• Bütün türkl
ərin tərcümanı
~
145
~
İSMAYIL QASPİRALININ
BƏDİİ YARADICILIĞI
Rusiyanın ictimai, mədəni, mətbu həyatına əbədi möhür
vurmuş böyük türk mühərriri, naşiri, publisisti İsmayıl Qaspiralının
b
ədii irsi də maraq doğurur. Onun roman, povest və hekayələri
dövrün müs
əlman cəmiyyətinin, həyatının tələblərinə uyğun qələmə
alınmışdır, tərbiyəçilik, maarifçilik missiyası daşıyırdı. Bu
baxımdan İ.Qaspiralının bədii əsərlərini bir növ onun
publisistikasının ardı, yaxud janrını, formasını dəyişmiş davamı
hesab etm
ək olar. Təsadüfi deyil ki, xalq xadiminin publisistik
yaradıcılığına hakim olan problemlər, mövzular eyni ilə onun bədii
irsind
ə də əksini tapmışdır. Bununla yanaşı, İ.Qaspiralının
əsərlərindəki hadisələr, səhnələr, obrazlar real həyatdan götürülsə
d
ə, onlar yazıçı təxəyyülünün, axtarışlarının məhsulu kimi yeni,
r
əngarəng çalarlar, keyfiyyətlər əxz edir. Qısaca desək,
İ.Qaspiralının bədii əsərləri Şərq xalqlarının ehtiyacı, tələbatı nəzərə
alınmaqla, Qərb ölçüləri ilə qələmə alınmışdır.
Fir
əngistan məktubları
«Fir
əngistan məktubları» adlı əsərində Molla Abbas adlı
q
əhrəmanın Avropa ölkələrinə səyahətlərindən bəhs edilir. Heç
şübhəsiz ki, Molla Abbas müəllifin prototipidir və təsadüfi deyil ki,
• Abid Tahirli
~
146
~
İ.Qaspiralının «Tərcüman»da istifadə etdiyi təxəllüslərdən biri də
«Molla Abbas Fransevi» olmuşdur. Bu əsər «Tərcüman»ın 25
yanvar 1887-ci il tarixli nömr
əsindən etibarən qəzetin ayrı-ayrı
nömr
ələrində hissə-hissə dərc edilmişdir. «Firəngistan məktubları»
XIX
əsr rus və Avropa ədəbiyyatı üçün səciyyəvi üslubda və janrda
yazılmış bədii-publisistik əsərdir, səyahətnamədir. 1891-ci ildə
kitab şəklində ərəb əlifbası ilə buraxılmış «Firəngistan məktubları»
sonralar da n
əşr edilmişdir.
«Fir
əngistan məktubları» və müəllifin ondan sonra qələmə
aldığı «Darrürrahat müsəlmanları», «Sudan məktubları», «Qadınlar
ölk
əsi», eləcə də «Molla Abbas Franseviyə təsadüf – Gül baba
ziyar
əti» adlı əsərlər əslində bir əsərin ayrı-ayrı bölmələridir və
Molla Abbasın Avropa və Afrika ölkələrinə səyahətindən bəhs edir.
Əsərin əvvəlində Molla Abbas oxucuya onda səfər etmək arzusunun
nec
ə yarandığını, hansı niyyətlə bu səfərə çıxdığını anladır. Məlum
olur ki, Molla Abbas bir zamanlar Avropanı fəth etmiş türk və ərəb
s
ərkərdələrinin şücaətindən və Avropadakı türk-islam tarixi
abid
ələrindən, müqəddəs ocaqlardan xəbərdardır. Elə bu istək, bu
murad da müq
əddəs ocaqları ziyarət etmək həvəsi, marağı Molla
Abbası yola çıxarır. Digər tərəfdən Molla Abbas bu qənaətdədir ki,
ölk
ələri gəzmək, səyahət etmək məktəbdə dərs almağa bərabərdir…
Başqa tərəfdən isə Molla Abbas Avropaya səyahətinin məqsədini
əslən Türkistanlı olan və Parisdə məskunlaşan yaşlı, müdrik alim
Şeyx Cəlalın dilindən belə bəyan edir: «Belə ki, inşallah yazacağım
risal
ə ilə Avropanı tanıtmağa cüzi də olsa, xidmət edə bilərəm.
