Rus-
Şərq anlaşması
Xeyli müdd
ət – 1871-1875-ci illər arasında özünün təbiri ilə
des
ək, «Qərb və Şərqdə yaşamış birisi» kimi şəxsi gözləm və
intibaları» (şəxsi müşahidə və təəssüratları – T.A.) nəticəsində
Rusiyanın xarici siyasəti, xüsusi ilə Şərq ölkələri ilə münasibəti və
bu kontekstd
ə Rusiya müsəlmanlarının vəziyyəti ilə bağlı
formalaşmış fikirləri İ.Qaspiralı «Rus-Şərq anlaşması» adlı əsərində
işıqlandırmışdır. Məqalə 1896-cı ildə «Tərcüman»ın rus variantının
20-ci nömr
əsində dərc edilmişdir. Əsər dövlətlərarası münasi-
• Abid Tahirli
~
108
~
b
ətlərə, Rusiyanın tarixinə və həmin dövrdə həmsərhəd olduğu
ölk
ələrlə əlaqələrinə və ilişgilərin mövcud durumu və perspek-
tivl
ərinə həsr edilsə də, yazını bütünlüklə rus-türk münasibətlərinin
s
əmimi, etibarlı, güvənli təməllər üzərində qurulması naminə edilən
t
əşəbbüs kimi də qəbul etmək olar. Bəziləri müəllifin mövcud şərait
üçün
ən məqbul sayıla biləcək bu addımına müxtəlif don
geyindirm
əyə cəhd göstərsələr də, həmin tarixdə cərəyan edən
ictimai-siyasi prosesl
ər, xüsusi ilə taleyinin çətin dövrünü yaşayan,
ətalət, cəhalət içində boğulan türkdilli xalqların mənafeyi
baxımından bəlkə də İ.Qaspiralının təklifləri yeganə xilas yolu kimi
d
əyərləndirilməyə layiqdir.
Bu yazıda, bundan əvvəlki əsərlərində, elə sonralar da
İ.Qaspiralının bu istiqamətdəki səy və təşəbbüslərinə qiymət
ver
ərkən məhdud, dar çərçivədən, yaxud hay-küyçü, yalançı
mill
ətpərvərlik hisslərindən yox, tarixi şəraiti, durumu, reallıqları
n
əzərə alaraq yanaşmalıyıq. XIX əsrin ortalarında isə Rusiyadakı
mövcud m
ənzərə bəlli idi: bir tərəfdə əsgəri, silahı ilə dünyaya
meydan sulayan – imperiya –
«Avropanın jandarması», digər
t
ərəfdən həmin imperiyanın sərhədləri içində – tarixi torpaqlarında
mövhumatın, nadanlığın, cəhalətin içində çapalayan fağır, kasıb
müs
əlmanlar. Belə düşüncə və həyat tərzinə mənsub toplumun
h
əmin vəziyyətdən çıxarılmasının yeganə yolu onun maariflənməsi,
elm, t
əhsil, tərəqqi ilə gözünün açılması ola bilərdi. Bu isə
İ.Qaspiralının da yazdığı kimi, müsəlmanların Rusiyada özlərini
yabançı hiss etməməsi, rus insanı ilə təmas qurması, yaxınlaşması,
eyni zamanda m
əktəb islahatı aparılması, xalqın maariflənməsi yolu
il
ə reallaşa bilərdi.
Əvvəlki yazılarında olduğu kimi, bu yazıda da İ.Qaspiralının
m
əqsədi «hələ də sayı az olan təhsilli Rusiya müsəlmanlarının, mü-
• Bütün türkl
ərin tərcümanı
~
109
~
s
əlman dini məktəb proqramlarının genişləndirilməsi, ana dilində
m
ətbuat, rus məktəb və elminin populyarlaşdırılması və bunlara
maraq oyandırılması yolu ilə müsəlman kütlələrinin maariflənməsi»
idi. Haqqında bəhs etdiyimiz əsərdə İ.Qaspiralı hökuməti də
müs
əlmanlara münasibətdə daha diqqətli, qayğılı olmağa dəvət edir,
dig
ər dövlətlərin təcrübəsindən çıxış edərək assimilyasiya siyasə-
tinin iflasa m
əhkumluğundan, perspektivsizliyindən ətraflı söz açır.
