Bütün türkl
ərin tərcümanı
~
69
~
anlamağa başladı. Düşüncələrdə təyəqqüz (oyanma – T.A.) hasil
oldu. Mill
ət xəstə, dərmana, ziyaya möhtac olduğunu etiraf etməyə
başladı. «Tərcüman»ın böyük xidməti də budur» (sitat 1903-cü ildə
«T
ərcüman» qəzetinin 20 illik yubileyi münasibəti ilə Orenburq
ziyalılarından Məhəmməd Fatih Kəriminin 1904-cü ildə
Orenburqda n
əşr etdirdiyi «Krıma səyahət» adlı kitabından tanınmış
qaspiralışünas Zəfər Qaratayın hazırladığı «Dua məclisi» adlı
m
əqalədən götürülmüşdür).
«Bütün ömrünü din v
ə qan qardaşları xeyrinə həsr etmiş
böyük bir şəxs bu gün aramızdan ayrıldı. Millətin səadətini hər
şeydən irəli tutmuş, insaniyyət və tərəqqi yolundakı səylər bütün
dost v
ə düşmənlərinin təqdirlərini cəlb etmiş alicənab bir qəlb bu
gün h
ərəkətdən durdu. Bu gün böyük türk-tatar dünyasının
yolbaşçısı olan ən parlaq ulduz söndü. Bu ulduzun sönməsi türk-
tatar dünyasının şərqindən qərbinə, şimalından cənubuna qədər
görül
əcək və hər yerdə özünün dəhşətli təsirini icra edib həssas
q
əlbləri titrədəcəkdir. İsmayıl bəyin həyatı Rusiya müsəlmanları
üçün özbaşına müstəqil bir dövr, özbaşına müstəqil bir tarixdir. Bu
dövrd
ə Rusiya müsəlmanları yenidən dünyaya gəldilər. Bu dövrdə
dilli v
ə ədəbiyyatlı oldular. Milli mətbuata, mədəniyyət və
insaniyy
ət fikrinə girmələri də bu dövrdədir.
Xülas
ə, Rusiya müsəlmanları arasında yeni maarifin və
m
ədəniyyətin yayılmasının başı mütləq İsmayıl bəy Qaspiralıyə
çatıb dayanmaqda və Rusiya müsəlmanları arasında millət və
camaat xidm
ətində olan nə qədər şəxslər varsa, bunların hər biri
İsmayıl bəyi özlərinə ustad hesab etməkdə və onun şagirdi olmaqla
özl
ərini bəxtəvər saymaqdadırlar». («Böyük milli matəm»
m
əqaləsindən. «Vakit», 12 oktyabr 1914).
• Abid Tahirli
~
70
~
V
əkil İ.Sıtkı Oğuzbəyov: «O, türklük davasında həqiqətən
böyük xidm
ətlər etmiş bir müctəhid, bir türk alimi idi. O, həqiqi bir
müs
əlman, islam dininin təəssüblə əlaqəsi olmadığına inanan
h
əqiqi bir mömin idi.
Qaspiralı dünya dinlərini də araşdırmışdı. Müsəlmanlığın
ağla ən uyğun bir din olduğunu dəlillərlə qəbul edən bir insan
olduğu üçün bir tərəfdən türklüyə, türk dilinin vəhdətinə, bir
t
ərəfdən də müsəlmanlığın xurafatdan təmizlənərək layiq olduğu
mövqey
ə çatacağına inanan bir müctəhid və bu yolun tərəqqisi üçün
çalışan bir mücahid idi». (Mərhum İsmayıl Qaspiralı və bir xatirə.
«Əməl» dərgisi, № 7, noyabr 1961).
Ukraynanın
sabiq
Prezidenti
Leonid
Kuçma:
«Zamandaşları onu sayqı ilə müəllimlərin müəllimi, nəhəng
adlandırırdılar, Krım-tatar xalqının ən şanlı övladlarından biri
İ.Qaspiralı dünya miqyaslı mütəfəkkirlər sırasında nüfuzlu yer
tutmaqdadır». (Ağməscid, 14-15 may 1991-ci ildə İ.Qaspiralının
150 illik yubileyind
əki çıxışından).
Doç.dr. Turqay Uzun
(Muğla Universiteti): «İsmayıl
Qaspiralı türk ulusunun bir bütün olduğuna, coğrafi və dildən gələn
f
ərqliliklərin bu bütövlüyü poza bilməyəcəyinə inanmış və bu
s
əbəblə dil birliyini əngəlləyəcək və türk xalqları arasında
anla
şmanı çətinləşdirəcək ünsürlərə qarşı mücadilə edilməsinin
vacibliyini qeyd etmişdir. Qaspiralı türk birliyi üçün gərəkli
gördüyü düşüncə birliyi məsləyini dil birliyi ilə əlaqələndirmiş, dil
birliyi gerç
əkləşmədən Türk xalqlarının birləşməsindən söz edilə
• Bütün türkl
ərin tərcümanı
~
71
~
bilm
əyəcəyi fikrində olmuşdur». («İlk türk maarifçilik hərəkatı:
c
əditçilik və İsmayıl Qaspiralı» məqaləsindən).
Prof.dr. Əhməd Bican Ərcilasun: «Qaspiralının başladığı
v
ə İlminskinin təhlükəli bir proses kimi qələmə verdiyi «ortaq dil»
ideyası Kazanda olduğu kimi Azərbaycanda da böyük əks-səda
doğurmuşdur. 20-ci əsrin əvvəllərində Azərbaycan əbədi dili ilə
bağlı mübahisələrin olduğu məlumdur: Osmanlı türk ədəbi dilindən
istifad
ə edənlərlə xalq danışıq dilindən yararlanaraq yeni bir ədəbi
dil yaratmaq ist
əyənlər arasında şiddətli münaqişələr olmuşdur.
H
ələ 1876-cı ildə H.Zərdabi «Əkinçi» qəzetində (№ 14) türkcənin
ümumil
əşdirilməsi təklifini irəli sürmüşdür. Osmanlı türk ədəbi
dilini müdafi
ə edənlər Əli bəy Hüseynzadənin «Füyuzat», «Şəlalə»
v
ə «Dirilik» məcmuələrində fəaliyyət göstərdilər. 1920-ci illərdə
Türkiy
ə ədəbi dili Azərbaycanda artıq təhsil dili kimi qəbul
edilmişdi. Bu durumun 1930-cu illərə qədər davam etdiyini
prof.Tofiq Hacıyev nümunələrlə sübuta yetirmişdir». («İsmayıl
Qaspiralının fikirləri» məqaləsindən).
ABŞ türkoloqu Edvard J.Lazzerini: «Gözlənilən nəticələr
(söhb
ət «Tərcüman»ın nəşrindən sonrakı nəticələrdən gedir –
n
əzərdə tutulur – T.A.) bir tərəfdən iqtisadi geriliyə rəvac verən,
c
əhaləti körükləyən və siyasi zəifliyi bəsləyən müsəlmanların zehni
geriliyin
ə son verilməsi, digər yandan imperiyanın daha ədalətli,
daha ah
əngdar və daha güclü hala gətirilməsində müsəlmanlar ilə
ruslar arasında bərabər bir ortaqlığın başladılması idi. Bu bir adam
v
ə çiçəyi burnundakı qəzetçi üçün əlçatmaz iş olsa da, qeyrət və
• Abid Tahirli
~
72
~
zamanla «kiçik şeylərin böyüyəcəyi, çətin işlərin asanlaşacağı və
uzaq şeylərin yaxınlaşacağına dair sarsılmaz inancın sürüklədiyi
Qaspiralı və «Tərcüman» üçün belə deyildi.
…Zamanla «T
ərcüman» modernizmin simvoluna çevrildi.
Bu etiba
rla da adı Rusiya müsəlmanlarına özləri və digər bir
çoxlarının keçən yüz il və sonrasında ardınca düşdükləri bu abidəvi
əməli xatırladır» («İsmayıl bəy Qaspiralının «Perevodçik» -
«T
ərcüman»ı: modernizmin bir tribunası» məqaləsindən, çevirəni
Bül
ənt Tanatar).
Dr. Brian G.Villiams: «1914-cü ild
ə vəfat edən
İ.Qaspiralıya münasibət Sovet dövrünün ilk on ilində müsbət olmuş,
sovet n
əşrlərində onun fəaliyyəti təqdir edilmiş, sovet qəhrəmanı
s
əviyyəsinədək qaldırılmış, Baxçasaraydakı evi muzey edilmişdir.
1930-cu ill
ərdə Stalinin «millətçi damğası»nın işə düşməsi ilə bir
anda Qaspiralının «sosialist ikona» rolu sona çatdı, adı, əməlləri
t
əzyiqə məruz qaldı, ev muzeyi bağlandı, sümürücü burjua
nümay
əndəsi kimi tənqidlərə məruz qaldı. Sovet islam tədqiqatçısı
Lyu
tsiyan Klimoviç «Çarlıq Rusiyasında islam» adlı əsərində
Qaspiralını burjua sümürücülərinin «ən şaşaalı» adlandırdığı
Qaspiralıya qarşı borda atəşini başlatdı…
…Müs
əlman fanatizminə qarşı mücadiləsində və milləti
birl
əşdirmək və dünyəviləşdirmək istiqamətindəki fəaliyyətinə görə
gerç
əkdən «Krımlı bir Atatürk» adını qazandırmışdır.
…Qaspiralını Krım tatar millətçilərinin atası adlandırmaq
olar». («İsmayıl Qaspiralının mirasını yenidən şərh etmək: Krımlı
Atatürkmü, rus işbirlikçisimi, yoxsa Rusiya imperatorluğuna pan-
türkçü bir t
əhdit» məqaləsindən. Çevirəni Bülənt Tanatar).
• Bütün türkl
ərin tərcümanı
~
73
~
İbrahim
Dilmaç:
«Modern zamanlarda türk
milliyy
ətçiliyinin ən önəmli düsturunu İsmayıl Qaspiralı, qaynağı
da onun çıxardığı «Tərcüman» qəzetidir… Qaspiralı ən əvvəl təhsil
olmaq üzr
ə çeşidli sahələrdə gətirdiyi yeniliklərlə türk
modernl
əşməsinin önünü açan adamdır… «Tərcüman» qəzetinin
şüarı olan «Dildə, fikirdə, işdə birlik» bu gün belə mənasını
qorumaqda v
ə yol göstəricisi olmaqdadır. Bir Krım tatarı olan
İsmayıl Qaspiralıdan sonra Kazan tatarlarından olan Yusif Akçura
modern türkçülük c
ərəyanının ən önəmli ikinci ideoloqudur».
(«Modern türk düşüncəsinə «cədidçi» ənənəsinin təsiri»
m
əqaləsindən).
Safter Nağayev: «Millət atasının vəfatı haqqında ilk olaraq
Az
ərbaycanın sevilən övladı Nəriman Nərimanov, türkistanlı
c
ədidçilərin öndəri Mahmudxoca Behbudi, özbək ədəbiyyatının
görk
əmli nümayəndəsi Həmzə və ardınca digərləri duyğularını
b
əyan etdilər. M.Behbudi «Ayna» dərgisinin 1914-cü il 49-cu
nömr
əsindəki «İsmayıl bəy həzrətləri ilə söhbət» adlı məqaləsində
Qaspiralı ilə İstanbuldakı görüşlərindən bəhs edərək onun xatirəsi
önünd
ə baş əydiyini yazır və qeyd edirdi: «Ah, ustadımızı itirdik,
kim bilir, b
əlkə də o yuxuya getmişdir, röya dünyasındadır. Bundan
sonra ustadımızın ruhu ilə söhbət edərik». Həmzənin «Fərqanə
s
ədası» qəzetinin 22 və 28 sentyabr 1914-cü il tarixli nömrələrində
t
əziyə və mərsiyəsi dərc olunmuşdur…
Qaspiralının Türkistandakı fəaliyyətlərini ilk dəfə
araşdıranlardan özbək alimləri Salih Qasımov, Bəyalı Qasımov,
Şirəli Turdiyev və digərlərinin adını hörmətlə çəkirik». («Dildə,
• Abid Tahirli
~
74
~
fikird
ə, işdə birlik: Qaspiralı və Türkistan» məqaləsindən. «Qardaş
ədəbiyyatlar» dərgisi, № 26, yanvar-mart 1994).
Tarixçi, türkoloq, Başqırd istiqlal hərəkatının öndəri Zeki
Velidi Toğan: «O, bu əsərdə («Rusiya müsəlmanları» nəzərdə
tutulur – T.A.) rus idar
əsi altındakı türk-tatarların bir soya mənsub
xalq olduğu və ruslarla dil tapmaqla Qərb mədəniyyətlərinə
yiy
ələnə biləcəkləri fikrini irəli sürdü. Türkcə buraxdığı
kitabçalarında o, işarət edirdi ki, əgər türk-tatarlar ayrı-ayrı qruplar
halında dağınıq qalarsa, sonluq fəlakətli olacaqdır. Qurtuluşun tək
yolu yeni Q
ərb mədəniyyətinə qatılmaq üçün birlikdə hərəkət
etm
ələri gərəkliyini onlara öz dilləri vasitəsi ilə çatdırmağa cəhd
göst
ərdi («Qaspiralı İsmayıl» məqaləsindən. «The encyclopaedia of
islam», New Edition, V.II.1965, Leiden. «Qardaş ədəbiyyatlar»
d
ərgisi, № 26, 1994. Tərcümə edəni prof.dr. Ə.Y.Akpinar).
Krım Milli məclisinin sədri, qaspiralışünas alim Mustafa
Əbdülcəmil Kırımoğlu: «İsmayıl bəy Qaspiralı xalqımızın, türk
dünyasının ən böyük insanlarından biridir. …O bizim xalqımız
üçün
ən mühüm insandır. Onun fikirləri ilə Krımdakı problemləri də
aşmaq bizim üçün daha asan olacaqdır. Çünki heç bir türk xalqı
t
əkbaşına problemlərini həll edə bilməz. Bu problemlərin həll
olunmasının tək yolu bərabər olmaqdır». (M.Ə.Kırımoğlu ilə Kamal
Çaprazın müsahibəsindən. «Tarih ve medeniyyet» dergisi, ocaq,
1995).
• Bütün türkl
ərin tərcümanı
~
75
~
Ayxan Göysan: «T
əhsil deyildiyi zaman Rusiya türk və
müs
əlmanlarının yaxından tanıdığı, onların yüksəlməsi üçün çalışıb,
t
əzyiqlərə məruz qalmış ülküçü türk mütəfəkkiri və jurnalisti
İsmayıl bəy Qaspiralını (1851-1914) xatırlamamaq olarmı?»
(«Qaspiralı İsmayıl bəy və üsuli cədidçiliyi» məqaləsindən, «Türk
kültürü», № 18, 1964-cü il).
«Qaspiralı türkçü olduğu qədər də islamçı idi. …Qaspiralı-
nın islamlığı fanatizm və kor-koranə inanış deyildir». («İsmayıl bəy
Qaspiralı» məqaləsindən. «Türk kültürü», № 23, 1964).
Nevin Okay: «B
əzi düşüncələr vardır ki, o bizə yasaqdır» -
İsmayıl bəy Qaspiralının bu cümləsini nə zaman oxusam, gözümün
önün
ə dümdüz, sonu görünməyən dünyalara açılan bir düzənlikdə
duymaqdan, düşünməkdən və gülməkdən məhrum edilmiş külüng
vuran insan yığını gəlir.
…Qaspiralı üçün əsarət problemi mədəniyyət problemidir…
Qaspiralı üçün Şərq məsələsi maarif məsələsidir. … «Tərcüman» bu
diyarda azadlığın da ifadəsi olduğunu göstərmişdir» («Əsir millətlər
v
ə İsmayıl Qaspiralı» məqaləsindən. «Türk kültürü», № 21, 1964).
A.Battal-Taymas: «…M
ən bu məşhur türkü həyatımda ilk
d
əfə idi ki, görürdüm. Ustad bizi yaşıl rəngli bir Buxara əbası
geyinmiş olduğu halda ayaq üstə qarşıladı. Qarşısında durduğumuz
bu ulu şəxs ortadan bir az uca boylu, ağ üzlü, çəkmə burunlu,
k
əskin baxışlı idi…». («Mən onu gördüm» məqaləsindən. «Türk
kültürü», № 69, 1968).
• Abid Tahirli
~
76
~
Altan D
əliorman: «Türk mətbuat tarixinin ən diqqətə dəyər
simalarından biri şübhəsiz, İsmayıl bəy Qaspiralı və qəzetlərindən
d
ə biri onun çıxardığı «Tərcüman» qəzetidir. … «Tərcüman»
q
əzetinin təsiri rusların «Novoye vremya», ingilislərin «Taym»
q
əzetinin təsirindən min dəfə böyük olmuşdur» («İsmayıl Qaspiralı
v
ə «Tərcüman» qəzeti», «Türk kültürü» dərgisi, № 69, 1968).
«Türk ansiklopedisi»:
«İ.Qaspiralı üçün tək şərəfli vəzifə
mill
ətdaşlarını və dindaşlarını oyandırmaq və tərəqqi etdirmək
yolunda mübariz
ə etmək və çalışmaqdır» («İsmayıl bəy Qaspiralı»
m
əqaləsindən, VII cild, Ankara, 1969).
İsmayıl Asanoğlu Kərim: «Qaspiralı müəllim olaraq məktəb
v
ə mədrəsələr üçün bir sıra gərəkli dərsliklər hazırladı. Bunların
arasında matematikalar («Hesab muxtasar. Amel xamse və mesail-i-
xesabie», «Muxtasar ilm-i-hesab»), qrammatikalar («Sarf-
ı-türk»,
«İlm-i-sarf») və bir çox digərləri var. Onun özü hazırladığı
«R
əhbər-i-muallim» və bir neçə cildlik «Xoca-i-subyan» dərsliyi
30-
a yaxın dəfə nəşr edilmişdir. Qaspiralınin nəşr etdiyi dərsliklərin
çoxu Avropa standartlarına uyğundur». («Qaspiralınin kitabları»
m
əqaləsindən).
Yazıçı-publisist İlqar Qasımov: «Türk xalqlarının
maarifl
ənməsində mədəni inqilab edən böyük mütəfəkkir İsmayıl
b
əy Qaspiralı xalqa xidməti əsas tutub ömrünün otuz ilini onların
• Bütün türkl
ərin tərcümanı
~
77
~
savadlanmasına və biliklərə yiyələnməsinə bağışladı». («Uzaqgörən
maarifçi» m
əqaləsindən, «Azərbaycan müəllimi», 19 aprel 2001).
«İsmayıl bəyin təhsildə apardığı islahatlar xalq və cəmiyyət
t
ərəfindən birmənalı qarşılanmadı. Bu yeniliyin ilkin mərhələsində
əleyhdarları tərəfdaşlarından qat-qat çox oldu. Dindarlar və
fanatikl
ər İsmayıl bəyin ideyalarına qarşı sərt mövqe tutub onu
islamdan üz dönd
ərən bir adam kimi günahlandırdılar. Lakin
c
əhalətə qarşı mübarizəyə qalxan böyük islahatçı öz əqidəsindən
dönm
ədi, bu istiqamətdə işlərini səbrlə davam etdirib, təhsildəki
islahatlarını mərhələlərlə həyata keçirdi. Bütün ömrü boyu islam
dinin
ə hörmətlə yanaşan və onu təbliğ edən İsmayıl bəy Quranın
müq
əddəsliyini etiraf edib, maarifin xalqa xidmətindəki rolunu
açıqlayıb yazırdı: «Quran bizim müqəddəs kitabımızdır. O bizi
oxumağa, işləməyə və doğru yaşamağa çağırır. Maarif də insana
xidm
ət edir. Bəzi müsəlmanlar fikirləşir ki, Quran və maarif bir-
birin
ə mane olur, əksinə. Mənəvi ruhumuzun saflığı üçün Quran
lazımdır. Maarif isə bədənimizin sağlamlığına xidmət edir».
(«Uzaqgör
ən maarifçi» məqaləsindən. «Azərbaycan müəllimi», 19
aprel 2001).
«Dild
ə, fikirdə, işdə birlik» şüarı altında türk tatarların
birliy
ə səsləyən böyük mütəfəkkir İsmayıl bəy Qaspiralı, heç bir
mübaliğəsiz deyə bilərik ki, hələ sağlığında nəhəng Avrasiya
materikind
ə yaşayan bütün türk xalqları arasında geniş tanınıb,
onların, eləcə də Şərq müsəlmanlarının dərin hörmətini qazanıb.
Türk dünyasında böyük nüfuza malik olan İsmayıl bəy Qaspiralı
sad
ə xalqdan tutmuş ən mötəbər dairələrə qədər daima rəğbətlə
qarşılanıb və alqışlanıb.
Krım-tatar ədəbiyyatşünası, filologiya elmləri doktoru,
professor İsmayıl Həsən oğlu Kərim türk xalqlarının
• Abid Tahirli
~
78
~
maarifl
ənməsində əvəzsiz yeri olan böyük naşir İsmayıl bəy
Qaspiralınin məşhur «Tərcüman» qəzetinin fəaliyyəti və tarixi
üz
ərində uzun illərdən bəri apardığı araşdırmaları ümumiləşdirərək,
qiym
ətli bir tədqiqat əsərini («Qaspiralınin «canlı» tarixi (1883-
1914) yaradıb və «Tərcüman»ın say-seçmə sayları ilə bir yerdə nəşr
etdirib». («T
ərcüman»da Azərbaycan mədəniyyəti» məqaləsindən.
«525-ci q
əzet», № 147, 26 iyul 2001).
«Krım-tatar xalqı sürgün olunduğu səbəbindən uzun illər
davamında İsmayıl bəy Qaspiralınin ədəbi irsi onlar tərəfindən
araşdırılmadı. 1999-cu ildə Krım-tatar ədəbiyyatşünası İsmayıl
H
əsən oğlu Kərim türk dünyasının bənzərsiz dahilərindən olan
İsmayıl bəy Qaspiralınin həyatı və yaradıcılığı ilə bağlı doktorluq
dissertasiyasını Alma-Ata şəhərində müdafiə etdi. İsmayıl Həsən
oğlu Kərim elə həmin ildə də böyük naşirin məşhur «Tərcüman»
q
əzetinin fəaliyyəti və tarixi üzərində uzun illərdən bəri apardığı
araşdırmaları ümumiləşdirərək qiymətli bir tədqiqat – «Qaspiralınin
ömürlüyü» (1883-1914)
əsərini yazdı və «Tərcüman» qəzetinin say-
seçm
ə sayları ilə bir yerdə nəşr etdirdi». («Zamanlara qalib gəlmiş
böyük türkçü» m
əqaləsindən. «Ədəbiyyat qəzeti», 11 may 2001).
«İsmayıl bəy Qaspiralı ömrünün sonunacan türk-tatarların
g
ələcək talelərini düşünüb onların qayğısına qaldı. Qələmi ilə
üsyana qalxıb «dildə, fikirdə, işdə birlik» şüarı altında türk
xalqlarını birliyə səsləyən İsmayıl bəy Qaspiralı mübaliğəsiz deyə
bil
ərik ki, hələ sağlığında nəhəng Avrasiya qitəsində yaşayan türk
xalqları arasında tanınıb, bu xalqların və Şərq müsəlmanlarının
d
ərin hörmətini və məhəbbətini qazanıb.
1893-cü ild
ə Buxara əmiri mir-Səid Əbdül Əhəd xan İsmayıl
b
əyi digər mükafatlarla yanaşı Üçüncü dərəcəli Dan Ulduzu Qızıl
Ordeni il
ə, 1894-cü ildə Türkiyə Sultanı Abdulla Xəlilxan
• Bütün türkl
ərin tərcümanı
~
79
~
Dördüncü d
ərəcəli Mecdie Ordeni, 1904-cü ildə İran şahı
Müz
əffərəddin Şah Üçüncü dərəcəli Günəş və Aslan Ordenilə təltif
etmişlər.
M
ədəni ictimai və siyasi fəaliyyətinə görə 1910-cu ildə
İsmayıl bəy Qaspiralınin namizədliyi «Revu edu monde musulman»
adlı fransız məcmuəsinin heyəti tərəfindən Nobel mükafatına
t
əqdim edilib». («Türk dünyasının zəkası» məqaləsindən. «525-ci
q
əzet», 24 mart 2001).
F
əlsəfə doktoru Mənzər İbrahimova: «Rusiyada türk
qadınları hərəkatı Azərbaycan və tatar xalqlarının tarixi və mədə-
niyy
ətində təsadüfi mövzu deyil. Şərq qadınının emansipasiyasının
Rusiya imperiyasında yaşayan türk xalqlarının milli-azadlıq
h
ərəkatı ilə bir çox türk xalqlarının taleyində mühüm rol
oynamışdır. İllər ötdükcə bu hərəkatın tarixi haqda yeni-yeni
bilgil
ərə yiyələnirik: tək bədii əsərlərlə deyil, həm də, məsələn,
Türkiy
ədə nəşr edilmiş «Şəfiqə Qaspiralı və Rusiyanın türk
qadınları hərəkatı (1893-1920)» kimi memuarlarla tanış oluruq.
Qeyd etm
ək lazımdır ki, kitab həm XX əsrin əvvəllərində
baş vermiş hadisələrə, onların iştirakçılarına, bu dövrün görkəmli
türk xadiml
ərinə dair geniş məlumatlarla zəngindir. Bu işdə doktor
Şəngül Hablemitoğlunun və doktor Nəcip Hablemitoğlunun
xidm
ətləri əvəzsizdir. Onlar Şəfiqə xanım Qaspiralının mənəvi
z
ənginlik dünyasının oxuculara çatdırılmasında əllərindən gələni
əsirgəməyiblər. Kitabın ilk nüsxəsi ilə tanışlığımıza imkan yaratdığı
üçün h
əmvətənimiz Ramiz Abutalıbova öz minnətdarlığımızı
bildirm
ək istərdik». («Fədakar türk qadını – Şəfiqə xanım
Qaspiralı» məqaləsindən. «Respublika» qəzeti, 23 yanvar 2000).
• Abid Tahirli
~
80
~
Fil.e.d. prof. Xeyrulla M
əmmədov: «Tərcüman» XIX əsrin
sonu, XX
əsrin əvvəllərində rusiyalı müsəlmanlara, birinci növbədə
türk-tatar qövmün
ə xidmət göstərmək məqsədilə yaradılan dövri
m
ətbuat orqanlarının ən məşhuru, ən şöhrətlisi və uzunömürlüsü
olmuşdur. Əsrin əvvəlində Cəlil Məmmədquluzadənin Tiflisdə nəşr
etdiyi satirik-yumoristik «Molla N
əsrəddin» jurnalı istisna edilmək
şərtilə Rusiya imperiyasının islam etiqadlı, türk soylu vətəndaşları
arasında «Tərcüman» qədər geniş miqyasda yayılan kütləvi şəkildə
oxunan
, şüurlara qüvvətli təsir göstərən və ən nəhayət, zamanına
gör
ə ətrafına nisbətən çoxlu oxucu və abunəçi toplayan ikinci bir
dövri m
ətbuat orqanı təsəvvürə gətirmək çətindir».
«T
ərcüman»ın nəşr olunduğu vaxt kəsiyində onun
s
əhifələrində Azərbaycan qədər tez-tez zikr olunan ikinci bir
m
əntəqə yoxdur. Onun Bakıdan, Şəkidən, Şamaxından, Şuşadan,
İrəvandan, Qoridən, Tiflisdən, Gəncədən, Ordubad və Naxçıvandan
daimi müxbirl
əri vardı.
H.Z
ərdabi,
Ə.Topçubaşov,
S.Vəlibəyov, F.Köçərli,
N.N
ərimanov, S.M.Qənizadə, M.T.Sidqi və başqaları redaksiya ilə
sıx əlaqə saxlayır, baş redaktorla müxtəlif məsələlərə dair fikir
mübadil
əsi edirdilər.
XIX
əsrin sonu, XX əsrin əvvəlini əhatə edən otuz illik bir
m
ərhələdə Qafqaz müsəlmanlarının həyatında baş verən mühüm
hadis
ələr «Tərcüman»ın səhifələrində əks olundu. Qəzet
Az
ərbaycan mühitinin səlnaməsi oldu. («Tərcüman»da Azərbaycan
ədəbiyyatı» məqaləsindən. «Ədəbiyyat qəzeti», 17 noyabr 2000).
«Naşir-mühərririn Bakıda S.M.Qənizadə və N.Nərimanov,
İrəvanda F.Köçərli, Naxçıvanda M.T.Sidqi, Şuşada H.Vəzirov və
• Bütün türkl
ərin tərcümanı
~
81
~
H.X.Qaradağı, Qoridə A.O.Çernyayevski və S.Vəlibəyov, Tiflisdə
M.H.Qayıbov və Ə.Axundzadə, Teymurxanşurada M.Ə.Talıbov,
Peterburqda Ə.Haqverdiyev və b. ilə yaradıcılıq əlaqələri diqqəti
c
əlb edir». («Tərcüman»: Dildə, fikirdə, işdə birlik» məqaləsindən.
«Ədəbiyyat qəzeti», № 26, 6 iyul 2001).
«
Qaspiralınin ölüm xəbəri Rusiyanın müsəlmanlar yaşayan
bütün vilay
ətlərində olduğu kimi, Azərbaycanda da dərin kədər
doğurdu. Qəzetlərin həmin günlərdə çıxan saylarında bu böyük
şəxsiyyət haqqında müxtəlif səciyyəli yazılara və matəm
t
ədbirlərinin təsvirinə geniş yer ayrılmışdı. O zaman Bakıda nəşr
olunan «B
əsirət» qəzeti N.Nərimanovun «Bağçasarayda imtahan
meydanı» məqaləsini dərc etdi (13 sentyabr 1914, № 21). «İqbal»
q
əzeti isə sentyabrın 14-də çıxan nömrəsini demək olar ki,
bütövlükd
ə İsmayıl bəyə həsr etmişdi. Qəzetin ikinci səhifəsində
başda İsmayıl bəyin portreti, sağ və sol tərəflərində Sənətulla
İbrahimovun «Yasi-əzim: böyük və tarixi milli matəm», Xəlil
İbrahimovun «Uful», Hüseyn Rzanın «İsmayıl bəy vəfat etdi»
m
əqalələri, Məhəmməd Hadinin «Böyük İsmayıl bəy» şeiri
verilmişdi. Bir gün əvvəl Təzəpir məscidində keçirilən və Zeynal
b
əy Səlimxanov tərəfindən maliyyələşdirilən matəm yığıncağından
reportaj d
ərc olunmuşdu.
Mat
əm günlərində nəşrə başlayan «Dirilik» jurnalının birinci
sayında İsmayıl bəy Qaspiralıyə xüsusi yer ayrılmışdı. Jurnalın üz
qabığında və 6-cı səhifəsində böyük millət xadiminin portreti,
«Ustadi-
əzim İsmayıl bəy» adlandırılan «Türk Yurdu»
m
əcmuəsindən götürülmüş tərcümeyi-halı və Əlabbas Müznibin
«Sevgili atamız İsmayıl bəy» şeiri verilmişdi». («Türk yurdunun
yolbaşçısı» məqaləsindən. «Xalq qəzeti», 17 oktyabr 1996).
• Abid Tahirli
~
82
~
«Volqaboyunda, Krımda, Orta Asiyada milli ədəbiyyatın
ir
əliləyişinə xidmət göstərən yazıçılarla yanaşı Qafqazda yazıb-
yaradan Sultan M
əcid Qənizadə, Nəriman Nərimanov, Əbdülssəlam
Axundzad
ə və Axund Yusif Talıbzadə haqqında portret oçerk dərc
etmişdi. Bu Rusiyanın islam türk xalqlarının yeni dövr vahid
ədəbiyyat tarixini yaratmaq sahəsində ilk əməli addım və örnək idi.
Burada t
əməli M.F.Axundov tərəfindən qoyulan realist sənət və
onun yaradıcıları əhatə olunmuşdu. Haqqında söz gedən ədəbiyyat
bütövlükd
ə Azərbaycan modeli əsasında yaranmışdı». («Qaspiralı
v
ə Azərbaycan» məqaləsindən. «Ulduz» jurnalı, 1992, № 9-10).
«T
ərcüman» (1883-1918) XIX əsrin sonu, XX əsrin
əvvəlində Rusiya müsəlmanları mühitində nəşr edilən qəzet və
jurnalların ən uzunömürlüsü, geniş miqyasda yayılanı və ən çox
oxunanı olmuşdur. O, bir il iki ay «Ziyayi-Qafqasiyə», səkkiz il
yarım «Kəşkül», bir il doqquz ay «Şərqi-Rus», 1905-ci il
inqilabından sonra Qafqazda, Krımda, Volqaboyunda, Türkistanda
çıxan müxtəlif məsləkli dövri mətbuat orqanları («Həyat», «İrşad»,
«Tanq», «Molla N
əsrəddin», «Vətən xadimi», «Nur», «Azad xalq»,
«Yıldız», «Əl-əsəri-Əl-cədid», «Əl-islah», «Fikir», «İdil», «Dan
yıldızı», «Vaxt» və s.) ilə paralel fəaliyyət göstərmişdir. 1891-ci ilin
oktyabrında «Kəşkül»ün bağlanmasından 1903-cü ilin martında
«Şərqi-Rus»un nəşrə başlamasına qədər təxminən 12 il «Tərcüman»
Rusiya imperiya
sının müsəlman əhalisinə məxsus yeganə qəzet
olmuşdur.
Qazan, Orenburq, Qarasubazar, Bağçasaray, Uralsk, Sibir
tatarları kimi Cənubi Qafqaz türklərinin həyatı, əliqələmli
Az
ərbaycan ziyalılarının fəaliyyəti həmişə böyük Krım
«murza»sının diqqət mərkəzində idi.
• Bütün türkl
ərin tərcümanı
~
83
~
«T
ərcüman»ın redaktoru kimi fəaliyyət göstərdiyi otuz bir il
ərzində Azərbaycan həyatında elə bir əlamətdar hadisə olmamışdır
ki, İsmayıl bəy ona münasibət bildirməsin və elə az-çox tanınan
ziyalı yox idi ki, qəzetdə adını zikr etməsin. İllər bir-birini əvəz
edir, ictimai fikrin inkişafında təzə meyllər əmələ gəldikcə, ədəbi
h
ərəkata yeni qüvvələr cəlb olunduqca İsmayıl bəyi əhatə edən
adamların tərkibi dəyişir, qələm savaşında «nozuhur» adlar
s
əslənirdi. Ötən əsrin 80-90-cı illərində böyük millət xadimi
«q
ərbliləşmək», müasir Avropa elmlərini müsəlman-türk xalqlarına
öz ana dill
ərində öyrətmək ideyasını meydana qoyub, bunu xalq
h
əyatına tətbiq etmək uğrunda mübarizə apararkən, o, «üsuli-
c
ədid»i özünə məslək seçib xalqın maariflənməsi yolunda böyük
s
əylə çalışan Səid və Cəlal Ünsizadə qardaşları, Əbdüssəlam
Axundzad
ə, Molla Hüseyn Qayıbov, Səfərəli bəy Vəlibəyov,
Firudin b
əy Köçərli, Sultan Məcid Qənizadə, Nəriman Nərimanov,
M
əhəmməd Tağı Sidqi Səfərov və başqaları ilə sıx əlaqə
saxlamışdı. Ədib bunların ictimai fikrin oyanışı, siyasi şüurun
yüks
əlişi və milli mədəniyyətin dirçəlişi sahəsində xidmətlərini
q
əzetdə vaxtaşırı işıqlandırıb təbliğ etməklə müasir tərəqqi
ideyalarının
inkişafına
misilsiz
xidmət göstərmişdir».
(«İ.Qaspiralınin Ə.Hüseynzadəyə «Açıq məktubu» məqaləsindən.
«Ədəbiyyat qəzeti», 17 iyul 1992).
«İsmayıl bəy Qaspiralı 1906-cı ilin 7 aprelində Tiflisdə nəşrə
başlayan «Molla Nəsrəddin» jurnalını Azərbaycan mətbuatı
tarixind
ə orijinal hadisə, Rusiyanın, Türk-müsəlman xalqlarının
ədəbiyyatında satira və yumorun dirçəlişinə və inkişafına təkan
ver
ən və kömək edən yeni istiqamət kimi bəyənib təqdir etdi.
«T
ərcüman»da verilmiş müxtəlif səpkili materiallardan görünür ki,
jurnal f
əaliyyətə başladığı gündən İ.Qaspiralınin diqqət mərkəzində
• Abid Tahirli
~
84
~
olmuş, onu rəngarəng publisistik vasitə və üsullardan istifadə
etm
əklə mərkəzi Rusiyada, xüsusilə Krım, Volqaboyu və Sibir
tatarları arasında təbliğ etmişdir.
İ.Qaspiralınin mülahizələri «Molla Nəsrəddin» və
mollan
əsrəddinçilərin tarixi xidmətlərini təsdiq edən vəsiqə idi.
Çünki bunlar ardıcıl surətdə «müsəlman qardaşlar, gedin dərsə,
gedin s
ənətə, məşğul olun ticarətlə, çalışın, vuruşun və özünüzü
m
ədəni millətlərin cərgəsinə daxil edin» - deyən («Molla
N
əsrəddin» jurnalı, 1908, № 4), böyüklüyü və əzəməti bütün
müs
əlman, türk dünyası tərəfindən etiraf olunan maarif, mətbuat və
ədəbiyyat mürşidinin dilindən deyilmişdir». («İ.Qaspiralı «Molla
N
əsrəddin» haqqında» məqaləsindən. «Azərbaycan müəllimi», 20
may 1992).
Fil.e.d. prof. Əziz Mirəhmədov: «Bir çox xalqlar kimi,
az
ərbaycanlılar da Qaspiralınin qədir-qiymətini hələ yüz il əvvəl
d
ərk etməyə başlamışlar. Mətbuatda onun «böyük ustad», «millətin
f
əxri» kimi ifadələrlə yad olunması bizə çox şey deyir. Heyif ki, bu
hal otuzuncu ill
ərdə kökündən dəyişmişdir. Bütün ölkəmizi bürüyən
ədalətsizlik Krım dahisini də «binəsib» qoymamışdır. Onun adı
qadağalar siyahısına düşmüş, nəinki yaşadığı ev, dərs dediyi
m
əktəbin və nəşr etdiyi «Tərcüman» qəzetinin binası, hətta qəbri də
dağıdılıb yerlə yeksan edilmişdir».
Onun 1883-cü ild
ən başlayaraq nə az, nə çox 31 il Şərqi və
Rusiyanın məşhur mətbuat orqanlarından sayılan «Tərcüman»
q
əzetini nəşr etmək üçün göstərdiyi müdriklik və qəhrəmanlığın
q
ədrini Azərbaycanda hələ XIX əsrdə başa düşmüş və qiymətlən-
dirmişlər.
• Bütün türkl
ərin tərcümanı
~
85
~
Bizim bel
ə mütəfəkkirlərimizdən birincisi bütün imperiyada
ilk müs
əlman qəzeti «Əkinçi»nin banisi və redaktoru Həsənbəy
Z
ərdabi olmuşdur. Tatar alimi Yusif Akçura düz deyir ki, Zərdabi
v
ə Qaspiralı hər ikisi Rusiya müsəlmanlarının milli və mədəni
intibahı yolunda ən fəal, ən fədakar mücahidləri idi.
Eyni sırada Əlibəy Hüseynzadə və Sorbonna məzunu,
şərqşünas alim, publisist Əhmədbəy Ağayev (Ağaoğlu da), «Molla
N
əsrəddin» jurnalının redaktoru, dahi yazıçı Cəlil Məmməd-
quluzad
ə də vardı. Onlar «Tərcüman»ın 25 illiyi münasibəti ilə
İsmayıl bəyə təbriklərində yazırdılar ki, biz sizi «qəhrəman müba-
riz» sayır, qarşınızda baş əyir və sizdən nümunə götürürük.
Bunlar adi yubiley
əhval-ruhiyyəsindən doğan təriflər
deyildi. Xeyr. Bizim m
ətbuatımız və arxivlərimiz İsmayıl bəylə
əlaqələr haqqında bir-birindən dəyərli məqalələr və sənədlərlə
z
əngindir.
İsmayıl bəy hər şeydən əvvəl, o zaman Azərbaycanda
yetişən gənc ziyalılara göstərdiyi müəllimlik qayğısı ilə ürəkləri fəth
etmişdi. O, sonralar böyük dövlət xadimi, yazıçı və jurnalist olan
N
əriman Nərimanovun, maarifpərvər yazıçı Sultan Məcid Qəniza-
d
ənin, habelə Əhməd Ağaoğlunun, Cəlil Məmmədquluzadənin
f
əaliyyətini diqqətlə izləyir, onların nailiyyətlərini vaxtında görüb
qiym
ətləndirirdi. İsmayıl bəy 1887-ci ildə S.M.Qənizadəni öz
maarifp
ərvərlik işinə cəlb etmişdi. («Bağçasaray fədaisi» məqalə-
sind
ən. «Kommunist» qəzeti, 14 may 1991-ci il, № 90).
Fil.e.d. prof. Nazif Ələkbərli (Qəhrəmanlı): «Hələ 1906-cı
ild
ə Firudin bəy Köçərli özünün «Azərbaycan dövri mətbuatının
qısa icmalı» məqaləsində yazırdı: «Hazırda «Tərcüman» həftədə üç
• Abid Tahirli
~
86
~
d
əfə çıxır. Onun məzmunu xeyli yaxşılaşmış və dili Azərbaycan
dilin
ə uyğunlaşdırılmışdır. Belə ki, indi qəzet az-çox savadı olan
az
ərbaycanlılar tərəfindən asanlıqla oxunur. Ədalət tələb edir ki,
«T
ərcüman»ın redaktoru cənab Qaspiralınin xidməti xüsusilə qeyd
edilsin. H
əyatının ağır şəraitdə keçməsinə baxmayaraq, o, 25 il
ərzində rus müsəlmanlarının maariflənməsi sahəsində qızğın enerji
il
ə işləmiş və indi də işləməkdədir». («Azərbaycanın böyük dostu»
m
əqaləsindən).
Sevgi Kafalı: «Türk fikir həyatının zirvələrindən biri İsmayıl
b
əy Qaspiralıdır. Başqa bir sözlə Türk fikir həyatının miladlarından
biridir. Tarixi xronologiyada bir milad vardır. Bir millətin fikir
h
əyatında isə bir dənə «milad» ola bilməz. Tarixi hadisələri necə
«miladdan önc
ə – miladdan sonra» deyə ayırmaq olursa, İsmayıl
b
əy Qaspiralını da Türk fikir həyatında bir milad qəbul etmək lazım
g
əlir. Bu təsbitə görə belə söyləmək də mümkündür. İsmayıl bəy
Qaspiralıdan öncə, İsmayıl bəy Qaspiralıdan sonra…». («İsmayıl
b
əy Qaspiralının fikir dünyası və Qərb Türklüyü» məqaləsindən).
Prof.dr. Vilay
ət Muxtaroğlu: «Tarixi torpaqları çar Rusiyası
v
ə SSRİ tərəfindən işğal edilən Türk xalqlarının bir çox tanınmış
ədəbi, ictimai və siyasi xadimləri kimi, tatar Türklərinin böyük
övladı, Türk birliyi idealının qurucularından və fikir atalarından
olan Qaspiralı İsmayıl bəyin (1851-1914) adı da uzun illər öz
v
ətənində qadağan edilmiş, xatirələrdən silinməsi üçün mümkün
olan h
ər vasitələrdən istifadə olunmuşdur. Qaspiralının fikir və
s
əylərinin təhrif edildiyi, xalqının amansız siyasi terrora və bitib-
• Bütün türkl
ərin tərcümanı
~
87
~
tük
ənməz məhrumiyyətlərə məruz qaldığı son yarım əsrdə onun
h
əyatı, mühiti, şəxsiyyəti, ictimai-siyasi fikirləri, maarifçilik və
yazarlıq fəaliyyətləri ilk əvvəl Rusiya, daha sonra isə bütün dünya
müs
əlmanlarını birləşdirmək uğrundakı uzun mübarizəsi, tarixi
yönd
ən gerçək və obyektiv olan elmi əksini xarici alimlərin, daha
çox Türk araşdırıcıların incələmələrində özünü göstərmişdir. Bu
gün İsmayıl bəy Qaspiralı ilə əlaqədar həqiqətlərin göstərilməsi
m
əlum bir gerçəkdir. Bu böyük fikir adamını və məslək
mücahidinin xalqa, Sovetl
ərin istədiyi kimi deyil, tələb olunan
şəkildə tanıdıldığı bir dövrdə yaşayırıq, onunla əlaqədar
inc
ələmələrin elmi nəticələrindən vaz keçmək mümkün deyil».
(«Türk aliml
ərinin araşdırmalarına görə Qaspiralı İsmayıl bəy»
m
əqaləsindən).
Prof. Fuad b
əy Köprülüzadə: «Tərcüman» yalnız Krımda
deyil, Kazanda, Qafqazda, Türkistanda, Çin Türkistanında, Sibirdə,
Rumıniyada, Bolqarıstanda, Osmanlı imperiyası daxilində, xülasə
bütün Türk ölk
ələrində böyük bir təsirə malik oldu; Türklərin və
xüsusil
ə Rusiya Türklərinin milli intibahında mühüm bir amil oldu.
H
ər tərəfdə İsmayıl bəyin bir çox təqdirgahları, ardıcılları yetişdi».
«İsmayıl bəy Türk-islam dünyasında «qadın»ın yerini,
mövqeyini yüks
əltmək üçün də çox çalışdı. Onun bir məsələsi
haqqındakı fikirləri də diqqəti cəlb edəndir: «Tərcüman»ın şüarı
«Dild
ə, fikirdə, işdə birlik!» düsturu ilə xülasə edilirdi. Osmanlı
ədəbi ləhcəsinin sadələşdirilmiş bir şəkillə qəzetini çıxaran İsmayıl
b
əy müxtəlif danışıq şivələrinə malik olan müxtəlif türk şöbələri
arasında bir «ümumi ədəbi dil olmasını, türklüyün mədəni tərəqqisi
üçün
ən böyük vasitə hesab edirdi. O, bu çox doğru fikrini tamamilə
• Abid Tahirli
~
88
~
q
əbul etdirə bilmədi, lakin bu fikrin qələbəsi üçün əlindən gəldiyi
q
ədər çalışdı.
Bütün h
əyatını Türklüyün yüksəlməsinə sərf edən bu böyük
adam Türk xalqının əbədi şükranına layiqdir». («İsmayıl bəy
Qaspiralı» məqaləsindən. «Cümhuriyyət» qəzeti, 7 mart, 1928, №
1377).
Ayaz b
əy İshaki: «Bəli, İsmayıl bəy böyükdü, onun işləri də,
etdiyi xidm
ətləri də böyükdür. Onun əkdiyi toxumlardan yetişəcək
yemişlər də əhəmiyyətlidir. Onun əkdiyi güllərdən çıxacaq çiçəklər
d
ə dilbərdir, gözəldir. Onun təməlini qurduğu bina da sağlamdır.
Artıq İsmayıl bəy aramızda yoxdur.
O, darürrahata getdi. Lakin onun
əkdiyi toxumlar, çiçəklər,
peyv
ənd etdiyi ağaclar bütün Rusiya boyunca dağıldı. Milyonlarla
t
ələbələri onun başlatdığı işi alıb götürməyə, onun götürdüyü işləri
böyütm
əyə başladılar. Belə ulu bir ataları olduğuna sevinərək işin
sonuna götürül
ə biləcəyinə iman edərək işə girişdilər. Bu qəhrəman
atalarının nümunə və misal edərək canlı imandan təcəssüm edən
atalarının cızdığı yoldan ayrılmamağa əzm edərək işə tutuşdular».
(«Böyük ustad İsmayıl bəy» məqaləsindən. «İl» qəzeti, 1914, № 40).
S
əlimə xanım Yaqub: «İsmayıl bəy müsəlman qadın-
qızlarının mənsub olduqları milləti minillik uzaq yuxusundan
oyatdı. Kişilərin qalın qafalarına qadın-qızların hicabdan, əsarətdən
xilas olmaları, onların da oxumaları lazım gəldiyi, qadın-qızın əsir
dözümsüz bir şey o cahil hüququ insaniyyəti etiraf edilməmiş, o
• Bütün türkl
ərin tərcümanı
~
89
~
m
ədəniləşməmiş qaldıqca müsəlmanların tərəqqiləri haqqında ağız
açmanın belə doğru olmadığına dair fikir verdi.
Xalqın mədəni, iqtisadi və ictimai cəhətdən irəliyə gedə
bilm
əsi qadın-qızın əsirlikdən qurtulması ilə təhəqqüq edə bilir.
İsmayıl bəy bunu özünün yüksək səsi ilə hər yerdə sarsılmadan,
s
əbatla elan etdi. Bu həqiqət ona əfsanəvi Baxçasaraydakı günəşli
açıq gün qədər məlumdur. Qadın-qız özünə aid məsələni anladı və
onu t
əhəqqüq etdirmək üçün məşğul olmağa başladı.
Müs
əlman qadın-qızları İsmayıl bəyin məqsədini meydana
çıxararaq qiymətli yolbaşçısını unudulmayacaq qədri üzərinə ən
göz
əl və ən mətin heykəli quracaqdırlar». («Müsəlman qadın və
qızlarının hamisi İsmayıl bəy Qaspiralı» məqaləsindən. «İl» qəzeti,
№ 101, 1914).
Osman b
əy Akçoqraqlı: «1917-ci il inqilabından sonra
Krımda qurulmuş Müsəlman Mərkəzi İcraiyyə Komitəsinin
«Mü
əllimlər İnstitutunun Təsis Heyəti» tərəfindən nəşr olunan
b
əyannamədən:
«Bizi bu mühüm saatlarda milli ideal
ətrafında kafi bir
imanla, yüks
ək bir fədakarlıqla, sarsılmaz bir əzmlə toplayan nədir?
Bunun tarixi ictimai s
əbəbləri də buna hər şeydən çox bizim
cahilliyimizin
ən böyük amil olduğunu hamımız təsdiq edirik.
Krım müsəlmanları İcraiyyə Komitəsi elmdən, nurdan yetim
qaldırılan zavalı tatar atalarını əsaslı məlumatla, həqiqi tərbiyə ilə,
inc
ə hisslərlə yüksəldəcək müəllimlər yetişdirə bilmək üçün böyük
mill
ət xadimi ölməz İsmayıl bəy adına layiq bir müəllimlər
institutunu açmağa qərar verdi. Əcəba, bu millət qərarı necə
qarşılayacaq? Əcəba millət özünün 30 illik müəllimini bu gün də,
• Abid Tahirli
~
90
~
sabah da mü
əllim olmaq sifəti ilə görmək istəyirmi? Millət və
İsmayıl bəy adı ata və övlad kəlmələri kimi yaxın və
müt
ərəqqifdir». («Milli xəzinəmiz» məqaləsindən. «Tərcüman»,
1915, № 202).
Fevzi b
əy Altuk: «Krım gəncliyinin əksəriyyəti və xüsusilə
xaricd
ə təhsil alanlar Krımda dil birliyi məfkurəsi ilə Turanda
yaşayan qövmlərin həyat və istiqbalına xidmət edən və bu əməlin
hasil olması üçün dəfələrlə İstanbul, Misir və Hindistanda olmuş
İsmayıl bəy Qaspiralınin ətrafında toplaşır və onunla həmfikir
olaraq çalışırdılar».
«Artıq Dünya müharibəsinin olacağı əsnada Hindistan
s
əyahətindən qayıdan mərhum ustadın İstanbulda əlini öpərək son
d
əfə vidalaşdığımız zaman: Övladım Şərqin həyat günəşi bu
yaxınlarda doğacaq, onun dadlı hərarəti və parlaq ziyası ilə
mill
ətimiz inkişaf edəcəkdir. Bunu görə bilmək bəxtiyarlıqdır.
Lakin bu ziya gözl
ərinizi qamaşdırmasın. İstiqbalın və həyatın yolu
çox tikanlıdır. Bu tikanlar ayağınıza batmasın deyə ələ düşən
fürs
ətlərdən daima istifadə etməlisiniz demişdir». («Krım gəncliyi
v
ə Rus inqilabı» məqaləsindən. «Krım» qəzeti, İstanbul, 1918).
A.K.Hatif: «Rusiya müs
əlmanları üçün bir böyük mürşid
v
əzifəsini görmüş olan mərhum İsmayıl bəy Qaspiralı Krımda
«T
ərcüman» qəzetini nəşrə başlamışdı. Bu qəzetin vəsaiti çox az
idi. Ancaq m
ərhum İsmayıl bəy hər cür əngəllərə sinə gərdi,
q
əzetini davam etdirməyə müvəffəq oldu. Mərhumun milli
f
əaliyyətini bütövlükdə ifadə və təsvir etmək mümkün deyildir.
• Bütün türkl
ərin tərcümanı
~
91
~
Ancaq, o zamanlar yuxarıda göstərilənlər tərəfindən çalışmamış
olsaydı, bu gün Rusiya türklərində görünən milli intibahın hasil
olmamış, yaxud geri qalmış olacağını söyləmək türk dünyasına həsr
etdiyi xidm
ətin böyüklüyünü təqdir üçün kafidir. Mərhum
f
əaliyyətində hər vaxt iki nöqtəni önə çəkirdi:
Birincisi: Şimalda və Cənubda yaşayan bütün Rusiya
müs
əlmanlarının eyni millət olduğu və Osmanlı Türkləri ilə din və
qan qardaşı olduqlarını isbat etmək.
İkincisi: Hər tərəfdə mədrəsələri islah etmək və yeni
m
əktəblər açmaqla maarifin tərəqqisinə nail olmaq». («Göy Bayraq
altında milli fəaliyyət» məqaləsindən. İstanbul, 1918).
Doktor Rza b
əy Nur: «Son dövrdə Krımda İsmayıl bəy
Qaspiralı yetişib nəşr etdirdiyi «Tonquç» və «Tərcüman» qəzetləri,
kitablar v
ə açdığı məktəblərlə Krım tatarlarını oyandırmışdır. Bu
şəxs otuz illik cəsarət, fədakarlıq və uca bir milli hisslə Krım
tatarlarının gözlərini açmışdı. Onun yapdığı oyanma nuru hətta rus
hökmü altındakı bütün türklərə də çatmışdır. Bu ali şəxs türk
tarixinin oyanma dövrün
ə xidmət edən böyüklərdəndir. Krım
tarixinin bu dövründ
ə mütləq bu ulu adama bir yer vermək və ondan
hörm
ətlə bəhs etmək lazımdır». («Türk tarixi», İstanbul 1925, c.V,
s
əh.63).
H
əsən Səbri bəy Ayvazov: «Onun fikirlərini, əməllərini
baltalamaq, öldürm
ək artıq mümkün deyildir… Çünki, onlar
mill
ətin qanına, ruhuna, həyatına, qəlbinə girmişdir. Türk-tatar
mill
əti bu gün bunlarla nəfəs alır, bunlarla qidalanır, bunlarla ruh və
• Abid Tahirli
~
92
~
h
əyat bulur…». («Yaşayan ölülərdən İsmayıl bəy Qaspiralı»
m
əqaləsindən. «Tərcüman», 1916, № 196).
S
ədri Maksudi bəy: «İsmayıl bəyin vəfatı ilə hiss etdiyim
ağır kədərimi, dərin iztirabımı, bərk fəryadımı dışarı çıxarmaq
ist
əyirəm, ancaq qəlbimdən mənəvi yaşlar axdığı bir zamanda bu
mümkün olmur. Hazırda ən müqəddəs və ən əziz bir əşyasını itirmiş
bir uşaq kimi ağlamaqdan başqa əlimdən bir şey gəlmir! Ancaq bu
kafi deyil, bir s
əmimi fikri açıq sözlə ifadə etmək istəyirəm.
Qaspiralı hamımızın fikrində, qəlblərimizdə ən böyük bir
yeri tutan bir şəxsdir. Hamımızın milli idealında ən nurani bir
nöqt
ədir. Hər birimizin təvəssümü fikri tarixində ən məlum bir
alimdir. Qeyri-ixtiyari h
ər birimizin səmimi ehtiramlarını cəlb edən,
adı çəkildikdə hamımızın ağzına «Böyük» kəlməsini gətirən şey isə
onun işləridir». («Əməllər ustadı» məqaləsindən. «Tərcüman»,
1914, № 202; «Yıldız» qəzeti).
S.İbrahimov: «Hər millətin öz dili, öz duyğusu, öz diləyi, öz
diriliyi olmadan yaşamayacağını hər kəsdən əvvəl İsmayıl bəy dərk
etmişdir. Mərhum hər milləti milli dinə, milli ədəbiyyata və
maarif
ə, milli həyata malik olmalarını bütün ömrü boyu təlqin
etmişdir. Özü irqən türk olduğundan təbii olaraq türk
mill
ətpərvərliyini meydana sürmüş və türklərə «bir dil, bir fikir, bir
iş» gərəkliyini bir qayə olaraq qəbul etmişdir. Bu gündən sonra
«m
ərhum» - deyə yad edəcəyimiz İsmayıl bəy isə bütün Rusiya və
b
əlkə də bütün dünya müsəlmanlarının ən böyük bir cahanı, ən
böyük bir kainatı idi ki, bu gün əbədiyyətə qovuşdu. Biz də onun bu
• Bütün türkl
ərin tərcümanı
~
93
~
böyük m
ənəviyyatı hüzurunda torpaqlara qapanaraq için-için
ağlayırıq…». («Böyük və tarixi milli matəm» məqaləsindən.
«T
ərcüman» qəzeti, 1 oktyabr 1914, № 200. «İqbal» qəzetindən
götürülmüşdür).
Abdulla Battal:
«İsmayıl bəy Rusiya müsəlmanlarındakı
fikir h
ərəkatının icad edəni, birinci üsuli-cədid məktəblərinin ilk
ustadı, milli xeyriyyə cəmiyyətlərinin təsisinin mürşidi, tatar
q
əzetçiliyinin atası, Rusiya müsəlmanlarının böyük islahatçısı və
ümum türk-
tatar dünyasının böyük bir qəhrəmanı idi. İsmayıl bəy
36 il
əvvəl «Tərcüman»la Rusiya müsəlmanlarına həyat və
m
ədəniyyət dərsi verməyə, qurtuluş yolu göstərməyə başladı. Onun
göz
əl fikirləri, faydalı tövsiyələri Türkistan, Qafqaz, Ural və İdil
(Volqa) boylarında da dinlənildi, qəbul edildi. Geniş Rusiyanın
müxt
əlif guşələrində yaşayıb, ancaq bir-birlərinin əhvallarından
x
əbərsiz, yaxud da az xəbərdar olan türk-tatar qövmləri
«T
ərcüman» vasitəsilə tanış olmağa, anlaşmağa başladılar. İsmayıl
b
əyin Baxçasarayda təsis etdiyi birinci «Üsuli-cədid» məktəbi
Rusiyadakı bütün «Üsuli-cədid» məktəblərinin anası oldu» («Ağır
hadis
ə» məqaləsindən. «Tərcüman» qəzeti, 1 oktyabr 1914, № 200.
«Yıldız» qəzetindən götürülmüşdür).
«1883-cü ild
ən bəri Krımda çıxmağa başlamış olan
«T
ərcüman» qəzeti o zamankı Rusiyanın bütün türk dünyasında, o
cüml
ədən Kazan türkləri arasında da oxunurdu.
İsmayıl bəy Baxçasarayda Qayıtmazağa məhəlləsində
nümun
ə üçün «Üsuli-cədid» məktəbi açmışdı ki, oradakı üsulla
tanış olmaq üçün bizdən də bir çox müəllimlər Baxçasaraya gedib
g
əlmişdilər. Qaspiralı qıraqdan gələnlərə «Üsuli-cədid»i pulsuz
• Abid Tahirli
~
94
~
öyr
ətməklə bərabər, hər bir müəllimdən burada öyrəndiklərini
mütl
əq iki müəllimə öyrədəcəyinə dair söz alırmış. Yenə İsmayıl
b
əy Krım ləhcəsi ilə əlifba «Xocayı sübyan» və başqa bir neçə dərs
kitabını tərtib etmişdi ki, bu kitablar bir müddət bizim Kazan
yurdunda f
əaliyyət göstərən «Üsuli-cədid» məktəblərində də
istifad
ə edilmişdir». («Kazan türkləri», İstanbul, 1925, səh.190).
Dostları ilə paylaş: |