Avropada olmağımın səbəbi budur».
Odessada –
bir tamaşada tanış olduğu fransız Jozefin xanım
dünyagörüşü və gözəlliyi ilə Molla Abbasda böyük təəssüf oyadır.
Türkc
ə mükəmməl bilən Jozefinlə sıx ünsiyyəti qısa bir zamanda
• Bütün türkl
ərin tərcümanı
~
147
~
m
əhəbbətə çevrilir və Molla Abbas fransız qızına evlənməyi təklif
edir. Jozefin razılıq verir. Gənclər nikaha girirlər. Katolik Jozefinlə
müs
əlman Molla Abbasın münasibətinə dini mənsubiyyətdən daha
çox şərqli-avropalı düşüncə tərzi təsir. Edir. Molla Abbasın başı
m
əhəbbət macəralarına bərk qarışsa da, Avropada gördükləri və
avropalıların həyat və düşüncə tərzi ilə də oxucuları yaxından tanış
etm
əyi unutmur. Bu zaman o, ilk baxışda diqqəti çəkməyən və
əhəmiyyətsiz kimi görünən məqamlara da nəzər yönəldir: «Firəng
ad
ətincə, ərlərin qadınlara yardım və xidmət etməsi nəzakətdən
imiş», «Nikah günü səyahətə çıxmaq kibar adəti imiş», «…bu
t
ərəflərdə dəvə və eşşək ilə yox, dəmiryolu və maşınlarla səyahətə
çıxırlar», «Hər qarış yerə, hər bir ağaca övlad – bala kimi baxılır»,
«Hün
ər və mərifət ilə nələr hasil etmişlər», «Alma ağacı var ki, hər
meyv
əsi qarpız boyda. İnəklər var ki, gündə bizim inəklərdən on qat
artıq süd verir», «Türkistanda deyirlər ki, «fransızlar şeytandır, yox,
şeytan deyillər, kamil və mahir adamlardır». Molla Abbas rast
g
əldiyi hər insanı öyrənməyə, olduğu kənd və şəhərə daha dərindən
b
ələd olmağa, əhalinin dil, din mənsubiyyətini, məşğuliyyət
sah
əsini araşdırmağa, eyni zamanda bütün bunları doğma Vətəni ilə
müqayis
ə etməyə səy göstərir. Ölkələr, şəhərlər bir-birini əvəz edir.
Almaniya, Polşa, Avstriyada Molla Abbasın rastlaşdığı insanlar,
onların elmə, mədəniyyətə, tərəqqiyə verdiyi dəyər səyyahda dərin
izl
ər buraxır. Xüsusi ilə macar səyyahı Vamberi Molla Abbası
heyran edir. O, h
əyatını təhlükə qarşısında qoyub dərviş qiyafəsində
macarların qədim məskəni Türkistana səyahətə çıxır və Türkistan
dill
əri ilə macar dili arasındakı fərq və oxşar cəhətləri öyrənməyə
başlayır.