Böyük Şərq məsələsi
Bu başlıqla İ.Qaspiralı «Tərcüman»da dərc etdirdiyi (1908-
ci il 22 aprel, № 30, 25 aprel, № 31, 29 aprel, № 32) məqaləsində
Osmanlının tarix səhnəsindən çıxarılması üçün Avropalıların ortaya
atdığı Şərq məsələsindən yox, «təkcə Osmanlı ölkələrini deyil,
Uzaq Q
ərbdən ta uzaq Doğuya, Yaponiyaya qədər səpələnmiş
müxt
əlif millət və ölkələrin indiki və gələcək durumlarını əhatə
ed
ən və Böyük Şərq məsələsi adını almış problemdən bəhs olunur.
Mü
əllif Qərb kürəsində məskunlaşan irqlər və onların dövlətləri
haqqında ümumi məlumat verdikdən sonra Rusiyanın Dövlət
Dumasında səslənən iki çıxışa diqqət çəkir. Xarici işlər naziri
İzvolski nitqində «Şərq məsələsi»ndə ehtiyatlı olmaq, Osmanlı ilə
münasib
ətlərdə Rusiyanın islam təbəəsinin qəlbinə ağır təsir edəcək
siyas
ətə yol verməmək kimi müddəalar irəli sürür. Millət vəkili
Kapustin is
ə «İndiyə kimi Rusiyanın Şərq siyasəti Avropanın nəzər
v
ə əhvalını diqqətə alırdı. İndidən sonra bir də Kazanın, Bakının,
Baxçasarayın qəlb və rəyinədəmi müraciət olunacaq?» - deyə nazirə
e
tiraz edir. İ.Qaspiralı məqaləni bu nitqlərdə irəli sürülən fikirlərə
münasib
ət üzərində qürur, Rusiya müsəlmanlarının durumunu,
• Abid Tahirli
~
110
~
Avropa ölk
ələrinin, xüsusi ilə İngiltərənin Osmanlıya, Hindistan və
başqa ölkələrin müsəlman əhalisinə qarşı çirkin siyasətini təhlil edir
v
ə xarici işlər nazirinin açıqlamasını «yeni, doğru fikir və ideya»
kimi d
əyərləndirir.
İ.Qaspiralıya görə ruslar mədəni səviyyələrinə görə bir-
birind
ən çox da fərqlənməyən islam xalqları ilə bir-birinə arxa-
dayaq olub Avropadan v
ə Uzaq Şərqdən gözlənilən təhlükənin
qarşısını almalıdır. «Odessadan Arxangelsk şəhərinə qədər imamlı,
camili tatar m
əhəllələri olduğu kimi, Bakıdan Varşavaya, Vyanaya
q
ədər İranlı və Osmanlı iş adamları, tacirləri dolaşır» – yazan
mü
əllif Rusiya və Osmanlı arasında ittifaq olmamasına və bunun
üçün dini, siyasi, tarixi d
əlillər axtaranlara kəskin əks mövqedə
durur, rus-müs
əlman münasibətlərinin hər iki tərəfə faydalı
olacağını qeyd edir. Tarix, zaman böyük Qaspiralının uzaqgö-
r
ənliklə söylədiyi fikirləri təsdiq etdi: Rusiya türklərə münasibətdə
qeyri-s
əmimi mövqe tutduğuna görə çökdü.
Avropa m
ədəniyyətinə bir nəzər
H
əm bədii, həm də publisistik əsərlərində İ.Qaspiralının
Avropa m
ədəniyyəti anlayışına birmənalı münasibətinin
olmamasını onun islam təəssübkeşliyi ilə bağlamaq yanlış
yanaşmadır. Avropa həyat, təfəkkür tərzinə daha dərindən nüfuz
etdikc
ə, bələd olduqca İ.Qaspiralının bu mədəniyyət adı altında
dig
ər xalqlara insan haqları, yaxud vicdan azadlığı adı altında belə
dem
ək mümkünsə, bir sıra əxlaqdan kənar xüsusiyyətlərin
sırınmasına, transferinə qarşı münasibəti sərtləşir, kəskinləşir. Bədii
əsəri «Firəngistan məktubları»nda «Bu gün Avropadan geri qalmış
• Bütün türkl
ərin tərcümanı
~
111
~
mill
ətlər Avropanı müəllim və xoca tutmalıdırsa da, Avropanın
qüsurlarından, xətalarından ibrət alıb bundan daha səadətli yaşam
t
ərzi qurmağa səy göstərmələri daha ziyadə vacibdir» - yazan
İ.Qaspiralı «Avropa mədəniyyətinə bir nəzər» adlı publisistik
əsərində qeyd edir: Avropa bir ixtiyardır, təcrübəsi çoxdur.
İxtiyarlığına hörmət edək. Təcrübəsindən bəhrələnək, xətalarını
t
əkrar etməyək: məktəblərini, universitetlərini bizlər də təsis edək,
elml
ə ağlımızı ziyalandırdığımız qədər haqq və ədalətlə ürəklərimizi
doldurmağa çalışaq. Avropada pis-yaxşı nə varsa, uşaq kimi
çapmayaq, bir insan kimi götür-qoy ed
ək: nədir, nəyə yarar, vicdan
v
ə haqq-ədalət xaricində deyil ki?!»
Mü
əllifin digər əsərlərində də Avropa mədəniyyətinin üstün
keyfiyy
ətlərinə yiyələnməklə, islam məktəblərində, mədrəsələrində
elmi f
ənlərə yer verməklə daha yüksək həyat tərzinə nail olmağın
mümkünlüyü göst
ərilir.
1885-ci ild
ə İstanbulda nəşr olunan bu əsərdə İ.Qaspiralı
əvvəlcə mədəniyyət nədir, Avropa mədəniyyəti nədir, ondan kənar
«Ad
əm oğluna rahat və səadət yoxdurmu?» - kimi suallara cavab
verm
əyə çalışır. Avropanın mədəniyyət mərkəzlərinə fikrən səyahət
ed
ən müəllif zahirən parıldayan, lakin içində inləyən şəhərləri
t
əqdim edir və yazır ki, «yaşam biçiminin iç üzünə diqqət etsək»,
haqq v
ə ədalətdən əsər-əlamət qalmadığı aşkar olar.
İngilis parlamentini tənqid edən müəllif onun bir qrup
zad
əganın mənafeyinə xidmət etdiyini, universitetlərdə əxlaq və
ədalətdən başqa bütün fənlərdən dərs deyildiyini, fabrik və dəmir
yolunda f
əhlələrin istismar olunduğunu göstərir. Avropada –
xristian m
ədəniyyətinin hakim olduğu cəmiyyətdəki bu cəhətlərini
qeyd ed
ən müəllif eyni zamanda sosialist düşüncəsini də qətiyyətlə
r
ədd edir, onun prinsiplərinin, xüsusi ilə mülkiyyət və varisliklə
• Abid Tahirli
~
112
~
bağlı müddəalarının qəbuledilməzliyini vurğulayır. İ.Qaspiralı
əsərin sonunda yeni icadların, kəşflərin, elmin faydasını, xidmətini
inkar etm
ədiyini, eyni zamanda islamın da ciddi islahatlara və bu
yolla ir
əliləməyə ehtiyacı olduğunu yazır.
Sosializm v
ə ya şəriklik məzhəbi
Bütün yaradıcılığı boyu İ.Qaspiralının əsərlərində insanlığın
sahib olduğu mənəvi-ideoloji-dini dəyərlərə münasibət qabarıq
şəkildə özünü göstərir. Bundan əvvəl bəhs etdiyimiz «Avropa
m
ədəniyyəti» adlı yazısında əsasən Avropa (xristianlıq)
m
ədəniyyəti ilə bağlı mülahizələri ilə paralel olaraq sosialist
ideyalarına da toxunan müəllif bu cərəyanın naqis cəhətlərindən az
da olsa, b
əhs etmişdir. «Sosializm və ya şəriklik məzhəbi» adlı
yazısında («Tərcüman» qəzeti, 1906-cı il, 30 yanvar, № 5; 9 iyun,
№ 62; 14 iyun, № 64; 16 iyun, № 65; 19 iyun, № 66; 21 iyun, №
67; 23 iyun, № 68; 26 iyun, № 69; 28 iyun, № 70; 3 iyul, № 72; 7
iyul, № 74; 10 iyul, № 75; 12 iyul, № 76) adlı irihəcmli
m
əqaləsində də İ.Qaspiralı əvvəlki əsərində olan sosialist ideyaları
il
ə bağlı irəli sürdüyü fikirlərini bir qədər də dərinləşdirmiş
(«Avropa m
ədəniyyəti» adlı yazısındakı bəzi parçaları da olduğu
kimi verm
əklə) təhlil, tənqid, bir qədər də dəqiq ifadə etsək, təftiş
etmişdir. İ.Qaspiralını narahat edən «islam gəncləri» arasında bu
axına qoşulanların sayının tədricən artmasıdır. Müəllif qeyd edir ki,
sosialist ideyaları ilk baxışda cazibəlidir, çəkicidir, «çox xoş görülür
şeylərdir: müsavat, ədalət, mərhəmət, haqq-ədalət və s.». «Bu
şeyləri hər kəs sevər. Bunlara hər kəs meyl edər» - deyə yazan
publisist islamın da təlqin, təbliğ etdiyi bu keyfiyyətlərlə sosializm
• Bütün türkl
ərin tərcümanı
~
113
~
ideologiyası arasında mahiyyətcə kəskin fərqlər olduğunu qeyd edir.
Xüsusi il
ə mülkiyyət, irsiyyət, ailə, sərmayə hüquqları ilə bağlı
m
əsələlərdə sosialist ideyaları qəbuledilməzdir və qeyri-insanidir.
İ.Qaspiralı sosializm ideyasının meydana gəlmə səbəblərinə də
toxunur, Q
ərb mədəniyyətinin, iqtisadiyyatının, sənayenin, fəhlə-
kapitalist münasib
ətlərinin bu cür ideyanın yaranması üçün münbit
mühit formalaşdırdığına diqqəti çəkir. O, Avropa məişətində və
iqtisadiyyatında baş verən proseslərə işarə vuraraq yazır: «Bu
çürüklükd
ən və Avropa mədəniyyətinin nöqsanlarından sosializm
ideyaları təvəllüd etmişdir». Sosialist ideologiyasının əmələgəlmə
s
əbəblərini, mahiyyətini, prinsip və müddəalarını açıqlayan
İ.Qaspiralı ondan xilas olmağın yollarını da göstərir. Dünyəvi
m
əktəblər, universitetlər açmaq, cəhalətə, geriliyə son qoymaq,
islami d
əyərlərlə Avropanın üstün keyfiyyətlərinin – elmin,
t
ərəqqinin nailiyyətlərini birləşdirmək. Böyük maarifçi yazır:
«Ümum mill
ətimiz hazırda fağır haldadır. Həm də bu fağırlıq,
çar
əsizlik, zavallılıq yalnız malda, sərmayədə deyil, elmdə, bilikdə,
f
əndə, sənaye və hünərdə daha ziyadə ortaya çıxmaqdadır». İslamda
maddi v
ə mənəvi bərabərliyin bərqərar olması üçün dolaşmaq,
savaşmaq yox, haqq-ədalət yolunu tutmaq lazımdır – qənaətinə
g
ələn İ.Qaspiralı hər kəsi bu yolların açılmasına xidmət etməyə
çağırır.
Rusiyanın islam siyasəti
Bir çox
əsərində Rus hakimiyyətinin müsəlmanlarla
(türkl
ərlə), islam dini ilə bağlı siyasətini təhlil edən, bəzi hallarda
k
əskin tənqid edən İ.Qaspiralı «Rusiyanın islam siyasəti» əsərində
d
ə bu mövzuya toxunmuşdur. «Tərcüman»ın 1910-cu il 5 noyabr
• Abid Tahirli
~
114
~
tarixli 45, 12 noyabr tarixli 46, 19 noyabr tarixli 47, 26 noyabr
tarixli 48, 26 dekabr tarixli 52, el
əcə də, 1911-ci il 14 yanvar tarixli
3-cü nömr
ələrində dərc olunmuş irihəcmli məqalə Le Şatetyenin
Parisd
ə nəşr olunmuş «Müsəlman siyasəti» adlı kitabından gətirilən
sitatla başlayır. Fransız müəllifin fikrincə, ölkəsinin islam dünyası
il
ə dostluq siyasəti Fransanın mənafeyi, inkişafı baxımından həm
iqtisadi, h
əm də siyasi cəhətdən çox vacibdir. Diqqəti müəllifin bu
mövqeyin
ə çəkən İ.Qaspiralı yazır: «Fransa ilə Afrika müsəlmanları
arasında qoca Ağdəniz var. Digər islam ölkələri ilə Fransa arasında
daha böyük d
ənizlər, qitələr və başqa millətlər mövcuddur. Bu
şəraitdə belə, fransızlar müsəlmanlara qarşı yeritdikləri
politikalarının əsaslı olub olmadığını lazım gördükləri halda,
Asiyada Altın dağlarından, Avropanın Qaradəniz sahillərinədək
müs
əlman millətləri və dövlətləri ilə həmhüdud və hüdudu
iç
ərisində 20 milyon islam əhalisinə malik Rusiya özünün
müs
əlman siyasətini zənn edirəm ki, daha ziyadə araşdırmağa,
t
əftiş etməyə borcludur». Bir çox mətbu orqanlarda müzakirə
predmetin
ə çevrilmiş «bəs əslində Rusiyanın müsəlman, yəni Şərq
siyas
əti necə qurulmuşdur?» - sualını cavablandırmadan öncə
İ.Qaspiralı bu siyasətin Rusiya üçün həlledici, taleyüklü olduğunu
ön
ə çəkir, göstərir ki, Rusiya böyükdür, iqtidardır, lakin bununla
b
ərabər müsəlmanların nəzər və baxışlarına qulaq assa, bir zərəri
yox,
əksinə faydası olar. İ.Qaspiralı Yusif Akçuraoğlunun «Türklər
v
ə slavyanlar» əsərinə istinadən hər iki xalqın tarixindən bəhs edir,
türkl
ərin böyük köçü və yeni məskənləri haqqında yazır, eyni
zamanda rusların monqol-tatar əsarətindən xilası və ondan sonra
Rusiyanın öz sərhədlərini Şərqə doğru genişləndirilməsindən ətraflı
b
əhs edir. Qaspiralı daha sonra İngiltərə, Almaniya, Fransa kimi
Q
ərb dövlətləri ilə siyasətdə uduzan Rusiyanın tədricən taqətdən
• Bütün türkl
ərin tərcümanı
~
115
~
düşdüyünə, zəiflədiyinə işarə vuraraq yazır: «İndiki dəmir dövründə
ağac komalarda ömür sürən, ağac araba ilə yol gedən, ayağı çılpaq,
yaxud çarıqla gəzən yalnız ruslar ilə müsəlmanlardır». Rusiyanın
xarici v
ə daxili siyasətinin belə acınacaqlı mənzərə yaratdığını qeyd
ed
ən müəllif göstərir ki, sadə rus xalqı ilə müsəlmanlar arasında
düşmənçilik, dözümsüzlük, soyuqluq, nigarançılıq yoxdur, lakin
«r
əsmi Rusiya»ya gəlincə, bu belə deyildir. Rəsmi Rusiya
müs
əlmanları heç vaxt müdafiə etməmiş, daim günahkar olsa belə,
xristianlığın mənafeyini qorumuşdur. İ.Qaspiralı qərəzli rus
m
ətbuatını, rus rəsmilərini qınayır və dövlətin müsəlman siyasətinin
d
əyişdirilməsinin tarixi zərurət olduğunu vurğulayır.
Rusiyada m
ətbuat və islam nəşrləri
Yaşadığı dövrdə mətbuatın tərəqqiyə təkanverici qüvvə
olduğunu anlayan İ.Qaspiralı Rusiya müsəlmanlarının nəşrinə nail
olmaq üçün f
ədakarlıqla çalışmışdır. Onun «Rusiyada mətbuat və
islam n
əşrləri» adlı yazısını da («Tərcüman», 1884-cü il, 8 yanvar,
№ 1) bu qayğının bariz nümunəsi hesab etmək olar. Bu analitik
m
əqalə, həm də mətbuat tarixini araşdırmaq baxımından dəyərli və
diqq
ətçəkəndir. Müəllif XIX əsrin II yarısında Rusiyadakı
müs
əlman nəşrləri haqqında müəyyən təəssürat yaratmaq üçün
konkret faktlara müraci
ət edir: «Rusiyada türk dilində dörd qəzet
n
əşr olunmaqdadır. Tiflisdə «Ziya», «Kəşkül» Azərbaycan
şivəsində və Daşkənddə «Türkistan qəzeti» (1870-ci ildən rus
dilind
ə çıxan «Türkestanskie vedomosti» rəsmi qəzetinin özbəkcə
variantı) sart şivəsində nəşr olunur. «Tərcüman» isə Baxçasarayda
rusca v
ə Krım türkcəsində çıxmaqdadır. Bu qəzetlərin dördü də
• Abid Tahirli
~
116
~
kiçik formatlıdır». Sonra müəllif qəzetin naşirləri, redaktorları
bar
ədə məlumat verir, qeyd edir ki, «Ziya» qəzeti Səid Ünsizadə,
«K
əşkül» Cəlal Ünsizadə, «Türkistan qəzeti» Nikolay Petroviç
Ostroumov t
ərəfindən buraxılır. Ərəb hərfləri ilə basmaxanaların
(n
əşriyyatların) sayı 8-dir: Peterburqda Akademiya basmaxanası,
Kazanda Universitet basmaxanası və daha iki qeyri-rəsmi
basmaxana, Daşkənddə Vilayət basmaxanası, Tiflisdə Ünsizadə
basmaxanası və digəri də Baxçasarayda «Tərcüman»ın basmaxanası
f
əaliyyət göstərir. «İslamların baş kitab bazarı»nın Kazan olduğunu
vurğulayan İ.Qaspiralı burada nəşr edilən kitabların bütün Rusiyaya
yayıldığını göstərir, eyni zamanda xarici ölkələrdə ərəb əlifbası ilə
buraxılan kitabların Rusiyaya demək olar ki, gəlmədiyini təəssüflə
yazır. Maraqlı və diqqətçəkəndir ki, müəllif 1883-cü ildə Kazan,
Peterburq, Tiflis, Baxçasarayda n
əşr olunan bütün kitabların cəmisi
haqqında, onların adı və tirajı barədə, nəşr olunduğu şəhər barədə
m
əlumat verir. Nəşrlərdən 2-si Peterburqda, 5-i Tiflisdə, 1-i
Baxçasarayda, qalanları Kazanda buraxılmışdır. Az qismi əlifba,
lüğət, hekayədən, əksəri isə dini kitabdan ibarət olan həmin
n
əşrlərin ən azı 100 nüsxə, ən çoxu 60.000 nüsxə cəmi 703.000
tirajla çap edilmişdir. İ.Qaspiralı sonuncu rəqəmin ilk baxışda çox
göründüyünü, lakin dig
ər xalqların nəşrləri ilə müqayisəolunmaz
d
ərəcədə az olduğunu yazır, qeyd edir ki, kitab nəşri yəhudi və
erm
ənilərdə bizdən 3 qat çoxdur, ermənilər isə bizdən 5 dəfə çox
q
əzet buraxır.
Elm
ə, sənətə dair kitabların olmadığını ciddi qüsur hesab
ed
ən Qaspiralı «çox oxumaq, çox yazmaq və nəşr etmək
m
əcburiyyətindəyik» - deyə həyəcan təbili çalır, sonda da
x
əbərdarlıq edir: tərəqqi dövründən geri qalmamaq istəyiriksə,
d
ərdimizə çarə tapmalıyıq, artıq vaxtdır, sonra gec olacaq!
• Bütün türkl
ərin tərcümanı
~
117
~
Köhn
əçilik – yeniçilik
«Sosial h
əyatımızı bu gün ən çox zəhərləyən və millətimizin
əksər işlərinə, xoş gələcəyinə sədd çəkən, ayaq çalan «köhnəçiliklə
yeniçilik t
ərəfdarlarının arasındakı mübarizənin ifrat dərəcədə
olmasıdır» - bu cümlə ilə başlayan məqalədə («Tərcüman», № 19, 5
may 1909) İ.Qaspiralı bu axınların müsəlman həyatında təzahürünü
t
əbii hesab etsə də, onların çəkişməsinin həddən artıq kəskin
olduğunu təqdir etmir. İki min il əvvəl 40 allaha iman edən qədim
yunanlar buna şübhə edən və yaradanın bir olduğunu iddia edən
Sokratı qətlə yetirdi. Odur ki, köhnəlik çox əski zamanlardan da
«rahatlığı pozdu», «adətləri pozdu», «məzhəbi pozdu», «dini
pozdu» kimi adlar altında yeniliyə qarşı mübarizə aparmışdır. Buna
aid q
ədim və orta dövr Avropa tarixindən maraqlı misallar çəkən
İ.Qaspiralı bu mübarizənin bütün dövrlərdə keçmişdə, indi də
olduğunu, gələcəkdə də olacağını qeyd edir, lakin bizim cəditçilərlə
q
ədimçilər arasında mübarizənin çox şiddətli şəkil aldığını
vurğulayır. Rezin qaloşu, dəmir yol vaqonunu, açıq faytonu,
botinkanı şeytan əməli, şarlatanlıq kimi anlayıb rədd edənlərə üzünü
tutan mü
əllif «belə mərəzə, belə vərəmə dözmək olarmı? – deyə
f
əryad qoparır. Belə bir zamanda «Tərcüman»ın çıxması və onun da
m
əktəblərdə islahat aparmaq, yeni təhsil sisteminə – üsuli cədidə
keçm
ək ideyasını irəli sürməsi «ictimai fikri dəniz kimi
dalğalandırdı, qabartdı, lərzəyə gətirdi. «Tərcüman» kimdir ki,
m
əktəb bəyənmir?» Bütün müqavimətlərə, çətinliklərə baxmayaraq,
«T
ərcüman» millətin düşüncəsini hərəkətə gətirib yeni üsulu, ta
Kaşqara qədər, Rusiyanın və Asiyanın hər tərəfində müəllimləri,
• Abid Tahirli
~
118
~
s
əyyahları cəlb etməklə yüzlərlə məktəbin təsisinə, islahına yol
açdı».
«H
ər yerdə, hər zaman, fəqət xüsusi ilə islam ölkələrində
q
ədimçilər dini bəhanə edərək cəditçilərə etiraz, ya da hücum
etmişlər» - bu fikirdə olan İ.Qaspiralı islam dünyasına xas olan, onu
bürüy
ən bu hala «baxdıqda qan ağlamamağın» mümkün olmadığını
yazır. O qeyd edir ki, bizim Rusiya qədimçiləri o dərəcədə qəflətə
yatmışlar, o dərəcədə cahildirlər ki, əsrimizin ən böyük
t
ərəqqipərvər, maarifçi xadimləri haqqında danışanda «onlar Misiri,
İstanbulu pis günə qoydular» - deməkdən belə çəkinmirlər.
M
əqalənin sonunda İ.Qaspiralı cəmiyyətə üzünü tutur, onu xəbərdar
edir: «Bel
ə gedərsə, daha çox qamçı yeyərik, daha dərinə
yuvarlanarıq və heyvanlıqda davam edərik».
Rusiya müs
əlmanlarının tərəqqisinin başlanğıcı
«T
ərcüman»ın əlavəsi kimi nəşr olunan 16 səhifəlik bu
risal
ədə XIX əsrin sonu və XX əsrin əvvəllərini «yeni kitablar, yeni
m
əktəblər, tələbələr, teatr, xeyriyyə cəmiyyətləri, mətbəələr» - deyə
yazaraq xarakteriz
ə edən İ.Qaspiralı Rusiya müsəlmanları arasında
əvvəlki illərə nisbətən «xeyli hərəkət olduğunun inkar olunmaz»
s
əviyyəyə çatdığını qeyd edir və bu «xəfif hərəkətin» gələcək
t
ərəqqinin başlanğıcına çevriləcəyini göstərir. Əgər bundan 20-25 il
əvvəl Rusiyada müsəlmanlar yalnız dini kitablar nəşr edirdilərsə və
vur-tut elm v
ə ədəbiyyata dair 3 kitab buraxılmışdırsa (tanınmış
türkoloq V.Radolfun (1837-
1918) uşaqlar üçün Kazanda nəşr etdiyi
(1872) «Bilik», Q
əyyum əfəndi Nəsirovun (1825-1902) illik
«Salnam
ə»si, M.F.Axundovun (1812-1878) 1859-cu ildə Tiflisdə
• Bütün türkl
ərin tərcümanı
~
119
~
«T
əmsilat» adı ilə buraxdığı komediyalar), indi kitab nəşri
sah
əsindəki irəliləyiş açıq-aşkardır.
Q
əzetlər, məktəblər, xeyriyyə cəmiyyətləri teatr, mətbəələr
bar
ədə də eyni fikri söyləməyin mümkünlüyünü vurğulayan müəllif
20 il
əvvəl «universitet təhsilli bir adamımız»ın (H.Zərdabi nəzərdə
tutulur – T.A.) indi is
ə onların sayının 100-dən artıq olduğunu,
«müasir t
əhsil görmüş bir xanımımız»ın (H.Zərdabinin xanımı
H
ənifə xanım nəzərdə tutulur – T.A.) indi isə belələrinin sayının 20-
y
ə çatdığını fərəhlə bildirir, Bakı, Qarabağ, Gəncə və Baxçasarayda
teatrların, Vladikafkazda, Krımda, Peterburqda, Kazanda,
Xankirmanda, Semipalatinksd
ə, Həştərxanda xeyriyyə cəmiy-
y
ətlərinin, Kazan və Tiflisdən sonra Bakıda, Baxçasarayda,
Orenburqda m
ətbəələrin, Baxçasarayda, Şəkidə, Kulcada,
Şamaxıda, Naxçıvanda yeni tipli məktəblərin fəaliyyətini tərəqqi
dövrünün başlanğıcı kimi dəyərləndirir. Müəllif daha sonra
xronoloji ardıcıllıqla 1884-1901-ci illərdə Rusiyada – Bakı,
Baxçasaray, Kazan, Tiflis, Ufa, Orenburq, Peterburq, Daşkənd,
İrəvanda nəşr olunmuş dini, ədəbi, elmi kitabların, dərslik və dərs
v
əsaitlərinin nəşr ili, müəllifi göstərilməklə adlarını yazır. Yeri
g
əlmişkən qeyd edək ki, Qaspiralının təqdim etdiyi bu mənbə
tarixçil
ər, jurnalistlər, kitabşünaslar, din xadimləri, pedaqoqika və
t
əhsil tarixinin tədqiqatçıları üçün maraqlı, əvəzolunmaz, məxəzdir.
Dostları ilə paylaş: |