Bütün türkl ərin tərcümanı ~ 1 ~ Abid Tahirli


Hicr ət, mühacirət, yaxud «təlatümlü dərya»nın kəraməti



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə3/20
tarix31.01.2017
ölçüsü1,7 Mb.
#7139
1   2   3   4   5   6   7   8   9   ...   20

Hicr
ət, mühacirət, yaxud «təlatümlü dərya»nın kəraməti 
 
İsmayıl bəy mühacirətlə, mühacirlərlə bağlı «Tərcüman» da 
d
əfələrlə  məqalələrlə  çıxış  etmişdir.  O,  mühacirətin yaranması 
s
əbəblərini, müxtəlif dövlətlərin mühacirət probleminə  münasibə-
tini, ayrı-ayrı xalqların, mühacirlərin özünəməxsus xüsusiyyətlərini 
t
əhlil  etmiş,  müəyyən qənaətlərə  gəlmişdir.  Başlıca  nəticə  ondan 
ibar
ətdir  ki,  İ.Qaspiralı  mühacirətə  qarşı  olmuşdur, onun fikrincə, 

• Bütün türkl
ərin tərcümanı 

33
 ~ 
 
dövl
ət öz vətəndaşlarının  qayğısına  qalmalı,  onların  köçünün 
qarşısını  almalı,  insanlar  da  hər çətinliyə  sinə  gərərək,  doğma 
V
ətəndə  qalmalı,  ona  xidmət etməlidir.  Bu  haqda  Əhməd 
Öz
ənbaşlının  1975-ci ilə  Simferopolda  (Ağməscid) nəşr  edilmiş 
«Çarlıq hakimiyyəti illərində Krım faciəsi və yaxud tatar hicrətləri» 
kitabında ətraflı söhbət açılır. 
Bizim m
əqsədimiz  İ.Qaspiralının  mühacirət problemi ilə 
bağlı  əsərlərini təhlil etmək,  onları  dəyərləndirmək yox, mühacir, 
istiqlal mücahidi Hüseyn Ba
ykaranın  «Azərbaycan istiqlal 
mücadil
əsi tarixi» kitabının girişində söylədiyi «tarixin cilvələri və 
sürprizl
əri  olmuşdur,  yenə  olacaqdır»  -  fikrinin nə  qədər sərrast, 
yerind
ə deyildiyini bir daha xatırladaraq, mühacirətin, mühacirlərin 
İ.Qaspiralının  irsində, belə  demək mümkünsə, vəfatından  sonrakı 
taleyind
ə oynadığı rolu vurğulamaqdır. Bir vaxtlar xalqının doğma 
yurddan did
ərgin  düşən  övladlarının  dağılmaması  üçün  sinəsini 
sip
ər edən  İ.Qaspiralı  ideyalarını  Sovet  hökumətinin,  senzuranın 
yasa
ğından  sonra  yalnız  mühacirlər  yaşatmağa,  yaymağa  səy 
edirdil
ər… Mühacirlərin İstanbulda çıxardığı «Krım», «Azərbaycan 
yurd bilgisi» m
əcmuələrində, Berlində  buraxdıqları  «İstiqlal» 
q
əzetində, eləcə də Türkiyə mətbuatında İ.Qaspiralı və «Tərcüman» 
haqqında  xatirələr, tədqiqatlar dərc  edilmişdir.  Nur  Rzanın  «Türk 
tarixi»,  Battal  Abdullahın  «Kazan  türkləri», A.K.Hatifin 
«Göybayraq altında milli fəaliyyət»… kimi əsərlərdə İ.Qaspiralının 
f
əaliyyəti xatırlanmış, yüksək dəyərləndirilmişdir. 
Mühacir n
əşrlər və ümumiyyətlə İ.Qaspiralının həyatı və irsi 
il
ə  bağlı  tədqiqatlar  sırasında  böyük  mücahid  və  mühərrir  Krımlı 
C
əfər Seydəhmədin müəllifi olduğu «Qaspiralı İsmayıl bəy (Dildə, 
fikird
ə, işdə birlik)» adlı əsər xüsusi diqqətəlayiqdir. 

• Abid  Tahirli
 

34
 ~ 
 
Fikrimizc
ə, məzarı  İstanbulda,  ruhu  Krım  səmalarında 
dolaşan  kitabın  müəllifini  ehtiramla  xatırlayıb,  ruhuna  dua  edib, 
haqqında  qısaca  da  olsa,  məlumat vermək yerinə  düşərdi.  Krım 
istiqlal mücadil
əsi tarixinin ən parlaq nümayəndələrindən olan 
C
əfər bəy 1889-cu  il  sentyabrın  1-də  Yalta  şəhəri  yaxınlığındakı 
Qızıldaş kəndində anadan olmuşdur. İstanbulda litsey təhsili almış, I 
Dünya müharib
əsinin  başlaması  səbəbi ilə  Parisdə  ali hüquq 
t
əhsilini yarımçıq qoymuş, Vətənə – Krıma qayıtmışdır. Bu vaxtdan 
Krımın  azadlığı  uğrunda  mübarizəyə  başlamış  C.Seydəhməd 9 
dekabr 1917-ci ild
ə  elan  edilmiş  Krım  Xalq  Cümhuriyyətində 
C
ələbi  Cahanın  baş  nazir  olduğu  hökumətdə  Hərbi və  xarici  işlər 
naziri, bir müdd
ət  sonra  Süleyman  Sulkiyevin  baş  nazir  olduğu 
hökum
ətdə  xarici  işlər  naziri  işləmişdir.  Bolşeviklər  Krımı  işğal 
etdikd
ən,  Krım  Xalq  Cümhuriyyəti  süquta  uğradıqdan  sonra 
C.Seyd
əhməd Türkiyədə məskunlaşmış, ömrünün sonunadək sovet 
rejimi v
ə  kommunist  ideologiyasına  qarşı  ideoloji  mücadilə 
aparmışdır. 3 aprel 1960-cı ildə İstanbulda vəfat etmişdir. Həyatı və 
f
əaliyyəti ilə azadlıqsevər və qəhrəman Krım türklərinin taleyində, 
tarixind
ə əbədi iz qoymuş mücahidin «İyirminci əsrdə tatar məzlum 
mill
əti»  (İstanbul,  1911),  «La  Cime»  (fransız  dilində) (Lozanna, 
1921), «Krym» (l
əhcə)  (Varşava,  1930),  «Rus  inqilabı»  (1930), 
«M
əfkurə və türkçülük» (İstanbul, 1965), «Unudulmaz göz yaşları» 
(İstanbul, 1975), «Nurlu qəbirlər» (İstanbul, 1992), «Bəzi xatirələr» 
(İstanbul,  1993)  və  s. kimi əsərləri həm müəllifin həyat və 
f
əaliyyətini, əqidəsini öyrənmək, dəyərləndirmək, həm də əzabkeş, 
sarsılmaz, qüdrətli, dəyanətli, istiqlalsevər Krım türklərinin tarixini 
t
ədqiq etmək baxımından bu gün də aktual və əhəmiyyətlidir. Yeri 
g
əlmişkən qeyd edək ki, Azərbaycanı və Azərbaycan türklərini də 
böyük m
əhəbbətlə 
sev
ən C.Seydəhməd mühacirətdəki 

• Bütün türkl
ərin tərcümanı 

35
 ~ 
 
h
əmvətənlərimizlə sıx əlaqə saxlamış, Azərbaycan mühacir nəşrləri 
il
ə əməkdaşlıq etmiş, Vətənimizlə bağlı mövzularda yazılar qələmə 
almışdır. 
Yuxarıda  adını  çəkdiyimiz kitab 1934-cü ildə  İstanbulda 
n
əşr olunmuşdur. Əsərin üz və titul vərəqlərində tatar yazıçı, tarixçi 
v
ə  ideoloqu  Yusif  Akçuraoğlunun  «Heç  kimsə  İ.Qaspiralı  qədər 
bütün türklük qay
əsini  vüzuh  (aydın  –  T.A.), səbat və  israrla 
n
əşriyyatda  təqib, feliyyatda tətbiqə  səy etməmişdir»  və  məşhur 
ədəbiyyatşünas  Fuad  Məmməd Köprülüzadənin «Bütün həyatını 
türklüyün yüks
əlməsinə  sərf edən  İsmayıl  bəy  türk  xalqının  əbədi 
şükranlarına layiqdir» - kəlamları yazılmışdır. 
İ.Qaspiralı  ilə  bağlı  maraqlı  və  tarixi  fotoların  da  əks 
olunduğu əsərdə müəllif giriş əvəzi yazdığı «İlk söz»ü yenə Yusif 
Akçuraoğlunun  məşhur  fikri ilə  başlayır:  «İsmayıl  bəy  Qaspiralı 
b
əyi mən bütün türkçülük hərəkatının mərkəzi siması saymaq doğru 
olduğuna  qaniyəm». C.Seydəhməd  İ.Qaspiralının  məşhur 
k
əlamlarından «Millətin tərəqqisi və gələcəyi üçün hər şeydən əvvəl 
fikir (ideya m
ənasında – T.A.) lazımdır» - cümləsini xatırladır və bu 
istiqam
ətdə  İsmayıl  bəyin xidmətlərinə  (ortaq dil, yeni məktəb, 
xeyriyy
ə cəmiyyətləri və s.) nəzər salır, dəyərləndirir. C.Seydəhməd 
türk dünyasının parlaq siması İ.Qaspiralı barədə çox sayda məqalə 
d
ərc edilsə də, hələ bir kitab yazılmadığını təəssüflə qeyd edir, bu 
m
əramla əlinə qələm aldığını diqqətə çatdırır. Müəllif səmimiyyətlə 
qürb
ətin ağır şərtləri altında ərsəyə gələn bu əsəri təqdimə cəsarət 
ed
ərkən təvazökarlıq  və  ümidlə  bildirir ki, bu tarixi və  müqəddəs 
mövzunu d
əyərli  türk  övladları  gələcəkdə  daha  əsaslı  şəkildə 
işləyəcəklər. Bu gün İ.Qaspiralının həyat və yaradıcılığının kifayət 
q
ədər  araşdırıldığını  qeyd  etməklə  yanaşı,  hesab  edirik  ki,  onun 
ideyaları  həmişəyaşar,  əbədi  olduğu  kimi  irsinə  tədqiqat obyekti 

• Abid  Tahirli
 

36
 ~ 
 
kimi müraci
ət də  daim gündəlikdə  olmalıdır.  Dövrümüzdə  diri, 
canlı,  aktual  olan  İ.Qaspiralı  ideyaları,  xüsusi  ilə  «Dildə, fikirdə, 
işdə  birlik» düsturu həyata keçdikdən sonra da ölməyəcək,  əksinə 
bir daha parçalanmamaq, p
ərən-pərən,  dağınıq  düşməmək üçün 
əbədi yaşamaq gücü, qüvvəsi kəsb edəcəkdir! 

əllif haqqında bəhs etdiyimiz kitabını «İlk söz» və «Son 
söz» d
ə  daxil olmaqla 12 hissəyə  bölmüşdür:  Tərcümeyi  halı, 
Xüsusi h
əyatı,  Əsas  fikirləri, Dil birliyi, Məfkuəçiliyi, Səciyyə 
(xarakter – T.A.) gücü, Taktik qabiliyy
əti, Qədirbilənliyi, İşləri, Dil 
birliyi v
ə  nəticələri, Türkiyədə  dildə  sadəlik cərəyanı,  Bolşeviklər 
dövründ
ə  dil məsələsi, ilk məktəb və  mədrəsələri,  İslah  məsələsi, 
Hindistan s
əyahəti və  islamçılığı,  Misirdə  islam konqresi, 
Türkçülüyün  İsmayıl  bəyi, Xəstəlikləri, vəsiyyətləri və  ölümü, 
İsmayıl  bəyin  yazılarından  bəzi  parçalar,  İsmayıl  bəy  haqqında 
yazılanlardan  bəziləri, Vəfatından  sonra  haqqında  yazılanlar, 
«T
ərcüman»ın  50  illiyi.  Göründüyü  kimi,  C.Seydəhməd 
mühacir
ətdə – məhdud mənbələrlə olsa da, böyük ideoloqun həyat, 
f
əaliyyətinin bütün aspektlərdən  işıqlandırılmasına,  təhlilinə  və 
d
əyərləndirilməsinə səy göstərmişdir. 
Sev
ə-sevə, dönə-dönə  «türklüyün böyük və  bəxtiyar  atası» 
adlandırdığı İ.Qaspiralının fəaliyyətinin hələ ilk dövrlərindən dərin 
z
əkası,  fədakarlığı  ilə  Avropa və  Rusiyada diqqət çəkdiyini 
vurğulayan  C.Seydəhməd  Şərqşünas  Vamberinin  1885-ci ildə 
Leypsiqd
ə  «Türk  xalqı»,  1906-cı  ildə  Berlində  «Qərb 
m
ədəniyyətinin Şərqə təsiri» adı ilə nəşr etdiyi əsərlərdən, eləcə də 
«Revue  du monde musulman» q
əzetində  dərc  olunmuş  məqalə-
l
ərdən sitatlar gətirərək fikrini əsaslandırır.  Maraqlı  və  diqqət-
ç
əkəndir ki, Cəfər Seydəhməd  böyük  xalq  xadimi  İ.Qaspiralının 
xidm
ətlərindən bəhs edərkən  daha  çox  onun  haqqında  yazılan 

• Bütün türkl
ərin tərcümanı 

37
 ~ 
 
fikirl
ərə  istinad edir, bəzən isə  sitatlarla kifayətlənmir,  materialı 
olduğu kimi təqdim etməyə üstünlük verir. Mahmud Fuad Tokların 
«El» q
əzetində  dərc  olunmuş  və  «Tərcüman»da  verilmiş  məqaləsi 
bu q
əbildəndir. Müəllif  İ.Qaspiralının  xidmətlərinin böyüklüyünü 
diqq
ətə  çatdırmaq  üçün  maraqlı  forma  seçmişdir.  O,  cəmiyyətin 
müxt
əlif təbəqələrinə mənsub şəxslərə müraciət edir və onları sanki 
İ.Qaspiralı ideyaları, irsi və ruhu qarşısında hesabat verməyə dəvət 
edir: Ey tatar müh
ərriri, ədibi, şairi, qələmini saxla! Bir gün olsa da, 
yazma,  düşün,  həm də  fikirlərinin dərininə  dal! Sənin  ustadın, 
yolbaşçın  kimdir?  O  ustadın  fikir  və  məsləyini davam etdirmək 
s
ənin borcun deyilmi?! Nə  etməlisən,  yanılmamısan,  yolunu 
azmamısan? Ey xalq xadimi!  Sən fikirləş,  düşün!  İndi  Qaspiralı  – 
hamının qəbul  etdiyi  ustad  aranızda  yoxdur.  Lakin  qoca  babanın 
sözl
ərini, işlərini, onun məsləhətlərini sıx-sıx xatırlayın, onun ruhu, 
onun xatir
əsi sizləri birləşdirsin,  doğru  yola  götürsün!  Ey  tatar 

əllimi!  Unutma,  Qaspiralı  öldüsə  də, məktəbi  qaldı. 
Oxuduğunun,  oxutduğunun,  bildiyinin,  bildirdiyinin  hamısı  o 
möht
ərəm pirin səmərəsidir.  Unutma,  şagirdlərin də  onu 
unutmasınlar! Ey tatar balası, əllərini qaldır və dua et! Bax, babanın 
ruhu s
əninlədir, təhsil  aldığın  üçün  sevinclə, iftixarla sənə  baxır. 
S
əndən sonra oxuyan digər  tatar  balalarını  da  onun  ruhu  şadlıqla 
salamlayır.  Siz  belə  davam edin, oxuyun. Siz görməsəniz də, 
babanız sizi görür, dinləyir. Siz kitabın hər səhifəsini vərəqlədikcə, 
o f
ərəhlənir, gülür… 
Ey m
ərhum baba, məsum ruh! Uç, seyr et, bütün Tatarıstanı 
dolaş!  Xeyriyyə  cəmiyyətlərinə, kitabxanalara, qəzet redaksi-
yalarına, məktəb, məscid, mədrəsələrə, xatun-qız arasına, idarələrə, 
fabrikl
ərə, ticarətxanalara… hər yer sənin  üçün  açıqdır.  Tatar  var 
olduqca, s
əni hər yerdə anacaqlar, sənə dua edəcəklər…». 

• Abid  Tahirli
 

38
 ~ 
 

əllifin orijinal tərzdə təqdim etdiyi məqalə İ.Qaspiralı irsi 
v
ə ideyalarının əbədiyaşarlığına parlaq nümunədir. C.Seydəhmədin 
mühacir
ətdə qələmə aldığı «Qaspiralı İsmayıl bəy» əsəri İ.Qaspiralı 
ideyalarının yeni üfüqlərini, o vaxta kimi hələ heç kimin görmədiyi, 
üz
ə  çıxarmadığı  yeni  qatlarını  aşkarladı.  İ.Qaspiralı  Rusiya 
müs
əlmanlarının  təhsilini, tərəqqisini, birliyini mövcud rejim və 
s
ərhədlər daxilində həyata keçirməyə məcbur idi və o bu ideyaları 
t
ədriclə, addım-addım reallaşdırırdı. Lakin bu ideyalar nəticə etibarı 
il
ə milli şüurun oyanmasına, milli özünüdərkin təsdiqinə, nəhayət, 
istiqlal  ideallarına  aparırdı.  Başqa  yol  yox  idi!  Krımın  azadlığı 
uğrunda  mücadilə  aparan C.Seydəhməd üçün də  İ.Qaspiralı 
ideyaları məhz buna görə daha doğma və müqəddəs idi! 
 
İ.Qaspiralı məsləkdaş və tədqiqatçılarının gözü ilə 
 
Bu mövzu geniş, maraqlı, həm də aktualdır. Fəaliyyətinin ilk 
dövrl
ərindən təkcə missionerlərin, məmurların, mollaların yox, həm 
d
ə  türkoloqların,  şərqşünasların,  müxtəlif təmayüllü qəzet, 
jurnalların  diqqət mərkəzinə  düşən  İ.Qaspiralının  irsi  və  ideyaları 
yeniliyi, t
əsir gücü, qeyri-adiliyi, əhatə dairəsi ilə cazibədar idi. 
İ.Qaspiralı  irsinin  tədqiqi, probleminə  sistemli və  bir neçə 
aspektd
ən  yanaşılması  vacibdir.  Bədii  əsərlərinin, publisistikasının 
öyr
ənilməsi, «Tərcüman»ın,  digər dövri nəşrlərin  araşdırılması, 
yaxud ortaq dil, m
əktəb  islahatı  xeyriyyə  cəmiyyətləri ilə  bağlı 
m
əsələlərin tədqiqi sahəsində  xüsusi ilə  İ.Qaspiralının  150  illik 
yubileyi 
ərəfəsində mühüm işlər görülmüşdür. İ.Qaspiralı haqqında 
yazılan tədqiqat xarakterli məqalələrdən yuxarıda yeri gəldikcə qısa 
da olsa, b
əhs  etmişdik.  İ.Qaspiralı  irsinə,  şəxsiyyətinə  ehtiramla 
yanaşan hər kəsə böyük sevgimizi izhar etməklə müxtəlif dövrlərdə 

• Bütün türkl
ərin tərcümanı 

39
 ~ 
 
onun  haqqında  yazılmış  əsərlərdən sitatlar gətirməklə  İ.Qaspiralı 
dühasının  əzəmətinə, həmişəyaşarlığına  bir  daha  diqqəti çəkmək 
ist
ərdik. 
Heç şübhəsiz ki, bütün müəllifləri və mənbələri əhatə etmək 
c
əhdimizə, istəyimizə  rəğmən  siyahının  tamlığını  iddia  edə 
bilm
ərik. Bunu diqqətsizliyimiz  kimi  yox,  qaspiralışünaslığın 
ölk
əmizdə  nisbətən yeni sahə  olduğuna,  ölkəmizdən kənarda isə 
coğrafiyasının  genişliyinə, eyni zamanda  ifadə  etmək 
ist
əmədiyimiz digər bəzi problemlərin  mövcudluğuna  yozmaq-
yazmaq, z
ənnimizcə,  daha  düzgün  olardı.  Ən  əsası  odur ki, 
İ.Qaspiralının  sağlığından  bu  günədək bütün dövrlərə  aid 
materiallardan sitatlar var v
ə onlar İ.Qaspiralının bütün türklərin və 
bütün dövrl
ərin tərcümanı olduğuna danılmaz dəlildir. 
 
Söz v
ə sətirlərdən yaranan möhtəşəm 
İsmayıl Qaspiralı portreti 
 
 
Yazıçı,  publisist,  siyasi  xadim,  istiqlal  mücahidi  Ceyhun 
Hacıbəyli:  «Həqiqətən də  müsəlman-türk  olub  İsmayıl  bəy 
Qaspiralı kimi bir xadimi dəyərləndirməmək olmaz».  («İsmayıl bəy 
Qaspiralı» məqaləsindən, «Kaspi», № 204, 13 sentyabr, 1914). 
 
 
Ədəbiyyatşünaslığımızın  banisi  Firudin  bəy Köçərli: 
«İsmayıl  bəyə  öldü demək millətimizin  çırağı  söndü,  həyatımızın 
ruhu pozuldu dem
əkdir».  («İqbal»  qəzeti,  №  749,  28  sentyabr 
1914). 

• Abid  Tahirli
 

40
 ~ 
 
«İsmayıl bəy gələcəyimizə yaxşı gözlə baxırdı. Həyatımıza 
ümid v
ə səadətimizə etiqadı-kamili vardı. Hər şeydən artıq bizə xoş 
g
ələn  İsmayıl  bəyin fel və  qovlündə  müşahidə  olunan səbat və 
m
ətanəti-qəlb idi. Mərhumun əqidəsi buna idi ki, hər bir şey insanın 
öz 
əlindədir.  İstərsə, edər. Mətləb ancaq istəməkdədir.  İşə  şüru 
etm
əkdədir.  İsmayıl  bəy deyirdi ki, bizim müsəlmanlar  əksərya 
x
əyalət aləmində  yaşayırlar,  bu  aləmi  boşlayıb  fəaliyyət aləminə 
daxil olmaq g
ərəkdir. O qismi işə iqdam etmək lazımdır ki, ondan 
bir xeyir v
ə fayda hasil olsun. Doğrudan da, İsmayıl bəyin hanki bir 
işinə  diqqət yetirilsə, onda böyük tədbir, təcrübə  və  əncamında 
böyük  fayda  müşahidə  olunur».  («İsmayıl  bəy  Qaspiralı» 
m
əqaləsindən. «İqbal» qəzeti, sentyabr 1914). 
 
 
Əlimərdan bəy Topçubaşov: «İsmayıl bəyin nə yazdıqlarını 
biz indi söyl
əməkdə  aciziz.  Onları  bir  yerə  yığmaq bizdən ötrü 
qeyri-mümkündür. V
əqtilə  İsmayıl  bəyin  işlərini tarix səhifələri 
bildir
ər. Ancaq bu qədər olur ki, İsmayıl bəyin yazdığı məqalələr bir 
əkinçinin danələri kimi idi ki, hərəsi öz müqabilində  göyərmiş  və 
m
əhsul  vermişdir.  Məsələn, bir məqaləsindən  dolayı  birisi  öz 
oğlunu  məktəbə  vermiş,  ikinci  məqaləsi  bir  şəhərdə  məktəb 
açılmaya, üçüncü cəmiyyət açılmaya səbəb olmuşdur. İsmayıl bəyə 
h
ər yerdə  İsmayıl  bəy deyilir. Öz yerlərində  isə  İsmayıl  Murza 
adlanır. Özü isə buna heç əhəmiyyət verməzdi. Zira, onun bəyliyi və 
murzalığı  özünün  çalışmaqlığı  və  yazdıqları  idi.  İsmayıl  bəy 
f
əaliyyəti sayəsində  bütün Rusiya müsəlmanlarına  öz  nuru  ilə  işıq 
v
ə səadət verdi». (1914-cü il sentyabrın 13-də Bakıda təşkil olunan 
mat
əm yığıncağında çıxışından). 
 

• Bütün türkl
ərin tərcümanı 

41
 ~ 
 
Y.X
əlil:  «11 sentyabr Cümə  günündə  çıxan  qəzetlər bizlər 
üçün çox üzüntülü x
əbər verdilər. Onlar ən yaşlı ustadımız, ən öndə 
ged
ən liderimiz, mənəvi atamız, baş müəllimimiz möhtərəm İsmayıl 
b
əy  Qaspiralı  cənablarının  vəfat etdiyini ilk səhifələrində  böyük 
h
ərflərlə dərc edərək hər kəsə xəbər verdilər. 
…B
əli, İsmayıl bəy öldü. Fəqət o öz təlimatını verərək, öz 
yerin
ə  insanlar  yetişdirərək, tələbələrinə  elektrik fənəri kimi fənər 
tutuşduraraq gələcəyi, gediləcək yolları işıqlandıraraq öldü. İndi bir 
çox ulu insanımızdan, çox böyük liderimizdən ayrıldıq, onun üçün 
bizim, h
ətta  bütün  islam  dünyasının  üzülməməsi mümkün deyil. 
Çünki o bizim 
ən qaranlıq, ən savadsız dönəmimizdə bizi düşünərək 
mill
ətimizi  ayağa  qaldırmaq  üçün  işə  başladı.  O,  bizə  32 il 

əllimlik etdi…». («Süyüm Bikə» qəzeti, 1914, 16 sentyabr,  
Kazan). 
 
 
Az
ərbaycan Xalq Cümhuriyyəti 
qurucularından 
«Müsavat» partiyasının lideri Məhəmməd Əmin Rəsulzadə: «Dilə, 
fikr
ə  və  işə»  bağlı  bir  türk  sifətiylə  böyük müəllimin  yaratdığı 
müv
əffəq  əsərin ildönümünü keçirərkən,  istiqlalları  üçün  çalışan 
türk ell
əri  arasında  ən çox iztirab çəkən və  ən müstəqil mövqedə 
bulunan  Krımlı  qardaşlarımıza  demək istəyirik  ki,  qardaşlar, 
sarsılmadan  yüyürünüz,  əski tarixində  şanlı  hadisələr və  yeni 
tarixind
ə də «Tərcüman» kimi qəzetlərə malik bulunan bir vətənin 
övladı  heç  bir  zaman  haqq  etdiyi  istiqlal  və  hürriyyət nemətindən 
m
əhrum edilə bilməz! 
F
əqət «Tərcüman» sizin olduğu qədər, bilirsiniz ki, bizimdir 
d
ə. Bütün türklərindir. Bilxassə  əsir türk ellərinindir. Vətənləri 
düşmən  əlində  çeynənən bizlər, nə  yazıq  ki,  böyük  ədibə  layiq 

• Abid  Tahirli
 

42
 ~ 
 
olduğu hörməti təmin edəmirik. Fəqət nə mane olur: biz səflərimizi 
sıxlaşdıralım.  Mücadilələrimizi tənzim edəlim. Mücadiləmizi 
qüvv
ətləndirəlim budur, «Tərcüman»a və böyük İsmayıl bəyə layiq 
ən dəyərli  qayğı,  ən münasib xatirə!»  («Ortaqlı  bir  ildönümü» 
m
əqaləsindən. «İstiqlal» qəzeti, 13 aprel 1933). 
 
 
Sultan M
əcid Qənizadə:  «Tərcüman» qəzetəsi Həzrət 
Musanın  bəni-İsrail  üçün  gətirdiyi lövhələr kimi idi ki, 
müs
əlmanların  qəlbində  nəqş  bağlayırdı.  Və  «Tərcüman»ın 
yazılarının bu qədər mütəəssir olması İsmayıl bəyin özünün batini 
at
əşi idi. Necə ki, demişlər: «şəm əgər gur yanmasa, yandırmaz od 
p
ərvanəni». Hədisdə  deyilir ki, Allah bir neməti  aldıqda  əvəzində 
ikisini ver
ər… Biz də  ümid  ediriz  ki,  İsmayıl  bəy gedəndə  onun 
yerind
ə Rusiya müsəlmanları arasında İsmayıl bəylər çıxar. Çünki 
İsmayıl bəyin özünün çalışdığı da bu yolda idi». 
 
 
Tanınmış  qaspiralışünas  Zəfər Karatay:  «Doğmuşam 
Krımda  Avcı  köydə  min səkkiz yüz əlli bir də. Məkanım 
Baxçasaraydır,  məzarım  kim  bilir nerdə»  -  söyləyən  İsmayıl 
Qaspiralının  məzarı  həqiqətən 18 may 1944-cü ildə  Krım  türkləri 
sürgün edil
əndə, Zincirli mədrəsə  yaxınlığında  olan  məzarı  yox 
edilmişdi.  Amma  onun  nəvələri  yox  olmadı.  Geri  döndülər. Ona 
xatir
ə məzarı düzəltdilər…». 
…İşə  də  dərhal  başladı.  Bir  tərəfdə  çar  Rusiyasının 
inanılmaz təzyiqi və senzurası, bir tərəfdə cəhalət içərisində inləyən 
xalqı  vardı.  İmkanları  məhdud olsa da, möhtəşəm  əzmi  vardı, 
peyğəmbər səbri  vardı.  Son  dərəcə  realist,  sağlam  ruhlu  və 

• Bütün türkl
ərin tərcümanı 

43
 ~ 
 
uzaqgör
ən  idi.  Çalışdı,  çalışdı,  çalışdı».  («Yaxşı  ki,  doğuldun 
İsmayıl bəy  Qaspiralı» məqaləsindən). 
 
Naşir,  redaktor  Haşım  bəy Vəzirov:  «Dünən  Krımın 
Baxçasaray  şəhərindən  aldığımız  bir  teleqram  təğyire-qəzadan 
tamam mill
ətimizin uğradığı böyük bir siyah xəbərini yetirdi. 
Qırx  illərdən bəri  əsla yorulmaq və  usanmaq bilməyərək 
müs
əlmanlar və müsəlmanlıq yolunda çalışan İsmayıl bəy Qaspiralı 
v
əfat etdi». 
 
 
Böyük  ideoloq  Əhməd bəy  Ağaoğlu:  «Dünyada türk və 
türkçülük qaldıqca İsmayıl bəy də bərhəyatdır (diridir, yaşayandır – 
T.A.),  y
əni  İsmayıl  bəy  əbədi və  cavidandır  (daimidir  –  T.A.). 
İsmayıl  bəy hələ  də  yaşayır,  yetişdirdiyi  yüzlərlə  şagirdlərində, 
t
ərbiyə etdiyi minlərcə ruhlarda yaşayır». («İsmayıl bəy Qaspiralı» 
m
əqaləsindən). 
 
 
Böyük  ideoloq  Yusif  Akçuraoğlu:  «…İsmayıl  bəy təkdir, 
ona b
ərabər xadimi… ötən bir neçə əsrlik islam və türk həyatından 
tapıb  çıxarmaq  çətindir. Məncə,  İsmayıl  bəyi  haqqı  ilə  tərif edə 
bil
əcək bir sifət vardır ki, o da ilahiyyat alimlərinin həzrəti İsadan 
b
əhs edərkən istifadə  etdikləri «müəllim» təbiridir.  İsmayıl  bəy 
«mü
əllim» idi: o bir qisim bəşəriyyətin dünyaya və  həyata 
baxışlarını  dəyişməyə  müvəffəq oldu («Müəllimə  dair» 
m
əqaləsindən). 
«İsmayıl bəy yaxşı bir müəllim, mahir bir qəzetçi, mümtaz 
bir müh
ərrir, ictimai və fəal bir ictimai xadim idi. Lakin, bütün bu 

• 
Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin