Birlik – ideyadan
əmələ
M
əktəb islahatını uğurla həyata keçirən «Tərcüman»ın nəşri
il
ə Rusiya müsəlmanlarının – türklərin təfəkkür tərzində bir
d
əyişiklik yaradan, cəmiyyəti bürümüş qaranlığa, cəhalətə işıq salan
• Abid Tahirli
~
14
~
İ.Qaspiralı din və dil qardaşlarını birləşdirmək, onların problem-
l
ərini birgə müzakirə etmək, çarəsini birgə axtarmaq üçün əvvəlcə
Rusiya müs
əlmanlarının, daha sonra dünya müsəlmanlarının
qurultayını keçirmək təşəbbüsünü irəli sürdü, bu ideyaları inadla,
israrla, f
ədakarlıqla reallaşdıra bildi. 1905-ci ildə Nijni-Novqorodda
keçiril
ən Rusiya müsəlmanlarının I qurultayında sədrlik edən
İ.Qaspiralı millətin birləşməsi, maddi-mənəvi tərəqqisi üçün bu
toplantıdan sonra bu işin davamlı təşkili üçün də səy göstərmişdir.
Rusiya müs
əlmanlarının II (12-23 yanvar, Sankt-Peterburq) və III
(29 avqust – 3 sentyabr 1903, Nijni-
Novqorod) qurultayından sonra
İ.Qaspiralı Misirdə Dünya müsəlmanlarının da məclisini keçirməyə
nail olmuşdur (1907).
Mücahid Qaspiralı
İ.Qaspiralını təqdir edənlər də, tənqidçiləri də onun
f
əaliyyəti haqqında rəy formalaşdırmaq üçün dilin imkanlarından
gen-bol istifad
ə etməyə çalışmışlar. Bu vaxta kimi İ.Qaspiralı
aşiqləri onun ünvanına «millətin atası», «müsəlman ədəbiyyatının
ruhi-piranisi», «böyük ustad», «müh
ərriri-əzəm», «dahi», «Turanın
əmsalsız mədəni qəhrəmanı», «müsəlman ziyalılarının başçısı»,
«t
ərəqqi ordusunun ələmdarı», «millət karvanının rəhnüması»,
«rühül-mill
ət», «Rusiya müsəlmanlarının ən böyük adamı», «türk
yurdunun yolbaşçısı», «Rusiya müsəlmanlarının çırağı», «təkcə
Rusiyada deyil, xaricd
ə də müsəlmanlar arasında hamıdan məşhur»,
«mill
ətin fəxri», «böyük və sevgili adam», «hünər sahibi», «ustad
publisist», «qüdr
ətli fikir və ideya rəhbəri», «xalqın maddi və
m
ənəvi keşiyində dayanan bir insan», «istənilən avropalının həsəd
apara bil
əcəyi erudisiyaya sahib dünya müsəlmanları arasında nadir
• Bütün türkl
ərin tərcümanı
~
15
~
insan», «ali v
ə nəcib qəlb sahibi», «böyük İsmayıl bəy», «bir
mürşid, bir ustad» kimi ona layiq sözlərdən istifadə edərək böyük
ideoloqa öz m
əhəbbətlərini izhar etmişlər.
İdeoloq, naşir, redaktor, mühərrir, islahatçı, yazıçı-publisist
İ.Qaspiralının mövcudluğu, fəaliyyəti onun məslək, əqidə
düşmənlərinin yuxusunu daim ərşə çəkmişdir. İsmayıl bəyin amalını
anlayan qara qüvv
ələr ona açıq-aşkar nifrət edir, düşmən münasibət
b
əsləyir, onu «pantürkist», «panislamist» damğaları ilə gözdən,
nüfuzdan salmağa çalışır, fəaliyyətindən əndişələndiklərini
gizl
ətmirdilər. İ.Qaspiralı ideyalarını, ideallarını anlayıb tənqid
ed
ənlər, hətta onun ünvanına hədyan söyləyənlər də olmuşdur.
Smirnovlar, Çerevanskil
ər, Ostroumovlar, İlminskilər İ.Qaspiralının
əqidə, məslək düşməni idilər, lakin onu əlifba və ya məktəb
islahatına görə tənqid edən ziyalıların bəlkə də xeyirxah niyyətləri,
bu probleml
ərlə bağlı öz mövqeyi, öz fikri vardı. Qədimçilər,
köhn
əpərəstlər cədidçilərlə - İ.Qaspiralının məktəb islahatı ilə heç
cür
ə razılaşmır, mürtəce, mühafizəkar fikirlərdən əl çəkmirdilər.
Yaxud, böyük tatar şairi Abdulla Tukaya elə gəlirdi ki, İ.Qaspiralı
çar hökum
ətinə münasibətdə lazım olduğundan daha çox ehtiyatlı
davranır və bir qədər zəiflik göstərir. Bir çox ziyalı isə İsmayıl
b
əyin «ortaq dil» layihəsini qəbul etmir, ona qarşı çıxırdılar. İsmayıl
b
əy hər kəslə öz dilində danışmağı bacarırdı. O, özünün əqidə,
m
əslək düşmənlərinə güclü, məntiqli və əsaslı cavablarla sarsıdıcı
z
ərbələr vurur, onların murdar niyyətlərini ifşa edirdisə, onun
niyy
ətlərini dərk edə bilməyənlərə, məramını anlamayanlara izahat
verir, fikrini bir daha t
əkrarlayır, tövsiyə və məsləhətlərini verirdi.
Bu baxımdan onun sevə-sevə oxuduğu, izlədiyi və böyük məhəbbət
b
əslədiyi «Həyat», «Tərəqqi» qəzetlərinə müraciəti, açıq məktubları
çox ibr
ətamizdir.
• Abid Tahirli
~
16
~
İ.Qaspiralı yuxarıda adını çəkdiyimiz qəzetlərdən sitatlar
g
ətirməklə «ortaq dilə» etiraz edən müəlliflərin mövqeyinə
t
əmkinlə, dəlillərə istinad edərək cavab verir, öz mülahizələrini
əsaslandırmağa çalışır. Buradakı üslub, problemə yanaşma tərzi
elmidir v
ə təqdirəlayiqdir. Bütün hallarda – istər düşmənlə
mübariz
ədə, istər dostla fikir mübadiləsində, mübahisədə İ.Qaspiralı
öz ide
yaları naminə fəaliyyəti ilə bir mücahid təsiri bağışlayır.
