə oxuduğu, izlədiyi və böyük məhəbbət 
b
əslədiyi «Həyat», «Tərəqqi» qəzetlərinə müraciəti, açıq məktubları 
çox ibr
ətamizdir. 

• Abid  Tahirli
 

16
 ~ 
 
İ.Qaspiralı  yuxarıda  adını  çəkdiyimiz qəzetlərdən sitatlar 
g
ətirməklə  «ortaq dilə» etiraz edən müəlliflərin mövqeyinə 
t
əmkinlə, dəlillərə  istinad edərək cavab verir, öz mülahizələrini 
əsaslandırmağa  çalışır.  Buradakı  üslub,  problemə  yanaşma  tərzi 
elmidir v
ə  təqdirəlayiqdir. Bütün hallarda –  istər  düşmənlə 
mübariz
ədə, istər dostla fikir mübadiləsində, mübahisədə İ.Qaspiralı 
öz ide
yaları naminə fəaliyyəti ilə bir mücahid təsiri bağışlayır. 
 
İdealist, ideoloq, islahatçı 
 
Çar hakimiyy
əti dövründə İ.Qaspiralıya müxtəlif məmurlar, 
q
əzetlər, missionerlər,  eyni  zamanda  qarağuruhçular,  nadanlar, 
c
əhalətpərəstlər ara-sıra  hücumlar  etmiş,  ideyalarına  qarşı  çıx-
mışlarsa da, onu müdafiə edənlər, onun fikirlərini yayanlar da çox 
olmuşdur.  Təsadüfi  deyil  ki,  İ.Qaspiralı  dühası,  onun  ideyalarının, 
əməllərinin  əzəməti, irsinin qüdrəti müasirləri, məsləkdaşları 
t
ərəfindən hələ o sağ ikən kifayət qədər yüksək dəyərləndirilmişdir. 
Sovet hakimiyy
ətinin ilk illərində  də  İ.Qaspiralı  irsi  yüksək 
qiym
ətləndirilir, xatirəsi  əziz  tutulurdu.  İstedadlı  alim,  filologiya 
elml
əri doktoru Asif Rüstəmli bu barədə  danışanda    qeyd  etdi  ki, 
t
əkcə  bu  faktı  xatırlatmaq  kifayətdir  ki,  türkoloqların  Bakıdakı  I 
qurultayı İ.Qaspiralının şərəfinə keçirilmişdir. 
Lakin Sovet hakimiyy
ətinin  sonrakı  illərində    -  1937-ci il 
repressiya dövründ
ən  başlayaraq  İ.Qaspiralının  tarixdən silinməsi, 
adının birdəfəlik unutdurulması üçün cəhdlər edilmiş, məzarı təhqir 
olunmuş, qəbri dağıdılmışdır. Yalnız Sovet imperiyası, kommunist 
ideologiyası  iflas  etdikdən  sonra  İ.Qaspiralı  irsi  və  şəxsiyyəti 
yenid
ən  aktuallaşmışdır.  Qeyd  etdiyimiz  kimi,  onunla  bir  dövrdə 
yaşayan tərəqqipərvər ziyalılar İ.Qaspiralının xidmətlərini layiqincə 

• Bütün türkl
ərin tərcümanı 

17
 ~ 
 
qiym
ətləndirmişdilər.  İ.Qaspiralının  «böyük  ustadımız»  -  deyə 
müraci
ət  etdiyi  Əhməd Midhəd  əfəndi  İ.Qaspiralını  nüfuzlu  bir 
m
əclisə  «böyük  İsmayıl  bəy  Qaspiralı» kimi təqdim  etmişdi. 
Dövrünün q
əzetləri İsmayıl bəyin fəaliyyətini təqdir edən çox sayda 
m
əqalələr dərc etmişlər. 
Əhməd bəy Ağayev, Əli Mərdan bəy Topçubaşov, Əli bəy 
Hüseynzad
ə, Nəriman Nərimanov, Coltan Məcid Qənizadə, Əhməd 
Cavad,  Əliabbas  Müznib,  Məmməd  Əmin  Rəsulzadə, Ceyhun 
Hacıbəyli, Firudin bəy Köçərli, Ömər Faiq Nemanzadə, Cəlil 
M
əmmədquluzadə, Məhəmməd  Hadi,  Haşım  bəy Vəzirov, Xəlil 
Xasm
əmmədov, Nəsib bəy Yusifbəyli, Şəfiqə xanım Əfəndizadə… 
kimi  adı  Azərbaycan tarixinə  düşmüş  xadimlər  İ.Qaspiralının 
f
əaliyyətini  yaxından  izləmiş,  onunla  əməkdaşlıq  etmiş,  onun 
ideyalarını  dəstəkləmiş,  yaymış  və  İ.Qaspiralı  ilə  bağlı  yüksək 
fikirl
ər söyləmişlər.  
Böyük idealist v
ə ideoloq İ.Qaspiralının vəfatı (24 sentyabr 
1914-cü il) x
əbəri bütün türk-islam  dünyasını  kədərə, qəm 
d
əryasına  qərq  etmiş,  sarsıtmışdı.  Məscidlərdə  mərhumun  adına 
Quran  oxudulur,  ehsanlar  verilir,  başda  «Tərcüman» olmaqla, 
Rusiyada n
əşr  olunan  bütün  türk  qəzetləri  başsağlığı  dərc edir, 
böyük xalq xadimin
ə  həsr  olunmuş  yazılar  verirdi.  Bakıda  çıxan 
q
əzetlərin demək  olar  ki,  hamısı  İ.Qaspiralıdan  yazır, böyük 
mücahidin d
əfn mərasimi ilə  bağlı  Baxçasaraydan  daxil  olan 
m
əlumatları dərc edirdi. 
«İqbal» bir nömrəsində (müəllif Hacı İbrahim Qasımov. 15 
sentyabr  1914,  №  738)  İ.Qaspiralıya  «Sizə  «həkim»  -  deyə  xitab 
edir
əm, ey dahi!» -  deyərək  yazırdı:  «Bizim  bir çox həkim, 
t
əbiblərimiz var, onlar ayrı-ayrı adamların bədənini müalicə edirlər. 

• Abid  Tahirli
 

18
 ~ 
 
S
ən də  həkim idin və  lakin ümumi millətin ruhunu müalicə 
edirdin». 
Şəfiqə  xanım  Əfəndizadə  «İqbal»  qəzetində  dərc etdirdiyi 
«R
əhbərimiz  İsmayıl  bəy və  qadınlarımız»  adlı  məqaləsində  (29 
sentyabr 1914, № 750) hamının üzərində böyük haqqı olan İsmayıl 
b
əyin ölümü ilə  bağlı  hər kəsin  ağladığını,  sızladığını  yazır  və 
İsmayıl Qaspiralını «möhtərəm ata» adlandıraraq qadınların təhsili, 
hüquqları  uğrunda  onun  böyük  fədakarlıq  etdiyini göstərir. 
Ş.Əfəndizadə yazırdı: «İsmayıl bəyin qəzetinin hər səhifəsində biz 
qadınlar  barəsində  məqalələrə  təsadüf edilirdi. Buna da qane 
olmayıb «Aləmi-nişvan» adında bir məcmuə nəşrinə başladı… Bu 
t
əşviqlər sayəsində hər tərəfdə qız məktəbləri açdırmağa müvəffəq 
oldu». 
«S
ədayi-həqq» qəzeti, 14 sentyabr tarixli 211-ci nömrəsində 
Haşım bəy Vəzirovun «İsmayıl bəy Qaspiralı» adlı məqaləsini dərc 
etmişdi.  H.Vəzirov  İ.Qaspiralının  vəfatını  bütün  millətin böyük 
itkisi adlandırır, onun keçdiyi şərəfli yola qısa nəzər salır və sonda 
yazır:  «İndi  növbə  həmin millətindir ki, onu təqdir etməklə 
mill
ətimizin  ən  çox  möhtac  olduğu  təzə  İsmayıl  bəylər  yaratsın. 
Bizc
ə,  İsmayıl  bəy millətimiz üçün o qədər  nişangahlar,  abidələr 
qoyub ki, h
ər nə  qədər məktəblər və  məktəblilərə  təqaüdlər təsis 
ets
ək də, onun zəhmətinin  əvəzini ödəməmiş  olacağıq.  Lakin 
İsmayıl  bəyin  əsl  əvəzinin daima yolunda mücahidat etdiyi 
islamiyy
ətdən çatacağına əminiz». 
«Dirilik»  jurnalı  1914-cü il 14 sentyabr tarixli nömrəsində 
Əliabbas Müznibin «Sevgili atamız İsmayıl bəy» adlı qəzəlini dərc 
etmişdir. 
«M
ətanət, mərhəmət, himmət təcəssüm etsə, ey dahi, 
  
Çıxar zatın kibi bir qəhrəman dünyayə, vallahi»  

• Bütün türkl
ərin tərcümanı 

19
 ~ 
 
misraları ilə  başlayan  əsərdə  Ə.Müznib  İ.Qaspiralının  xidmətlərini 
layiqinc
ə dəyərləndirir və yazır: 
«S
ən ey pərvaz edən ruhi-müqəddəs! Bimisal idin, 
N
ə növ yanmasın hicrində bu ümmət sənin zira». 
Ə.Müznib  İ.Qaspiralıya  «sevimli  pədər» deyə  xitab edir, 
«yatmış, düşkün və talesiz millətə» səadət və qüvvət verdiyini dilə 
g
ətirir:  
«Əsiri-qəhr olub dilsiz qalan biçarələr, yeksər, 
 
Dil açdı tərcüman oldu, o canlı «Tərcüman»ından. 
Arabir «T
ərcüman»nın  da  «bostanına  daş  atan»  və 
ümumiyy
ətlə, öz səhifələrində nadir hallarda nekroloq verən «Molla 
N
əsrəddin»  jurnalı  da  böyük  İ.Qaspiralının  vəfatı  ilə  bağlı 
başsağlığı dərc etmişdir. 
İstedadlı  publisist,  ictimai-siyasi xadim, istiqlal mücahidi 
Ceyhun  Hacıbəyli «Kaspi» qəzetində  (13  sentyabr  1914,  №  204) 
İsmayıl  Qaspiralının  vəfatı  ilə  bağlı  irihəcmli məqalə  dərc 
etdirmişdir (ətraflı bax: Abid Tahirli. Ceyhun Hacıbəyli İsmayıl bəy 
Qaspiralı  haqqında.  «Azərbaycan» qəzeti», 18 yanvar 1995). 
Ceyhun b
əyin fikrincə, bütün həyatı  boyu  müsəlmanları 
birl
əşdirməyə  çalışan  İ.Qaspiralı,  sirli  ölümündən  qabaq  da  onları 
birl
əşdirdi.  C.Hacıbəyli  İsmayıl  bəyin vəfatı  xəbərindən sonra 
müs
əlman cəmiyyətlərində  və  mətbuatdakı  həyəcanı,  dua 
m
ərasimlərini müsəlmanların  öz  liderlərinə  böyük dəyər 
verdiyind
ən irəli gəldiyini qeyd edir və  yazır  ki,  həqiqətən də 
müs
əlman  olub  İ.Qaspiralı  kimi  bir  xadimi  dəyərləndirməmək 
olmaz. 
M
əqalədə  İ.Qaspiralını  «böyük  idealist»  adlandıran 
C.Hacıbəyli yazır: «Mən mərhum İsmayıl bəylə Petroqrada, bu ilin 
əvvəlində  yerli müsəlman cəmiyyətinin  yaranması  münasibəti ilə 