S
əyahətdən qayıdan Vamberi Türkistana dair dəyərləri
əsərlər yazıb bir neçə dildə nəşr etdirir. Molla Abbas sorağında
• Abid Tahirli
~
148
~
olduğu «Gül baba» ziyarətgahı ilə bağlı Vamberidən də qənaətbəxş
m
əlumat əldə edə bilməsə də, bu görüşdən zəngin təəssüratlarla
ayrılır. Molla Abbasın Paris günləri daha zəngin, bir-iki
qanqaraldıcı hadisə istisna olmaqla, daha maraqlı keçir. Onun yeni
tanışları Molla Abbasda bir Avropalı obrazı yaratmağa imkan verir:
qanundan k
ənar onun üçün həyat yoxdur, haqq-ədalət onun
vazkeçilm
əz prinsipidir, elmə, təhsilə yiyələnmək onun üçün həyati
t
ələbat, zərurətdir, doğru-dürüst, halal yaşamaq onun həyat və
t
əfəkkür tərzidir. Bütün bunları Molla Abbas təqdir edir, alqışlayır
v
ə bu keyfiyyətlərin həmvətənlərində də formalaşmasını arzulayır.
Eyni zamanda Avropada ail
ə münasibətləri, bir sıra məişət
m
əsələləri Molla Abbası təmin etmir. Elə buna görədir ki, Molla
Abbas gerid
ə qalan xalqlara Avropadan öyrənməyi, onu özlərinə
xoca hesab etm
əyi lazım bilsə də, avropalıların xəta və
nöqsanlarından ibrət alıb, daha səadətli yaşam biçimi qurmaq haqda
düşünməyin də vacib olduğunu vurğulayır.
Molla Abbasın Parisdə tanış olduğu yeni sevgilisi Marqarita
il
ə başına gələn macəraları səyyahın fransız cəmiyyətinə daha
d
ərindən nüfuz etməsinə, onu öyrənməsinə imkan verir. Fransa
m
əhkəmə sisteminin ədalətliliyi, hakim və məmurların öz işlərinə
vicdanlı, məsuliyyətli münasibəti, qanunların aliliyi və onların
işləkliyi Molla Abbasın diqqətini xüsusi ilə çox çəkir.
«Fir
əngistan məktubları» bir şərqlinin Avropaya – Parisə
sad
əcə səyahəti deyildir. Doğrudur, oxucu səyyahla birlikdə Avropa
ölk
ələri, onun təbiəti, şəhər, kəndləri, əhalisi, məşğuliyyəti,
abid
ələri ilə tanış olur. Amma Molla Abbası düşündürən,
qayğılandıran digər çoxsaylı problemlər, suallar da var. Onu öz
V
ətənindəki gerilik, ətalət, cəhalət, nadanlıq, həmvətənlərinin elmə,
t
əhsilə, tərəqqiyə biganəliyi məyus edir.
• Bütün türkl
ərin tərcümanı
~
149
~
«Mill
ətə xidmət etmək istəyirsən, əlindən gələn işlə başla» -
q
ənaətində olan Molla Abbasa görə hər bir Avropalının düşüncəsinə
bu şüar hakim olduğu üçün bu ölkələrdə tərəqqi və firavanlıq
mövcuddur. Molla Abbas elmi, maarifi, m
əktəbi dünyanı nura
boyayan gün
əşə bənzədir, bütün geriliyin səbəbinin nadanlıqda,
cahillikd
ə görür. Onun fikrincə, alim nadanın, bilən bilməyənin
buyruqçusudur. Haqqa,
ədalətə yüksək dəyər verən Molla Abbas
yazır ki, malın çoxluğu insanı xoşbəxt edə bilməz, səadətin çeşməsi
ədalətdir. Elm, təhsil, tərbiyə ədalətin intişarına xidmət etmədikcə
insan oğlu səadətdən uzaq qalacaqdır. Avropanı səyahət edən Molla
Abbasın hekayəti, macəraları oxucuda böyük maraq oyadır, onu
əyləndirir, eyni zamanda düşündürür, qayğılandırır. Molla Abbasın
Fransa s
əyahəti bir-birini əvəz edən müxtəlif hadisələrlə,
unudulmaz obrazlarla z
əngindir. Daha çox yadda qalanı,
ibr
ətamizisə Molla Abbasın qənaətləridir: oxumalıyıq, təlim
keçm
əliyik, öyrənməliyik. Rahat yaşamaq, məsud olmaq, tərəqqi
etm
ək istəyirsənsə, maariflənməlisən!
Darrürrahat müs
əlmanları
Əvvəldə də söylədiyimiz kimi, bu əsər «Firəngistan məktub-
ları»nın davamıdır və hissə-hissə «Tərcüman»da dərc edildikdən
sonra 1906-
cı ildə Baxçasarayda kitab şəklində nəşr olunmuşdur.
Mü
əllif burada Molla Abbasın İspaniyaya səyahətindən, oradakı
insanların, o cümlədən müsəlman toplumunun həyat, düşüncə
t
ərzindən bəhs edir. Fransadan İspaniyaya qədəm qoyandan bu
ölk
ənin abadlığı, təbiətinin gözəlliyi səyyahın diqqətini çəkir: «Hər
t
ərəfdə iş və qeyrət, hünər və mərifət gördüm, xarabalığa, sahibsiz
bir mahala, yer
ə rast gəlmədim». Molla Abbasın fikrincə, ispanlarda
• Abid Tahirli
~
150
~
da nizam-intizam,
əməksevərlik, ədalət hissi güclüdür, lakin onlar
«fransızlardan ziyadə dindar olub, ibadətxanalara ziyadə hörmət
ed
ərlər». Müəllif İspaniyanın tarixindən, ərəb xilafətinin bu ölkənin
işğalından və islamdan sonra İspaniyanın çiçəklənməsindən bəhs
edir, zamanında hərbin, elmin, maarifin, mədəniyyətin, ticarətin
inkişafına görə bütün dövlətlərdən üstün olduğunu vurğulayır.
C
əhalət və ətalət bataqlığında can verən Türkistandan tərəqqi edən
Avropaya g
ələn, burada təhsilin, elmin, mədəniyyətin sürətli
inkişafını gözləri ilə görən Molla Abbas «Firəngistan məktub-
ları»ndan tanıdığımız Şeyx Cəlalla və ərəb qızları ilə birlikdə çox
ç
ətinliklə də olsa, tunelləri, gizli yolları dəf edə-edə Darrürrahat
şəhərinə – müsəlman toplumunun məskunlaşdığı ölkəyə təşrif gətir.
Burada gördükl
əri türkistanlıların xəyallarına belə gətirə
bilm
əyəcəkləri, fransızların isə yalnız arzulaya biləcəyi bir cəmiyyət
mövcuddur. Haqq-
ədalət tam bərqərar olmuşdur, qanunlardan kənar
əməl insanların düşüncəsinə yaddır, oğurluq yox, yalan danışmaq
yox, qul, dil
ənçi yox, məktəblərdə islam dini ilə yanaşı dünyəvi
elml
ər tədris edilir, hər yer abaddır, hər yerdə təmizlik, səliqə-
sahman hakimdir, küç
ələr Avropadakı kimi fənərlərlə yox, elektrik
işığı ilə nura boyanır, telefon, poçt xidməti qüsursuz xidmət
göst
ərir, pulsuzdur. Molla Abbası islam mədəniyyətinin bu ali
d
ərəcəsi məftun etmişdir. Molla Abbas bu islam ölkəsinin
m
ədəniyyətinin, məişətinin «Avropadan çox irəli olduğunu,
türkistanlıların çox geridə qaldığını anlayır. Yaraşıqlı baxçalar,
b
ərəkətli bağlar, dəmiryol xətləri, məktəblər göz oxşayır.
Darrürrahat sakinl
əri biləndə ki, Türkistan mədrəsələrində yalnız
dini elml
ər öyrədilir, onlar buna çox təəccüblənirlər, «nə ayıb, nə
qorxunc q
əflətdir bu, gözü bağlı adam hərəkət edərmi, torpağı
bilm
əyən onu əkərmi, suyu bilməyən suyu içərmi, dünyanı
• Bütün türkl
ərin tərcümanı
~
151
~
bilm
əyən yaşaya bilərmi?! Vah, nə yazıq, vah nə qəflət! Allah
dadınıza çatsın» - deyə heyrətlənirlər, Molla Abbasa ünvanlanan
suallar bir-birini
əvəz edir: - «Sizin diyarlarda təbib, kimyagər,
memar v
ə mühəndis lazım olmurmu? Sizin xanlar, ölkəni idarə
ed
ənlər dövlət üçün məmurların, maliyyə işçilərinin, memarların
olmasına hacət görmürlərmi? Sənin sözünə görə mədrəsələrdə dini
elml
ərdən başqa bir fənn təhsil edilmir, tibbi, həndəsə, kimya,
f
əlsəfə və bu kimi qeyri elmlərdən dərs keçilmir, belə çıxır ki, din
adamlarından başqa millətin və məmləkətin məsul şəxsləri yetişmir,
bel
əmi?»
Darrürrahatda kişili qadınlı hər kəs oxumağı, yazmağı
bacarır, qəzetlər, kitablar buraxılır, kitabxanalar zəngin ədəbiyyatla
doludur. Burada m
əktublar zərfə qoyulmur, gizlədiləsi bir fikir,
əməl yoxdur, əxlaqa və qanuna zidd hərəkət barədə heç kim
fikirl
əşmir. Xəyanət edənlər, xalqı aldadanlar üçün nə qamçı var, nə
h
əbsxanalar. Adamın günahı məlum olan kimi bütün ölkə ona
əcnəbi və yad adam kimi baxır, heç kim ona salam vermir, hamı
ondan v
əbadan qorxan kimi kənar durur. Həbsxanadan ziyadə tənha
v
ə yalnız qalır. Arzusu ilə ölkənin bir küncünə çəkilir, ibadətlə,
xidm
ətlə və dərs oxumaqla məşğul olur, əxlaqını düzəltməyə səy
göst
ərir, ona nail olduqdan sonra topluma qayıdır.
Molla Abbas Darrürrahatda gördükl
ərinə heyrandır:
«…bunca ölk
ələr seyir və səyahət etdim, Darrürrahat kimi lətafətli
mahal görm
ədim, bunca insanlar gördüm, bu mahalın islami kimi
mahir, m
ədəni olanları görmədim». Molla Abbas darrürrahatlı
müs
əlmanları «ən mədəni və mərifətli, ən rahat və məsud xalq»
adlandırır və göstərir ki, onları uca peyğəmbərimizin tövsiyəsi ilə
elm harada olursa olsun, onun arxasınca gedirlər. Molla Abbas bu
diyarda
ən böyük sərmayənin xeyirxahlıq, yaxşılıq və ən böyük
• Abid Tahirli
~
152
~
elmin, hün
ərin insaf olduğunu söyləyir. Darrürrahat müsəlmanları
sözd
ə, dildə yox, həqiqətən də hüquqlarına və özlərinə sahibdirlər.
Burada qadın-kişi bərabərliyi var və onların münasibəti akt və
şərtlərə bağlıdır. Qadını mal kimi alıb satmazlar, yaxud hüquqsuz
əsir kimi ərə verməzlər. Ailə cəbr, zor və insafsızlıqdan uzaqdır,
m
əhəbbət, ünsiyyət və qanun üzərində bina olunmuşdur. Nikahdan
əvvəl qadın və ər yaşları, keçici, irsi, fiziki xəstə olmadıqları barədə
arayış təqdim etməlidirlər. Qoca kişiyə cavan qızın ərə verilməsi
qadağandır.
Mü
əllif Əndəlüsün tərəqqisindən sonra onun süquta
uğraması səbəblərindən də söz açır: Düşüncələr, adət-ənənələr,
m
ənəvi duyğular yavaş-yavaş dəyişməyə başladı, azğınlıq,
t
ənbəllik, qayğısızlıq, kin-küdurət, təfriqə ilan ağusu kimi dövlət və
mill
ətin bədənini zəhərlədi, onu çürütməyə başladı. Xəstə ağacda
sağ meyvə olmaz. Paragöz, həris valilər, ağlı nöqsanlı və qeyrətsiz
hökmdarlar zühur etdi, fitn
əbazlar alimlərə, dadlı yalan söyləyənlər
sadiq b
əndələrə, nəfsinə düşkünlər və şəxsi mənfəət xəstələri
toplumun yararlılarına, riyabazlıq, göstəriş namazları faydalı
əməllərə, millətpərvərliyə qalib gəldi. Müsəlmanlar arasında baş
ver
ən bu anlaşılmazlıq və nifaqdan yararlanan düşmənlər Əndülüs
islam dövl
ətini süquta məhkum etdilər. Müəllif İspaniya hökmdarı
Ferdinadla
ərəb xilafəti arasında Əndəlüs uğrunda gedən döyüşləri
t
əfərrüatı ilə işıqlandırır.
Darrürrahat is
ə keçilməz, məğlubedilməz şəhər-qala kimi
qalır-yaşayır.
Molla Abbasın niyyətləri, arzuları çoxdur. Həcc ziyarətinə
getm
əyi, doğma Vətəni Türkistana qayıdıb Avropada, xüsusi ilə
Darrürrahatda gördükl
ərini
reallaşdırmağı,
həmvətənlərini
c
əhalətdən qurtulmaqda yardımçı olmağı, elmə, təhsilə, tərəqqiyə
• Bütün türkl
ərin tərcümanı
~
153
~
xidm
ət etməyi planlaşdırır. Odur ki, Darrürrahatdan geri qayıtmaq
ist
əyir. Lakin bura gəlmək nə qədər çətindirsə, buradan çıxmaq
ondan min qat artıq müşküldür və Molla Abbas bunun üçün yollar
axtarır, köhnə tanışları Fəridə Banu, Şeyx Cəlalla məsləhətləşir,
m
əhkəməyə, şəhər rəhbərliyinə müraciət edir. Bütün bu hiss-
h
əyəcanlar Molla Abbası dərin yuxudan ayıldır və özünü
x
əstəxanada, çarpayıda uzanmış vəziyyətdə, başının üstündə fransız
h
əkim qadını görür. Xanım ona artıq 40 gün xəstə olduğunu
ç
ətinliklə də olsa anladır. Molla Abbas gördüklərinin röya olduğuna
inanmaq ist
əmir. Təkidlə Darrürrahatın mövcudluğunu bildirir,
ətrafındakıları buna inandırmağa çalışır, hətta ora aparan yolu
tanıdığını da deyir. Lakin Darrürrahata aparan nə tunel, nə lağım, nə
n
ərdivan, nə də gizli yol vardı.
Molla Abbasın söylədikləri yuxuda ikən xəyalına gətirdikləri
id
i. Əlbəttə, böyük qələm, kəlam sahibi İ.Qaspiralı Darrürrahat
ölk
əsi timsalında müsəlman cəmiyyəti üçün arzuladıqlarını qələmə
almışdır. O, öz dil və dindaşlarının məhz belə cəmiyyətə layiq
olduqlarını, təəssüf ki, cəhalət içərisində çapaladıqlarını göz yaşları,
k
ədər və hüznlə qələmə almışdır. Ustadın üslubu orijinal olduğu
q
ədər də maraqlıdır, təsirlidir, düşündürücüdür. Əlbəttə, bizim
klassik
ədəbiyyatda ədalətli cəmiyyət ideyası hələ N.Gəncəvi
irsind
ən məlumdur. Lakin İ.Qaspiralıda bu model daha kamil, daha
real t
əsir bağışlayır, eyni zamanda İ.Qaspiralı bu cəmiyyəti qurmaq,
onun b
ərqərar olmasına nail olmaq yollarını da göstərməyə təşəbbüs
edir. Bu yol m
əktəbdən, təhsildən, elmdən keçir.
• Abid Tahirli
~
154
~
Sudan m
əktubları
«Darrürrahat müs
əlmanları»nda Molla Abbas Həcc
ziyar
ətinə getmək niyyətində olduğunu bildirir və əsərin sonunda
göst
ərir ki, keçmiş sevgilisi Marqaritanın fikirləri onun planlarını
d
əyişir. Məlum olur ki, Sudanlılar ingilis işğalına qarşı üsyana
başlayıblar və bu hərəkata Şeyx Mehdi Məhəmməd Əhməd
r
əhbərlik edir. Fransa Afrikada fransızların mənafelərinə toxunan
ingilisl
ərə qarşı mübarizədə Şeyx Əhmədə yardım edir. Marqarita
Molla Abbası da sudanlılara kömək etməyə ruhlandırır, beləliklə,
Molla Abbas Parisd
ən Sudana yola düşür. «Sudan məktubları»nın
əvvəlində də Molla Abbas Marqarita ilə görüşündən ətraflı bəhs
edir. Afrikada ingilis v
ə fransızların, eləcə də Osmanlının siyasəti
il
ə bağlı fikirlərini bölüşür. Daha sonra Molla Abbas üç fransızla
birlikd
ə Sudan səfərinə hazırlıqdan söz açır. Nəhayət, Molla Abbas
«Dağıstanlı şeyx», fransızlar da ona qoşulan müridlər kimi Afrikaya
yola düşürlər.
Molla Abbas ilk dayanacaqları olan Əlcəzair, onun tarixi,
xüsusi il
ə Fransa işğalına qarşı mübarizəsi haqqında məlumatlar
verir, bazarda, m
əclislərdəki görüşləri haqqında yazır. Görüşlərin
birind
ə məlum olur ki, Sudana bir neçə yol aparır və bunlardan ən
t
əhlükəsizi «Divanələr ölkəsi»ndən sonra başlanan «Qadınlar
dövl
əti»ndən keçəndir. Məclisdəkilərdən biri – zənci Abdulla Dari
b
ələdçilik xidmətini təklif edir. Molla Abbasgil razı olur.
Burada qeyd etm
ək yerinə düşür ki, İ.Qaspiralı bununla da
«Sudan m
əktubları»na nöqtə qoyur. Əslində, Sudana çatmamış
«Sudan m
əktubları» bitir. Bir çox müəlliflərin fikrincə, İ.Qaspiralı
bu
əsəri Şeyx Əhmədin (1843-1895) ingilis işğalından qurtulmaq
• Bütün türkl
ərin tərcümanı
~
155
~
üçün başladığı üsyandan ruhlanaraq yazmağa başlamış, sonradan
Şeyx Əhmədin türk əleyhdarı olduğunu, türkləri «kafir»
adlandırdığı üçün əsəri yarımçıq qoymuşdur. «Sudan məktubları»
«T
ərcüman»da 1889-cu il (35-46-cı nömrələrində) 2-ci dəfə 1896-cı
nömr
ələrində (1-3) dərc edilmişdir.
Qadınlar ölkəsi
Bu
əsər «Tərcüman»ın 1890-cı il 10 avqust tarixli 28-ci
nömr
əsindən 1891-ci il 2 iyul 22 nömrəsinədək hissə-hissə dərc
edilmişdir. İ.Qaspiralının qəhrəmanı Molla Abbas Fransadan
Sudana getm
ək niyyəti ilə 3 nəfər fransızla birlikdə səfərə çıxır,
Əlcəzairdən Sudana aparan yolda – Böyük Səhrada qum fırtınasında
azır və onları atlı-silahlı 100 qadın əsgər əsir götürür. Sonradan
m
əlum olur ki, Sudan yolçuluğunda Molla Abbasa və onun
«müridl
ərinə» topçu Marten, həkim Jan və mühəndis Mark
Əlcəzairdən bələdçilik edən Abdulla Dari əvvəlcədən «Qadınlar
ölk
əsi»nin kraliçası Malikə ilə sövdələşmiş və ondan əsirlərin hər
birini 1 funt toz qızıla satmışdır. «Qadınlar ölkəsi» haqqında
«Sudan m
əktubları»nda səthi olsa da, məlumat verilir və bu ölkənin
çox t
əhlükəli yer olduğu bildirilir.
«Qadınlar ölkəsi»nin özünəməxsus yaşayış və həyat tərzi,
qayda-
qanunları var. Ölkəni kraliça idarə edir, bütün hakimlər,
əsgərlər, məmurlar, işçilər, çobanlar da yalnız qadındırlar. Kişilər
evd
ə oturar, uşağa baxar, yemək bişirər, çadraya bürünər,
qadınlardan gizlənər, qadın-qızları gizli-gizli seyr edərlər.
«Qadınlar ölkəsi»ndə biləndə ki, əsirlərin Vətənində adətlər
başqadır, təəccüb, heyrət və nifrətlə deyirlər: «Sizin ölkəniz batacaq
ölk
ədir. Bu nə deməkdir? Kişidən əsgər olarmı? Kişi baş kəsərmi?
• Abid Tahirli
~
156
~
Kişi uşağa baxmaqdan, yemək bişirməkdən başqa nə işə yarayar?
Saçları kimi ağılları da gödək olan kişilərdən hakim və əmir olarmı?
Danışmasınlar, bizim xalqın da düşüncəsini korlayarlar!» Onlara
gör
ə, qadınlar kişidən qüvvətli, qüdrətli, dözümlü və ağıllıdır.
Saçlarının uzunluğu kamallarına, güclərinin çoxluğuna dəlalət edir.
Uşağı ona görə qadın doğar, ona süd verər ki, o güclüdür. Nazik və
nazlı kişilər bu gücə sahib deyillər. Qadınlar onları bəyənsin deyə,
üzl
ərinə tük, bığ çıxar. Qadının gücü əlində ayağında olar.
Molla Abbas v
ə «müridləri» həyəcan və qorxu ilə kraliça
Malik
ənin onlarla necə rəftar edəcəklərini, necə cəzalandıracaqlarını
gözl
əyirlər. Minbaşı qadının dediklərindən belə məlum olur ki,
kraliça onlarla
əylənəcək, gününü xoş keçirəcəkdir. Doğrudan da
kraliça
əsirləri yaxşı qəbul edir, onları dinləyir, sonra isə dincəlməyi
m
əsləhət görür. Axşama doğru əsirlərdən birinə – Martenə xəbər
çatdırılır ki, kraliça əvvəlcə onunla görüşmək istəyir. Molla
Abbasgil çox götür-
qoy edir, düşünür-daşınır, nəhayət, qaçmağı
q
ərara alırlar. Əsirlər, nəhayət, istəklərinə nail olur və min-bir
əziyyətlə «Qadınlar ölkəsi»ndən qaçmağa, xilasa nail olurlar.
«Qadınlar ölkəsi»ndə rastlaşdıqları dəhşətli mənzərələr,
qayda-qanunlar
əsirləri o qədər qorxudur ki, onlar daha Sudana
getm
əyi – ingilislərə qarşı üsyana qalxmış Şeyx Əhmədin dəstəsinə
yardım etməyi unudurlar. Digər tərəfdənsə əsirlər yolda Şeyx
Əhmədin vəfatı xəbərini, Sudanda isə aclıq, yoxsulluq və qarışıqlıq
olduğunu eşidib hər kəs öz Vətəninə – fransızlar Parisə, Molla
Abbas İstanbula, oradan Daşkəndə qayıtmağı qərara alır.
Dostları ilə paylaş: |