İdealist, ideoloq, islahatçı
Çar hakimiyy
əti dövründə İ.Qaspiralıya müxtəlif məmurlar,
q
əzetlər, missionerlər, eyni zamanda qarağuruhçular, nadanlar,
c
əhalətpərəstlər ara-sıra hücumlar etmiş, ideyalarına qarşı çıx-
mışlarsa da, onu müdafiə edənlər, onun fikirlərini yayanlar da çox
olmuşdur. Təsadüfi deyil ki, İ.Qaspiralı dühası, onun ideyalarının,
əməllərinin əzəməti, irsinin qüdrəti müasirləri, məsləkdaşları
t
ərəfindən hələ o sağ ikən kifayət qədər yüksək dəyərləndirilmişdir.
Sovet hakimiyy
ətinin ilk illərində də İ.Qaspiralı irsi yüksək
qiym
ətləndirilir, xatirəsi əziz tutulurdu. İstedadlı alim, filologiya
elml
əri doktoru Asif Rüstəmli bu barədə danışanda qeyd etdi ki,
t
əkcə bu faktı xatırlatmaq kifayətdir ki, türkoloqların Bakıdakı I
qurultayı İ.Qaspiralının şərəfinə keçirilmişdir.
Lakin Sovet hakimiyy
ətinin sonrakı illərində - 1937-ci il
repressiya dövründ
ən başlayaraq İ.Qaspiralının tarixdən silinməsi,
adının birdəfəlik unutdurulması üçün cəhdlər edilmiş, məzarı təhqir
olunmuş, qəbri dağıdılmışdır. Yalnız Sovet imperiyası, kommunist
ideologiyası iflas etdikdən sonra İ.Qaspiralı irsi və şəxsiyyəti
yenid
ən aktuallaşmışdır. Qeyd etdiyimiz kimi, onunla bir dövrdə
yaşayan tərəqqipərvər ziyalılar İ.Qaspiralının xidmətlərini layiqincə
• Bütün türkl
ərin tərcümanı
~
17
~
qiym
ətləndirmişdilər. İ.Qaspiralının «böyük ustadımız» - deyə
müraci
ət etdiyi Əhməd Midhəd əfəndi İ.Qaspiralını nüfuzlu bir
m
əclisə «böyük İsmayıl bəy Qaspiralı» kimi təqdim etmişdi.
Dövrünün q
əzetləri İsmayıl bəyin fəaliyyətini təqdir edən çox sayda
m
əqalələr dərc etmişlər.
Əhməd bəy Ağayev, Əli Mərdan bəy Topçubaşov, Əli bəy
Hüseynzad
ə, Nəriman Nərimanov, Coltan Məcid Qənizadə, Əhməd
Cavad, Əliabbas Müznib, Məmməd Əmin Rəsulzadə, Ceyhun
Hacıbəyli, Firudin bəy Köçərli, Ömər Faiq Nemanzadə, Cəlil
M
əmmədquluzadə, Məhəmməd Hadi, Haşım bəy Vəzirov, Xəlil
Xasm
əmmədov, Nəsib bəy Yusifbəyli, Şəfiqə xanım Əfəndizadə…
kimi adı Azərbaycan tarixinə düşmüş xadimlər İ.Qaspiralının
f
əaliyyətini yaxından izləmiş, onunla əməkdaşlıq etmiş, onun
ideyalarını dəstəkləmiş, yaymış və İ.Qaspiralı ilə bağlı yüksək
fikirl
ər söyləmişlər.
Böyük idealist v
ə ideoloq İ.Qaspiralının vəfatı (24 sentyabr
1914-cü il) x
əbəri bütün türk-islam dünyasını kədərə, qəm
d
əryasına qərq etmiş, sarsıtmışdı. Məscidlərdə mərhumun adına
Quran oxudulur, ehsanlar verilir, başda «Tərcüman» olmaqla,
Rusiyada n
əşr olunan bütün türk qəzetləri başsağlığı dərc edir,
böyük xalq xadimin
ə həsr olunmuş yazılar verirdi. Bakıda çıxan
q
əzetlərin demək olar ki, hamısı İ.Qaspiralıdan yazır, böyük
mücahidin d
əfn mərasimi ilə bağlı Baxçasaraydan daxil olan
m
əlumatları dərc edirdi.
«İqbal» bir nömrəsində (müəllif Hacı İbrahim Qasımov. 15
sentyabr 1914, № 738) İ.Qaspiralıya «Sizə «həkim» - deyə xitab
edir
əm, ey dahi!» - deyərək yazırdı: «Bizim bir çox həkim,
t
əbiblərimiz var, onlar ayrı-ayrı adamların bədənini müalicə edirlər.
• Abid Tahirli
~
18
~
S
ən də həkim idin və lakin ümumi millətin ruhunu müalicə
edirdin».
Şəfiqə xanım Əfəndizadə «İqbal» qəzetində dərc etdirdiyi
«R
əhbərimiz İsmayıl bəy və qadınlarımız» adlı məqaləsində (29
sentyabr 1914, № 750) hamının üzərində böyük haqqı olan İsmayıl
b
əyin ölümü ilə bağlı hər kəsin ağladığını, sızladığını yazır və
İsmayıl Qaspiralını «möhtərəm ata» adlandıraraq qadınların təhsili,
hüquqları uğrunda onun böyük fədakarlıq etdiyini göstərir.
Ş.Əfəndizadə yazırdı: «İsmayıl bəyin qəzetinin hər səhifəsində biz
qadınlar barəsində məqalələrə təsadüf edilirdi. Buna da qane
olmayıb «Aləmi-nişvan» adında bir məcmuə nəşrinə başladı… Bu
t
əşviqlər sayəsində hər tərəfdə qız məktəbləri açdırmağa müvəffəq
oldu».
«S
ədayi-həqq» qəzeti, 14 sentyabr tarixli 211-ci nömrəsində
Haşım bəy Vəzirovun «İsmayıl bəy Qaspiralı» adlı məqaləsini dərc
etmişdi. H.Vəzirov İ.Qaspiralının vəfatını bütün millətin böyük
itkisi adlandırır, onun keçdiyi şərəfli yola qısa nəzər salır və sonda
yazır: «İndi növbə həmin millətindir ki, onu təqdir etməklə
mill
ətimizin ən çox möhtac olduğu təzə İsmayıl bəylər yaratsın.
Bizc
ə, İsmayıl bəy millətimiz üçün o qədər nişangahlar, abidələr
qoyub ki, h
ər nə qədər məktəblər və məktəblilərə təqaüdlər təsis
ets
ək də, onun zəhmətinin əvəzini ödəməmiş olacağıq. Lakin
İsmayıl bəyin əsl əvəzinin daima yolunda mücahidat etdiyi
islamiyy
ətdən çatacağına əminiz».
«Dirilik» jurnalı 1914-cü il 14 sentyabr tarixli nömrəsində
Əliabbas Müznibin «Sevgili atamız İsmayıl bəy» adlı qəzəlini dərc
etmişdir.
«M
ətanət, mərhəmət, himmət təcəssüm etsə, ey dahi,
Çıxar zatın kibi bir qəhrəman dünyayə, vallahi»
• Bütün türkl
ərin tərcümanı
~
19
~
misraları ilə başlayan əsərdə Ə.Müznib İ.Qaspiralının xidmətlərini
layiqinc
ə dəyərləndirir və yazır:
«S
ən ey pərvaz edən ruhi-müqəddəs! Bimisal idin,
N
ə növ yanmasın hicrində bu ümmət sənin zira».
Ə.Müznib İ.Qaspiralıya «sevimli pədər» deyə xitab edir,
«yatmış, düşkün və talesiz millətə» səadət və qüvvət verdiyini dilə
g
ətirir:
«Əsiri-qəhr olub dilsiz qalan biçarələr, yeksər,
Dil açdı tərcüman oldu, o canlı «Tərcüman»ından.
Arabir «T
ərcüman»nın da «bostanına daş atan» və
ümumiyy
ətlə, öz səhifələrində nadir hallarda nekroloq verən «Molla
N
əsrəddin» jurnalı da böyük İ.Qaspiralının vəfatı ilə bağlı
başsağlığı dərc etmişdir.
İstedadlı publisist, ictimai-siyasi xadim, istiqlal mücahidi
Ceyhun Hacıbəyli «Kaspi» qəzetində (13 sentyabr 1914, № 204)
İsmayıl Qaspiralının vəfatı ilə bağlı irihəcmli məqalə dərc
etdirmişdir (ətraflı bax: Abid Tahirli. Ceyhun Hacıbəyli İsmayıl bəy
Qaspiralı haqqında. «Azərbaycan» qəzeti», 18 yanvar 1995).
Ceyhun b
əyin fikrincə, bütün həyatı boyu müsəlmanları
birl
əşdirməyə çalışan İ.Qaspiralı, sirli ölümündən qabaq da onları
birl
əşdirdi. C.Hacıbəyli İsmayıl bəyin vəfatı xəbərindən sonra
müs
əlman cəmiyyətlərində və mətbuatdakı həyəcanı, dua
m
ərasimlərini müsəlmanların öz liderlərinə böyük dəyər
verdiyind
ən irəli gəldiyini qeyd edir və yazır ki, həqiqətən də
müs
əlman olub İ.Qaspiralı kimi bir xadimi dəyərləndirməmək
olmaz.
M
əqalədə İ.Qaspiralını «böyük idealist» adlandıran
C.Hacıbəyli yazır: «Mən mərhum İsmayıl bəylə Petroqrada, bu ilin
əvvəlində yerli müsəlman cəmiyyətinin yaranması münasibəti ilə
• Abid Tahirli
~
20
~
veril
ən ziyafətdə görüşmüşəm. Onun işləmək ehtirası ilə nəfəs alan
simasına, canlı, ağıllı gözlərinə baxdıqca qocalıqdan uzaq, qüdrətli,
güclü s
əsinə qulaq asdıqca, mən öz-özümə demişdim: bax, bu insan
öz z
əhmətinin bəhrəsini görəcəkdir və mən o zaman
yanılmamışdım». C.Hacıbəyli İ.Qaspiralının malik olduğu
erudisiyaya h
ər bir avropalının da həsəd apara biləcəyini, Şərq
dünyası ilə məşğul olan Avropa mətbuatında onun hər bir sözü və
fikrinin böyük ç
əkiyə sahib olduğunu, onun səsinin bütün dünya
müs
əlmanlarının eşitdiyini, mühazirələrinin Hindistanda, Misirdə,
Türkiy
ədə böyük maraqla dinlənildiyini vurğulayır və İ.Qaspiralının
bütün türkl
ər üçün ümumi dil uğrunda mücadiləsini təqdir edir.
«Kaspi»nin h
əmin nömrəsində İ.Qaspiralının adını həmişə
hörm
ət və ehtiramla çəkdiyi, əməllərini təqdir etdiyi Əli Mərdan
b
əy Topçubaşovun «İsmayıl bəy Qaspiralınin xatirəsi» adlı yazısı
da d
ərc edilmişdir. Milli liderin itkisinə işarə vuraraq,
Ə.M.Topçubaşov yazırdı: «Bu kədər bir də ona görə böyükdür ki,
müs
əlmanlar hələ öz xalqına sədaqətlə xidmət edən ictimai
xadiml
ərdən yoxsuldurlar. İndi unudulmaz İsmayıl bəy Qaspiralının
yerini heç kim vermir». Ağırdır, acıdır, kədərlidir, lakin həqiqətdir.
Bu, XX
əsrin əvvəllərində – Azərbaycanın intibahı dövründə, böyük
tarixi şəxsiyyətlərimizin olduğu bir vaxtda olan səmimi bir etirafdır.
Ə.M.Topçubaşov da daxil olmaqla, onlar da sıradan çıxandan
sonrakı mənzərənin nə qədər dəhşətli və faciəvi olduğunu
söyl
əməyə, İ.Qaspiralının təbirincə desək, nə hacət?! Nə isə…
Ə.M.Topçubaşov İ.Qaspiralının həyat yolundan bəzi məqamları
qeyd etm
əklə, bu böyük fədainin hansı inanca, əqidəyə, enerjiyə
sahib olduğuna diqqəti yönəldir. «Tərcüman»ın işıq üzü görməsini
müs
əlmanlar üçün tarixi gün adlandıran müəllif bu «balaca həftəlik
q
əzetin» müsəlmanlar əleyhinə sarsıdıcı məqalələr yazan
• Bütün türkl
ərin tərcümanı
~
21
~
«Moskovskiye vedomosti»y
ə, «Novoye vremya»ya, eləcə də
«i
slamçı professorlar» Smirnov və Çerevanskiyə layiqli cavab
verdiyini xatırlayır və yazır ki, müsəlmanlar qəzetin adını redaktor-
naşirin adı ilə sinonim kimi qəbul edir və bilirdilər ki, onların
t
ərcümanı öz «Tərcüman»ında mütləq haqsız və doğru olmayan
söz
ə lazımi cavabı verəcək. Ə.M.Topçubaşov İ.Qaspiralının bir
islahatçı kimi məktəb və ortaq dillə bağlı fikirlərinə yüksək dəyər
verir, bu sah
ədə mühüm işlər həyata keçirdiyini göstərir. Müəllifin
fikrinc
ə, müsəlman əhalisinin yaşadığı elə bir yer yox idi ki, İsmayıl
b
əy ora getməsin. Hara qədəm qoyurdusa, orada izi qalırdı: yeni
m
əktəbin, maarif müəssisəsinin, xeyriyyə cəmiyyətinin, ədəbi
m
əclisin… əsası qoyulurdu. İ.Qaspiralı H.Zərdabini həmişə
minn
ətdarlıq hissi ilə xatırlayır, onu müsəlman ictimai və maarif
işlərində ilk pioner sayırdı. Müsəlman həyatının bütün sahələrində
müşahidə edilən canlanmaları unudulmaz İ.Qaspiralının məhsuldar
f
əaliyyətinin nəticəsi hesab edən Ə.M.Topçubaşov məqaləsini belə
bitirir: «İsmayıl bəy Qaspiralı kimi bir insanın itkisi müsəlmanlar
üçün böyükdür, onların kədərini anlamaq olar. Ancaq təsəlli verən
odur ki, onun xidm
ət etdiyi müsəlmanların hər biri mərhumun təzə
m
əzarı üzərində söyləyirlər: «Sağ ol, İsmayıl bəy, sən öz xalqının
maraqları keşiyində dayanaraq bacardığın hər şeyi elədin! Sən insan
kimi doğuldun, insan kimi yaşadın, insan kimi öldün!»
Xalqımızın böyük oğlu Nəriman Nərimanov da uzun illər
boyu İ.Qaspiralı ilə əlaqə saxlamış, əməkdaşlıq etmişdir. O,
«T
ərcüman»ın 10 illik yubileyi münasibəti ilə İsmayıl bəyə təbrik
m
əktubu göndərmiş, 1903-cü ildə tələbə ikən Baxçasaraya gələrək
İ.Qaspiralını ziyarət etmişdir. İ.Qaspiralı vəfat edəndə – 1914-cü
ild
ə «Bəsirət» qəzetində N.Nərimanov «Baxçasarayda imtahan
meydanı» adlı məqalə ilə çıxış etmişdir. Müəllif millətə ağır itki üz
• Abid Tahirli
~
22
~
verdiyini k
ədərlə bildirərək yazırdı ki, İ.Qaspiralının adı
əbədiləşdirilməli, onun haqqında kitab yazılmalı, xatirəsinə abidə
ucaldılmalıdır. N.Nərimanov yazırdı: «…səndə millət hissi
oyanıbsa, öz hüququnu düşünmüsənsə, bismillah, imtahan meydanı
açıqdır. Sənin yolunda bütün ömrünü sərf edən, axır nəfəsinədək
s
əni nicat yoluna dəvət edən şəxsin qəbri səndən ancaq bir daş
gözl
əyir. Elə bir daş ki, çox təəssüf, Sabirimiz, Tukayımız ümum
mill
ətdən bu daşı almadılar…».
Türk dünyasının böyük ideoloqu Ə.Ağaoğlu ilə İ.Qaspiralı
münasib
ətləri ayrıca mövzudur. Onlar bir sıra problemlər ətrafında
fikir mübadil
əsi aparmış, Peterburq və İstanbulda dəfələrlə
görüşmüş, «Türk ocağı» cəmiyyəti və «Türk yurdu» jurnalı ilə də
əməkdaşlıq etmişlər. Təbii ki, İ.Qaspiralının vəfatı Əhməd bəyi də
b
ərk sarsıtmışdı və bu duyğularını o, «Türk yurdu»nda dərc
etdirdiyi (1914-
cü il, № 12) nekroloqda oxucularla bölüşmüşdür.
Ə.Ağaoğlu İ.Qaspiralının vəfatından söz açmağın çox ağır
olduğunu etiraf edir və yazır: «Mən İsmayıl bəyin vəfat etdiyinə
h
ələ də alışa bilmirəm! Çünki o, o qədər diri və zirək, canlı idi,
h
əyat onda o qədər daşqın idi ki, mənim xəyalımda İsmayıl bəydə
h
əyat əbədi, daimidir. İsmayıl bəyə əcəlin yaxınlaşacağına əsla
inanmıram! Hətta İstanbula bir neçə ay əvvəl son gəldiyi zaman o
möht
ərəm ustadı 25 il əvvəlki kimi görmüşdüm. Nə o sevimli
çöhr
əsində, nə o yüksək ruhunda əsla dəyişiklik görmədim.
Dostlardan b
əziləri xəstə olduğunu söylədilər: fəqət, mən inana
bilm
ədim. Çünki İsmayıl bəy həmin o tanıdığım, hörmət etdiyim,
sevdiyim…
əvvəlki İsmayıl bəy idi». Ə.Ağaoğlunun dərin hüzn və
k
ədərlə qələmə aldığı, göz yaşları içərisində yazdığı «artıq əsilli-
n
əcabətli çöhrədən əbədiyyən məhrum olduq» sözləri adamın
yadına istər-istəməz tatar teoloqu Musa Bikiyevin 1914-cü ildə
• Bütün türkl
ərin tərcümanı
~
23
~
q
ələmə aldığı «Mülahizə» adlı əsərdəki sətirləri salır: «Mən, əlbəttə,
heç n
ə fikirləşmədən həyatımı onun yerinə qurban verər və onun
yerin
ə qəbirə uzanardım. Əgər mənim bu böyük hörmət etdiyim
mü
əllimimi ayağa qaldırmaq mümkün olsa idi, mən ondan heç
olmazsa, h
ələ 15-20 il də millətə xidmət etməyi xahiş edərdim».
Qayıdaq Ə.Ağaoğlunun yazdıqlarına. O, qeyd edir ki,
İ.Qaspiralının fikir, dil, iş birliyi düsturuna əməl edən hər bir qövm,
əslində, milli şüur və mənəvi vəhdətini duymuş olur. Bu qayeyə
çatmaq üçü
n İsmayıl bəy ən əvvəl türkləri hər yerdə boğan, birliyini
pozan, milli şüurdan mərhum edən cəhalətlə mübarizəyə girişdi və
bunun üçün
ən müəssir-təsirli amil kimi mətbuatla məktəbə
müraci
ət etdi. Məktəb və mətbuat: budur türklüyü qurtaracaq iki
silah! M
ərhum bütün həyatını türkləri silahla təmin etməyə sərf etdi.
B
əy ailəsi ilə həm mühərrir, həm mürəttib, həm də müvəzirlik-
poçtolyonluq v
əzifələrini ifa edirdi. Qəzetini oxutdurmaq üçün
İsmayıl bəy dəfələrlə Krımdan Qafqaza, Türkistana, Buxaraya,
Kazana, Orenburqa s
əfər edərək qapı-qapı dolaşmaq
m
əcburiyyətində idi. «Tərcüman» damla-damla axırdı və hər
damlası hər yerdə yavaş-yavaş təzə, gözəl çiçəklər yetişdirirdi.
«T
ərcüman»ın lisanı Kazandan Qafqaza, Krımdan Türkistana qədər
anlaşılırdı. Bu böyük bir məharətdir. Bununla mərhum, düsturunun
birinci b
əndini icra etmiş olurdu. Türklər hər yerdə bir-birini
anlamağa başlayırdı.
«İqbal» qəzetinin 28 sentyabr 1914-cü il tarixli 749-cu
nömr
əsində Firudin bəy Köçərlinin «İsmayıl bəy Qaspiralı» adlı
yazısı da eyni hisslərlə qələmə alınmış və o dərəcədə də təsirlidir.
İ.Qaspiralını «Diriliyimizin mayası və millətimizin ruh mənzili»
adlandıran F.Köçərli onun ölümünə heç cür inanmır: «İsmayıl
b
əy Qaspiralınin ölmək xəbəri bizə də yetişdi. Bu dəhşətli xəbər
• Abid Tahirli
~
24
~
bizi böyük yas v
ə heyrətə saldı. Biz onun ölməyini gözləmirdik və
doğrusunu desək, onun ölümünə inanmırdıq. Bizim xəyalımıza və
fikrimiz
ə də gəlməzdi ki, İsmayıl bəy kimi adam ölə bilər. Böyük
v
ə sevgili adamın ölməyi insanı heyrətə salır, bir müddət onun
əqlini şaşırır, ruhunu və hisslərini hərəkətdən salır. Cənab Rəsulun
v
əfatı xəbərini Abdulla ibn Ənis və Həzrəti Ömər eşitdikdə
inanmadılar və İbn Xəttab qılıncını siyirib məscidin qapısında durdu
v
ə dedi: - Hər kim ki, «Həzrəti peyğəmbər fot oldu» - desə, bu
qılınc ilə onu belindən iki biçərəm!»
İmperator Pyotr Kəbirin vəfatı xəbərini onun
müq
ərriblərindən bəziləri eşitdikdə inanmadılar və «Pyotr Kəbir
ölm
əz» - deyib iddia etdilər. Tarixdə bunun əmsalı çoxdur. Ana öz
ist
əkli balasının ölümünə bavər etməyib «Mənim balam ölməz» -
deyib nal
ə və fəryad edər.
Bizim y
əqinimizdir ki, sevgili ustadımızın vəfatı xəbəri bu
minval çoxları əvvəl dəfədə cəsəd biruh halına salıb mat və məbhut
qoyacaqdır və çoxları bu qara xəbərə inanmayıb şəkk və şübhədə
qalacaqlar».
F.Köç
ərli bu acı, ağır xəbərin sarsıdıcı zərbəsini oxucu ilə
bölüşdükdən sonra səmimi etiraf edir ki, «Tərcüman» bizi ayıltdı, o
vaxta kimi biz kim olduğumuzu bilmirdik. O, 1890-cı ildə müəllim
S
əfərəli bəy Vəlibəyovla Baxçasaraya – İ.Qaspiralını ziyarətə
getdiyini, o
nlarda qonaq qaldıqlarını, yeni üsullu məktəblə,
«T
ərcüman»ın mətbəəsi ilə tanış olduqlarını məmnunla xatırlayır,
eyni zamanda, Smirnov kimi qatı islam əleyhdarının timsalında
ustadın kimlər ilə cəng və cidalda olduğunu da orada ikən
öyr
əndiyini yazır.
İlk dəfə İsmayıl bəyi 1880-ci illərdə – məktəbin son
sinifl
ərində oxuyarkən ailəsinin abunə olduğu «Tərcüman» vasitəsi
• Bütün türkl
ərin tərcümanı
~
25
~
il
ə tanıdığını yazan Xəlil Xasməmmədli (İsmayıl Qaspiralıya aid bir
xatir
ə. «Azərbaycan yurd bilgisi» jurnalı, № 16, aprel 1933)
sonralar
–
Moskva Darülfünunun t
ələbəsi ikən özünün
«T
ərcüman»a abunə olduğunu qeyd edir. 1895-ci ildə Xəlil
Xasm
əmmədliyə bir xoş təsadüf sayəsində İ.Qaspiralı ilə şəxsən
tanışlıq şərəfi nəsib olur. Onlar Fətəli Xan Xoyski ilə birlikdə
Moskvadakı islam toplumunun İ.Qaspiralının şərəfinə verdiyi
ziyaf
ətdə iştirak edirlər. Sonralar Dumadakı islam fraksiyionuna
daxil olan X.Xasm
əmmədli Peterburqda da dəfələrlə İsmayıl bəylə
görüşdüyünü xatırlayır və İsmayıl bəyin fəaliyyətinin bütün
müs
əlman parlamentarlar üçün «bir siyasi mücadilə məktəbi»
olduğunu qeyd edir. Yazının sonunda müəllif İsmayıl bəyin fikir və
düşüncələrinin bu gün də əhəmiyyətini itirmədiyi və günün həlledici
m
əsələləri olduğunu vurğulayır, «böyük və əzmkar türk qəhrəmanı»
il
ə bağlı xatirənin onun üçün çox qiymətli olduğunu yazır.
M.Ə.Rəsulzadə İ.Qaspiralı, onun nəşr etdiyi «Tərcüman»
bar
ədə bəhs edəndə, onlara layiq olduqları hörməti təmin edə
bilm
əməyimizə görə təəssüfünü gizlətmir və «Tərcüman»a və
böyük İsmayıl bəyə layiq ən dəyərli sayğı, ən münasib xatirə»ni
düşmən əlində çeynənən Vətəni xilas etmək naminə səyləri
sıxlaşdırmaqda, mücadiləni gücləndirməkdə gördüyünü yazır.
M.Ə.Rəsulzadə məğlub olmamaq üçün birlik ideyasını yayan
İ.Qaspiralının sadəcə bu fikri təbliğ etməklə kifayətlənmədiyini,
türkc
ə oxumağı, yazmağı sadələşdirmək üçün «üsuli-cədid»
h
ərəkatının geniş vüsət almasına nail olduğunu, «dildə, fikirdə, işdə
birlik» şüarının türk xalqlarının taleyində, tarixində böyük
əhəmiyyət kəsb etdiyini vurğulamışdı. M.Ə.Rəsulzadəyə görə
«T
ərcüman» kimi dəyərlərə malik bir vətənin övladı istiqlal və
hürriyy
ət nemətindən məhrum edilə bilməz. O, Krım tatar
• Abid Tahirli
~
26
~
mücahidl
ərinə xitabən yazır ki, «Tərcüman» sizin olduğu qədər,
bilirsiniz ki, bizimdir d
ə, bütün türklərindir, xüsusi ilə əsir türk
ell
ərinindir. «Tərcüman»ın bayram qeyd etdiyimiz ildönümü də
t
əkcə Krımın deyil, bütün türklərindir. Hamımıza məxsus ortaqlı bir
gündür (
ətraflı bax: «İstiqlal» qəzeti. Berlin, № 32, 15 aprel 1933).
Az
ərbaycanın istiqlalı uğrunda ideoloji mücadilə aparan
parlaq simalardan biri, m
əşhur türkoloq, İstanbul Universitetinin
professoru, «Az
ərbaycan yurd bilgisi» jurnalının redaktoru Əhməd
C
əfəroğlu İ.Qaspiralının türk xalqı qarşısındakı xidmətləri haqqında
b
əhs edərkən onun xidmətlərinin «əzəmətli məfkurəsi ilə, meydana
qoyduğu əsərləri ilə, bütün türk ellərinə səpdiyi toxumları ilə
ölçm
ək lazım olduğunu qeyd edir və o böyük türkün ruhunun
q
əlbimizdəki mənəvi məzarı önündə diz çökərək salamlayır.
Ə.Cəfəroğlu İ.Qaspiralının ünvanına sağlığında olduğu kimi, vəfat
etdikd
ən sonra da «haqsız və hörmətsiz ittihamlar yağdırıldığını, rus
missionerl
əri, millətçiləri kimi, bolşeviklərin də onu əfv
etm
ədiklərini yazır və göstərir ki, İsmayıl bəy onlar üçün nə qədər
muzır (zərərli – T.A.) idisə, bizim üçün o qədər əziz, hörmətli və
müq
əddəsdir.
«Az
ərbaycan yurd bilgisi»nin «Tərcüman»ın 50 illiyi
münasib
əti ilə buraxılan nömrəsində krımlı Abdullah oğlu Həsən
b
əyin də məqaləsi verilmişdir. Onun qənaətinə görə, İ.Qaspiralı
Az
ərbaycan ədəbiyyatını digər türkdilli xalqların ədəbiyyatından
daha «yüks
ək tutar» və ona görə də «Tərcüman»ın səhifələrində
Az
ərbaycan türkləri haqqında «uzun boylu yazılar yazardı».
M
ərhum ustad şeiri çox xoşlamazdı. Gül-bülbül, ab-ləb onun
q
əlbini oxşayacaq ədəbiyyatdan deyildi. Fəqət, İ.Qaspiralı
Az
ərbaycan şairlərinin şeirlərini sevərdi. Çünki onlar «milli
şairlər»dirlər. Həsən bəy İsmayıl Qaspiralının Qasım bəy Zakir,
• Bütün türkl
ərin tərcümanı
~
27
~
Molla P
ənah Vaqif, Seyid Əzim Şirvaninin əsərlərini həm dil, həm
m
əzmun baxımından çox təqdir etdiyini, «Tərcüman»da onlar
bar
ədə məmnuniyyətlə məqalələr verdiyini göstərir və S.Ə.Şirvani
il
ə bağlı İ.Qaspiralının fikirlərindən sitatlar gətirir. Müəllif
m
əqaləsində göstərir ki, İ.Qaspiralı Bakı milyonçularının
xeyriyy
əçilik fəaliyyətini yüksək qiymətləndirir, Naxçıvanda,
Şəkidə yeni üsullu məktəblərin açılmasından çox sevinirdi və bütün
bunlarla bağlı öz qəzetində fikirlərini bölüşürdü.
Qaspiralısevərlər onun şəninə, əziz xatirəsinə şeirlər həsr
etmiş, onu «ulu türk», «milləti dirildən atəş» (Məmməd Əmin
Yurdaqul. «İsmayıl Qaspiralıya»), «parlaq, böyük adam» (Cəlal
Sah
ir. «İ.Qaspiralının ruhuna») adlandırmış, vəsf etmişlər.
M.B.M
əmmədzadənin «Azərbaycanın ilk istiqlal şairi» kimi
d
əyərləndirdiyi Məhəmməd Hadi «Böyük İsmayıl bəyə» adlı
şeirində yazır:
«Verdin h
əyat bizlərə, öldün özün sənin,
Mill
ət göz açdı, gərçi yumuldu gözün sənin».
Şəkidən Hüseyn Tahirzadə «Tərcüman»ın 25 illiyi
münasib
əti ilə «İrşad»a göndərdiyi şeirində (15 may 1908, № 66)
q
əzetin fəaliyyətini nəzmə çəkir və sonda diləyini dilə gətirir:
Eyl
əriz bu igidi-milli ilə hər an iftixar,
Olmasın Ya-rəbb, zəvali-ehtişam
(t
əntənənin məhv olması – T.A.).
İ.Qaspiralının vəfatı Krımda olduğu qədər Volqaboyunda,
Qafqazda, Tatarıstanda, Orta Asiyada, Türkiyədə milli matəm kimi
• Abid Tahirli
~
28
~
qarşılanmışdı. Şimal türklərinin (Kazan) ən nüfuzlu qəzeti
«Vakit»d
ə (12 sentyabr 1914) Fatih Kərimov İ.Qaspiralını böyük
türk dünyasının ən parlaq ulduzu adlandırır və bu ulduzun
sönm
əsini bütün türklərin hiss edəcəyini, onların qəlblərini
titr
ədəcəyini kədərlə qələmə alır və belə davam edir: «İsmayıl bəyin
h
əyatı Rusiya müsəlmanları üçün özbaşına müstəqil bir dövr,
özbaşına müstəqil bir tarixdir. Bu dövrdə Rusiya müsəlmanları
yenid
ən dünyaya gəldilər. Bu dövrdə dilli və ədəbiyyatlı oldular.
Milli m
ətbuata, təməddün (mədəniləşmə – T.A.) və insaniyyət
fikrin
ə də girmələri bu dövrdədir. Başqa millətlər kimi oxuyub
yazmağı, fikir yürüdüb düşünə bilməyi də bu dövrdə öyrəndilər.
Üsuli-c
ədid, xeyriyyə cəmiyyəti, qadın-qızların təhsili, tərbiyə,
hüquq m
əsələləri… də hamısı bu dövrdə meydana çıxmışdır.
Xülas
ə, Rusiya müsəlmanları arasında yeni üsullu məktəb və
m
ədəniyyət yayılmasının əvvəli İ.Qaspiralı ilə başlayır və onlar
arasında millət və camaat xidmətində olan nə qədər xadimlər varsa,
onların hər biri İsmayıl bəyi bir cəhətdən özlərinin ustadı, onun
şagirdi olmaqla iftixar etməkdədirlər».
F.K
ərimov İ.Qaspiralının yalnız cismən aramızdan
ayrıldığını, ruhu, fikri və məqsədlərinin əbədiyyən qalacağını,
getdikc
ə daha çox anlaşılacağını və inkişaf edib hər tərəfə
yayılacağını, milli həyatımızın ölməz nişanı kimi ruhumuzu
yaşadacağını, ağır günlərdə bizə təsəlli verəcəyini, məyus
q
əlblərimizə ümid gətirəcəyini qeyd edir.
Mü
əllif İ.Qaspiralını özündən sonra milyonlarla Rusiya
müs
əlmanlarının yetişdirib ölən bir ustada, bəxtiyar ataya bənzədir
v
ə yazır ki, bu bəxtiyarlığın fövqündə duran bəxtiyarlıq təsəvvür
etm
ək ağıla sığmır. «Şiddətli bir okean cərəyanını başqa bir tərəfə
axıtmaq nə qədər müşkül bir iş isə, qəflət dəryasına batmış bir
• Bütün türkl
ərin tərcümanı
~
29
~
mill
ətin fikrini ikinci bir tərəfə çevirib işlətmək daha müşkül bir
işdir. İsmayıl bəy mərhum belə bir işi işlədi» - yazan F.Kərimov
İ.Qaspiralının tarixi xidmətlərini yüksək qiymətləndirir.
S.İbrahimovun «İqbal» qəzetində dərc olunmuş «Böyük və
tarixi milli mat
əm» (1 fevral 1914-cü il, № 200) adlı məqaləsi
İ.Qaspiralı şəxsiyyətinin və irsinin yaşadığı dövrdə, mühitdə təsir
gücünün d
əyərləndirilməsi baxımından diqqətçəkəndir. Müəllif
«İsmayıl bəy kimdir?» - sualına cavabı artıq ona pərəstiş edən
milyonlarca insanın qəlbi və vicdanının verdiyini bildirir.
S.İbrahimov yazır: «İsmayıl bəy hər şeydir, hər kəsdir, hamımızdır,
bütün mill
ətdir. Bugünkü dilimiz, yazımız, qəlbimiz, yazanlarımız,
oxuyanlarımız, mətbuat və ədəbiyyatımız, məktəb və
m
ədrəsələrimiz, şagird və tələbələrimiz, sözün qısası, İsmayıl bəyin
vicdan v
ə dühasının əməyinin bəhrəsidir». İsmayıl bəy türk irqinə
m
ənsub olduğu üçün təbii olaraq türk millətpərvərliyini irəli
sürmüş, türklərə «bir dil, bir fikir və bir iş» gərəkliyi qayəsini
anlatmış və özü də bu məramın müdafiəsində qaya kimi səbat və
m
ətanətlə duraraq bəyan etmişdir: milli vicdan, dünyəvi iman
budur!
Mü
əllif əmindir ki, millətin şəxsiyyəti və milli siması inkişaf
etdikc
ə, nəinki Rusiya müsəlmanlarının, bəlkə ümumi
müs
əlmanların ən böyük dünyası, ən böyük kainatı İ.Qaspiralı
əzəməti və ülviyyəti də eynən yüksələrək təcəlli edəcəkdir (təzahür,
zühur ed
əcəkdir – parlayacaqdır – T.A.).
Rusiyadakı türkdilli xalqların «Yıldız», «El», «Ağ yol»,
«Şura», «Koyaş», «Kazak», eləcə də «Türk yurdu» (İstanbul) və s.
kimi q
əzet, jurnallar matəm günlərində İ.Qaspiralının xatirəsinə çox
sayda m
əqalələr dərc etmiş, bu fövqəladə zəka, iradə, cəsarət,
hün
ər, mədəniyyət sahibinin vəfatını bütün müsəlmanlara böyük,
• Abid Tahirli
~
30
~
ağır itki kimi dəyərləndirmişlər. Bakıda buraxılan mətbu orqanlar da
- «M
əktəb», «Dirilik», «İqbal», «İrşad», bir sözlə, istisnasız bütün
milli m
ətbu nəşrlər İ.Qaspiralının vəfatını milli matəm kimi qeyd
etmişlər.
İsmayıl bəyin vəfatı ilə bağlı dövri mətbuatda dərc edilən
əksər yazılar ya bütöv, ya da bir hissəsi «Tərcüman»da da
verilmişdir. Qəzet eyni zamanda Rusiyanın hər tərəfindən
gönd
ərilən başsağlığı və hüzn teleqramlarını da dərc etmişdir. Bir
neç
ə sətirlik həmin teleqramlar da İ.Qaspiralının parlaq sima və
böyük itki olduğunu kifayət qədər geniş əks etdirir.
Əli Mərdan bəy Topçubaşov Bakıdan «Tərcüman»a
gönd
ərdiyi teleqramda yazırdı ki, vəfasız əcəl müsəlmanların
yolunu nurlandıran çırağı söndürdü, tək «Tərcüman» yox, bütün
Rusiya müs
əlmanları yetim qaldı.
Zaqafqaziya müftisi Qayıbov Baxçasaraya ünvanladığı
teleqramda İ.Qaspiralının bütün ömrü boyu müsəlmanların mədəni
t
ərəqqisinə qəhrəmanə çalışdığını vurğulayır. Zaqafqaziya
şeyxülislamı Pişnamazadə İsmayıl bəyi həqiqi millət xadimi və
müs
əlman ədəbiyyatının ruhi-piranəsi adlandırır.
M.Ə.Rəsulzadə Bakıdan yazırdı: «Turanın əmsalsız mədəni
q
əhrəmanı və Rusiya müsəlmanları ustadının matəm dəstəsi
arxasında ağlayıb gedənlərə mən də göz yaşları ilə qoşuluram».
Orenburqdan «Müs
əlman tələbələrə yardım cəmiyyəti»nin
s
ədri Hüseynov Qaspiralı ideyalarından birinin icrasına
çalışdıqlarını bildirir və yazır ki, kədərimi mərhumun tabutu üzərinə
bir
əklil kimi qoyuram. Orenburqdan gələn başqa bir teleqramı
Qızlar məktəbinin müəllim-şagirdləri göndərmişdir: «…Rusiyada
ana dilind
ə qadınlar üçün jurnal çıxaran, məktəb açan Qaspiralının
v
əfatından fövqəladə məhzun və mükəddər olduq». Orenburqda
• Bütün türkl
ərin tərcümanı
~
31
~
çıxan «Vakit» və «Şura» qəzetləri İsmayıl bəyi «əzəmətli ustaya»,
özl
ərinin mənəvi atasına bənzədir. Ufadan müfti Sultanov Qaspiralı
ail
əsinə baş verən kədəri öz ailəsinin kədəri hesab edir, Ufadakı
«Müs
əlman xeyriyyə cəmiyyəti»nin rəisi Həkimov həqiqəti müdafiə
ed
ən qəhrəman və millət xadiminin – İ.Qaspiralının vəfatı xəbərini
d
əhşətlə qarşıladığını dərin hüznlə çatdırır, «Durmus» qəzeti isə
İ.Qaspiralını «birinci böyük ustad» adlandırır və mükəddər
olduğunu izhar edir. «Millətin mənəvi atası vəfat etdisə də, onun
fikirl
əri daim tatar gənclərinin yolbaşçısı olacaqdır» – bu
m
əzmunda teleqramı Kazan müxbir və ədibləri imzalamışlar.
Kazandan «Yıldız» qəzeti İ.Qaspiralını «əziz yol
göst
əricisi», Petroqraddan «Müsəlman nəşri-maarif cəmiyyəti»nin
r
əisi Əminə Sırtlanova isə onu «islam dünyasının çırağı» kimi
s
əciyyələndirir.
Petroqraddan «İl» qəzeti İ.Qaspiralının vəfatını «milli yas»
hesab edir. Simferopol, Yalta, İstanbul, Tiflis, Moskvadan… gələn
çox sayda teleqramlarda İ.Qaspiralının – «Rusiya müsəlmanlarının
ən böyük adamının», «millətinin ən alicənab və fazil oğlunun»,
«qadın tərəqqisi və maarifinin ölməz müdafiəçisi və camaat
xadiminin», «möht
ərəm pədərin» vəfatı ilə bağlı hüzn və eyni
zamanda onun tarixi xidm
ətləri qısa, kədərli, həm də təsirli
cüml
ələrlə əksini tapmışdır.
Biz bil
ərəkdən İ.Qaspiralının vəfatı ilə bağlı teleqramlardan
bir q
ədər geniş bəhs etdik. Böyük sevgi, həm də emosional dillə
q
ələmə alınmış bu teleqramlara nəzər saldıqca ümumxalq matəm
m
ənzərəsi dərin təəssürat yaradır, böyük xalq xadiminə bəslənən
sevginin n
əhayətsizliyi bir daha əyan olur, həm də Qaspiralı
ideyalarının hələ sağ ikən yayıldığı, təqdir olunduğu ucsuz-bucaqsız
coğrafi ərazi göz önündə canlanır…
• Abid Tahirli
~
32
~
Ölk
ədə, regionda baş verən ictimai-siyasi, tarixi
t
əbəddülatlara (I Dünya müharibəsi, Burjua inqilabı, Vətəndaş
müharib
əsi, Böyük Oktyabr Sosialist inqilabı, Çar Rusiyası
ərazisində qısa müddətli olsa da, bəzi müstəqil dövlətlərin
yaranması, onların süqutu və s. və i.) baxmayaraq, İ.Qaspiralının adı
v
əfatından sonra da bir müddət qəzet və jurnalların səhifəsindən
düşməmişdir.
Sovet hakimiyy
əti illərində İ.Qaspiralı irsi və şəxsiyyətinə
rejim v
ə kommunist ideologiyası qatı düşmən kəsilmişdir. Şovinist
Katkov, missionerl
ər Pobedonostnov, Ostroumov, İlminski,
Maşanov, çar senzuraları, türk-islam əleyhdarı olan çox sayda
q
əzetlər, İsmayıl bəyi «kafir» adlandıran müsəlman din xadimləri,
ona «x
əyalpərəst» - deyə hücum edən bəzi üzdəniraq ziyalılarımız
diri, canlı İ.Qaspiralı üçün real, ciddi təhlükə olsa da, qarşısıalınmaz
deyildil
ər. Qaspiralı onları susdururdu. Daha qəddarı, zalımı
Qaspiralı ruhundan, ideyasından təşvişə düşən, əndişələnən, elə
buna gör
ə də, onu tarixin səhifəsindən silməyi qərara alan sovet
quruluşu və bolşevik ideologiyası idi. Təsadüfi deyil ki, Sovet
hakimiyy
əti hər vəchlə İ.Qaspiralını pantürkist, panislamist adı ilə
yaddaşlardan silməyə, unutdurmağa çalışırdı.
Dostları ilə paylaş: |