• Abid  Tahirli
 

20
 ~ 
 
veril
ən ziyafətdə görüşmüşəm. Onun işləmək ehtirası ilə nəfəs alan 
simasına, canlı, ağıllı gözlərinə baxdıqca qocalıqdan uzaq, qüdrətli, 
güclü s
əsinə qulaq asdıqca, mən öz-özümə demişdim: bax, bu insan 
öz z
əhmətinin bəhrəsini görəcəkdir və  mən o zaman 
yanılmamışdım».  C.Hacıbəyli  İ.Qaspiralının  malik  olduğu 
erudisiyaya h
ər  bir  avropalının  da  həsəd  apara biləcəyini,  Şərq 
dünyası ilə məşğul olan Avropa mətbuatında onun hər bir sözü və 
fikrinin böyük ç
əkiyə  sahib  olduğunu,  onun  səsinin bütün dünya 
müs
əlmanlarının  eşitdiyini,  mühazirələrinin Hindistanda, Misirdə, 
Türkiy
ədə böyük maraqla dinlənildiyini vurğulayır və İ.Qaspiralının 
bütün türkl
ər üçün ümumi dil uğrunda mücadiləsini təqdir edir. 
«Kaspi»nin h
əmin nömrəsində  İ.Qaspiralının  adını  həmişə 
hörm
ət və  ehtiramla çəkdiyi,  əməllərini təqdir  etdiyi  Əli  Mərdan 
b
əy  Topçubaşovun  «İsmayıl  bəy  Qaspiralınin  xatirəsi»  adlı  yazısı 
da d
ərc  edilmişdir.  Milli  liderin  itkisinə  işarə  vuraraq, 
Ə.M.Topçubaşov yazırdı:  «Bu kədər bir də ona görə böyükdür ki, 
müs
əlmanlar hələ  öz  xalqına  sədaqətlə  xidmət edən ictimai 
xadiml
ərdən yoxsuldurlar. İndi unudulmaz İsmayıl bəy Qaspiralının 
yerini heç kim vermir».  Ağırdır, acıdır, kədərlidir, lakin həqiqətdir. 
Bu, XX 
əsrin əvvəllərində – Azərbaycanın intibahı dövründə, böyük 
tarixi şəxsiyyətlərimizin olduğu bir vaxtda olan səmimi bir etirafdır. 
Ə.M.Topçubaşov  da  daxil  olmaqla,  onlar  da  sıradan  çıxandan 
sonrakı  mənzərənin nə  qədər dəhşətli və  faciəvi  olduğunu 
söyl
əməyə,  İ.Qaspiralının  təbirincə  desək, nə  hacət?! Nə  isə… 
Ə.M.Topçubaşov  İ.Qaspiralının  həyat yolundan bəzi məqamları 
qeyd etm
əklə, bu böyük fədainin  hansı  inanca,  əqidəyə, enerjiyə 
sahib olduğuna diqqəti yönəldir. «Tərcüman»ın işıq üzü görməsini 
müs
əlmanlar üçün tarixi gün adlandıran müəllif bu «balaca həftəlik 
q
əzetin» müsəlmanlar  əleyhinə  sarsıdıcı  məqalələr yazan 

• Bütün türkl
ərin tərcümanı 

21
 ~ 
 
«Moskovskiye vedomosti»y
ə, «Novoye vremya»ya, eləcə  də 
«i
slamçı  professorlar»  Smirnov  və  Çerevanskiyə  layiqli cavab 
verdiyini xatırlayır və yazır ki, müsəlmanlar qəzetin adını redaktor-
naşirin  adı  ilə  sinonim kimi qəbul edir və  bilirdilər  ki,  onların 
t
ərcümanı  öz  «Tərcüman»ında  mütləq  haqsız  və  doğru  olmayan 
söz
ə  lazımi  cavabı  verəcək.  Ə.M.Topçubaşov  İ.Qaspiralının  bir 
islahatçı  kimi  məktəb və  ortaq dillə  bağlı  fikirlərinə  yüksək dəyər 
verir, bu sah
ədə mühüm işlər həyata keçirdiyini göstərir. Müəllifin 
fikrinc
ə, müsəlman əhalisinin yaşadığı elə bir yer yox idi ki, İsmayıl 
b
əy ora getməsin. Hara qədəm  qoyurdusa,  orada  izi  qalırdı:  yeni 
m
əktəbin, maarif müəssisəsinin, xeyriyyə  cəmiyyətinin,  ədəbi 
m
əclisin…  əsası  qoyulurdu.  İ.Qaspiralı  H.Zərdabini həmişə 
minn
ətdarlıq  hissi  ilə  xatırlayır,  onu  müsəlman ictimai və  maarif 
işlərində ilk pioner sayırdı. Müsəlman həyatının bütün sahələrində 
müşahidə edilən canlanmaları unudulmaz İ.Qaspiralının məhsuldar 
f
əaliyyətinin nəticəsi hesab edən Ə.M.Topçubaşov məqaləsini belə 
bitirir:  «İsmayıl  bəy  Qaspiralı  kimi  bir  insanın  itkisi  müsəlmanlar 
üçün böyükdür, onların kədərini anlamaq olar. Ancaq təsəlli verən 
odur ki, onun xidm
ət etdiyi müsəlmanların hər biri mərhumun təzə 
m
əzarı üzərində söyləyirlər: «Sağ ol, İsmayıl bəy, sən öz xalqının 
maraqları keşiyində dayanaraq bacardığın hər şeyi elədin! Sən insan 
kimi doğuldun, insan kimi yaşadın, insan kimi öldün!» 
Xalqımızın  böyük  oğlu  Nəriman Nərimanov da uzun illər 
boyu  İ.Qaspiralı  ilə  əlaqə  saxlamış,  əməkdaşlıq  etmişdir.  O, 
«T
ərcüman»ın  10  illik  yubileyi  münasibəti ilə  İsmayıl  bəyə  təbrik 
m
əktubu göndərmiş, 1903-cü ildə tələbə ikən Baxçasaraya gələrək 
İ.Qaspiralını  ziyarət  etmişdir.  İ.Qaspiralı  vəfat edəndə  –  1914-cü 
ild
ə  «Bəsirət» qəzetində  N.Nərimanov «Baxçasarayda imtahan 
meydanı» adlı məqalə ilə çıxış etmişdir. Müəllif millətə ağır itki üz 

• Abid  Tahirli
 

22
 ~ 
 
verdiyini k
ədərlə  bildirərək  yazırdı  ki,  İ.Qaspiralının  adı 
əbədiləşdirilməli,  onun  haqqında  kitab  yazılmalı,  xatirəsinə  abidə 
ucaldılmalıdır.  N.Nərimanov  yazırdı:  «…səndə  millət hissi 
oyanıbsa, öz hüququnu düşünmüsənsə, bismillah, imtahan meydanı 
açıqdır.  Sənin yolunda bütün ömrünü sərf edən,  axır  nəfəsinədək 
s
əni nicat yoluna dəvət edən  şəxsin qəbri səndən  ancaq  bir  daş 
gözl
əyir. Elə  bir  daş  ki,  çox  təəssüf,  Sabirimiz,  Tukayımız  ümum 
mill
ətdən bu daşı almadılar…». 
Türk  dünyasının  böyük  ideoloqu  Ə.Ağaoğlu  ilə  İ.Qaspiralı 
münasib
ətləri ayrıca mövzudur. Onlar bir sıra problemlər ətrafında 
fikir mübadil
əsi  aparmış,  Peterburq  və  İstanbulda  dəfələrlə 
görüşmüş, «Türk ocağı» cəmiyyəti və  «Türk  yurdu»  jurnalı  ilə  də 
əməkdaşlıq etmişlər. Təbii ki, İ.Qaspiralının vəfatı Əhməd bəyi də 
b
ərk  sarsıtmışdı  və  bu  duyğularını  o,  «Türk  yurdu»nda  dərc 
etdirdiyi (1914-
cü  il,  №  12)  nekroloqda  oxucularla  bölüşmüşdür. 
Ə.Ağaoğlu  İ.Qaspiralının  vəfatından  söz  açmağın  çox  ağır 
olduğunu  etiraf  edir  və  yazır:  «Mən  İsmayıl  bəyin vəfat etdiyinə 
h
ələ  də  alışa  bilmirəm! Çünki o, o qədər diri və  zirək,  canlı  idi, 
h
əyat onda o qədər daşqın idi ki, mənim xəyalımda İsmayıl bəydə 
h
əyat  əbədi,  daimidir.  İsmayıl  bəyə  əcəlin  yaxınlaşacağına  əsla 
inanmıram! Hətta İstanbula bir neçə ay əvvəl son gəldiyi zaman o 
möht
ərəm  ustadı  25  il  əvvəlki  kimi  görmüşdüm.  Nə  o sevimli 
çöhr
əsində, nə  o yüksək ruhunda əsla dəyişiklik  görmədim. 
Dostlardan b
əziləri xəstə  olduğunu  söylədilər: fəqət, mən inana 
bilm
ədim.  Çünki  İsmayıl  bəy həmin  o  tanıdığım,  hörmət etdiyim, 
sevdiyim… 
əvvəlki İsmayıl bəy idi». Ə.Ağaoğlunun dərin hüzn və 
k
ədərlə  qələmə  aldığı,  göz  yaşları  içərisində  yazdığı  «artıq  əsilli-
n
əcabətli çöhrədən  əbədiyyən məhrum olduq» sözləri  adamın 
yadına  istər-istəməz tatar teoloqu Musa Bikiyevin 1914-cü ildə 

• Bütün türkl
ərin tərcümanı 

23
 ~ 
 
q
ələmə aldığı «Mülahizə» adlı əsərdəki sətirləri salır: «Mən, əlbəttə, 
heç n
ə  fikirləşmədən həyatımı  onun  yerinə  qurban verər və  onun 
yerin
ə  qəbirə  uzanardım.  Əgər mənim bu böyük hörmət etdiyim 

əllimimi  ayağa  qaldırmaq  mümkün  olsa  idi,  mən ondan heç 
olmazsa, h
ələ 15-20 il də millətə xidmət etməyi xahiş edərdim». 
Qayıdaq  Ə.Ağaoğlunun  yazdıqlarına.  O,  qeyd  edir  ki, 
İ.Qaspiralının fikir, dil, iş birliyi düsturuna əməl edən hər bir qövm, 
əslində,  milli  şüur  və  mənəvi vəhdətini  duymuş  olur.  Bu  qayeyə 
çatmaq üçü
n İsmayıl bəy ən əvvəl türkləri hər yerdə boğan, birliyini 
pozan, milli şüurdan mərhum edən cəhalətlə mübarizəyə girişdi və 
bunun üçün 
ən müəssir-təsirli amil kimi mətbuatla məktəbə 
müraci
ət etdi. Məktəb və  mətbuat: budur türklüyü qurtaracaq iki 
silah! M
ərhum bütün həyatını türkləri silahla təmin etməyə sərf etdi. 
B
əy ailəsi ilə  həm mühərrir, həm mürəttib, həm də  müvəzirlik-
poçtolyonluq v
əzifələrini ifa edirdi. Qəzetini oxutdurmaq üçün 
İsmayıl  bəy dəfələrlə  Krımdan  Qafqaza,  Türkistana,  Buxaraya, 
Kazana, Orenburqa s
əfər edərək  qapı-qapı  dolaşmaq 
m
əcburiyyətində  idi. «Tərcüman» damla-damla  axırdı  və  hər 
damlası  hər yerdə  yavaş-yavaş  təzə, gözəl çiçəklər  yetişdirirdi. 
«T
ərcüman»ın lisanı Kazandan Qafqaza, Krımdan Türkistana qədər 
anlaşılırdı. Bu böyük bir məharətdir. Bununla mərhum, düsturunun 
birinci b
əndini  icra  etmiş  olurdu.  Türklər hər yerdə  bir-birini 
anlamağa başlayırdı. 
«İqbal»  qəzetinin 28 sentyabr 1914-cü il tarixli 749-cu 
nömr
əsində  Firudin bəy Köçərlinin  «İsmayıl  bəy  Qaspiralı»  adlı 
yazısı da eyni hisslərlə qələmə alınmış və o dərəcədə də təsirlidir. 
İ.Qaspiralını  «Diriliyimizin  mayası  və  millətimizin ruh mənzili» 
adlandıran F.Köçərli onun ölümünə heç cür inanmır:      «İsmayıl 
b
əy  Qaspiralınin ölmək xəbəri bizə  də  yetişdi.  Bu  dəhşətli xəbər 

• Abid  Tahirli
 

24
 ~ 
 
bizi böyük yas v
ə heyrətə saldı. Biz onun ölməyini gözləmirdik və 
doğrusunu  desək, onun ölümünə  inanmırdıq.  Bizim  xəyalımıza  və 
fikrimiz
ə də gəlməzdi ki, İsmayıl bəy kimi adam ölə bilər. Böyük 
v
ə  sevgili  adamın  ölməyi  insanı  heyrətə  salır,  bir  müddət onun 
əqlini şaşırır, ruhunu və hisslərini hərəkətdən salır. Cənab Rəsulun 
v
əfatı  xəbərini  Abdulla  ibn  Ənis  və  Həzrəti Ömər  eşitdikdə 
inanmadılar və İbn Xəttab qılıncını siyirib məscidin qapısında durdu 
v
ə  dedi:  -  Hər kim ki, «Həzrəti  peyğəmbər fot oldu» -  desə, bu 
qılınc ilə onu belindən iki biçərəm!»  
İmperator  Pyotr  Kəbirin vəfatı  xəbərini onun 
müq
ərriblərindən bəziləri  eşitdikdə  inanmadılar  və  «Pyotr Kəbir 
ölm
əz» - deyib iddia etdilər. Tarixdə bunun əmsalı çoxdur. Ana öz 
ist
əkli  balasının  ölümünə  bavər etməyib «Mənim balam ölməz»  - 
deyib nal
ə və fəryad edər. 
Bizim y
əqinimizdir  ki,  sevgili  ustadımızın  vəfatı  xəbəri bu 
minval çoxları əvvəl dəfədə cəsəd biruh halına salıb mat və məbhut 
qoyacaqdır  və  çoxları  bu  qara  xəbərə  inanmayıb  şəkk və  şübhədə 
qalacaqlar». 
F.Köç
ərli bu  acı,  ağır  xəbərin  sarsıdıcı  zərbəsini oxucu ilə 
bölüşdükdən sonra səmimi etiraf edir ki, «Tərcüman» bizi ayıltdı, o 
vaxta kimi biz kim olduğumuzu bilmirdik. O, 1890-cı ildə müəllim 
S
əfərəli bəy Vəlibəyovla Baxçasaraya –  İ.Qaspiralını  ziyarətə 
getdiyini, o
nlarda  qonaq  qaldıqlarını,  yeni  üsullu  məktəblə, 
«T
ərcüman»ın  mətbəəsi ilə  tanış  olduqlarını  məmnunla  xatırlayır, 
eyni  zamanda,  Smirnov  kimi  qatı  islam  əleyhdarının  timsalında 
ustadın  kimlər ilə  cəng və  cidalda  olduğunu  da  orada  ikən 
öyr
əndiyini yazır. 
İlk  dəfə  İsmayıl  bəyi 1880-ci illərdə  –  məktəbin son 
sinifl
ərində oxuyarkən ailəsinin abunə olduğu «Tərcüman» vasitəsi 

• Bütün türkl
ərin tərcümanı 

25
 ~ 
 
il
ə tanıdığını yazan Xəlil Xasməmmədli (İsmayıl Qaspiralıya aid bir 
xatir
ə. «Azərbaycan  yurd  bilgisi»  jurnalı,  №  16,  aprel  1933) 
sonralar 
– 
Moskva Darülfünunun t
ələbəsi ikən özünün 
«T
ərcüman»a abunə  olduğunu  qeyd  edir.  1895-ci ildə  Xəlil 
Xasm
əmmədliyə  bir  xoş  təsadüf sayəsində  İ.Qaspiralı  ilə  şəxsən 
tanışlıq  şərəfi nəsib olur. Onlar Fətəli Xan Xoyski ilə  birlikdə 
Moskvadakı  islam  toplumunun  İ.Qaspiralının  şərəfinə  verdiyi 
ziyaf
ətdə  iştirak  edirlər.  Sonralar  Dumadakı  islam  fraksiyionuna 
daxil olan X.Xasm
əmmədli Peterburqda da dəfələrlə İsmayıl bəylə 
görüşdüyünü  xatırlayır  və  İsmayıl  bəyin fəaliyyətinin bütün 
müs
əlman parlamentarlar üçün «bir siyasi mücadilə  məktəbi» 
olduğunu qeyd edir. Yazının sonunda müəllif İsmayıl bəyin fikir və 
düşüncələrinin bu gün də əhəmiyyətini itirmədiyi və günün həlledici 
m
əsələləri olduğunu vurğulayır, «böyük və əzmkar türk qəhrəmanı» 
il
ə bağlı xatirənin onun üçün çox qiymətli olduğunu yazır. 
M.Ə.Rəsulzadə  İ.Qaspiralı,  onun  nəşr  etdiyi  «Tərcüman» 
bar
ədə  bəhs edəndə,  onlara  layiq  olduqları  hörməti təmin edə 
bilm
əməyimizə  görə  təəssüfünü gizlətmir və  «Tərcüman»a və 
böyük  İsmayıl  bəyə  layiq  ən dəyərli  sayğı,  ən münasib xatirə»ni 
düşmən  əlində  çeynənən Vətəni xilas etmək naminə  səyləri 
sıxlaşdırmaqda,  mücadiləni gücləndirməkdə  gördüyünü  yazır. 
M.Ə.Rəsulzadə  məğlub  olmamaq  üçün  birlik  ideyasını  yayan 
İ.Qaspiralının  sadəcə  bu fikri təbliğ  etməklə  kifayətlənmədiyini, 
türkc
ə  oxumağı,  yazmağı  sadələşdirmək üçün «üsuli-cədid» 
h
ərəkatının geniş vüsət almasına nail olduğunu, «dildə, fikirdə, işdə 
birlik»  şüarının  türk  xalqlarının  taleyində, tarixində  böyük 
əhəmiyyət kəsb  etdiyini  vurğulamışdı.  M.Ə.Rəsulzadəyə  görə 
«T
ərcüman» kimi dəyərlərə  malik bir vətənin  övladı  istiqlal  və 
hürriyy
ət nemətindən məhrum edilə  bilməz.  O,  Krım  tatar 

• Abid  Tahirli
 

26
 ~ 
 
mücahidl
ərinə  xitabən  yazır  ki,  «Tərcüman»  sizin  olduğu  qədər, 
bilirsiniz ki, bizimdir d
ə, bütün türklərindir, xüsusi ilə  əsir türk 
ell
ərinindir. «Tərcüman»ın  bayram  qeyd  etdiyimiz  ildönümü  də 
t
əkcə Krımın deyil, bütün türklərindir. Hamımıza məxsus ortaqlı bir 
gündür (
ətraflı bax: «İstiqlal» qəzeti. Berlin, № 32, 15 aprel 1933). 
Az
ərbaycanın  istiqlalı  uğrunda  ideoloji  mücadilə  aparan 
parlaq simalardan biri, m
əşhur  türkoloq,  İstanbul  Universitetinin 
professoru, «Az
ərbaycan yurd bilgisi» jurnalının redaktoru Əhməd 
C
əfəroğlu İ.Qaspiralının türk xalqı qarşısındakı xidmətləri haqqında 
b
əhs edərkən onun xidmətlərinin «əzəmətli məfkurəsi ilə, meydana 
qoyduğu  əsərləri  ilə, bütün türk ellərinə  səpdiyi  toxumları  ilə 
ölçm
ək  lazım  olduğunu  qeyd  edir  və  o böyük türkün ruhunun 
q
əlbimizdəki mənəvi məzarı  önündə  diz çökərək  salamlayır. 
Ə.Cəfəroğlu İ.Qaspiralının ünvanına sağlığında olduğu kimi, vəfat 
etdikd
ən sonra da «haqsız və hörmətsiz ittihamlar yağdırıldığını, rus 
missionerl
əri, millətçiləri  kimi,  bolşeviklərin də  onu  əfv 
etm
ədiklərini yazır və göstərir ki, İsmayıl bəy onlar üçün nə qədər 
muzır  (zərərli  –  T.A.) idisə, bizim üçün o qədər  əziz, hörmətli və 
müq
əddəsdir. 
«Az
ərbaycan yurd bilgisi»nin «Tərcüman»ın  50  illiyi 
münasib
əti ilə  buraxılan  nömrəsində  krımlı  Abdullah  oğlu  Həsən 
b
əyin də  məqaləsi  verilmişdir.  Onun  qənaətinə  görə,  İ.Qaspiralı 
Az
ərbaycan  ədəbiyyatını  digər  türkdilli  xalqların  ədəbiyyatından 
daha «yüks
ək tutar» və  ona görə  də  «Tərcüman»ın  səhifələrində 
Az
ərbaycan türkləri haqqında «uzun boylu yazılar yazardı». 
M
ərhum ustad şeiri çox xoşlamazdı. Gül-bülbül, ab-ləb onun 
q
əlbini  oxşayacaq  ədəbiyyatdan deyildi. Fəqət,  İ.Qaspiralı 
Az
ərbaycan  şairlərinin  şeirlərini  sevərdi. Çünki onlar «milli 
şairlər»dirlər. Həsən bəy  İsmayıl  Qaspiralının  Qasım  bəy Zakir, 

• Bütün türkl
ərin tərcümanı 

27
 ~ 
 
Molla P
ənah Vaqif, Seyid Əzim Şirvaninin əsərlərini həm dil, həm 
m
əzmun  baxımından  çox  təqdir etdiyini, «Tərcüman»da onlar 
bar
ədə  məmnuniyyətlə məqalələr verdiyini göstərir və  S.Ə.Şirvani 
il
ə  bağlı  İ.Qaspiralının  fikirlərindən sitatlar gətirir. Müəllif 
m
əqaləsində  göstərir  ki,  İ.Qaspiralı  Bakı  milyonçularının 
xeyriyy
əçilik fəaliyyətini yüksək qiymətləndirir,  Naxçıvanda, 
Şəkidə yeni üsullu məktəblərin açılmasından çox sevinirdi və bütün 
bunlarla bağlı öz qəzetində fikirlərini bölüşürdü. 
Qaspiralısevərlər  onun  şəninə,  əziz xatirəsinə  şeirlər həsr 
etmiş,  onu  «ulu  türk»,  «milləti dirildən atəş»  (Məmməd  Əmin 
Yurdaqul.  «İsmayıl  Qaspiralıya»),  «parlaq,  böyük  adam»  (Cəlal 
Sah
ir.  «İ.Qaspiralının  ruhuna»)  adlandırmış,  vəsf  etmişlər. 
M.B.M
əmmədzadənin «Azərbaycanın  ilk  istiqlal  şairi»  kimi 
d
əyərləndirdiyi Məhəmməd  Hadi  «Böyük  İsmayıl  bəyə»  adlı 
şeirində yazır: 
  
 
«Verdin h
əyat bizlərə, öldün özün sənin, 
  
Mill
ət göz açdı, gərçi yumuldu gözün sənin». 
 
Şəkidən Hüseyn Tahirzadə  «Tərcüman»ın  25  illiyi 
münasib
əti ilə  «İrşad»a  göndərdiyi  şeirində  (15  may  1908,  №  66) 
q
əzetin fəaliyyətini nəzmə çəkir və sonda diləyini dilə gətirir: 
  
 
            Eyl
əriz bu igidi-milli ilə hər an iftixar, 
  
Olmasın Ya-rəbb, zəvali-ehtişam  
(t
əntənənin məhv olması – T.A.). 
 
İ.Qaspiralının  vəfatı  Krımda  olduğu  qədər Volqaboyunda, 
Qafqazda, Tatarıstanda, Orta Asiyada, Türkiyədə milli matəm kimi 

• Abid  Tahirli
 

28
 ~ 
 
qarşılanmışdı.  Şimal  türklərinin (Kazan) ən nüfuzlu qəzeti 
«Vakit»d
ə  (12 sentyabr 1914) Fatih Kərimov  İ.Qaspiralını  böyük 
türk  dünyasının  ən  parlaq  ulduzu  adlandırır  və  bu ulduzun 
sönm
əsini bütün türklərin hiss edəcəyini,  onların  qəlblərini 
titr
ədəcəyini kədərlə qələmə alır və belə davam edir: «İsmayıl bəyin 
h
əyatı  Rusiya müsəlmanları  üçün  özbaşına  müstəqil bir dövr, 
özbaşına  müstəqil bir tarixdir. Bu dövrdə  Rusiya müsəlmanları 
yenid
ən dünyaya gəldilər. Bu dövrdə  dilli və  ədəbiyyatlı  oldular. 
Milli m
ətbuata, təməddün (mədəniləşmə  –  T.A.) və  insaniyyət 
fikrin
ə  də  girmələri bu dövrdədir.  Başqa  millətlər kimi oxuyub 
yazmağı,  fikir  yürüdüb  düşünə  bilməyi də  bu dövrdə  öyrəndilər. 
Üsuli-c
ədid, xeyriyyə  cəmiyyəti,  qadın-qızların  təhsili, tərbiyə, 
hüquq m
əsələləri… də  hamısı  bu  dövrdə  meydana  çıxmışdır. 
Xülas
ə, Rusiya müsəlmanları  arasında  yeni  üsullu  məktəb və 
m
ədəniyyət  yayılmasının  əvvəli  İ.Qaspiralı  ilə  başlayır  və  onlar 
arasında millət və camaat xidmətində olan nə qədər xadimlər varsa, 
onların  hər  biri  İsmayıl  bəyi bir cəhətdən özlərinin  ustadı,  onun 
şagirdi olmaqla iftixar etməkdədirlər».  
F.K
ərimov  İ.Qaspiralının  yalnız  cismən  aramızdan 
ayrıldığını,  ruhu,  fikri  və  məqsədlərinin  əbədiyyən  qalacağını, 
getdikc
ə  daha  çox  anlaşılacağını  və  inkişaf  edib  hər tərəfə 
yayılacağını,  milli  həyatımızın  ölməz  nişanı  kimi  ruhumuzu 
yaşadacağını,  ağır  günlərdə  bizə  təsəlli verəcəyini, məyus 
q
əlblərimizə ümid gətirəcəyini qeyd edir. 

əllif  İ.Qaspiralını  özündən sonra milyonlarla Rusiya 
müs
əlmanlarının yetişdirib ölən bir ustada, bəxtiyar ataya bənzədir 
v
ə  yazır  ki,  bu  bəxtiyarlığın  fövqündə  duran bəxtiyarlıq  təsəvvür 
etm
ək ağıla sığmır. «Şiddətli bir okean cərəyanını başqa bir tərəfə 
axıtmaq  nə  qədər  müşkül  bir  iş  isə, qəflət dəryasına  batmış  bir 

• Bütün türkl
ərin tərcümanı 

29
 ~ 
 
mill
ətin fikrini ikinci bir tərəfə  çevirib  işlətmək    daha  müşkül  bir 
işdir.  İsmayıl  bəy mərhum belə  bir  işi  işlədi»  -  yazan F.Kərimov 
İ.Qaspiralının tarixi xidmətlərini yüksək qiymətləndirir. 
S.İbrahimovun  «İqbal»  qəzetində  dərc  olunmuş  «Böyük  və 
tarixi milli mat
əm» (1 fevral 1914-cü  il,  №  200)  adlı  məqaləsi 
İ.Qaspiralı  şəxsiyyətinin və  irsinin  yaşadığı  dövrdə, mühitdə  təsir 
gücünün d
əyərləndirilməsi  baxımından  diqqətçəkəndir. Müəllif 
«İsmayıl  bəy kimdir?» -  sualına  cavabı  artıq  ona  pərəstiş  edən 
milyonlarca  insanın  qəlbi və  vicdanının  verdiyini  bildirir. 
S.İbrahimov yazır: «İsmayıl bəy hər şeydir, hər kəsdir, hamımızdır, 
bütün mill
ətdir. Bugünkü dilimiz, yazımız, qəlbimiz, yazanlarımız, 
oxuyanlarımız,  mətbuat və  ədəbiyyatımız,  məktəb və 
m
ədrəsələrimiz, şagird və tələbələrimiz, sözün qısası, İsmayıl bəyin 
vicdan v
ə dühasının əməyinin bəhrəsidir». İsmayıl bəy türk irqinə 
m
ənsub  olduğu  üçün  təbii olaraq türk millətpərvərliyini irəli 
sürmüş,  türklərə  «bir dil, bir fikir və  bir  iş»  gərəkliyi qayəsini 
anlatmış  və  özü də  bu məramın  müdafiəsində  qaya kimi səbat və 
m
ətanətlə  duraraq bəyan  etmişdir:  milli  vicdan,  dünyəvi iman 
budur! 

əllif əmindir ki, millətin şəxsiyyəti və milli siması inkişaf 
etdikc
ə, nəinki Rusiya müsəlmanlarının,  bəlkə  ümumi 
müs
əlmanların  ən  böyük  dünyası,  ən  böyük  kainatı  İ.Qaspiralı 
əzəməti və ülviyyəti də eynən yüksələrək təcəlli edəcəkdir (təzahür, 
zühur ed
əcəkdir – parlayacaqdır – T.A.). 
Rusiyadakı  türkdilli  xalqların  «Yıldız»,  «El»,  «Ağ  yol», 
«Şura», «Koyaş», «Kazak», eləcə də «Türk yurdu» (İstanbul) və s. 
kimi q
əzet, jurnallar matəm günlərində İ.Qaspiralının xatirəsinə çox 
sayda m
əqalələr dərc  etmiş,  bu  fövqəladə  zəka, iradə, cəsarət, 
hün
ər, mədəniyyət sahibinin vəfatını  bütün  müsəlmanlara böyük, 

• Abid  Tahirli
 

30
 ~ 
 
ağır itki kimi dəyərləndirmişlər. Bakıda buraxılan mətbu orqanlar da 
-  «M
əktəb», «Dirilik», «İqbal», «İrşad», bir sözlə, istisnasız bütün 
milli  m
ətbu nəşrlər  İ.Qaspiralının  vəfatını  milli  matəm kimi qeyd 
etmişlər. 
İsmayıl  bəyin vəfatı  ilə  bağlı  dövri  mətbuatda dərc edilən 
əksər  yazılar  ya  bütöv,  ya  da  bir  hissəsi «Tərcüman»da da 
verilmişdir.  Qəzet  eyni  zamanda  Rusiyanın  hər tərəfindən 
gönd
ərilən  başsağlığı  və  hüzn  teleqramlarını  da  dərc  etmişdir.  Bir 
neç
ə  sətirlik həmin  teleqramlar  da  İ.Qaspiralının  parlaq  sima  və 
böyük itki olduğunu kifayət qədər geniş əks etdirir. 
Əli Mərdan bəy  Topçubaşov  Bakıdan  «Tərcüman»a 
gönd
ərdiyi  teleqramda  yazırdı  ki,  vəfasız  əcəl müsəlmanların 
yolunu  nurlandıran  çırağı  söndürdü,  tək «Tərcüman» yox, bütün 
Rusiya müs
əlmanları yetim qaldı.  
Zaqafqaziya  müftisi  Qayıbov  Baxçasaraya  ünvanladığı 
teleqramda İ.Qaspiralının bütün ömrü boyu müsəlmanların mədəni 
t
ərəqqisinə  qəhrəmanə  çalışdığını  vurğulayır.  Zaqafqaziya 
şeyxülislamı  Pişnamazadə  İsmayıl  bəyi həqiqi millət xadimi və 
müs
əlman ədəbiyyatının ruhi-piranəsi adlandırır. 
M.Ə.Rəsulzadə Bakıdan yazırdı: «Turanın əmsalsız mədəni 
q
əhrəmanı  və  Rusiya müsəlmanları  ustadının  matəm dəstəsi 
arxasında ağlayıb gedənlərə mən də göz yaşları ilə qoşuluram». 
Orenburqdan «Müs
əlman tələbələrə  yardım  cəmiyyəti»nin 
s
ədri  Hüseynov  Qaspiralı  ideyalarından  birinin  icrasına 
çalışdıqlarını bildirir və yazır ki, kədərimi mərhumun tabutu üzərinə 
bir 
əklil kimi qoyuram. Orenburqdan gələn  başqa  bir  teleqramı 
Qızlar  məktəbinin müəllim-şagirdləri göndərmişdir:  «…Rusiyada 
ana dilind
ə qadınlar üçün jurnal çıxaran, məktəb açan Qaspiralının 
v
əfatından  fövqəladə  məhzun və  mükəddər olduq». Orenburqda 

• Bütün türkl
ərin tərcümanı 

31
 ~ 
 
çıxan «Vakit» və «Şura» qəzetləri İsmayıl bəyi «əzəmətli ustaya», 
özl
ərinin mənəvi atasına bənzədir. Ufadan müfti Sultanov Qaspiralı 
ail
əsinə  baş  verən kədəri öz ailəsinin kədəri  hesab  edir,  Ufadakı 
«Müs
əlman xeyriyyə cəmiyyəti»nin rəisi Həkimov həqiqəti müdafiə 
ed
ən qəhrəman və millət xadiminin – İ.Qaspiralının vəfatı xəbərini 
d
əhşətlə  qarşıladığını  dərin hüznlə  çatdırır,  «Durmus»  qəzeti isə 
İ.Qaspiralını  «birinci  böyük  ustad»  adlandırır  və  mükəddər 
olduğunu  izhar  edir.  «Millətin mənəvi  atası  vəfat etdisə  də, onun 
fikirl
əri daim tatar gənclərinin  yolbaşçısı  olacaqdır»  –  bu 
m
əzmunda teleqramı Kazan müxbir və ədibləri imzalamışlar. 
Kazandan  «Yıldız»  qəzeti  İ.Qaspiralını  «əziz yol 
göst
əricisi», Petroqraddan «Müsəlman nəşri-maarif cəmiyyəti»nin 
r
əisi  Əminə  Sırtlanova  isə  onu  «islam  dünyasının  çırağı»  kimi 
s
əciyyələndirir. 
Petroqraddan  «İl»  qəzeti  İ.Qaspiralının  vəfatını  «milli  yas» 
hesab edir. Simferopol, Yalta, İstanbul, Tiflis, Moskvadan… gələn 
çox sayda teleqramlarda İ.Qaspiralının – «Rusiya müsəlmanlarının 
ən böyük adamının»,  «millətinin  ən alicənab və  fazil  oğlunun», 
«qadın  tərəqqisi və  maarifinin ölməz müdafiəçisi və  camaat 
xadiminin», «möht
ərəm pədərin» vəfatı  ilə  bağlı  hüzn  və  eyni 
zamanda onun tarixi xidm
ətləri  qısa,  kədərli, həm də  təsirli 
cüml
ələrlə əksini tapmışdır. 
Biz bil
ərəkdən İ.Qaspiralının vəfatı ilə bağlı teleqramlardan 
bir q
ədər  geniş  bəhs etdik. Böyük sevgi, həm də  emosional dillə 
q
ələmə  alınmış  bu  teleqramlara  nəzər  saldıqca  ümumxalq  matəm 
m
ənzərəsi dərin təəssürat  yaradır,  böyük  xalq  xadiminə  bəslənən 
sevginin n
əhayətsizliyi bir daha əyan olur, həm də  Qaspiralı 
ideyalarının hələ sağ ikən yayıldığı, təqdir olunduğu ucsuz-bucaqsız 
coğrafi ərazi göz önündə canlanır… 

• Abid  Tahirli
 

32
 ~ 
 
Ölk
ədə,  regionda  baş  verən ictimai-siyasi, tarixi 
t
əbəddülatlara (I Dünya müharibəsi, Burjua  inqilabı,  Vətəndaş 
müharib
əsi,  Böyük  Oktyabr  Sosialist  inqilabı,  Çar  Rusiyası 
ərazisində  qısa  müddətli olsa da, bəzi müstəqil dövlətlərin 
yaranması, onların süqutu və s. və i.) baxmayaraq, İ.Qaspiralının adı 
v
əfatından  sonra  da  bir  müddət qəzet və  jurnalların  səhifəsindən 
düşməmişdir. 
Sovet hakimiyy
əti illərində  İ.Qaspiralı  irsi  və  şəxsiyyətinə 
rejim v
ə kommunist ideologiyası qatı düşmən kəsilmişdir. Şovinist 
Katkov, missionerl
ər  Pobedonostnov,  Ostroumov,  İlminski, 
Maşanov,  çar  senzuraları,  türk-islam  əleyhdarı  olan  çox  sayda 
q
əzetlər, İsmayıl  bəyi  «kafir»  adlandıran  müsəlman din xadimləri, 
ona «x
əyalpərəst» - deyə hücum edən bəzi üzdəniraq ziyalılarımız 
diri, canlı İ.Qaspiralı üçün real, ciddi təhlükə olsa da, qarşısıalınmaz 
deyildil
ər.  Qaspiralı  onları  susdururdu. Daha qəddarı,  zalımı 
Qaspiralı  ruhundan,  ideyasından  təşvişə  düşən,  əndişələnən, elə 
buna gör
ə  də, onu tarixin səhifəsindən silməyi qərara alan sovet 
quruluşu  və  bolşevik  ideologiyası  idi.  Təsadüfi deyil ki, Sovet 
hakimiyy
əti hər vəchlə İ.Qaspiralını  pantürkist, panislamist  adı  ilə 
yaddaşlardan silməyə, unutdurmağa çalışırdı. 
 
Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin