Hicr
ət, mühacirət, yaxud «təlatümlü dərya»nın kəraməti
İsmayıl bəy mühacirətlə, mühacirlərlə bağlı «Tərcüman» da
d
əfələrlə məqalələrlə çıxış etmişdir. O, mühacirətin yaranması
s
əbəblərini, müxtəlif dövlətlərin mühacirət probleminə münasibə-
tini, ayrı-ayrı xalqların, mühacirlərin özünəməxsus xüsusiyyətlərini
t
əhlil etmiş, müəyyən qənaətlərə gəlmişdir. Başlıca nəticə ondan
ibar
ətdir ki, İ.Qaspiralı mühacirətə qarşı olmuşdur, onun fikrincə,
• Bütün türkl
ərin tərcümanı
~
33
~
dövl
ət öz vətəndaşlarının qayğısına qalmalı, onların köçünün
qarşısını almalı, insanlar da hər çətinliyə sinə gərərək, doğma
V
ətəndə qalmalı, ona xidmət etməlidir. Bu haqda Əhməd
Öz
ənbaşlının 1975-ci ilə Simferopolda (Ağməscid) nəşr edilmiş
«Çarlıq hakimiyyəti illərində Krım faciəsi və yaxud tatar hicrətləri»
kitabında ətraflı söhbət açılır.
Bizim m
əqsədimiz İ.Qaspiralının mühacirət problemi ilə
bağlı əsərlərini təhlil etmək, onları dəyərləndirmək yox, mühacir,
istiqlal mücahidi Hüseyn Ba
ykaranın «Azərbaycan istiqlal
mücadil
əsi tarixi» kitabının girişində söylədiyi «tarixin cilvələri və
sürprizl
əri olmuşdur, yenə olacaqdır» - fikrinin nə qədər sərrast,
yerind
ə deyildiyini bir daha xatırladaraq, mühacirətin, mühacirlərin
İ.Qaspiralının irsində, belə demək mümkünsə, vəfatından sonrakı
taleyind
ə oynadığı rolu vurğulamaqdır. Bir vaxtlar xalqının doğma
yurddan did
ərgin düşən övladlarının dağılmaması üçün sinəsini
sip
ər edən İ.Qaspiralı ideyalarını Sovet hökumətinin, senzuranın
yasa
ğından sonra yalnız mühacirlər yaşatmağa, yaymağa səy
edirdil
ər… Mühacirlərin İstanbulda çıxardığı «Krım», «Azərbaycan
yurd bilgisi» m
əcmuələrində, Berlində buraxdıqları «İstiqlal»
q
əzetində, eləcə də Türkiyə mətbuatında İ.Qaspiralı və «Tərcüman»
haqqında xatirələr, tədqiqatlar dərc edilmişdir. Nur Rzanın «Türk
tarixi», Battal Abdullahın «Kazan türkləri», A.K.Hatifin
«Göybayraq altında milli fəaliyyət»… kimi əsərlərdə İ.Qaspiralının
f
əaliyyəti xatırlanmış, yüksək dəyərləndirilmişdir.
Mühacir n
əşrlər və ümumiyyətlə İ.Qaspiralının həyatı və irsi
il
ə bağlı tədqiqatlar sırasında böyük mücahid və mühərrir Krımlı
C
əfər Seydəhmədin müəllifi olduğu «Qaspiralı İsmayıl bəy (Dildə,
fikird
ə, işdə birlik)» adlı əsər xüsusi diqqətəlayiqdir.
• Abid Tahirli
~
34
~
Fikrimizc
ə, məzarı İstanbulda, ruhu Krım səmalarında
dolaşan kitabın müəllifini ehtiramla xatırlayıb, ruhuna dua edib,
haqqında qısaca da olsa, məlumat vermək yerinə düşərdi. Krım
istiqlal mücadil
əsi tarixinin ən parlaq nümayəndələrindən olan
C
əfər bəy 1889-cu il sentyabrın 1-də Yalta şəhəri yaxınlığındakı
Qızıldaş kəndində anadan olmuşdur. İstanbulda litsey təhsili almış, I
Dünya müharib
əsinin başlaması səbəbi ilə Parisdə ali hüquq
t
əhsilini yarımçıq qoymuş, Vətənə – Krıma qayıtmışdır. Bu vaxtdan
Krımın azadlığı uğrunda mübarizəyə başlamış C.Seydəhməd 9
dekabr 1917-ci ild
ə elan edilmiş Krım Xalq Cümhuriyyətində
C
ələbi Cahanın baş nazir olduğu hökumətdə Hərbi və xarici işlər
naziri, bir müdd
ət sonra Süleyman Sulkiyevin baş nazir olduğu
hökum
ətdə xarici işlər naziri işləmişdir. Bolşeviklər Krımı işğal
etdikd
ən, Krım Xalq Cümhuriyyəti süquta uğradıqdan sonra
C.Seyd
əhməd Türkiyədə məskunlaşmış, ömrünün sonunadək sovet
rejimi v
ə kommunist ideologiyasına qarşı ideoloji mücadilə
aparmışdır. 3 aprel 1960-cı ildə İstanbulda vəfat etmişdir. Həyatı və
f
əaliyyəti ilə azadlıqsevər və qəhrəman Krım türklərinin taleyində,
tarixind
ə əbədi iz qoymuş mücahidin «İyirminci əsrdə tatar məzlum
mill
əti» (İstanbul, 1911), «La Cime» (fransız dilində) (Lozanna,
1921), «Krym» (l
əhcə) (Varşava, 1930), «Rus inqilabı» (1930),
«M
əfkurə və türkçülük» (İstanbul, 1965), «Unudulmaz göz yaşları»
(İstanbul, 1975), «Nurlu qəbirlər» (İstanbul, 1992), «Bəzi xatirələr»
(İstanbul, 1993) və s. kimi əsərləri həm müəllifin həyat və
f
əaliyyətini, əqidəsini öyrənmək, dəyərləndirmək, həm də əzabkeş,
sarsılmaz, qüdrətli, dəyanətli, istiqlalsevər Krım türklərinin tarixini
t
ədqiq etmək baxımından bu gün də aktual və əhəmiyyətlidir. Yeri
g
əlmişkən qeyd edək ki, Azərbaycanı və Azərbaycan türklərini də
böyük m
əhəbbətlə
sev
ən C.Seydəhməd mühacirətdəki
• Bütün türkl
ərin tərcümanı
~
35
~
h
əmvətənlərimizlə sıx əlaqə saxlamış, Azərbaycan mühacir nəşrləri
il
ə əməkdaşlıq etmiş, Vətənimizlə bağlı mövzularda yazılar qələmə
almışdır.
Yuxarıda adını çəkdiyimiz kitab 1934-cü ildə İstanbulda
n
əşr olunmuşdur. Əsərin üz və titul vərəqlərində tatar yazıçı, tarixçi
v
ə ideoloqu Yusif Akçuraoğlunun «Heç kimsə İ.Qaspiralı qədər
bütün türklük qay
əsini vüzuh (aydın – T.A.), səbat və israrla
n
əşriyyatda təqib, feliyyatda tətbiqə səy etməmişdir» və məşhur
ədəbiyyatşünas Fuad Məmməd Köprülüzadənin «Bütün həyatını
türklüyün yüks
əlməsinə sərf edən İsmayıl bəy türk xalqının əbədi
şükranlarına layiqdir» - kəlamları yazılmışdır.
İ.Qaspiralı ilə bağlı maraqlı və tarixi fotoların da əks
olunduğu əsərdə müəllif giriş əvəzi yazdığı «İlk söz»ü yenə Yusif
Akçuraoğlunun məşhur fikri ilə başlayır: «İsmayıl bəy Qaspiralı
b
əyi mən bütün türkçülük hərəkatının mərkəzi siması saymaq doğru
olduğuna qaniyəm». C.Seydəhməd İ.Qaspiralının məşhur
k
əlamlarından «Millətin tərəqqisi və gələcəyi üçün hər şeydən əvvəl
fikir (ideya m
ənasında – T.A.) lazımdır» - cümləsini xatırladır və bu
istiqam
ətdə İsmayıl bəyin xidmətlərinə (ortaq dil, yeni məktəb,
xeyriyy
ə cəmiyyətləri və s.) nəzər salır, dəyərləndirir. C.Seydəhməd
türk dünyasının parlaq siması İ.Qaspiralı barədə çox sayda məqalə
d
ərc edilsə də, hələ bir kitab yazılmadığını təəssüflə qeyd edir, bu
m
əramla əlinə qələm aldığını diqqətə çatdırır. Müəllif səmimiyyətlə
qürb
ətin ağır şərtləri altında ərsəyə gələn bu əsəri təqdimə cəsarət
ed
ərkən təvazökarlıq və ümidlə bildirir ki, bu tarixi və müqəddəs
mövzunu d
əyərli türk övladları gələcəkdə daha əsaslı şəkildə
işləyəcəklər. Bu gün İ.Qaspiralının həyat və yaradıcılığının kifayət
q
ədər araşdırıldığını qeyd etməklə yanaşı, hesab edirik ki, onun
ideyaları həmişəyaşar, əbədi olduğu kimi irsinə tədqiqat obyekti
• Abid Tahirli
~
36
~
kimi müraci
ət də daim gündəlikdə olmalıdır. Dövrümüzdə diri,
canlı, aktual olan İ.Qaspiralı ideyaları, xüsusi ilə «Dildə, fikirdə,
işdə birlik» düsturu həyata keçdikdən sonra da ölməyəcək, əksinə
bir daha parçalanmamaq, p
ərən-pərən, dağınıq düşməmək üçün
əbədi yaşamaq gücü, qüvvəsi kəsb edəcəkdir!
Mü
əllif haqqında bəhs etdiyimiz kitabını «İlk söz» və «Son
söz» d
ə daxil olmaqla 12 hissəyə bölmüşdür: Tərcümeyi halı,
Xüsusi h
əyatı, Əsas fikirləri, Dil birliyi, Məfkuəçiliyi, Səciyyə
(xarakter – T.A.) gücü, Taktik qabiliyy
əti, Qədirbilənliyi, İşləri, Dil
birliyi v
ə nəticələri, Türkiyədə dildə sadəlik cərəyanı, Bolşeviklər
dövründ
ə dil məsələsi, ilk məktəb və mədrəsələri, İslah məsələsi,
Hindistan s
əyahəti və islamçılığı, Misirdə islam konqresi,
Türkçülüyün İsmayıl bəyi, Xəstəlikləri, vəsiyyətləri və ölümü,
İsmayıl bəyin yazılarından bəzi parçalar, İsmayıl bəy haqqında
yazılanlardan bəziləri, Vəfatından sonra haqqında yazılanlar,
«T
ərcüman»ın 50 illiyi. Göründüyü kimi, C.Seydəhməd
mühacir
ətdə – məhdud mənbələrlə olsa da, böyük ideoloqun həyat,
f
əaliyyətinin bütün aspektlərdən işıqlandırılmasına, təhlilinə və
d
əyərləndirilməsinə səy göstərmişdir.
Sev
ə-sevə, dönə-dönə «türklüyün böyük və bəxtiyar atası»
adlandırdığı İ.Qaspiralının fəaliyyətinin hələ ilk dövrlərindən dərin
z
əkası, fədakarlığı ilə Avropa və Rusiyada diqqət çəkdiyini
vurğulayan C.Seydəhməd Şərqşünas Vamberinin 1885-ci ildə
Leypsiqd
ə «Türk xalqı», 1906-cı ildə Berlində «Qərb
m
ədəniyyətinin Şərqə təsiri» adı ilə nəşr etdiyi əsərlərdən, eləcə də
«Revue du monde musulman» q
əzetində dərc olunmuş məqalə-
l
ərdən sitatlar gətirərək fikrini əsaslandırır. Maraqlı və diqqət-
ç
əkəndir ki, Cəfər Seydəhməd böyük xalq xadimi İ.Qaspiralının
xidm
ətlərindən bəhs edərkən daha çox onun haqqında yazılan
• Bütün türkl
ərin tərcümanı
~
37
~
fikirl
ərə istinad edir, bəzən isə sitatlarla kifayətlənmir, materialı
olduğu kimi təqdim etməyə üstünlük verir. Mahmud Fuad Tokların
«El» q
əzetində dərc olunmuş və «Tərcüman»da verilmiş məqaləsi
bu q
əbildəndir. Müəllif İ.Qaspiralının xidmətlərinin böyüklüyünü
diqq
ətə çatdırmaq üçün maraqlı forma seçmişdir. O, cəmiyyətin
müxt
əlif təbəqələrinə mənsub şəxslərə müraciət edir və onları sanki
İ.Qaspiralı ideyaları, irsi və ruhu qarşısında hesabat verməyə dəvət
edir: Ey tatar müh
ərriri, ədibi, şairi, qələmini saxla! Bir gün olsa da,
yazma, düşün, həm də fikirlərinin dərininə dal! Sənin ustadın,
yolbaşçın kimdir? O ustadın fikir və məsləyini davam etdirmək
s
ənin borcun deyilmi?! Nə etməlisən, yanılmamısan, yolunu
azmamısan? Ey xalq xadimi! Sən fikirləş, düşün! İndi Qaspiralı –
hamının qəbul etdiyi ustad aranızda yoxdur. Lakin qoca babanın
sözl
ərini, işlərini, onun məsləhətlərini sıx-sıx xatırlayın, onun ruhu,
onun xatir
əsi sizləri birləşdirsin, doğru yola götürsün! Ey tatar
mü
əllimi! Unutma, Qaspiralı öldüsə də, məktəbi qaldı.
Oxuduğunun, oxutduğunun, bildiyinin, bildirdiyinin hamısı o
möht
ərəm pirin səmərəsidir. Unutma, şagirdlərin də onu
unutmasınlar! Ey tatar balası, əllərini qaldır və dua et! Bax, babanın
ruhu s
əninlədir, təhsil aldığın üçün sevinclə, iftixarla sənə baxır.
S
əndən sonra oxuyan digər tatar balalarını da onun ruhu şadlıqla
salamlayır. Siz belə davam edin, oxuyun. Siz görməsəniz də,
babanız sizi görür, dinləyir. Siz kitabın hər səhifəsini vərəqlədikcə,
o f
ərəhlənir, gülür…
Ey m
ərhum baba, məsum ruh! Uç, seyr et, bütün Tatarıstanı
dolaş! Xeyriyyə cəmiyyətlərinə, kitabxanalara, qəzet redaksi-
yalarına, məktəb, məscid, mədrəsələrə, xatun-qız arasına, idarələrə,
fabrikl
ərə, ticarətxanalara… hər yer sənin üçün açıqdır. Tatar var
olduqca, s
əni hər yerdə anacaqlar, sənə dua edəcəklər…».
• Abid Tahirli
~
38
~
Mü
əllifin orijinal tərzdə təqdim etdiyi məqalə İ.Qaspiralı irsi
v
ə ideyalarının əbədiyaşarlığına parlaq nümunədir. C.Seydəhmədin
mühacir
ətdə qələmə aldığı «Qaspiralı İsmayıl bəy» əsəri İ.Qaspiralı
ideyalarının yeni üfüqlərini, o vaxta kimi hələ heç kimin görmədiyi,
üz
ə çıxarmadığı yeni qatlarını aşkarladı. İ.Qaspiralı Rusiya
müs
əlmanlarının təhsilini, tərəqqisini, birliyini mövcud rejim və
s
ərhədlər daxilində həyata keçirməyə məcbur idi və o bu ideyaları
t
ədriclə, addım-addım reallaşdırırdı. Lakin bu ideyalar nəticə etibarı
il
ə milli şüurun oyanmasına, milli özünüdərkin təsdiqinə, nəhayət,
istiqlal ideallarına aparırdı. Başqa yol yox idi! Krımın azadlığı
uğrunda mücadilə aparan C.Seydəhməd üçün də İ.Qaspiralı
ideyaları məhz buna görə daha doğma və müqəddəs idi!
İ.Qaspiralı məsləkdaş və tədqiqatçılarının gözü ilə
Bu mövzu geniş, maraqlı, həm də aktualdır. Fəaliyyətinin ilk
dövrl
ərindən təkcə missionerlərin, məmurların, mollaların yox, həm
d
ə türkoloqların, şərqşünasların, müxtəlif təmayüllü qəzet,
jurnalların diqqət mərkəzinə düşən İ.Qaspiralının irsi və ideyaları
yeniliyi, t
əsir gücü, qeyri-adiliyi, əhatə dairəsi ilə cazibədar idi.
İ.Qaspiralı irsinin tədqiqi, probleminə sistemli və bir neçə
aspektd
ən yanaşılması vacibdir. Bədii əsərlərinin, publisistikasının
öyr
ənilməsi, «Tərcüman»ın, digər dövri nəşrlərin araşdırılması,
yaxud ortaq dil, m
əktəb islahatı xeyriyyə cəmiyyətləri ilə bağlı
m
əsələlərin tədqiqi sahəsində xüsusi ilə İ.Qaspiralının 150 illik
yubileyi
ərəfəsində mühüm işlər görülmüşdür. İ.Qaspiralı haqqında
yazılan tədqiqat xarakterli məqalələrdən yuxarıda yeri gəldikcə qısa
da olsa, b
əhs etmişdik. İ.Qaspiralı irsinə, şəxsiyyətinə ehtiramla
yanaşan hər kəsə böyük sevgimizi izhar etməklə müxtəlif dövrlərdə
• Bütün türkl
ərin tərcümanı
~
39
~
onun haqqında yazılmış əsərlərdən sitatlar gətirməklə İ.Qaspiralı
dühasının əzəmətinə, həmişəyaşarlığına bir daha diqqəti çəkmək
ist
ərdik.
Heç şübhəsiz ki, bütün müəllifləri və mənbələri əhatə etmək
c
əhdimizə, istəyimizə rəğmən siyahının tamlığını iddia edə
bilm
ərik. Bunu diqqətsizliyimiz kimi yox, qaspiralışünaslığın
ölk
əmizdə nisbətən yeni sahə olduğuna, ölkəmizdən kənarda isə
coğrafiyasının genişliyinə, eyni zamanda ifadə etmək
ist
əmədiyimiz digər bəzi problemlərin mövcudluğuna yozmaq-
yazmaq, z
ənnimizcə, daha düzgün olardı. Ən əsası odur ki,
İ.Qaspiralının sağlığından bu günədək bütün dövrlərə aid
materiallardan sitatlar var v
ə onlar İ.Qaspiralının bütün türklərin və
bütün dövrl
ərin tərcümanı olduğuna danılmaz dəlildir.
Söz v
ə sətirlərdən yaranan möhtəşəm
İsmayıl Qaspiralı portreti
Yazıçı, publisist, siyasi xadim, istiqlal mücahidi Ceyhun
Hacıbəyli: «Həqiqətən də müsəlman-türk olub İsmayıl bəy
Qaspiralı kimi bir xadimi dəyərləndirməmək olmaz». («İsmayıl bəy
Qaspiralı» məqaləsindən, «Kaspi», № 204, 13 sentyabr, 1914).
Ədəbiyyatşünaslığımızın banisi Firudin bəy Köçərli:
«İsmayıl bəyə öldü demək millətimizin çırağı söndü, həyatımızın
ruhu pozuldu dem
əkdir». («İqbal» qəzeti, № 749, 28 sentyabr
1914).
• Abid Tahirli
~
40
~
«İsmayıl bəy gələcəyimizə yaxşı gözlə baxırdı. Həyatımıza
ümid v
ə səadətimizə etiqadı-kamili vardı. Hər şeydən artıq bizə xoş
g
ələn İsmayıl bəyin fel və qovlündə müşahidə olunan səbat və
m
ətanəti-qəlb idi. Mərhumun əqidəsi buna idi ki, hər bir şey insanın
öz
əlindədir. İstərsə, edər. Mətləb ancaq istəməkdədir. İşə şüru
etm
əkdədir. İsmayıl bəy deyirdi ki, bizim müsəlmanlar əksərya
x
əyalət aləmində yaşayırlar, bu aləmi boşlayıb fəaliyyət aləminə
daxil olmaq g
ərəkdir. O qismi işə iqdam etmək lazımdır ki, ondan
bir xeyir v
ə fayda hasil olsun. Doğrudan da, İsmayıl bəyin hanki bir
işinə diqqət yetirilsə, onda böyük tədbir, təcrübə və əncamında
böyük fayda müşahidə olunur». («İsmayıl bəy Qaspiralı»
m
əqaləsindən. «İqbal» qəzeti, sentyabr 1914).
Əlimərdan bəy Topçubaşov: «İsmayıl bəyin nə yazdıqlarını
biz indi söyl
əməkdə aciziz. Onları bir yerə yığmaq bizdən ötrü
qeyri-mümkündür. V
əqtilə İsmayıl bəyin işlərini tarix səhifələri
bildir
ər. Ancaq bu qədər olur ki, İsmayıl bəyin yazdığı məqalələr bir
əkinçinin danələri kimi idi ki, hərəsi öz müqabilində göyərmiş və
m
əhsul vermişdir. Məsələn, bir məqaləsindən dolayı birisi öz
oğlunu məktəbə vermiş, ikinci məqaləsi bir şəhərdə məktəb
açılmaya, üçüncü cəmiyyət açılmaya səbəb olmuşdur. İsmayıl bəyə
h
ər yerdə İsmayıl bəy deyilir. Öz yerlərində isə İsmayıl Murza
adlanır. Özü isə buna heç əhəmiyyət verməzdi. Zira, onun bəyliyi və
murzalığı özünün çalışmaqlığı və yazdıqları idi. İsmayıl bəy
f
əaliyyəti sayəsində bütün Rusiya müsəlmanlarına öz nuru ilə işıq
v
ə səadət verdi». (1914-cü il sentyabrın 13-də Bakıda təşkil olunan
mat
əm yığıncağında çıxışından).
• Bütün türkl
ərin tərcümanı
~
41
~
Y.X
əlil: «11 sentyabr Cümə günündə çıxan qəzetlər bizlər
üçün çox üzüntülü x
əbər verdilər. Onlar ən yaşlı ustadımız, ən öndə
ged
ən liderimiz, mənəvi atamız, baş müəllimimiz möhtərəm İsmayıl
b
əy Qaspiralı cənablarının vəfat etdiyini ilk səhifələrində böyük
h
ərflərlə dərc edərək hər kəsə xəbər verdilər.
…B
əli, İsmayıl bəy öldü. Fəqət o öz təlimatını verərək, öz
yerin
ə insanlar yetişdirərək, tələbələrinə elektrik fənəri kimi fənər
tutuşduraraq gələcəyi, gediləcək yolları işıqlandıraraq öldü. İndi bir
çox ulu insanımızdan, çox böyük liderimizdən ayrıldıq, onun üçün
bizim, h
ətta bütün islam dünyasının üzülməməsi mümkün deyil.
Çünki o bizim
ən qaranlıq, ən savadsız dönəmimizdə bizi düşünərək
mill
ətimizi ayağa qaldırmaq üçün işə başladı. O, bizə 32 il
mü
əllimlik etdi…». («Süyüm Bikə» qəzeti, 1914, 16 sentyabr,
Kazan).
Az
ərbaycan Xalq Cümhuriyyəti
qurucularından
«Müsavat» partiyasının lideri Məhəmməd Əmin Rəsulzadə: «Dilə,
fikr
ə və işə» bağlı bir türk sifətiylə böyük müəllimin yaratdığı
müv
əffəq əsərin ildönümünü keçirərkən, istiqlalları üçün çalışan
türk ell
əri arasında ən çox iztirab çəkən və ən müstəqil mövqedə
bulunan Krımlı qardaşlarımıza demək istəyirik ki, qardaşlar,
sarsılmadan yüyürünüz, əski tarixində şanlı hadisələr və yeni
tarixind
ə də «Tərcüman» kimi qəzetlərə malik bulunan bir vətənin
övladı heç bir zaman haqq etdiyi istiqlal və hürriyyət nemətindən
m
əhrum edilə bilməz!
F
əqət «Tərcüman» sizin olduğu qədər, bilirsiniz ki, bizimdir
d
ə. Bütün türklərindir. Bilxassə əsir türk ellərinindir. Vətənləri
düşmən əlində çeynənən bizlər, nə yazıq ki, böyük ədibə layiq
• Abid Tahirli
~
42
~
olduğu hörməti təmin edəmirik. Fəqət nə mane olur: biz səflərimizi
sıxlaşdıralım. Mücadilələrimizi tənzim edəlim. Mücadiləmizi
qüvv
ətləndirəlim budur, «Tərcüman»a və böyük İsmayıl bəyə layiq
ən dəyərli qayğı, ən münasib xatirə!» («Ortaqlı bir ildönümü»
m
əqaləsindən. «İstiqlal» qəzeti, 13 aprel 1933).
Sultan M
əcid Qənizadə: «Tərcüman» qəzetəsi Həzrət
Musanın bəni-İsrail üçün gətirdiyi lövhələr kimi idi ki,
müs
əlmanların qəlbində nəqş bağlayırdı. Və «Tərcüman»ın
yazılarının bu qədər mütəəssir olması İsmayıl bəyin özünün batini
at
əşi idi. Necə ki, demişlər: «şəm əgər gur yanmasa, yandırmaz od
p
ərvanəni». Hədisdə deyilir ki, Allah bir neməti aldıqda əvəzində
ikisini ver
ər… Biz də ümid ediriz ki, İsmayıl bəy gedəndə onun
yerind
ə Rusiya müsəlmanları arasında İsmayıl bəylər çıxar. Çünki
İsmayıl bəyin özünün çalışdığı da bu yolda idi».
Tanınmış qaspiralışünas Zəfər Karatay: «Doğmuşam
Krımda Avcı köydə min səkkiz yüz əlli bir də. Məkanım
Baxçasaraydır, məzarım kim bilir nerdə» - söyləyən İsmayıl
Qaspiralının məzarı həqiqətən 18 may 1944-cü ildə Krım türkləri
sürgün edil
əndə, Zincirli mədrəsə yaxınlığında olan məzarı yox
edilmişdi. Amma onun nəvələri yox olmadı. Geri döndülər. Ona
xatir
ə məzarı düzəltdilər…».
…İşə də dərhal başladı. Bir tərəfdə çar Rusiyasının
inanılmaz təzyiqi və senzurası, bir tərəfdə cəhalət içərisində inləyən
xalqı vardı. İmkanları məhdud olsa da, möhtəşəm əzmi vardı,
peyğəmbər səbri vardı. Son dərəcə realist, sağlam ruhlu və
• Bütün türkl
ərin tərcümanı
~
43
~
uzaqgör
ən idi. Çalışdı, çalışdı, çalışdı». («Yaxşı ki, doğuldun
İsmayıl bəy Qaspiralı» məqaləsindən).
Naşir, redaktor Haşım bəy Vəzirov: «Dünən Krımın
Baxçasaray şəhərindən aldığımız bir teleqram təğyire-qəzadan
tamam mill
ətimizin uğradığı böyük bir siyah xəbərini yetirdi.
Qırx illərdən bəri əsla yorulmaq və usanmaq bilməyərək
müs
əlmanlar və müsəlmanlıq yolunda çalışan İsmayıl bəy Qaspiralı
v
əfat etdi».
Böyük ideoloq Əhməd bəy Ağaoğlu: «Dünyada türk və
türkçülük qaldıqca İsmayıl bəy də bərhəyatdır (diridir, yaşayandır –
T.A.), y
əni İsmayıl bəy əbədi və cavidandır (daimidir – T.A.).
İsmayıl bəy hələ də yaşayır, yetişdirdiyi yüzlərlə şagirdlərində,
t
ərbiyə etdiyi minlərcə ruhlarda yaşayır». («İsmayıl bəy Qaspiralı»
m
əqaləsindən).
Böyük ideoloq Yusif Akçuraoğlu: «…İsmayıl bəy təkdir,
ona b
ərabər xadimi… ötən bir neçə əsrlik islam və türk həyatından
tapıb çıxarmaq çətindir. Məncə, İsmayıl bəyi haqqı ilə tərif edə
bil
əcək bir sifət vardır ki, o da ilahiyyat alimlərinin həzrəti İsadan
b
əhs edərkən istifadə etdikləri «müəllim» təbiridir. İsmayıl bəy
«mü
əllim» idi: o bir qisim bəşəriyyətin dünyaya və həyata
baxışlarını dəyişməyə müvəffəq oldu («Müəllimə dair»
m
əqaləsindən).
«İsmayıl bəy yaxşı bir müəllim, mahir bir qəzetçi, mümtaz
bir müh
ərrir, ictimai və fəal bir ictimai xadim idi. Lakin, bütün bu
|